© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Sısoyeva və başqaları Latviyaya qarşı [Böyük Palata] (Sisojeva and Others v. Latvia [GC]), ərizə № 60654/00
15.01.2007-ci il tarixli qərar [Böyük Palata]
37-ci maddə
37-ci maddənin 1-ci bəndinin "c" yarımbəndi
Şikayətə baxılmasını davam etdirməyə lüzum yoxdur
Hökumətin ərizəçilərə immiqrasiya statuslarını nizama salmaq barədə təkliflərindən sonra ərizəçilərin hərəkət etməmələri: 8-ci maddə üzrə şikayət baxılmalı işlərin siyahısından çıxarıldı
8-ci maddə
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət hüququ
Şəxsi həyata hörmət hüququ
Ailə üzvlərinin öz immiqrasiya statuslarını nizama sala bilmədikləri barədə iddia: şikayət baxılmalı işlərin siyahısından çıxarıldı
34-cü maddə
Şikayət vermə hüququndan istifadə edilməsinə maneə yaradılması
Ərizəçi Rusiya televiziyasına müsahibə verdikdən sonra Avropa Məhkəməsinə şikayəti ilə bağlı polis tərəfindən dindirilməsi: pozuntu baş verməyib
Faktlar – Cənab Sısoyev və xanım Sısoyeva 1960-cı illərin sonlarından sovet vətəndaşları kimi Latviyada yaşayırdılar, övladları da orada dünyaya gəlmişdi. Lakin Sovet İttifaqı dağıldıqdan və Latviya müstəqilliyini bərpa etdikdən sonra onlar vətəndaşlığı olmayan şəxslərə çevrildilər. Sonradan onlara Latviyada daimi yaşayan şəxs statusu verilsə də, onların immiqrasiya qaydalarını pozduqları əsas gətirilərək bu status 1996-cı ildə rayon məhkəməsi tərəfindən ləğv olundu. Ərizəçilərin şikayətindən sonra məhkəmənin qərarı ləğv edildi. Sonradan rayon məhkəməsi qərar qəbul etdi ki, istefaya çıxmış hərbi qulluqçuların və onların ailələrinin statusu haqqında Latviya ilə Rusiya arasında bağlanmış sazişə uyğun olaraq xanım Sısoyeva ölkədə "daimi yaşayan qeyri-vətəndaş" pasportu almaq üçün müraciət edə bilər, onun əri ilə qızı isə daimi yaşayış icazəsi almaq hüququna malikdirlər, lakin bu qərar 1999-cu ilin sentyabrında Ali Məhkəmə tərəfindən ləğv edildi və belə əsas gətirildi ki, ərizəçilər pasportların dublikatlarını almaqla, iki müxtəlif dövlətdə qeydiyyata alınmaqla və dövlət orqanlarına yalan informasiya verməklə Latviyanın immiqrasiya qanunvericiliyini ciddi surətdə pozublar. İşi icraatına götürmüş regional məhkəmə ərizəçilərin şikayətlərini rədd etdi və 2000-ci ilin aprelində Ali Məhkəmə onun qərarını qüvvədə saxladı. İmmiqrasiya orqanları ərizəçilərə xatırlatdılar ki, onların Latviya ərazisini tərk etmələri tələb olunur. 2003-cü ilin noyabrında immiqrasiya orqanları ərizəçilərə məktubla müraciət edərək izah etdilər ki, xanım Sısoyeva Latviyada yaşamasını leqallaşdırmaq və vətəndaşlığı olmayan şəxslərə verilən sənədi almaq üçün hansı hərəkətləri etməlidir, onun ərinə və qızına isə daimi yaşayış icazəsi verilə bilər. Ərizəçilərin heç biri bu təlimatlara əməl etmədi. Latviya Hökuməti bu şikayət ərizəsini icraata qəbul etmiş Avropa Məhkəməsinə məlumat verdi ki, cənab Sısoyevə və onun qızına əvvəlcə beş il müddətinə, sonra isə qeyri-məhdud müddətə daimi yaşayış icazəsi verilə bilər. 2005-ci ilin dekabrında immiqrasiya orqanları ərizəçilərə xatırlatdılar ki, onlar ölkədə yaşamalarını leqallaşdıra bilərlər, amma cavab almadılar. Ərizəçilərin bildirdiyinə görə, bu arada xanım Sısoyeva təhlükəsizlik polisinin regional idarəsinə çağırılıb və Avropa Məhkəməsinə müraciəti, habelə Rusiya televiziyasına verdiyi müsahibə ilə əlaqədar dindirilib. Hazırda ərizəçilər daimi yaşayış icazəsi olmadan Latviyada yaşamaqda davam edirlər.
Hüquqi məsələlər – Maddə 8: Məhkəmə razılaşdı ki, 1996-cı ilin mayında adları sakinlərin qeydiyyat reyestrindən çıxarıldığı dövrdən sonra, yaxud ən geci 2000-ci ilin aprelində şikayətləri Ali Məhkəmə tərəfindən rədd edildikdən sonra ərizəçilər Latviyada hüquqi cəhətdən müdafiəsiz və qeyri-müəyyən vəziyyətdə idilər və bu vəziyyət 2003-cü ilin noyabrınadək davam etmişdi. Bununla belə, onlar iki ölkənin pasport dublikatlarını almaqda və Latviyanın dövlət orqanlarına məlumat vermədən həm Rusiya, həm də Latviya sakinləri kimi qeydiyyata alınmaqda təqsirkar idilər və şübhəsiz ki, hərəkətlərinin qanunsuzluğunu dərk edirdilər. Öncə aldıqları yaşayış icazələrinin ləğvindən sonra ərizəçilərin qarşılaşdıqları problemlər xeyli dərəcədə onların öz hərəkətlərindən irəli gəlmişdi. Ölkədə yaşamalarını leqallaşdırmaları barədə ilk konkret təklif onlara 2003-cü ilin noyabrında edilmişdi, buna görə də onlar həmin tarixdən sonra qeyri-müəyyən vəziyyətdə olduqlarını iddia edə bilməzdilər. Bundan başqa, Latviyada qanunsuz yaşadığına baxmayaraq, cənab Sısoyev ödənişli işində qalmaqda davam edirdi, qızı isə ali təhsilini bitirmək və müvafiq dərəcə almaq imkanına malik idi. Ərizəçilər real və birbaşa deportasiya təhlükəsi ilə üzləşməmişdilər. İmmiqrasiya orqanlarının onlara vəziyyəti təkrarən xatırlatdığına baxmayaraq, ərizəçilər həmin orqanların tövsiyələri əsasında hərəkət etməmiş və tələb olunan sənədlərin əldə edilməsində yarana bilən çətinlikləri həll etməyə cəhd göstərməmişdilər. Bundan başqa, Latviyanın hakimiyyət orqanlarının vicdanlı niyyətlə hərəkət etmədiklərini göstərən heç bir əlamət də yox idi. Buna görə də Məhkəmə bu qənaətə gəldi ki, ərizəçilərin öz hüquqi vəziyyətlərini nizama salmaları üçün Latviyanın hakimiyyət orqanlarının təklif etdiyi imkanlar ərizəçilərin 8-ci maddə üzrə şikayətləri ilə əlaqədar adekvat və yetərli hüquqi müdafiə vasitəsi sayıla bilərdi. Beləliklə, ərizəçilərin şikayətinə səbəb olmuş məsələni "həll edilmiş" hesab etmək olar.
Nəticə: şikayət baxılmalı işlərin siyahısından çıxarıldı (bir səsə qarşı on altı səslə).
Maddə 34: Fərdi şikayətlər sisteminin səmərəli işləməsi üçün ərizəçilərin və ya potensial şikayətçilərin öz şikayətlərini geri götürmələri və ya dəyişdirmələri istiqamətində dövlət orqanları tərəfindən hər hansı təzyiqə məruz qalmadan Avropa Məhkəməsi ilə sərbəst əlaqə yaratmaq imkanına malik olmaları olduqca önəmlidir. "Təzyiq" sözü təkcə ərizəçilərin birbaşa məcbur edilməsini və ya təhdid edilməsini deyil, həm də ərizəçilərin öz hüquqlarının müdafiəsi üçün Konvensiyada nəzərdə tutulmuş mexanizmdən istifadə etmək niyyətlərini dəyişməyə və ya bu niyyətə mane olmağa yönələn digər hüquqa zidd hərəkətləri bildirir. Xanım Sısoyeva tamamilə əsaslı olaraq gözləyə bilərdi ki, Rusiya telekanalına verdiyi müsahibədə immiqrasiya orqanlarında korrupsiyanın olduğu barədə səsləndirdiyi iddialarla polis və ya prokurorluq orqanları maraqlanacaqlar və onun dindirilməsi Latviya qanunvericiliyinə uyğun idi, belə ki, həmin qanunvericiliyə əsasən, təhlükəsizlik polisi korrupsiya cinayətlərini araşdıra bilərdi. Müvafiq olaraq, Məhkəmə Hökumətin bu izahatı ilə razılaşdı ki, ərizəçinin dindirilməsi Avropa Məhkəməsindəki icraatla deyil, ilk növbədə onun korrupsiya barədə iddiaları ilə əlaqədar idi. Lakin Avropa Məhkəməsinə müraciət etməsinin səbəbləri barədə ona sual verməklə polis əməkdaşı araşdırmanın hüdudlarını xeyli genişləndirmişdi. Bununla bağlı Məhkəmə bir daha qeyd edir ki, hətta şəxsin fərdi şikayət hüququndan sui-istifadə etdiyini güman etmək üçün Hökumətin əsası olsa belə, o, bu şübhələri Avropa Məhkəməsini məlumatlandırmalıdır. Bununla belə, işin bütün hallarını, o cümlədən dindirmənin yalnız bir dəfə və nəzakətli qaydada aparıldığını və xanım Sısoyevanı sübutlar təqdim etməyə və ya korrupsiya ilə məşğul olan vəzifəli şəxslərin adlarını açıqlamağa məcbur etmək üçün cəhd göstərilmədiyini nəzərə alsaq, dindirmənin bu işdə ərizəçini şikayətini geri götürməyə və ya dəyişdirməyə məcbur etmək, yaxud hər hansı digər formada onun fərdi şikayət hüququnu həyata keçirməsinə mane olmaq məqsədi daşıyan "təzyiq", "təhdid" və ya "təqib" vasitəsi kimi istifadə edildiyini güman etmək üçün kifayət qədər əsas yoxdur.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
Əlavə məlumat üçün 32 saylı press-relizə bax.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy