© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
S.T.S. Niderlanda qarşı (S.T.S. v. the Netherlands), ərizə № 277/05
07.06.2011-ci il tarixli qərar [III Bölmə]
Maddə 5
5-ci maddənin 4-cü bəndi
Həbsdə saxlanılmanın qanuniliyinin yoxlanılması
Həbsdə saxlamanın qanuniliyinə mümkün qədər tezliklə baxılma məsələsi
Həbs qərarının müddəti başa çatdıqdan sonra həbsdə saxlanılmaya qarşı verilmiş ərizəyə baxışın Ali Məhkəmə tərəfindən həddən artıq gecikdirilməsi və ərizənin qəbul olunmayan elan edilməsi: pozuntular baş verib
Faktlar – 2002-ci ilin oktyabrında hakim əvvəllər hüquq pozuntuları törətmiş və davranışında problemləri olan yetkinlik yaşına çatmayan ərizəçinin həbsə alınmasına sanksiya verdi. Həbsdə saxlanılmanın birinci üç aylıq müddəti bir neçə dəfə uzadıldı, daha sonra hakim 2003-cü ilin oktyabrından müddəti bir illik uzatdı. 2003-cü ilin dekabrında apellyasiya məhkəməsi bu müddəti 1 may 2004-cü ilədək qısaltdı. 2004-cü il yanvarın ortalarında ərizəçi Ali Məhkəməyə şikayət ərizəsi verdi və 2004-cü ilin noyabrında bu məhkəmə ərizənin aktuallığını itirməsi ilə əlaqədar olaraq onu qəbul olunmayan elan etdi, belə ki, həmin dövrdə apellyasiya məhkəməsinin qərarının əhatə etdiyi müddət başa çatmışdı.
Hüquqi məsələlər – 5-ci maddənin 4-cü bəndi
a) Ərizəyə mümkün qədər tezliklə baxılma məsələsi – Apellyasiya məhkəməsinin müxtəlif mənbələrdən məlumatlar toplamaq və bir sıra şəxslərin araşdırmada səmərəli iştirakını təmin etməsinə ehtiyac olduğunu nəzərə alsaq, qərarın qəbulu üçün lazım olan 63 günlük müddət özlüyündə ərizəyə baxışda operativliyin olmadığına dəlalət etmir. Lakin Ali Məhkəmədəki icraat haqqında bunu demək olmaz, belə ki, o, ərizəçinin kassasiya şikayəti verməsindən 294 gün sonra qərar çıxarmışdı. Bu, həddən artıq uzun müddətdir. Yubanmanın səbəbi asılı olmayaraq, milli məhkəmə orqanları təcili məsələlərə (xüsusən söhbət şəxsin azadlığından gedirsə) operativ şəkildə baxışı təmin etmək üçün zəruri inzibati tədbirlər görməyə borcludur.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
b) Ərizəyə baxışın səmərəliliyi məsələsi – Ərizəçi apellyasiya məhkəməsinin təyin etdiyi altı ay həbsdə saxlaa sanksiyanın müddətinin başa çatmasına üç ay yarım qalmış kassasiya şikayətini Ali Məhkəməyə vermişdi. Lakin Ali Məhkəmə bu müddət ərzində qərar çıxarmamasının səbəblərini göstərmədi. Sanksiyanın müddəti başa çatana qədər heç bir səbəb göstərilmədən yekun qərarın çıxarılmaması özlüyündə ərizəçinin kassasiya şikayətinin preventiv (qabaqlayıcı), yaxud hətta reparativ (bərpaedici) hüquqi müdafiə vasitəsi qismində hər cür praktiki səmərədən məhrum edilməsinə bərabər idi.
Bundan əlavə, ərizəçinin kassasiya şikayətinin aktuallığını itirdiyini əsas gətirərək onu qəbul olunmayan elan etməklə Ali Məhkəmə onu mümkün səmərədən məhrum etmişdi. Keçmiş məhbus hətta azadlığa buraxıldıqdan sonra belə, həbsdə saxlanılmasının qanuniliyi məsələsinə hüquqi cəhətdən maraq göstərə bilər, məsələn, bu maraq 5-ci maddənin 5-ci bəndində təsbit olunmuş "iddia ilə təmin olunan kompensasiya hüququ" il əlaqədar mövcud ola bilər və bu halda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş həbsdə saxlanma barədə qərarın qanuni olduğu barədə daxili qanunvericilikdə nəzərdə tutulmuş hər hansı prezumpsiyanı təkzib edən məhkəmə qərarının çıxarılması zəruri ola bilər. Müvafiq olaraq, ərizəçinin həbsdə saxlanmasının qanuniliyi məsələsinin həllinə aid araşdırma səmərəli deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 2.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy