© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Taske Belçikaya qarşı (Taxquet v. Belgium[GC]), ərizə № 926/05
16.11.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Təqsirləndirilən şəxsin andlılar məhkəməsi tərəfindən çıxarılmış ittiham hökmünün əsaslarını başa düşməsinə imkan yaradan adekvat prosessual təminatların olmaması: pozuntu baş verib
Faktlar – 2003-2004-cü illərdə ərizəçi və onunla birlikdə dövlət nazirini (ministre d’Etat) qətlində və həmin nazirlə yaşayan qadını öldürməyə cəhd etməkdə təqsirləndirilən digər yeddi nəfər andlılar məhkəməsi qarşısına çıxarıldılar. Qərar qəbul etmək üçün 32 sualı cavablandırmalı idilər, onlardan dördü ərizəçiyə aid idi. Barəsində ittiham hökmü çıxarıldıqdan sonra ərizəçi 20 il müddətinə azadlıqdan məhrum edildi. Andlılar məhkəməsinin qərarından onun verdiyi şikayəti Kassasiya Məhkəməsi rədd etdi.
13 yanvar 2009-cu il tarixli qərarında Avropa Məhkəməsinin Palatası yekdilliklə bu qənaətə gəldi ki, andlılar məhkəməsinin qərarı əsaslandırılmadığına görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub (115 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Avropa Şurasının üzvü olan dövlətlərin bir neçəsində andlı iclasçıların iştirakı ilə məhkəmə araşdırması sistemi nəzərdə tutulub, bu sistem çərçivəsində peşəkar hakimlər qərar çıxarılan zaman andlı iclasçıların müşavirəsində iştirak etmək hüququna malik deyillər. Ədalət mühakiməsinin həyata keçirilməsinə, xüsusən ağır cinayətlərə dair işlərə baxılmasına vətəndaşları cəlb etmək məqsədi daşıyan bu sistemin qanuniliyi şübhə altına alına bilməz. Məhkəmə əvvəlki işlərdə bildirib ki, andlı iclasçıların qərarlarında həmin qərarların əsaslarının göstərilməməsi özlüyündə 6-cı maddəni pozmur. Bununla belə, ədalətli məhkəmə araşdırmasının tələblərinə nail olmaq üçün təqsirləndirilən şəxsin və ictimaiyyətin qəbul edilmiş qərarın əsaslarını başa düşməsinə imkan yaradan yetərli təminatlar mövcud olmalıdır. Belə təminatlar, məsələn, araşdırılan hüquqi məsələlərlə və ya təqdim edilmiş sübutlarla bağlı andlılara hakim tərəfindən təlimat və ya tövsiyələrin verilməsindən, andlılar qarşısında qərarın əsasını təşkil edən dəqiq, birmənalı sualların qoyulmasından, yaxud andlılar verdikləri cavabları əsaslandırmadıqda bu çatışmazlığı düzəltməkdən ibarət ola bilər. Lakin hazırkı işdə nə ittiham aktında, nə də andlı iclasçılar qarşısında qaldırılan suallarda ərizəçinin ittiham edildiyi cinayətlərlə əlaqəsi barədə kifayət qədər məlumat yox idi. İttiham aktında onun ittiham edildiyi cinayətlərin hər biri göstərilmiş, amma ittiham tərəfinin ona qarşı hansı dəlilləri irəli sürməsi göstərilməmişdi. Andlılar məhkəməsi hakiminin andlı iclasçılar qarşısında qaldırdığı suallar qısa şəkildə ifadə edilmişdi və həmin suallar təqsirləndirilən şəxslərin hamısı üçün eyni idi. Hətta ittiham aktı ilə qarşılıqlı əlaqədə nəzərdən keçirildikdə həmin suallar ərizəçinin ona qarşı ittiham hökmünü andlıların hansı sübutlar və hallar əsasında çıxardıqlarını başa düşməsinə imkan yaratmırdı. Məsələn, o, başa düşə bilmirdi ki, andlılar onun digər təqsirləndirilən şəxslərlə əlbirlikdə hansı rola malik olduğunu, nəyə görə cinayətin adamöldürmə (meurtre) kimi deyil, qəsdən adamöldürmə (assassinat) kimi tövsif edildiyini və nəyə görə nazirlə birgə yaşayan qadını öldürməyə cəhddə qəsd niyyəti ərizəçinin cəzasını ağırlaşdıran hal kimi götürülmüşdü. Bu nöqsan xüsusən ona görə problem yaradırdı ki, iş faktiki və hüquqi baxımdan mürəkkəb iş idi, məhkəmə araşdırması iki aydan artıq davam etmişdi və çoxlu sayda adamlar ifadə vermişdilər. Nəhayət, milli hüquq sistemində andlılar məhkəməsinin çıxardığı qərardan adi qaydada apellyasiya şikayəti verilməsi nəzərdə tutulmamışdı. Kassasiya Məhkəməsinə verilən şikayətlər yalnız hüquqi məsələlərə aid ola bilərdi və buna görə də onun barəsindəki ittiham hökmünün əsaslarına kifayət qədər aydınlıq gətirilməsini təmin etmirdi. Müvafiq olaraq, ərizəçi nəyə görə təqsirkar sayıldığını başa düşə bilməsi üçün yetərli təminatlara malik deyildi, buna görə də, məhkəmə prosesi ədalətli deyildi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 4.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy