© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Uzun Almaniyaya qarşı (Uzun v. Germany), ərizə № 35623/05
02.09.2010-cu il tarixli qərar [V Bölmə]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Məkanı müəyyənləşdirən qlobal sistem (GPS) qurğusu vasitəsilə terrorizmdə şübhəli bilinən şəxsin izlənməsi: pozuntu baş verməyib
Faktlar – 1995-ci ilin oktyabrında ərizəçi və digər şəxs (S.) istintaq aparan hakimin göstərişi ilə nəzarətə götürüldülər, onlar mənsub olduqları sol ekstremist qruplaşmalar tərəfindən təşkil edilmiş partlayışlarda iştirak etməkdə şübhəli bilinirdilər. Bu iki şəxs nəzarət altında olduqlarını anlayaraq S.-in avtomobilində quraşdırılmış ötürücüləri məhv etmək yolu ilə nəzarətdən yayınmağa cəhd etdilər və telefondan istifadə etməyi dayandırdılar. Bunu nəzərə alaraq, 1995-ci ilin dekabrında federal baş prokuror məkanı müəyyənləşdirən qlobal sistem (GPS) qurğusunun tətbiqi vasitəsilə nəzarətin həyata keçirilməsinə sanksiya verdi, dövlət orqanları həmin qurğunu S.-in avtomobilində quraşdırdılar. 1996-cı ilin fevralında ərizəçi və S. saxlanıldılar və daha sonra nəzarət vasitəsilə əldə edilmiş sübutlar əsasında, o cümlədən GPS qurğusunun məlumatları əsasında (həmin məlumatlara əsasən S.-in avtomobilinin olduğu yerlə partlayışlardan birinin törədildiyi yer bir-biri ilə əlaqəli idi) 1995-ci ilin yanvarından dekabrınadək törədilmiş müxtəlif partlayışlarda təqsirli bilindilər. Ərizəçi 13 il müddətinə azadlıqdan məhrum edildi. Onun Federal Ali Məhkəmə və Federal Konstitusiya Məhkəməsinə şikayətləri rədd edildi və sonuncu məhkəmə konkret olaraq qeyd etdi ki, cinayətlərin ağırlığı və ərizəçinin digər nəzarət tədbirlərindən yayınması faktı nəzərə alınarsa, onun şəxsi həyatının toxunulmazlığı hüququna müdaxilə mütənasib dərəcədə idi.
Hüquqi məsələlər – Maddə 8: GPS qurğusu üçüncü şəxsə (S.-ə) məxsus avtomobildə quraşdırılsa da, şübhəsiz ki, ərizəçi barəsində də məlumatların əldə edilməsi məqsədini daşıyırdı, çünki dövlət orqanları əvvəlki araşdırma sayəsində bilirdilər ki, bu iki şəxs avtomobildən birgə istifadə edirlər. Buna görə də ərizəçi qurban statusuna malikdir. Bundan başqa, ərizəçinin işində GPS qurğusunun köməyi ilə aparılmış nəzarət üç aylıq müddət ərzində onların olduğu yerlər və yerdəyişmələri barədə məlumatların mütəmadi toplanılması və saxlanılması məqsədi ilə tətbiq edilmişdi. Öz növbəsində bu məlumatlar dövlət orqanlarına ərizəçinin hərəkət qrafikini tərtib etmək, əlavə araşdırma aparmaq və əlavə sübutları toplamaq imkanı vermişdi və onlar ərizəçinin məhkəmə araşdırmasında istifadə edilmişdi. Müvafiq olaraq, GPS qurğusu vasitəsilə nəzarət və bu yolla əldə edilmiş məlumatların emalı ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil edib.
Müdaxilənin qanunla nəzərdə tutulan olub-olmaması məsələsinə gəlincə, nəzarətə əsas verən qanunvericilik norması mövcud idi[1] və həmin norma ərizəçi üçün əlçatan idi. Həmin normanın ərizəçinin öz hərəkətlərinin hansı nəticələr doğura biləcəyini öncədən görə bilməsinə imkan verən dərəcədə dəqiq olub-olmaması və sui-istifadə hallarına qarşı adekvat təminatların olub-olmaması barədə suallara telekommunikasiyalara nəzarət kontekstində tətbiq edilən daha ciddi standartlara istinadən cavab vermək olmazdı,[2] çünki ictimai yerlərdə yerdəyişmələrə GPS qurğusunun köməyi ilə nəzarət şəxsi həyata daha az müdaxilə təşkil edirdi.
Sözügedən normanın (həmin norma "xüsusilə ağır" cinayətlərlə əlaqədar olaraq fotoşəkillərdən, videoyazılardan və "digər xüsusi texniki vasitələrdən" istifadəyə icazə verirdi) GPS qurğusu vasitəsilə nəzarətə də şamil olunduğu barədə daxili məhkəmələrin rəyinə məhkəmə şərhi yolu ilə qanunvericilik müddəalarının əsaslı olaraq inkişaf etdirilməsi və aydınlaşdırılması kimi baxmaq olar. Avropa Məhkəməsi həmçinin hesab etdi ki, sui-istifadə hallarına qarşı adekvat və səmərəli təminatlar mövcud idi. O, bununla bağlı qeyd etdi ki, birincisi, GPS qurğusunun köməyi ilə nəzarət yalnız xüsusilə ağır cinayətlərlə əlaqədar olaraq və yalnız digər metodlar perspektivsiz və ya mürəkkəb olduğu təqdirdə tətbiq edilə bilərdi; ikincisi, nəzarətin müddətinin qanunla nəzərdə tutulmaması bu tədbirin mütənasibliyinin milli məhkəmələr tərəfindən yoxlanılması vasitəsilə kompensasiya olunurdu; üçüncüsü, müstəqil orqan tərəfindən nəzarətin həyata keçirilməsi üçün qanunvericilikdə ilkin məhkəmə sanksiyasının tələb olunması vacib deyildi, çünki cinayət işlərində bu cür nəzarətin qanuniliyinin sonradan yoxlanılması (və qanunsuz yolla əldə edilmiş sübutların qəbulunun istisna edilməsi) üzrə məhkəmələrin səlahiyyətləri sui-istifadə hallarından yetərli müdafiəni təmin edirdi; və nəhayət, milli məhkəmələr tərəfindən mütənasiblik prinsipinin tətbiqi müxtəlif orqanların koordinasiya olunmayan tədbirləri nəticəsində ərizəçinin tam nəzarət altına alınmasına qarşı yetərli müdafiəni təmin edirdi. Beləliklə, ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş müdaxilə idi.
Bu müdaxilə milli təhlükəsizliyin, ictimai asayişin qorunması, qurbanların hüquqlarının müdafiəsi və cinayətlərin qarşısının alınmasından ibarət qanuni məqsədlər daşıyırdı. Həmçinin bu müdaxilə məqsədlərə doğru mütənasib idi: GPS qurğusunun köməyi ilə nəzarət yalnız daha az müdaxilə təşkil edən metodlar yetərli olmadıqda tətbiq edilmək üçün nəzərdə tutulmuş, nisbətən qısa müddət ərzində (təxminən üç ay) tətbiq edilmişdi və yalnız ərizəçinin cinayət ortağının avtomobilində hərəkət etdiyi zaman ona tətbiq edilirdi. Ərizəçinin tam və hərtərəfli nəzarətə məruz qaldığını söyləmək olmazdı. Araşdırmanın xüsusilə ağır cinayətlərlə əlaqədar olduğunu nəzərə alsaq, GPS qurğusunun köməyi ilə ərizəçiyə nəzarət edilməsi demokratik cəmiyyətdə zəruri idi. Gəldiyi bu nəticəni nəzərə alaraq, Məhkəmə hesab etdi ki, 6-cı maddənin 1-ci bəndi üzrə hər hansı ayrıca məsələ meydana çıxmır.
Nəticə: pozuntu baş verməyib (yekdilliklə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Cinayət Prosessual Məcəlləsinin 100c § 1 № 1 (b) maddəsi.
[2] Misal üçün bax: Veber və Saravia Almaniyaya qarşı (Weber and Saravia v. Germany) (qərardad, ərizə № 54934/00, 29 iyun 2006-cı il, 88 saylı Məlumat bülleteni); Liberti və başqaları Birləşmiş Krallığa qarşı (Liberty and Others v. the United Kingdom) (ərizə № 58243/00, 1 iyul 2008-ci il, 110 saylı Məlumat bülleteni); və Kennedi Birləşmiş Krallığa qarşı (Kennedy v. the United Kingdom) (ərizə № 26839/05, 18 may 2010-cu il, 130 saylı Məlumat bülleteni).
Full & Egal Universal Law Academy