© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Ştummer Avstriyaya qarşı (Stummer v. Austria [GC]), ərizə № 37452/02
07.07.2011-ci il tarixli qərar [Böyük Palata]
Maddə 14
Ayrı-seçkilik
Pensiya hesablanarkən ərizəçinin həbsxanada yerinə yetirdiyi işin nəzərə alınmasından imtina edilməsi: pozuntu baş verməyib
Faktlar – Ərizəçi həbsxanada 28 il keçirmişdi. Cəzasını çəkdiyi dövrdə o, uzun müddət işləmiş, amma ümumi sosial sığorta haqqında Qanuna uyğun olaraq pensiya almaq hüququ əldə etməmişdi. Ərizəçinin həbsxanada işlədiyi dövr 1 yanvar 1994-cü ildən işsizliklə əlaqədar sığorta sisteminə daxil edildi. Yaşa görə pensiyanın vaxtından əvvəl təyin edilməsi üçün onun verdiyi ərizə 1999-cu ilin martında əmək pensiyalarının sığortası idarəsi tərəfindən rədd edildi və belə əsas gətirildi ki, o, pensiya hüququ üçün tələb olunan minimum 240 sığorta ayı toplaya bilməyib. Ərizəçi idarənin qərarından şikayət verərək iddia etdi ki, həbsxanada keçirdiyi müddətə ərzində işlədiyi aylar sığorta ayları kimi hesablanmalıdır. 2001-ci ilin aprelində əmək və sosial məsələlər üzrə məhkəmə bu tələbi rədd etdi. Apellyasiya məhkəməsi də ərizəçinin şikayətini rədd edərək müəyyən etdi ki, Cəzaların icrası haqqında 1993-cü il tarixli Qanuna dəyişikliklər edildikdən sonra məhbusların işsizliyə qarşı sığorta sistemində iştirakı faktı onların yaşa görə pensiya sistemində iştirakı məsələsi üçün həlledici əhəmiyyət daşımır. 2002-ci ilin fevralında Ali Məhkəmə ərizəçinin şikayətini rədd etdi. 2004-cü ilin yanvarında həbsxanadan azad edildikdən sonra ərizəçi İşsizliyə qarşı sığorta haqqında Qanuna uyğun olaraq bir neçə ay ərzində işsizliyə görə müavinət almış, sonra isə maddi ehtiyacı olanlar üçün yardım almışdı.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsi: Məhkəmə qeyd etdi ki, həbsxanada yerinə yetirilən iş adi işçilər tərəfindən yerinə yetirilən işdən xeyli fərqlənir və ilk növbədə islah olunma və cəmiyyətə inteqrasiya məqsədini daşıyır. Həbsxanada yerinə yetirilən iş Avstriya qanunvericiliyinə əsasən məcburi olsa da, Avropa Məhkəməsi bu amili həlledici hesab etmədi. Söhbət qocalıq dövründə maddi təminatın zəruriliyindən gedirdi və bu baxımdan ərizəçinin vəziyyəti nisbətən adi işçilərin vəziyyətinə oxşar idi. Amma Ümumi sosial sığorta haqqında Qanuna uyğun olaraq sağlamlığın sığortası və bədbəxt hadisələrdən sığorta sistemində iştiraka gəlincə, işləyən məhbus olan ərizəçinin vəziyyəti adi işçilərin vəziyyətindən fərqli idi, belə ki, işləyən məhbuslar xəstələndikdə və ya bədbəxt hadisəyə məruz qaldıqda onların maddi təminatı dövlət tərəfindən Cəzaların icrası haqqında Qanuna uyğun olaraq həyata keçirilirdi.
Hökumət iddia etdi ki, işləyən məhbusların çox vaxt sosial sığorta haqqını ödəmək üçün vəsaitləri olmur və əgər əhəmiyyətli sığorta haqlarının ödənilmədiyi dövrlər pensiya hüququ yaradan sığorta dövrləri hesab olunarsa, bu, yaşa görə pensiya sisteminin səmərəliliyinə xələl gətirə bilər. Yaşa görə pensiya sisteminin ümumi sabitliyini mühafizə etmək lazım idi və müvafiq olaraq, məhbusun həbsxanada işlədiyi dövrü sığorta dövrü kimi hesablamaq, yaxud sığorta haqlarının ödənilmədiyi dövrləri kompensasiya edən dövr kimi nəzərə almaq olmazdı. Avstriyanın sosial təminat haqqında qanunvericiliyi yalnız sosial cəhətdən məqbul hesab edilən məhdud sayda hallarda, məsələn, şəxs uşaqların tərbiyəsi ilə məşğul olduqda, işsiz olduqda və ya hərbi xidmətdə olduqda bu cür imkanı nəzərdə tuturdu. Avropa Məhkəməsi yuxarıda göstərilən məqsədləri qanuni hesab etdi.
İşləyən məhbuslar barəsində fərqli rəftarın qarşıya qoyulan qanuni məqsədlərə mütənasib olub-olmaması məsələsi bütövlükdə dövlətin hansı iqtisadi və sosial siyasəti seçməsi ilə sıx bağlıdır. Bu sahədə dövlətlər geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər, buna görə də Məhkəmə yalnız dövlətin seçdiyi siyasətin ağlabatan əsasa söykənmədiyi hallarda müdaxilə edə bilər. Bundan başqa, bu məsələyə məhbusların həbsxanadakı əməyinin və sosial təminatının ümumi sisteminin xarakteristikalarından biri kimi baxılmalıdır. Amma Avropada məhbusların sosial sığortası məsələsinə dair konsensus yoxdur. Avropa Şurasının üzvü olan dövlətlərin mütləq çoxluğu məhbusların müəyyən formada sosial sığortasını təmin etsə də, onların az qismi məhbusları yaşa görə pensiya sisteminə daxil edirlər, Avstriya kimi bəzi ölkələrdə isə məhbuslara bu imkan onların könüllü sığorta haqları ödəməsi yolu ilə yaradılır.
Ərizəçi həbsxanada uzun müddət işləmişdi. Dövlət orqanlarının qərarlarından görünürdü ki, 1960-1990-cı illər sığorta dövrünün əhatə etmədiyi müddət idi. İşin hallarına aid olan dövrdə işləyən məhbusların milli sosial sığorta sistemlərində iştirakı məsələsi barədə vahid rəy yox idi. Vahid rəyin olmaması 1987-ci il tarixli Avropa penitensiar qaydalarında da öz əksini tapmışdı, həmin qaydalarda bu məsələ barədə heç nə deyilmirdi. Sonradan 2006-cı il tarixli Avropa penitensiar qaydalarında tövsiyə olundu ki, işləyən məhbuslar mümkün qədər milli sosial sığorta sistemlərinə daxil edilsinlər, amma orada konkret olaraq yaşa görə pensiya barədə qeyd yox idi. Bu tendensiya Avstriya qanunvericiliyində bütün məhbuslar üçün xəstəlikdən və bədbəxt hadisələrdən sığortanın təmin olunmasında öz əksini tapdı, 1994-cü ilin yanvarından isə işləyən məhbuslar işsizliyə qarşı sığorta sisteminə daxil edildilər. O da önəmli məsələ idi ki, yaşa görə pensiya hüququ olmayan ərizəçi sosial təminatsız qalmamışdı. Həbsxanadan azad edildikdən sonra o, işsizliyə görə müavinət alırdı, daha sonra isə işləyən məhbus kimi İşsizliyə qarşı sığorta haqqında Qanuna uyğun olaraq almaq hüququna malik olduğu ödənişləri alırdı. Avropa Məhkəməsi bu iş üzrə qərar çıxardığı vaxt ərizəçi hələ də maddi ehtiyacı olan şəxslər üçün müavinət, habelə mənzil üçün müavinət alırdı, onların ümumi məbləği təxminən 720 avro idi ki, bu da az qala minimum pensiya səviyyəsinə (təxminən 780 avro) çatan məbləğ idi.
Xülasə, dəyişən standartların kontekstində məhbusların azad edildikdən sonra cəmiyyətə inteqrasiya olunması üçün ən münasib saydığı sığorta sisteminə prioritet verdiyinə görə iştirakçı dövləti təqsirləndirmək olmaz. Məhkəmə Avstriyaya bu işdə qaldırılmış məsələni nəzərdən keçirməsini tövsiyə etməklə yanaşı, bu qənaətə gəldi ki, işləyən məhbusları yaşa görə pensiya sisteminə daxil etməməklə Avstriya bu sahədə malik olduğu qiymətləndirmə sərbəstliyinin hüdudlarını aşmamışdı.
Nəticə: pozuntu baş verməyib (yeddi səsə qarşı on səslə).
Maddə 4: Ərizəçi iddia etdi ki, Avropa standartları o dərəcədə dəyişib ki, həbsxanada yerinə yetirilən iş yaşa görə pensiya sistemində iştirak sayılmırsa, məhbusdan həbs müddəti ərzində həmin işi yerinə yetirməsini tələb etmək olmaz. Avstriya qanunvericiliyi Avropa hüququndakı inkişafı müəyyən dərəcədə özündə əks etdirib, belə ki, məhbusların xəstəliklərə və bədbəxt hadisələrə qarşı sığortası nəzərdə tutulub və işləyən məhbuslar işsizliyə qarşı sığorta sistemində iştirak edirlər, amma yaşa görə pensiya sistemində iştirak etmirlər. Belə görünür ki, işləyən məhbusların yaşa görə pensiya sistemində iştirakı məsələsində Avropada yetərincə konsensus yoxdur. 2006-cı il tarixli Avropa penitensiar qaydaları bu sahədə inkişaf tendensiyasını əks etdirsə də, buna dövlətin Konvensiyada nəzərdə tutulan öhdəliyi kimi baxmaq olmaz. Məhkəmə Konvensiyanın 4-cü maddəsinə ərizəçinin verdiyi şərhi qəbul etmək üçün əsas görmədi və bu qənaətə gəldi ki, yaşa görə pensiya sistemində iştirak hüququ olmadan onun məhbus qismində yerinə yetirdiyi iş Konvensiyanın 4-cü maddəsinin 3-cü bəndinin "a" yarımbəndində nəzərdə tutulan "həbsdə olan ... şəxsin adətən yerinə yetirməli olduğu ... iş" sayılmalıdır və buna görə də həmin iş "məcburi və ya icbari əmək" təşkil etmir.
Nəticə: pozuntu baş verməyib (bir səsə qarşı on altı səslə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy