© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Suluk Birləşmiş Krallığa qarşı (Szuluk v. the United Kingdom), ərizə № 36936/05
02.06.2009-cu il tarixli qərar [IV Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Yazışma sirrinə hörmət hüququ
Məhbusun tibb mütəxəssisi ilə yazışmalarının yoxlanılması: pozuntu baş verib
Ərizəçi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə ittiham olunduğu və sonradan 14 il müddətinə azadlıqdan məhrum edildiyi işdə məhkəmə araşdırmasına qədər girov müqabilində azadlığa buraxıldığı dövrdə beyninə qan sızmışdı. O, cəzasını çəkmək üçün həbsxanaya göndərilənə qədər iki tibbi əməliyyata məruz qalmışdı. Sonradan onun mütəxəssis tərəfindən müayinə olunmaq üçün altı ayda bir dəfə xəstəxanaya getməsi tələb olunurdu. O, müəyyən etdi ki, həbsxananın tibb işçisi xəstəxanada ərizəçinin müalicəsinə rəhbərlik edən neyrorentgenoloqla onun yazışmalarına nəzarət edir. Onun milli məhkəmələrə bu barədə verdiyi şikayət rədd edildi, belə ki, Apellyasiya Məhkəməsi qərara aldı ki, vicdanlılığı heç zaman şübhə altına alınmayan tibb mütəxəssisinin "hədələnmə və ya aldadılma" yolu ilə qadağan edilmiş məlumatları ərizəçiyə ötürməsi təhlükəsi ərizəçinin hüquqlarına bu cür müdaxiləyə haqq qazandırır.
Hüquqi məsələlər – Ərizəçinin yazışmalarının oxunması onun hüququna "dövlət orqanları tərəfindən müdaxilə" təşkil edirdi, bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və cinayətin qarşısını almaq və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədini daşıyırdı.
Müdaxilənin zəruriliyinə gəlincə, Məhkəmə qeyd etdi ki, ərizəçinin səhhəti ilə bağlı vəziyyətin ciddiliyini nəzərə alsaq, həkimlə yazışmalarına nəzarət edilməsinin onların ünsiyyətinə mane olacağı və onun adekvat tibbi yardım adlığına inamını pozacağına dair ərizəçinin narahatlığını başa düşmək olardı. Ərizəçinin tibbi yazışmalarının konfidensial saxlanılması rejimindən sui-istifadə etdiyini və ya bu niyyətdə olduğunu düşünməyə əsas verən heç nə yox idi və o, xüsusi təhlükəli ("A" kateqoriyasına aid) məhbus deyildi. Apellyasiya Məhkəməsi etiraf etdi ki, parlament üzvlərinin katibliyinin əməkdaşları ilə maneəsiz yazışmaların mühümlüyü hər hansı sui-istifadə hallarının baş verməsi təhlükəsindən üstün tutulur və Avropa Məhkəməsinin rəyinə görə, səhhətində həyatı üçün təhlükəli problem olan məhbusun həkimi ilə məhdudiyyətsiz yazışmalarına da ən azı eyni müdafiə şamil olunmalıdır. Üstəlik, Apellyasiya Məhkəməsi etiraf etdi ki, bəzi hallarda məhbusun tibbi yazışmalarının konfidensiallığını təmin etməkdən imtina qeyri-mütənasib tədbir ola bilər və bu məsələ ilə bağlı müvafiq dəyişikliklər milli qanunvericiliyə daxil edilib. Nəhayət, Avropa Məhkəməsi qeyd etdi ki, Hökumət adekvat izahat təqdim etməyib ki, dəqiq ünvanı bəlli olan, səriştəliliyi və vicdanlılığı şübhə doğurmayan konkret həkimlə yazışma zamanı mümkün olan sui-istifadə təhlükəsi nəyə görə vəkillə yazışma zamanı mümkün olan sui-istifadə təhlükəsindən daha ciddi qəbul edilməlidir. Beləliklə, bu işdə ərizəçinin tibbi yazışmalarına nəzarət edilməsi ilə onun yazışma sirrinə hörmət hüququ arasında balansa riayət edilməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 1000 avro təyin olundu.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy