© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"Tayms Nyuspeypers Ltd." Birləşmiş Krallığa qarşı (№ 1 və 2) (Times Newspapers LtD v. the United Kingdom (Nos. 1 and 2)), ərizə № 3002/03 – 23676/03
10.03.2009-cu il tarixli qərar [IV Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Diffamasiya xarakterli materialın hər dəfə internetdə yerləşdirilməsinin yeni məhkəmə iddiası üçün əsas sayılması: pozuntu baş verməyib
Faktlar – Bu iş internet kontekstində belə bir ümumi hüquq normasının tətbiqi ilə əlaqədar idi ki, ardıcıl olaraq diffamasiya (böhtan, təhqir) xarakterli materialların İnternetdə yerləşdirilməsi yeni məhkəmə iddiaları üçün müstəqil əsas təşkil edir.
1999-cu ilin dekabrında ərizəçi qəzet iki məqalə dərc etdi və iddia edildiyinə görə, həmin məqalələr G.L. adlı fiziki şəxsə qarşı diffamasiya xarakteri daşıyırdı. Hər iki məqalə qəzetin İnternet saytında yerləşdirildi. G.L. böhtanla əlaqədar olaraq qəzetə, onun redaktoruna və məqalələri yazmış iki jurnalistə qarşı iddia qaldırdı. Cavabdehlər özlərini müdafiə etmək üçün xüsusi immunitetə istinad etdilər (Lordlar Palatasının qərarı ilə müəyyən edilmiş xüsusi immunitetə əsasən, müvafiq vəzifə və maraq mövcud olduqda, yəni jurnalist müvafiq məlumatları yaymaq vəzifəsini daşıdıqda, auditoriya isə həmin məlumatları əldə etməkdə maraqlı olduqda, böhtana görə məsuliyyət istisna olunur) və bildirdilər ki, məqalədəki iddiaların xarakteri və ciddiliyi ilə əlaqədar olaraq cavabdehlər onları dərc etməyə borclu idilər, ictimaiyyət isə, müvafiq olaraq, həmin iddialar barədə məlumat almaq hüququna malik idi. Diffamasiya haqqında birinci işə baxıldığı dövrdə məqalələr qəzetin saytında əvvəlki nömrələrin arxivində saxlanılırdı. 2000-ci ilin dekabrında G.L. arxivlərin internetdə yerləşdirilməkdə davam etdirilməsi ilə əlaqədar olaraq diffamasiya haqqında ikinci iddia qaldırdı. Bundan sonra qəzet əvvəlki nömrələrin internetdəki arxivlərinə belə bir bildiriş əlavə etdi ki, hər iki məqalə ilə bağlı diffamasiya haqqında məhkəmə icraatı aparılır və qəzetin hüquq şöbəsinə müraciət etmədən həmin məqalələrin surətlərini yaymaq və ya onlara istinad etmək olmaz. İkinci iddiadan müdafiə olunmaq üçün qəzet "bir dəfə yerləşdirmə" haqqında qaydaya istinad etdi, bu qaydaya əsasən, məqalə yalnız birinci dəfə internetdə yerləşdirildiyi zaman diffamasiya haqqında iddia qaldırıla bilərdi, sonradan onun saytda saxlanılması və istifadəçilərin internetdə ondan istifadə etmələri isə diffamasiya haqqında iddia qaldırılmasına səbəb olmurdu.
Lakin Yüksək Məhkəmə Brunşveyq Hersoqunun Harmerə qarşı qaldırdığı işdə (Duke of Brunswick v. Harmer (1849) 14 QB 154) bərqərar edilmiş qaydanı tətbiq edərək (həmin qaydaya əsasən, diffamasiya xarakterli fikirlərin ardıcıl nəşri yeni (müstəqil) məhkəmə iddiası üçün əsas təşkil edir) qərara aldı ki, hər dəfə istifadəçilərin diffamasiya xarakterli materiala çıxışı varsa, bu halda yeni məhkəmə iddiası üçün əsas yaranır ("İnternetdə yerləşdirmə haqqında qayda"). Apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayaraq qeyd etdi ki, məqalələrin saytdakı arxivdə saxlanılması ifadə azadlığı hüququnun o qədər də əhəmiyyətli olmayan aspekti idi və yaxşı olardı ki, həmin materialın diffamasiya xarakterli hesab ediləcəyi ehtimalı mövcud olduğuna görə oxucuların həmin materialı həqiqətə uyğun material kimi qəbul etməmələri üçün qəzet saytda bu barədə xəbərdarlıq yerləşdirsin.
Hüquqi məsələlər – İşdə araşdırılan məsələ mahiyyət etibarı ilə ondan ibarət idi ki, "İnternetdə yerləşdirmə haqqında qayda" "demokratik cəmiyyətdə zəruri" idimi? Məhkəmə qəbul etdi ki, internet arxivləri təhsil xarakterli və tarixi tədqiqatlar üçün mühüm mənbədir, amma bununla belə, qeyd etdi ki, söhbət cari məlumatlardan deyil, arxiv məlumatlarından gedirsə, bu məsələdə dövlətlərin qiymətləndirmə sərbəstliyinin hüdudları daha genişdir və mətbuatın üzərinə belə məlumatların doğruluğunu daha ciddi surətdə təmin etmək vəzifəsi düşür. Hazırkı işdə əhəmiyyət kəsb edən hal ondan ibarət idi ki, 1999-cu ildə iki mübahisəli məqalə ilə bağlı iddia qaldırılmışdı və, amma 2000-ci ilin dekabrına qədər məqalələrin arxiv nüsxələrinə xəbərdarlıq bildirişləri əlavə olunmamışdı. Qəzetin internetdəki arxivləri qəzetin özü tərəfindən idarə olunduğuna və ölkə məhkəmələri məqalələrin saytdan çıxarılması barədə göstəriş vermədiklərinə görə məqalələrin internet versiyasına müvafiq bildirişin əlavə olunması barədə tələb qeyri-mütənasib tələb deyildi.
Beləliklə, gəldiyi bu nəticəni nəzərə alaraq, Məhkəmə "İnternetdə yerləşdirmə haqqında qayda"nın xeyli dərəcədə çəkindirici təsirə malik olması məsələsini araşdırmağı zəruri hesab etmədi, lakin böhtanla bağlı məhkəmə araşdırmasında iddia müddəti məsələsini və qeyd edilən qaydanın qeyri-məhdud məsuliyyətə səbəb olduğu barədə qəzetin iddiasını araşdırdı. Məhkəmə qeyd etdi ki, hazırkı işdə iki məhkəmə iddiasının məqalələrin saytda yerləşdirilməsindən müəyyən müddət sonra qaldırılması qəzetin öz müdafiəsini hazırlamasına mane olmurdu, çünki həmin iddialar eyni məqalələrə aid idi və onların saytda ilk dəfə yerləşdirilməsindən sonra 15 ay ərzində qaldırılmışdı. Lakin böhtan barədə məhkəmə iddiası kifayət qədər uzun müddət keçdikdən sonra qaldırılarsa və onun gec qaldırılmasına haqq qazandıran müstəsna hallar mövcud olmazsa, bu hal 10-cu maddədə nəzərdə tutulmuş mətbuat azadlığına qeyri-mütənasib müdaxiləyə səbəb ola bilər.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy