© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Tatişvili Rusiyaya qarşı (Tatishvili v. Russia), ərizə № 1509/02
22.02.2007-ci il tarixli qərar [I Bölmə]
4 saylı Protokolun 2-ci maddəsi
4 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi
Özünə yaşayış yeri seçmək hüququ
Dövlət orqanlarının ərizəçini yaşadığı evin ünvanında qeydiyyata almaqdan imtina etmələri: pozuntu baş verib
6-cı maddə
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Milli məhkəmələr tərəfindən qərarlarının əsaslandırılmaması: pozuntu baş verib
Faktlar – Ərizəçi xanım Gürcüstanda anadan olub və 31 dekabr 2000-ci ilədək keçmiş SSRİ vətəndaşı olub, ondan sonra isə vətəndaşlığı olmayan şəxsdir. Hadisələr baş verən zaman o, Moskvada yaşayırdı. 1990-cı illərdə qəbul edilmiş qanunvericiliyə əsasən, Rusiya Federasiyası ərazisində olan bütün vətəndaşlar hər hansı yerdə on gündən artıq qalmaq niyyətindədirlərsə, qeydiyyat (daxili işlər orqanlarında yaşayış yerini qeydiyyata aldırma) sistemi çərçivəsində həmin ünvanda qeydiyyata alınmalıdırlar. Bu vəzifənin yerinə yetirilməməsi cərimə cəzası ilə və sosial hüquqlardan, o cümlədən tibbi yardım, sosial təminat və ya yaşa görə pensiya hüquqlarından istifadənin mümkün olmaması ilə nəticələnirdi. Lakin 1998-ci ildə Konstitusiya Məhkəməsi izah etdi ki, qeydiyyata alınma sırf formal prosedurdur və şəxs öz şəxsiyyətini və seçdiyi ünvanda yaşamaq hüququnu təsdiq edən sənədləri təqdim etdikdə qeydiyyat orqanı onu həmin ünvanda qeydiyyata almalıdır. 25 dekabr 2000-ci ildə ərizəçi Moskvadakı ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün pasport bölməsinə ərizə verdi, amma ərizəsinə baxılmadı. O, bu qərardan rayon məhkəməsinə şikayət etdi, həmin məhkəmə onun tələbini rədd edərək bildirdi ki, o, mənzilin kirayəçisi ilə qohumluq əlaqələrinə malik deyil və buna görə də, sosial kirayə müqavilələrini tənzimləyən qanunvericiliyə uyğun olaraq, həmin mənzildə məskunlaşmaq hüququna malik deyildi və ona Rusiya ilə Gürcüstan arasındakı sazişdə nəzərdə tutulmuş viza tələbləri şamil olunmalıdır. O, bu qərardan şəhər məhkəməsinə şikayət etdi və konkret olaraq qeyd etdi ki, heç vaxt Gürcüstan vətəndaşı olmayıb, buna görə də ona viza tələblərinin şamil olunması düzgün deyil və istənilən halda, yaşayış yerini tənzimləyən normativ aktlar vətəndaşlığından asılı olmayaraq Rusiya ərazisində qanuni yaşayan istənilən şəxs eyni qaydada şamil olunur. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin şikayətində irəli sürüdüyü arqumentləri araşdırmayaraq rayon məhkəməsinin qərarını qüvvədə saxladı.
Hüquqi məsələlər – 4 saylı Protokolun 2-ci maddəsi: Ərizəçinin "dövlətin ərazisində qanuni yaşayan şəxs" olmadığı barədə Hökumətin arqumenti hüquqi və (və ya) faktiki əsaslara malik deyil, çünki həmin dövrdə ərizəçi Gürcüstan vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs deyildi, "keçmiş SSRİ vətəndaşı" idi və müvafiq olaraq, ona viza və ya ölkədə yaşayış icazəsi tələb olunmurdu. Nəticə: 4 saylı Protokolun 2-ci maddəsi bu işə tətbiq edilə bilər.
Ərizəçinin seçdiyi ünvanda yaşaması faktını qeydə almaqdan dövlət orqanlarının imtina etmələri onun hüquqlarına dövlət tərəfindən müdaxilə idi, belə ki, bu imtina onun əsas sosial hüquqlarını həyata keçirməsinə mane olur və eyni zamanda onu inzibati sanksiya və ya cərimələrə məruz qoyurdu. Müdaxiləyə haqq qazandırmaq üçün Hökumət yalnız ərizəçinin Rusiya ərazisində qanunsuz yaşadığını qeyd etdi, amma Məhkəmə 4 saylı Protokolun 2-ci maddəsinin bu işə tətbiqinin mümkünlüyü məsələsini araşdırarkən artıq bu arqumenti rədd edib. Məhkəmə həmçinin bununla bağlı qeyd etdi ki, ərizəçinin işində dövlət orqanları Konstitusiya Məhkəməsinin rəsmi izahatını nəzərə almayıblar, həmin izahata əsasən, şəxs müəyyən yaşayış yerini seçərkən qeydiyyat orqanı onun istəyini təsdiq etməlidir və onun təqdim etdiyi sənədlərin həqiqiliyini və ya qanuna uyğunluğunu yoxlamaq səlahiyyətinə malik deyil. Beləliklə, ərizəçinin öz hüquqlarını həyata keçirməsinə dövlət tərəfindən müdaxilə "qanunla nəzərdə tutulmamışdı".
Nəticə: pozuntu baş verib (yekdilliklə).
6-cı maddənin 1-ci bəndi: Rayon məhkəməsi ərizəçi ilə mənzil kirayəçisi arasında mübahisənin mövcudluğu və ya bu işdə müvafiq məcəllələrin sosial kirayə müqaviləsi normalarının tətbiqinin zəruriliyi barədə gəldiyi nəticələri əsaslandırmadı. Bundan başqa, viza tələblərinin ərizəçiyə şamil olunması məsələsi ilə bağlı məhkəmə pasport bölməsinin nümayəndəsinin izahatlarını rəhbər tutmuş, Rusiya ilə Gürcüstan arasında sazişin həqiqətən mövcud olub-olmadığını yoxlamamışdı, habelə ərizəçinin Gürcüstan vətəndaşı olduğu barədə ehtimalı əsaslandırmamışdı. Rayon məhkəməsinin qərarındakı nöqsanları şəhər məhkəməsi aradan qaldırmaqdı və ərizəçinin şikayətindəki arqumentləri araşdırmadan sadəcə rayon məhkəməsinin qərarını qısa formada təsdiq etdi. Müvafiq olaraq, bu işdə ədalətli məhkəmə araşdırması tələblərinə riayət edilməyib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Maddi ziyana görə 15 avro, mənəvi ziyana görə isə 3.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy