© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
DÖRDÜNCÜ SEKSİYA
STAMOSE. BOLQARISTANa qarşı
(Ərizə no. 29713/05)
STRAZBURQ
27 Noyabr 2012
YEKUN
27/02/2013
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Stamose Bolqarıstana qarşı işində
Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Seksiya), hakimlər :
Ineta Ziemele, Sədr,
David Thór Björgvinsson,
Päivi Hirvelä,
George Nicolaou,
Ledi Bianku,
Zdravka Kalaydjieva,
Vincent A. De Gaetano,
və Lawrence Early, Seksiya Katibi,
6 noyabr 2012-ci il tarixlində qapalı məşvərət keçirərək,
Aşağıdakı qərarı çıxarır:
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Bolqarıstan Respublikasının vətəndaşı Teodor Vasilious Stamose (“ərizəçi”) tərəfindən 22 iyul 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Bolqarıstan Respublikasına qarşı ərizə (Nº29713/05) əsasında başlanmışdır.
2. Ərizəçi Sofyada vəkillik fəaliyyəti ilə məşğul olan C. Tsanov tərəfindən təmsil olunmuşdur. Bolqarıstan Hökuməti (“Hökumət”), öz nümayəndəsi Ədliyyə Nazirliyindən Xanım M. Dimova tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi, xüsusilə iddia edir ki, ABŞ immiqrasiya qanunlarını pozduğu səbəbilə onun üzərinə qoyulan iki il ərzində Bolqarıstan ərazisini tərk etmək qadağası əsaslandırılmış deyildir; anası və qardaşının yaşadığı ABŞ-a səyahət etməsinə mane olan bu qadağa onun ailə həyatına əsaslandırılmamış müdaxilədir; və onu qadağan ilə bağlı məhkəmə şikayətlərinə baxılarkən qadağanın proporsionallığı məsələsinə baxmamışdır.
4. 28 sentyabr 2009-cü ildə Məhkəmə (Beşinci seksiya) Hökumətə ərizə barədə məlumat vermək qərarı verdi. Məsələnin qəbuledilənliyi və mahiyyəti ilə bağlı məsələlərə birgə baxılması qərarı verildi (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi).
5. 1 fevral 2011-ci ildə Məhkəmə tərkibinin dəyişməsindən sonra ərizə baxılması üçün Dördüncü Seksiyaya verildi.
6. Ərizəçinin məsələnin qəbuledilənliyi və mahiyyəti ilə və kompensasiya ilə bağlı fikirlırini Beşinci Seksiyanın Sədrinin verdiyi vaxt ərzində bildirmədiyindən, 2 avqust 2011-ci il tarixdə Məhkəmə Katibliyi ərizəçiyə məktub göndərərək onu Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndi barədə məlumatlandırdı. 4 noyabr 2011-ci ildə göndərilmiş faks və 4 noyabr 2011-ci il tarixli poçt markalı məktubla ərizəçi bildirdi ki, öz şikayətini davam etdirmək niyyətindədir və müşahidələrini və kompensasiya tələbini vaxtında göndərə bilməməsinin səbəbi onun nümayənədəsi ilə ünsiyyət problemi olmuşdur.
FAKTLAR
I. İŞİN HALLARI
7. Ərizəçi 1974-cü ildə anadan olmuşdur və 2010-cü ilin fevralında köçdüyü Böyük Britaniyada yaşayır.
8. 1998-ci ildə ərizəçi Missouri Ştatı Universitetinə yazıldı və tələbə vizası ilə ABŞ-a daxil oldu. Bununla belə, o tezliklə təsili buraxıb, ödənişli bir işə girdi. 2000-ci ilin yanvarında dövlət orqanları vizasının şərtlərini pozduğu əsası ilə onun əleyhinə depportasiya prosesi başladılar. O, 29 oktyabr 203-cü ildə Bolqarıstana deportasiya edildi.
9. Bu arada, 2000-ci lin aprelində ərizəçinin anası amerikan vətəndaşı ilə evləndi və 2000-ci ilin mayında ABŞ-ın daimi rezidenti, sonradan isə ABŞ vətəndaşı oldu. Ərizəçinin qardaşı da ABŞ-da daimi rezident idi.
10. Bolqarıstan Daxili İşlər Nazirliyi sərhəd xidməti başçısının Kimlik Sənədləri haqqında Qanunun 76(6)-cü Bölməsinə (bax: paraqraf 17) əsaslanaraq və ABŞ səfirliyinin bir məktubunun da əlavə olunduğu Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin məktubu əsasında verdiyi 29 oktyabr 2003-cü il tarixli qərarı ilə ərizəçinin üzərinə 20 oktyabr 2003-cü ildən başlamaqla iki illik səyahət qadağası qoydu və səlahiyyətli orqanlara ərizəçinin pasportunu alması üçün müraciət etdi. Bunun ardından, Bugas polis idarəsi ərizəçiyə paspportunu təqdim etməsini tələb etdi.
11. Ərizəçi qərardan məhkəmə nəzarəti qaydasında şikayət verdi və inter alia iddia etdi ki, bu qərarı verərkən inzibati orqanlar onun şəxsi vəziyyətini nəzərə almamış və məhkəmələrin öz mülahizə səlahiyyətlərini onun əlehyinə istifadə etmişlər.
12. 11 may 2004-cü ildə Sofya Şəhər Məhkəməsi ərizəçinin şikayətini rədd etdi. Məhkəmə müəyyən etdi ki, mübahisələndirilən qərarı verərkən dövlət orqanları işin bütün müvafiq hallarını, yəni ərizəçinin deportasiya edilməsi və bu barədə Bolqar dövlət orqanlarının məlumatlandırılmış olmasını nəzərə almışdır. Deportasiyanın səbəbləri və ərizəçinin şəxsi vəziyyətinin, eləcə də onun yenidən ABŞ-a getmək üçün viza almaq imkanının olmasının işin hallarına aidiyyatı yoxdur. Qərar qanunun məqsədinə, yəni xarici ölkələrin immiqrasiya qaydalarını pozan Bolqar vətəndaşlarının azad səyahət etməsinə mane olmağa, uyğundur.
13. Ərizəçi kassasiya şikayəti verdi və dövlət orqanlarının onun fərdi vəziyyətini nəzərə almalı olduğu barədəki arqumentini təkrarladı.
14. 30 mart 2005-ci il tarixli yekun qərarı (реш. № 2952 от 30 март 2005 г. по адм. д. № 6206/2004 г., ВАС, V о.) Ali İnzibati Məhkəmə aşağı məhkəmələrin qərarını qüvvədə saxladı. Məhkəmə inter alia bildirdi ki, Kimlik Sənədləri haqqında Qanunun 76(6) –cı bölməsi dövlət orqanlarına mübahisələndirilən cəzanı vermək və ya verməmək səlahiyyəti verir və onların bu qərarları məhkəmə tərəfindən yenidən baxıla bilməz. Ərizəçinin işində dövlət orqanları işin müvafiq hallarını nəzərə almış və hesab etmişlər ki, bu tədbirə ehtiyac vardır.
II. MÜVAFİQ DAXİLİ HÜQUQ
15. 1991-ci Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndi inter alia nəzərdə tutur ki, hər kəsin ölkəni tərk etmək hüququ vardır və bu hüquq yalnız qanun əsasında, milli təhlükəsizlik, səhiyyə və ya başqalarının hüquq və azadlıqlarını qorumaq məqsədi ilə məhdudlaşdırıla bilər.
16. 1998-ci il Kimlik Sənədləri haqqında Qanunun (Закон за българските документи за самоличност) (2009-cu ilin oktyabrında qanunun adı dəyəşdirilərək, Şəxsi Kimlik Sənədləri haqqında Qanun - Закон за българските лични документи) (“1998-ci il qanunu”) 33(1)-cü bölməsində nəzərdə tutulur ki, bütün Bolqar vətəndaşlarının ölkəni tərk etmək hüququ vardır və passport və ya ona bərabər olan sənədlə ölkəyə qayıtmaq hüququ vardır. 33(3)-cü Bölməyə görə, bu hüquqlara, ancaq qanunla nəzərdə tutulduğu hallarda və milli təhlükəsizlik, ictimai qayda, səhiyyə və başqalarının hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olduğu zaman məhdudiyyət qoyula bilər.
17. Qanunun 76(6)-cı Bölməsi, öz ilkin versiyasında nəzərdə tuturdu ki, hər hansı xarici ölkənin immiqrasiya qanunlarını pozmuş Bolqarıstan vətəndaşına Bolqarıstanı tərk etmək qadağan oluna bilər və onun pasportu bir illik əlindən alına bilər. 31 mart 2003-cü il tarixində bu müddəa dəyişdirilərək qadağa müddəti iki ilə qaldırıldı.
18. Bu müddəa üzrə məhkəmə təcrübəsində Ali İnzibati Məhkəmə davamlı olaraq hesab etmişdir ki, məhkəmələr bu tədbir üçün ehtiyac olub-olmadığını müəyyənləşdirmək sahəsindəki səlahiyyətini düzgün istifadə etib-etmədiklərini yoxlaya bilməzlər: məhkəmələrin yoxlamalı olduqları tək şey, səbəbindən asılı olmadan deportasiyanın baş verib-vermədiyidir (bax: реш. № 10917 от 3 декември 2002 г. по адм. д. № 7044/2002 г., ВАС, V о.; реш. № 2365 от 14 март 2003 г. по адм. д. № 10736/2002 г., ВАС, V о.; реш. № 9652 от 22 ноември 2004 г. по адм. д. № 4636/2004 г., ВАС, V о.; реш. № 9653 от 22 ноември 2004 г. по адм. д. № 4637/2004 г., ВАС, V о.; реш. № 9654 от 22 ноември 2004 г. по адм. д. № 4635/2004 г., ВАС, V о.; реш. № 3497 от 18 април 2005 г. по адм. д. № 542/2005 г., ВАС, V о.; реш. № 94 от 5 януари 2006 г. по адм. д. № 5672/2005 г., ВАС, V о.; реш. № 5034 от 11 май 2006 г. по адм. д. № 9710/2005 г., ВАС, V о.; реш. № 5229 от 17 май 2006 г. по адм. д. № 535/2006 г., ВАС, V о.; реш. № 5966 от 2 юни 2006 г. по адм. д. № 829/2006 г., ВАС, V о.; реш. № 7176 от 28 юни 2006 г. по адм. д. № 3700/2006 г., ВАС, V о.; реш. № 10919 от 6 ноември 2006 г. по адм. д. № 4522/2006 г., ВАС, V о.; реш. № 12533 от 13 декември 2006 г. по адм. д. № 6522/2006 г., ВАС, V о.; реш. № 12551 от 13 декември 2006 г. по адм. д. № 7065/2006 г., ВАС, V о.; və реш. № 1869 от 22 февруари 2007 г. по адм. д. № 9680/2006 г., ВАС, V о.)
19. 21 avqust 2009-cü ildə Hökumət Parlamentə 1998-ci il qanununa dəyişiklik edilməsi barədə bir qanun layihəsi təqdim etdi. Bu lahiyəyə görə, 76(6)-cı bölməsi ləğv olunmalı idi. Parlament 1 oktyabr 2009-cu ildə layihəni qəbul etdi və dəyişiklik haqqında qanun 20 oktyabr 2009-cu ildə qüvvəyə mindi. Bundan sonrakı məhkəmə təcrübəsi Ali İnzibati Məhkəmə hesab etdi ki, bu ləğv haqqında qanun qüvvəyə minməsindən öncə 76(6)-cı Bölməyə əsasən qoyulan səyahət qadağalarını avtomatik olaraq ləğv etmir (bax: реш. № 13819 от 17 ноември 2009 г. по адм. д. № 6999/2007 г., ВАС, ІІІ о.; реш. № 15106 от 10 декември 2009 г. по адм. д. № 7052/2009 г., ВАС, V о.; və реш. № 10449 от 13 август 2010 г. по адм. д. № 1609/2010 г., ВАС, VІІ о.). Məsələ sonrakı dəyiəiklik haqqında qanunun keçid və son müddəalarının 5-ci paraqrafının qəbul edilməsi ilə həll olundu. Bu son dəyişiklik 10 aprel 2010-cu ildə qüvvəyə mindi və müəyyən etdi ki, onun qüvvəyə minməsindən sonrakı üç ay ərzində 76(6)-cı bölməyə əsasən tətbiq olunan tədbirlər qüvvəsini itirdi.
III. MÜVAFİQ STATİSTİKA
20. Beynəlxalq Əmək Ofisi Beynəlxalq Miqrasiya Sənədləri seriyasında yayımladığı bir hesabata əsasən (August Gächter, The Ambiguities of Emigration: Bulgaria since 1988, aşağıdakı linkdə baxmaq olar (6 noyabr 2012-ci ildə baxılmışdır)), 1989-1998-ci illərdə Bolqarıstandan emiqrasiya 747,000 adamdır. Onlardan 2,253-i İsveçrəyə, 124,383-ü Almaniyaya, 32,978-i Yunanıstana, 344,849-u Türkiyəyə və 6,307-si ABŞ-a köçmüşdür.
IV. DİGƏR MÜVAFİQ MATERİALLAR
21. 25 sentyabr 1995-ci il tarixli (EC) No. 2317/95 nömrəli Şura Qaydasının 1(1)-ci maddəsi və Qoşmasına əsasən, Bolqarıstan vətəndaşları Avropa İttifaqının üzv Dövlətlərinin sərhədlərindən kənara çıxarkən vizaya malik olmalıdır. Bu, 15 mart 2001-ci (EC) No. 539/2001 nömrəli Şura Qaydasının 1(2)-ci Maddəsi və II Qoşması ilə dəyişdirildi və bu dəyişikliyə görə, Bolqarıstan vətəndaşlarının üç aydan çox olmayan müddət üçün qaldıqlarında vizadan azaddırlar.
22. Centre for European Policy Studies-in nəşr etdiyi bir sənəddə (Bəs qonşularımız? Schengen Aİ-nın xarici sərhədləri boyunca təsiri, CEPS Working Document No. 210/October 2004, (6 Noyabr 2012-ci ildə baxılmışdır)) deyilir:
“Altı illik müddət ərzində Avropa İttifaqı viza tələbini ləğv etməyinin nəticəsi olaraq sərhədlərə və şəxslərin hərəkətinə bağlı geniş çaplı maddi güzəştlərə getməyə məcbur olmuşdur. Bu müddət ərzində Bolqarıstan hökuməti və bütünlüklə cəmiyyəti Bolqarıstan vətəndaşlarının vizadan azad olmaları üçün əhatəli stratejinin üzərində işləyirlər.”
23. Bu sənədə Avropa Komissiyasının Bolqarıstan vətəndaşları üçün viza rejimini ləğv edilməsi ilə nəticələnən hesabatında da istinad edilmişdi (Xarici sərhədləri keçərkən vətəndaşlarının vizasının olması zəruri olan üçüncü ölkələrin siyahısını müəyyən edilməsi üçün qaydanın qəbul edilməsi üçün Bolqarıstanla əlaqədar Komissiyanın Şuraya hesabatı, COM(2001) 61 final, 2 Fevral 2001, Brussel)). “Üzv Dövlətlərə qanunsuz emiqrasiya ilə bağlı sanksiyalar” başlığı altında bu hesabatda qeyd olunmuşdu ki, “[o vaxt] qüvvədə olan 1998-ci il Qanunun 76-cı bölməsinə əsasən, başqa ölkələrin immiqrasiya qanunlarını pozmuş və ya ölkədən xaric edilmiş Bolqarıstan vətəndaşlarına bir il ərzində ölkədən çıxmaq qadağagası qoyulmuşdu”. Bolqarıstan dövlət orqanları tərəfindən atılan sonrakı qanunvericilik addımları nəzərə alınaraq hesabatda qey dedirdi ki, “76-cı [Bolmə]yə edilcək dəyişiklik layihəsində Bolqar vətəndaşlarına qoyulan qadağanın iki ilə qaldırılması nəzərdə tutulur” . Bütün qanunvericilik müddəalarını nəzərdən keçirərək hesabatda nəticəyə gəlinirdi ki, “Bolqar dövlət orqanlarının Komissiyaya verdiyi və Komissiyanın səfərləri zamanı topladığı bütün məlumatlarından aydın olur ki, Bolqarıstan ölkədən ...qanunsuz immiqrasiya ilə mübarizə aparmağa imkan verən zəruri qanuni alətlərə malikdir”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. 4 SAYLI PROTOKOLUN 2-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
24. Ərizəçi 4 saylı Protokolun 2-ci maddəsinə əsasən Bolqarıstan ərazisini tərk etmək qadağası əsaslandırılmamış və qeyri-proporsionaldır.
25. 4 saylı Protokolun 2-ci maddəsində deyilir:
“...
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
...”
26. Hökumət bildirir ki, inzibati orqanlar və məhkəmələr tərəfindən ərizəçi ilə bağlı qəbul edilən qərarlar qanuni və düzgündür. Gətirilən əsaslar 1998-ci il Qanunun 76(6)-cı Bölməsinə uyğundur. Qadağanın tətbiq olunması təklifi ABŞ səfirliyinin məktubunda edilmişdi. Bu şərtlərdə, dövlət orqanları öz mülahizə səlahiyyətlərini həyata keçirərkən düzgün olaraq qanunun məqsədlərinə nail olmaq üçün bu tədbirin zəruri olduğunu hesab etmişlər. Məhkəmələr bu tədbirin qanuniliyi yoxlamalıdır, zəruriliyini yoxlamalı deyildir və bu qanunu düzgün olaraq tətbiq etmişlər. Nəhayət, Hökumət vurğulayır ki, 2009-cu ilin oktyabrında bu müddəa ləğv edilmişdir.
27. Ərizəçi fikir bildirmir.
28. Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndi mənasında açıq-aydın əsaslandırılmamış deyildir və hər hansı başqa əsasla qəbuledilmməz deyildir. Buna görə də şikayət qəbuledilən elan edilməlidir.
29. Mahiyyəti üzrə, Məhkəmə ilk öncə müşahidə edir ki, bu işdə yeni bir məsələyə toxunulur, çünki bu günə qədər Məhkəmə daxili və ya xarici immiqrasiya qanunlarının pozulmasının qarşısının alınması üçün səyahət qadağaları məsələsinə baxmaq imkanına malik olmamışdır. 4 saylı Protokolun 2-ci maddəsi üzrə Məhkəmə və Avropa İnsan Hüquqları Komissiyası əvvəlki təcrübəsi baxılmaqda olan cinayət işləri (bax: Schmidt v. Austria, no. 10670/83, Commission decision of 9 July 1985, Decisions and Reports (DR) 44, p. 195; Baumann v. France, no. 33592/96, ECHR 2001‑V; Földes and Földesné Hajlik v. Hungary, no. 41463/02, ECHR 2006‑XII; Sissanis v. Romania, no. 23468/02, 25 yanvar 2007; Bessenyei v. Hungary, no. 37509/06, 21 Ocktyabr 2008; A.E. v. Poland, no. 14480/04, 31 mart 2009; Iordan Iordanov and Others v. Bulgaria, no. 23530/02, 2 iyul 2009; Makedonski v. Bulgaria, no. 36036/04, 20 yanvar 2011; Pfeifer v. Bulgaria, no. 24733/04, 17 fevral 2011; Prescher v. Bulgaria, no. 6767/04, 7 iyun 2011; və Miażdżyk v. Poland, no. 23592/07, 24 yanvar 2012), cinayət cəzalarının icrası (bax: M. v. Germany, no. 10307/83, Commission decision, 6 mart 1984, DR 37, p. 113), cinayətlə bağlı bəraətin olmaması (bax: Nalbantski v. Bulgaria, no. 30943/04, 10 fevral 2011), baxılmaqda olan iflas prosesi (bax: Luordo v. Italy, no. 32190/96, ECHR 2003‑IX), gömrük cərimələrinin ödəməkdən imtina (bax: Napijalo v. Croatia, no. 66485/01, 13 noyabr 2003), vergiləri ödəməmək (bax: Riener v. Bulgaria, no. 46343/99, 23 may 2006), fiziki şəxslərə qətnamə üzrə borcları ödəməmək (bax: Ignatov v. Bulgaria, no. 50/02, 2 iyul 2009, və Gochev v. Bulgaria, no. 34383/03, 26 noyabr 2009), “Dövlət sirrləri”ni bilmək” (bax: Bartik v. Russia, no. 55565/00, ECHR 2006‑XV), hərbi xidmət öhdəliyi ilə uyğunlaşmamaq (bax: Peltonen v. Finland, no. 19583/92, Commission decision, 20 fevral 1995, DR 80‑a, p. 38, və Marangos v. Cyprus, no. 31106/96, Commission decision, 20 may 1997), ruhi xəstəlik və gedilən ölkədə müvafiq tibbi yardım üçün işlərin görülməməsi (bax: Nordblad v. Sweden, no. 19076/91, Commission decision, 13 oktyabr 1993), və azyaşlıların xarici ölkələrə aparılmasını qadağan edən məhkəmə qərarları (bax: Roldan Texeira and Others v. Italy (dec.), no. 40655/98, 26 oktyabr 2000, və Diamante and Pelliccioni v. San Marino, no. 32250/08, 27 sentyabr 2011) ilə bağlı qoyulan qadağalarla əlaqədar idi. Məhkəmə hesab edir ki, yuxarıdakı işlərlə fərqli olmasına baxmayaraq, hazırki işə tətbiq olunan əsas prinsiplər eynidir.
30. 4 saylı Protokolun 2-ci maddəsi hər kəsə özünün seçdiyi və qəbul oluna biləcəyi hər hansı ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Ərizəçiyə edilən Bolqarıstanı tərk etmək qadağası şübhəsiz, bu hüquqa müdaxilədir. Posportunun əlindən alınması da müdaxilədir (bax: yuxarıda istinad edilən Peltonen, səh. 43; Baumann, §§ 62‑63; Napijalo, §§ 69‑73; və Nalbantski, § 61,). Bu səbəbdən, bu müdaxilənin “qanunla nəzərdə tutulmuş” olması və 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində sadalanan legitim məqsədlərdən biri və ya bir neçəsini daşıdığı və “demokratik cəmiyyətdə zəruri” olması məsələsi yoxlanılmalıdır.
31. Müdaxilə 1998-ci il Kimlik Sənədlər haqqında Qanunun 76(6) Bölməsinə əsasən edilmişdir (bax: yuxarıdakı 10 və 17-ci paraqraflar) və aydındır ki, daxili hüquqda qanuni bazası vardır. Bütün hallarda ərizəçi müdaxilənin “qanuna uyğun” olmadığını iddia etmir və Məhkəmə bu tələbin yerinə yetirilmədiyini elan etmək üçün heç bir səbəb görmür.
32. Bundan əlavə, ərizəçiyə qarşı qərar verilən və sonradan agırlaşdırılan cəzanın əsasını təşkil edən müddəalardan aydın olur ki, müdaxilə digər Dövlətlərin immiqrasiya qanunlarını pozmaqdan çəkindirmək və onların qarşısını almaq və beləliklə, digər Dövlətlərin Bolqarıstan vətəndaşlarının öz ərazisinə girməsinə icazə verməməsi və ya viza rejimini yumşaltmaqdan imtina etməsi hallarını aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Məhkəmə müdaxilənin ictimai qaydanı və ya başqalarının hüquq və azadlıqlarının müdafiəsi kimi məqsədlər daşıdığını qəbul etməyə hazır olsa da, bu məsələ ilə bağlı araşdırmanı davam etməyə ehtiyac yoxdur, çünki aşağıda izah edildiyi kimi, səyahət qadağası “demokratik cəmiyyətdə zəruri”lik testinə və proporsionallıq tələbinə uyğun deyildir.
33. Məhkəmə müşahidə edir ki, ərizəçiyə tətbiq edilən səyahət qadağası uzun sürməmişdir – qanuna əsasən o, iki il sürə bilərdi (bax: yuxaridakı 17-ci paraqraf). Bununla belə, bu əsas məsələ deyildir (təzad yuxarıda istinad edilən Nalbantski, § 56): əsas məsələ ərizəçinin bir ölkənin immiqrasiya qanunlarını pozmasına görə hər hansı və bütün xarici ölkələrə səyahətinə qadağa qoyulmasının proporsional olub-olmaması məsələsidir.
34. Məhkəmə belə ümumi və fərqləri nəzərə almayan tədbirin proporsional olduğunu hesab edə bilməz. Bir ölkənin immiqrasiya qanunlarının ciddi pozuntusunun həmin şəxs üçün nəticəsi (həmin ölkənin qanunları əsasında) həmin ölkədən çıxarılması və ora müəyyən müddət üçün girməsinin qadağan olunması ola bilər. Əslində, ərizəçi bu nəticəyə tələbə vizasının şərtlərini pozduğuna görə məruz qalıb – o ABŞ-dan deportasiya olunub (bax: yuxarıdakı 8-ci paraqraf). Ərizəçinin etdiyi əməldən birbaşa olaraq təsirlənməyən Bolqarıstan Dövlətinin də ərizəçini digər hər hansı dövlətə iki il ərizndə səyahət etməsini qadağan etməsi həddindən artıq ciddi bir tədbir kimi görünür.
35. Bundan əlavə, dövlət orqanları bu qərarları üçün heç bir səbəb göstərməmişlər və göründüyü kimi ərizəçinin fərdi vəziyyətini nəzərdən keçirməyi lazım bilməmişlər. Daha sonra məhkəmələr hesab etmişdir ki, bu məsələ ilə əlaqədar inzibati orqanların mülahizə səlahiyyətinin icrası üzərində nəzarət həyata keçirə bilməzlər (mutatis mutandis müqayisə et: yuxarıda istinad edilən, Riener, § 126; Gochev, § 54; və Nalbantski, § 66). Belə ki, müvafiq qanunvericilik dövlət orqanlarına tədbirin tətbiq edilib-edilməməsi ilə bağlı mülahizə səlahiyyəti versə də, ərizənin vəzyyətinin, məsələn onun ABŞ-da deportasiya edilməsinə səbəb olan pozuntunun ciddiliyi, onun başqa bir ölkənin immiqrasiya qanunlarını pozacağı riski, onun ailə, maliyyə və şəxsi vəziyyəti və ya cinayət qeydiyatının olub-olmamasının nəzərə alınması barədə heç bir göstəriş yoxdur. Məhkəmə fərqli kontekstlərdə olsa da, bundan əvvəl hesab etmişdir ki, belə ümumi və virtual olaraq avtomatik məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsinə əsasən əsaslandırılmış hesab edilə bilməz (bax: yuxarıda istinad edilən Riener, §§ 127‑28; Bartik, § 48; Gochev, §§ 53 və 57; və Nalbantski, §§ 66‑67).
36. Doğrudur ki, bu tədbirin əsaslandığı qanunun qəbul edildiyi vaxt Bolqarıstan miqrant mənbəyinə çevrilmişdir (bax: yuxarıdakı paraqraf 20) və belə güman etmək lar ki bu şəraitdə bolqar Dövləti beynəlxalq nəzarət və digər praktik səbəblərdən digər Dövlətlərə onların immiqrasiya qanunlarının və siyasətlərinin tətbiq edilməsində yardım etməyi zəruri hesab edə bilər (bax: yuxarıdakı paraqraf 32). O da görünür ki, bu müddəa Avropa İttifaqı Dövlələrinin Bolqarıstandan qanunsuz emiqrasiya narahtlığını aradan qaldırmaq üçün görülən tədbirlərin bir hissəsi kimi qəbul edilmiş və sonradan bir az da ciddiləşdirilib (bax: paraqraf 17) və İttifaqın Bolqarıstana qısa müddət üçün syahətlər zamanı vizasız rejim tətbiq etməsi barədə qərarının verilməsində böyük rol oynamışdır (bax: raraqraf 21-23). Bundan sonra 2009-cu ildə belə bir tədbirə ehtiyac qalmadığında müddəa ləğv edilmişdir (paraqraf 19). Bununla belə, bu tədbiri nəzərdə tutan qanunun bu kontekstdə qəbul edilməsi onu Konvensiya üzrə yoxlamadan sığortalamır ( bax: mutatis mutandis, Capital Bank AD v. Bulgaria, no. 49429/99, §§ 110‑11, 24 noyabr 2005). Belə bir təzyiqdən (bax: paraqraf 10) nəticələnsə də belə bir tədbir, ərizəçiyə tətbiq edildiyi şəkildə əsaslandırılmış hesab oluna bilməz və cavabdeh Dövlət onu əsaslandırmaq üçün belə səbəblərə arxalana bilməz (bax:, mutatis mutandis, Nada v. Switzerland [GC], no. 10593/08, § 196, ECHR 2012). Məhkəmə bir ölkəni tək etmək qadağasının digər bir Dövlətin immiqrasiya qanunlarının pozulması səbəbindən tətbiq olunmasının bəzi şəraitdə əsaslandırılmış olduğunu qəbul etməyə hazır olsa da, belə bir tədbirin həmin şəxsin fərdi vəziyyətini nəzərə almadan avtomatik şəkildə tətbiq edilməsini demokratik cəmiyyətdə zəruri bir addım kimi hesab edə bilməz.
37. Beləliklə, 4 saylı Protokolun 2-ci maddəsi pozulmamışdır.
II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
38. Konvensiyanın 8-ci maddəsimə istinad edərək, ərizəçi şikayət edir ki, onun anasının və qardaşının yaşadığı ABŞ-a getməsinə mane olan səyahət qadağası onun ailə həyatına əsaslandırılmamış müdaxilədir.
39. Komvensiyanın 8-ci maddəsinin müvafiq hissələrindı deyilir:
Hər kəs öz şəxsi və ailə həyatına… hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
40. Hökumət bildirir ki, səyahət qadağası qanunla nəzərdə tutulmuşdu və otuz yaşı olan yetkin şəxsə tətbiq olunmuşdur. Bundan əlavə, ərizəçinin ABŞ-da anası və qardaşına qoşulması imkanı Bolqar dövlət orqanlarından deyi, həmin ölkənin immiqrasiya siyasətindən asılıdır. Nəhayət, ərizəçinin qohumlarının onu Bolqarıstanda ziyarət etməsinə heç bir maneə yoxdur.
41. Ərizəçi müşahisələrini təqdim etməmişdir.
42. Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə əsasən açıq-aydın əsaslandırılmamış deyildir və digər hər hansı əsasla qəbuledilməz hesab edilə bilməz. Bu səbəbdən, şikayət qəbuledilən hesab olunmalıdır.
43. Bununla belə, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusunun tapıldığı nəzərə alınaraq, Məhkəmə ərizəçiyə tətbiq olunan səyahət qadağasının 8-ci maddə baxımından da araşdırılmasını gərəkli hesab etmir (bax yuxarıda istinad edilən Riener, § 134; A.E. v. Poland, §§ 53‑54; və Pfeifer, § 62. Buna əks olaraq, İletmiş v. Turkey, no. 29871/96, §§ 42‑50, ECHR 2005‑XII, və Paşaoğlu v. Turkey, no. 8932/03, §§ 41‑48, 8 iyul 2008: bu işlərdə Məhkəmə səyahət qadağalarını 4 saylı Protokolun 2-ci maddəsinə əsasən deyil, Konvensiyanın 8-ci maddəsinə əsasən araşdırmışdı, çünki Protokol Türkiyə tərəfindən imzalansa da, ratifikasiya edilməmişdi).
III. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
44. Ərizəçi şikayət edir ki, qadağa ilə əlaqədar şikayətinə baxarkən məhkəmələr tədbirin proporsionallığını qiymətləndirməmişlər.
45. Məhkəmə hesab edir ki, Konvensiyanın 13-cü maddəsinin əhatə dairəsinə düşür. Bu maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. »
46. Hökumət öz müşahidələrində bu şikayətlə bağlı şərh bildirmir.
47. Ərizəçi müşahidələrini təqdim etməmişdir.
48. Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə əsasən açıq-aydın əsaslandırılmamış deyildir və digər hər hansı əsasla qəbuledilməz hesab edilə bilməz. Bu səbəbdən, şikayət qəbuledilən hesab olunmalıdır.
49. Dövlət orqanlarının fərdin 4 saylı Protokolun 2-ci maddəsi ilə təmin olunan hüququnun pozması barədə ciddi iddiasının olduğu hallarda, Konvensiyanın 13-ci maddəsi tələb edir ki, daxili hüquq sistemi fərdə şikayət olunan tədbiri mübahisələndirmək və qaldırdığı müvafiq məsələlərin kifayət qədər prosedural təminatlar verilərək, və diqqətlə araşdırılması imkanı versin və beləliklə, Konvensiyanın dili ilə desək, tədbirin proporsionallığı ilə əlaqədar bütün arqumentlərini təqdim edilməsi mümkün olsun (bax: Riener, §§ 138 və 142, və Pfeifer, § 67).
50. Ərizəçiyə tətbiq olunan səyahət qadağası ilə bağlı elan etdiyi nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki. 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi üzrə şikayət ciddi idi. Məhkəmə ərizəçinin sərəncamında yuxarıdakı tələblərə cavab verən bir vasitənin olub-olmadığını müəyyənləşdirməlidir.
51. Burada əsas məsələ, məhkəmələrin ərizəçinin ilkin və sonrakı şikayətinə kifayət qədər ətrfalı şəkildə və qadağanın Konvensiyaya əsasən əsaslandırılması üçün müvafiq faktorlara istinadən baxıb-baxmaması məsələsidir (bax: yuxarıda istinad edilən Pfeifer, § 71). Məhkəmələrin qərarlarından (bax: yuxarıdakı 12 və 14-cü paraqraflar) görünür ki, onlar ərizəçinin tədbirin əsaslandırılması ilə bağlı arqumentlərini müvafiq hesab etməmişlər və yalnız qadağanın formal qanuniliyini nəzərdən keçirmiş və xüsusilə qeyd etmişlər ki, ərizəçinin qaldırdığı əsas şikayət olan və 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndinin balanslaşdırma tələbininin əsası olan qadağana ehtiyac (bax: yuxarıdakı 11 və 13-cü paraqraflar) məsələsi barədə inzibati orqanın öz mülahizələri əsasında verdikləri qərarı yoxlaya bilməzlər. Bir proses, baxılma dairəsinin məhdudluğu səbəbilə, Konvensiya üzrə ciddi bir şikayətin mahiyyəti üzrə araşdırılmasına imkan yaratmazsa, 13-cü maddənin tələblərinə cavab vermiş hesab edilə bilməz (bax: yuxarıda istinad edilən Riener, §§ 142‑43, və, mutatis mutandis, Glas Nadezhda EOOD and Anatoliy Elenkov v. Bulgaria, no. 14134/02, §§ 69‑70, 11 oktyabr 2007, və C.G. and Others v. Bulgaria, no. 1365/07, § 62, 24 aprel 2008, ordakı istinadlarla).
52. Beləliklə, Konvensiyanın 13-cü maddəsi pozulmuşdur.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
53. Konvensiyanın 41-ci maddəsində deyilir:
« Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »
54. Ərizəçi əvəzin ədalətli ödənilməsi üçün müraciət etməmişdir.
BU ƏSASLARLA MƏHKƏMƏ, YEKDİLLİKLƏ:Ərizəni qəbuledilən elan edir;
Konvensiyaya 4 saylı Protokolun 2-ci maddəsinin pozulduğunu elan edir;
Konvensiyanın 8-ci maddəsi üzrə qaldırılan şikayəti araşdırmağa eytiyac olmadığını elan edir;
Konvensiyanın 13-cü maddəsinin pozulduğunu elan edir.
İngiliscə hazırlanmış və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndinə əsasən 27 noyabr 2012-ci ildə elan edilmişdir.
Lawrence EarlyIneta Ziemele
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy