© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 162 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2013-cü il, aprel
Tarantino və Digərləri İtaliyaya qarşı – 25851/09, 29284/09 və 64090/09 nömrəli ərizələr
2013-cü il 2 aprel tarixli qərar [İkinci Bölmə]
1 saylı Protokolun 2-ci maddəsi
Təhsil hüququ
Dövlət universitetlərində və özəl universitetlərdə tibb və stomatologiya fakültələrinə keçirilən qəbul imtahanlarına numerus clauses-un tətbiqini nəzərdə tutan qanunvericilik: pozuntu baş verməmişdir
Faktlar – İtaliyada dövlət universitetləri və özəl universitetlərdə tibb və stomatologiya kimi bəzi peşə fakültələrinə numerus clauses (universitetə daxil olmasına icazə verilən namizədlərin sayına qoyulan məhdudiyyət) tətbiq edilir. Ərizəçilər hamısı müraciət etdikləri tibb və ya stomatologiya fakültələrinə daxil ola bilməyən tələbələr idi. İlk yeddi ərizəçi qəbul imtahanlarından keçə bilməmişdirlər. Səkkizinci ərizəçi ilkin olaraq stomatologiya fakültəsinə daxil olsa da, dəfələrlə təhsil imtahanları verə bilmədiyindən fakültədən xaric edilmiş və yenidən qəbul imtahanı verməsi tələb olunmuşdur. Səkkiz ərizəçinin hamısı 1 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuş təhsil hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişdirlər.
Hüquqi məsələlər – 1 saylı Protokolun 2-ci maddəsi
(a) Bütün ərizəçilərə aid olan şikayət – Mövcud qanunvericiliyə əsasən qəbul imtahanı və numerus clauses ilə qoyulan məhdudiyyətlərin yaratdığı nəticələr əvvəlcədən aydın olmuş və bu məhdudiyyətlər müvafiq şərtlər daxilində universitetlərdə minimal və adekvat təhsil səviyyəsini təmin etməklə yüksək peşəkarlıq səviyyəsinə çatmaq kimi qanuni məqsədə uyğun olmuşdur. Buna görə də bu işdə məhdudiyyətlərin mütənasibliyi məsələsinə baxılmışdır.
Müvafiq test imtahanları vasitəsilə ən layiqli tələbələrin müəyyən edilməsi məqsədilə qəbul imtahanlarının keçirilməsi tələbinə gəlincə, bu, universitetlərdə minimal və adekvat təhsil səviyyəsinin təmin edilməsi üçün mütənasib vasitə olmuşdur. Məhkəmə müvafiq test imtahanlarının məzmunu və ya müvafiqliyi barədə qərar qəbul etmək səlahiyyətinə malik deyildi.
Numerus clauses-a gəlincə, ərizəçilərin fərdi maraqları ilə ümumilikdə cəmiyyətin, o cümlədən universitetə daxil olan digər tələbələrin maraqları arasında tarazlığa nail olunmalıdır. Numerus clauses-un tətbiqi zamanı əsas kimi götürülmüş iki meyar – universitetlərin imkanları və resurs potensialı və cəmiyyətin konkret peşəyə ehtiyacı təhsil hüququnun tənziminin cəmiyyətin və fərdlərin ehtiyaclarından asılı olaraq dəyişə biləcəyini nəzərdə tutan Avropa Məhkəməsinin presedent hüququna uyğundur. Onlara həmçinin təhsilin ən yuxarı (üçüncü) səviyyəsi kontekstində baxılmalıdır.
Bu meyarların birincisinə gəlincə, təhsil hüququ təhsil alınmasının mümkün olduğu halda və müəyyən məhdudiyyətlər çərçivəsində tətbiq olunduğu üçün resursla bağlı tələblər məsələ ilə əlaqəli və şübhəsiz ki, məqbul olmuşdur. Bu, xüsusilə dövlət universitetlərinə aid olsa da, dövlətin özəl universitetlərə qəbulu da tənzim etməsi qeyri-mütənasib və ya əsassız addım hesab oluna bilməz. Belə yanaşma yalnız İtaliyada özəl sektorun qismən dövlət subsidiyası hesabına maliyyələşməsi ilə bağlı deyil. O, eyni zamanda qəbulun tənzimlənməsinin nəzarətsiz qəbulun və ya xaric etmənin qarşısının alınması və bərabər rəftarın təmin edilməsi baxımından zəruri olması ilə də izah oluna bilər. Buna görə də özəl institutlara daxil olmanın namizədlərin qabiliyyətləri və peşəyə meylliliklərindən deyil, yalnız maliyyə vəsaitlərindən asılı olmasına yol verməmək məqsədilə dövlətin bu sektorun, xüsusilə minimal və adekvat təhsil səviyyəsinə malik olmanın çox böyük önəm daşıdığı sahələrin tənzim edilməsinə dəqiqliklə yanaşmasına haqq qazandırılmışdır. Eyni zamanda o da düzgün idi ki, siniflərdə tələbə sayının həddən çox olması təhsil sisteminin səmərəliliyinə də ziyan vura bilərdi. Buna görə də birinci meyar qanuni və mütənasib hesab edilmişdir.
İkinci meyara – cəmiyyətin konkret peşəyə ehtiyacına – gəlincə, o, geniş Avropa İttifaqı və ya özəl sektor kontekstində müvafiq ehtiyacları və hətta yerli səviyyədə gələcək ehtiyacları nəzərə almasa da, Məhkəmə bununla belə onu tarazlı və mütənasib hesab etmişdir. Xüsusi peşəkarlar kateqoriyasına təhsil verilməsi böyük kapital qoyuluşu tələb edir və Hökumət dövlət xərclərinin həddindən artıq olmasına yol verməmək üçün tədbir görmək hüququna malik idi. İşsizlik ümumilikdə cəmiyyət üçün sosial yük olduğundan, dövlətin hər bir uğurlu namizədin əmək bazarına daxil olmasına çalışması ağlabatandır. Neçə məzunun yerli bazardan çıxaraq xaricdə iş axtaracağını təsbit etmək qeyri-mümkün olduğundan, dövlətin öz siyasətini onların böyük əksəriyyətinin ölkədə qalaraq iş axtaracağı ehtimalı üzərində qurması da əsassız hesab edə bilməz.
Nəhayət, ərizəçilər digər təhsil proqramlarına sənəd vermək və ya xaricdə təhsil almaq hüquqlarından da məhrum edilməmişdirlər və onların qəbul imtahanını neçə dəfə verə bilməsinə hər hansı məhdudiyyətin qoyulmadığı nəzərə alınarsa, ərizəçilər hələ də bu imtahanı yenidən vermək və uğur qazandıqları təqdirdə, fakültəyə daxil olmaq imkanına malik idilər. Son olaraq qeyd edilməlidir ki, tətbiq olunmuş tədbirlər qeyri-mütənasib olmamış və dövlət öz təqdir səlahiyyətini aşmamışdır.
Nəticə: pozuntu baş verməmişdir (altı səs lehinə, bir səs əleyhinə)
(b) Yalnız səkkizinci ərizəçiyə aid olan şikayət – Xüsusilə sözü gedən fakültəyə numerus clauses-un tətbiq olunduğu nəzərə alınarsa, tələbənin səkkiz il dalbadal təhsil imtahanlarını verə bilmədiyi təqdirdə fakültədən xaric edilməsi və ondan yenidən qəbul imtahanı verməsinin tələb olunması əsassız deyildir. Buna görə də səkkizinci ərizəçinin maraqları ilə digər namizədlərin, həmçinin ümumilikdə cəmiyyətin maraqları arasında tarazlığa nail olmuş bu tədbir mütənasib idi.
Nəticə: pozuntu baş verməmişdir (yekdilliklə)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy