© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 179 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, noyabr
Taraxel İsveçrəyə qarşı [Böyük Palata] - 29217/12
2014-cü il 4 noyabr tarixli qərar [Böyük Palata]
Maddə 3
Ölkə hüdudlarından kənara çıxarma
Əfqanıstan əsilli sığınacaq axtaran ailəsinin II Dublin Qaydalarına əsasən İtaliyaya geri qaytarılması təklifi: ölkə hüdudlarından kənara çıxarma pozuntu olacaqdı
Faktlar – Ərizəçilər – evli cütlük və onların altı azyaşlı uşağı Əfqanıstan vətəndaşlarıdırlar və İsveçrədə yaşayırlar. Cütlük və onların yaşca böyük beş uşağı 2011-ci ilin iyulunda İtaliya sahilinə çatmış və dərhal şəxsiyyətin müəyyənləşdirilməsi üzrə EURODAC sistemindən (şəkillərin çəkilməsi və barmaq izlərinin götürülməsi) keçmişlər. Sonra ərizəçilər Avstriyaya, buradan isə İsveçrəyə getmiş və sığınacaq almaq üçün müraciət etmişlər. Lakin Avropa İttifaqının II Dublin Qaydalarına əsasən onlara rədd cavabı verilmiş və bu, onların məsələləri ilə İtaliya hakimiyyət orqanlarının məşğul olacağı ilə izah edilmişdir. Buna görə də İsveçrənin hakimiyyət orqanları ərizəçilərin İtaliyaya geri qaytarılması barədə göstəriş vermişdir. Ərizəçilərin bu göstərişdən verdikləri şikayət rədd edilmişdir. Ərizəçilər Avropa Məhkəməsinə yazdıqları ərizədə bildirmişlər ki, onların İsveçrədən İtaliyaya deportasiyası Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd getmiş olacaq.
Hüquqi məsələlər – Maddə 3: Hazırkı işdə Məhkəmə İtaliyada sığınacaq axtaranlar üçün qəbul şərtləri ilə bağlı ümumi vəziyyəti və ərizəçinin konkret vəziyyətini nəzərə almaqla ərizəçilərin İtaliyaya geri qaytarılacaqları təqdirdə 3-cü maddənin tələblərinə zidd rəftarla üzləşəcəkləri təhlükəsinin olmasına inanmaq üçün əhəmiyyətli dəlillərin təqdim edilib-edilmədiyini müəyyənləşdirməlidir. Məhkəmə M.S.S. Belçika və Yunanıstana qarşı işi üzrə qərarında qəbul etdiyi yanaşmaya bənzər yanaşmanı əsas kimi götürməyi zəruri hesab etmişdir. Bu qərarında Məhkəmə ərizəçinin fərdi vəziyyətini müvafiq vaxtda Yunanıstanda mövcud olmuş ümumi vəziyyəti nəzərə almaqla araşdırmışdır.
a) İtaliyada sığınacaq axtaranlar üçün qəbul şəraitinin ümumi vəziyyəti - Məhkəmə “Mohammed Hussein və Digərləri Niderland və İtaliyaya qarşı” işi üzrə qərardadında qeyd etmişdir ki, 2012-ci ildə dərc edilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Tövsiyələri və İnsan Hüquqları Komissarının hesabatında bir sıra çatışmazlıqlara, xüsusilə şəxsiyyətin müəyyənləşdirilməsi prosedurunun yavaşlığı, qəbul mərkəzlərinin qeyri-adekvat imkanları və mövcud mərkəzlərdəki yaşayış şəraiti ilə bağlı çatışmazlıqlara istinad edilmişdir.
b) Sığınacaq axtaranlar üçün nəzərdə tutulmuş qəbul mərkəzlərinin imkanları – Hesabatlara görə bu mərkəzlərdə yerlərin sayı tələbatdan kifayət qədər az idi. Məhkəmə məlum rəqəmlərin dəqiqliyi ilə bağlı mübahisə açmadan qeyd edir ki, 2013-cü ilin ilk altı ayı ərzində sığınacaq almaq üçün verilən ərizələrin sayı ilə (14 184) SPRAR qaçqınların yerləşdirilməsi şəbəkəsinə daxil olan mərkəzlərdəki yerlərin sayı (9 630) arasında açıq-aşkar ziddiyyət mövcud idi.
c) Mövcud mərkəzlərdə qəbul şəraiti - BMT-nin Qaçqınlar üzrə Ali Komissarı qəbul şəraitində müəyyən pisləşmə və CARA-da məskunlaşma sayının çoxluğunu müşahidə etsə də, geniş miqyaslı zorakılıq vəziyyətlərinin və ya təhlükəli şəraitin olduğunu qeyd etməmiş və hətta İtaliyanın hakimiyyət orqanları tərəfindən sığınacaq axtaranlar üçün qəbul şəraitinin yaxşılaşdırılması istiqamətində atılmış addımları alqışlamışdır. İnsan Hüquqları Komissarı da 2012-ci il hesabatında “bəzi qəbul mərkəzlərində” problemlərin olduğunu qeyd etmişdir. Nəhayət, İtaliya Hökuməti 2014-cü il 12 fevralda keçirilmiş iclasda ərizəçilərin gəlişindən qısa müddət öncə CARA-da zorakılıqla müşayiət olunan insidentlərin baş verdiyini təsdiq etmiş, lakin sığınacaq axtaranların ailə üzvlərini sistematik olaraq bir-birlərindən ayırdıqlarını inkar edərək bunun yalnız bir-neçə halda və qısa müddətə, xüsusilə şəxsiyyətin müəyyənləşdirilməsi proseduru zamanı baş verdiyini bəyan etmişdir.
Bununla belə, İtaliyadakı vəziyyət heç bir halda yuxarıda qeyd edilmiş M.S.S. işi üzrə qərar qəbul edilən zaman Yunanıstanda mövcud olan vəziyyətlə müqayisə oluna bilməz. Həmin işdə Məhkəmə on minlərlə sığınacaq axtaranın yerləşdirilməsi üçün mindən az yerin olduğunu və ərizəçi tərəfindən təsvir edilmiş son dərəcə yoxsulluq vəziyyətinin geniş miqyasda mövcudluğunu xüsusilə olaraq qeyd etmişdir.
İtaliyada qəbul mərkəzlərinin quruluşu və buradakı ümumi vəziyyət öz-özlüyündə sığınacaq axtaranların bu ölkəyə geri qaytarılmasının bütün hallarının qarşısını almalı olmasa da, bununla belə yuxarıda qeyd olunmuş məlumat sistemin hazırkı imkanları ilə bağlı ciddi şübhələr doğurur. Buna görə də Məhkəmənin fikrincə çox sayda sığınacaq axtaranın heç bir yerdə yerləşdirilməməsi və ya şəxsi həyatın məxfiliyinə heç bir hörmət qoyulmadan və ya hətta təhlükəli və ya zorakı mühitdə yerləşdirilməsi imkanının olması əsassız iddia kimi rədd edilə bilməz.
d) Ərizəçilərin fərdi vəziyyəti - İtaliyada sığınacaq axtaranların ümumi vəziyyəti M.S.S. işi üzrə qərarda təhlil olunduğu kimi Yunanıstanda sığınacaq axtaranların vəziyyəti ilə müqayisə oluna bilmədiyi kimi, ərizəçilərin hazırkı iş üzrə spesifik vəziyyəti də M.S.S. işi üzrə ərizəçinin vəziyyətindən fərqlidir. Hazırkı işdə İtaliyanın hakimiyyət orqanları ərizəçilərin işləri ilə dərhal məşğul olduqları halda, M.S.S. işində ərizəçi ilk növbədə saxlanma yerinə salınmış, sonra isə yaşamaq üçün heç bir vəsait ayrılmadan buraxılaraq öz qayğısına qalmalı olmuşdur.
Hazırkı işdə İtaliyada qəbul sistemindəki mövcud vəziyyət nəzərə alındıqda çox sayda sığınacaq axtaranın heç bir yerdə yerləşdirilməməsi və ya şəxsi həyatın məxfiliyinə heç bir hörmət qoyulmadan və ya hətta təhlükəli və ya zorakı mühitdə yerləşdirilməsi imkanının olması əsassız iddia kimi rədd edilə bilməz. Buna görə də İtaliya ərazisinə gəldikləri zaman ərizəçilərin uşaqların yaşlarına uyğun mərkəzlərdə və şəraitdə qəbul ediləcəkləri və ailə üzvlərinin bir yerdə saxlanacağı barədə İtaliyalı həmkarlarından təminat almaq İsveçrənin hakimiyyət orqanlarının vəzifəsi idi.
İtaliya Hökumətinin məlumatına görə uşaqlı ailələrə xüsusilə həssas kateqoriya kimi baxılır və onlar əsasən SPRAR şəbəkəsi daxilində qəbul edilir. Bu sistem onları qalmaq yeri, ərzaq, tibbi müayinə, italyan dili dərsləri, sosial xidmətlərdən istifadə, hüquqi yardım, texniki-peşə təlimi, təhsil və özləri üçün yaşayış yeri seçilməsinə yardımla təmin edir. Lakin İtaliya Hökuməti yazılı və şifahi qeydlərində hakimiyyət orqanlarının ərizəçiləri konkret olaraq hansı şəraitdə saxlayacaqları barədə ətraflı məlumat verməmişdir.
Doğrudur ki, 2014-cü il 12 fevralda keçirilmiş iclasda İsveçrə Hökuməti İtaliyanın hakimiyyət orqanlarının FMİ-yə ərizəçilərin İtaliyaya geri qaytarılacaqları təqdirdə Bolonyada AQF tərəfindən maliyyələşdirilən mərkəzlərdən birində yerləşdiriləcəkləri barədə məlumat verdiyini bəyan etmişdir. Buna baxmayaraq konkret mərkəz, qəbul şəraiti və ailə birliyinin qorunması barədə müfəssəl və mötəbər məlumat olmadığı halda İsveçrənin hakimiyyət orqanları ərizəçilərin İtaliyaya geri qaytarılacaqları təqdirdə uşaqların yaşına uyğun şəkildə qəbul ediləcəkləri barədə kifayət edici təminata malik olmamışlar.
Buradan belə çıxır ki, ərizəçilər ilk növbədə uşaqların yaşına uyğun şəkildə qəbul ediləcəkləri və ailənin birlikdə saxlanacağı barədə İsveçrənin hakimiyyət orqanlarının İtaliyanın hakimiyyət orqanlarından fərdi təminatlar almadan İtaliyaya geri qaytarılacaqları təqdirdə Konvensiyanın 3-cü maddəsinin tələbləri pozulmuş olacaqdı.
Nəticə: ərizəçilər ölkə hüdudlarından kənara çıxarılacaqları təqdirdə Konvensiyanın tələbləri pozulacaqdı (on dörd səs lehinə, üç səs əleyhinə).
Maddə 41: Ərizəçilərin ölkə hüdudlarından kənara çıxarılacaqları təqdirdə Konvensiyanın tələblərinin pozulacağının təsbit edilməsi mənəvi ziyan üçün ədalətli kompensasiya idi.
(Bax: “M.S.S. Belçika və Yunanıstana qarşı” (Böyük Palata), 30696/09, 21 yanvar 2011-ci il, 137 saylı Məlumat Qeydi və “Mohammed Hussein və Digərləri Niderlanda və İtaliyaya qarşı” (qərardad), 27725/10, 2 aprel 2013-cü il, 162 saylı Məlumat Qeydi; həmçinin bax: “Dublin” işləri üzrə dərc olunmuş məlumat)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy