© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Vaynai Macarıstana qarşı (Vajnai v. Hungary), ərizə № 33629/06
08.07.2008-ci il tarixli qərar [II Bölmə]
Maddə 10
10-cu maddənin 1-ci bəndi
İfadə azadlığı
Qanunsuz elan edilmiş totalitarizm simvolunun (qırmızı ulduzun) siyasi nümayişdə geyimə taxılmasına görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunma: pozuntu baş verib
Faktlar – "Totalitarizm" rəmzləri sayılan müəyyən simvolların yayılmasına, ictimai yerlərdə istifadəsinə və ya nümayiş etdirilməsinə görə Cinayət Məcəlləsinin 269/B maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdu. Qırmızı ulduz da bu cür simvollar sırasına aid idi. 2000-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi həmin müddəanın konstitusiyaya uyğunluğunu təsdiq edərək qeyd etdi ki, belə simvolların məhdudiyyətsiz qaydada, açıq şəkildə və ictimai yerlərdə istifadəsinə icazə verilməsi demokratiyaya sadiq olan və xüsusən nasist və kommunist rejimləri tərəfindən təqib olunan insanları təhqir etmiş olardı. Müvafiq olaraq, Macarıstanın tarixi təcrübəsi və bu simvolların onun konstitusiya dəyərləri üçün təşkil etdiyi təhlükə onların istifadəsinə qoyulmuş qadağaya və onlarla mübarizə üçün cinayət qanunvericiliyinin tətbiqinə inandırıcı, obyektiv və əsaslı şəkildə haqq qazandırırdı.
Araşdırılan dövrdə ərizəçi qeydiyyata alınmış sol təmayüllü partiya olan Fəhlə Partiyasının (Munkaspart) sədr müavini vəzifəsini tuturdu. 2003-cü ildə o, totalitarizm simvollarından istifadəyə görə cinayət məsuliyyətinə cəlb olundu, çünki Budapeştin mərkəzində keçirilmiş və nitq ilə çıxış etdiyi icazəli nümayişdə pencəyinə qırmızı ulduz taxmışdı. Təyin olunmuş cəzanın icrası bir illik sınaq müddəti verilməklə təxirə salındı.
Hüquqi məsələlər – Ərizəçinin məhkum olunması onun ifadə azadlığı hüququna müdaxilə təşkil edirdi, bu müdaxilə "qanunla nəzərdə tutulmuşdu" və iğtişaşların qarşısını almaqdan və digər şəxslərin hüquqların qorumaqdan ibarət qanuni məqsəd daşıyırdı. Ərizəçinin işində olduğu kimi ifadə azadlığı siyasi nitq formasında həyata keçirilirsə, o halda bu azadlığa müdaxiləyə yalnız aydın, təxirəsalınmaz və konkret ictimai tələbatla haqq qazandırmaq olar. Qırmızı ulduzun bir çox mənalar daşıdığını nəzərə alsaq, onun taxılmasının tamamilə qadağan edilməsi həddən artıq geniş çərçivəli tədbir idi, çünki bu simvol təkcə totalitarizm ideyaları ilə assosiasiya olunmurdu. Müvafiq olaraq, təhqiramiz ifadələrə aid işlərdə olduğu kimi, bu simvolun hansı kontekstdə istifadə edildiyinin diqqətlə araşdırılması tələb olunurdu. Ərizəçi qanunun aliliyi prinsipini pozmaq niyyətində olmayan qeydiyyata alınmış sol təmayüllü siyasi partiyanın sədr müavini olaraq bu simvoldan qanuni şəkildə təşkil edilmiş dinc nümayişdə istifadə etmişdi. Hökumət Macarıstanda qırmızı ulduzun ictimai yerlərdə nümayişinin real, yaxud hətta az ehtimal olunan iğtişaş təhlükəsini yaratdığına dair hər hansı misal gətirmədi. Demokratiyanın müdafiəsi məqsədi ilə sırf nəzəri təhlükənin qarşısını almağa yönələn bu qabaqlayıcı tədbir "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəlmirdi və Macarıstan qanunvericiliyində ictimai iğtişaşların qarşısını almağa yönələn tədbirləri zəruri edən başqa cinayət əməlləri nəzərdə tutulmuşdu. Bundan başqa, simvolun nümayişinə qoyulan qadağa heç bir fərq qoyulmadan hamıya şamil olunurdu. Sadəcə olaraq qırmızı ulduzun taxılması cinayət sanksiyasına səbəb ola bilərdi və onun nümayişi totalitarizmin təbliği hesab olunurdu. Məhkəmə razılaşdı ki, kommunist rejimi dövründə geniş yayılan simvolun nümayişi bu rejimin keçmiş qurbanlarında və onların qohumlarında narahatlıq yarada bilərdi, amma bu hisslər başa düşülən olsa da, özlüyündə ifadə azadlığma məhdudiyyət qoyulmasına haqq qazandıra bilməz. Macarıstanın plüralizmə keçidindən təxminən iki onillik keçib və hazırda o, Avropa İttifaqının üzvüdür və özünü stabil demokratiyanın mövcud olduğu ölkə kimi göstərə bilib. Müvafiq olaraq, ərizəçinin məhkum olunmasının "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəldiyini hesab etmək olmazdı.
Nəticə: pozuntu baş verib (yekdilliklə)
Maddə 41: Pozuntunun müəyyən edilməsi faktının özü mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil edir
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy