© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
KEÇMİŞ BEŞİNCİ PALATA
TRABELSİ BELÇİKAYA QARŞI
(140/10 nömrəli ərizə)
QƏRAR
(Çıxarışlar)
STRASBURQ
4 sentyabr 2014-cü il
Bu qərar 44-cü maddənin 2-ci bəndinə uyğun olaraq qüvvəyə minir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.
Trabelsi Belçikaya qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin keçmiş Beşinci Palatası
Sədr Mark Viliger (Dean Spielmann),
Hakimlər
Ann Pover-Forde (Jean-Paul Costa),
Qanna Yudkivska (Ganna Yudkivska),
Andre Pototski (Angelika Nußberger),
Poul Lemens (Paul Lemmens),
Elen Jəderblom (Helena Jäderblom),
Ales Peyçal (Aleš Pejcha),
və məhkəmə katibi Klaudia Vesterdik (Claudia Westerdiek) ibarət tərkibdə
2014-cü il iyulun 1-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş tarixdə aşağıdakı qərarı qəbul etdi:
PROSEDUR MƏSƏLƏLƏRİ
İş İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Tunis vətəndaşı cənab Nizar Trabelsi (bundan sonra - “ərizəçi”) tərəfindən Belçika Krallığına qarşı 2009-cu il dekabrın 23-də təqdim edilmiş ərizə (140/10) əsasında başlanmışdır. Qərarın qəbul edildiyi tarixədək (1 iyul 2014-cü il) ərizəçi Brüsseldə fəaliyyət göstərən hüquqşünas cənab A.Şətö tərəfindən təmsil olunmuşdur. Belçika Hökuməti (bundan sonra - “Hökumət”) Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndə, Federal Ədliyyə Departamentinin böyük məsləhətçisi cənab M.Tisebayert tərəfindən təmsil olunmuşdur. Ərizəçi iddia etmişdir ki, Amerika Birləşmiş Ştatlarına ekstradisiyası onu Konvensiyanın 3-cü maddəsinə zidd olan təhlükə qarşısına qoyur. Eyni zamanda o vurğulamışdır ki, ekstradisiya haqqında qərarın icrası onun fərdi şikayət vermək hüququnu pozmuşdur. 2012-ci il noyabrın 27-də şikayət Hökumətə kommunikasiya edilmişdir.
FAKTLAR
İŞİN HALLARI
Ərizəçi 1970-ci ildə anadan olmuşdur və hal-hazırda ABŞ-ın Virciniya Ştatında yerləşən Rappahannok Həbsxanasında saxlanılır.
A. Cinayət işi və sığınacağın əldə olunması ilə bağlı olan prosedur
2001-ci il sentyabrın 14-də Brüssel Regional Məhkəmənin hakimi tərəfindən ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. Onun evində aparılmış axtarış nəticəsində saxta pasport, avtomatik silahlar və sursatlar, habelə bombanın hazırlanması üçün istifadə oluna biləcək kimyəvi formula və ABŞ-ın Parisdəki səfirliyinin təfərrüatlı sxemi aşkar edilmişdir. Həbsə alınmış digər şübhəli şəxsdən əldə olunmuş məlumata əsasən ərizəçinin müştərisi olduğu Brüssel kafesində həyata keçirilmiş axtarış nəticəsində polis tərəfindən 59 litr aseton və 96 kq. kükürd aşkar edilmişdir. Tutma haqqında qərarda qeyd edilmişdir ki, ərizəçi cinayət əlaqəsinə girərək partlayıcın törədilməsini planlaşdırmış və bu məqsədlə hərbi silah və sursatlar, habelə özəl milisə aid olan əşyalar saxlamışdır. Ərizəçi ona elan edilmiş ittihamları boynuna götürmüşdür və Belçikanın Kleyn-Brogel hərbi bazasında parlayışın törədilməsini planlaşdırdığına, sənədlərin saxtalaşdırdığına, habelə insanlara və mülkiyyətə hücumların təşkil edilməsi məqsədilə cinayət əlaqəsinə girdiyinə görə 2003-cü il sentyabrın 30-da Brüssel Regional Məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə öz qərarında aşağıdakı nəticəyə gəlmişdir:
“(müttəhim) Belçikanın müstəqilliyi əldə etməsindən sonra ən ağır cinayətlərinin birini təşkil etmişdir, o buna görə heç bir peşmançılıq hissi keçirtməmiş, törətdiyi cinayət nəticəsində ziyan dəyməmiş, lakin həmin işdə yüngülləşdirən hallar müəyyən olunmur.”
2004-cü il 9 iyun tarixli qərarda Brüssel Apellyasiya Məhkəməsi ərizəçinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarı qüvvədə saxlamışdır. Qərarda aşağıdakılar müəyyən edilmişdir:
“- Belçikanın Kleyn-Brogel hərbi bazasında parlayışın törədilməsini planlaşdırmış və cinayətkar güman edirdi ki, partlayış zaman həmin yerdə bir neçə şəxs olacaq ...
- Ömürlük azadlıqdan məhrumetmə növündə sanksiyası nəzərdə tutulan cinayətin (hazırkı işdə terrorçu hücum) törədilməsi məqsədilə cinayətkar qruplaşmaya rəhbərlik etmək ...
- Belçikanın milli təhlükəsizliyinə xələl gətirmək məqsədilə xarici təşkilatlardan maliyyə vəsaitləri almaq ...
- qanunsuz olaraq hərbi silah saxlamaq ...
- güc tətbiq etmək məqsədilə özəl polis dəstəsini yaratmaq və onun fəaliyyətində iştirak etmək ...”
2005-ci il yanvarın 26-da ərizəçi Tunis hərbi məhkəmənin qiyabi hökmü ilə sülh dövrdə terrorçu təşkilatın üzvü olduğuna görə on il müddətinə azadlıqdan məhrum edilmişdir. 2009-cu il iyunun 29-da Tunisdəki Daimi hərbi məhkəməsi ərizəçinin axtarışa verilməsi və məhkəmə qarşısına gətirilməsi haqqında qərar qəbul etmişdir, həmin qərar diplomatik kanallarla Belçikanın rəsmi orqanlarına 2009-cu il sentyabrın 10-da təqdim edilmişdir.Belçikada ərizəçiyə münasibətdə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2011-ci il sentyabrın 13-də bitmişdir. Bundan sonra əlavə olaraq 2007-ci ildə təyin edilmiş altı və üç aylıq azadlıqdan məhrum etmə cəzaları avtomatik olaraq dərhal icra edilməyə başlanmış və 2012-ci il iyunun 23-də bitmişdir.2005-ci il avqustun 25-də ərizəçi Belçikada sığınacaqla bağlı ərizə vermiş, lakin, Qaçqınlar və vətəndaşlığı olmayan şəxslər üzrə Komissar 2009-cu il 10 aprel tarixli qərarı ilə həmin müraciəti rədd etmişdir. Həmin qərarla ərizəçinin qaçqın statusunun və əlavə imtiyazların əldə olunması barədə müraciəti BMT-nin məqsədlərinə və prinsiplərinə, habelə Cenevrə Konvensiyasının 1-ci maddəsinin (f) bəndinə uyğun olmayan cinayətin törədilməsi əsasları ilə rədd edilmişdir.
B. Ekstradisiya ilə əlaqədar olan prosedur
1. ABŞ-ın səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş ittiham aktının məhkəmədə tanınması
2008-ci il 8 aprel tarixli diplomatik nota ilə ABŞ-ın səlahiyyətli orqanı Belçikanın səlahiyyətli qurumuna Belçika Krallığı ilə Amerika Birləşmiş Ştatları arasında 1987-ci il aprelin 27-də bağlanmış Ekstradisiya haqqında saziş əsasında ərizəçinin ekstradisiyası ilə bağlı sorğu göndərmişdir. Sorğunun əsası aşağıdakı ittihamlardan ibarət olan Kolumbiya Dairəsinin (Washington D.C.) regional məhkəməsinin qəbul etdiyi ittiham aktı olmuşdur:
“A. Aşağıdakı müddəaların pozuntusu ilə ABŞ-dan kənarda həmin ölkənin vətəndaşını öldürmək məqsədilə cinayət əlaqəsinə girmək: 18 U.S.C. §2332 (b) (2) və 1111 (a)
B. Aşağıdakı müddəaların pozuntusu ilə kütləvi qırğın silahlarının istifadəsinə cəhd etmək və bu məqsədlə cinayət əlaqəsinə girmək: 18 U.S.C. §2332 a və 2
C. Aşağıdakı müddəaların pozuntusu ilə xarici terrorçu təşkilatlarına maddi dəstəyin göstərilməsi məqsədilə cinayət əlaqəsinə girmək: 18 U.S.C. §2339 B
D. Aşağıdakı müddəaların pozuntusu ilə xarici terrorçu təşkilatlarına maddi dəstək göstərilmək: 18 U.S.C. §2339 B və 2.”
Ekstradisiya haqqında sorğuda aşağıdakılar göstərilmişdir:
“Cənab Nizar Trabelsinin tutulması haqqında qərar 2007-ci il noyabrın 16-da hakim tərəfindən qəbul edilmişdir ...
İrəli sürülən ittihamlardan görünür ki, cənab Nizar Trabelsi 2000-ci ilin ortalarında və ya daha əvvəl Almaniyada və ya Avropanın hər-hansı digər ölkələrində və Əfqanıstanda Əl-Qaidə qruplaşması, o cümlədən Osama Bin-Laden ilə qəsdən cinayət əlaqəsinə girərək, Qərbi Avropada ABŞ vətəndaşlarını öldürmək və ABŞ və ya həmin ölkənin hər hansı departamenti tərəfindən istifadə olunan Qərbi Avropada yerləşən obyektlərdə kütləvi qırğın silahlarının istifadəsi ilə partlayışları törədilmək üçün maddi dəstək göstərmişdir.”
ABŞ-ın səlahiyyətli orqanının ekstradisiya haqqında sorğusuna qoşma edilmiş cinayət qanununun müvafiq müddəalarına əsasən (ABŞ-ın U.S.C. 18-ci fəsil) törədilmiş cinayətlərə görə aşağıdakı cəzalar nəzərdə tutulmuşdur:
“A. 18 U.S.C. §2332 (b) (2) və 1111 (a): maksimal cəza ömürlük azadlıqdan məhrumetmə və ya cərimə və müəyyən müddətə azadlıqdan məhrumetmə.
B. 18 U.S.C. §2332 a (2) və 2: maksimal cəza ömürlük azadlıqdan məhrumetmə.
C. 18 U.S.C. §2339 B: cərimə və ya 15 il müddətinə azadlıqdan məhrumetmə və ya hər iki cəza.
D. 18 U.S.C. §2339 B və 2: cərimə və ya 15 il müddətinə azadlıqdan məhrumetmə və ya hər iki cəza.”
2008-ci il iyunun 4-də Dövlət ittihamının müdafiəsi üzrə Federal orqanı 2007-ci il 16 noyabr tarixli tutma haqqında qərarın icrası məqsədilə Nivel Regional Məhkəməsinin palatasına müvafiq sorğu göndərmişdir. Federal orqan həmin sorğuda qeyd etmişdir ki, ekstradisiya haqqında sorğuda irəli sürülmüş ittihamlar üzrə maksimal cəza müvafiq olaraq on beş və on il müddətində azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir.2008-ci il 12 noyabr tarixli diplomatik notasında ABŞ Hökuməti ərizəçi ilə əlaqədar Belçika Hökumətinə aşağıdakı zəmanətlər təqdim etmişdir:
“ABŞ Hökuməti Belçikanın Hökumətinə zəmanət verir ki, ekstradisiyadan sonra Nizar Trabelsi “Hərbi Komissiyalar haqqında” 2006-cı il tarixli Qanunda nəzərdə tutulduğu kimi hərbi komissiyalar tərəfindən mühakimə olunmayacaq. Bundan sonra ABŞ Hökuməti Belçikanın Hökumətinə zəmanət verir ki, ekstradisiyadan sonra Trabelsi yalnız mülki müəssisələrdə saxlanılacaq. ”
Nivel Regional Məhkəməsinin palatası 2008-ci il 19 noyabr tarixli əmrinə əsasən Federal orqanın müraciətinin qəbul edərək ABŞ regional məhkəməsi tərəfindən qəbul edilmiş tutma haqqında qərarı tanımış və onu icraya yönəltmişdir. Lakin əmrə aşağıdakı qeyd-şərt əlavə edilmişdir:
“Ekstradisiya məqsədilə qəbul edilmiş tutma haqqında qərara qoşma edilmiş sənədlər təhlil olunaraq müəyyən edilmişdir ki, ABŞ-ın səlahiyyətli orqanı tərəfindən təqdim edilmiş siyahıda birinci ittihamla əlaqədar olan bəzi qanun pozuntuları Belçikanın ərazisində törədilmiş pozuntulara uyğundur və məhz buna görə ərizəçi Belçikada məhkum edilmişdir.
...
Bununla ne bis in idem (eyni cinayətə görə təkrarən mühakimə olunmamaq) prinsipinə uyğun olaraq ekstradisiya məqsədilə ABŞ-ın səlahiyyətli məhkəmə orqanı tərəfindən qəbul edilmiş 2007-ci il 16 noyabr tarixli qərarın 10-cu bəndində birinci ittihamla əlaqəli olan 23, 24, 25 və 26 nömrəli qanun pozuntuları təkrarən göstərildiyinə görə həmin pozuntularla əlaqədar qərar icra oluna bilməz.”Brüsselin Apellyasiya Məhkəməsinin İttihamlar idarəsi ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətini araşdıraraq 2009-cu il fevralın 19-da yuxarıda qeyd olunan əmri qüvvədə saxlamış və tutma haqqında qərarı icraya yönəltmişdir. Qeyd edərək ki, ekstradisiya ərizəçinin Belçikada ittiham olunaraq məhkum edilmiş cinayətlərə görə deyil digər cinayətlərlə əlaqədar qərar alınmışdır Apellyasiya Məhkəməsi aşağıdakıları vurğulamışdır:
“Ekstradisiya haqqında müraciətin Trabelsini irqi, dini, milli və ya siyasi baxışlarına görə mühakimə edilməsi və ya cəzalandırılması ya da onun vəziyyətinin daha da ağırlaşdırılması üçün təqdim edildiyini güman etməyə ciddi əsas mövcud deyil.
...
Eyni zamanda Nizar Trabelsinin ekstradisiya olunduğu təqdirdə ədalət mühakiməsinə xas olan hüquqlardan məhrum olunacağını və ya işgəncə ya da qeyri-insani rəftara məruz qalacağını güman etməyə heç bir ciddi əsas mövcud deyil. Həmçinin ABŞ-ın Belçika ilə bağladığı Ekstradisiya haqqında sazişin 7.2 və 7.3-cü maddələrinə əməl etməyəcəyini güman etməyə heç bir əsas yoxdur. Nizar Trabelsinin mülki müəssisədə saxlanılacağına və adi məhkəmələr tərəfində ümumən qəbul olunan müddəalar əsasında mühakimə olunacağına inanmaq üçün əsaslar mövcuddur.
...” 2009-cu il aprelin 24-də ərizəçi qanun müddəalarının düzgün tətbiq olunmadığı ilə əlaqədar Apellyasiya Məhkəməsinin qərarından şikayət etmişdir. Öz iddiasında ərizəçi Konvensiyanın 3-cü maddəsinə uyğun olmayan rəftara məruz qalacağının və ədalət mühakiməsinə xas olan hüquqlardan məhrum olunacağının təhlükəsini vurğulamışdır. Ərizəçi bildirmişdir ki, Apellyasiya Məhkəməsi onun ABŞ-a ekstradisiyasının hallarını həmin ölkədə olan ümumi şəraitin və ya onun xüsusi vəziyyətin kontekstində qiymətləndirməmişdir və vurğulamışdır ki, Apellyasiya Məhkəməsi Avropa Məhkəməsinin “Saadi İtaliyaya qarşı” (Saadi v. Italy [GC] (no. 37201/06, ECHR 2008) işdəki kimi eyni əsaslandırmanı tətbiq etməli idi. Eyni zamanda ərizəçi iddia etmişdir ki, Apellyasiya Məhkəməsi ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın ABŞ-da yüngülləşdirilməsinin mümkünsüzlüyünü araşdırmamışdır. Sonda ərizəçi ne bis in idem prinsipinin pozulduğunu iddia etmişdir.Kassasiya Məhkəməsinin 2009-cu il 24 iyun tarixli qərarı ilə ərizəçinin qanunun tətbiqi ilə əlaqədar olan şikayətə rədd edilmişdir. Həmin məhkəmə qeyd etmişdir ki, Apellyasiya Məhkəməsi öz qərarını hüquqi cəhətdən düzgün əsaslandırmışdır. Həmin qərarda aşağıdakılar təsbit olunmuşdur:
“- sorğu edən Dövlət hal-hazırda terrorçuluğa qarşı siyasətini gücləndirir, işgəncəyə və qeyri-insani və ya alçaldıcı rəftara qarşı mübarizəni ciddi təkmilləşdirir, xüsusi məhkəmələri ləğv edir və beynəlxalq münaqişələrlə əlaqədar tutulmuş şəxslərin mühakimə etmədən müddətsiz həbsdə saxlanması təcrübəsini ləğv edir;
- ekstradisiya haqqında sorğunun əsaslandırılması üçün təqdim edilmiş zəmanətlərə uyğun olaraq ərizəçi adi mülki məhkəmələr tərəfindən sorğu edən Dövlətin qüvvədə olan qanunvericiliyə əsasən mühakimə ediləcək və milli məhkəmə sisteminə xas olan bütün hüquqlardan və hüquqi vasitələrdən istifadə edəcək;
- ekstradisiyası tələb olunduğu cinayətlərə görə ərizəçi ömürlük azadlıqdan məhrum olunmayacaq və müəyyən olunmuş cəzaların gələcəkdə yüngülləşdirilməsi və hətta ərizəçinin zəmanət əzasında azadlığa buraxılması mümkündür;
- ərizəçinin təqdim etdiyi dəlillər əsasında onun iddia etdiyi kimi vəziyyətinin təhlükəli olduğunu sübuta yetirmir və ərizəçinin ədalət mühakiməsinə xas olan hüquqlardan məhrum olunacağını və işgəncələrə və qeyri-insani və ya alçaldıcı rəftara məruz qalacağını güman etmək çətindir.
...”
Ərizəçinin ekstradisiyası üzrə səlahiyyətli Federal orqanın tələbi əsasında ABŞ Ədalət departamenti 2009-cu il 11 noyabr tarixli məktubu ilə Belçikanın səlahiyyətli orqanına aşağıdakı əlavə məlumatı təqdim etmişdir:
“Qanuna əsasən birinci iki cinayətə görə maksimal cəza ömürlük azadlıqdan məhrumetmə növündə cəza digər iki cinayətə görə maksimal cəza 15 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilmişdir. Əlavə olaraq cəza növünün seçilməsində hakimlərin istifadə edə biləcəyi ABŞ-ın Cəzanı müəyyən etmə üzrə Qaydalara əsasən birinci hər iki cinayətə görə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilməsi tövsiyə olunur.
Lakin ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın tətbiq edilməsi mütləq deyil və məhkəmələr bununla əlaqədar müəyyən təqdir səlahiyyətinə malikdirlər. Cəzanı təyin edərək məhkəmələr törədilmiş cinayətin ağırlığını insanların həlak olub olmadığını və ya mülkiyyətə ziyan dəyib dəymədiyini nəzərə ala bilər. Bununla Trabelsi ABŞ vətəndaşlarını öldürülməsi və kütləvi qırğı silahlarının istifadəsi kimi planlarının reallaşdırılmasında uğursuz olmuşdur. Bununla məhkəmələr cəzanı təyin edərkən təqdir səlahiyyətlərinə uyğun olaraq Trabelsinin öz planlarının reallaşdırılmasında uğursuz olduğunu nəzərə ala bilərlər. Eyni zamanda məhkəmələr təqsirləndirilən şəxsin hərəkətinə görə məsuliyyətin müəyyən olunub olunmadığı kimi yüngülləşdirici halları nəzərə ala bilərlər.
Məhkəmə Trabelsi barəsində ömürlük azadlıq məhrumetmə deyil müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin etsə onun cəzası saxlandığı təcridxanada yaxşı davranışına görə 15 %-dək azaldıla bilər. Bunu kimi cəzanın yüngülləşdirilməsi yalnız müəyyən müddətə azadlıqdan məhrumetmə növündə seçilmiş cəza ilə əlaqədar tətbiq oluna bilər. Bununla Trabelsi 20, 30 və ya hətta 50 il müddətinə azadlıqda məhrum olunarsa saxlandığı müəssisədə yaxşı davranışına görə onun cəzası 15 %-dək azaldıla bilər. Lakin Trabelsi ömürlük zadlıqdan məhrumetmə cəzasına məhkum olunarsa onun cəzası yüngülləşdirilə bilməz.
Yekunda, Trabelsi Prezident tərəfindən əfv oluna və ya onun cəzası əvəzləşdirilə bilər (əfv nəticəsində məhkumluq ləğv edilir əvəzləşdirmə nəticəsində isə onun cəzası dəyişdirilir). Lakin bununla Trabelsinin işini yalnız nəzəri cəhətdən güman etmək olar. Hər-hansı terrorçu Prezidentin əfv sərəncamı əsasında azadlığa buraxılması və ya onun cəzasının əvəzləşdirilməsi faktı bizə məlum deyil.”
2. Ekstradisiya haqqında sorğuya cavabın məhkəmə və inzibati mərhələləri
a) İttihamlar idarəsinin rəyi
ABŞ-ın ittihamı operativ hesab olduğuna görə ekstradisiya haqqında sorğuya cavabla bağlı proseduralara başlanmışdır.2010-cu il fevralın 4-də Federal Prokuror Brüssel Apellyasiya Məhkəməsinə yazılı rəy göndərərək onu “Kafkaris Kiprə qarşı” (Kafkaris v. Cyprus [GC] (no. 21906/04, ECHR 2008) işi nəzərə alaraq onu ərizəçinin ekstradisiyası haqqında sorğuya müsbət cavab verməyə dəvət etmişdir. Federal prokuror qeyd etmişdir ki, birinci iki cinayətə görə ərizəçi ömürlük azadlıqdan digər iki cinayətə görə isə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.Ərizəçi Federal ədalət idarəsinə ünvanladığı 2010-cu il 29 mart tarixli məktubunda qeyd etmişdir ki, 2010-cu il 24 mart tarixli dinləmələrdə Federal Prokuror ekstradisiyanın icrası haqqında sorğusunda təqdim elədiyi qeydlərində ərizəçinin ABŞ-a ekstradisiya olunduğu təqdirdə məhkum oluna biləcəyi cəza ilə bağlı etdiyi səhvi etiraf etmişdir (bax: yuxarıda qeyd olunan 16-cı bənd).2010-cu il iyunun 10-da Apellyasiya Məhkəməsini İttihamlar idarəsi aşağıdakı şərtlərlə ərizəçinin ekstradisiyası haqqında müsbət rəy qəbul etmişdir:
“- Ekstradisiya yalnız aşağıdakı şərtlərlə həyata keçirilə bilər:
i. ölüm cəzası təyin olunmamalıdır ya da ABŞ bunu təmin edə bilməsə ölüm cəzası icra olunmamalıdır;
ii. baxmayaraq ki, ittiham terror aktının törədilməsi ilə əlaqədar irəli sürülmüşdür ömürlük azadlıqdan məhrumetmə cəzasının digər cəza növü ilə əvəz olunması mümkün olmalıdır;
iii. N.Trabelsinin Tunis kimi digər üçüncü ölkəyə yenidən ekstradisiyası təqdirdə ABŞ Hökuməti N.Trabelsi onlara təqdim edildiyindən sonra Tunis ona ekstradisiya haqqında müvafiq sorğu göndərsə bu barədə Belçikanın razılığı alınmalıdr.
ABŞ bu şərtlərə əməl etməsə ekstradisiya haqqında sorğuya imtina olunmalıdır.”
b) Ekstradisiya haqqında nazirliyin müsbət qərarı
2010-cu il 10 avqust tarixli diplomatik nota ilə ABŞ-ın səlahiyyətli orqanları Belçikanın səlahiyyətli orqanına zəmanət vermişdirlər ki, ərizəçi ölüm cəzasına məhkum olunmayacaq və Belçika Hökumətinin razılığı olmadan üçüncü ölkəyə ekstradisiya edilməyəcək. ABŞ səlahiyyətli orqanı təkrarən bildiriblər ki, ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunması mütləq deyil və törədilmiş bütün cinayətlər sübuta yetirilərsə məhkəmələr daha yüngül cəzanın təyin edilməsi üzrə təqdir səlahiyyətinə malikdirlər. Notada qeyd olunmuşdur ki, ABŞ-da ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın yüngülləşdirilməsi üçün bir neçə vasitələr mövcuddur. Notada aşağıdakılar bildirilmişdir:
“İlk öncə ömürlük azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsi ilə əlaqədar ABŞ aydınlaşdırmaq istəyir ki, Trabelsi məhkum olunsa ömürlük azadlıqdan məhrumetmə cəzası mütləq deyil; məhkəmə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyə təqdir səlahiyyətinə malikdir. Eyni zamanda təqsirləndirilən şəxs həm ittihamı həm də ömürlük azadlıqdan məhrumetmə cəzası daxil olmaqla bütövlükdə cəzanı həm bir başa həm də habeas corpus müraciəti vasitəsi ilə mübahisələndirə bilər. Əlavə olaraq təyin olunmuş cəzaların azaldılması üçün bir neçə qanuni əsaslar mövcuddur, o cümlədən təqsirləndirilən şəxs tərəfindən istintaqa və üçüncü şəxsin tutulmasında köməkliyin göstərilməsi (Cinayət Proseduralar üzrə federal Qaydalar 35(b) and Title 18 United States Code, Section 3582(c)(1)(B)), və ya məhkum edilmiş şəxsin xəstəliyi ilə əlaqədar (Title 18, United States Code, Section 3582(c)(lXA)(i)).
Bu tədbirlərə əlavə olaraq məhkum olunmuş şəxs təyin olunmuş cəzanı Prezidentin müstəsna səlahiyyəti əsasında əfv sərəncamı ilə ləğvini xahiş edə bilər. Prezidentin ABŞ Konstitusiyasının H maddəsinin 2-ci fəsli əsasında əfv etmək və ya cəzanı təxirə salmaq səlahiyyəti ilə cəza o cümlədən ömürlük azadlıqdan məhrumetmə növündə cəza azaldıla bilər. Əfv olunmaq üçün müraciətlərin təqdim olunması üzrə müəyyən prosedura qaydaları mövcuddur və Ədliyyə idarəsində təsis olunmuş Əfv üzrə Prokurorun aparatı bütün müraciətləri araşdırır və bununla əlaqədar Prezidentə müvafiq təkliflər hazırlayır. ABŞ Konstitusiyası təqsirləndirilən şəxsi əfv etmək üzrə Prezidentə müstəsna təqdir səlahiyyəti təqdim edir. Biz qeyd edirik ki, həmin təqdir səlahiyyəti istifadə olunarkən əfv hətta ciddi, dövlətin təhlükəsizliyinə xələl gətirmiş cinayətləri törətmiş şəxslər münasibətdə tətbiq oluna bilər. Misal üçün 1999-cu ildə Prezident Klinton 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində törədilmiş bir neçə partlayış, silahlı basqın, bombaların hazırlanması, qiyama çağırılması kimi cinayətlərin törədilməsi üçün cinayət əlaqəsinə girən FALN adlı Puerto Rikonun qəti milliyyətçi təşkilatının 13 üzvünün cəzasını əvəzləşdirmişdir.”
2011-ci il noyabrın 23-də ədliyyə naziri ərizəçinin ABŞ-a ekstradisiyası haqqında nazirlik üzrə əmr qəbul etmişdir. Ərizəçinin ölüm hökmünə məhkum olunmayacağı barədə zəmanət qeyd olunaraq əmrdə təqdim edilmiş digər zəmanətlər ayrılıqda araşdırmışdır.Ömürlük azadlıqdan məhrum edilməsi növündə cəza ilə bağlı əmrdə aşağıdakılar qeyd edilmişdir:
“ABŞ-ın Federal cinayət qanunvericiliyinə əsasən A və B cinayətlərin törədilməsi ilə əlaqədar müəyyən edilmiş maksimal cəza vaxtından əvvəl azadlığa buraxılmasını və ya şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasını nəzərdə tutur. ABŞ-ın Cinayət Məcəlləsində təsbit olunduğu kimi ömürlük azadlıqdan məhrumetmə cəzası hüquqi və faktiki cəhətdən şəxsin bütün həyatı üçün nəzərdə tutulub.
...
ABŞ Səfirliyinin 21 saylı 2010-cu il 10 avqust tarixli diplomatik notasında ABŞ-ın səlahiyyətli orqanları zəmanət veriblər ki, ömürlük azadlıqdan məhrumetmə növündə cəza tətbiq olunsa belə ərizəçi ABŞ Prezidenti tərəfindən əfv olunmaq hüququna malik olacaq. Bu hüquq ABŞ Konstitusiyasının 2, II maddəsində təsbit edilmişdir. Bundan sonra Prezidentin əfv sərəncamları bundan əvvəl keçmişdə bir neçə dəfə, o cümlədən Federal səviyyəsində ABŞ məhkəmələri tərəfindən cəzalandırılmış şəxslər münasibətdə qəbul edilmişdir.
...
Hətta tarixi mənasında FALN işi göstərir ki, 2001-ci il sentyabrın 11-dən sonra qüvvədə olan terrorçuluğa qarşı qanunvericilinin mənası altına düşən və obyektiv cəhətdən ciddi hesab olunan və daha ağır cəzalarla nəticələnə biləcək işlər əlaqədar Prezidentin əfv sərəncamı tətbiq oluna bilər.
Baxmayaraq ki, 2001-ci ildən başlayaraq bəzi şəxslər terrorçuluqla və ya onunla bağlı olan cinayətlərə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdurlar həmin işlər mahiyyətcə Trabelsinin işi ilə müqayisə oluna bilməzlər. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və vaxtından əvvəl və ya şərti olaraq azadlığa buraxılması hüququna malik şəxslər insanların ölümü və külli miqdarda maddi ziyanın vurulması ilə nəticələnən cinayətlərə görə ittiham olunublar və nəticədə məhkum olunublar, misal üçün 1998-ci ildə Keniyanın Nayrobi və Tanzaniyanın Dar-əs-Salam şəhərlərində yerləşən ABŞ Səfirliyinin binalarına 1998-ci il 7 avqust tarixdə həyata keçirilmiş hücumu göstərmək olar.
Həmin cinayətlər ekstradisiyası sorğu edilən şəxs tərəfindən törədilmiş cinayətlərin ağırlığı və mahiyyəti ilə müqayisə oluna bilməzlər.
Yuxarıda göstərilən işlərdə ABŞ vətəndaşları ilə yanaşı şəxslər və ya bir neçə şəxslər fiziki və maddi ziyana məruz qalırdılar. Hazırkı işdə isə həmin şəxs planlaşdırılan və heç vaxt həyata keçirilməmiş terrorçu hücumlara görə ittiham olunur. O vətəndaşlara xəsarətlərin yetirilməsi və ya onlara maddi ziyanın verməsi məqsədilə digər şəxslərlə cinayət əlaqəsində uğursuz olmuşdur.
Bununla çox güman ki, ittiham olunan cinayətlərin ağırlığı o dərəcədə deyil ki, onlara görə ABŞ-ın Cinayət Məcəlləsinə uyğun olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin olunsun.
Bu yaxınlarda İnsan hüquqları üzrə ixtisaslaşan QHT tərəfindən həyata keçirilmiş sorğu göstərir ki, 2001-ci il sentyabrın 11-dən bu günədək əl-Qaidə və ya hər-hansı digər islamçı qruplaşması ilə əməkdaşlıqda ittiham olunan 214 nəfərdən yalnız 195 şəxs məhkum edilmişdir. 151 nəfər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, iyirmi nəfər isə iltizam əsasında azadlığa buraxılmış və ya onların cəzası istintaq təcridxanasında saxlanılmış müddətə uyğun olmuşdur. Azadlıqdan məhrumetmə cəzasının orta müddəti 8,4 il olmuşdur. Yalnız 11 nəfər ömürlük azadlıqdan məhrum edilmişdir. Həmin sorğuda bildirilmişdir ki, məhkəmə prosesi ədalətli məhkəmə hüququna tam uyğun həyata keçirilmişdir (“Human Rights First, In pursuit of Justice: Prosecuting Terrorism Cases in the Federal Courts – 2009 Update and Recent Developments”, 2009, 68 pp.).
Statistika göstərir ki, terrorçu cinayətləri ilə əlaqədar ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökmlərin sayı ümumən hesab edildiyindən daha azdır.”
Ərizəçinin Tunisə mümkün ekstradisiyası ilə əlaqədar nazirin əmrində aşağıdakılar müəyyən edilmişdir:
“ABŞ Səfirliyinin 21 saylı 2010-cu il 10 avqust tarixli diplomatik notasında ABŞ-ın səlahiyyətli orqanları açıq aşkar bildirmişdilər ki, Tunisin səlahiyyətli orqanı ekstradisiya barədə onlara sorğu göndərsə həmin sorğuya mənfi cavab veriləcək.
...
Təkrarən başqa ölkəyə ekstradisiyanın ilkin ekstradisiyanı icazə verən Dövlətin razılığı ilə həyata keçirildiyi faktını nəzərə alaraq Tunis Respublikasına ekstradisiya mümkün hesab edilmir.
Belçika səlahiyyətli orqanlarının Tunis Respublikasına ekstradisiyadan imtina etdiyinə görə Tunis ABŞ-a ekstradisiya haqqında sorğu göndərsə sonuncu bu sorğuya mənfi cavab verəcək və bununla ABŞ-dan Tunisə ekstradisiya mümkün hesab olunmur.”
Yekunda nazirin əmrində ne bis in idem prinsipi ilə əlaqədar aşağıdakılar bildirilmişdir:
“Sazişə əsasən hər-hansı bir şəxs sorğu edilən Dövlətdə ekstradisiyası tələb olunan eyni cinayətə görə bəraət alıbsa və ya məhkum olunubsa Belçika və ABŞ ekstradisiyaya mənfi cavab verirlər. Həmin Saziş ratifikasiya olunaraq həm Belçikanın həm də ABŞ-ın hüquqi sistemlərinə inkorporasiya edilmişdir.
Başqa sözlərlə bu identik əməl hesab olunan cinayətlər olmalıdır.
...
Cinayətlər üçün əsas kimi hesab olunan faktlar fərdi olaraq və ya birlikdə ittihamları sübut etdirən faktiki elementlər kimi hesab olunur. İkinci dəfə məhkum etmə prinsipi bu elementləri istifadə etmək və ya etməmək imkanlarını istisna etmir.
Hazırkı işdə Brüssel Apellyasiya Məhkəməsi tərəfindən 2004-cü il 9 iyun tarixdə müəyyən etdiyi qanun pozuntuları məhkum edilmiş şəxsin ekstradisiyası məqsədilə qəbul edilmiş tutma haqqında qərarda qeyd olunan ittihamlarda göstərilən cinayətlərə uyğun deyil. ABŞ və Belçika tərəfindən müəyyən edilmiş cinayətlərin əsas elementləri olan onun predmeti, yeri və vaxtı üst üstə düşmür.
...
ABŞ-ın Federal cinayət qanunvericiliyinə uyğun olaraq “qanunsuz əməl” özü özlüyündə mütləq cinayət kimi müəyyən olunmayan davranış hesab edilir.
“Qanunsuz əməl” özü özlüyündə və ya digər qanunsuz əməllərlə birlikdə şəxsi törədilmiş cinayətə görə ittiham edilməsi üçün kömək edə bilən sübut hesab edilir, misal üçün ABŞ vətəndaşını öldürmək (baxŞ A ittihamına)
Baxmayaraq ki hər bir 24, 25 və 26 nömrəli “qanunsuz əməl” cinayət kimi müəyyən oluna bilər bu əməllərə görə ekstradisiya tələb olunmur.”2-ci maddədə qeyd olunur ki, “həmin şəxs Belçika məhkəmələrinin tələblərinə əməl etdikdən sonra ekstradisiya baş tutacaq”.Həmin gün digər əmri ilə ədliyyə naziri ərizəçinin ekstradisiyası barədə Tunisin sorğusunu rədd etmişdir (bax: yuxarıda qeyd olunan 10-cu bənd).
c) Məhkəmə nəzarəti qaydasında Dövlət Şurasına edilmiş müraciət
2012-ci il fevralın 6-da Konvensiyanın 3-cü maddəsinə və 7 saylı Protokolun 4-cü maddəsinə istinad edərək ərizəçi onun ABŞ-a ekstradisiyası haqqında nazirin qərarını məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi üçün Dövlət Şurasına şikayət vermişdir.2013-cü il sentyabrın 19-da keçirilmiş Dövlət Şurasının iclasında ərizəçi “Vinter və digərləri Böyük Britaniyaya qarşı” (Vinter and Others v. United Kingdom [GC] (nos. 66069/09, 130/10 and 3896/10, 9 July 2013) Avropa Məhkəməsinin qərarına istinad etmişdir. Həmin qərara əsasən ərizəçi bildirmişdir ki, Məhkəmənin indiki yanaşmasına əsasən məhkum edilmiş şəxs cəzanın icrasına başlanmasından əvvəl ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın azaldıla bilməsi imkanı araşdırmalıdır, və bununla “Babar Ahmad və digərləri Böyük Britaniyaya qarşı” (Babar Ahmad and Others v. United Kingdom judgment, (nos. 24027/07, 11949/08, 36742/08, 66911/09 and 67354/09, 10 April 2012) qərarında müəyyən edildiyi kimi ekstradisiya olunmuş şəxsin məhkum olunub olunmadığı faktı əhəmiyyət daşımır.2013-cü il 23 sentyabr tarixli qərarında Dövlət Şurası məhkəmə nəzarəti qaydasında təqdim edilmiş şikayəti rədd etmişdir. Ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın azaldıla bilməməsi ilə əlaqədar Konvensiyanın 3-cü maddəsi əsasında verilmiş şikayətlə bağlı Dövlət Şurasının əsaslandırılmasında aşağıdakılar qeyd olunuşdur:
“Güman etsək ki, ABŞ məhkəmələri ərizəçini ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum etsələr belə Məhkəmənin “Vinter və digərləri Böyük Britaniyaya qarşı” (Vinter and Others v. United Kingdom, judgment of 9 July 2013) qərarında müəyyən etdiyi kimi “ömürlük azadlıqdan məhrumetmə cəzası təcrübədə tam icra oluna bildiyi üçün azaldıla bilinməyən cəza kimi səciyyələndirilə bilməz və bununla ömürlük azadlıqdan məhrumetmə cəzasını de jure və de facto azalmaq imkanı mövcuddursa Konvensiyanın 3-cü maddəsi əsasında məsələ qalxmır. Milli qanunvericilik cəzanın əvəzləşdirilməsini, vaxtından əvvəl azad olunmasını, cəzanın icrasına xitam verilməsini və ya şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasını nəzərdə tutursa Konvensiyanın 3-cü maddəsinin mənasına uyğun hesab edilir.
Hazırkı işdə “Babar Ahmad və digərləri Böyük Britaniyaya qarşı” işi üzrə qəbul edilmiş 2012-ci il 10 aprel tarixli qərarda müəyyən edildiyi kimi ərizəçi ABŞ məhkəmələri tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməmiş və bundan yüngül olan cəzanı icra etməyə başlamışdır.
Yuxarıda qeyd olunan işdəki kimi ərizəçi onun barəsindən ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin olunarsa onun azadlıqdan məhrum edilməsi üçün hər hansı əsaslandırmanın mövcud olub-olmaması kimi sualın qalxacağını bildirməmişdir.
Eyni zamanda ərizəçi öz qeydlərində bildirmişdir ki, onun barəsində təyin oluna biləcək ömürlük azadlıqda məhrumetmə növündə cəza de jure azaldıla biləcək. ABŞ qanunvericiliyinə görə o hökmün yenidən araşdırılması üçün müvafiq müraciət təqdim edə bilər və ya əfv olunmaq ya da cəzanın əvəz olunması üçün Prezidentin adına müvafiq ərizə ünvanlaya bilər. Ərizəçi həmin müstəsna səlahiyyətin 2013-cü il 9 iyul tarixli Məhkəmənin qərarında qeyd olunan məhdudlaşdırıla bilməsini mübahisələndirməmişdir.
Baxmayaraq ki ərizəçi həmin cəzanın de facto azaldıla bildiyini mübahisələndirmişdir, ABŞ səlahiyyətli orqanları tərəfindən təqdim edilmiş izahatlarda görünür ki, Prezident cəzanın əvəzləşdirilməsi kimi səlahiyyətini istifadə etmişdir. Bununla ömürlük azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təcrübədə ərizəçinin sərəncamında hüquqi vasitələrin mövcudluğu istisna edilmir.
Bundan sonra 2001-ci il sentyabrın 11-də törədilmiş terrorçu hücumundan sonra ABŞ Prezidenti üçün terrorçuluqla əlaqədar məhkum olunmuş şəxsi əfv etmək və ya onun barəsində təyin edilmiş cəzanın əvəzləşdirilmək səlahiyyətini istifadə etməyin qəbuledilməz olduğu barədə ərizəçinin iddiaları heç bir əsaslı dəlillə sübuta yetirilmir.
“Babar Ahmad və digərləri Böyük Britaniyaya qarşı” işdəki kimi müəyyən edilməmişdir ki, legitim penaloji əsaslaslandırma olmadan ABŞ-ın səlahiyyətli orqanı lazım olduqda cəzanın azaldılması mexanizmini istifadə etməkdən imtina edəcək.
Bununla ərizəçi barəsində təyin oluna biləcək ömürlük azadlıqdan məhrumetmə cəzasını de facto azaltmaq mümkündür.
Nəticədə ərizəçinin mütləq ömürlük azadlıqdan məhrumetmə növündə cəzasına məhkum olunmayacağı barədə əks tərəfin dəlillərini araşdırmaq lüzumsuzdur. Ərizəçi həmin cəzaya məhkum olunsa belə bu cəza Konvensiyanın 3-cü maddəsini pozmur.”
Belçika Krallığı ilə ABŞ arasında imzalanmış Ekstradisiya haqqında Sazişin 5-ci maddəsi, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının 14-cü maddəsinin 7-ci bəndi əsasında edilmiş şikayətlə əlaqədar Dövlət Şurası aşağıdakıları müəyyən etmişdir:
“ABŞ-ın səlahiyyətli orqanları ərizəçinin aşağıdakı cinayətlərə görə ekstradisiya edilməsini sorğu etmişdirlər:
1. ABŞ-dan kənarda ABŞ vətəndaşını öldürmək məqsədilə cinayət əlaqəsinə girmək;
2. Kütləvi qırğın silahlarında istifadəyə cəhd və bu məqsədlə cinayət əlaqəsinə girmək;
3. Xarici terrorçu təşkilatına maddi dəstəyin göstərilməsi üçün cinayət əlaqəsinə girmək
4. Aşağıdakı müddəaların pozuntusu ilə xarici terrorçu təşkilatlara maddi dəstəyin göstərilməsi.
ABŞ səlahiyyətli orqanlarına istinadən ərizəçi ittiham olunduğu cinayətləri törədərək, o cümlədən ABŞ-a ekstradisiya edildiyi üçün bir neçə qanunsuz əməllər etmişdir (28 ittihamdan ibarət siyahı qoşma edilmişdir).
Belçikada ərizəçiyə qarşı irəli sürülmüş ittihamlar aşağıdakılardır (13 ittihamdan ibarət siyahı qoşma edilmişdir).
ABŞ-a ekstradisiya edildiyi üçün qanunsuz əməlləri Belçikada irəli sürülmüş ittihamlarla müqayisə edərək qeyd olunmuşdur ki, birinci Belçika Krallığının ərazi yurisdiksiyası altına düşmür və ABŞ səlahiyyətli orqanları tərəfindən irəli sürülmüş dörd ittihamın əsas elementlərindən ibarətdir.
İşdə olan materiallardan irəli gəlir ki, ərizəçi sorğu edilən Dövlətdə məhkum edilməmiş və ya barəsində bəraət hökmü çıxarılmamış bir necə cinayətlərə görə ABŞ səlahiyyətli orqanları tərəfindən ekstradisiya olunur. Qanunsuz əməllər ərizəçinin ABŞ səlahiyyətli orqanı tərəfindən ona qarşı irəli sürülmüş 4 ittihamlara görə günahkar və ya günahsız hesab edilməsi üçün bir neçə elementdən ibarətdir.”
C. Müvəqqəti tədbirin tətbiq edilməsi haqqında xəbərdarlıq və Məhkəmə qarşısında sonrakı proseslər
Ekstradisiya ilə əlaqədar nazirin əmrinin qəbul edilməsi barədə bildirişin təqdim edildiyi gündə, yəni 2011-ci il dekabrın 6-da (bax: 28-ci və 33-cü paraqraflara) ərizəçi ekstradisiyanın təxirə salınması üçün Məhkəmənin Prosedura Qaydalarının 39-cü Qaydasına əsasən Məhkəməyə müraciət etmişdir.Həmin gün Məhkəmə ərizəçinin müraciətini qəbul edərək tərəflərin və hazırkı məhkəmə icraatının maraqları naminə onun ABŞ-a ekstradisiyasını müvəqqəti dayandırmışdır.2011-ci il dekabrın 20-də Belçika Hökuməti ərizəçin ekstradisiyası məqsədilə təcridxanaya yerləşdirmədiyini və həmin müvəqqəti tədbirin ədalət mühakiməsinə xələl gətirdiyini iddia edərək həmin tədbirin aradan qaldırılmasını xahiş etmişdir.2012-ci il yanvarın 11-də Məhkəmə tərəflərin təqdim etdiyi yeni məlumatlar əsasında müraciəti yenidən araşdıraraq müvəqqəti tədbirin aradan qaldırılmasını imtina etmişdir.2012-ci il mayın 21-də Hökumət müvəqqəti tədbirin aradan qaldırılması üçün ikinci müraciət təqdim etmişdir.Buna cavab olaraq Məhkəmə 2012-ci il 25 may tarixli məktubunda qeyd etmişdir ki, Məhkəmə tərəfindən 2012-ci il aprelin 10 qəbul edilmiş “Babar Ahmad və digərləri Birləşmiş Krallığa qarşı” qərarın qüvvəyə mindiyini nəzərə alaraq müvəqqəti tədbirin aradan qaldırılması məsələsinə yenidən baxılmalıdır.2012-ci il 25 iyun tarixli məktubunda Məhkəmə tərəflərə məlumat vermişdir ki, “Vinter və digərləri Birləşmiş Krallığa qarşı” (Vinter and Others v. United Kingdom (no. 66069/09) və “Harkins və Edvards Birləşmiş Krallığa qarşı” (Harkins and Edwards v. United Kingdom (nos. 9146/07 and 32650/07) işlərin Böyük Palataya yenidən baxılması üçün təqdim edildiyini nəzərə alaraq müvəqqəti tədbirin aradan qaldırılması barədə müraciətin araşdırılması təxirə salınmışdır.2012-ci il avqustun 3-də Məhkəmə tərəfləri məlumatlandırmışdır ki, “Vinter və digərləri Birləşmiş Krallığa qarşı” işin Böyük Palata tərəfindən araşdırılacağı barədə qərar qəbul edilmiş və bununla “Babar Ahmad və digərləri Birləşmiş Krallığa qarşı” işin Böyük Palatanın baxışına təqdim edilməsi barədə qərar qəbul olunanadək müvəqqəti tədbirin aradan qaldırılması barədə məsələnin araşdırılması təxirə salınmışdır.2012-ci il noyabrın 27-də iş cavabdeh Hökumətə kommunikasiya edilmişdir.İşin qəbuledilənliyi və mahiyyəti barədə izahatlarında Hökumət müvəqqəti tədbirin dərhal aradan qaldırılması ilə bağlı üçüncü dəfə müraciət etmişdir.2013-cü il 7 yanvar tarixli məktubu ilə Məhkəmə bildirmişdir ki, müvəqqəti tədbirlə qəbul olunacaq qərar barədə Hökumət məlumatlandırılacaq.2013-cü il yanvarın 15-də müvəqqəti tədbirin Məhkəmədə həyata keçirilən icraat dövründə qüvvədə saxlanması barədə qərar qəbul edilmişdir.2013-cü il iyunun 18-də müvəqqəti tədbirin aradan qaldırılması barədə Hökumətin göndərdiyi dördüncü müraciəti ilə əlaqədar Məhkəmə bildirmişdir ki, həmin tədbir Məhkəmədə həyat keçirilən icraatın sonunadək tətbiq olunacaq.2013-cü il iyulun 10-da Məhkəmə məlumatlandırmışdır ki, “Vinter və digərləri Birləşmiş Krallığa qarşı” (Vinter and Others [GC] (nos. 66069/09, 130/10 and 3896/10, 9 July 2013) işi üzrə Dövlət Şurası və Böyük Palata tərəfindən qərarların qəbul edilməsini nəzərə alaraq hazırkı işin araşdırılması təxirə salınır.İşin müddəti barədə Hökumətin sorğusuna cavab olaraq 2013-cü il sentyabrın 25-də bildirilmişdir ki, işinə araşdırılması oktyabrın sonunda və ya noyabrın əvvəlində başlanacaq.2013-cü il oktyabrın 18-də Məhkəmə tərəflərə bildirmişdir ki, şikayəti araşdıran Palata işi Konvensiyanın 30-cu maddəsinə uyğun olaraq Böyük Palataya təqdim edilməsi barədə qərar qəbul etmişdir.2013-cü il 31 oktyabr tarixli məktubu ilə ərizəçi bununla bağlı müsbət cavab göndərmişdir. Hökumət isə 2013-cü il 8 noyabr tarixli məktubunda işin Böyük Palataya təqdim edilməsindən imtina etmişdir.
D. Ekstradisiya olunanadək təcridxanada saxlanma
2012-ci il iyunun 24-də onun barəsində təyin edilmiş cəzanı çəkdikdən sonra (bax: yuxarıda qeyd olunan 11-ci bənd) ərizəçi 1874-cü il 15 mart tarixli “Ekstradisiya haqqında” Qanunun 3-cü hissəsinə uyğun olaraq ekstradisiya olunanadək təcridxanaya yerləşdirilmişdir.2012-ci il iyunun 7-də ərizəçi azadlığa buraxılması barədə Nivelles rayon məhkəməsinə birinci müraciətini təqdim etmişdir. 2012-ci il 12 iyun tarixli əmri ilə müşavirə palatası həmin müraciəti rədd etmişdir. Həmin əmr Brüssel Apellyasiya Məhkəməsinin İttihamlar idarəsi tərəfindən 2012-ci il iyunun 28-də qüvvədə saxlanmışdır.Bundan sonra əvvəl Brüqqenin sonra isə Hasseltin təcridxanalarına köçürülmüş ərizəçi 2012-ci il avqustun 13-də azadlığa buraxılması ilə bağlı Hasselt rayon məhkəməsinə şikayət təqdim etmişdir. 2012-ci il avqustun 24-də müşavirə şurası həmin müraciəti təmin etmişdir. Prokurorun protesti əsasında Antverpen Apellyasiya Məhkəməsinin İttihamlar idarəsi bu qərarı ləğv edərək ərizəçinin müraciətini rədd etmişdir.2012-ci il dekabrın 3-də ərizəçi azadlığa buraxılması ilə əlaqədar üçüncü dəfə müraciət etmişdir. 2012-ci il 14 dekabr tarixli əmri ilə Hasselt rayon məhkəməsinin müşavirə palatası müraciəti əsassız hesab etmişdir. Ərizəçi Antverpen Apellyasiya Məhkəməsinə şikayət etmiş və sonuncu İttihamlar idarəsi 2013-cü il yanvarın 10-da əmrin qüvvədə saxlanması barədə qərar qəbul etmişdir.2013-cü ilin yanvar ayında ərizəçi Mons təcridxanasına keçirilmiş və dördüncü dəfə azadlığa buraxılması ilə əlaqədar şikayət etmişdir. Həmin müraciət Mons rayon məhkəməsinin müşavirələr palatası tərəfindən2013-cü il fevralın 4-də və Mons Apellyasiya Məhkəməsinin İttihamlar idarəsi tərəfindən2013-cü il fevralın 21-də əsassız hesab edilmişdir.2013-cü il avqustun 23-də ərizəçi İttre təcridxanasına keçirilərək azadlığa buraxılması ilə əlaqədar beşinci dəfə müraciət etmiş və bu müraciət əvvəl Nivelles rayon məhkəməsinin müşavirə palatası 2013-cü il 28 avqust tarixli əmri ilə bundan son isə Brüssel Apellyasiya Məhkəməsinin İttihamlar idarəsi tərəfindən 2013-cü il sentyabrın 12-də rədd edilmişdir.2013-cü il sentyabrın 5-də ərizəçi onun iki uşağının anası olan Belçika vətəndaşı ilə nikaha daxil olmaq üçün İttre təcridxanasından Brüqqe təcridxanasına keçirilmişdir.
E. Ərizəçinin ekstradisiyası
2013-cü il oktyabrın 3-də ərizəçiyə Brüqqe təcridxanasından İttre təcridxanasına keçirilməsi barə məlumat vermişdilər. Faktiki olaraq o Melsbroek hərbi hava bazasına aparılmış və orada onu Federal İstintaq Bürosunun əməkdaşı gözləmişdir. Həmin gün 11.30 o ABŞ-a ekstradisiya edilmişdir.Ədliyyə naziri ərizəçini yola salınması ilə əlaqədar həmin gün 13.30-da press-reliz dərc etmişdir.15.00-da ərizəçinin vəkili Brüssel rayon məhkəməsinin sədrinə təcili müraciət təqdim etmişdir. 18.30-da verilmiş əmrdə bildirilmişdir ki, Belçika Dövləti Məhkəmə tərəfindən tətbiq edilmiş müvəqqəti tədbiri mümkün qədər olduğu müddət ərzində icra etmişdir və beş min Avro məbləğində cərimənin ödənilməsi ilə ərizəçi ekstradisiya oluna bilər. Məhkəmə həmin əmrdən verilmiş şikayətlər barədə məlumatlandırılmamışdır.
F. Ərizəçinin ABŞ-da təcridxanada saxlanması
ABŞ-da ərizəçi dərhal təcridxanaya yerləşdirilmişdir. 2013-cü il oktyabrın 7-də vəkillə təmin olunaraq ərizəçi Kolumbiya Dairəsinin rayon məhkəməsinə gətirilmiş və orada ona irəli sürülən ittihamlar bəyan olunmuşdur.Ərizəçi hal-hazırda Stənfordda (Virciniya ştatı) yerləşən Rappahannock təcridxanasında saxlanılır. 2013-cü il noyabrın 1-də təcridxana rəhbərliyi Belçikanın səlahiyyətli orqanlarına məlumat vermişdir ki, ərizəçi digər saxlanılan şəxslər kimi eyni şəraitdə saxlanılır.Ərizəçinin ABŞ-dakı vəkil tərəfindən Məhkəməyə ünvanlanmış 2013-cü il 6 noyabr tarixli elektron poçta əsasən ərizəçiyə poçt göndərmək hüququ təqdim edilmiş, lakin onun budun məktubları tərcümə olunur və ABŞ Hökuməti tərəfindən əvvəlcədən oxunur. Eybi zamanda o ailə üzvləri ilə telefonla danışa bilir, lakin həmin an tərcüməçi iştirak edir. Yaxın qohumlara ona baş çəkmək üçün viza əldə etməlidirlər.Ərizəçiyə onun vəkili baş çəkirdi. Vəkil 2013-cü il 7 dekabr tarixli məktubunda ərizəçinin ailəsinə bildirmişdir ki, o tək adamlıq kamerada yerləşdirilmişdir. Vəkil ərizəçinin psixiki durumu barədə narahatlığını ifadə etmişdir.
...
HÜQUQİ MƏSƏLƏLƏR
1.ƏRİZƏÇİNİN EKSTRADİSİYASI İLƏ ƏLAQƏDAR KONVENSİYANIN 3-CÜ MADDƏSİNİ POZUNTUSU İDDİASI
Ərizəçi bildirmişdir ki, Belçika Hökumətinin onu transfer etməsi barədə qərarı Konvensiyanın 3-cü maddəsini pozur:
“ Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
...
B. Mahiyyət
1. Tərəflərin izahatları
(a) Ərizəçinin qeydlər
Ərizəçi iddia etmişdir ki, ABŞ-a ekstradisiyası o, Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalmışdır. O bildirmişdir ki, ekstradisiya olunduğu A və B cinayətləri ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır və bu cəza de facto azaldıla bilməz və o həmin cəzaya məhkum olunsa azadlığa nə vaxtsa çıxmaq üçün onun perspektivləri olmayacaq.Ərizəçi 2009-cu il 11 noyabr və 2010-cu il 10 avqust tarixli diplomatik notalarda göstərilən faktiki məlumatlardan fərqli olaraq qeyd etmişdir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasının azaldılması üçün imkan yoxdur. Ərizəçi qeyd etmişdir ki, ABŞ-ın səlahiyyətli orqanları xüsusilə milli təhlükəsizliyi ilə bağlı ağır cinayətlərlə əlaqədar yalnız cəzaların əvəzləşdirilməsi institutuna istinad etmişdirlər, lakin onun ittiham olunduğu terrorçuluq cinayətləri ilə əlaqədar təyin edilmiş cəzanın əvəzləşdirilməsi və ya Prezidentin sərəncamı ilə əfv olunması məsələsi barədə məlumatları yoxdur. Prezident Klintonun 1999-cu ildə qəbul etdiyi əfv sərəncamı bu məsələyə aid deyil. Bu misal 2001-ci il sentyabrın 11-dən “islam terrorçuluğu”na qarşı müharibənin başlanmasından sonrakı vəziyyətlə oxşarlığı yoxdur. Məhz bu kontekstdə ərizəçiyə qarşı ittihamlar irəli sürülür.Ərizəçi hesab edir ki, əks məlumatları təqdim etmək üçün Hökumət tərəfindən istifadə olunan mənbələr ehtiyatla araşdırılmalıdırlar. Hökumət bildirməmişdir ki, İnsan hüquqları üzrə Birinci QHT tərəfindən dərc olunmuş araşdırmadan sonra onun rəhbəri ABŞ hökumətində vəzifə almışdır. Eyni zamanda ərizəçi təqdim olunan məlumatların keyfiyyətini sual altına qoymuşdur. Ərizəçi müəyyən etmişdir ki, terrorçuluqda ittiham olunan şəxslərin saxlanma şəraitinə əhəmiyyət verilməməlidir, baxmayaraq ki, həmin məsələ “Babar Ahmad və digərləri Böyük Britaniyaya qarşı” işi üzrə Məhkəmənin qərarında əsas məsələ hesab olunmuşdur. Misal üçün ABŞ-da terrorçuluqda ittiham olunan müsəlman məhkumlarına dəstək göstərən “Cage Prisoners” adlı QHT tərəfindən həyata keçirilmiş təhlil nəticəsində müəyyən edilmişdir ki, həmin məhkumlar çox pis şəraitdə saxlanılırlar, ayrı-seçkiliyə məruz qalırlar, onlardan etirafedici ifadələrin alınması üçün işgəncələr istifadə edilir, onlar barəsində qeyri-mütənasib və ədalətsiz cəzalar təyin olunur və sair.Ərizəçi Hökumətin verdiyi məlumatlardan fərqli olan digər statistik məlumatları təqdim etmişdir. O bildirmişdir ki, statistik məlumatlarda qeyd olunan orta hesabla 8,4 il müddətində azadlıqdan məhrumetmə cəzasının hesablanması zamanı ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərə alınmışdır və məhkəmə baxışı zamanı azadlığa buraxılmış və ya şərti olaraq azadlığa buraxılmış məhkum edilmiş şəxslərin saxlanılma müddətini qeyd etmişdir. Bu araşdırmalarda hesabat dövrü ərzində tutulmuş lakin barələrində hökm çıxarılmamış şəxslər nəzərə alınmamışdır. Bundan sonra ABŞ-ın Ədliyyə İdarəsi müxtəlif rəqəmlər təqdim etmişdir: 2001-ci il sentyabrın 11-dən 2010-cu il martın 18-dək barələrində məhkəmə araşdırılması keçirilmiş 403 şəxs arasından otuz biri barəsində hələ ki hökm çıxarılmamış, on ikisinə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və beş nəfər 60 və daha çox müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdirlər. Ərizəçi Belçikada məhkum edilməsi və ekstradisiyası zamanı cinayət işinin bir neçə yerində adı hallanan Riçard Reydin işini qeyd etmişdir. Riçard Reyd 2003-cü ildə ərizəçiyə qarşı irəli sürülmüş B ittihamı əsasında ayaqqabısında gizli saxlanılan partlayıcı vasitə ilə uçuş zamanı təyyarəni məhv edilməsini planlaşdırdığına görə ömürlük azadlıqdan məhrum edilmiş.Ərizəçi iddia etmişdir ki, həmin iş “Babar Ahmad və digərləri Böyük Britaniyaya qarşı” qərarı üzrə ərizəçilərin məsələsinə uyğun deyil, belə ki o artıq Belçikada ən ağır cəzaya məhkum edilmiş və onun barəsində heç bir yüngülləşdirici hal tətbiq edilməmişdir.Yekunda ərizəçi bildirmişdir ki, onun “azadlığa buraxılacağı ümidi” Prezident tərəfindən əfv olunması və ya cəzanın əvəzləşdirilməsi kimi uğurdan asılıdır və de facto 2001-ci il sentyabrın 11-dəm mövcud deyil. Məhz icra hakimiyyəti orqanını əllərində olan və məhkəmə nəzarəti qaydasında monitorinq olunmayan bu mümkünlük tam ədalətsizdir. Bu məsələ həmişə dəyişkən olan ictimai rəyin və qabaqcadan müəyyən olunan minimal meyarın əsasında formalaşır. Bununla bu məsələ “Vinter və digərləri Böyük Britaniyaya qarşı” qərarda müəyyən olunan əlaqələndirmə və əvvəlcədən bilmə meyarlara ziddir.
b) Hökumətin qeydləri
İlkin qeyd kimi Hökumət bildirmişdir ki, Məhkəmənin Harkins və Edvards, habelə Barbar Ahmad və digərləri Böyük Britaniyaya qarşı işlərdəki kimi mövqeyinə uyğun olaraq ekstradisiya zamanı ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məsələsi təhlil olunmalıdır və nəzərə alınmalıdır ki, ərizəçi onun işinin ABŞ məhkəmələri tərəfindən araşdırılması məqsədilə ekstradisiya edilir və ona qarşı irəli sürülmüş ittihamlar əsasında məhkum olunacağını tam əminliklə demək olmaz. Eyni zamanda nəzərə alınmalıdır ki, ərizəçiyə qarşı irəli sürülmüş A və B ittihamları üzrə müəyyən edilən cinayətlərin əsas elementləri (bax: 13-cü bəndə) mövcud olsa belə ABŞ-ın səlahiyyətli orqanları zəmanət təqdim etmişdirlər ki, həmin cəza yalnız təqdir səlahiyyətin tətbiq edilməsi nəticəsində müəyyən oluna bilər və işi araşdıran məhkəmələr qanunla nəzərdə tutulmuş maksimal xəzanı təyin etməyə borclu deyirlər. Bundan sonra ömürlük azadlıqdan məhrumetmə növündə cəza olunduğu təqdirdə həmin cəzaya yenidən baxılması üçün bir başa və dolayı hüquqi vasitələr mövcuddur. Belə ki, hökmə yenidən baxılması və xəzanın azaldılması üçün vasitələr mövcuddur. Bunlar hamısı ərizəçinin işinin adi məhkəmələr tərəfindən araşdırılacağı, mülki cəzaçəkmə müəssisəsində saxlanılacağı və ölüm hökmünə məhkum olunmayacağı kimi ABŞ-ın səlahiyyətli orqanları tərəfindən təqdim edilmiş zəmanətlərə əlavədirlər . Hökumət bildirmişdir ki, təqdim edilmiş zəmanətləri şübhə altına qoymaq üçün heç bir əsas mövcud deyil. Belçika ABŞ-la 1901-ci ildə ekstradisiya haqqında saziş bağlamışdır və bu vaxtdan ABŞ-ın diplomatik zəmanətlərdən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsi ilə rastlaşmamışdır. Hər halda Hökumətin qeydlərinə əsasən İnsan hüquqları üzə Birinci QHT-nin hesabatında təqdim edilmiş məlumatlara oxşar ABŞ-ın Ədalət İdarəsinin təqdim etdiyi statistik məlumatları onu göstərir ki, A və B ittihamlarda müəyyən edilmiş cinayətlərə görə ərizəçi barəsində maksimal cəzanın təyin edilməsi məsələsi çox məhduddur (bax: yuxarıda qeyd edilən 29-cu bənd). Bu məlumatlar onu göstərir ki, ömürlük azadlıqdan məhrumetmə növündə təyin edilmiş cəza ərizəçinin ittiham olunduğu deyil daha ciddi ittihamlar əsasında təyin olunur. Ərizəçinin qeyd etdiyi Riçard Reydin işi (bax: yuxarıda qeyd edilən 97-ci bəndə) həmin kateqoriyadan olan əlavə sübutdur, belə ki, Reyd cinayəti planlaşdırarkən tutulmuşdur. Digər işlərdə ərizəçi ilə əlaqədar istifadə olunan A və B ittihamlarda müəyyən olunmuş cinayətlərin törədilməsində şübhəli bilinən şəxslər ABŞ-ın qanunu ilə nəzərdə tutulmuş maksimal cəzaya məhkum olunmamışlar. Ərizəçiyə qarşı irəli sürülmüş A və B ittihamlarda müəyyən edilmiş cinayətlərə görə ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın Məhkəmənin “Kafkaris Kiprə qarşı” işində təyin etdiyi “testə” əsasən de jure və de facto azaldıla bilmə qabiliyyətinə malik olmasını müəyyən etmək üçün Hökumət “Babar Ahmad v digərləri Böyük Britaniyaya qarşı” qərarda qeyd olunan əsaslandırmanı istifadə etməyə Məhkəməni dəvət etmişdir. Ərizəçinin ekstradisiyası yalnız onun barəsində təqibin həyata keçirilməsi məqsədilə həyata keçirtdiyini istisna olmaqla mütənasiblik sualının hazırkı işə aid olduğunu güman edərək ilk növbədə qeyd olunmalıdır ki, irəli sürülən ittihamların ağırlığını nəzərə alaraq onun barəsində təyin oluna biləcək cəzanın açıq aşkar ağır deyil. Yeganə sual ondan ibarətdir ki, onun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi fakta baxmayaraq o gələcəkdə azadlığa buraxılmaq imkanına malikdir. Ərizəçinin Dövlət Şurası qarşısında qəbul etdiyi kimi qeyd olunmalıdır ki, 2010-cu il 10 avqust tarixli diplomatik notasında izah edildiyi kimi cəzanın əvəzləşdirilməsi və ya Prezidentin əfvi institutlarının ABŞ mövcud olduğunu nəzərə alaraq ömürlük azadlıqdan məhrumetmə cəzası de jure azaldıla bilər. İkinci, müəyyən edilmişdir ki, cəzanın dəyişdirilməsi və Prezidentin əfv sərəncamları bir neçə işlə əlaqədar tətbiq olunmuşlar və bununla həmin cəza de facto da azaldıla bilər. Hökumət ABŞ-ın Ədliyyə İdarəsinin internet səhifəsində dərc edilmiş 1990-ci ildə bu günədək tətbiq olunan cəzaların əvəzləşdirilməsi praktikasını və Prezident tərəfindən qəbul edilmiş əfv sərəncamları barədə statistik məlumatları göstərmişdir. Onlar bildirmişdirlər ki, ABŞ Prezidenti cəzanın əvəzləşdirilməsi və ya məhkum edilmiş şəxsin əfv edilməsi təcrübəsini istifadə edir. Prezident Corc Buş 2008-ci ildə narkotiklə bağlı cinayət törətmiş və bununla ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxsi əfv etmişdir. Həmin tədbirlər milli təhlükəsizliyə qarşı cinayət törətmiş şəxslərlə bağlı tətbiq olunur. Buna misal ki, ABŞ səlahiyyətli orqanlarının 2010-cu il 10 avqust tarixli diplomatik notasında göstərilən FALN təşkilatının üzvlərinin işini göstərmək olar. Əl-Qaidə ilə bağlı olan terror aktı ilə əlaqədar ömürlük azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər barəsində təyin edilmiş cəzasının əvəzləşdirilməsi və ya onların Prezident tərəfindən əfv olunması faktı üzrə hər hansı digər nəticəyə gəlmək mümkün deyil. Həmin əsaslandırma “İorqov Bolqarıstana qarşı (No.2)” (Iorgov v. Bulgaria (no. 2) (no. 36295/02, 2 September 2010) tətbiq edilmişdir: ABŞ səlahiyyətli orqanları tərəfindən cəzalar təzəlikcə təyin olunduğundan məhkum edilmiş şəxs əfvlə bağlı Prezidentə hələ ki müraciət edə bilməz. Onlar yalnız barələrində təyin olunmuş cəzanın bir hissəsini çəkdikdən sonra əfvlə bağlı müraciət edə bilərlər. Həmin işlərlə əlaqədar əfvin tətbiq olunmaması ilə əfv institutunun tamamilə işlənmədiyini hesab etmək olmaz. Məhkum edilmiş şəxs yalnız cəzanın müəyyən hissəsini çəkdikdən sonra müvafiq vaxtda və ABŞ qanunvericiliyinə əsasən Prezidentə əfvlə və ya cəzanın əvəzləşdirilməsi ilə əlaqədar müraciət edə bilər. Bir neçə hallar və ya şəraitin dəyişdirilməsi həmin tədbirin xeyrinə və ya ona qarşı çıxa bilər, bununla hazırkı mərhələdə ərizəçinin azadlığa çıxmaq imkanına malik olub olmaması ilə əlaqədar mülahizələr bildirmək düzgün hesab edilmir. Eyni zamanda Hökumət iddia etmişdir ki, ABŞ-ın sistemi Məhkəmənin “Vinter və digərləri Böyük Britaniyaya qarşı” qərarda qeyd olunan tələblərə uyğundur, belə ki, həmin işdə Məhkəmə ömürlük azadlıqda məhrumetmə cəzasının mütləq təyin olunacağı ilə əlaqədar öz narahatlığını izah etmişdir, lakin, hazırkı işdə həmin cəzanın təyin olması məhkəmələrin təqdir səlahiyyətindən aşlıdır və heç də mütləq deyil. Prezidentin əfvi qanunvericilikdə nəzərdə tutulmuş tədbirdir və ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə azadlığa çıxmaq üçün kifayət qədər ümid verir. Eyni zamanda qeyd olunmalıdır ki, ABŞ-ın sistemi Birləşmiş Krallığının sistemindən fərqlidir. Birləşmiş Krallıqdan fərqli olaraq ABŞ-da məhkum edilmiş istənilən an cəzanın əvəzləşdirilməsi və ya əfv olunması ilə əlaqədar müraciət təqdim edə bilər. Cəzanın müddəti və mahiyyəti vacib deyil. Məhkum edilmiş şəxs istədiyi sayda müraciətlər edə bilər. Prosedura qaydalarına əsasən müraciətlər əvvəl Ədliyyə İdarəsində fəaliyyət göstərən Əfv üzrə Prokuror tərəfindən qiymətləndirilir və o, ərizəçinin davranışını və cinayətin mahiyyətini araşdıraraq Prezidentə qeyri-rəsmi rəy verir.
2. Məhkəmənin əsaslandırması
İddia olunan pozuntu ərizəçini ABŞ-a ekstradisiyası ilə onu azaldıla bilinməyən ömürlük azadlıqda məhrumetmə cəzasına məhkum edilməklə Konvensiyanın 3-cü maddəsinə zidd olan təhlükəsi altına qoymaqda ibarətdir.Məhkəmə ilk növbədə ömürlük azadlıqdan məhrumetmə növündə cəza ilə və sonradan əcnəbilərin dövlətin ərazisindən çıxarılması barədə 3-cü maddəsi ilə bağlı olan presedent hüququnun vəziyyəti barədə ümumi fikirlərin təhlili ilə öz araşdırmasını başlayacaq. Bundan sonra ekstradisiya olunan ərizəçinin xüsusi vəziyyətini nəzərə alaraq ömürlük azadlıqdan məhrumetmə ilə bağlı olan prinsiplərin tətbiqini nəzərdən keçirəcək.
a) Ömürlük azadlıqdan məhrumetmə ilə əlaqədar tətbiq edilən prinsiplər
Məhkəmənin əsas presedent hüququnda ömürlük azadlıqdan məhrumetmə cəzasını böyüklərə münasibətdə təyin olunması özü özlüyündə Konvensiyanı 3-cü və ya hər-hansı digər maddəsi ilə qadağan olunmur və ya onlara uyğun olmayan kimi (bax: yuxarıda qeyd edilən “Kafkaris Kiprə qarşı”, 97-ci bənd) və ya yüksək dərəcədə qeyri-mütənasib (bax: yuxarıda qeyd edilən, “Vinter və digərləri Böyük Britaniyaya qarşı”, 88 və 89-cu bəndlər) hesab edilmir. Lakin Məhkəmə müəyyən edib ki, böyükləri azaldıla bilinməyə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi 3-cü maddə əsasında məsələnin yaranmasına səbəb ola bilər (bax: yuxarıda qeyd edilən, “Kafkaris Kiprə qarşı”, 97-ci bənd).Bu sonuncu prinsip növbəti iki prinsipə səbəb olur. Ilk növbədə 3-cü maddə ömürlük azadlıqdan məhrumetmə cəzasını tam şəkildə çəkməsinə maneə olmur. Maddə 3 həmin cəzanın de jure və de facto azaldıla bilinməyən kimi olduğunu qadağan edir. İkincisi, ömürlük azadlıqdan məhrumetmə cəzasının hazırkı işdə azaldıla biləcəyini müəyyən etmək üçün Məhkəmə ömürlük azadlıqdan məhrum edilmiş şəxsin azadlığa çıxması ümidinə malik olub-olmadığını araşdırır. Milli hüquq ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın əvəzləşdirilməsini, azaldılmasını, dayandırılmasını və ya şərti olaraq bu cəzadan azad olunmasını nəzərdə tutursa bu halda Konvensiyanın 3-cü maddəsini tələbləri üçün kifayətdir (bax: yuxarıda qeyd edilən, “Kafkaris Kiprə qarşı”, 98-ci bəndə).Son dövrədək Məhkəmənin mövqeyinə əsasən ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın yalnız tənzimləməsi ilə Konvensiyanın 3-cü maddəsi ilə müəyyən olunan tələblər yerinə yetirilir. Bununla Məhkəmə müəyyən etmişdir ki, vaxtından əvvəl azadlığa buraxılması yalnız Dövlət başçısının təqdir səlahiyyətindən (bax: yuxarıda qeyd edilən, “Kafkaris Kiprə qarşı”, 103-cü bənd) və ya cəzanın əvəzləşdirilməsi ya da əfvin digər formalarında olan Prezidentin müstəsna səlahiyyətindən asılı olursa (bax: “İorqov Bolqarıstana qarşı (no. 2)” (Iorgov v. Bulgaria (no. 2), no. 36295/02, §§ 51 to 60, 2 September 2010) həmin mümkünlüyünün müəyyən edilməsi üçün kifayətedici hesab edilir.Yuxarıda qeyd edilən “Vinter və digərləri Böyük Britaniyaya qarşı” işdə Məhkəmə həmin işdə ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın azaldılmaq imkanına malik olduğu kimi necə müəyyən olunacağı kimi problemi yenidən araşdırmışdır. Məhkəmə bu məsələni cəzanın qarşını alan və reabilitasiya edən prinsiplərini nəzərə alaraq araşdırmışdır (bax: 112-ci və 118-ci bəndlər). “Kafkaris Kiprə qarşı qərarda müəyyən edilmiş prinsipləri nəzərə alaraq Məhkəmə qeyd etmişdir ki, ömürlük azadlıqdan məhrumetmə növündə cəza azaldıla bilən kimi hesab olunursa o zaman həmin cəza ömürlük azadlıqdan məhrumetmə zamanı hər-hansı dəyişikliklərin bu dərəcədə vacib olduğunu və reabilitasiyada irəliləyiş məhz davamlı cəzanın penaloji əsaslarla qanuni hesab edilməsini sübuta yetirməyə artıq imkanın olmadığını araşdırmaq üçün yerli səlahiyyətli orqanları tərəfindən təhlil oluna bilər (119-cu bənd). Bundan sonra Məhkəmə birinci dəfə izah etmişdir ki, ömürlük azadlıqdan məhrum edilmiş məhkum azadlığa buraxılması üçün hansı hərəkətləri etməli olduğunu və hansı şəraitdə bunu etmək hüquqa malik olduğunu bilməlidir. Bununla milli qanunvericilik ömürlük azadlıqdan məhrumetmə cəzanın təyin olunması məsələsini yenidən araşdırılması üzrə mexanizmini nəzərdə tutmursa bununla Konvensiyanı 3-cü maddəsi ilə uyğunsuzluq məsələsi sonrakı mərhələdə deyil məhz həmin cəzanın təyin olunması zamanı qalxır (122-ci bənd).
b) Əcnəbilərin çıxarılması ilə bağlı tətbiq edilən prinsiplər
Müəyyən edilmiş presedent hüququna əsasən 3-cü maddə əsasında qadağan edilən davranışla əlaqədar müdafiə mütləq hesab edilir və bununla həmin müddəalar əsasında Razılığa gəlmiş Dövlət tərəfindən hər-hansı şəxsin ekstradisiyası problemlər yarada bilər və şəxsin ekstradisiya olunduğu Dövlətdə 3-cü maddəyə zidd olan rəftara məruz qalacağını güman etməyə real təhlükə mövcuddursa Konvensiya əsasında sorğu edilən Üzv Dövlətin məsuliyyətə cəlb olunması məsələsini qaldırır (bax: “Soyerinq Böyük Britaniyaya qarşı” (bax: Soering v. United Kingdom, 7 July 1989, § 88, Series A no. 161). Pis rəftarın Konvensiyaya üzv olmayan Dövlət tərəfindən edilməsi digər məsələ hesab edilir (bax: yuxarıda qeyd edilən Saadi İtaliyaya qarşı, 168-ci bənd). Həmin işlərdə 3-cü maddə ilə nəzərdə tutulur ki, şəxsin göstərilən ölkəyə çıxarılmaması üzrə hətta həmin ölkə Konvensiyaya üzv deyilsə belə öhdəlik yaradır. Məhkəmə çıxarılma üçün hüquqi əsaslar üzrə fərq qoymur və eyni yanaşmanı həm ekstradisiya həm də ölkədən çıxarılma işlərdə tətbiq edir (bax: yuxarıda qeyd edilən “Harkins və Edvards Böyük Britaniyaya qarşı”, 120-ci bənd və yuxarıda qeyd edilən, “Barbar Ahmad və digərləti Böyük Britaniyaya qarşı”, 168-ci bənd).Eyni zamanda Məhkəmə Dövlətlərin öz əhalisini insan hüquqlarına ciddi təhlükə olan terrorçuluqdan qoruması üzrə problemlərin anladığını təkrar edir. Bununla Məhkəmə bütün fəaliyyəti dövründə dövlətlərin əhalisini öz-özlüyündə insan hüquqlarına ciddi təhlükə hesab olunan terror zorakılığından qorumaq işində üzləşdiyi çətinliklərə kifayət qədər anlamlı münasibət göstərmişdir (bax: “Otman (Abu Qatada) Birləşmiş Krallığa qarşı”, (Othman (Abu Qatada) v. United Kingdom, no. 8139/09, § 183, ECHR 2012). Məhkəmə hesab edir ki, belə bir təhlükə ilə üzləşən Razılığa Gələn Dövlətin heç bir halda barışa bilməyəcəyi terror əməllərinin törədilməsinə köməklik edənlərə qarşı sərt mövqe tutması qanunauyğundur (eyni işə bax). Yekunda Məhkəmə cinayətkarın ədalət mühakiməsindən yayınmamasını təmin etmək və beynəlxalq səviyyədə cinayəti təqib etmək kimi ekstradisiyanın əsas məqsədini diqqətdən qaçırmır (bax: yuxarıda qeyd edilən “Soerinq Böyük Britaniyaya qarşı”, 86-cı bənd).Lakin bu faktorlar, 3-cü maddənin mütləq xarakterini sual altına almamalıdır. Məhkəmə bir neçə işlərdə qeyd etmişdir ki, bu qaydadan istisna mövcud deyil. Buna görə də o, “Çahal Böyük Britaniyaya qarşı” (Chahal v. the United Kingdom, 15 November 1996, §§ 80 et 81, Reports of Judgments and Decisions 1996-V) işi üzrə qərarda bəyan edilmiş belə bir prinsipi bir daha təsdiq etməlidir ki, hətta qəddar rəftar digər dövlət tərəfindən törədildikdə belə, dövlətin 3-cü maddə üzrə məsuliyyətinin yaranıb-yaranmadığını müəyyənləşdirmək üçün qəddar rəftar riskini şəxsin ölkədən çıxarılması üçün irəli sürülən əsaslarla tutuşdurub qiymətləndirmək mümkün deyil (bax: yuxarıda qeyd edilən, “Saadi İtaliyaya qarşı”, 138-ci bənd, “Daudi Fransaya qarşı” (Daoudi v. France, no. 19576/08, § 64, 3 December 2009, və “M.S. Belçikaya qarşı” (M. S. v. Belgium, no. 50012/08, §§ 126 and 127, 31 January 2012).Həmin məsuliyyətin müəyyən edilməsi üçün Məhkəmə sorğu edən dövlətdə vəziyyətin 3-cü maddənin tələblərinə uyğun olub olmadığını qiymətləndirməlidir. Konvensiya onun iştirakçısı olmayan dövlətin hərəkətlərini tənzim etmir və eyni zamanda Razılığa Gələn Dövlətdən Konvensiya standartlarını başqa dövlətlərə tətbiq etməsini tələb edən vasitə kimi çıxış etməyi də qarşısına məqsəd kimi qoymur (bax: yuxarıda qeyd edilən, “Saadi İtaliyaya qarşı”, 138-ci bənd, və “Əl-Skeyni və digərləri Böyük Britaniyaya qarşı”, (Al-Skeini and Others v. United Kingdom [GC], no. 55721/07, § 141, ECHR 2011). Konvensiya əsasında hər hansı məsuliyyət yaranıbsa və ya yarana bilərsə, bu iştirakçı dövlətin üzərinə düşən məsuliyyətdir, ona görə ki, fərdin qadağan olunmuş pis rəftara məruz qalma riski ilə üzləşməsi iştirakçı dövlətin tədbir görməməsinin birbaşa nəticəsidir (bax: yuxarıda qeyd edilən “Soerinq Böyük Britaniyaya qarşı”, 91-ci bənd; “Mamatkulov və Əskərov Türkiyəyə qarşı” (Mamatkulov and Askarov v. Turkey [GC], nos. 46827/99 and 46951/99, § 67, ECHR 2005-I) və yuxarıda qeyd edilən, “Saadi İtaliyaya qarşı”, 126-cı bənd).Sorğu edən Dövlətdə ekstradisiya ilə əlaqədar 3-cü maddəyə zidd olan məsələlər mövcuddursa o zaman Üzv olan Dövlət ekstradisiyanı həyata keçirməməlidir. Bu iddia olunan təhlükənin qarşısını alınması üçün 3-cü maddədə təsbit edilmiş mexanizmdir (bax: yuxarıda qeyd edilən “Soerinq Böyük Britaniyaya qarşı”, 90-ci bənd).
c) Həmin prinsiplərin hazırkı işdə tətbiqi
Məhkəmə qeyd edir ki, ərizəçi ABŞ ekstradisiya edilmiş və orada əl-Qaidə ilə əlaqədar olan ittihamlar üzrə təqib edilmiş və onun günahı sübuta yetirilərsə və o bu cinayətlərin törədilməsinə görə məhkum olunarsa onun barəsində ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin oluna bilər. Bu cəzanın təyin olunması məhkəməni təqdir səlahiyyətindən asılıdır və hakim daha yüngül müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edə bilər.İddia olunan təhlükəni nəzərə alaraq ərizəçinin ekstradisiyası Konvensiyanın 3-cü maddəsinə olub olmadığı Məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə keçmişdə ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı təyin olunması təhlükəsi ilə bağlı məsələləri bir neçə dəfə təhlil etmişdir. Hər bir işdə Məhkəmə ekstradisiya olunan şəxsin təhlükə altına qoyub qoymadığını və ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə həmin şəxsin cəzasının azaldılması və ya azadlığa çıxması üçün ümidin olmasını sorğu edən tərəfin təqdim etdiyi diplomatik zəmanətlər əsasında müəyyən edir (bax: “Nivet Fransaya qarşı” (Nivette v. France (dec.), no. 44190/98, ECHR 2001-VII); “Eynhorn Fransaya qarşı” (Einhorn v. France (dec.), no. 71555/01, ECHR 2001-XI); “Salem Portuqaliyaya qarşı” (Salem v. Portugal (dec.), no. 26844/04, 9 May 2006; “Olayeçea Kahus İspaniyaya qarşı” (Olaechea Cahuas v. Spain, no. 24668/03, ECHR 2006-X) və “Şuxter İtaliyaya qarşı” (Schuchter v. Italy, (dec.), no. 68476/10, 11 October 2011).Həmin məsələ “Harkins və Edvards Böyük Britaniyaya qarşı” və “Barbar Ahmad və digərləri Böyük Britaniyaya qarşı” içlərdə ortaya çıxır. Həmin işlər üzrə ərizəçilərin əksəriyyəti əl-Qaidə ilə bağlı terrorçu aktlarında iştirakı ilə əlaqədar cinayətlərə görə təqibin həyata keçirilməsi üçün Böyük Britaniyadan ABŞ-a ekstradisiya ilə üzləşməsi təhlükəsi ilə təhdid olunmuşlar və günahları sübut olunduğu təqdirdə onlar mütləq təyin olunan və ya məhkəmənin təqdir səlahiyyəti əsasında müəyyən olunan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum oluna bilərdilər.Milli qanunvericilikdə ömürlük azadlıqdan məhrumetmə növündə cəzası ilə bağlı olan “Kafkaris Kiprə qarşı” işi üzrə qərarında təsbit edilmiş presedent hüququna əsasən (bax: yuxarıda qeyd edilən 112-114-cü bəndlər) Məhkəmə müəyyən etmişdir ki, mühüm mütənasibliyinin mövcud olmadığı halda təqdir səlahiyyəti əsasında təyin olunmuş ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxsin şərti olaraq azadlığa buraxılmaq imkanına malik olmadığı təqdirdə 3-cü maddənin əsasında məsələnin yaranmasına səbəb olur və burada ərizəçinin davamlı olaraq azadlıqdan məhrum edilməsi heç bir qanuni penaloji əsaslarla sübuta yetirilə bilməz və bununla cəza de facto və de jure azaldılma imkanına malik olmayan kimi hesab olunur (bax: yuxarıda qeyd olunan “Harkins və Edvards Böyük Britaniyaya qarşı”, 135-ci bənd və “Barbar Ahmad və digərləri Böyük Britaniyaya qarşı”, 241-ci və 242-ci bəndlər).Bundan sonra Məhkəmə müəyyən etmişdir ki, məhkum edilməmiş və ya ən azı öz cəzalarını çəkməyə başlamış ərizəçilər ABŞ-a ekstradisiya olunduğu təqdirdə onların azadlıqdan məhrum edilməsi penaloji məqsədini daşımadığını sübuta yetirməmişlər. Ən azı buna nail olunubsa ABŞ-ın səlahiyyətli orqanları cəzanın azaldılması üçün müvafiq mexanizmə malik olduğunu göstərməyə imtina etmişlər (bax: yuxarıda qeyd olunan, “Harkins və Edvards Böyük Britaniyaya qarşı”, 140-cı və 142-ci bəndlər və “Barbar Ahmad və digərləri Böyük Britaniyaya qarşı”, 130-cu, 131-ci və 243-cü bəndlər ). Məhkəmə yekunda qeyd edib ki, ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi təhlükəsi ərizəçilərin ekstradisiyası üçün maneə hesab olunmur.Hazırkı işdə Məhkəmə qeyd edib ki, ərizəçi ekstradisiyasından əvvəl “Barbar Ahmad və digərləri Böyük Britaniyaya qarşı” işi üzrə ərizəçilərlə oxşar vəziyyətdə olmuşdur.Ərizəçinin ittiham olunduğu terrorçuluqla bağlı cinayətlərin ağırlığını və cəzanın tətbiq edilməsi ağırlaşdırıcı və yüngülləşdirici halların məhkəmə tərəfindən araşdırıldığından sonra mümkün olduğunu nəzərə alaraq Məhkəmə yuxarıda qeyd edilən işdə tətbiq olunmuş yanaşmaya uyğun olaraq hesab edir ki, məhkəmənin təqdir səlahiyyətinə əsasən təyin olunan ömürlük azadlıqdan məhrumetmə növündə cəza böyük dərəcə qeyri-mütənasib hesab edilmir (bax: yuxarıda qeyd edilən, “Barbar Ahmad və digərləri Böyük Britaniyaya qarşı”, 243-cü bənd).Cavabdeh Hökumət iddia etmişdir ki, ekstradisiya kontekstində həmin cəzanın Konvensiyanın 3-cü maddəsinə uyğunluğunu müəyyən etmək üçün Məhkəmənin “Harkins və Edvards Böyük Britaniyaya qarşı” və “Barbar Ahmad və digərləri Böyük Britaniyaya qarşı” Məhkəmə tərəfindən işlərdə tətbiq olunan “test” hazırkı işdə də tətbiq olunmalıdır və həmin “test”in tətbiqindən “Vinter və digərləri Böyük Britaniyaya qarşı” son işdəki kimi imtina edilməsi üçün heç bir əsas yoxdur.Hökumətin qeydlərinə əsasən diqqət əsasən ərizəçinin ekstradisiyası onun barəsində təqibin aparılması məqsədilə həyata keçirildiyinə və onun məhkum olunmadığına yönəldməlidir. Bununla məhkum edilməsindən əvvəl azadlıqdan məhrum edilməsi növündə cəzanın penaloji məqsədinin daşımadığını və ABŞ-ın səlahiyyətli orqanı tərəfindən müvafiq mexanizmlərinin tətbiq edilməsi tərzi üzrə hər-hansı mülahizələr etmək mümkün deyil. Hökumət hesab edir ki, Məhkəmənin “Vinter və digərləri Böyük Britaniyaya qarşı” işdəki (bax:122-ci bənd) yanaşma hazırkı işə uyğun deyil. Belə ki qeyd olunan işdə Konvensiyanın 3-cü maddəsi ilə uyğunluğunun müəyyən edilməsi ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması tarixi hesab edilmişdir, lakin hazırkı işdə ərizəçi hal-hazıradək məhkum edilməmişdir. Məhkəmə hesab edir ki, bununla o, əcnəbilərin çıxarılması məsələsində şəxsin Konvensiyanın 3-cümaddəsində təsbit edilmiş qəddarlığın müvafiq dərəcəsinə uyğun olan davranışdan və ya cəzadan qarşısının alınması kimi həmin müddəanın qabaqlayıcı mahiyyətini istisna edir. Məhkəmə təkrarlayır ki, 3-cü maddə Razılığa gəlmiş Dövləti həmin davranışdan çəkinməyini və ya həmin cəzanın tətbiq etməyini qadağam edir (bax: yuxarıda qeyd edilən, 120-ci bənd). Bundan sonra Məhkəmə “Soyerinq Birləşmiş Krallığa qarşı” işdən sonra ekstradisiya ilə əlaqədar olan digər işlərdəki kimi müəyyən etmişdir ki, o 3-cü maddə əsasında ərizəçiyə olan təhlükəni Hökumətin iddia etdiyi kimi ərizəçinin məhkum edilməsindən sonra deyil onun məhkum edilməsindən əvvəl qiymətləndirilməlidir.Məhkəmənin vəzifəsi ərizəçinin ekstradisiyasının Konvensiyanın 3-cü maddəsinə uyğun olduğuna əmin olmaq və bununla məhkəmənin təqdir səlahiyyətinə uyğun olaraq tətbiq olunan ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın Məhkəmənin presedent hüququnda təsbit olunmuş meyarlara cavab verdiyini müəyyən etməkdən ibarətdir (bax: yuxarıda qeyd edilən, 112-115-ci bəndlər).Bununla əlaqədar Hökumət əmin etmişdir ki, ABŞ-ın sistemi Məhkəmənin həm “Kafkaris Kiprə qarşı” həm də “Vinter və digərləri Böyük Britaniyaya qarşı” tətbiq olunmuş yeni meyarlara cavab verir. Onlar bildirmişdirlər ki, ərizəçi barəsində seçilə biləcək ömürlük azadlıqdan məhrumetmə növündə cəza de jure Konstitusiyaya uyğun olaraq Prezidentin əfv sərəncamı və ya cəzanın əvəzləşdirilməsi ilə azaldıla bilər. Ərizəçi barəsində hökm qanuni qüvvəyə minəndən sonra o, bununla bağlı istənilən an istədiyi qədər müraciət edə bilər. Onun müraciəti Əfv üzrə prokuror tərəfindən araşdırılır və sonuncu Prezidentə qeyri-rəsmi rəy təqdim edir. Ərizəçinin əfv olunmağın əsasları ABŞ qanunvericiliyinə əsasən daha genişdir nəinki “Vinter və digərləri Böyük Britaniyaya qarşı” işdə qiymətləndirildiyi Britaniyanın müvafiq sistemi. Məhkəmənin təqdir səlahiyyəti əsasında təyin olunan ömürlük azadlıqdan məhrumetmə növündə cəza, həmçinin de facto azaldıla bilir. Hökumət diplomatik zəmanətlərə və ABŞ-ın səlahiyyətli orqanlarının təqdim etdiyi statistik məlumatlara istinad edərək bildirmişdir ki, həmin sənədlərə əsasən ABŞ Prezidenti ömürlük azadlıqdan məhrum edilmiş və milli təhlükəsizliyə aid olan cinayətlərlə əlaqədar məhkum edilmiş şəxslər münasibətdə həmin mexanizmi məqbul hesab etmişdir.Ərizəçi bildirmişdir ki onun “azadlığa buraxılması ümidi” bu 2001-ci il sentyabrın 11-dən de facto yalnız Prezidentin əfv sərəncamının və ya cəzanın əvəzləşdirilməsi barədə qərarın qəbul edilməsi kimi uğurdan asılıdır. Icra hakimiyyəti orqanının təqdir səlahiyyətinə aid olan bu mümkünlük heç bir zəmanət vermirdi və qabaqcadan müəyyən olunmayan meyara əsaslanmışdır. Bununla məhkəmənin təqdir səlahiyyətinə əsasən qəbul edilən bu ömürlük azadlıqdan məhrumetmə növündə cəza Məhkəmənin “Vinter və digərləri Böyük Britaniyaya qarşı” işi üzrə qəbul edilmiş qərarın tələblərinə əsasən de jure və de facto azaldıla bilən kimi hesab oluna bilməz. Məhkəmə anlayır ki, ABŞ səlahiyyətli orqanı tərəfindən 2010-cu il avqustun 10-da təqdim olunmuş diplomatik notada istinad olunan hüquqi müddəalar üzrə mütləq olan və ya təqdir səlahiyyəti əsasında müəyyən olunan ömürlük azadlıqdan məhrumetmə cəzası şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasını nərdə tutmur, lakin müəyyən edir ki, həmin cəzanın azaldılması üçün bir neçə mexanizmlər mövcuddur. Cəza cinayətkarın istintaqla əməkdaşlıq etdiyinə görə azaldıla bilər. Cəza həmçinin humanitar səbəblərə görə azaldıla bilər. Bundan sonra məhkum edilmiş şəxs Konstitusiyaya əsasən cəzanın əvəzləşdirilməsi və ya əfv olunması üçün Prezidentə müraciət edə bilər (bax: yuxarıda qeyd edilən, 27 və 79-83-cü bəndlər).Bundan sonra Məhkəmə qeyd edir ki, ərizəçinin ekstradisiyası ilə əlaqədar Brüssel Apellyasiya Məhkəməsinin İttihamlar idarəsi tərəfindən qəbul edilmiş 2010-cu il 10 iyun tarixli rəyində qeyd olunan tələblərə baxmayaraq (bax: 26-cı bəndə), ABŞ səlahiyyətli orqanları ərizəçinin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi təqdirdə həmin cəzanın əvəzləşdirilməsi və ya azaldılması imkanlarının mövcud olmasına zəmanət verməmişdir (bax: yuxarıda qeyd olunan “Olayeçea Kahus İspaniyaya qarşı”, 43-cü bənd və “Raşinq Niderlanda qarşı” (Rushing v. Netherlands (dec.), no. 3325/10, § 26, 27 November 2012). Bununla hazırkı işdə ərizəçinin 3-cü maddəyə zidd olan cəza kimi təhlükədən müdafiə olunduğunu təmin edən zəmanətin təqdim edildiyini müəyyən etmək vacib hesab edilmir. Məhkəmə hesab edir ki, istənilən an ABŞ səlahiyyətli orqanlarının cəzalandırma və qanunvericiliyə əsasən onun azaldılması, habelə prezidentin əfv sərəncamları barədə izahatları ümumi xarakter daşıyırlar və kifayət qədər əsaslandırılmış kimi hesab oluna bilməz (bax, yuxarıda qeyd olunan, “Otman (Abu Qatada) Birləşmiş Krallığa qarşı”, 189-cu bənd).Indi Məhkəmə işin əsas məsələsi olan ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın azaldılması və ya Prezidentin əfv sərəncamların qəbul edilməsi üzrə ABŞ qanunvericiliyinin cəzanın azaldıla bilinməsi mümkünlüyünü və onun Konvensiyanın 3-cü maddəsinə uyğunluğunu qiymətləndirməyə başlayır.Bu sualın cavablandırılması üçün uzun təhlil aparılmamışdır. Məhkəmə sadəcə qeyd etməlidir ki, həmin müddəalar “Kafkaris Kiprə qarşı” qərarı nəzərə alaraq “azadlığa buraxılmasını” qeyd edirsə, həmin ümidlə əlaqədar təcrübədə hər-hansı şübhələr yarana bilərsə məhkum edilmiş şəxs barəsində ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zamanı səlahiyyətli orqanlar müəyyən edilmiş meyarlar əsasında müəyyən təhlil aparmalı və təyin olunması planlaşdırılan cəzanın hüquqi cəhətdən penaloji əsaslarla davamlı olaraq azadlıqdan məhrum edilməsini sübuta yetirməlidirlər (bax: 115-ci bənd).Həmin şərtlər əsasında Məhkəmə hesab edir ki, “Vinter və digərləri Birləşmiş Krallığa qarşı” qərarı nəzərə alaraq ərizəçiyə münasibətdə təyin oluna biləcək ömürlük azadlıqdan məhrumetmə növündə cəza Konvensiyanın 3-cü maddəsinin məqsədilə azaldıla bilən kimi hesab oluna bilməz. Ərizəçinin bu müddəaya zidd olan rəftara məruz qalması təhlükəsi altına qoymaqla Hökumət Konvensiya əsasında müvafiq məsuliyyət daşıyır.Bununla Məhkəmə bildirir ki, ərizəçinin ABŞ-a ekstradisiyası Konvensiyanın 3-cü maddəsinin pozuntusu ilə nəticələnmişdir.
KONVENSIYANIN 34-CÜ MADDƏSININ POZUNTUSU IDDIASI
Ərizəçi iddia etmişdir ki, onun ABŞ-a ekstradisiyası Məhkəmənin Prosedur Qaydalarının 39-cu Qaydası əsasında Məhkəmə tərəfindən müəyyən olunan müvəqqəti tədbirə zidd olaraq həyata keçirilmişdir və bununla ekstradisiya nəticəsində onun individual şikayət təqdim etmək hüququ pozulmuşdur. Ərizəçinin istinad etdiyi Konvensiyanın 34-cü maddəsində aşağıdakılar təsbit olunmuşdur:
“Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.”
Məhkəmənin Prosedur Qaydalarının 39-cu Qaydasında aşağıdakılar müəyyən edilmişdir:
“1. Palata və ya Bölmənin Prezidenti ya da hazırkı Qaydanın 4-cü bəndinə uyğun olaraq təyin edilmiş hakim tərəflərin və ya hər-hansı digər üçüncü şəxsin sorğusu əsasında tərəflərin və ya icraatın düzgün həyata keçirilməsi kimi maraqları naminə müvəqqəti tədbiri təyin edə bilər.
2. Məqsədəuyğun hesab edildiyi təqdirdə iş üzrə qəbul edilmiş tədbir barədə dərhal Nazirlər Komitəsinə məlumat verilə bilər.
3. Palata və ya Bölmənin Prezidenti ya da hazırkı Qaydanın 4-cü bəndinə uyğun olaraq təyin edilmiş hakim müvəqqəti tədbirin icrası vəziyyəti barədə tərəflərdən məlumat istəyə bilər.”
A. Tərəflərin izahatları
Ərizəçi iddia etmişdir ki, müvəqqəti tədbirin təyin olunmasına baxmayaraq onun ekstradisiyası hüquqi əsası olmadan yalnız siyasi motivlərlə həyata keçirilmişdir. Hökumət ərizəçinin təhlükəli olduğunu sübuta yetirmək üçün heç bir əsas təqdim edə bilməmişdir. Eyni zamanda ərizəçi müəssisədən qaçmaqla və ya digər qanunsuz hərəkətlə əlaqədar istintaqa cəlb edilməmişdir. Əksinə onun saxlandığı müəssisənin rəhbərliyi onun davranışını yalnız müsbət xarakterizə etmişdir. Belçika Hökumətinin yeganə motivi Məhkəmənin ekstradisiya olunduğu təqdirdə Konvensiyanın 3-cü maddəsinin pozulacağını müəyyən edən qərarın qəbul edilməsindən əvvəl ərizəçinin siyasi məqsədlərlə ABŞ-ın səlahiyyətli orqanlarına təhvil etməkdən ibarət olmuşdur. Həmin siyasi motivinin sübutu kimi müvəqqəti tədbirin aradan qaldırılması barədə dəfələrlə müraciətin verilməsini göstərmək olar, lakin Dövlət Şurasına edilən apelyasiya ekstradisiya haqqında qərardan fərqli olaraq dayandırıcı təsirə malik deyil. Bununla Hökumət ərizəçinin individual şikayət vermək hüququnu pozmuşdur. Ərizəçi ekstradisiya olunduqdan sonra bir nəfərlik kamerada dünyadan təcrid edilmiş vəziyyətdə saxlanmış və Məhkəməyə təqdim edilmiş şikayətini müdafiə etməyə imkanlardan məhrum edilmişdir.Hökumət ilk növbədə qeyd etmişdir ki, Məhkəmənin presedent hüququna əsasən və xüsusilə “Mamatkulov və Əskərov Türkiyəyə qarşı” işə (bax: 108-ci bənd) uyğun olaraq müvəqqəti tədbirin məqsədi Konvensiyanın 34-cü maddəsinə uyğun olaraq individual şikayətin tətbiq edilməsini sürətləndirmək və bununla ərizəçiyə bərpaolunmaz ziyanın dəyə biləcəyi Məhkəmə tərəfindən müəyyən olunarsa ərizənin predmetini qorumaqdan ibarətdir. Hazırkı işdə isə Məhkəmə müraciətin əsassız olduğundan müəyyən etməlidir ki, müvəqqəti tədbirin hər-hansı real əsaslandırması mövcud deyil.İkincisi, Hökumət ərizəçinin 2013-cü il oktyabrın 3-də ekstradisiya edildiyi üçün səbəblərini göstərmişdir. Ekstradisiya Dövlət Şurasının Məhkəmənin presedent hüququna istinadən ərizəçinin Konvensiyada təsbit edilmiş hüquqların pozulması iddiasının əsassız olduğunu sübuta yetirən 2013-cü il 23 sentyabr tarixli qərarından sonra təyin edilmişdir. Həm nazir həm də Dövlət Şurası ABŞ-ın səlahiyyətli orqanları tərəfindən təqdim edilmiş zəmanətlər əsasında müəyyən ediblər ki, ərizəçi Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalmayacaq. Bundan sonra ərizəçi Belçikanın hüququna və asayişinə təhlükə yaratmışdır və müəssisədə saxlanılan şəxsləri dinə gətirmək üzrə fəaliyyətlə məşğul olmuşdur. Onun cihadla məşğul olan ekstremist dairələrə yaxınlığı və onun qaçmağa cəhdləri onun təhlükəli olduğunu göstərir və ərizəçi həbsxanada saxlansa idi o istintaq orqanları tərəfindən azadlığa buraxılardı. Hökumət ərizəçinin qaçması və ya azadlığa buraxılması nəticəsində onu ABŞ-a ekstradisiya etmək üzrə öhdəliyini yerinə yetirmək istəyirdi.
B. Məhkəmənin qiymətləndirilməsi
Məhkəmə bundan əvvəl Konvensiyanın sistemi mənasında müvəqqəti tədbirinin çox vacib olduğunu təkrarlamışdır (bax: “Savriddin Djurayev Rusiyaya qaeşı” (Savriddin Dzhurayev v. Russia, no. 71386/10, §§ 211 to 213, ECHR 2013).Məhkəmə indi həmin qərar istinad edir.Hazırkı işi həmin prinsiplərə uyğun araşdıraraq Məhkəmə təkrarlayır ki,2011-ci il dekabrın 6-da ərizəçiyə bildirmişdir ki, onun Məhkəmənin Prosedur Qaydalarının 39-cu Qaydasına uyğun olaraq verdiyi müraciəti qəbul edilmiş və Belçika Hökuməti icraatın maraqları naminə ərizəçinin ABŞ-a ekstradisiyasını həyata keçirməməli idi. Məhkəmə təkrarlayır ki, o bir neçə dəfə, sonuncu dəfə isə 2013-cü il iyunun 18-də müvəqqəti tədbirinin aradan qaldırılması barədə Hökumətin müraciətini rədd etmiş və izah etmişdir ki, həmin tədbir icraatın sonunadək qüvvədə qalacaq. Bununla Hökumət tədbirin mahiyyəti barədə tam məlumatlı olmuşdur.Lakin buna baxmayaraq 2013-cü il oktyabrın 3-də Belçika ərizəçini ABŞ-a ekstradisiya etmişdir (bax: 62-ci bəndə).Hökumət iddia etmişdir ki, müvəqqəti tədbir əsassızdır və məhkəmə onun əsaslı olmasını işin qəbuledilənliyinin araşdırılmasından sonra nəzərdən keçirməlidir.Məhkəmə müəyyən edir ki, o Belçika Hökumətini ekstradisiyanın mümkün hesab edilməsi barədə nazirin əmrinin qəbul edilməsi barədə bildirişin göndərilməsi tarixindən ekstradisiyanın dayandırılmasını tələb etmişdir (bax: 39-cu bəndə). Baxmayaraq ki, ərizəçi həmin əmrindən Dövlət Şurasına şikayət verə bilərdi həmin şikayətlə ekstradisiya dayandırılmırdı və bununla həmin vasitə Konvensiyanın 13-cü maddəsi əsasında səmərəlik tələbinə cavab vermirdi (bax: mutatis mutandis, “Çonka Belçikaya qarşı”(Čonka v. Belgium, no. 51564/99, § 83, ECHR 2002‑I); “Hirsi Camaa və digərləri İtaliyaya qarşı” (Hirsi Jamaa and Others v. Italy [GC], no. 27765/09, § 200, ECHR 2012) və “De Souza Ribeyro Fransaya qarşı” (De Souza Ribeiro v. France [GC], no. 22689/07, § 82, ECHR 2012). Bununla presedent hüququna əsasən həmin vasitənin tükəndirilməməsi məsələsi qeyri-maddi hesab olunur.Hökumət qəbul edir ki, Belçikanın səlahiyyətli orqanları müvəqqəti tədbirə zidd olaraq hərəkət etmişlər. Lakin onların qənaətinə əsasən, həmin yanaşma onunla əsaslandırılmışdır ki, ərizəçi Konvensiyaya zidd olan rəftara məruz qalmayacaq və ərizəçinin qaçmasının və ya onun azadlığa buraxılması barədə məhkəmə qərarının qəbul edilməsin mümkünlüyünü nəzərə alaraq onun ABŞ-a verilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi zəruri olmuşdur. Məhkəmə qarşısında icraat Belçikanın ABŞ qarşısında öhdəliklərin yerinə yetirilməsinə təhlükə yaratmış və ekstradisiyanın dayandırılması ərizəçinin Belçikanın səlahiyyətli orqanlarından yayınması təhlükəsini yaratmışdır.Məhkəmə qeyd edir ki, cavabdeh Dövlət qəsdən ərizəçinin Məhkəməyə müraciəti ilə istifadə etdiyi Konvensiyanın 3-cü maddəsində təsbit edilmiş hüquqlarının təmin edilməsi dərəcəsini azaltmışdır. Ərizəçi Konvensiyaya üzv olmayan Dövlətə verildiyindən və həmin ölkədə onun Konvensiyaya zidd olan rəftara məruz qalacağı iddia olunduğundan Ekstradisiya ilə Konvensiyada təsbit edilmiş müvafiq hüququn pozulması müəyyən edilmişdir.Məhkəmə hesab edir ki, Belçika Hökumətinin təqdim etdiyi istənilən dəlillər onların müvəqqəti tədbirə zidd olduğunu əsaslandırmışdır. Baxmayaraq ki, Hökumət ABŞ-ın səlahiyyətli orqanları münasibətdə öz sıxıntılı mövqeyini və müvəqqəti tədbirin aradan qaldırılması istəyini Məhkəmədən gizlətməmişdir, lakin Hökumət həmin səlahiyyətli qurumlara vəziyyətin izah etməyə və ya ərizəçinin təcridxanada saxlanmasına alternativ olan tədbiri seçməyə cəhd etməmişdir, bununla Belçikanın səlahiyyətli orqanları onu nəzarət altında saxlaya bilərdilər. Bundan sonra Məhkəmə tərəfindən Hökumətin tədbirin ləğvi barədə bütün dəlillərinin, o cümlədən ABŞ-ın səlahiyyətli orqanlarının təqdim etdiyi diplomatik zəmanətlərin araşdırıldığını nəzərə alaraq Dövlət Şurasının qərarı ilə Məhkəmənin həmin zəmanətlərin qiymətləndirilməsini əvəz etmək və Məhkəmə tərəfindən müəyyən edilən müvəqqəti tədbiri ləğv etmək Belçika Dövlətinin səlahiyyətinə aid deyil.Məhkəmə təkrarlayır ki, individual şikayət vermək hüququnun səmərəli istifadəsi tələb edir ki, Məhkəmə ona xas olan prosedura qaydalarına əsasən işi təhlil etsin.Hazırkı işdə isə ərizəçi ABŞ-ın təcridxanasında bir nəfərlik kamerada saxlanılmış və vəkili tərəfindən qeyd edildiyi kimi onun dünya ilə əlaqəsi çox zəif idi (bax: yuxarıda qeyd edilən, 64-67-ci bəndlər). Onun Məhkəmə qarşısında nümayəndəsi ilə birbaşa əlaqəsi olmamışdır. Məhz bu dəlillərin təhlil edilməsi ilə Belçika Hökumətinin bu hərəkətləri ərizəçinin Konvensiyanın 34-cü maddəsində təsbit edilmiş individual şikayət təqdim etmək hüququndan istifadəsini çətinləşdirən kimi hesab etməyə kifayətdir (bax: “Ştukaturov Rusiyaya qarşı” (Shtukaturov v. Russia, no. 44009/05, § 147, 27 March 2008) və “Toumi İtaliyaya qarşı” (Toumi v. Italy, no. 25716/09, § 76, 5 April 2011).İşin materiallarında olan məlumatlara əsasən Məhkəmə hesab edir ki, Məhkəmənin Prosedur Qaydalarının 39-cu Qaydasına əsasən tətbiq edilmiş müvəqqəti tədbirini qəsdən icra etməməklə Hökumət Konvensiyanın 34-cü maddəsində təsbit edilmiş öhdəliklərini yerinə yetirməmişdir.
...
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ
...
2. Ərizəçinin Amerika Birləşmiş Ştatlarına ekstradisiyası nəticəsində Konvensiyanın 3-cü maddəsinin pozulduğunu qət edir;
3. Cavabdeh Dövlətin Konvensiyanın 34-cü maddəsində təsbit edilmiş öhdəliyinin yerinə yetirmədiyini qət edir.
...
Qərar fransız dillərində tərtib edilmiş və 2014-cü il sentyabrın 4-də və bu barədə Məhkəmənin Prosedur Qaydalarının 77-ci Qaydasının 2-ci və 3-cü bəndinə əsasən elan edilmişdir.
Klaudia VesterdikMark Viliger
Məhkəmə katibiSədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq xanım Yudkivskanın xüsusi rəyi bu qərara əlavə edilir[1].
M.V.
K.V.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
[1] Xüsusi rəylər tərcümə olunmamışdır, lakin Məhkəmənin presedent hüququnun HUDOC məlumat bazasından onların Məhkəmənin rəsmi dillərində olan qərara əlavə edilmiş mətnlərini ingilis və fransız dillərində əldə etmək mümkündür.
Full & Egal Universal Law Academy