© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
DÖRDÜNCÜ SEKSİYA
MİLLİ DƏMİRYOLU, DƏNİZ VƏ NƏQLİYYAT İŞÇİLƏRİ BİRLİYİ BİRLƏŞMİŞ KRALIĞA q.
(Ərizə no. 31045/10)
QƏRAR
STRAZBURQ
8 aprel 2014
QƏTİ
08/09/2014
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Lakin ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Milli Dəmir yolu, Dəniz və Nəqliyyat İşçiləri Birliyi Birləşmiş Krallığa q. işində,
Avropa İnsan hüquqları Məhkəməsi (Dördüncü Seksiya):
Ineta Ziemele, Sədr,
Päivi Hirvelä,
George Nicolaou,
Ledi Bianku,
Paul Mahoney,
Krzysztof Wojtyczek,
Faris Vehabović, hakimlər,
və Seksiya Katibinin Müavini Fatoş Aracıdan ibarət tərkibdə,
4 mart 2014-cü ildə gizli məşvərət keçirərək,
Həmin gün aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. İş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı Milli Dəmiryol, Dəniz və Nəqliyyat İşçiləri Birliyi (“RMT”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən 1 iyun 2010-cu il tarixində göndərilən ərizə (no. 31045/10) ilə başlamışdır.
2. Ərizəçi Məhkəmə qarşısında Baş Katibi Cənab B. Crow tərəfindən təmsil olunur. Onun nümayəndəsi, Mançesterdə Thompsons Solicitors şirkətində fəaliyyət göstərən, Cənab N. Toddur. Ərizəçinin məsləhətçiləri, Londonda vəkil olan Cənab J. Hendy (QC) və Mr M. Forddur (QC). Birləşmiş Krallıq Hökuməti (“Hökumət”) agenti Xarici İşlər Nazirliyindən Xanım R. Tomlinson tərəfindən təmsil olunur.
3. Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ETUC) və Həmkarlar İttifaqları Konqresindən (TUC) birgə təqdimatlar qəbul edilmidir. Liberty də təqdimatlarının göndərmişdir. Məhkəmə sədri bu üç təçkilata üçüncü müdaxilə edən tərəf kimi yazılı prtosedurda iştirak etməyə icazə vermişdir. (Konvensiya, Maddə 36 §2 və Məhkəmə Reqlamenti, maddə 4 § 2). Hökumət Libertynin təqldimatına cavab vermişdir.
4. Ərizəçi iddia edir ki, onun üzvlərinin maraqlarını müdafiə etmək imkanı qanunla çox ciddi şəkildə məhdudlaşdırılmış və bu, birləşmək azadlığına zidd olmuşdur.
5. 27 avqust 2012-ci ildə ərizə barədə Hökumətə məlumat verilmişdir. İşin qəbuledilənliyi və mahiyyətinə birgə baxılması qərara alınmışdır. (Maddə 29 § 1).
FAKTLAR
I. İŞİN HALLARI
6. Ərizəçi Birləşmiş Krallıqda müxtəlif nəqliyyat sektorlarında işləyən 80,000-dən çox şəxsin üzv olduğu həmkarlar ittifaqıdır.
7. Daxili sistemdə sənaye mübahisələrinin çox detallı qanunvericiliklə tənzimləndiyi qeyd edən ərizəçi bildirir ki, qanunla müdafiə olunan tətil hüququna iki məhdudiyyət Konvensiyanın 11-ci maddəsinə uyğun deyildir. Mübahisələndirilən məhdudiyyətlərin hər biri ayrıca faktlar məcmusu ilə izah edilir.
A. Tətil səsverməsi barədə xəbərdarlıq: EDF-dəki vəziyyət
8. Bu başlıqda istinad olunan müvafiq faktlar məcmusu EDF Energy Powerlink Ltd. (“EDF”) şirkəti ilə bağlıdır. EDF London metrosu nəqliyyat sisteminin isifadə etdiyi elektrik şəbəkəsini idarə edən, əməliyyatları aparan şirkətdir. RMT şirkətin kollektiv sövdələşmə məqsədləri üçün tanıdığı bir neçə həmkarlar ittifaqından biridir. Şirkətin 3 iş yerində cəmi 270 nəfər işçısı vardır: bunlardan ən böyüyü olan Tufnell Parkda 155 işçi vardı. Ərizəçinin fikrincə, şirkətdə həmin zamanda 52 RMT müzvü vardı. Şirkət işçilırin hansının həmkarlar ittifaqı üzvü olduğunu bilmirdi, çünki maaşdan ittifaq üzvü haqqını o çıxmırdı.
9. 2009-cu il-cu ilin iyun-sentyabr aylarında ərizəçi və Şirkət ödəmələr və xidmət şərtləri ilə bağlı bir neçə danışıq devrəsi keçirmişlər. Şirkətin təklifindən narazı qalan ərizəçi tətil keçirmək qərarına gəlmış və 24 sentyabrda Şirkətə tətil səsverməsi haqqında xəbərdarlıq göndərmişdir (bax: aşağıdakı müvafiq daxili hüquq bölməsi). Xəbərdarlıqda tətil üçün səs verəcək işçilər kateqoriyası “mühəndis/texnik” kimi təsvir edilmiş və hər bir iş yerində bunlardan neçə nəfər olduğu göstərilmişdi. Səhəri gün Şirkət ərizəçiyə yazaraq bildirmişdir ki, o “texnik” termini tanımır (o, işçiləri daha dəqiq kateqoriyalara bölür: yığıcılar, birləşdiricilər, test müfəttişləri, gün yoxlamaçıları, şift yoxlayanlar, OLBI yığıcılar). Bu səbəbdən Şirkət hesab etmişdir ki, ona göndərilən xəbərdarlıq müvafiq qanunvericiliyə uyğun deyildir. Ərizəçi sonrakı həftə cavab verərək bildirmişdir ki, işlətdiyi termin Şirkətə hansı işçilərdən söhbət getidiyini anlamağa imkan verir və beləliklə, qanunun müddəalarınım məqsədinə uyğundur.
10. İki tərəf arasındakı sonrakı yazışmaların ardından, Şirkət Ali Məhkəməyə müraciət edərək, ərizəçini səsvermə yolu ilə tətilə çağırmağı qadağan edən tədbir görülməsini xahiş etmişdir. Bu təminat tədbiri Blake J tərəfindən 23 octyabr 2009-cu il-cü ildə təmin edilmişdir.
11. Hakim ərizəçinin qanuvericiliyin tələblərinin tətilə çağırmaq hüququnu məhdudlaşdırması barədəki iddiasını qəbul etməmişdir. Bu arqument Appelyasiya Məhkəməsi tərəfindən Metrobus Ltd. v. Unite the Həmkarlar ittifaqı ([2009-cu il] EWCA Civ 829) işində artıq rədd edilmişdi. Hakim ərizəçinin prosesin hələ lap erkən mərhələsində olduğundan ona son qoymağın tez olması barəsindəki arqumentini də rədd etmişdir. O hesab etmişdir ki, qanunsuz tətil aksiyası riskinin böyüklüyü təminat tədbiri görülməsinə haqq qazandırır. Haqqında söhbət gedən fəaliyyət sektoru nəzərə alınaraq, işin dayandırılması əhəmiyyətlidir və başqa sahələrə də yayılacaqdır. Ərizəçinin əslində səsvermədə iştirak edəcək işçilərin kateqoriyası ilə bağlı kifayət qədər məluat verib-verməməsi ilə bağlı suala cavab olaraq, Hakim hesab etmişdir ki, Tufnell Parkda işləyən ittifaq üzvləri müxtəlif sahələr üzrə işlədiyindən, ərizəçi mütləq vəzifə daşımasa da, Şirkətə kifayət qədər məlumat vermək üçün əlindən gələn ağlabatan tədbirləri görmək vəzifəsinə malikdir. Onun öz iş klassifikasiyası sistemindən istifadə etməsi uyğun idi, lakin əsas deyil. Eyni şəkildə, birliyin belə məlumatı qeydə almaması və ya ona malik olmaması maraqlı mülahizədir, lakin əsas deyildir. Ərizəçi qəbul etmişdir ki, ittifaq kiçik iş yerləri kontekstində lazımi informasiyanı təmin etməsi mümkündür – bu səbəbdən bu məlumatın istənməsi nə bahalıdır nə də məntiqsizdir. Nəhayət, Hakim müşahidə etmişdir ki, ərizəçinin hələlik tətilə çağırmaq niyyəti olmadığına görə (referendm hələ olmamışdır), tələb olunan xəbərdarlığı təqdim etməklə işəgötürənin ya işin dayanmasına hazır olmaq, ya da işçilərini tətil etməməyə səs verməyə inandırmaq yolu ilə vəziyyətə reaksiya vermək qabiliyyəti arasında bir əlaqə vardır. Bu səbəbdən, ərizəçinin qanunvericiliyin tələbinə uymaması sadəcə olaraq texniki və ya mənasız pozuntu deyildir.
12. Appelayasiya şikayəti vermək icazəsi 24 noyabr 2009-cu il-cu ildə rədd edilmişdir. Appelyasiya şikayəti vermək üçün yenilənmiş icazə 26 yanvar 2010-cu ildə rədd edilmişdir, bu zamana qədər ərizəçi və EDF arasındakı tətil mübahisəsi artıq həll olunmuşdu.
13. Təminat tədbiri barədə məhkəmə qərarının verilməsindən sonra ərizəçi həmin işçilərin dəqiq işlərinin təsvirlərini toplamağa başlamış və bunları, tətili dərstəkləyən tətil səsverməsi barədə yeni xəbərdarlığa daxil etmişdir. Bu, 2009-cu il-cu ilin dekabr və 2010-cu ilin yanvar aylarında davam etmişdir. EDF 7 yanvar 2010-cu ildə yeni təklif göndərmiş, təklif ərizəçinin üzvləri tərəfindən qəbul edilmiş və 1 aprel tarixindən kollektiv müqavilə olaraq 1 aprel tarixindən etibarən qüvvəyə münmişdir.
B. İkinci tətil aksiyası: Hydrexdəki vəziyyət
14. Bu başlıq altında istinad edilən faktlar bəzi Jarvis Plc kimi tanınan şirkətlər qrupuna daxil olan dəmir yolu baxımı ilə məşğul olan Fastline Limited şirkətində işləyən RMT üzvləri ilə bağlıdır. Qrupa daxil olan digər şirkət, Jarvis Rail Limited, dəmir yolu mühəndisliyi ilə məşğul olur. Həmin zaman, Fastline və Jarvis Rail (“Jarvis”) şirkətlərində təxminən cəmi 1,200 nəfər işləyirdi və onlardan 569 nəfəri RMT-nin üzvü idi. 2007-ci ilin avqustunda Fastline öhədliklərinin bir qismini və 20 işçisini başqa bir şirkətət Hydrex Equipment (UK) Limited (“Hydrex”) şirkətinə vermişdir. Bu işçilərin müqavilələrinin şərtləri, qanunvericiliyə (Transfer of Undertakings (Protection of Employment) Regulations, 2006) uyğun olaraq, Hydrex tərəfindən olduğu kimi saxlanmışdır. Ərizəçinin fikrincə, həmin işçilər bununla belə, vəziyyətlərilə əlaqədar narahat idilər, çünki Hydrexin işçilərinin maaşı xeyli az idi. Həmçinin, belə görürünürdü ki, həmkarlar ittifaqları bu şirkətdə daha az təsirə malik idilər.
15. 2009-cu il-cu ilin martında, Hydrexin idarəçiləri köhnə Jarvis işçilərinə məlumat veermişdir ki, bazar şəraitinin çətinliyi səbəbindən onların müqavilələrinin şərtlərini digər Hydrex işçilərin müqavilələri səviyyəsinə salmaq niyyətindədirlər. Ərizəçinin fikrincə bu həmin işçilərin maaşının 36-40% azalması deməkdir. Sonrakı aylar ərzində, ərizəçi Hydrexə həmin işçilərin adından təkliflər etmiş, lakin razılığa gələ bilməmişlər. Şirkətin öz planını davam etdirmək niyyətində olduğunu bildirəndə, ərizəçi həmin işçilərin (həmin zaman onların sayı on yeddi idi) tətil səsverməsini təşkil etmişdir. Onlar tətil keçirilməsinin xeyrinə səs verdilər, tətil 6 noyabr-9 noyabr 2009-cu il-cu ilə baş tutmuşdur. Tətil zamanı iştirakçılar işlərini həyata keçirdikləri yerlərdə piket təşkil etmişlər. Bu zaman Hydrex ərizəçiyə yazıb xatırlatmışdır ki, qanunvericiliyə görə, piket yalnız iş yerində və iş yerinə yaxın yerlərdə keçirilə bilər və Şirkətə bu qanunsuz aktlar nəticəsində dəyən ziyana görə iqtisadi məsuliyyətinin ittifaqa aid olmaq riski vardır (bax: aşağıdakı daxili qanunvercilik bölməsi).
16. İkinci tətil 18-20 noyabr 2009-cu il tarixləri üçün elan edilmişdi, lakin Hydrexin ərizəçi ilə müzakirələri davam etdirmək arzusunu bildirməsinə görə təxirə salınmışdır. Bundan sonra, şirkət yeni təklifini göndərmiş, ərizəçi Hydrexdə işləyən üzvlərinə bu təklifi göndərmiş və onlara təklifi qəbul etməyi məsləhət görmüşdür. Həmin səsvermənin nəticəsi 21 dekabr 2009-cu ildə məlum olmuşdur. Doqquz səs verilmişdir və hamı Hydrexin təklifini rədd etmişdir. Ərizəçinin fikrincə, onun mövqeyi, Hydrexdə işləyən üzvlərinin sayının az olması səbəbiylə, həddindən artıq zəif idi. Onların sayı tətil aksiyasının, aksiya nəticəsində işində qətiyyən axsama olmayan Şirkətə hər hansı təsir edə bilməsi üçün həddindən artıq az idi. Ərizəçi hesab edir ki, əgər Jarvisdə işləyən üzvlərini də cəlb edə bisə idi, üzvlərinin hüquqlaırının müdafiə etmək üçün daha əlverişli mövqedə olardı. Bu səviyyədə tətilin hədəsi və a fortiori əslində işin dayandırılması Hydrex üzərində müqavilə şərtlərini olduğu saxlaması üçün əhəmiyyətli təzyiq təşkil edərdi. Ərizəçi bildirir ki, Jarvis işçiləri Hydrexdəki kolleqalarının dəstəkləmək üçün tətil etmək istərdilər. Bunun əvəzində, Hydrex üzvləri tək tətil etməli olmuş və nəticədə yeni müqavilə şərtlərini qəbul etməyə məcbur olmuşlar. Onlar bunu etirazlara görə etmişlər.
17. Ərizəçinin fikrincə, Jarvis və Hydrex artıq mövcud deyildir, müvafiq olaraq, 2010-cu ilin martında və 2011-ci ilin noyabrında iflasa uğramışlar. Hydrexin öhdəlikləri başqa bir şirkət tərəfindən alınmış və sonradan 2012-ci ilin noyabrında yenidən satılmışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
18. EDF işi ilə bağlı, Blake J Həmkarlar İttifaqı və İş Münasibətləri (Konsolidasiya) Haqqında 1992-ci il Qanunun aşağıdakı müddəalarına istinad etmişdir:
“Bölmə 226(1) Həmkarlar ittifaqının tərəfindən bir şəxsi tətildə iştirak etməyə və ya iştiraka davam etməyə çağırması
(a) əgər tətil referrendumla dəstəklənməmişsə, müdafiə olunmur, və
(b) Bölmə 226A-ya şəxsin işəgötürəninə münasibətdə riayət olunması lazım olduğu hallarda, həmkarlar ittifaqının Bölmə 226A-ya riayət etməsi halı istinsna olmaqla, bu işəgötürənə münasibətdə qorunmur.”
“Bölmə 226A(1) Həmkarlar ittifaqı, ağlabatan şəkildə lazım olan addımları atmalıdır ki,—
(a) səsvermədən yeddi gün əvvəldən gec olmadan, alt-bölmə (2)-də göstərilən xəbərdarlıq işəgötürənə göndərilsin, ...
Xəbərdalıq ittifaqın ağlabatan şəkildə, səsvermədə iştirak edəcək şəxslərin işəgötürəni nəznində məsul hesab etdiyi hər bir şəxs tərəfindən alınsın (ən gec, paraqraf (a)ya riayət etmək üçün atılan addımlar zamanı).
(2) (1) altbölməsinin (a) paraqrafında istinad edilən xəbərdarlıq yazılı məlumatdır və
(a) ittifaqın səsvermə keçirmək niyyətində olduğunu bildirir,
(b) ittifaqın ağlabatan şəkildə səsverməsin başladığı tarix olacağını hesab etdiyi tarixi göstərir, və
(c) aşağıdakıları ehtiva edir:
(i) (2A) altbəndində göstərilən siyahılar və (2B) altbəndində göstərilən rəqəmlər və bu rəqəmlərin necə alındığı barədə izahat və ya
...
(2A) Siyahılar bunlardır:
(a) maraqlı işçilərin aid olduğu işçi kateqoriyasının siyahısı və
(b) maraqlı işçilərin işlədikləri yerlərin siyahısı.
(2B) Rəqəmlər bunlardır:
(a) Maraqlı işçilərin cəm sayı,
(b) (2A)(a) altbəndində göstərilən siyahıdakı kateqoriyaların hər birinə aid maraqlı işçilərin sayı və
(c) (2A)(b) altbəndində göstərilən siyahıdakı iş yerlərinin hər birində işləyən maraqlı işçilərin sayı.
...
(2D) Təqdim edilən bu bənddə göstərilən siyahı və rəqəmlər və (2C) altbəndində nəzərdə tutulan məlumatlar, həmkarlar ittifaqının (1)(a) altbəndinə riayət etdiyi zaman sərəncamında olan məlumatların işığında düzgün və ağlabatan şəkildə praktiki olmalıdır.”
19. Hydrexin vəziyyəti ilə bağlı, qanunvericilikdə “bir ticarət mübahisələri zamanı və ya ondan sonra” (1992-ci il Qanunun 219-cu bəndi) edilən hərəkətlər nəticəsində dəymiş ziyana görə məsuliyyətdən azad edilmə, həmin qanunun 244-cü bəndilə “işçilər və işəgötürənlər arasındakı mübahisə”yə məhdudlaşır. İkincili aksiya Qanunun 224-cü bəndində nəzərdə tutulan müdafiədən açıq şəkildə xaric olunur. Həmin müddəada ikincili aksiya belə müəyyən olunur:
“(2) Bir ticarət mübahisəsində ikincili aksiya o zaman və yalnız o zaman mövcuddur ki, bir şəxs —
(a) o biri şəxsi iş müqaviləsini pozmağa çağırır və işin yerinı yentirilməsinə müdaxilə edir və ya başqa bir şəxsi belə bir müdaxiləyə çağırır , və ya
(b) özünü və ya başqasının daxil olduğu bir iş müqaviləsinin pozulacağı və ya onun həyata keçirilməsinə müdaxilə olacağı və ya başqasını iş müqaviləsinin pozulmasına çağıracağı və ya onun həyata keçirilməsinə müdaxilə edəcəyi ilə hədələyir,
Bu halda iş müqaviləsindəki işəğötürən mübahisədə tərəf olan işəgötürən deyildir.”
Dinc piket barədə müddəalar Qanunun 220-ci bəndində nəzərdə tutulur:
“ (1) Bir ticarət mübahisəsi gedişində və ya irəliləməsi zamanı bir şəxsin aşağıdakı hallarda piketdə iştirak etməsi qanunidir—
(a) öz iş yerində və ya ona yaxın yerdə, və ya
(b) o, həmkarlar ittifaqının rəsmisidirsə, müşayət və ya təmsil etdiyi ittifaq üzvünün iş yeri və ya ona yaxın yerdə,
Məqsəd yalnız dinc yolla hər hansə məlumatı istəmək və ya ötürmək və ya hər hansı şəxsi işləməyə və ya işi dayandırmağa inandırmaq olmalıdır.
(2) Şəxs,
(a) hər hansı bir yerdən çox yerdə işləyirsə və ya adətən işləyirsə,
(b) (1) altbəndində nəzərdə tutulan məqsəd üçün oraya getmək praktiki olmayanda,
Bu altbəndin məqsədləri üçün onun iş yeri, işəgötürənin onu işlədiyi və ya içinin görüldüyü hər hansı binasıdır.”
20. Hər iki tərəf, qanunvericiliyin tıkllif etidi müdafiənin əhatəsinə ikincili aksiyanı da daxil edən əvvəlki qanunvericilik rejiminə istinad etmişdir. Hökumət izah etmişdir ki, ikincili aksiya, 1926-ci il ümüumı tətilin ardından, 1927-ci il Ticarət Mübahisələri və Həmkarlar ittifaqları haqqqında Qanunla qanunazidd elan edilmişdir. Vəziyyət 1947-ci il Ticarət Mübahisələri və Həmkarlar ittifaqları haqqqında Qanunla dəyişmişdir. Qanun qadağanı ləğv etmişdir.
21. Daha sonra 1970-ci illərdə islahat keçirilmiş və Həmkarlar ittifaqı və İş Münasibətləri haqqında 1974-cü il qanunu tətillərə indikindən daha geniş müdafiə təklif edirdi. Qanunun 13(1) Bölməsində deyilirdi (1976-ci il dəyişikliyi ilə):
“Bir şəxs tərəfindən ticarət mübahisəsi gedişatında və ya irəliləyişi zamanı edilən hərəkət, maddi ziyana görə iddialara, yalnız aşağıdakı əsaslarla səbəb olmur:
(a) əgər o, başqa şəxsi müqaviləsini pozmağa çağırırsa və ya onun həyata keçirilməsinə müdaxilə edir və ya müdaxilə etməyəy çağırırsa, və ya
(b) əgər bu, onun bir (özünün iştirakçısı olduğu və ya olmadığı) müqavilənin pozulacağı və ya həyata keçirilməsinə müdaxilə ediləcəyi və ya başqa bir şəxsi müqaviləni pozmağa və ya həyata keçirilməsinə müdaxilə etməyəy çağıracağı barədə hədədirsə.”
22. Bu müddəa Lordlar Palatısı tərəfindən Express Newspapers Ltd. v. MacShane and another ([1980] AC 672) işində nəzərdən keçirilmişdir. İş, Milli Jurnalistlər Birliyi tərəfindən qəzet sənayesində həyata keçirilən ikincili aksiya ilə bağlı idi. Palatada çoxluq hesab etmişdi ki, bir aktın 13(1) Bölməsi ilə müdafiə olunduğunu müəyyən etmək üçün tətbiq edilən test subyektivdir, yəni şəxsin aktın mübahisədə iştirakçı olanların mübarizəsini təşviq edəcəyinə vicdanla inanması kifayət idi. Bu inamın əsaslılığı məhkəmələr tərəfindən yoxlana bilərdi, lakin tətilə çağıran şəxsin məqsədə çatacağına qabil olmasının ağlabatan olmasını sübut etməsinə ehtiyac yox idi. Lord Wilberforce testin xaraketi ilə bağlı fərqli rəy bildirmiş, lakin birliyin üzərinə qoyulmuş təmina tədbirinin götürülməsilə bağlı məsələdə çoxluqla razılaşmışdı.
23. Ərizəçi MacShane qərarının, sadəcə olaraq açıq qanunvericilik dilinin şərhinin verilməsi səbəbilə hüququn inkişafında əhəmiyyətli olmadığını bildirsə də, bu işə 1980-ci il İş Qanununun keçməsi ilə nəticələnən Parlament debatlarında, ikinili aksiyaya qadağa gətirilməsinin (həmin qanunun 17-ci Bölməsi) səbəbi olaraq istinad edilmişdir. 1980-ci il Qanunu ikincili aksiyaya üç şərtə əməl olunduğu halda immünitet verirdi: (i) o, mübahisədə tərəf olan işəgötürənin təchizatçıları və ya müştəriləri tərəfindən və ya mübahisə zamanı işəgötürəni əvəz edən şərik olan işçilərə qarşı irəli sürülürsə; (ii) onun əsas məqsədi, mübahisə zamanı mübahisədə tərəf olan işəgötürən və onun təchizatçısı və müştərisi arasında mallar və xidmətlərin təchizinə birbaşa olaraq mane olmaq və ya onu kəsmək üçün edilirsə; və (iii) o, məqsədinə çatması mümkündürsə.
24. Hazırki qayda ilk olaraq 1990-cı il İş Qanunu ilə qoyulmuş, sonradan 1992-ci il İş Qanunu ilə aşağıdakı terminlərlə yenidən daxil edilmişdir.
25. Tərəflər tətil səbəbilə 1970-cı illərdən etibarən Birləşmiş Krallıqda itirilmiş günlərin sayı ilə bağlı statistikalarını təqdim etmişlər. Hökumət vurğulamışdır ki, həmin dekadada hər il orta hesabla itirilən günün sayı 12.9 milyon idi. 1980-cı illərdə həmin rəqəm 7.2 million gün olmuşdur. 1990-ci illərdən günümüzə qədər, bu rəqəm çox aşağıdır, hər il təxminən 700,000 gün olmuşdur. Bu enişin böyük əsasən, ikincili aksiyanın qadağan olunması ilə bağlıdır. Ərizəçi bu şərhi mübahisələndirir. O qeyd edir ki, əldə olan statistika birincili və ikincili tətil arasında fərq qoymur. Bu səbəbdən, 1980-ci ildən əvvəl ikincili aksiyanın əsl dairəsinin və nəticədə, 1980 və 1990-cı illərdə gətirilən qadağanın təsirinin müəyyən olunması mümkün deyildir. Ərizəçinin fikrincə, ikincili aksiya nisbətən nadirdir, həmin zamanlar tətillərin böyük əksəriyyəti ilkin tətillər idi. O, (Hökumətin nəşrində “İş Qəzeti”ndə göstərilən) rəsmi rəqəmlərə istinad edir bə bildirir ki, 1960-cı illərdən, Birləşmiş Krallıq davamlı olaraq, tətil zamanı itirilmiş iş günlərinə görə Avropadakı ortalamaya yaxındır. Həmin mənbəyə əsasən, ölkə 1970-ci illərdən bəri orta sıralarda yer almışdır. Tək istisna həmin il kömür sənayesi işçilərinin uzun və genişmiqyaslı tətilləri səbəbilə 1984-cü ildə olmuşdur. Hökumət bildirir ki, müqayisəli statistika ehtiyyatla şərh edilməlidir, çünki Avropa son iyirmi ildə dərin transformasiyaya uğramışdır. Bu məsələdə Birləşmiş Krallığın Avropa ortalamasına yaxın olması faktı göstərir ki, ərizəçinin fikrinin əksinə olaraq, tətillə bağlı qaydalar tətil təşkil edilməsini həddindən artıq çətinləşdirəcək qədər məhdudlaşdıracı deyildir.
III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ
26. Öz ərizəsini dəstəkləmək üçün ərizəçi digər hüquq sənədlərinə və səlahiyyətli orqanlar tərəfindən onlara verilən şərhlərə istinadlar etmişlər. Bu materillardan ən uyğunu və detallıları aşağıdakılardır.
A. Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları
27. Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş Konvensiyalarda tətil hüququnu tanıyan heç bir müddəa olmasa da, həm Birləşmək Azadlığı üzrə Komitə və Konvensiya və Rekomendasiyaların Tətbiqi üzrə Ekspertlər Komitəsi ( “Ekspertlər Komistəsi”) 1948-ci il Birləşmək Azadlığı və Təşkil etmək Azadlığının Müdafiəsi Konvensiyasının (No. 87) 3 və 10-cu maddələri əsasında yavaş-yavaş tətil hüququ üzrə bir sıra prinsiplər yaratmışdır (bu, “Qlobalizasiyaya insan üzü vermək”, Beynəlxalq Əmək Təşkilatı, paraqraf 117-də xülasə edilmişdir). Konvensiya Birləşmiş Krallıq tərəfindən 27 iyun 1949-cu ildə ratifikasiya edilmişdir.
1. Xəbərdarlıqla bağlı tələblər
28. Ekspertlər Komistəsi Birləşmiş Krallıqda tətil üçün xəbərdarlıqla bağlı tələblər haqqında müxtəlif şərhlər vermişdir. Ərizəçi 2008-ci ildə aşağıdakı bəyanata istinad etmişdir:
“Özünün əvvəlki şərhlərində Komitə TUC tərəfindən immünitetlə qorunmalı tətil üçün xəbərdarlıqla bağlı tələblərin əsaslandırılmamış şəkildə əziyyətli olması barədəki şərhi diqqətə almışdır. Komitə qeyd edir ki, Hökumətin fikrincə, TULRAnın 226-235-ci bölməsi və 1995-ci il Sərancamının 104-109-cu bölmələrinin sadələşdirilməsi üçün bir sıra tədbirlər görülmüşdür; bundan əlavə, 2006-cı dekabrında nəşr olunan əmək hüququnun aspektlərinin sadələşdirilməsi üçün planın bir hissəsi olaraq, Hökumət birbaşa olaraq həmkarlar ittifaqlarını həmkarlar ittifaqı haqqında qanunvericiliyin daha da sadələşdirilməsi üçün ideyalarını tıqdim etməyə dəvət etmişdir. Bundan sonra, Hökumət TUC-lə müzakirələr aparmış və onların tətil səsvermələri və xəbərdarlıqları haqqında qanunvericiliyin aspektlərinin sadələşdirilməsi üçün ideyalarını araşdırmışdır. Bu müzakirələr davam edir. Komitə qeyd edir ki, ən son şərhində, TUC qeyd edir ki, islahatda heç bir irəliləyiş olmamışdır. Komitə Hökumətdən gələcək hesabatında bu sahədə edilən irəliləyişləri göstərməsini xahiş edir.”[1]
29. Bu yaxınlarda, Birləşmiş Krallıq Hökumətinə birbaşa müraciətində Ekspertlər Komistəsi bildirmişdir:
“Özünün əvvəlki şərhlərində Komitə TUC tərəfindən immünitetlə qorunmalı tətil üçün xəbərdarlıqla bağlı tələblərin əsaslandırılmamış şəkildə əziyyətli olması barədəki şərhi diqqətə almışdır. Komitə Hökumətdən hər hansı irəliləyiş barədə məlumatların, eləcə də praktiki tətbiqi və bu tələblərin təsiri ilə bağlı müvafiq statistika və hesabatların verilməsini davam etdirməsini xahiş edir. Komitə Hökumətin Appelyasiya Məhkəməsinin RMT v. Serco və ASLEF v. London Midland (2011) EWCA 226 işlərində Serco və London Midland Railway şirkətlərinin nəqliyyat sahəsindəki ölkənin iki ən böyük həmkarlar ittifaqına qarşı əldə etdiyi təminat tədbirinin ləğv etməsi ilə bağlı məlumatını nəzərə alır. Hər iki işdə, təminat tədbirləri ittifaqların qanunla nəzərdə tutulan səsvermə və xəbərdarlıq prosedurlarını pozmasına görə qərara alınmışdı. Bu iş, həmkarlar ittifaqının ədalətli səsvermə keçirilməsi üçün texniki öhdəliyini araşdıran işlər seriyasından sonuncusudur. RMT v. Serco qərarında, Appelyasiya Məhkəməsi bəzi açar izahatlar vermişdir ki, gələcəkdə işəgötürənlərin səsvermə və xəbərdarlıq tətləblərinə riayət edilməməsi üzündən tətillərin qarşısının alınması barədə təminat tədbirlərini əldə etməsinin qarşısı alınsın. Appelyasiya Məhkəməsi qərarı aşağı məhkəmələr üçün məcburidir. Bu işdən sonra, Balfour Beatty v. Unite (2012) EWHC 267 (QB) işində, məhkəmə, Serco işini və demokratik legitimliyi təmin etmək və həmkarlar ittifaqı və onun rəsmiləri üzərinə realist olmayan yük qoyulamsı arasında tarazlaşdırma ehtiyacını nəzərə alaraq, Balfour Beatty-yə qarşı qərar qəbul etmişdir. Komitə, TUC-un hər iki qərarı alqışlamaqla bərabər, onun müəyyən etdiyi qanunvericilikdən doğan problemləri təmamilə aradan qaldırmadığı və qanunvericiliyin hələ də həmkarlar ittifaqları üzərinə böyük tələblər qoyduğunu bildirən rəyini nəzərə alır. Komitə bu irəliləyişləri maraqla nəzərdə saxlayır və Hökumətdən TUC tərəfindən göstərilən narahatlıqlara mövqe bildirməsini xahiş edir.”[2]
2. İkili aksiya ilə bağlı
30. Ekspertlər Komistəsi aşağıdakı rəyi vermişdir:
“ “Dəstək” tətilləri adlanan aksiyalarla bağlı, Komitə hesab edir ki, bu tip tətillərin ümumi olaraq qadağan edilməsi xüsusilə istehsalın bir-birilə asılığı və beynəlxalqlaşması ilə xarakterizə olunan qlobalizasiya kontekstində sui-istifadəyə gətirib çıxara bilər və ilkin tətilin qanuni olduğu hallarda işçilər belə aksiyalar təşkil etmək iqtidarında olmalıdır.”
(Qlobalizasiyaya isan üzü vermək, yuxarıdakı istinad, paraqraf 125).
31. Birləşmək Azadlığı üzrə Komitə həmçinin hesab edir ki, tətilin bu tipi beynəlxalq əmək hüququ ilə müdafiə olunmalıdır:
“ “Dəstək” aksiyaları üzrə ümumi qadağa sui-istifadəyə gətirib çıxara bilər və ilkin tətilin qanuni olduğu hallarda işçilər belə aksiyalar təşkil etmək iqtidarında olmalıdır.”
“İşəgötürən və həmkarlar ittifaqının tərəf olduğu kollektiv mübahisə ilə bağlı olamayan tətilin qadağan edilməsi, birləşmək azadlığı prinsipinə ziddir.”
(Birləşmək azadlığı, BƏMin İdarəedici Orqanı olan Birləşmək Azadlığı üzrə Komitənin qərar və prinsiplərinin Toplusu, Beşinci (redaktə olunmuş) nəşri, Beynəlxaql Əmək Bürosu, 2006, paraqraf 534 və 538).
32. Birləşmiş Krallığın 87 saylı Konvensiyaya riayət etməsini araşdırarkən Ekspertlər Komistəsi ikincili aksiyaların qanunsuz olması faktını dəfələrlə tənqid etmişdir. Ilkin tənqid Birləşmiş Krallıqla bağlı 1989[3]-cu il müşahidəsində yer almışdır:
“Komitə qeyd edir ki, ümumi hüquq deçək olar ki, bütün növ tətil və başqa sənaye aksiyalarını mülki hüquqi baxımdan qanunsuz edir. Bu o deməkdir ki, belə aksiyalara qoşulan işçilər və həmkarlar ittifaqlarını nətəcədə ziyan çəkmiş işəgötürənlər (və digər tərəflər) dəymiş ziyana görə məhkəməyə verə bilərlər və (praktiki cəhətdən daha vacibi) təminat tədbirləri (həm müvəqqəti, həm də daimi əsaslarla) vasitəsilə onların bu qanunsuz hərəkətləri etməsinə məhdudiyyət qoyula bilər. Komitəyə elə gəlir ki, belə təminat tədbirlərinə məhdudiyyətsiz çatımlılıq, işçilərin iqtisadi və sosial maraqlarını qorumaq üçün tətil və başqa sənaye aksiyası keçirmək hüququnu danır.
Bu səbəbdən vacibdir ki, işçilər və həmkarlar ittifaqlarının mülki məsuliyyətlə bağlı müəyyən müdafiəsi olmalıdır. 1906-cı ildən bəri bu imperativ qanunverici tərəfindən dəymiş ziyana görə həmkarlar ittifaqları və onların üzvləri və rəsmilərinə qarşı məhkəmə iddialarından “immunitetlər” (və ya daha dəqiq şəkildə, “müdafiə”) seriyası şəklində tanınmışdır. ‘İmmunitetlər’in hazırki versiyası öz əksini Həmkarlar ittifaqı və Əmək Münasibətləri haqqında 1974-cü il Qanununda tapmışdır.
Bu müdafiənin dairəsi 1980-ci illərdən bəri müxtəlif sahələrdə daralmışdır. Komitə qeyd edir ki, məsələn, 1974-cü il Qanununun 15-ci Bölməsi dəyişdirilmiş və işçilərin öz iş yerlərində və və ya həmkarlar ittifaqı rəsmisinin halında, müvafiq üzvlərin iş yerlərində piket keçirmək hüququnu məhdudlaşdırılmışdır və 1980-ci il Qanununun 17-ci Bölməsi “ikili aksiya”ya, yəni birbaşa olaraq ticarət mübahisəsində iştirak etməyən işəgötürənə qarşı aksiyaya təmin olunan müdafiəni ləğv edir. Bundan əlavə, 1974-cü il Qanununun 29-cu Bölməsində verilən “ticarət mübahisəsi”nin anlayışı daraldılmışdır və yalnız işçilər və onların öz işəgötürənləri arasındakı mübahisələri ehtiva edir və əvvəllər olduğu kimi, “işəgötürənlər və işçilər” və ya “işçilər və işçilər” arasındakı mübahisələrə tətbiq olunmur.
Birlikdə götürüləndə, bu dəyişiklikər, işçilər və həmkarlar ittifaqlarına qanuni şəkildə hər hansı boykot formasına və ya hər hansı mübahisədə tərəf olmayanlara qarşı “dəstək” aksiyasına əl atmağa demək olar ki, imkan vermir. Komitə heç vaxt tətil hüququnun həyata keçirilməsi üçün boykotun istifadəsi ilə bağlı dəqiq bir fikir ifadə etməmişdir. Bununla bağlı, Komitəyə elə gəlir ki, işçilərin sosial və iqtisadi maraqlarının qorunması üçün boykot birbaşa olaraq, həm illkin mübahisədə, həm də ikincili aksiya ilə əlaqədar olarsa və ilkin və ikincili aksiyada qeyri-qanuni deyilsə, o zaman boykota tətil hüququnun legitim realizəsi kimi baxılmalıdır. Bu, açıq şəkildə Komitənin “dəstək” aksiyaları ilə bağlı mövqeyinə uyğundur.
Belə görünür ki, bu aksiya formasına (yəni “dəstək aksiyası”) dünyanın müxtəlif regionlarında sənayelərin strukturu və ya konsentrasiyası və ya iş mərkəzlərinin paylaşması səbəbindən daha tez-tez əl atılırdı. Komitə hesab edir ki, dəstək aksiyalarına ümumi qadağa sui-istifadəyəy gətirib çıxara bilər və işçilər, onların dəstəklədiyi ilkin tətilin qanuni olması halında belə aksiyalardan istifadə edə bilməlidir.”
33. Belə görünür ki, Ekspertlər Komistəsi qadağa ilə bağlı Birləşmiş Krallıq haqqında 1995-ci il müşahidəsinə qədər dəqiq mövqe göstərməmişdir. Sonuncu müşahidədə deyilir:
“Komitə Hökumətin diqqətini özünün, dəstək tətilinə ümumi qadağanın sui-istifadələrə səbəb olacağı və dəstəklədikləri ilkin tətilin qanuni olması halında, işçilərin bu aksiyalardan istifadə etmək imkanına malik olmalı olduqlarını bildirdiyi 1994-cü il Birləşmək Azadlığı və Kollektiv Razılaşma barədə Ümumi Təhlilinin 168-ci paraqrafına çəkir. Immünitetin götürülməsi, bu tip aksiyalara görə dəymiş ziyanla bağlı iddia qaldırlması imkanı açır və bu səbəbdən, işçilərin dəstək aksiyaları etmək hüququna ciddi məhdudiyyət təşkil edir.”
Komitə o vaxtdan öz baxışını olduğu kimi saxlayır, vəziyyət barədə son rəyində (2012-ci il rəyi) aşağıdakıları bildirmişdir:
“Tətillər və ya başqa sənaye aksiyalarına görə mülki məsuliyyətdən immünitet (TULRA-nın 223 və 224-cü Bölmələri): özünün əvvəlki şərhlərində Komitə bildirmişdi ki, TUC-ün fikrincə, sənaye münasibətləri sisteminin mərkəzsiz xarakteri səbəbilə, mürəkkəb korporasiya strukturları, işi ötürmək və ya şirkət törətmək yolu ilə həmkarlar ittifaqlarının fəaliyyətinə mane olmaq imkanına malik olan işəgötürənlərə qarşı aksiya etmək işçlər üçün çox vacibdir. Komitə bir qayda olaraq, işçilərin onlara təsir edəcək məsələlərlə bağlı, hətta bəzi hallarda, birbaşa işəgötürənin mübahisədə tərəf olmadığı zaman belə, sənaye aksiyaları etmək və ya ilkin tətilin qanuni olduğu hallarda dəstək aksiyalarında iştirak hüququnun qorunmasına ehtiyac olduğu məsələsini qaldırır. Komitə Hökumətin aşağıdakı bildirişlərini nəzərə alır: (1) onun mövqeyi 2006-08-ci il hesabatında olduğu kimi qalır, əsas səbəb dəyişməmişdir və bu səbəbdən, bu sahədəki qanunvericilikdə dəyişiklik etmək planı yoxdur; və (2) bu məsələ Milli Dəmiryolu, Dəniz və Nəqliyyat İşçiləri Birliyi (RMT) tərəfindən AİHM-nə göndərilən işin əsas məsələsidir və Məhkəmə hələ işə baxmamışdır. Komitə əvvəllər qaldırdığı narahtlığı xatırladır ki, əgər qanuni sənaye aksiyası çox dar şəkildə müəyyən olunarsa, iqtisadiyyatın qlobalizasiyası və iş mərkəzlərinin yerdəyişməsi işçi təşkilatlarının öz üzvlərinin maraqlarının qorunması üçün fəaliyyətlərini təşkil etmək hüququna ciddi təsir edə bilər. Belə olan halda, Komitə Hökumətdən bir daha xahiş edir ki, sosial partnyorları ilə məsələhətləşmələr edərək, TULRA-nın 223 və 224-cü Bölmələrinə yenidən baxsın və bu məsləhətləşmələrin nəticəsi barədə gələcək hesabatında geniş məlumat versin.”[4]
(Ekspertlər Komistəsinin Beynəlxalq Əmək Konfransına hesabatı, 102-ci Sessiya, 2013, ILC.102/III(1A), səh. 195-196).
B. Avropa Sosial Xartiyası
34. Tətil etmək hüququ, Birləşmiş Krallığın 11 iyul 1962-ci ildə ratifikasiya etdiyi Avropa Sosial Xartiyasının 6-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur. Orda deyilir:
“Kollektiv sövdələşmə hüququnun səmərəli realizəsi üçün Razılığa gələn Tərəf üzərinə aşağıdakı öhdəlikləri götürür:
...
4. Maraq münaqişələri halında işçilərin və işəgötürənlərin, girdikləri kollektiv sazişlərdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirilməklə, tətil hüququ da daxil olmaqla kollektiv aksiyalar etmək hüququnu...
tanımaq”
1. Xəbərdarlıqla bağlı tələblər
35. Sosial Hüquqlar üzrə Avropa Komitəsi (SHAK) tətil səsverməsi barədə Britaniya qaydalarını araşdırmış və onların tətil hüququnun düzgün realizəsinə uyğun olmadığını hesab etmişdir. Məsələ ilə bağlı ən son dəyərləndirməsində (Nəticələr XIX-3, 2010) o, bildirmişdir:
“Komitə bundan əvvəlki nəticələrində hesab etmişdir... ki, aksiyaya başlamazdan əvvəl tətil barədə verilməli olan xəbərdarlıqdan əlavə, sənaye aksiyası ilə bağlı səsvermə barədə işəgötürənə verilən xəbərdarlığa qoyulan tələblər, həddindən artıq ağırdır (Əmək Münasibətləri haqqında Qanunun daxil etdiyi sadələşdirilmiş tələblərə baxmayaraq (ƏMQ)2004). Vəziyyətdə heç bir dəyişiklik olmadığından, Komitə vəziyyətin Xartiyanın 6-cı maddəsinin 4-cü bəndinə uyğun olmadığı barədəki rəyini təkrarlayıt.”
2. İkincili aksiya ilə bağlı
36. BƏT Ekspertlər Komistəsi kimi, SHAK davamlı olaraq Birləşmiş Krallığındakı vəziyyəti tənqid etmişdir. Məsələ ilə bağlı illk rəyində (Nəticələr XIII-1, 1993) o bildirmişdir:
“Hesabata istinad edərək, Komitə Hökumətin, 1990-cı il Əmək Qanunun Böyük Britaniyada tətil hüququna qoyduğu məhdudiyyətlərlə bağlı təqdimatlarını nəzərə alır. O, xüsusilə, nəzərə alır ki, Hökumət işəgötürənlərin tətilə çıxanları işdən azad etmək hüququnun əhəmiyyətini vurğulasa da, qeyd edir ki, qanunvericilik hələ də:
(i) öz iş yerində dinc piketlərə xüsusi müdafiə təklfif edir;
(ii) dinc və qanuni piketlər üçün qanula nəzərdə tutulmuş immüninet təmin edir;
(iii) qanuni ticarət mübahisələr üçün qanula nəzərdə tutulmuş immüninet təmin edir.
Komitə həmçinin qeyd edir ki, BƏT Ekspertlər Komistəsi son müşahidələrində qanunvericliyin dəyişdirilməsi və BƏT-in 87-ci Konvensiyasında (1948-ci il Birləşmək Azadlığı və Təşkil etmək Hüququnun Müdafiəsi) nəzərdə tutulan birləşmək azadlığı prinsipinə uyğunlaşdırılmasını barədə rekomendasiya vermişdir.
Bu məlumatı və aşağıdakılarla bağlı fərdlərə heç bir immünitet verilmədiyi nəzərə alınaraq:
- dinc piket zamanı çağırışlardn fərqli olan ikincili sənaye aksiyası;
- qeyri-rəsmi aksiyada iştirak etdiyi zaman işdən çıxarılan işçilərər dəstə olaraq keçirilən sənaye aksiyası;
Komitə nəzarətin on ikinci siklində göstərilən səbəblərlə verdiyi neqativ rəyi təkrarlamışdır (Nəticələr XIII-I, istinad müddəti 1990-1991).”
37. SHAK məsələ ilə bağlı ən son rəyində (Nəticələr XIX-3, 2010) bildirmişdir:
“Özünün əvvəlki nəticələrində ... Komitə hesab etmişdir ki, qanuni kollektiv aksiya içilər və onların işəgötürənləri arasındakı mübahislərə məhdudlaşmış və beləliklə, həmkarlar ittifaqına, de facto işəgötürənə -əgər bu, onu birbaşa işəgötürəni deyilsə- qarşı aksiya keçirmək imkanı vermir. O daha sonra əlavə etmişdir ki, Britaniya məhkəmələri biznesin bir hissəsinin transferi kontekstində gələcək işəgötürən və iş müqaviləsinin gələcək şərtləri ilə bağlı kollektiv aksiyanı istisna edir (University College London NHS Trust v UNISON). Komitə bu səbəbdən hesab etmişdir ki, işçilərin öz maraqlarını qanuni kollektiv aksiya yolu ilə qorumasının dairəsi Birləşmiş Krallıqda bilərəkdən daraldılmışdır. Vəziyyətin dəyişmədiyini nəzərə alaraq, Komitə vəziyyətin Xartiyanın 6-cı maddəsinin 4-cü bəndinə uyğun olmadığı barədəki rəyini təkrarlayır.”
C. Avropa İttifaqının Əsas Hüquqlar Xartiyası
Müvafiq müddəalar aşağıdakılardır:
“Maddə 12
Toplaşmaq və birləşmək azadlığı
1. Hər kəsin bütün səviyyələrdə, xüsusilə siyasi, həmkarlar ittifaqı və mülki məsələlərlə bağlı dinc toplaşmaq və birləşmək azadlığı vardır ki, bu da hər kəsin öz maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqları yaratmaq, onlara qoşulmaq hüququnu ehtiva edir.
...
Maddə 28
Kollektiv sövdələşmə və aksiya hüququ
İşçilər və onların işəgötürəni və ya onların müvafiq nümayəndələri, Birlik hüququna və daxili qanunvericiliyə və təcrübəyə uyğun olaraq, müvafiq səviyyələrdə kollektiv müqavilələr üzrə danışıqlar aparmaq və onları imzalamaq və maraq münaqişələri zamanı öz maraqlarını müdafiə etmək üçün tətil aksoyası da daxil olmaqla, kollektiv aksiyalar təşkil etmək hüququna malikdirlər.”
Maddə 28 Xartiyanın IV Bölməsində yer alır. Birləşmiş Krallıqla bağlı, Avropa İttifaqının işləməsi haqqında Sazişin Protokoluna (No 30) baxmaq lazımdır. Onda müvafiq olaraq deyilir:
“Maddə 1
...
2. Xüsusilə və şübhəni aradan qaldırmaq üçün xartiyanın IV Bölməsində göstərilənlər Polşa və Birləşmiş Krallığın daxili qnaunvericiliyində belə hüquqlara təminat verməsi halları istisna olmaqla, Polşa və Birləşmiş Krallığa tətbiq edilə biləcək hüquqlar yaratmır.”
IV. MÜQAYİSƏLİ HÜQUQ ELEMENTLƏRİ
38. Tərərflər ikincili tətillərlə bağlı bəzi müqayisəli hüquq elementləri təqdim etmişlər. Hər iki tərəf Avropada sənaye aksiyasının tənzimlənməsi barədə müqayisəli araşdırmaya istinad edir (Strike rules in the EU 27 and beyond, A comparative overview[5], W. Warneck, Avropa Həmkarlar İttifaqı Araşdırma Institutu, Təhsil və Sağlamlıq və Təhlükəsizlik, 2007). Bu mənbəyə əsasən, ikincili aksiya Avropa İttifaqının Üzv Dövlətlərinin böyük əksəriyyətində müxtəlif məhdudlaşmalar və şərtlər qoyulmaqla müdafiə olunur və ya icazə verilir. Birləşmiş Krallıq kimi ikincili aksiyaya icazə verməyən dövlətlər arasında Avstriya, Luksemburq və Niderland vardır.
39. Öz təqdimatlarında, Hökumət, Birləşmiş Krallıqdakı vəziyyətə aşağıdakı ölkələrə istinad edərək dəstək tapmağa çalışmışdır: İspaniya, Niderland, Italiya, Avstriya, Norveç, Danimarka və Almaniya. Hökumət bildirmişdir ki, bu, Avropada ikincili aksiyaya birinci sənaye aksiyasından daha ciddi məhdudiyyətlər qoyulması üzrə geniş tendensiyanın olduğunu göstərir. Buna cavab olaraq ərizəçi Məhkəməyə bir sıra Avropa ölkələrindən olan əmək hüququ ekspertlərinin Hökumətin qeydləri ilə təzad təşkil edən fikirlərini təqdim etmişdir. Ərizəçi belə nəticəyə gəlmişdir ki, Birləşmiş Krallıq bu sahədə Konvensiyaya üzv olan Dövlətlərdən ən məhdudlaşdırıcı rejimə malik olanıdır. Hökumət son aolarq bildirmişdir ki, bu material göstərir ki, Avropada sənaye münasibətlərinin və ənənələrinin böyük müxtəlifliyinə baxmayaraq, Dövətlərin əksəriyyəti birinicili və ikincili aksiyanı fərqləndirir və sonuncuya daha böyük məhdudiyyətlər qoyur. Ərizəçilərin iddia etdiyi geniş Hüquq heç bir real Avropa konsensusu ilə dəstəklənmir.
40. Məhkəmə qeyd edir ki, sərəncamında Avropa Sosial Xartiyasının[6] moniltorinq mexanizminin müqayisəli məlumatları vardır. YUxarıda qeyd edirldiyi kimi, bu qurum dəfələrlə Birləşmiş Krallıqdakı vəziyyəti tənqid etmiş və bu Dövlət bu spesifik əsasla tənqidlərə məruz qalan yeganə dövlətdir. SHAK həmçinin aşağıdakı ölkələrdə ikincili aksiyanın (bəzən “dəstək” və ya “həmrəylik” terminlərini istifadə edərək) qanuniliyi ilə bağlı şərhlər etmişdir: Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Malta, Norveç, Portuqaliya, Rumıniya, Slovak Respublikası, İspaniya və İsveç. Waneck araşdırmasında ikincili aksiyaya icazə verməyən dövlətlər kimi müəyyən olunmuş digər üç Dövlətə istinadən, Məhkəmə qeyd edir ki, SHAK Niderlandakı vəziyyətlə bağlı heç bir tənqid irəli sürməmişdir. O, Avstriya və ya Luksemburqla və ya Sosial xartiyanın 6-cı maddəsinin 4-cü bəndini qəbul etmiş hər hansı başqa Dövlətlə bağlı da tənqidi rəy verməmişdir.
41. BƏT-in nəşrlərindən və hüquq bazasından da bəzi digər müqayisəli məlumatlar əldə etmək mümkündür. Məsələn, Ekspertlər Komistəsi, Türkiyə Konstitusiyasından həmrəylik tətillərinə qadağanın götürülməsinə isktinad etmişdir (Qlobalizasiyaya insan üzü vermək, yuxarıdakı istinad, paraqraf 125). O həmçinin 87-ci saylı Konvensiyaya riayət olunması ilə bağlı rəylərində Albaniyada, Gürcüstan və Latviyada dəstək aksıyalarının qanuniliyinə istinad etmişdir. Birləşmək Azadlığı üzrə Komitə Macarıstanda həmrəylik aksiyalarına istinad etmiş (şikayət no. 2775), Rusiya qanunvericiliyi nə belə aksiyalara icazə vermədiyini, nə də onu qadağan etmədiyini bildirmişdir (şikayət no. 2251).
Bundan əlavə, Məhkəmə qeyd edir ki, İsveçrə hüququnda tətillərə “əgər iş münasibətlərinə aiddirsə” icazə verilir (Konstitusiya, Maddə 28, paraqraf 4). Bir konstitusiya şərhinə əsasən, tətil iş şərtləri ilə bağlı olmalıdır və şirkət və ya onun qolu ilə bağlı olmayan koporatist və ya siyasi məqsədlər daşımalı deyil (Droit constitutionnel suisse, vol. II, Auer, Malinverni və Hottelier səh. 723).
HÜQUQ MƏSƏLƏLƏRİ
I. KONVENSIYANIN 11-CI MADDƏSINİN İDDİA EDİLƏN POZUNTUSU
42. Ərizəçi iddia edir ki, yuxarıda təsvir edilmiş tətil səsverməsi barədə xəbərdarlıq və ikincili tətil aksiyası ilə bağlı qanunvericiliyin tətləbləri ilə əlaqədar iki hal, onun Konvensiyanın 11-ci maddəsi ilə qorunan birləşmək azadlığına həddindən artıq böyük məhdudiyyətdir. Bu müddəada deyilir:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.”
43. Hökumət bu arqumenti mübahisələndirir.
44. Məhkəmə ərizəçinin təqdim etdiyiy iki faktlar məcmusunu və onların qaldırdığı fərqli Konvensiya məsələlərini ardıcıl olaraq araşdıracaqdır.
A. Qəbuledilənlik
1. Tətil səsverməsi barədə xəbərdarlıq
45. Hökumətə kommunikalsiya edilməyən birinci şikayətlə bağlı Məhkəmə hesab edir ki, o aşağıdakı səbbələrdən qəbuledilməzdir. Ərizəçinin nəql etdiyi praktiki nümunənin faktları göstərir ki, həmkarlar ittifaqı üzvlərinin maraqlarının müdafiəsi üçün aksiya etməkdə yubandırılsalar da, iki ay sonra tətillərini keçirməyəy müvəffəq olmuşlar. Ərizəçinin də qəbul etidiyi kimi bu aksiya, EDF-i həmkarlar ittifaqının üzvlərinə təklifini təkmilləşdirməyə vadar etmiç, sonuncular yeni təklifləri qəbul etmiş və yeni şərtlər az sonra kollektiv müqavilə formasında qüvvəyəy minmişdir. Bu uğurlu nəticə nəzərə alınmaya bilməz. Məhkəmə tərəfindən RMT-ə qarşı qoyulan təminat tədbirini sonrakı hadisələrdən təcrid edilərək araşdırılması suni olardı. Nəticədə, burada ərizəçinin Konvensiyanın 11-ci maddəsi altında qorunan hüquqlarının realizəsinə qanunvercilikdə nəzərdə tutulan prosedur qaydalarına riayət olunmasının tələb olunması ilə müdaxilə edildiyini hesab edə bilməz, çünki ərizəçi bunu etmişdir. Bu tələblər beynəlxalq qurumlar tərəfindən tənqid edilsə də (bax: yuxarıdakı Faktlar bölməsində, III Hissə), Məhkəmə şikayətləri yalnız konkret faktların işığında araşdıra bilər. O hesab edir ki, EDF-in vəziyyəti ərizəçinin öz üzvləri adından etdiyi uğurlu bir aksiyanı əks etdirir. Bu səbəbdən ərizənin bu hissəsi, Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə əsasən açıq-aşkar əsaslandırılmamışdır və rədd edilməlidir.
2. Ikincili tətil aksiyası
46. Ərizənin bu hissəsinə münasibətdə, qəbuledilənlik ilə bağlı qalxan birinci məsələ odur ki, ərizəçi eyni məsələdən BƏT-in Birləşmək Azadlığı üzrə Komitəsinə də şikayət etmişdir. Bu, işin Məhkəməyə göndərilməsindən sonra olmuşdur və RMT öz ərizəsində Birləşmək Azadlığı üzrə Komitəyə müraciət etmək niyyətini bildirmişdir. 6 iyun 2013-cü il tarixli məktubu ilə ərizəçi Məhkəməni məlumatlandırmışdır ki, o həmin şikayətini “birdəfəlik geri çəkmişdir”. Hökumət bildirmişdir ki, illər ərzində parallel olaraq iki beynəlxalq şikayəti sürdürmək və sonradan, Məhkəmə qarşısında taktiki avantaj qazanmaq üçün şikayətlərdən birini geri çəkmək şikayət hüququndan sui-istifadə hesab edilməlidir. O əlavə etmişdir ki, Konvensiyanın 35-ci maddəsinin 2(b) bəndi (mətni aşağıdakı paraqraf 48-də göstərilir) yalnız ərizəçinin şikayətini hər hansı başqa beynəlxalq prosedura göndərdiyi halları əhatə edəcək şəkildə şərh edilməməlidir. Onun fikrincə, belə hərfi oxumaq müddəanın məqsədinə zidd olardı, çünki ərizəçiyə Konvensiyaya əsasən bir ərizə vermək, sonra isə eyni şikayəti başqa bir beynəlxalq quruma göndərmək imkanı verərdi.
47. Ərizəçi cavabında bildirmişdir ki, Hökumət lap əvvəldən Birləşmək Azadlığı üzrə Komitəyə şikayət göndərilməsindən xəbərdar idi, çünki BƏT-a öz cavablarının 2011-ci ilin iyulunda göndərmişdi. Həmin cavabda Hökumət Məhkəməyə də bu barədə şikayət göndərilmiş olmasına istinad etmiş və düzgün olaraq qeyd etmişdi ki, RMT açıq-aydın şəkildə Konvensiya üzrə prosedura üstünlük verir. Bunun səbəbi o idi ki, Birləşmiş Krallıq müvafiq BƏT qurumlarının tənqidlərinə sadəcə laqeydlik göstərmişdir, ərizəçinin xeyrinə qərarı isə icra etməyəy məcbur olacaqdır. BƏT verilmiş şikayətin, Birləşmək Azadlığı üzrə Komitə tərəfindən hər hansı qərar qəbul edilməsindən əvvəl geri çəkilməsi, eyni işlə bağlı beynəlxalq prosedurların çoxluğu aradan qalxmışdır.
48. Maddə 35 § 2(b)-də deyilir:
“2. Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır:
(b) mahiyyətcə Məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan yaxud digər beynəlxalq araşdırma və ya nizamlama prosedurunun predmeti olan və işə aid yeni faktları əks etdirməyən”
Məhkəmənin yurisprudensiyası ilə müəyyən olunduğu kimi, bu müddəa eyni məsələ ilə bağlı ərizəçinin hər hansı beynəlxalq quruma müraciət etdiyi hallarla məhdudlaşmır. Məhkəmə hesab etmişdir ki, bu addımın tarixi deyil, Məhkəmənin işə baxdığı zaman digər qurumun məsələ ilə bağlı qərarının olub-olmaması əhəmiyyətlidir (Peraldi v. France (qərardad), no. 2096/05, 7 aprel 2009). Hazırki işdə bu, baş verməmişdir (əksinə olaraq, POA və Başqaları Birləşmiş Krallığa q. (qərardad), no. 59253/11, 21 may 2013, bu işdə ərizəçi həmkarlar ittifaqı eyni şikayəti Birləşmək Azadlığı üzrə Komitəyə göndərmiş və sonuncu mahiyyəti üzrə qərar qəbul etmişdi). Bundan əlavə, Məhkəmə ərizəçinin şikayət hüququndan sui-istifadə etdiyini hesab etmir. O, lap əvvəldən başqa beynəlxalq prosedurdan istifadə etmək niyyətini Məhkəmədən gizlətməmişdir (bax: a contrario, Cereceda Martin and Others v. Spain, no. 16358/90, 12 oktyabr 1992, Decisions and Reports 73, səh. 133). Onun sonradan ehtiyat tədbiri olaraq o biri şikayətini geri çəkməsi Konvensiyanın 35-ci maddəsnin 3 (a) bəndi mənasında sui-istifadə hesab edilə bilməz və bu səbəbdən, Hökumətin bununla bağlı ilkin etirazı rədd edilməlidir.
49. Hökumət daha sonra bildirmişdir ki, ikincili tətil aksiyası ilə bağlı şikayət açıq-aşkar əsaslandırılmamış olduğundan rədd edilməlidir. O hesab etmişdir ki, ərizəçinin Maddə 11 altında qorunan birləşmək azadlığı hüququn pozuntusu, hətta onlara müdaxilə belə baş verməmişdir, çünki bu müddəa ikincili aksiya keçirmək hüququ tanımır. Əksinə, bu müddəanın mətnindən aydındır ki, o, işçilərin öz maraqlarının müdafiəsi üçün kollektiv aksiyalarını nəzərdə tutur. Başqa işçi qrupları ilə həmrəyliyin ifadəsindən başqa bir şey olmayan dəstək aksiyalarında, kollektiv aksiya ilə ondan iştirak edənlərin birbaşa maraqları arasında olmalı olan məntiqi əlaqə yoxdur. Nəql edilən faktlardan Hydrexdə işləyən RMT üzvlərinin vəziyyətlərinin onların Jarvisdə işlərən həmkarlar ittifaqı yoldaşlarının vəziyyəti ilə bir əlaqəsi olması görünmür. Sonuncuların maraqlarına təhlükə materiallaşsaydı, onların, Hydrexdə işləyəyn üzvlərin etdiyi kimi, tətil aksiyası keçirmək hüququ yaranardı.
50. Ərizəçi Hökumətin Maddə 11 § 1-i bilərərkdən belə dar şərhinə etiraz etmişdir.
51. Məhkəmə hesab edir ki, Hökumətin bu ikinci başlıq altındakı ilkin etirazı Konvensiyanın şərhi ilə bağlı məsələ qaıldırır və ərizənin qəbuledilənliyi ilə bağlı mərhələdə müvafiq şəkildə həll edilə bilməz. Məhkəmə bu səbəbdən, etirazı işin aşağıda araşdırılnam mahiyyətinə birləşdirir.
52. Başqa əsaslarla qəbuledilməz olmadığından, ərizənin ikincili aksiyaya aid hissəsi qəbuledilən elan edilməlidir.
B. Mahiyyət üzrə
1. Tərəflərin arqumentləri
(a) Ərizəçi həmkarlar ittifaqı
53. Ərizəçi bildirmişdir ki, ikincili aksiyanın qadağan edilməsi onun Hydrexdə işləyəyn üzvlərinin əməmk müqaviləsi şərtlərinin əhəmiyyətli dərəcədə pisləşməsilə bağlı maraqlarının müdafiəsini ciddi şəkildə məhdudlaşdırmışdır. Jarvisdə dəstək aksiyası təşkil etmək mümkün olsaydı, çox güman ki, Hydrex şərtlərin belə pisləşməsini qəbul etməzdi. Hydrexdə işləyən azsaylı üzvlərilə, tətilin təsiri əhəmiyyətsiz olmuşdur. Piket etmək imkanın olması bir şeyi dəyişməmişdir. Müdiriyyətin yeni təklifi həmkarlar ittifaqı rəhbərliyi tərəfindən pozitiv olaraq təqdim edilsə də, səsvermədə işqtirak edənlər tərəfindən tamamilə qeyri-adekvat hesab edilib rədd edilmişdir. Ərizəçi bildirmişdir ki, Jarvisdə işləyən üzvlərin tətili, yalnız keçmiş kolleqaları olan həmkarlar ittifaqı yoldaşları ilə həmrəyliklə deyil, həm də özlərinin əmək müqaviləsi şərtləri ilə bağlı narahatlıqları ilə əsaslanardı. Onların işlədikəri sahənin böyük rəqabət meydanı olması səbəbilə, bir şirkətin öz işçilərinin maaşlarını azaltmaq barədəki qərarı, rəqib şirkətlərdə də eyni azalmalara səbəb olmaq imkanına malikdir. Hydrexdəki vəziyyətində təsvir olunduğu kimi, bir şirkət üçün işçilərlə əmək müqaviləsinə xitam vermək və sonradan onları yenidən daha əlverişsiz şərtlərlə işə götürmək asandır. İkincili aksiya üzrəindəki qadağa həmkarlar ittifaqının hər hansı bir sahədəki bütün üzvləri adından aksiya keçirmək imkanın azaldır və bu həmin işçilərin zərərinədir. 1980-ci illərdən etibarən, Britaniya iqtisadiyyatında kollektiv müqavilələrin rolunda əhəmiyyətli və davamlı eniş olmuşdur və bu səbəbdən, həmkarlar ittifaqlarına, çox zəif mövqedə olan üzvlərinin maraqlarının müdafiəsi üçün onların adından səmərəli şəkildə hərəkət etmək imkanı verilməsi daha əhəmiyyətli olmuşdur. Ərizəçinin fikrincə, yalnız 1980-cı ildən əvvəlki müddətdə ikincili tətil aksiyası daxili qanunvericiliklə adekvat şəkildə qorunmuşdur. O zamankı Hökumət onu məhdudlaşdırmağı lazım bilməmişdir. 1980 və 1992-ci il qanunlarının məqsədi, həmkarlar ittifaqlarının rolunu və təsirini azazltmaq və beləliklə, işçiləri daha zəif vəziyyətə salmaq idi. Hökumətin tətil aksoyalarının 1970 və 1980-ci illərdə ölkə iqtisadiyyatına ziyan vurması barədəki iddiaları əsaslandırılmamış, bundan əlavə şişirdilmiş və yanlışdır. Heç bir real sübutun olmamasına baxmayaraq, həmkarlar ittifaqları Britaniya iqdisadiyyatının otuz il ərzində zəifləməsinə görə ədalətsiz şəkildə qınanmış və bu səbəbdən, məhdudlaşdırıcı qanunvericiliyə məruz qalmışlar.
54. Hökumətin, ikincili aksiyanın xaraktejri etibarılə başqa işçilərin, iştirak etmədikləri və üzərində heç bir nəzarətlərinin olmadığı sənaye mübahisəsinə qoşulmasına səbəb olması barədəki arqumentinə cavab olaraq, ərizəçi bildirmişdir ki, bu tili mülahizələr hazırki işin hallarına uyğun deyildir. O yalnız Jarvisin işçilərini tətilə çağıracaqdı ki, bu da Hydrexi mövcud olan müqavilə şərtlərini dəyişməməyə vadar edəcəkdi. Bütün hallarda, ərizəçi Hökumətin ikincili tətillərin dağıdıcı təsirləri və üçüncü tərəflərin Konvensiya ilə qorunan hüquqları (biznesə müdaxilə, yaşayış şərtləri üçün, hətta bəzi ifrat hallarda həyat və sağlamlıq üçün təhlükə) üçün təhlükə olması barədəki arqumentlərini ümümiləşmələr kimi rədd etmişdir. Qanunvericilikdə, xüsusilə cinayət hüququnda kifayət qədər müdafiə mexanizmləri vardır. Beləliklə, ikincili aksiyanın tamamilə qadağan olunması üçün heç bir əsas yoxdur. Mütənasiblik prinsipinin tələb etdiyi kimi daha az məhdudlaşdırıcı rejim nəzərdə tutula bilərdi. Dinc piket keçirmək imkanı, hazırki işin faktlarının da göstərdiyi kimi heç bir real fərq yaratmırdı və ikincili aksiyanın qadağan edilməsinin təsirlərini aradan qaldırmırdı.
55. Həmkarlar ittifaqı ilə bağlı işlərdə Məhkəmənin qərar və qərardadlarını sitat gətirərək ərizəçi iddia etmişdir ki, tətil aksiyası keçirməyə indi Dövlətlərin hörmət etməli olduğu birləşmək azadlığı hüqunun əhəmiyyətli elementi olan bir hüquq kimi baxılmalıdır. Alternativ olaraq, kollektiv sövdələşməni həmkarlar ittifaqı hüququnun əhəmiyyətli elementi hesab etmiş Məhkəmə, məntiqi olaraq, tətil hüququnun da əhəmiyyətli olduğunu elan etməklə davam etməlidir, çünki sənaye aksiyası hədəsi olmadan, kollektiv sövdələnmə hər hansı təsirdən məhrumdur və daha çox “kollektiv yalvarma”dır. İkincili aksiyanın qadağan edilnməsi beləliklə, birləşmək azadlığının mahiyyətini zəiflədir. Bu yalnız həqiqi dəfedilməz əsasların olması halında qəbul edilə bilər. Dövlət sərt lazımlılıq testinə cavab verməlidir, yalnız məhdud mülahizə səlahiyyəti tanınmalı və Məhkəmə tərəfindən ciddi nəzarət tətbiq edilməlidir.
56. Ərizəçi Məhkəməni həmkarlar ittifaqında birləşmək azadlığı konsepsiyasının sadəcə işçilərin fərdi maraqlarını müdafiəsinə məhdudlaşacaq şəkildə dar şərhindən imtina etməyə çağırmışdır. Belə bir şərh Maddə 11-in mahiyyətini kasıblaşdırardı. Araşdırdığı tətillə bağlı çoxsaylı işlərdə Məhkəmə heç vaxt mübahisədə iştirak edən işçilərin nə təlb etməsinə əhəmiyyət verməmişdir. Həmkarlar ittifaqlarının daha geniş, ümumi məqsədlər üçün fəaliyyət göstərməsi legitimdir. Həmkarlar ittifaqı ideyası əsasən həmkarlar ittifaqı üzvləri və ümumi olaraq işçilər arasında həmrəyliklə bağlıdır və Konvensiyanın 11-ci maddəsinin mətni buna uyğun şəkildə şərh olunmalıdır. İşçilərin imkanı olmalıdır ki, maraqlarını müdafiə etmələrinə mane olunanların və ya, iş yerində maraqlarını müdafiə etmək üçün kifayət qədər güclü olmayanların maraqlarını müdafiə etmək üçün sənaye aksiyası etsinlər. Birləşmək azadlığının geniş konsepsiyasınə qəbul edən həmkarlar ittifaqı hüquqları sahəsində fəaliyyət göstərən iki ən böyük beynəlxalq qurum, BƏT Ekspertlər Komistəsi və SHAK da dəfələrlə Birləşmiş Krallığı ikincili aksiyanın qadağan olunmasına görə tənqid etmiş və bunun beynəlxalq hüquqi standartlara uyğun olmamasını qeyd etmişlər. Bu standartlar elə şərh edilmişdir ki, onlara görə ikincili aksiyanın yeganə qəbul edilə bilər şərti, ilkin çübahisənin qanuni olmasıdır. Bu, çox geniş olarsa, yaxınlıq kriteriyası, yəni, ilkin aksiya ilə onları dəstəkləmək üçün tətil edənlərin arasında hər hansi bir əlaqə tələbi nəzərdə tutula bilər. Bu əlaqə hazırki işdə mövcuddur, çünki həmin işçi qrupu əvvəllər Jarvisin işçiləri olmuşlar və başqa şirkətə keçiriləndən sonra də eyni işi görməyə davam etmişlər. Onların iş müqavilələri şərtlərinin pisləşməsi bütün sektorun işçiləri üzərində pis təsirə malik ola bilərdi. Müasir iqtisadiyyatda, iş qüvvəsi öhdəliklərin və ya onların bir hissəsinin ötürülməsi, mürəkkəb korporasiya strukturları yaradılması, agentlik işi, özəlləşdirmə, sub-müqavilələrin yaranmasına səbəb olan xidmətlərin başqalarına verilməsi barədə müqavilələr, qeyri-həqiqi şəxsi sahibkarlıq və s. yolu ilə getdikcə daha da fraqmentli olur. Bu elə bir vəziyyətə gətirib çıxarır ki, eyni iş yerində və eyni işi yerinə yetirən şəxslərin işəgötürənləri müxtəlif ola bilər və bu o deməkdir ki, onlar eyni sənaye münaqişəsi zamanı qanuni olaraq bir-birini dəstəkləyə bilməzlər.
57. İkincili aksiya üzərində tam qadağa qoyan Birləşmiş Krallıq Avropa ölkələri arasında ifrat mövqe tutan azlığın üzvüdür. Avropa ölkərinin böyük əksəriyyətinin yanaşması, onlar arasında ümumi sənaye münasibətləri sahəsində fəqrliliklərə baxmayaraq, icazəli rejimdir. Bu, ərizəçinin fikrincə, məsələ ilə bağlı Avropa konsensusunu əks etdirir.
(b) Hökumət
58. Hökumət, ərizəçinin Hydrexin vəziyyəti barədə qeyd etdiklərini qəbul etmir. O qeyd etmişdir ki, daxili qanunvericiliyə uyğun olaraq, Jarvisin keçmiş işçilərinin bir qrupu ötürülmədən sonrakı iki il ərzində əvvəlki müqavilə şərtləri ilə işləməyə davam etmişlər. Bu nöqtədə, ərizəçinin təqdim etdiyi sənədlərdən də göründüyü kimi, Şirkətin maliyyə çətinlikləri onu həmin şəxslərə yeni, daha əlverişsiz şərtlər təklif edən müqavilələr təklif etməyə vadar etmişdir. Ərizəçi onların maraqlarını təqdimatlar etməklə və sonradan tətil aksiyası keçirməklə müdafiə etmişdir və bu, yeni, təkmilləşmiş təklifin verilməsinə səbəb olmuşdur. Bu təklif rədd olunsa da və ərizəçi indi onu qeyri-adekvat kimi təsvir etsə də, o əslində tətili uğurlu hesab edən və həmkarlar ittifaqı üzvlərini təklifi qəbul etməyə çağıran RMT-in həmin zamankı Baş Katibi tərəfindən təsdiq edilmişdi.
59. Jarvis qrupunda işləyən RMT üzvlərinə gəlincə, Hökumət qyed etmişdir ki, ərizəçinin fikirlərinin əksinə olaraq, işəgötürən tərəfindən Hydrexin etdiyi kimi müqavilə şərtlərini pisləşdirəcək hər hansı hərəkətin sübutu yoxdur. Bu iki şirkət bir-birilə əlaqəli deyildir. Hər hansı belə bir hərəkət olsaydı, ərizəçinin, maraqlarını qorumaq üçün Jarvis işçilərinin tətilini təşkil etmək imkanı olacaqdı.
60. Hökumət bildirmişdir ki, tətil hüququ daxili qanunvericiliklə adekvat şəkildə qorunur. Sənaye aksiyası qanunla nəzərdə tutulan qaydalara uyğun olaraq təşkil edilərsə, fərdi işçinin işdən çıxarılmadan müdafiəsi və həmkarlar ittifaqının da dəymiş ziyana görə iddiadan immüniteti vardı. Daxili məhkəmələr hesab etmişlər ki, qanunvericikdə nəzərdə tutulan rejim Məhkəmənin şərh etdiyi şəkildə Maddə 11 ilə uyğundur (yuxarıda istinad edilən, Metrobus işi, §11). Hökumət aydınlaşdırmışdır ki, Parlament ikincili aksiya üzərindəki qadağanın ilkin aksiyaların əhəmiyyətini azaltmamasını təmin etməyin qayğısına qalmışdır – ikincili aksiya, əgər başqa bir mübahisə ilə bağlı ilkin aksiya olarsa, qanuni olardı (1992-ci il Qanunu, 224(5) Bölməsi). Bundan əlavə, sənaye aksiyasında iştirak edən şəxslərin öz işlərində və ya onun yaxınlığında, dinc şəkildə başqalarını işlərindən geri çəkilməyə inandırmaq üçün dinc piket keçirmək imkanları vardı.
61. Hökumətin fikrincə, hazırki qanunvericilik çərçivəsi, 1970 və 1980-ci illərdə çox yayılmış ikincili aksiyaların Britaniya iqtisadiyyatına vurduğu ziyana reaksiya olaraq nəzərdə tutulmuşdur. 1980-ci il Qanununun qəbul edilməsindən əvvəl, həmkarlar ittifaqlarının ikincili aksiya keçirməklə bağlı geniş səlahiyyətləri vardı və bunun nəticələri bizneslər, işyerləri və eləcə də daha geniş kütlələr üçün həddindın artıq zərərli olmuşdu. Iqtisadiyyatın bir sahəsilə bağlı bir mübahisə çox tez bir zamanda digər sahəsinə sıcraya bilirdi, münaqişə ilə heç bir əlaqəsi olmayan üçüncü tərəfləri də cəlb olunurdu və bunu həll etməyin heç bir yolu yox idi. Həmin zaman qüvvədə olan qanunvericliyin necə yumşaq olduğu, MacShane işindən görünür. O zamanki Hökumət qərar vermişdi ki, o məhdudlaşdırılmalıdır və Parlament müzakirələrində o zamanlar ikincili tətillərin vurduğu ziyanın nümunələri verilmişdi. On il sonra, Hökumət hesab etmişdi ki, hətta ən məhdudlaşdırıcı halıda belə ikincili aksiya, xüsusilə mültinasional şirkətləri Birləşmiş Krallıqdakə əməliyyatlarını inkişaf etdirməkdən vaz keçirməklə iqdisaiyyata ziyan vurmaq potensialına malik idi. Nəticədə Parlament hazırki qadağanı qoymaq qərarı vermişdir. O zaman müxalifətdə olan Leyboristlər Partiyası dəyişikliyə qarşı çıxsa da, hakimiyyətdə olduğu 13 il ərzindı onu dəyişməyə çalışmamışdır. Hazırki koalisiya Hökuməti də məsələyə yenidən baxmaq niyyətində deyildir. Bu onu göstərir ki, Birləşmiş Krallıqda tətil hüququ ilə bağlı hazırki balansla bağlı siyasi razılıq vardı.
62. Hökumət qəbul etmişdir ki, Məhkəmənin son zamanlardakı yurisprudensiyasının işığında Maddə 11 üzrə həmkarlar ittifaqına qoşulamq hüququ bir qayda olaraq, tətil hüququnu da ehtiva edir. Lakin bu, qətiyyən mütləq hüquq deyildir – o, 11-ci maddənin 2-ci bəndində nəzərdə tutulan və Dövlətlərin mülahizə səlahiyyəti daxilində olan şərtlərə və məhdudiyyətlərə məruz qala bilər. Hökumət ikincili aksiyanı birləşmək azadlığının əhəmiyyətli elementi hesab etmir və Məhkəmənin ikincili aksiya ilə bağlı heç bir yurisprudensiyasında bunu təklif edən bir şey tapa bilməmişdir.
63. Əksinə, Hökumətin məhkəmə təcrübəsini anlamasından belə çıxır ki, işçilərin maraqları ilə onların üzv olduğu həmkarlar ittifaqının istər kollektiv sövdələşmə olsun, istərsə tətil aksiyası olsun, həyata keçirdiyi aksiyalar arasında bir məntiqi əlaqə olmalıdır. Bu, Hydrex işində yox idi. Jarvis işçilərinin keçmiş kolleqalarını dəstək üçün keçirəcəyi ikincili aksiya yalnız həmrəyliyə əsaslanardı – bu aksiyanın onların heç bir münaqişəsinin olmadığı Jarvislə bağlı maraqları ilə heç bir real əlaqəsi olmazdı. Beləliklə, ikincili aksiyaların məhdudlaşdırması birləşmək azadlığının heç bir əsas elementinə toxunmur. Beləliklə, 11-ci maddənin 1-ci bəndində təminat verilən hüquqa heç bir müdaxilə baş verməmişdir.
64. Hökumətin fikrincə, ikincili aksiyaların qanunla nizamlanma qaydası tamamilə Birləşmiş Krallığın mülahizə səlahiyyəti daxilindədir. Məhkəmənin öz yurisprudensiyasında da qəbul etdiyi kimi, həssas sosial və siyasi mülahizələrin və Avropada sənaye münasibətləri şəbəkəsinin müxtəlifliyini işığında bu səhadəki mülahizə səlahiyyəti geniş olmalıdır. Bütün hallarda, vəziyyət Maddə 11 altında bütövlükdə araşdırılmalıdır və bu da ərizəçinin hüquqlarının potensial məhdudlaşdırılması ilə ikincili aksiyanın üçüncü tərəflərlə bağlı potensial təsirləri arasında tarazlaşdırmanı vacib edir. Sonuncu elementlə bağlı, Hökumət vurğulamışdır ki, ikincili aksiya ilə bağlı qadağa həmkarlar ittifaqının öz üzvlərinin maraqları naminə ilkin aksiyalar təşkil etməsi imkanına müdaxilə etmir. Lakin ikincili aksiyanın üçüncü tərəflərin Konvensiaya üzrə hüquq və azadlıqları, xüsusilə 1 saylı Protokolun 1-ci maddəsi üzrə hüquqları da daxil olmaqla, hüquqlarına geniş və nəzarət altına lına bilinməyən təsiri də nəzərə alınmalıdır. Tarazlaşdırma vəzifəsinin Konvensiyada tanınan hüquqlarla bağlı olduğu hallarda Məhkəmə milli orqanlara geniş mülahizə səlahiyyəti tanıyır. Hökumətin fikrincə, Birləşmiş Krallığın həyata keçirdiyi tarazlaşdırma əsaslıdır.
65. Əlavə bir mülahizə, Birləşmiş Krallıqda digər Avropa Dövlətlərinən fərqli olaraq, sənaye münasibətlərinin güclü mərkəzsizləşməsidir. Hökumət hesab etmişdir ki, bu, 1970-ci illərdə ikincili aksiyaların təsirini artırmışdır və əgər Məhkəmə vəziyyətin Konvensiya tələblərinə uyğun olmadığını hesab edərsə, yenidən eyni şey təkrarlanacaqdır. O da nəzərdə saxlanmalıdır ki, – Avropadakı digər milli sistemlərin əksinə olaraq, – həmkarlar ittifaqlarının tətil keçirmək hüquqları genişdir. Britaniya sistemində “sülh müddəası” konsepsiyası, yəni kollektiv saziş danışıqları zamanı sənaye aksiyası etməyə qadağa qoyulmamışdır. Təmamilə həmkarlar ittifaqları tərəfindən müəyyən edilən tətilin intensivliyini və əhatə dairəsini məhdudlaşdıracaq mütənasiblik qaydası da yoxdur. Ərizəçinin son 30 il ərzində kollektiv sövdələşmələrdəki enişlə bağlı fikrinə cavab olaraq, Hökumət məsələ ilə bağlı neytrallığını bildirmişdir – işçi və işəgötürənlərin kollektiv şəkildə və ya başqa cür müqavilə bağlaması onların qərar verdiyi məsələdir. Hökumət bu enişin ikincili aksiyaların qadağan edilməsi və ya ərizəçinin sitinad etdiyi hər hansı məhdudlaşma səbəbindən olduğunu mübahisələndirmişdir. Çox sayda başqa faktorlar da rol oynamışdır: məsələn əvvəl Dövlət müəssəsi olan və ənənəvi olaraq güclü həmkarlar ittifaqına malik şirkətlərin çoxunun özəlləşdirilməsi, əmək qanunvericiliyin işçilərə həmkarlar ittifaqlarının müdaxiləsindən daha çox məhkəmələr vasitəsilə icra etdirə bildikləri çox hüquqlar tanıması.
66. Məhdudlaşma elə uzun müddət qüvvədə olmuşdu ki, Hökumətin fikrincə, həmkarlar ittifaqı tərəfindən hazırki çətin iqtisadi şərtlərdə Hökumətin iqtisadi strategiyasına qarşı müxalif münasibətinin getdikcə artmasının işarəli mövcud olsa da, idarəedicilər və işçilər vəziyyətə uyğunlaşmışlar. Ərizəçi uğur qazanarsa və Hökumət ikincili aksiyaya qadağanı qaldırmalı olarsa, ölkənin bərpasına ziyan vurulacaqdır.
67. Tətil aksiyası ilə bağlı qaydalardan başqa, həmkarlar ittifaqlarının geniş birləşmək azadlığı hüququnu həyata keçirərək, öz şikayətlərini ictimailəşdirmək imkanları vardır. Hökumət elektriklərin ictimaiyyəti davam edən senaye mübahisəsi barədə məlumatlandırmaq üçün ictimai yerlərdə təşkil etdiyi nümayişləri nümunə olaraq göstərmişdir.
68. Hökumət ərizəçinin ikincili aksiya üzərindəki qadağanın yaxınlıq və ya uzaqlıq konsepsiyasına əsaslanan məhdudlaşma ilə əvəz edilməsi təklifni rədd etmişdir. Bunlar çox qeyri-dəqiq konsepsiyalardır və belə terminlərlə formulə edilmiş hər hansı qaydanın hüquqi qeyri-müəyyənliyə səbəb olması qaçınılmazdır və çox sayda mübahisələrə gətirib çıxarardı. Əslində ərizəçinin tələb etdiyi, yalnız ilkin tətilin qanuni olması şərtinə tabe olmaqla, müxtəlif şirkətlərin işçilərinin sırf həmrəyliyə əsaslanan tətillərini təşkil etmək hüququdur. Bu isə, ikincili aksiya üzərində heç bir məhdudiyyət qoyulmamasını və balanslaşdırmanın ləğv olunmasını tələb etməkdir. Maddə 11-dən belə bir qeyri-məhdud hüquq çıxarılması mümkün deyildir. Ərizəçi Hidrexdəki vəziyyətin başqa sektorlara sıçramaq riski daşımadığını bildirsə də, bu iddia işə müvafiq deyildir – Parlament qərar vermişdir ki, işin hallarına əsaslanan araşdırmaya icazə verilməsin və bir aydın və eyni qayda tətbiq olunmasını üstün tutmuşdur. Nəticədə, qadağa ya Konvensiyaya uyğundur, ya da uyğun deyildir. Sonuncu halda, nəticə, bunun cəmiyyət üzərindəki bütün potensial mənfi təsirləri ilə çox geniş ikincili aksiya hüququnun tanınması olardı.
69. Ərizəçinin istinad etdiyi beynəlxalq sənədlərdəki müddəalar, Hökumətin fikrincə yuxarıdakı analizə təsir edə bilməz. Sosial Xartiyanın 6-cı maddənin 4-cü bəndi ilə bağlı, Hökumət bildirmişdir ki, SHAK tətil hüququna, aralarında maraq münaqişəsi olduğu zaman həmkarlar ittifaqları ilə işəgötürənlər arasındakı kollektiv sövdələşmənin ayrılmaz hissəsi kimi baxır. Bu, işçilərin maraqlarının birbaşa daxil olduğu ilkin sənaye aksiyasına uyğun gəlir, ikincili aksiyaya aid deyildir. Hökumət daha sonra bildirmişdir ki, SHAK məhkəmə və ya kvazi-məhkəmə orqanı deyildir, sadəcə olaraq illik bazada öz nəticələrini Nazirlər Komitəsinə təqdim edən müstəqil qurumdur. Xartiya ilə uyğun olmayan hər hansı halla bağlı Dövlətə rekomendasiya vermək səlahiyyəti olan qurum Nazirlər Komitəsidir. İkincili aksiya üzərindəki qadağa ilə bağlı, Nazirlər Komitəsi heç vaxt mövqe bildirməmişdir. Bütün hallarda, SHAK-ın bununla bağlı Birləşmiş Krallığa etdiyi tənqid ondan ibarət idi ki, qadağa, işçilərin birbaşa işəgötürənin fərqli olduğu hallarda “real” və ya de facto işəgötürənə qarşı tətil etmək imkanından məhrum edə bilər. Bu həmçinin BƏT-in Ekspertlər Komistəsinin tənqidinin də əsasının təşkil edirdi, lakin Məhkəmənin araşdırmasının predmeti olan factual bazanı yaradan Hydrexdəki vəizyyətlə əlaqəsi yox idi. Bütün hallarda Komitə məhkəmə və ya kvazi-məhkəmə orqanı deyildir və onun BƏT Konvensiyalarını şərhi qəti deyildir. Əslində onun rolu Dövlətin beynəlxalq əmək standartlarını tətbiqinin qərəzsiz və texniki dəyərləndirməsini həyata keçirməkdir. Tətil hüququ BƏT içərisində ciddi fikir ayrılıqlarının səbəbidir və bu fikir-ayrılqlarının bir hissəsi olaraq Ekspertlər Komistəsi tərəfindən verilən şərhlərin statusu da mübahisələndirilir. Bundan əlavə, Hökumət Ekspertlər Komistəsi və Birləşmək Azadlığı üzrə Komitənin də fikir ayrılıqlarına diqqət etmişdir. Sonuncu tətil hüququnu yalnız birinin iqtisadi maraqların müdafiəsinə tətbiq olunduğu hesab edir. Qeyd edilməlidir ki, BƏT İdarəedici Qurum vəziyyətlə bağlı hər hansı mövqe bildirməkdən çəkinmişdir. Beləliklə, Hökumət Birləşmiş Krallığın 87 saylı Konvensiya üzrə öhdəliklərinə riayət etmədiyini qəbul etmir.
70. Hökumət Məhkəmənin sərəncamında olan müqayisəli məlumatı şərh edərək qeyd etmişdir ki, Birləşmiş Krallıq ikincili aksiyanı qadağan edən və ya ciddi şəkildə məhdudlaşdıran yeganə ölkə deyildir. Avropada müxtəlif sənaye münasibətləri sistemlərində böyük fərqlər səbəbindən bu dəqiq məsələ ilə bağlı hər hansı suni müqayisənin yardımı az olar. Ərizəçinin bildirdiyinin əksinə olaraq, bu müxtəliflik geniş mülahizə səlahiyyəti tələb edir .
(c) Üçüncü tərəflər
(i) ETUC/TUC
71. Bu iki təşkilat bildirmişdir ki, tətil hüququ azad cəmiyyətlərdə həmkarlar ittifaqının işləməsi üçün çox vacibdir və ikincili aksiyanın tamamilə qadağan olunması qəbuledilməzdir. Onlar tətil hüququnu birbaşa olaraq tanıyan və ya bu hüququ tanıyacaq şəkildə şərh edilmiş beynəlxalq sənədlərə istinad etmişlər. BƏT-in nəzarət orqanlarının yurisprudensiyasında tətil hüququ geniş şəkildə tətbiq olunmuş və ciddi müdafiə olunmuşdur. Məhdudiyyətlər qoyula bilər, lakin onlar təcrübədə tətil hüququnun həddindən artıq məhdudlaşdırılmasına səbəb olmamalıdır. Bu, həmçinin SHAK yurisprudensiyasında da açıq şəkildə müəyyənləşdirilmişdir. İkincili aksiyanın tam qadağan edilməsi o deməkdir ki, mübahisədə olan işçilər bütün hallarda öz həmkarlar ittifaqlarının digər üzvlərinə və ya üzvü olduqları həmkarlar ittifaqı ilə yüksək səviyyədə (federasiya və ya konfederasiya) əməkdaşlıq edən başqa həmkarlar ittifaqı üçün dəstək üçün müraciət edə bilməzlər. Bu, həmkarlar ittifaqına qoşulmağın mənasını məhdudlaşdırır və işçilərin münaqişə zamanında qarşılıqlı dəstəyi kombinə etməkdə azad olması prinsipini əks etdirən 11-ci maddənin bu hissəsinin əsaslarını sarsıdır. Qadağa nisbətən yeni bir məfhumdur, Britaniya sənaye münasibətlərinin əsas nizmanamısi olan 1906-cı il Ticarət Mübahisələri haqqında Qanundan səksən il sonra qəbul edilmişdir. Hökumət məhdudiyyətləri BƏT Ekspertlər Komitəsi qarşısında əsaslandıra bilməmişdir. Xüsusilə, həmin Komitə Hökumətin qadağanın Britaniya sənaye mansibətləri sisteminin mərkəzsiz xarakterinə görə vaci olduğu barədəki arqumentini qəbul etməmişdir. Əksinə, Komitə hesab etmişdir ki, bu, işçilər üçün mürəkkəb korporasiya strukturları, işin ötürülməsi və ya şirkət törəmələri vasitəsilə həmkarlar ittifaqının təsirini asanlıqla sarsıdan işəgötürənlərin əleyhinə aksiya etməyin əhəmiyyətini artırır. Birləşmiş Krallıqda işçilərə, mübahisənin nəticəsi onlara üçün əhəmiyyət kəsb etsə bilə, digər işəgötürənlə işləyən kolleqalarını dəstəkləmək üçün aksiya etmək qadağandır. Bu, düzgün deyildir. Bu iki təşkilat Hökumətin qanunda dəyişiklik ehtiyacını hiss etməməsini və minimum beynəlxalq standartların səviyyəsinə gətirməkdən imtina etməsindən narahatlıq hiss edir. Avropa Dövlətlərinin arasında cazibə mərkəzi bu aksiyanın tam qadağan edilməsi ilə heç bir məhdudiyyət qoyulmaması arasında bir yerdədir. Birləşmiş Krallıqda tətbiq edilən tam qadağa birləşmək azadlığı hüququna əsaslandırılmamış məhdudiyyətdir və bütün hallarda, başqalarının hüquq və azadlıqların müdafiəsi üçün əsaslandırıla bilməz.
(ii) Liberty
72. Liberty hesab etmişdir ki, ikincili aksiyaya qadağa işçilərin və həmkarlar ittifaqlarının hüquqlarına əsaslandırılmamış müdaxilədir. Bir çox halda, işçilər əslində sənaye aksiyası etmək hüquqlarını həyata keçirmək imkanına malik deyillər; məsələn, kiçik qurumlarda işləyən və ya müqavilə şərtlərinin əslində üçüncü tərəflər, məsələn müştərilər tərəfindən müəyyən edildiyi və ya qeyri-stabil statusa malik işçilər. Bir iş yerində bütün işçilərin eyni işəgötürən üçün işlədiyi ənənəvi sistemlər artıq daha geniş və böyüməkdə olan işçi qruplarının reallığına uyğun deyildir. Hesablamalara görə, Britaniya iqtisadiyyatında 3 milyondan artıq işin outsorsinq edilir və bunların böyük əksəriyyəti, ənənəvi olaraq həmkarlar ittifaqının geniş yayıldığı ictimai sektor işləridir. Ənənəvi iş bazarının bu fraqmentasiyası, ümumiyyətlə əmək qanunvericliyi üzərində müəyyən təsirə malikdir və müxtəlif operatorlar arasında paylaşan üzvlərinin maraqlarını qorumağı həmkarlar ittifaqları üçün get-gedə daha da çətinləşdirir. Bu kontekstdə, ikincili tətillərin qadağan olunmasının təsiri, həmkarlar ittifaqı üzvlüyünün dəyərini azaltmaqdır, çünki bu, həmkarlar ittifaqına həmrəylik əsasıyla daha çox qüvvə toplamağa və beləliklə, onların birbaşa işəgötürəni ilə mübahisədə üzvlərinin maraqlarının qorunmasına mane olur. Qadağa şirkətlərin təşkilati formalarını dəyişməklə həmkarlar ittifaqlarının təsirini azaltmasını asanlaşdırır. Daxil məhkəmə təcrübə açıq şəkildə müəyyən edirdi ki, belə hallarda korporasiya örtüyü qaldırıla bilməz. Bu isə onları əsl qərarverici və ya nəzarət orqanına qarşı təsirli aksiyalar keçirmək imkanından məhrum edir. 1980-cı ildən əvvəl, ikincili tətillərin əhatə dairəsi Lordlar Palatasının N.W.L. Ltd. v. Woods ([1979] 1 WLR 1294) işindən görümdüyü kimi geniş idi. Bu işdə Lordlar Palatası bərə işçilərinin, bayrazsız gəmilərin xarici işçilərinin məvaciblərinin azlığına görə həmrəylik xarakterli sənaye aksiyasını qanuni hesab etmişdi. Qadağa, bəzi işçilərin öçəgötürənlərin kommersiya münasibətləri üzərindəki maliyyə təqziyi formasında həyata keçirilən səmərəli həmkarlar ittifaqı dəstəyini danır. Bu, həmçinin, həmkarlar ittifaqlarının tanınması barədə qanunla müəyyən edilmiş prosedurdan kənar edilmiş kiçik şirkətlərdə (21-dən az işçisi olan) birləşmək azadlığına mane olur. Bu işəgötürən könüllü olaraq həmkarlar ittifaqını tanımaqdan imtina edərsə, ikincili aksiyaya qoyulan qadağa başqa iş yerlərindəki kolleqaların sənaye aksiyası keçirərək, işəgötürəni həmkarlar ittifaqının tanımağa vadar etməsini qeyri-mümkün edir.
73. Liberty iddia etmişdir ki, Məhkəmə davamlı olaraq işçilərin irləşmək azadlığının mahiyyətini müdafiə etmiş və heç vaxt, aksiyanın ilkin və ya hər hansı başqa tip olmasına əhəmiyyət verməmişdir. İkincili aksiya Maddə 11 § 2 əsasında və rəqabət təşkil edən Hüquq və azadlıqların balanslaşdırılması ilə məhdudlaşdırıla bilsə də, bu hüququn əsas mahiyyətinə zədə vuracaq həddə çatmamlıdır.
74. Liberty təşkilatının təqdimatlarına cavab olaraq Hökumət bildirmişdir ki, təşkilat hazırki işin faktlarına uyğun olmayan, daha geniş, arxa plan məsələlərinə toxunmuşdur. Son iki onillikdə əmək bazarının strukturunun dəyişdiyini qəbul etsə də, Hökumət bunun ümumən işçilərin həmkarlar ittifaqı hüquqlarından istifadəsinə mane olduğu fikri ilə razılaşmamışdır. Əslində təcrübə göstərir ki, həmkarlar ittifaqları bu şəraitdə səmərəli fəaliyyət göstərmək iqtidarındadırlar – Liberty təşkilatının istinad etdiyi üç nümunə, əslində sənaye mübahisəsinin, həmkarlar ittifaqının müdaxiləsilə uğurlu həlli nümunələrdir (bu üç nümunə bunlardır: hava nəqliyyatında katerinq işçiləri, 2012-ci il Olimpiya Oyunları zamanı London avtobus sürücüləri və yanacaq daşıyan yük maşınlarının sürücülərinin daxil olduğu mübahisələr). İşçilərin onların iş müqavilələrinin şərtlərini reallıqda müəyyən edən tərəfə qarşı aksiysa etmək imkanından məhrum olunmaları barədəki fikir fərziyyədən başqa bir şey deyildir və heç bir praktiki nümunə göstərilməmişdir. Üstəlik, son 20 ildə hər il tətillər zamanı itirilmiş günlərin sayında da heç bir eniş olmamaışdır və bu, Liberty təşkilatının, yerli qanunvericliyin həmkarlar ittifaqı azadlığınının məhdudlaşmasının artırması barədəki fikrini təkzib edir. Bu mənada, Birləşmiş Krallıq Aİ və Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının standartlarına yaxındır. 21 işçi həddinin işəgötürənlər tərəfindən həmkarlar ittifaqını tanımaqdan boyun qaçırmaq üçün rahatlıqla istifadə olunan bəhanə olması ilə bağlı fikrə gəlincə isə, Hökumət bu arqumentin işin faktları ilə əlaqəsini görmür. Əgər belə bir əlaqə varsa belə, işəgptürənlərin öz vəzifələrindən boyun qaçırmasının qarşısının alınması üçün təminatlar vardır. Yalnız əsl kiçik şirkətlər istisna edilirlər və bunun ciddi səbəbləri vardır. Nəhayət, Hökumət bildirmişdir ki, Məhkəmənin yurisprudensiyasında ikincili aksiyanın birləşmək azadlığının vacib elementi olması və ya ona qoyulan qadağanın Maddə 11 § 2 əsasında əsaslandırıla bilməyəcəyi təklifinə güclü dəstək yoxdur.
(d) Məhkəmənin dəyərləndirməsi
(i) Maddə 11-n tətbiqi
75. Məhkəmə ilk olaraq, ikincili aksiyanın ərizəçinin iddia etdiyi kimi Konvensiyanın 11-ci maddəsinin əhatə dairəsinə düşdüyünü, yoxsa Hökumətin iddia etdiyi kimi düşmədiyini müəyyən etməlidir. Bu, yeni məsələdir və birbaşa olaraq əvvəlki işlərin heç birində qaldırılmamışdır.
76. Hökumətin təklif etdiyi, Maddə 11-in birinci bəndinin hərfi oxunuşudir. Mətnin təkbaşına götürülmüş dilindən belə bir məna çıxarmaq mümkün olsa da, Məhkəmə xatırlatmaq istərdi ki, Müqavilə Hüququ üzrə Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulduğu kimi, bir sazişin müddəaları, onların adi mənalarında və kontekstlərində və predmetəri və məqsədlərinin işığında şərh olunmalıdır. Bundan əlavə, Məhkəmə tez-tez müəyyən etmişdir ki, Konvensiya vakuumda şərh edilə bilməz, beynəlxalq hüququn ümumi prinsipləri ilə harmonic şəkildə şərh olunmalıdır. Vyana Konvensiyasının 31-ci maddəsinin 3 (c) bəndində göstərildiyi kimi “tərəflər arasındakı münasibətlərə tətbiq olunan hər hansı beynəlxalq hüquq qaydaları” və xüsisilə, insan hüquqlarının beynəlxalq müdafiəsi ilə bağlı qaydalar nəzərə alınmalıdır (bax: X. v. Latvia [BP], no. 27853/09, § 92, ECHR 2013 və orda göstərilən sitatlar). Bununla bağlı, yuxarıda göstərilən paraqraflardan (paraqraf 26-37) görünür ki, ikincili aksiya, BƏT-in 87 saylı Konvensiyası və Avropa Sosial Xartiyasına əsasən həmkarlar ittifaqı azadlığının hissəsidir. Hökumət bu iki sənədə əsasən fəlaiyyət göstərən nəzarət orqanlarının qəbul etdiyi mövqeyi dar şəkildə təqdim etsə də, bu orqanlar Birləşmiş Krallığın ikincili aksiyanın qadağan etməsini, işəgötürənlər tərəfindən mümkün sui-istifadə təhlükəsi səbəbilə tənqid etmiş və bunu bir neçə nümunə ilə əsaslandırmışlar. Hökumət bundan əlavə, Konvensiya məqsədləri üçün beynəlxalq strandartlara riayət olunmasına nəzarət edən ekspert orqanların şərhlərinin nüfuzunu da mübahisələndirir. Məhkəmə bunu daha sonra öz analizində araşdıracaqdır. Hələlik Məhkəmə Demir and Baykara qərarından bir paraqrafa istinad etməklə kifayətlənir (§85):
“Məhkəmə, Konvensiyadakı termin və anlayışların mənasını müəyyənləşdirərkən, Konvensiyadan fərqli beynəlxalq hüquq elementlərini, bu elementlərin səlahiyyətli orqanlar tərəfindən şərhi və Avropa Dövlətlərin ümumi dəyərlərini əks etdirən təcrübəni də nəzərə ala bilər və ya almalıdır.”
Məhkəmənin Maddə 11 ilə bağlı həmkarlar ittifaqlarının birləşmək azadlığının əhatə dairəsinin şərhində beynəlxalq hüquqda üstünlük təşkil edən şərhdən daha dar bir şərh verməsi bu metodla uyğun olmazdı. Bundan əlavə, həmkarlar ittifaqı azadlığının belə anlaşılması, ikincili tətillərin həmkarlar ittifaqının qanuni fəaliyyət növü kimi qəbul edən bir çox Avropa Dövlətlərinin təcrübəsində də öz əksini tapmışdır.
77. Xarakteri etibarılə, ikincili sənaye aksiyasının həmkarlar ittifaqı azadlığının əsas aspektinə nisbətən aksesuar kimi görünə bilər və bu məsələyə Məhkəmə öz analizinin sonrakı mərhələsində baxacaqdır. Bununla belə, həmkarlar ittifaqı tərəfindən işəgötürənə qarşı həmkarlar ittifaqı üzvlərinin başqa bir işəgötürənlə daxil olduğu mübahisələrin həlli üçün tətil də daxil olmaqla, ikincili sənaye aksiyası keçirilməsi, Maddə 11-in əhatə etdiyi həmkarlar ittifaqı fəaliyyətinin tərkib hissəsi hesab edilməlidir.
78. Məhkəmə bu səbəbdən belə nəticəyə gəlir ki, ərizəçinin Hydrex əməkdaşlarını dəstəkləmək üçün ikincili aksiya təşkil etmək istəyi, özünün Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndi mənasında birləşmək azadlığı hüququnun daxili hüquqda tətbiq edilən məhdudiyyətdən azad şəkildə realizə etmək istəyi kimi görülməlidir. Burdan belə nəticə çıxır ki, ikincili aksiyaya qanunvericiliklə nəzərdə tutulan qadağa, ərizəçinin istinad etdiyi nümunədə olduğu kimi tətbiq edildiyi şəkildə ərizəçinin bu müddəa altında təminat verilən hüququna müdaxilədir. 11-ci maddənin 2-ci bəndinə uyğun olması üçün, bu müdaxilə “qanunvericiliklə nəzərdə tutulmuş” olmalı, legitim məqsəd daşımalı və həmin məqsədlərə çatılması üçün “demokratik cəmiyyətdə zəruri” olmalıdır.
(ii) Müdaxilənin qanuniliyi və legitimliyi
79. Müdaxilənin qanunla nəzərdə tutulmuş olması ilə bağlı tərəflər aeasında mübahisə yoxdur. Məhkəmə də onlarla razıdır.
80. Müdaxilənin məqsədinə gəlincə, ərizəçi iddia etmişdir ki, Maddə 11 § 2 altında ona heç bir legitimlik tapa bilmir. O aydındır ki, müdaxilə milli təhlükəsizlik və ya ictimai asayiş, iğtişaşın və ya cinayətin qarşısını alınması sağlamlığın və mənəviyyatın qorunması qayğıları ilə izah edilə bilməz. Legitim hesab edilən digər məqsədlərə gəlincə, yəni “digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi” ilə bağlı, ərizəçinin arqumenti odur ki, tətil hüququnu belə aksiyaların işəgötürən üzərindəki təsirinə görə məhdudlaşdırmaq məntiqsiz olardı. Tətil aksiyasının əsas məqsədi, işəgötürənin mövqeyi üzərində güclü təsir etmək, işəgötürənin işçinin ehtiyaclarını qarşılamağa vadar etməkdir. Bunun tətil hüququnun mıhdudlaşdırılmasının əsası olaraq istifadə edilməsi səhv olardı. Ərizəçi, bu səbəbdən, Məhkəməni bununla bağlı UNISON işindəki (UNISON Birləşmiş Krallığa q. (qərardad), no. 53574/99, ECHR 2002‑I) mülahizələrinə yenidən baxmağa dəvət etmişdir. Bu işdə Məhkəmə tətil hüququna məhdudlaşmanın işəgötürənə istinadən “başqasının hüquqları”na aidiyyəti olduğunu qəbul etmişdi. İşəgötürənin iqtisadi maraqlarının işçinin insan hüquqlarından daha üstün hesab edilməsinə imkan verilməli deyildir. Belə yanaşma, məsələn tətil aksiyası keçirilməsi ilə işəgötürənin maraqlarının mütənasibliyi prinsipini qəbul etməyən SHAK-ın yanaşması ilə təzad təşkil edir. Ərizəçi daha sonra iddia etmişdir ki, UNISON qərardadı Məhkəmənin əvvəlki təcrübəsinə, məs. Gustafsson v. Sweden (25 aprel 1996, Reports of Judgments and Decisions 1996‑II) işindəki yanaşmasına uyğun deyildir. Orada Məhkəmə ərizəçinin həmkarlar ittifaqının onun işini boykot etməsini 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən hüquqlarına müdaxilə olduğu barədəki iddiasını qəbul etməmişdir. Məhkəmə həm də ərizəçinin biznesi üzərindəki təsirin, nəticələr nə qədər dramatik olsa da, ona yardım etmək məqsədilə Dövlət üçün pozitiv öhdəlik yaratdığını da qəbul etməmişdir. Məhkəmə əvəzində bir günlük tətildə iştirak edən ictimai sektor işçisi ilə bağlı göstərdiyi kimi sərt mövqe göstərməlidir (Karaçay v. Turkey, no. 6615/03, 27 mart 2007 və Kaya and Seyhan v. Turkey, no. 30946/04, 15 sentyabr 2009). Bu işlərdən hər birində Məhkəmə, müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olamadığını hesab etdiyindən, sonda məsələni açıq saxlasa da, həmin müdaxilələrin legitim məqsəd daşıdığını qəbul etməmişdir.
81. Hökumət bildirmişdir ki, qadağanın məqsədi, başqalarının, hər şeydən öncə, sənaye mübahisəsi ilə əlaqəsi olmayan şəxslərin hüquq və azadlıqlarını müdafiə etməkdir. İkincili aksiyanın üçüncü tərəflər üzərində geniş miqyaslı və nəzarət oluna bilinməyən təsir potensialını nəzərə alaraq, onların müdafiəsi, qadağanı gətirərkən Parlamentin çatmaq istədiyi legitim məqsəddir. Hökumət əlavə etmişdir ki, ikincili aksiyaların başqalarının həyatını qazanmaq kimi Konvensiya ilə qorunan hüquqlarının realizəsinə necə təhlükə yaratdığını asanlıqla təsəvvür etmək olar.
82. Məhkəmə hesab edir ki, hazırki iş UNISON işindən fərqlidir. Sonuncu ilkin tətil aksiyası ilə, şikayət isə ərizəçi həmkarlar ittifaqının üzvlərinin, xəstəxana xidmətlərinin özəlləşdirilməsi kontekstində gələcək maraqlarının müdafiəsi üçün sənaye aksiyası keçirməsinə mane olunması ilə bağlı idi. Daxili məhkəmə prossesləri zamanı Appelyasiya Məhkəməsi hesab etmişdi ki, bu tətilin ictimaiyyətin üzvləri üzərindəki təsiri qalxan hüquqi məsələlərə uyğun deyildi. Məhkəmə də eyni mövqedən çıxış etmişdir və işin hallarında “başqalarının hüquq və azadlıqlarının müdafiəsi” sadəcə olaraq işəgötürənin hüquqlarına istinad edən məqsəd kimi götürülmüşdür. Hazırki işi fərqləndirən əsas məsələ, onun ikincili aksiya ilə bağlı olmasıdır. Hökumətin iddia etdiyi kimi, təbiəti etibarılə ikincili aksiya ilkin aksiyada daha geniş nəticələr doğura bilər. O, sənaye mübahisəsində tərəf olmayan şəxslərin hüquqlarına qəsd etmək, iqtisadiyyata geniş ziyan vurmaq və ictimai xidmətlərin yerinı yetiriləsinə mənfi təsir etmək potensialına malikdir. Beləliklə, Məhkəmə ikincili aksiya qadağan etməklə Parlamentin sənaye mübahisəsində işəgötürən tərəflə məhdudlaşmayan başqalarının hüquq və azadlıqlarının müdafiəsi legitim məqsədini daşımışdır.
(iii) Demokratik cəmiyyətdə zərurilik
83. Bundan sonra müəyyən edilməlidir ki, ikincili sənaye aksiyasına qanunla nəzərdə tutulmuş qadağanın, ərizəçinin Hydrexdəki üzvlərinin maraqlarının müdafiə etmək qabiliyyətinə mənfi təsiri zəminində, “demokratik cəmiyyətdə zəruri” idimi? Zəruri hesab edilməsi üçün, şikayət edilən müdaxilənin “təcili sosial ehtiyac”a cavab verməli, milli hakimiyyət orqanları tərəfindən onu əsaslandırmaq üçün göstərilən səbəblər, çatılmaq istənilən məqsədə uyğun və mütənasib olmalıdır.
84. Məhkəmə ilkin olaraq, ərizəçinin tətil etmək hüququnun Maddə 11 altında təminat verilən həmkarlar ittifaqı hüququnun əsas elementi olması və bu səbəbdən, onun məhdudlaşdırılmasının birləşmək azadlığının mahiyyətinə qəsd etməsi barədəki arqumentini araşdıracaqdır. Məhkəmə xatırladır ki, o çox sayda işdə sənaye aksiyalarının məhdudlaşdırılmasının 11-ci maddənin pozuntusuna səbəb olduğunu hesab etmişdir (bax: məsələn, Karaçay v. Turkey, no. 6615/03, 27 mart 2007; Dilek and Others v. Turkey, no. 74611/01, 26876/02 və 27628/02, 17 iyul 2007; Urcan and Others v. Turkey, no. 23018/04, 23034/04, 23042/04, 23071/04, 23073/04, 23081/04, 23086/04, 23091/04, 23094/04, 23444/04 və 23676/04, 17 iyul 2008; Enerji Yapı-Yol Sen v. Turkey, no. 68959/01, 21 aprel 2009). Ərizəçi bu qərarlardan ən sonuncularına böyük əhəmiyyət verir. Onlarda tətil hüququnu, toplaşmaq hüququ ilə əlaqələndirərək, “əvəzedilməz nəticə” ifadəsindən istifadə edilmişdir (Enerji, §24). Bununla belə, qeyd edilməlidir ki, həmin qərarda Məhkəmə tətil hüququna üstünlük tanımaqla 11-ci maddənin şərhini inkişaf etdirməməmişdir. O, BƏT-in nəzarət orqanlarının mövqeyinə qoşulmuşdur. Daha ümumi olaraq, yuxarıda göstərilən işlərin əks etdirdiyi odur ki, tətil hüququ aydın şəkildə Maddə 11 altında qorunur. Məhkəmə bu səbəbdən, hazırki işdə sənaye aksiyası etməyə 11-ci maddənin qoruduğu vacib element statusu verilməli olub-olmadığını müəyyən etməyə ehtiyac görmür.
85. Hazırki işin hallarının onu göstərir ki, ərizəçi əslində birləşmək azadlığının vacib hesab edilən iki elementindən istifadə etmişdir: həmkarlar ittifaqının üzvləri adından demək istədiklərini işəgötürənə çatdırmağa çalışması və kollektiv sövdələşmədə iştirak etmək. Onun Hydrexdəki üzvlərinin tətili, həmin hüquqlardan istifadənin bir hissəsi idi, məqsədinə çatmasa da, o mənazıs da olmamışdır, çünki, Şirkətin öz təklifinə yenidən baxmasına səbəb olmuşdur və ərizəçi bu təklifi üzvlərinə məsləhət görmüşdür. Hökumət ərizəçinin bu yeni təklifi əvvəl dəstəkləməsini, sonradan siə hazırki proses zamanı fikrini dəyişməsini tənqid etsə də, Məhkəmə, ərizəçinin üzvlərinin neqativ səsverməsini nəzərə almağa məcbur olduğunu qəbul edir. Kollektiv sövdələşmə və mübahisəyə tərəf olan həmkarlar ittifaqı üzvlərinin işəgötürəninə qarşı tətil də daxil olmaqla sənaye aksiyası prosesinin ərizəçinin arzuladığı nəticəyə səbəb olmaması faktı, onların 11-ci maddə atındakı hüquqlarının illuziya olması demək deyildir. Kollektiv sövdələşmə hüququ, kollektiv razılıq “hüququ”nu da ehtiva edən bir hüquq kimi şərh olunmur (bax: bununla bağlı, Demir and Baykara qərarı, §158- burada Məhkəmə hesab etmişdir ki, milli orqanların kollektiv müqavilə bağlaması barədəki öhdəliyin olmaması, həmin işin hissəsi deyildi). Tətil hüququ da üstünlük hüququna malik deyildir. Məhkəmənin həmişə müəyyən etdiyi kimi, Konvensiya tələb edir ki, daxili qanunvericiklə, həmkarlar ittifaqlarının, 11-ci maddədə nəzərdə tutulan şərtlərdən fərqlənməyən şərtlər altında, üzvlərinin maraqlarını müdafiə etmək imkanı olmalıdır (Demir and Baykara, §141; Sindicatul “Păstorul cel Bun” v. Romania [BP], no. 2330/09, §34, 9 iyul 2013). Ərizəçi və onun mübahisədə tərəf olan üzvləri hazırki işdə bunu geniş şəkildə edə bilmişlər.
86. Əvvəlki həmkarlar ittifaqı işlərində Məhkəmə bidirmişdir ki, fərdin və ümumilikdə icmanın toqquşan maraqlarının balanslaşdırılmasına baxılmalıdır. İşçilərin və menecmentin hüquqları arasında uyğun tarazlığı əldə edilməsi həssas sosial və siyasi məsələlərə toxunduğundan, Razılığıa gələn Tərəflərə həmkarlar ittifaqı hüququnun və həmkarlar ittifaqı üzvlərinin əmək maraqlarının təmin edilməsində müəyyən mülahizə səlahiyyəti verilməlidir. Bu məsələ ilə bağlı son fikirlərində və bu sahədə daxili sistemlərdə olan müxtəlifliyə istinad edərək, Böyük Palata hesab etmişdir ki, bu səlahiyyət geniş olmalıdır (Sindicatul “Păstorul cel Bun”, yuxarıdakı istinad, §133). Ərizəçi xüsusilə Demir and Baykara qərarına istinad etmişdir. Bu qərarda Məhkəmə hesab etmişdir ki, cavabdeh Dövlətin mülahizə səlahiyyəti dar olmamldır (bax: həmin qərar §119). Məhkəmə bununla belə vurğulamaq istərdi ki, həmin paraqrafda qərarın birləşmək azadlığına çox geniş, onun əsas mahiyyətinə qəsd edən, yəni həmkarlar ittifaqının ləğvi ilə bağlı müdaxilənin araşdırılmasından söhbət gedirdi. Bu, daxili hakimiyyət orqanlarınin, normal demokratik proses vasitəsilə həmin ölkənin sosial və iqtisadi kontekstində həmkarlar ittifaqı azadlığının realizəsinin nizamlanması sahəsində mülahizə səlahiyyətini birdəfəlik və qərarlı şəkildə daraltmaq kimi anlaşılmalı deyildir. Səlahiyyətin dairəsi, Məhkəmənin öz yurisprudensiyasınada uyğun faktorlar kimi müəyyən etdiyi həmkarlar ittifaqı hüququna məhdudiyyətin təbiəti və həcmi, mıhdiyyətin məqsədi, cəmiyyətdə bu hüququn məhdudlaşmamasından əziyyət çəkə biləcək başqa fərdlərin toqquşan maraqları kimi faktorlardan asılıdır. İşdə orta çıxan məsələlərlə bağlı Avropa Şurası üzv Dövlətləri arasında ümumi əsasların dərəcəsi və beynəlxalq sənədlərdə əksini tapan beynəlxalq consensus da müvafiq ola bilər (Demir and Baykara, §85).
87. Əgər qanunvericiliklə müəyyən edilən həmkarlar ittifaqının fəaliyyətinin özəyinə zərbə vurursa, milli qanunvericiyə daha az mülahizə səlahiyyəti tanınır və bu qadağa nəticəsindəki müdaxilənin, ümumi maraqların və həmkarlar ittifaqı azadlığı ilə mütənasibliyi üçün daha böyük tələblər qoyulur. Bunun əksinə olaraq, müdaxilə həmkarlar ittifaqının fəaliyyətinin özəyinə deyil, ikinicili və ya aksessuar bir aspekti ilə bağlıdırsa, səlahiyyət daha genişdir və müdaxilə, öz təbiəti etibarılə, həmkarlar ittifaqı azadlığının realizəsinin nəticələri ilə bağlı hissədə, mütənasib olacaqdır.
88. Hazırki işdə ərizəçinin həmkarlar ittifaqı hüququndan istifadə zamanı məruz qaldığı müdaxilənin təbitəi və həcmi ilə bağlı, Məhkəmə hesab edir ki, müdaxilə ərizəçinin iddia etdiyi qədər ciddi deyildir. İşin faktları göstərir ki, ərizəçi məhdud səviyyə və nəticələrlə də olsa, tətil aksiyası keçirmişdir. Onun istəyi, həmin ticarət mübahisəsinin tərəfi olmayan başqa bir şirkətdə, Jarvisdə işləyən yüzlərlə üzvün qoşulması ilə hədələməklə və ya onları prosesə qoşmaqla tətili gücləndirmək idi və o buna nail olmamışdır. Məhkəmə ərizəçinin ikincili aksiyanın kömək olacağına inamını nəzərə alır. Təbii ki, bu, bu mövzuda keçiriləcək hər hansı səsvermənin nəticəsi də daxil olmaqla, yalnız fərziyyə predmeti ola bilər, çünki işin belə gedişatı aydın şəkildə istisna olunur. İkincili aksiyanın qadağası, ərizəçinin birləşmək azadlığının mahiyyətinə zərbə vurmamışdır. Bu əsasla hazırki iş yuxarıdakı 84-cü paraqrafda istinad edilən ictimai sektor işçilərinin “ilkin” və ya birbaşa sənaye aksiyası ilə əlaqədar olan işlərdən fərqləndirilməlidir; və milli hakimiyyət orqanlarının mülahizə səlahiyyəti ictimai maraqlar naminə, həmkarlar ittifaqı fəaliyyətinin nizamlanması sahəsində geniş olmalıdır.
89. Hazırki işdəki müdaxilənin predmetinə gəlincə, 1980-ci il Qanununun Parlamentdə müzakirələrinin çıxarışlarından qanunvercinin daha geniş iqtisadi maraqlar naminə çox geniş olan ikincili aksiya keçirmək hüququnu məhdudlaşdırmaqla sənaye münasibətlərində yeni balans yaradılması niyyətini aydın olur. On il sonra həmin zaman hakimiyyətdə olan Hökumət hesab etmişdir ki, hətta ən məhdud formasında belə ikincili aksiya iqtisadiyyata və ölkənin iqtisadi fəaliyyətində daxili investissiya qoyulması üçün təhlükə təşkil edir. Siyasət məsələsi olaraq, o hesab etmişdir ki, sənaye aksiyasını ilkin tətillərə məhdudlaşdırmaqla Britaniya iqtisadiyyatında daha məqbul bir tarazlığa nail olacaqdır. Hökumət bu mövqeyini hazırki prosesdə də təkrar etmişdir. O zaman bu fikirlər Parlamentdəki müxalifət tərəfindən kəskin etirazlara səbəb olmuş və ərizəçi tərəfindən, iqtisadiyyata birbaşa ziyanın açıq sübutuna deyil, həmkarlar ittifaqlarına qarşı düşmənçiliyə əsaslanan fikirlər kim rədd edilmişdi. Hazırki işdə əsas məsələ Cavabdeh Dövlətin sosial-iqtisadi strategiyası ilə bağlıdır. Bununla bağlı, Məhkəmə adətən, öz cəmiyyətlərini və onların ehtiyaclarını bildiklərinə görə dövlət orqanlarının, xüsusilə demokratik olaraq seçilmiş parlamentlərin sosial və iqtisadi əsaslarla ictimai maraqlarına nəyin daha uyğun olacağını və seçilən sosial, iqtisadi və sənaye siyasətini həyata keçirmək üçün ölkələrindıki vəziyyətə hansı qanunvericlik tədbirlərinin uyğun gəldiyini beynəlxalq məhkəmədən daha yaxşı dəyərləndirə biləcəklərinə görə, onlara geniş mülahizə səlahiyyəti tanıyır (bax: digər işlərlə yanaşı, Stummer v. Austria [BP], no. 37452/02, §89, ECHR 2011).
90. Doğrudur ki, Birləşmiş Krallıq qanunvericiliyində olan mümkün seçimlərlə bağlı başqa istiqamətli faktorlar da vardır.
91. Bunlardan birincisi, ikincili aksiya ilə bağlı Avropa Dövlətləri arasında konsensusun mövcud olduğunu deməyin nə dərəcədə mümkün olmasıdır. Məhkəmənin sərəncamındakı müqayisəli məlumat, Yunanıstan, Finlandiya, Norveç və İsveç kimi geniş icazə yanaşmasından, onu tanımayan vı ya icazə verməyən yanaşmaya kimi geniş milli mövqe yelpazəsini əks etdirir. Yuxarıda (paraqraf 38-41) istinad edilən digər Dövlətlər bu iki ifrat nöqtənin arasında yerləşirlər. Hökumət müqayisıli perspektivin əhəmiyyətini kiçildərək, Avropa Dövlətləri arasında sənaye münasibətlərində dərin struktur və mədəni fərqləri vurğulamışdır. Məhkəmə bu müxtəlifliyin olduğunu qəbul edir və həmkarlar ittifaqlarının hüquqları ilə bağlı başqa işlərdə də tanımışdır (məs. Sindicatul “Păstorul cel Bun”, yuxarıdakı istinad, §133, və Sørensen and Rasmussen v. Denmark [BP], no. 52562/99 və 52620/99, §58, ECHR 2006‑I). Bununla belə aydındır ki, ikincili aksiyanı tam qadağan etməklə cavabdeh Dövlət bu müqayisə yelpazəsinin bir sonunda yerləşir və məsələ ilə bağlı belə mütləq bir mövqe sərgiləyən kiçik qrup Avropa Dövlətlərindən biridir. Lakin dəyişkən müqayisəli şəkil və onun içərisində Birləşmiş Krallığın mövqeyi öz-özlüyündə milli orqanların həmkarlar ittifaqı fəaliyyətinin bu aspektinin nizamlanmasında legitim mülahizə səlahiyyətlərini aşdıqları mənasına gəlmir activity.
92. İkincisi, hazırki işdə əhəmiyyətli element beynəlxalq Hüquq materiallarının bolluğudur. Birləşmiş Krallıq ikincili aksiyanı iyirmi ildən çox zaman əvvəl qadağan etmişdir və bu müddət ərzində BƏT Ekspertlər Komistəsi və SHAK tərəfindən tənqidlərə məruz qalmışdır Ərizəçi bu materiallara istinad etmişdir. Hökumət bu tənqidlərin hazırki işdəki faktual vəziyyətlə bağlı olduğunu və ya əhəmiyyətli hesab etməmişdir.
93. Hökumət bu iki orqanın tənqidlərinin, formulə edilmə qaydası işığında bu işə uyğunluğunu mübahisələndirmişdir, çünki onlar ərizəçinin şikayət etdiyi vəziyyətdən kifayət qədər fərqli vəziyyətləri araşdırmışdılar (bax: yuxarıdakı paraqraf 33 və 37).
94. Hökumət SHAK-n dəyərləndirməsini nüfuzlu hüquq mənbəyi heab etmir, çünki, üzvlərinin müstəqilliyi və biliklərinə baxmayaraq, SHAK məhkəmə və ya kvazi-məhkəmə statusuna malik deyildir. Onun rolu Nazirlər Komitəsinə hesabat verməkdir. Məhkəmə müşahidə edir ki, SHAK-n səlahiyyəti Avropa Sosial Xartiyasına dəyişiklik barədə Protokolda (“Turin Protokolu”, Council of Europe Treaty Series No. 142) nəzərdə tutulmuşdur. Bu, “mülli hüquq və praktikanın hüquqi nöqteyi-nəzərdən xartiyadan irəli gələn öhdəlikləri ilə uyğunluğunu dəyərləndirmək”dir. Doğrudur ki, bu Protokol qüvvəyəy minməmişdir, çünki Xartiyaya üzv Dövlərin əksəriyyəti, Birləşmiş Krallıq da daxil olmaqla, onu ratifikasiya etməmişlər. Lakin SHAK-ın şərhlərinin dəyəri ümumi olaraq Dövlətlər və Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş kimi görünür. Onun Məhkəmə tərəfindən tanınması dəqiqdir. Belə ki, Məhkəmə dəfələrlə Xartiyanın SHAK tərəfindən şərhini və onun müxtəlif müddəalarına Dövlətlərin riayəti ilə bağlı dəyərləndirmələrinə nəzərə almışdır (məs. Demir and Baykara; həmçinin Tüm Haber Sen and Çınar v. Turkey, no. 28602/95, §39, ECHR 2006‑II, həmkarlar ittifaqı ilə bağlı bu işdə Məhkəmə SHAK-i bu sahədə “xüsusi ixtisaslaşmış” orqan kimi dəyərləndirmişdir).
95. Məsələ ilə bağlı Nazirlər Komitəsi tərəfindən Birləşmiş Krallığa ünvanlanmış hər hansı rekomendasiyanın olmamasına gəlincə, Məhkəmə ilkin olaraq qeyd edir ki, Turin Protokoluna görə Nazirlər Komitəsinin rolu seçimli əsaslarla sosial, iqtisadi və ya digər siyasət sahələri ilə bağlı mülahizələrə görə Dövlətlərə rekomendasiyalar verməkdir. Onun rolu SHAK-n gəldiyi nəticələri təsdiq etmək deyildir. İkincisi, Məhkəmə qeyd edir ki, Avropa Sosial Xartiyasının Hökumət Komitəsi, Nazirlər Komitəsinin ikincili aksiya ilə bağlı rekomendasiya verməsi istiqamətində ilk addımı atmış, Birləşmiş Krallığa xəbədarlıq etmiş və “Hökuməti vəziyyəti Xartiya ilə uyğunlaşdırmaq üçün bütün müvafiq tədbirləri görməyə cağırmışdır” (bax: XIX-3 (2010) Nəticləri ilə bağlı Hesabat, T-SG (2012) 1 final, səh. 59).
96. BƏT Ekspertlər Komistəsinə hörmətini ifadə edən Hökumət onunla bağlı da eyni mülahizələr irəli sürmüşdür – bu orqanın BƏT Konvensiyalarının şərhini vermək səlahiyyəti yoxdur. O Məhkəmənin diqqətin BƏT daxilində, tətil hüququnun dəqiq statusu, hətta onun mövcudiyyəti ilə bağlı davam edən fikir ayrılıqlarına çəkmişdir. Ekspertlər Komistəsi bu yaxınlarda öz rolunun sərhədlərini müəyyənləşdirmiş və bildirmişdir ki “[onun] rəy və rekomendasiyaları, əgər bir beynəlxalq sənəddə əksi nəzərdə tutulmayıbsa və ya həmin dövlətin ali məhkəməsi öz təşəbbüsü ilə əksi barədə qərar verməyibsə, BƏT nəzarət prosesi daxilində və BƏT-dən kənarda məcburi qüvvəyə malik deyildir.” (BƏT Ekspertlər Komistəsinin 2013-cü il Beynəlxalq Əmək Konfransının 102-ci sessiyası üçün “Dövlət xidmətində kollektiv sövdələşmə: İrəliyə doğru” hesabatının girişi). Bu mətndə Ekspertlər Komitəsinin şərhləri “yumşaq hüquq” kimi dəyərləndirilir. Giriş belə nəticələnir (§8):
“BƏT Konvensiyalarının şərhinə və Beynəlxalq Ədalət Məhkəməsinin bu sahədəki rolu ilə bağlı, Komitə 1990-cı ildən etibarən vurulamışdır ki, onun istinad şərtləri ona Konvensiyaların yekun şərhlərini verməyəy səlahiyyət vermir, bu səlahiyyət BƏT Konstitusiyasının 37-ci maddəsinə əsasən Beynəlxalq Ədalət Məhkəməsinə aiddir. Bununla belə o bildirmişdir ki, Konvensiyaların tələblərinə riayət edilib-edilmədiyini dəyərləndirmək rolunun həyata keçirilməsi üçün, Komitə Konvensiyaların müddəalarının mahiyyəti və mənasını nəzərdən keçirməli, onların hüquqi əhatə dairəsini müəyyən etməli və lazım gələrsə, bu məsələrlə bağlı öz rəyini verə bilər. Komitə daha sonra hesab etmişdir ki, Beynəlxalq Ədalət Məhkəməsi, onun rəylərinə əks fikir demədikcə, bu rəylər qanuni və hamı tərəfindın tanınmış kimi qəbul edilməlidir. Komitə hesab edir ki, bu mülahizələrin qəbul edilməsi Beynəlxalq Əmək Təşkilatının düzgün işləməsi üçün vacib olan qanunilik və hüquqi müəyyənlik prinsiplərinin qorunub saxlanması üçün əhəmiyyətlidir.”
97. Məhkəmə bu izahatdan sonra onun bu orqanın Konvensiyanın bəzi müddəalarının şərhindəki rolunu yenidən qiymətləndirməsinə ehtiyac olduğunu hesab etmir. (bax: ümumiyyətlə, Demir and Baykara, yuxarıdakı istinad, §§65-86). Hökumət 2012-ci ildə keçirilən Beynəlxalq Əmək Konfransındakı fikir ayrılıqlarına istinad etmişdir. Bu görüşün qeydlərindən görünür ki, bi fikir ayrılığı bir işəgötürən qrupundan irəli gəlmişdir və onlatla məhdudlaşır (Beynəlxalq Əmək Konfransının 101-ci sessiyasının ilkin qeydləri, 19 (Rev.), §§82-90). Hesabatdan görünür ki, bu müzakirələr zamanı çıxış edən Hökumət nümayəndələri tətil hüququnun “müəyyən edilmiş və geniş yayılmış fundamental hüquq” olduğunu bildirmişlər. Norveç Hökumətinin nümayəndəsi əlavə etmişdir ki, onun ölkəsi Ekspertlər Komistəsinin tətil hüququnun 87 saylı Konvensiyaya görə qorunması barədəki şərhini tamamilə qəbul edir. Bütün hallarda, hazırki işdə cavabdeh Hökumət qəbul etmişdir ki, Maddə 11 altında təminat verilən həmkarlar ittifaqına qoşulmaq hüququ, həm də tətil etmək imkanını ehtiva edir (bax: yuxarıdakı paraqraf 62).
98. Müqafiq beynəlxalq sənədlər üzrə slahiyyətli orqanların verdiyi interpretativ rəylərin analizi, Məhkəmənin sərəncamındakı müqayisəli hüquq materiallarında gəlinən nəticə ilə eynidir: kincili sənaye aksiyasına tam qadağa qoymaqla cavabdeh Dövlət bu məsələ ilə bağlı milli nizamlama yelpazəsinin ən ucunda yer alır və bu, daha az məhdudlaşmaya çağıran beynəlxalq tendensiyaya uyğun deyildir. Belə bir nəticənin hər hansı işdə Məhkəmənin dəyərləndrməsi üzərindəki təsiri Demir and Baykara qərarında aşağıdakı şəkildə izah edilmişdir (§85):
“İxtisaslaşmış beynəlxalq sənədlər və Üzv Dövlətlərin təcrübələrindən ortaya çıxan konsenus spesifik işlərdə Konvensiya müddəalarının şərhində Məhkəmə üçün müvafiq mahyyət kəsb edə bilər.”
Böyük Palatanın bu fikri, Məhkəmənin nəzarətinin BƏT və Avropa Sosial Xartiyası üzrə nəzarət mexanizmindən fərqli xarakterini əks etdirir. Həmin sənədlər üzrə həyata keçirilən ixtisaslaşmış monitoring orqanlarının ikincili aksiya üzərindəki qadağanın analizində istifadə olunan ümumi terminlərdə əks olunan fərqli yanaşmaları vardır. Bunun əksinə olaraq, Məhkəmənin vəzifəsi daxiliq qanunvericiliyi abstrak olaraq incələmək deyil, onun ərizəçiyə təsiri qaydasının Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən hüquqlarını pozub-pozmadığını müəyyən etməkdir (bax: Von Hannover v. Germany (no. 2) [BP], no. 40660/08 və 60641/08, §116, ECHR 2012; həmçinin Kart v. Turkey [BP], no. 8917/05, §§ 85-87, ECHR 2009 (çıxarışlar)). Ərizəçi, eləcə də üçüncü tərəflər qadağanın, birbaşa olaraq aidiyyəti olan işçilərin ilkin tətil aksiyası etmək iqtidarında olmadığı hallarda, ümumiyyətlə, bütün sənaye aksiyası formalarının istisna edilməsinə və hazırki işdən fərqli olaraq həmkarlar ittifaqı azadlığının mahiyyətinə qəsdə qədər varan müxtəlif fərz edilən ssenarilərdə mümkün təsirlərini təsvir etmişlər. Onlar həmçinin hesab etmişlər ki, qadağa, işəgötürənlərin, işin ayrı-ayrı hüquqi şəxslərə transferi və ya şirkətlərin ana şirkətlərdən ayrılmasını üçün iş mərkəzlərinin yerinin dəyişdirilməsi, başqa şirkətlərlə outsourcing əməkdaşlığı və mürəkkəb korporasiya strukturları yaratmaq kimi müxtəlif hüquqi imlanlardan öz xeyrlərinə isfadə etməsini asanlaşdırır. (bax: yuxarıdakı paraqraf 33 və 37). Qısacası, həmkarlar ittifaqlarının üzvlərinin maraqlarının qorunması üçün legitim, normal fəaliyyətlərinin həyata keçirməsinə maneə yarana bilər. Lakin qadağanın iddia olunan bu geniş miqyaslı mənfi təsiri Hydrexdəki vəziyyətdə ortaya çıxmır. Məhkəmənin nəzarəti işin araşdırılması üçün təqdim edilən faktlarla məhdudlşır. Beləliklə, Məhkəmə hesab edir ki, BƏT və Avropa Sosial Xartiyasının müvafiq monitorinq orqanlarının mənfi rəyləri, ikincili tətillərin hazırki işdə şikayət edilən şəraitdə tətbiqinin Konvensiyanın 11-ci maddəsi altında milli orqanlara icazə verilən sərhədlər daxilində qalıb-qalmadığını müəyyən etmək üçün inandırıcı çəkiyə malik deyildir.
99. Dövlət orqanlarının mülahizə səlahiyyəti qeyri-məhdud deyildir və Avropa nəzarəti ilə yanaşı gedir. Məhkəmənin vəzifəsi, hər hansı məhdudlaşmanın Maddə 11-də təminat verilən birləşmək azadlığı ilə uyğun olub-olaması barədə yekun qərar verməkdir (Vörður Ólafsson v. Iceland, no. 20161/06, §76, ECHR 2010). Hökumət iddia etmşdir ki, ikincili tətillər üzəriindək qadağanı saxlamaq üçün “təcili sosial ehtiyac” daxili iqtisadiyyatı icazə verilən təqdirdə ölkənin iqtisadi inkişafına təhdid təşkil edən belə sənaye aksiyasının dağıdıcı təsirlərindən qorumaqdır. Ölkənin səınaye münasibətləri sahəsini də əhatə edən sosial və iqtisadi siyasət sahəsində Məhkəmə “açıq şəkildə ağlabatan səbəblər olmadığı” hallar istisna olmaqla, adətən qanunvericinin siyasi seçimlərinə hörmət edəcəkdir (Carson and Others v. United Kingdom [BP], no. 42184/05, §61, ECHR 2010). Bundan əlavə, Məhkəmə, demokrantik cəiyyətdə barəsindəki rəylərin kəskin şəkildə fərqləndiyi ümumi siyasət məsələlərində yerli qərarvericilərin roluna “xüsusi çəki” verilməli olduğunu qəbul etmişdir (bax: Konvensiyanın 10-cu maddəsilə bağlı MGN Limited v. United Kingdom, no. 39401/04, § 200, 18 yanvar 2011, və ordakı isitnad Hatton and Others v. United Kingdom, [BP], no. 36022/97, §97, ECHR 2003‑VIII, bu işdə Məhkəmə qanunvericinin “birbaşa demokratik legitimliyi”nə istinad etmişdir). İkincili aksiya üzərindəki qadağa iyirmi il ərzində, iki hökumıt dəyişikliyə baxmayaraq toxunulmadan qalmışdır. Bu, onun dəstəklənməsilə və qəbulunun səbəbləri ilə bağlı Birləşmiş Krallıqdakı siyasi rəyin geniş spektrinin demokratik konsensusuna işarə edir. Bu mülahizələr Məhkəmənin belə nəticəyə gəlməsinə səbəb olur ki, ölkələrində, sənaye münasibətlərinin tez-tez gərginləşən siyasi, sosial və iqtisadi kontekstində geniş ictimai maraqlara xidmətin dəyərləndirilməsində daxili qanunvenricilik orqanları, 11-ci maddənin məqsədlərinə müvafiq və kafi səbəblərə əsaslanmışlar.
100. Məhkəmə həm də mübahisələndirilən məhdudiyyətin mütənasiblik prinsipinə uyğunluğunu yoxlamalıdır. Ərizəçi iddia etmişdir ki, prinsip pozulmuçdur, çünki məhdudiyyət mütləq xarakter daşıyır, toqquşan hüquq və maraqların tarazlaşdırılmasını tamamən istisna edir və vəziyyətlərin bir-birindən fərqləndirilməsini qadağan edirdi. Hökumət qanunvericinin hər işin spesifik hallarının araşdırılmasındansa ümumi bir qaydanın tətbiqini üstün tutmaq qərarını dəstəkləmiş və bildirmişdir ki, hər hansı daha az məhdudlaşdırıcı yanaşma praktik və səmərəli olmayacaqdı. Onun fikrincə, hazırki işdə olduğu kimi, çoxsaylı işlər arasında qaçınılmaz fərqlər Parlamentin tətbiq etdiyi tarazlaşdırmanı pozacaq xarakterdə deyildir.
101. Məhkəmə müşahisə edir ki, müdaxilənin əsaslandığı ümumi qanun heç də həmişə mütənasiblik prinsipinə zidd deyildir. Məhkəmənin bu yaxınlarda xatırlatdığı kimi, Dövlət, Konvensiyaya uyğun şəkildə, qanunvericliyin tənzimlədiyi fərdi, təbii ki, bir-birindən fərqli və çox güman ki, mürəkkəb işlərin dəyərləndirilməsi edilmədən, əvvəldən müəyyən edilmiş vəziyyətlərə tətbiq olunacaq ümumi qanunvericilik tədbirləri görə bilər (bax: Animal Defenders International v. United Kingdom [BP], no. 48876/08, §107, 22 aprel 2013, işdə Konvensiya və 1 saylı Protokolun müxtəlif müddəaları ilə bağlı çox sayda istinadlar vardır). Bu o demək deyildir ki, fərdi işin spesifik halları, Məhkəmənin mütənasiblik analizi üçün əhəiyyətsizdir. Əslində onlar ümumi tədbirin təcrübədəki nəticələrini göstərir və bu səbəbdən tədbirin proporsionallığı üçün əhəmiyyətlidir (ibid., §108). Artıq bildirildiyi kimi, ərizəçinin birləşmək azadlığına Hydrexdəki vəziyyətlə bağlı müdaxilə, obyekriv olaraq geniş miqyaslı hesab edilə bilməz.
102. Qadağanın yumşalması ilə bağlı hər hansı risk, Dövlətin dəyərəndirməli olduğu mülahizədir (ibid., §108). Bununla bağlı, ərizəçi iddia etmişdir ki, qadağa, onun Jarvisdəki yayılmaq effekti olmayan ikincili tətil keçirmək imkanlarını məhdudlaşdıracaqdır. Lakin bu yalnız fərqiyyələrdir. İş materriallarından görünür ki, Parlamentin ikincili aksiyanın çox geniş olan dairəsini məhbdudlaşdırmasının səbəbi, onun 1980-ci illərdən əvvəl ilkin sənaye alsiyasında çox tez bir zamanda çox uzaqlara yayılması effekti idi. Ərizəçinin fikrincə, Maddə 11-in tələblərinə cavab vermək üçün Birləşmiş Krallıq həmin o vəziyyətə qayıtmalı idi.
103. Məhkəmənin yurisrudensiyasında qəbul edildiyi kimi, fərdi yanaşmanın, vergiödəyicilərinin ziyanına olan qeyri-müəyyənlik, sonsuz məhkəmə mübahisələri və qeyri-mütənasib dövlət xərclərinə və özbaşınalığa səbəb olacağını hesab edən dövlət orqanlarının bəzi qanunvericilik sxemləri üçün geniş miqyaslı ola bilən mümkünlük, eləcə də praktiki çətinliklərlə bağlı mülahizələrdən çıxış etməsi legitimdir (ibid.). Bununla bağlı, onu da xatırlatmaq lazımdır ki, on il ərzində, 1980-1990-cı illərdə, Birləşmiş Krallıq ikincili aksiya üzərindən daha yumşaq məhdudiyyəti mümkün hesab etmişdir (bax: yuxarıdakı paraqraf 23-24). Hökumət iddia etmir ki, bu qanunvericlik rejimi yuxarıda istinad edilən çətiniklərlə bağlı idi və ya qoyulan qadağanın səbəbi o idi. Ərizəçi həmin dövrdəki hüquqi mövqe ilə bağlı detallı şərh verməmişdir. O hesab etmişdir ki, onun Konvensiyata uyğunluğu məsələsi “tamamilə akademik maraq predemetidir”, lakin əlavə etmişdir ki, məsələ uyğun olsaydı, o belə məhduddiyyətin qəbuledilməz olduğunu iddia edərdi. Məhkəmə müşahidə edir ki, Birləşmiş Krallığın qanunvercilik keçmişi qadağaya alternativlərin mövcudluğuna işarə etsə də, bu, iş üçün həlledici deyildir. Belə ki, məsələ daha az məhdudiyyət gətirən qaydadının qoyulmalı olması və ya Dövlətin qadağa qoyulmadan legitim məqsədə çatmağın mümkün olmadığını sübut etməsi deyildir. Bu işdə əsas məsələ, qəbul etdiyi ümumi tədbiri qəbul edərkən qanunvericinin, Məhkəmənin yuxarıda göstərilən səbəblərdən geniş olduğunu hesab etdiyi mülahizə səlahiyyəti çərçivəsində hərəkət edib-etmədiyi (Animal Defenders, §110) və ümumi tarazlaşdırmaya riayət edilib-edilməməsidir. Ərizəçinin həmkarlar ittifaqı həmrəyliyi və səmərəliliyi ilə bağlı arqumentərinə baxmayaraq, bu fikirlər Birləşmiş Krallıq Parlamentinin ikincili sənaye aksiyasına qoyulan qadağanın “demokratik cəmiyyətdə vacib” olmasını araşdırmaq üçün kifayət qədər siyasi və faktual əsaslara malik olmaması ilə bağlı Məhkəməni inandıra bilməmişdir.
104. Yuxarıdakı mülahizələr Məhkəməni istiqamətlənidir ki, hazırki işdəki spesifik vəziyyətin hallarının ərizəçinin, üzvlərini təmsl etməklə, işəgötürəni ilə mübahisəsi olan üzvlərinin adından işəgötürənlə danışıqlar aparmaqla və həmin işçiəlrin iş yerlərində tətillər təşkil etməklə realizə edə bildiyi biləşmək azadlığına əsaslandırılmamış müdaxilə olmadığı nəticəsinə gəlsin. (bax: yuxarıdakı paraqraf 15-16). Qəbul edilmiş həssaslığın olduğu bu siyasət sahəsində cavabdeh Dövlətin mülahizə səlahiyyəti, ikincili aksiya üzərindəki qanunvericilik qadağasından daha genişdir və bu işin hallarındaki heç bir göstərici Hydrexlə bağlı mübahisələndirilən faktlarla əlaqədar bu qadağanın tətbiq edilməsinin ərizəçinin Maddə 11 ilə təminat verilən hüquqlarına əsaslandırılmamış müdaxilə olmasını hesab etməyə imkan vermir.
105. Beləliklə, hazırki işin hallarında Konvensiyanın 11-ci maddəsinin pozuntusunun baş verdiyi hesab edilə bilməz.
106. Nəhayət, Məhkəmə vurğulamaq istərdi ki, onun yursidiksiyası Konvensiya ilə məhdudlaşır. Onun cavabdeh Dövlətin sənaye aksiyası ilə bağlı daha spesifik və dəqiq normalara malik BƏT və ya Avropa Sosial Xartiyasının müvafiq müddəalarına riayət etməsi ilə bağlı dəyərləndirmə etmək səlahiyyəti yoxdur. Hazırki işdəki nəticə, BƏT Ekspertlər Komistəsi və SHAK tərəfindən həmin standartlar əsasında və onların məqsədləri üçün aparılan analizləri mübahisələndirən bir fikir kimi qəbul edilə bilməz.
BU ƏSASLARLA MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Hökumətin ilkin etirazlarını işin mahiyyətinə birləşdirir və ikincili aksiya üzərindəki qadağa ilə bağlı şikayəti qəbuledilən, ərizənin qalan hissəsini qəbuledilməz elan edir;
2. Hesab edir ki, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verməmişdir.
İngiliscə hazırlanmış və Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə müvafiq olaraq 8 aprel 2014-cü ildə elan edilmişdir.
Fatoş AracıIneta Ziemele
Katib müaviniSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, aşağıdakı rəylər qərara əlavə edilmişdir:
– Hakim Ziemele, Hirvelä və Biankunun birgə razılaşma rəyi;
– Hakim Wojtyczekin razılaşma rəyi.
I.Z.
F.A.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1]. Bu hissə orijinalda tünd verilmişdir.
[2]. Bu hissə orijinalda tünd verilmişdir.
[3]. Bu tarixdə, ikincili aksiya sadəcə olaraq məhdulaşdırılırdı və hələ qadağan edilməmişdi.
[4]. Bu hissə orijinalda tünd verilmişdir.
[5]. Ö zaman sayları 27 olan Aİ üzvləri və Xorvatiya və İslandiyanı da əhatə edən araşdırmanın elektron versiyası .
[6]. Bax: AİHM-in yurispridensiya məlumat bazası
Full & Egal Universal Law Academy