© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Sitaropulos və Giakumopulos Yunanıstana qarşı [Böyük Palata] (Sitaropoulos and Giakoumopoulos v. Greece [GC]), ərizə № 42202/07
15.03.2012-ci il tarixli qərar [Böyük Palata]
Maddə 14
1 saylı Protokolun 3-cü maddəsi
Xalqın rəyinin sərbəst ifadəsi
Səsvermə hüququ
Xaricdə yaşayan Yunanıstan vətəndaşlarının səsvermə qaydasını müəyyən edən qanunvericiliyin olmaması: pozuntu baş verməyib
Faktlar – Ərizəçilər Strasburqda (Fransa) daimi yaşayan iki nəfər Yunanıstan vətəndaşı idi. Yunanıstanın Fransadakı səfirinə yazdıqları 10 sentyabr 2007-ci il tarixli məktubda onlar 16 sentyabr 2007-ci ildə Yunanıstanda keçiriləcək parlament seçkilərində səsvermə hüquqlarını yaşadıqları ölkədə həyata keçirmək istəklərini ifadə etdilər. İki gün sonra səfir cavab verdi ki, onların xahişi yerinə yetirilə bilməz, çünki xaricdə yaşayan Yunanıstan vətəndaşlarının səsvermə hüququnu həyata keçirmələrinin şərtlərini tənzimləyən normalar yoxdur. Ümumi seçkilər keçirildi və Yunanıstana səfər etməyən ərizəçilər səsvermə hüquqlarını həyata keçirmə bilmədilər.
8 iyul 2010-cu il tarixli qərarında (132 saylı Məlumat bülleteninə bax) Məhkəmənin Palatası bu qənaətə gəldi ki, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozuntusu baş verib.
Hüquqi məsələlər – 1 saylı Protokolunun 3-cü maddəsi: Ərizəçilər şikayət etdilər ki, Yunanıstan qanunvericiliyində xaricdə yaşayan vətəndaşların parlament seçkiləri zamanı cari yaşayış yerlərində səs vermələri üçün qaydalar müəyyənləşdirilməyib. Son otuz beş ildə Konstitusiyada xaricdə olanların səs verməsi üçün müddəa nəzərdə tutulsa da, həmin hüququn həyata keçirilməsi üçün heç bir tədbir görülməyib. Buna görə də Məhkəmə araşdırmalı idi ki, səsvermə hüququnun həyata keçirilməsinin şərtlərinə dair qanunvericiliyin qəbul edilmədiyinə baxmayaraq, seçki sistemi "xalqın iradəsini sərbəst ifadə etməsinə" imkan verirmi və "səsvermə hüququnun mahiyyətini" qoruyurmu və ümumiyyətlə 1 saylı Protokolun 3-cü maddəsi dövlətin üzərinə xaricdəki vətəndaşların öz seçki hüquqlarını həyata keçirmələrinə imkan verən sistem yaratmaq öhdəliyini qoyurmu?
Birincisi, nə beynəlxalq və regional müqavilələrdə, nə də səlahiyyətli beynəlxalq orqanlar tərəfindən onlara verilən şərhlərdə müvəqqəti və ya daimi olaraq vətəndaşları olduqları dövlətin ərazisindən kənarda yaşayan şəxslərin səsvermə hüquqlarının həyata keçirilməsi üçün müvafiq dövlətin tədbirlər görməsini tələb etməyə əsas verən müddəa yoxdur. Doğrudur, Avropa Şurasının institutları bir neçə dəfə üzv dövlətləri dəvət ediblər ki, xaricdə yaşayan vətəndaşlarının seçki prosesində iştirakını mümkün qədər təmin etsinlər. Bununla belə, Venesiya Komissiyasının[1] qeyd etdiyi kimi, xaricdə yaşayanların səs verməsinə şərait yaradılması tam arzuedilən olsa da, dövlətlər üçün məcburi deyil və sadəcə hər bir ölkənin qanunverici orqanının nəzərdən keçirə biləcəyi məsələdir.
İkincisi, Avropa Şurasına üzv olan dövlətlərin qanunvericiliklərinin müqayisəli tədqiqi göstərdi ki, qüvvədə olan qanunvericilik əsasında iddia etmək olmaz ki, həmin dövlətlər xaricdə yaşayan vətəndaşlarının səsvermə hüquqlarını həyata keçirmələrinə şərait yaratmaq öhdəliyini daşıyırlar. İştirakçı dövlətlərin çoxu vətəndaşlarının xaricdən səs verməsinə icazə versə də, bəziləri buna icazə vermir. Bu hüququn həyata keçirilməsini tənzimləyən şərtlərə gəldikdə, hazırda onlar əhəmiyyətli dərəcədə fərqlənir, bu isə o deməkdir ki, iştirakçı dövlətlər bu sahədə geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər.
Üçüncüsü, Yunanıstan Konstitusiyasında xaricdə yaşayan vətəndaşların yaşadıqları yerdə səsvermə hüquqlarını həyata keçirmələrinin qanunverici orqan tərəfindən tənzimlənməsinə imkan verən müddəa olsa da, bu, qanunverici orqan üçün məcburi deyildi, belə ki, bu müddəa mahiyyətcə fakultativ xarakterli idi. Müvafiq olaraq, milli hakimiyyət orqanlarının həmin müddəanı nə vaxt və necə tətbiq etmələrini göstərmək Məhkəmənin işi deyildi. Bundan başqa, təkzibedilməz faktdır ki, Yunanıstanın hakimiyyət orqanları sözügedən müddəanın qüvvəyə minməsi üçün qanun qəbul etməyə dəfələrlə cəhd etmişdilər, lakin bu cəhdlər siyasi razılıq əldə edilməsinə gətirib çıxarmamışdı.
Nəhayət, baxmayaraq ki, ərizəçilər də öz ölkələrində yaşayan vətəndaşlarla eyni dərəcədə ölkələrinin məsələləri ilə maraqlanırdılar, bu hal Yunanıstandakı hüquqi vəziyyəti sual altına almaq üçün yetərli deyildi. İstənilən halda, səlahiyyətli orqanlar səsvermə hüquqlarını tənzimləyərkən hər bir konkret halı nəzərə ala bilməzdilər və yalnız ümumi qayda müəyyən edə bilərdilər. Səs vermək üçün Yunanıstana səfər etmələrinin ərizəçilərin maliyyə durumuna, ailə və peşə həyatına mənfi təsir göstərəcəyinə gəldikdə, Məhkəmə hesab etdi ki, bu, onların hüquqlarını pozacaq həddə çatan qeyri-mütənasib əngəl deyildi.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Daha çox Venesiya Komissiyası adı ilə tanınan Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyası Avropa Şurasının konstitusiya məsələlərinə dair məsləhətverici orqanıdır, 1990-cı ildə təsis edilib.
Full & Egal Universal Law Academy