© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 177 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, avqust-sentyabr
Trabelsi Belçikaya qarşı - 140/10
2014-cü il 4 sentyabr tarixli qərar [Beşinci Bölmə]
Maddə 3
Ekstradisiya
Ərizəçinin məhkum olunacağı təqdirdə barəsində yüngülləşdirilməsi mümkün olmayan ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiq olunacağı müqavilə iştirakçısı olmayan dövlətə ekstradisiyası: pozuntu baş vermişdir
Maddə 34
Şikayət vermək hüququnun həyata keçirilməsinə maneçilik
Şərti olaraq vaxtından əvvəl azad etmə imkanı və yüngülləşdirilməsi mümkün olmayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məruz qalmaq təhlükəsinə baxmayaraq və Avropa Məhkəməsinin müvəqqəti xarakterli tədbir barədə tələbini pozmaqla ABŞ-a ekstradisiya etmə: pozuntu baş vermişdir
Faktlar – Tunis vətəndaşı olan ərizəçi Belçikadan Amerika Birləşmiş Ştatlarına ekstradisiya edilmişdir və terrorçuluqla bağlı cinayət əməllərinə görə mühakimə olunmalı idi. Avropa Məhkəməsi Məhkəmənin Prosedur Qaydalarının 39-cu maddəsi əsasında işə baxılmasını bitirənə qədər ərizəçinin ABŞ-a ekstradisiya edilməməsi barədə Belçika Dövlətinə göstəriş versə də, Belçikanın hakimiyyət orqanları onu ekstradisiya etmişdir.
Hüquqi məsələlər – Maddə 3: Ərizəçi Əl-Qəidə tərəfindən təşviq edilmiş terror aktlarında iştirakla bağlı ittihamlar üzrə ABŞ-a ekstradisiya edilmişdir. Bu aktlara görə onu maksimum ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Bu cəzanın tətbiqi müəyyən mənada məhkəmənin diskresion səlahiyyətinə aid idi. Belə ki, məhkəmə daha yüngül cəza seçərək onu bir-neçə il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edə bilərdi.
Babar Ahmad və Digələri* işində qəbul edilmiş yanaşmaya uyğun olaraq və ərizəçinin ittiham olunduğu terror əməllərinin ağırlığı, həmçinin məhkəmənin bütün yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə almadan cəza tətbiq edə bilməyəcəyi nəzərə alınarsa, diskresion qaydada tətbiq edilə bilinəcək ömürlük azadlıqdan məhrumetmə cəzası heç də tam şəkildə qeyri-mütənasib olmayacaqdı.
Soering** işindən sonrakı ekstradisiya işlərində Məhkəmə ərizəçinin 3-cü maddəyə əsasən üzləşə biləcəyi təhlükəni ex post facto deyil, ex ante, yəni hazırkı işdə ABŞ-da mümkün məhkumluqdan öncə qiymətləndirməli olmuşdur.
ABŞ qanunvericiliyi məcburi və ya diskresion qaydada tətbiq edilməsindən asılı olmayaraq ömürlük azadlıqdan məhrumetmə hallarında cəzadan şərti olaraq vaxtından əvvəl azadetməni nəzərdə tutmur. Lakin belə cəzanı yüngülləşdirməyin bir neçə mümkün vasitələri mövcuddur. Hər bir halda ABŞ-ın hakimiyyət orqanlarının bu cəza ilə bağlı verdikləri izahatlar və cəzanın yüngülləşdirilməsi ilə bağlı ABŞ qanunvericiliyinin mövcud normalarına və Prezident əfvlərinə istinad etmələri çox ümumi xarakterli və qeyri-müəyyən olmuşdur və bunları heç bir halda konkret hesab etmək olmaz. Nəhayət, verilən təminatlardan asılı olmayaraq ərizəçinin məhkum edilməsi mümkün olduğu ömürlük azadlıqdan məhrumetmə cəzasına Konvensiyanın 3-cü maddəsinin mənasında yüngülləşdirilməsi mümkün olan cəza kimi baxıla bilməzdi***.
Hökumət ərizəçini həmin normanın tələblərinə zidd rəftarla üzləşmək təhlükəsinə məruz qoymaqla Konvensiyaya əsasən cavabdeh dövlət kimi məsuliyyəti daşıyır.
Nəticə: pozuntu baş vermişdir (yekdilliklə).
Maddə 34: Belçika Hökuməti tərəfindən irəli sürülmüş dəlillərdən heç biri Məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti xarakterli tədbirlərə əməl edilməməsinə haqq qazandırmamışdır. Misal üçün, Belçika Dövləti təyin edilmiş müvəqqəti xarakterli tədbirdən yan keçmək üçün ABŞ-ın dövlət orqanları tərəfindən təqdim edilmiş diplomatik təminatlarla və ərizənin mahiyyəti ilə bağlı Məhkəmənin rəyini öz qərarı ilə əvəz etməməli idi.
Burada müraciət hüququnun həyata keçirilməsinin səmərəliliyi sarsıdılmışdır. Bu səmərəlilik Məhkəmədən prosesin həyata keçirilməsinin bütün mərhələlərində adi prosedurlarına uyğun olaraq ərizəni araşdırmaq iqtidarında olmağı tələb edir. ABŞ-da tək adamlıq həbsxanada olan ərizəçi Məhkəmədəki nümayəndəsi ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum edilmişdir. Hökumətin hərəkətləri nəticəsində ərizəçinin müraciət hüququnu həyata keçirməsi daha da çətinləşmiş və beləliklə də Konvensiyanın 34-cü maddəsində təsbit olunmuş hüquqların həyata keçirilməsinə maneçilik yaradılmışdır. Buna görə də cavabdeh dövlət Məhkəmənin Prosedur Qaydalarının 39-cu maddəsinə əsasən təyin etdiyi müvəqqəti xarakterli tədbirə bilərəkdən əməl etməməklə Konvensiyanın 34-cü maddəsinə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdur.
Nəticə: 34-cü maddənin tələblərinə əməl olunmamışdır (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 60 000 avro; maddi ziyana görə kompensasiya tələbi təmin edilməmişdir.
* Bax: Babar Ahmad and Others v. the United Kingdom, 24027/07, 10 April 2012, Information Note 151.
** Bax: Soering v. the United Kingdom, 14038/88, 7 July 1989.
*** Bax: Vinter and Others v. the United Kingdom [GC], 66069/09, 130/10 and 3896/10, 9 July 2013, Information Note 165.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy