© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 176 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, iyul
SVİNARENKO VƏ SLYADNEV RUSİYAYA QARŞI [Böyük Palata] - 32541/08 və 43441/08 nömrəli ərizələr
2014-cü il 17 iyul tarixli qərar [Böyük Palata]
Maddə 3
Alçaldıcı rəftar
Təqsirləndiirlən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı zamanı saxlanılmaları üçün metal qəfəsdən istifadə olunması: pozuntu baş vermişdir
Faktlar – Hər iki ərizəçi soyğunçuluq da daxil olmaqla bir sıra cinayət əməlləri törətməkdə ittiham edilmişlər. Məhkəmə prosesi çərçivəsində keçirilmiş iclaslarda onlar ölçüləri təxminən 1,5-in 2,5 metrə olan və dörd tərəfdən metal millərlə əhatələnən və metal tavanı olan qəfəsə salınmışlar.
Məhkəmənin Palatası 2012-ci il 11 dekabrda qəbul etdiyi qərarında yekdilliklə onların qəfəsə salınmasının Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd şəkildə alçaldıcı rəftar olduğunu təsbit etmişdir.
Hüquqi məsələlər – Maddə 3: Hökumət bildirmişdir ki, ərizəçilərin ittiham olunduqları cinayətlərin zorakı xarakter daşıdığı, əvvəllər cinayət törətdikləri və zərərçəkmişlərin və şahidlərin ərizəçilərdən qorxması nəzərə alınmaqla məhkəmə baxışının keçirilməsi üçün lazımi şəraitin yaradılması qəfəsdən istifadə edilməsinə haqq qazandırmışdır.
Məhkəmə bildirmişdir ki, ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsi üçün məhkəmə iclas otağında qanun-qayda və təhlükəsizliyin təmin edilməsi böyük əhəmiyyət kəsb etsə də, bu qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün seçilən vasitələr ağırlıq dərəcəsinə və ya xarakterinə görə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı mütləq formada qadağan edən 3-cü maddə ilə bağlı məsələlərin ortaya çıxmasına səbəb olacaq hərəkəti məhdudlaşdırma tədbirlərini ehtiva etməməlidir.
Ərizəçilərin işlərinə açıq məhkəmə iclasında andlılar tərəfindən baxılırdı. İclaslarda təxminən 70 şahid də iştirak etmişdir. Belə bir şəraitdə ərizəçilərin ictimaiyyətin qarşısında qəfəsdə olması onların şəxsiyyətinə xələl gətirmiş olurdu və onlarda alçalma, köməksizlik, qorxu, əzab və aşağılanma hissləri yaradırdı. Onlar bu rəftara bir ildən artıq davam edən, demək olar ki, hər ay bir-neçə iclası keçirilən bütün məhkəmə prosesi dövründə məruz qalmışlar. Ərizəçilərin işlərinə baxılan zaman iclas zalında qəfəsdə görünmələrinin hakimlərdə onların təhlükələri olmaları barədə təəssürat yaratmaqla təqsirsizlik prezumpsiyasını pozmasından qorxmaları üçün obyektiv əsas olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı qəfəsdə saxlanılmasının onun hərəkətlərinin fiziki cəhətdən məhdudlaşdırılması, qaçmasının qarşısının alınması, ictimai qaydanı pozan hərəkətlərinə və aqressiv davranışına yol verilməməsi, yaxud da onun kənardan edilə biləcək aqressiv hərəkətlərdən qorunması üçün zəruri vasitə olduğunu təsdiq edən hər hansı inandırıcı dəlil müəyyən etməmişdir. Buna görə də bu təcrübənin davam etdirilməsi qəfəsə salınmış şəxsin alçaldılması və ya aşağılanması vasitəsi kimi qəbul edilməlidir. Beləliklə də ərizəçilər məhkəmə baxışı zamanı məhkəmə iclas otağında mənəvi sarsıntıya məruz qalmışlar və bu sarsıntı məhkəmə zalında saxlanma zamanı mövcud ola biləcək qaçılmaz əzab səviyyəsindən artıqdır və sözü gedən rəftar 3-cü maddənin tətbiq oluna bilməsi üçün zəruri olan minimal ağırlıq səviyyəsinə çatmışdır.
Son zamanlar Palata tərəfindən qəbul edilmiş bir sıra qərarlarda təhlükəsizlik mülahizələri ilə əsaslandırılmadan qəfəsdən istifadə olunması halında 3-cü maddənin pozuntusu təsbit edilmişdir. Lakin Böyük Palata bu kontekstdə qəfəslərdən istifadə olunmasına 3-cü maddə əsasında hər hansı bir formada haqq qazandırıla biləcəyini hesab etmir. Hər bir halda hətta bunun mümkünlüyü güman edilsə belə, Hökumətin ərizəçilərin təhlükəsizlik üçün hədə yaratdıqları barədə iddiası sübuta yetirilməmişdir.
Məhkəmə təkrar etmişdir ki, Konvensiyanın mahiyyəti məhz insan ləyaqətinə hörmətin təmin edilməsidir və insanların fərd kimi qorunması vasitəsi qismində çıxış edən Konvensiyanın obyekti və məqsədi onun müddəalarının Konvensiyada təsbit edilmiş təminatların praktiki və səmərəli olmasını təmin edəcək şəkildə təfsir və tətbiq edilməsini tələb edir. Məhkəmə prosesi zamanı şəxsin metal qəfəsdə saxlanılması öz-özlüyündə əsl alçaldıcı xarakterə malikdir. Buna görə də ərizəçilərin məhkəmə iclas otağında metal qəfəsə salınması 3-cü maddə ilə qadağan edilən alçaldıcı rəftara bərabərdir.
Nəticə: pozuntu baş vermişdir (yekdilliklə).
Məhkəmə həmçinin yekdilliklə cinayət prosesinin müddəti ilə bağlı 6-cı maddənin 1-ci bəndinin pozulduğunu qət etmişdir.
Maddə 41: Mənəvi ziyanla bağlı 10 000 avro
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy