© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
"TV Vest AS" şirkəti və Pensiyaçılar Partiyası Norveçə qarşı (TV Vest AS & Rogaland Pensjonistparti v. Norway), ərizə № 21132/05
11.12.2008-ci il tarixli qərar [I Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Televiziyada hər hansı siyasi reklamı qadağan edən qanunvericilik müddəasını pozaraq kiçik siyasi partiyanın reklamını yayımladığına görə televiziya şirkətinə cərimə tətbiq edilməsi: pozuntu baş verib
Faktlar – İş üzrə ərizəçi qismində televiziya şirkəti və kiçik siyasi partiyanın (Pensiyaçılar Partiyasının) regional bölməsi çıxış edirlər. "TV Vest AS" şirkəti siyasi reklamı qadağan edən qanunvericilik müddəasını pozaraq Pensiyaçılar Partiyasının siyasi reklamını yayımladığına görə cərimə olunmuşdu. Mübahisəli qadağa daimi və mütləq idi və yalnız televiziyalara şamil olunurdu; digər kütləvi informasiya vasitələrinə siyasi reklama icazə verilirdi. "TV Vest" şirkəti cərimə qərarından məhkəmələrə şikayət etsə də, cəhdləri uğursuz oldu.
Hüquqi məsələlər – Məhkəmə qəbul edir ki, Avropada bu məsələyə dair konsensusun olmaması siyasi diskussiyaların məhdudlaşdırılması məsələsinə nisbətən bu məsələdə dövlətlərə daha geniş qiymətləndirmə sərbəstliyinin verilməli olduğunu göstərir. Siyasi reklamın televiziya vasitəsilə yayımlanmasına qoyulmuş qadağanın əsasını, Ali Məhkəmənin qeyd etdiyinə görə, belə bir ehtimal təşkil edirdi ki, fikirlərin ifadəsi üçün bu cür təsirli və geniş yayılmış vasitədən istifadəyə icazə verilməsi bütövlükdə siyasi diskussiyaların keyfiyyətini aşağı sala bilər. Belə ki, mürəkkəb məsələlər asanlıqla təhrif oluna bilər və nüfuzlu maliyyə qrupları öz ideyalarını yaymaq üçün daha geniş imkanlar əldə edə bilərlər. Lakin Pensiyaçılar Partiyası bu qadağanın əsas hədəfini təşkil edən partiyalar və ya qruplar sırasına daxil deyildi. Əksinə, o, prinsip etibarı ilə bu qadağanın müdafiə etməli olduğu partiyalar sırasına daxil idi. Bundan başqa, proqramları televiziya vasitəsilə geniş işıqlandırılan əsas siyasi partiyalardan fərqli olaraq, Pensiyaçılar Partiyası barəsində, demək olar ki, heç bir məlumat verilmirdi. Beləliklə, televiziyada pullu reklam onun bu kütləvi informasiya vasitəsinin köməyi ilə özü barəsində ictimaiyyətə məlumat verməsi üçün yeganə imkan idi. Qanun əsasında bu cür imkandan məhrum olan Pensiyaçılar Partiyası əsas partiyalarla müqayisədə daha əlverişsiz vəziyyətə düşmüşdü. Nəhayət bu işdə araşdırılan mübahisəli reklam, yəni Pensiyaçılar Partiyasının qısa xarakteristikası və insanların qarşıdakı seçkilərdə ona səs verməyə çağırılması siyasi diskussiyaların keyfiyyətini aşağı sala bilən və ya hər hansı həssas məsələyə toxunan heç bir elementi özündə ehtiva etmirdi. Belə olan halda, digər kütləvi informasiya vasitələrinə nisbətən televiziyanın birbaşa və güclü təsirə malik olması "TV Vest" şirkətinə tətbiq edilmiş qadağa və cəriməyə haqq qazandırıla bilməz. Beləliklə, qadağanın daşıdığı qanuni məqsəd ilə həmin məqsədə nail olmaq üçün istifadə edilmiş vasitələr arasında ağlabatan mütənasiblik əlaqəsi yox idi. Müvafiq olaraq, ərizəçilərin ifadə azadlığı hüququnu həyata keçirmələrinə qoyulmuş qadağa və tətbiq edilmiş cərimə, milli hakimiyyət orqanlarının bu məsələdə geniş qiymətləndirmə sərbəstliyinə malik olmalarına baxmayaraq, demokratik cəmiyyətdə zəruri sayıla bilməz.
Nəticə: pozuntu baş verib (yekdilliklə)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy