© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi barədə məlumat qeydi No. 173
Aprel 2014
Milli Dəmiryolu, Dəniz və Nəqliyyat İşçiləri Birləşmiş Krallığa q.- 31045/10
Qərar 8.4.2014 [Seksiya IV]
Maddə 11
Maddə 11-1
Birləşmək azadlığı
Əmək mübahisəsinə tərəf olmayan işəgötürənə qarşı ikincili sənaye aksiyası keçirilməsinin qadağan edilməsi: pozuntu yoxdur
Faktlar – (ilkin aksiya ilə müqayisədə) İkincili sənaye aksiyası keçirmək hüququ, Birləşmiş Krallıqda 1980-ci ildə məhdudlaşdırılmış və 1990-cı ildə qadağan edilmişdir*. 2007-ci ildə J Şirkətinin ərizəçi həmkarlar ittifaqının üzvü olan 20 işçidən ibarət bir qrup, H Şirkətinə keçirilmişdir. İki il sonra, H Şirkəti onlaçrın müqavilə şərtlərini öz işçilərinin şərtləri səviyyəsinə endirəcəyini bildirəndə, tətilə etdilər. Tətil H Şirkətini təklifini dəyişdirməyə vadar etmiş, həmin işçilər bu təklifi əvvəl rədd etmiş, lakin sonradan alternatvləri olmadığından qəbul etmişlər. Avrpa Məhkəməsinə göndərdiyi şikayətdə, ərizəçi ittifaq iddia etmişdir ki, ikinicili aksiya üzərindəki qadağa, daha geniş J Şirkətində dəstək aksiyalarına imkan verməməklə, onun H Şirkətində işləyən üzvlərinin tətilini səmərəsiz etmişdir.
Ərizəçi ittifaq həmçinin şikayət etmişdir ki, tətil səsverməsinin təşkili barədəki milli qanunvericilik çox sərt və detallıdır. Bunun nəticəsində, bir işəgötürən, maraqlı işçilərin iş təsvirinin kifayət qədər verilməməsi əsası ilə maaş və iş şərtləri ilə bağlı bir tətilin təşkilinə mane olan təminat tədbirinə nail olmuşdur.
Konvensiyanın 11-ci maddəsinə istinad edərək, ərizəçi ittifaq iddia etmişdir ki, tətil səsverməsi barədə xəbərdarlığın məhdudlaşdırılması və ikincili tətil aksyasının tam qadağan edilməsi onun üzvlərinin maraqlarını müdafiə etmək qabiliyyətini azaltmışdır.
Hüquqi məsələlər – Maddə 11
(a) Tətil səsverməsi barədə xəbərdarlıq – Məhkəmənin ərizəçi ittifaqın Maddə 11 üzrə hüquqlarının realizəsinə müdaxilə, qanunla müəyyən edilmiş procedural tələblərə uyğun olmaq üçün lazım olandan daha çox olduğunu hesab etmək üçün heç bir əsası yoxdur. Ərizəçi ittifaqın aksiyasının keçirilməsində gecikmə olsa da, o iki ay sonra tətil etməyə nail olmuş və bu da işəgötürənin ittifaq üzvlərinə təklifini yaxşılaşdırmağa vadar etmişdir. Təklif qəbul edilmiş və az sonra kollektiv müqavilə formasında qüvvəyə minmişdir. Məhkəmə işlərər yalnız onların konkret halları əsasında baxa bilər və bu işin reallığı odur ki, ərizəçi ittifaq, üzvləri adından uğurlu kollektiv aksiya keçirmişdir.
Nəticə: qəbuledilməz (açıq-aşkar əsaslandırılmamış).
(b) Ikincili tətil aksiyası – Bu ilk dəfərdir ki, Məhkəmə ikincili aksiyanın Maddə 11-in əhatə dairəsinə düşüb-düşmədiyini müəyyənləşdirməlidir. Böyük Palata Demir and Baykara v. Turkey işində təsdiq etmişdir ki, Məhkəmə Konvensiyadan başqa beynəlxalq hüquq elementlərini, bu elementlərin səlahiyyətli orqanlar tərəfindən şərhlərini və Avropa Dövlətlərinin ümumi dəyərlərini əks etdirən təcrübələri nəzərə almalıdır. Ikincili aksiya Beynəlxalq Əmək Təşklatının (BƏT) 87 saylı Konvensiyası və Avropa Sosial Xartiyası tərəfindən tanınmışdır və Məhkəmənin Maddə 11 ilə bağlı birləşmək azadlığının əhatə dairəsinin beynəlxalq hüquqda mövcud olandan daha dar şərhini verməsi uyğun olmazdı. Bundan əlavə, bir çox Avropa Dövlətləri ikincili tətilləri həmkarlar ittifaqı aksiyalarının qanuni forması hesab etmişdir. İkincili aksiya üzərində qanunvericilikdə nəzərdə tutulmuş qadağa beləliklə, ərizəçi ittifaqının birləşmək azadlığına müdaxilədir.
Bu müdaxilənin qanunla, yəni 1992-ci il Həmkarlar İttifaqı və Əmək Münasibətləri (Konsolidasiya) Qanununun 224-cü Bölməsilə nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, qadağa, yalnız sənaye mübahsəsində tərəf olan işəgötürənın deyil, həm də daha geniş mənada daxili iqtisadiyyatın və potensial olaraq ilkin aksiyadan daha böyük təsir qüvvəsinə malik ikincili sənaye aksiyasının vura biləcəyi ziyana məruz qalacaq ictimaiyyət daxil olmaqla, üçüncü şəxslərin hüquq və azadlıqlarını qorumaq kimi legtim məqsəd daşımışdır.**
Müdaxlənin demokratik cəmiyyətdə vacb olub-olmaması ilə bağlı, Məhkəmə, tətil hüququnun özünün birləşmək azadlığının vacib elementi olub-olmadığını müəyyən etməsinə ehtiyac yoxdur. Ərizəçi ittifaq birləşmək azadlığının əsas hesab edilmiş iki elementini realizə etmişdir: həmkarlar ittifaqının üzvlər adından işəgötürənə öz demək istədiklərini eşitdirmək hüququ və kollektiv sövdələşmə etmək hüququ.
Məhkəmə ərizəçinin bu sahədə Dövlətlərə dar mülahizə səlahiyyəti verilməli olması barədəki fikrini rədd etmişdir. Bu iş, həm ittifaqının ləğvi kimi, həmkarlar ittifaqı hüququnun mahyyətinə zərbə vuran məhdudlaşma barədə deyildir. Ərizəçinin işi kimi işlərdə mülahizə səlahiyyətinin dairəsi, mübahisələndirilən məhdudiyyətin xarakteri və dərəcəsi, daşınılan məqsəd və məhdudlaşmayacağı təqdirdə bu hüququn istifadəsindən ziyan görə biləcək başqa şəxlərin toqquşan hüquq və maraqları kimi müvafiq faktorların işığında müəyyən edilməlidir. Avropa Şurası üzvlərindəki ümümi təcrübə və müvafiq beynəlxalq sənədlərdə əks olunan beynəlxalq consensus da nəzərə alına bilər.
Daha məhdud çərçivədə və daha əhəmiyyətsiz nəticə ilə də olsa tətilini keçirməyə müvəffəq olan ərizəçi ittifaqının məruz qaldığı müdaxilənin xarakteri və dairəsi birləşmək azadlığının əsasına zərbə vurmamışdır. Müdaxilənin predmetinə gəlincə, iş, cavabdeh Dövlətin, Məhkəmənin onlara daha geniş mülahizə səlahiyyəti tanıdığı sosial və iqtisadi strategiyası ilə bağlıdır. Bu nəticə, Birləşmiş Krallığın, Avropa Dövlətlərinin ikincili aksiyanın tamamilə qadağan edən kiçik bir qrupunun üzvü olması və ya ikincili aksiyanın qadağan olunması ilə bağlı BƏT və Avropa Sosial Xartiyasının səlahiyyətli monitorinq orqanlarının neqativ dəyərləndirmələrinin mövcud olması faktı ilə dəyişmir. Belə ki, bu sonuncu orqanlar məsələyə daha fərqli, nəzər nöqtəsindən baxırlar.
İkincili aksiya üzərinə qoyulmuş qadağa, iki hökumət dəyişikliyinə baxmayaraq, iyirmi il ərzində qüvvədə qalmışdır. Bu, onun dəstəklənməsi və səbəblərinin qəbul edilməsilə bağlı Birləşmiş Krallığın siyasi rəyinin geniş spektrində demokratik konsensusu əks etdirir. Bu onu göstərir ki, ölkələrində, sənaye münasibətlərinin tez-tez gərginləşən siyasi, sosial və iqtisadi kontekstində geniş ictimai maraqlara xidmətin dəyərləndirilməsində daxili qanunvenricilik orqanları, 11-ci maddənin məqsədlərinə müvafiq və kafi səbəblərə əsaslanmışlar.
Hazırki işdəki spesifik vəziyyətin hallarının ərizəçinin, üzvlərini təmsil etməklə, işəgötürəni ilə mübahisəsi olan üzvlərinin adından işəgötürənlə danışıqlar aparmaqla və həmin işçilərin iş yerlərində tətillər təşkil etməklə əsas elementlərindən istifadə edə bildiyi biləşmək azadlığına əsaslandırılmamış müdaxilə olmamışdır. Qəbul edilmiş həssaslığın olduğu bu siyasət sahəsində cavabdeh Dövlətin mülahizə səlahiyyəti, ikincili aksiya üzərindəki qanunvericilik qadağasından daha genişdir və bu işin hallarındaki heç bir göstərici bu qadağanın tətbiq edilməsinin ərizəçinin Maddə 11 ilə təminat verilən hüquqlarına əsaslandırılmamış müdaxilə olmasını hesab etməyə imkan vermir.
Nəticə: pozuntu yoxdur (yekdilliklə).
(Bax: həmçinin Demir and Baykara v. Turkey [BP], 34503/97, 12 noyabr 2008, Məlumat qeydi no. 113)
* İkincili və ya dəstək sənaye aksiyasiyası, sənaye mübahisəsinə tərəf olan işəgötürəndən fərqli bir işəgötürən əleyhinə, mübahisəyə tərəf olan işəgötürən üzərində təzyiq həyata keçirilən tətil aksiyasıdır.
** İlkin tətil aksiyası ilə bağlı mövqe üçün bax: UNISON v. the United Kingdom (qərardad), 53574/99, 10 yanvar 2002, Məlumat qeydi no. 38
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy