© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 168 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2013-cü il, noyabr
Vallianatos və Digərləri Yunanıstana qarşı – 29381/09 və 32684/09 nömrəli şikayətlər üzrə
2013-cü il 7 noyabr tarixli qərar [Böyük Palata]
Maddə 14
Ayrı-seçkilik
Eyni cinsli cütlüklərin “mülki ittifaqlara” daxil edilməməsi
Faktlar – Birinci ərizə Yunanıstanın iki vətəndaşı, ikinci ərizə isə Yunanıstanın altı vətəndaşı, habelə məqsədi homoseksualistlərə və lezbiyanlara psixoloji və mənəvi dəstək göstərilməsindən ibarət olan təşkilat tərəfindən təqdim edilmişdir. 2008-ci il noyabrın 26-da “Ailə, uşaq və cəmiyyətlə bağlı islahatlar haqqında” 3719/2008 nömrəli Qanun qüvvəyə minmişdir. Həmin Qanunda Yunanıstanda ilk dəfə olaraq “mülki ittifaq” kimi tanınan qeyri-nikah münasibətləri tənzimləyən müddəalar təsbit olunmuşdur. Bu Qanun yalnız fərqli cinsli cütlüklərə şamil edilirdi və eyni cinsli cütlükləri əhatə etmirdi.
Hüquqi məsələlər – 8-ci maddə ilə birlikdə 14-cü maddə
(a) Tətbiq edilməsinin mümkünlüyü – Ərizəçilər öz şikayətlərini 8-ci maddə ilə birlikdə götürülmüş 14-cü maddə əsasında vermişlər və Hökumət bu müddəalarının qəbuledilənliyini mübahisə etməmişdir. Məhkəmə bu yanaşmaya əməl etməyi mümkün hesab edib. Bundan sonra ərizəçilərin münasibətləri “şəxsi həyat” və “ailə həyatı” anlayışlara uyğundur, eyni şəraitdə olan fərqli cinsli cütlüklərin münasibəti kimi. Bununla 8-ci maddə ilə birlikdə götürülmüş 14-cü maddə tətbiq edilir.
(b) Mahiyyət – Ərizəçilər hüquqi cəhətdən onların münasibətlərinin tanınması və münasibətlərin qorunması mənasında fərqli cinsli cütlüklərlə oxşar şəraitdə olmuşlar. Lakin 3719/2008 nömrəli Qanunun birinci bölməsi fərqli cinsli cütlüklərin mülki ittifaqa daxil olmaq imkanını yaradır. Bununla eyni cinsli cütlükləri Qanunun əhatə dairəsindən çıxarmaqla onlara qarşı cinsi oriyentasiyalarına əsasən fərqli münasibətin göstərilməsi ilə nəticələnir.
Hökumət eyni cinsli cütlüklərin 3719/2008 nömrəli Qanunun əhatə dairəsinə salmamasına dair qanunverici orqanın seçimini əsaslandırmaq üçün iki dəlil irəli sürür. İlk növbədə Hökumət vurğulayıb ki, Qanunda təsbit edilmiş mülki ittifaqlar ərizəçilərlə bağlı tətbiq olunsaydı o zaman bu onların mülkiyyət statusu, maliyyə münasibətləri və vərəsəliklə bağlı hüquq və vəzifələrinə təsir göstərərdi, lakin bu məsələ müqavilə əsasında adi qanunlarla tənzimlənir. İkincisi, Hökumət qeyd edir ki, qanunvericilik bir neçə məqsədlərə nail olmaq üçün qəbul edilib: nikahdan kənar doğulmuş uşaqların və tək valideyn ailələrin qorunması (təsviredici hesabatda göstərildiyi kimi) nikah qurmadan uşaqları böyütməyə istəyən valideynlərin istəyinə cavab verməsi və ənənəvi nikah və ailə institutlarının gücləndirilməsi. Bu aspekt eyni cinsli cütlükləri fərqli cinsli cütlüklərdən fərqləndirir, belə ki, birincilərin birgə bioloji uşaqları ola bilməz. Məhkəmə nikahdan kənar doğulmuş uşaqlarla bağlı məsələləri təzim etmək və Hökumətin qeyd etdiyi kimi nikaha daxil olmaq qərarı iki şəxslərin gələcəkdə uşağın doğulması perspektivi olmadan və kənardan müdaxiləsiz qəbul edilməsi anlayışını Yunan cəmiyyətində təşviq etmək qanunverici orqanı üçün Konvensiyanın 8-ci maddəsinin nöqteyi-nəzərdən qanunvericiliyə dəyişiklikləri qanuni hesab edir. Ənənəvi ailələrin qorunması fərqli rəftarda göstərilməsi üçün prinsipcə güclü və legitim əsas kimi hesab edilə bilər. Bununla bu işdə mütənasiblik prinsipinin qorunun qorunmaması kimi məsələnin araşdırılması zəruri hesab edilir.
Qanunvericilik ilk növbədə və ən əsası bu “mülki ittifaq” mənası altında başa düşülən nikah olmayan istənilən formada münasibətləri tanımağa yönəlib. Hər bir halda güman etsək ki, qanunverici orqanın niyyəti nikahdan kənar doğulmuş uşaqların qorunması və nikah institutunun möhkəmləndirilməsi olmuşdur 3719/2008 nömrəli Qanunla mülki ittifaq kimi adlandırılan mülki partnyorluğun yeni forması təqdim olunur və bu Qanunla eyni cinsli cütlüklər istisna olmaqla birgə uşaqların olub olmamasından asılı olmayaraq yalnız fərqli cinsli cütlüklər arasında olan münasibətlərin müxtəlif aspektlərini tənzimləyir.
Hökumət əsasən uşaqla olan fərqli cinsli cütlükləri nəzərdə tutur, lakin valideyn olmayan eyni və fərqli cinsli cütlüklər münasibətdə qanunvericilikdən irəli gələn fərqliliyi əsaslandırmır. Qanunverici orqan üçün nikahdan kənar doğulmuş uşaqlarla bağlı bəzi müddəaları daxil etmək və eyni zamanda eyni cinsli cütlüklərə mülki ittifaqlara daxil olmaq imkanını yaratmaq çətin olmazdı. Yekunda Yunan qanunvericiliyinə əsasən fərqli cinsli cütlüklərin münasibətləri, eyni cinsli cütlüklərin fərqli olaraq 3719/2008 nömrəli Qanunun qəbul edilməsindən öncə həç nikah institutuna həm də Mülki Məcəllənin de facto partyorluğa aid müddəalara əsasən hüquqi cəhətdən tanınırdı. Bununla eyni cinsli cütlüklər fərqli cinsli cütlüklərdən fərqli olaraq mülki ittifaqa daxil olmaqda xüsusilə maraqlı olardı.
Avropa Şurası üzv ölkələri arasında tam razılıq olmasa belə ümumi xətt eyni cinsli cütlüklərin münasibətlərini hüquqi cəhətdən tanımasından ibarətdir. nikahdan kənar qeydiyyata alınmış partnyorluğa icazə verən on doqquz ölkədən Yunanıstan və Litva bunu yalnız fərqli cinsli cütlüklər üçün nəzərdə tutub. Hər hansı ölkənin müəyyən sahədə qanunvericilikdə olan hər-hansı aspektə görə təcrid olunması bu aspektin mütləq Konvensiya ilə ziddiyyət təşkil etdiyini demək olmaz. Lakin, yuxarıda qeyd olunanlara əsasən Hökumət eyni cinsli cütlüklərin 3719/2008 nömrəli Qanunun əhatə dairəsinə salınmamasını əsaslandırmaq üçün güclü və təkzib edilməz dəlilləri təqdim etməmişdir.
Nəticə: pozuntu baş verib (on altı səs lehinə bir səs əleyhinə)
41-ci maddə: 32684/09 nömrəli ərizə üzrə şikayət təqdim edən təşkilat istisna olmaqla hər bir ərizəçiyə mənəvi zərərə görə 5000 Avro məbləğdə təzminat təyin edilir.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy