© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Qeyd No. 157
Noyabr 2012
Stamose Bolqarıstana qarşı - 29713/05
Qətnamə 27.11.2012 [IV seksiya ]
4 Saylı Protokolun 2-ci maddəsi
4 Saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi
Bir ölkəni tərk etmək azadlığı
Üçüncü bir dövlətin immiqrasiya qaydalarını pozmasının ardından qoyulan səyahət qadağası: pozuntu
Faktlar – 2003-cü ildə ərizəçi ABŞ-dan tələbə vizasının şərtlərinə zidd olaraq ödənişli bir işinə girdiyinə görə öz ölkəsinə, Bolqarıstana deportasiya edilir. Ölkəsinə qayıtdığı zaman, Bolqarıstan dövlət orqanları ərizəçiyə iki il ərzində səyahət qadağası qoyur və ABŞ səfirliyindən məktub aldıqdan sonra pasportunu müsadirə edir. Ərizəçinin bolqar məhkəmələri qarşısındakı şikayətləri rədd edilir.
Hüquqi məsələlər – 4 saylı Protokolun 2-ci Maddəsi: Bu, yerli və ya xarici dövlətin immiqrasiya qanunlarının pozulmasının qarşısı almaq üçün qoyulan səyahət qadağasını araşdırdığı ilk işdir. Bolqarıstanə tərk etmək qadağası və paposrtunun əlindən alınması öz seçimi ilə bir ölkəni tərk etmək hüququna müdaxilədir. Müdaxilə “qanunla nəzərdə tutulmuşdu”. Bununla belə, müdaxilənin ictimai qaydanı və ya başqalarının hüquqlarını qorumaq kimi legitim məqsədlər daşıyıb-daşımadığını araşdırmağa ehtiyac yoxdur, çünki, bütün hallarda, bu müdaxilə demokratik cəmiyyətdə zəruri deyildi.
Hər hansı xüsusi bir ölkənin immiqrasiya qaydalarının pozulması üzündən, ərizəçinin hər hansı bir ölkəyə getməsinə avtomatik şəkildə qoyulan bu cür ümumi və fərq qoymayan bir tədbir proporsional hesab edilə bilməz. Hər hansı ölkənin immiqrasiya qanunlarının ciddi pozuntusu (həmin ölkənin qanunları əsasında) həmin ölkədən çıxarılması və ora müəyyən müddət üçün girməsinin qadağan olunması ola bilər. Ərizəçi ABŞ-dan deportasiya edilmişdir. Ərizəçinin etdiyi əməldən birbaşa olaraq təsirlənməyən Bolqarıstan Dövlətinin də ərizəçini digər hər hansı dövlətə iki il ərizndə səyahət etməsini qadağan etməsi həddindən artıq ciddi bir tədbir kimi görünür. Bundan əlavə, dövlət orqanları bu qərarları üçün heç bir səbəb göstərməmişlər və göründüyü kimi, ərizəçinin fərdi vəziyyətini, yəni onun ABŞ-da deportasiya edilməsinə səbəb olan pozuntunun ciddiliyi, onun başqa bir ölkənin immiqrasiya qanunlarını pozacağı riski, ailə, maliyyə və şəxsi vəziyyəti və ya cinayət keçmişini nəzərdən keçirməyi lazım bilməmişlər. Yerli məhkəmələr hesab etmişlər ki, bu məsələ ilə bağlı inzibati orqanların mülahizə səlayiyyətini icra etmələrini yoxlaya bilməzlər. Məhkəmə bir ölkəni tək etmək qadağasının digər bir Dövlətin immiqrasiya qanunlarının pozulması səbəbindən tətbiq olunmasının bəzi şəraitdə əsaslandırılmış olduğunu qəbul etməyə hazır olsa da, belə bir tədbirin həmin şəxsin fərdi vəziyyətini nəzərə almadan avtomatik şəkildə tətbiq edilməsini demokratik cəmiyyətdə zəruri bir addım kimi hesab edə bilməz.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 13: Yerli məhkəmələr sadəcə qadağanın formal qanuniliyi məsələsinə diqqət vermişlər və xüsusilə qeyd etmişlər ki, ərizəçinin qaldırdığı əsas şikayət olan və 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndinin balanslaşdırma tələbininin əsası olan qadağana ehtiyac məsələsi barədə inzibati orqanın öz mülahizələri əsasında verdikləri qərarı yoxlaya bilməzlər. Bu proses, baxılma dairəsinin məhdudluğu səbəbilə, Konvensiya üzrə ciddi bir şikayətin mahiyyəti üzrə araşdırılmasına imkan yaratmamış və 13-cü maddənin tələblərinə cavab vermiş hesab edilə bilməz.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 41: Tələb edilməmişdir.
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququ üzrə Məlumat Qeydləri ilə tanış olmaq üçün buraya daxil olun:
Case-Law Information Notes
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy