Van Geyseghem (Van Geyseghem) Belçikaya qarşı [BP] - 26103/95
Qərar 21.1.1999 [BP]
Maddə 6
6-cı Maddənin 3 “c” bəndi
Müdafiəçi vasitəsilə müdafiə
Prosesdə iştirak etməyən təqsirləndirilən şəxin vəkillə təmsil olunması üçün icazə verilməməsi: pozuntu
Faktlar – Belçika vətəndaşı olan ərizəçi 1942-ci ildə anadan olmuşdur və sözügedən vaxtda Hoeilaart (Belçika)-da yaşamışdır. 1987-ci ildə ərizəçi Braziliyadan Belçikaya narkotik maddə daşınması ilə əlaqədar beynəlxalq narkotik maddə alveri ilə bağlı üç hadisədə iştiraka görə Belçika cinayət məhkəməsində ittiham olunurdu. Birinci instansiyada Brüssel Cinayət Məhkəməsi tərəfindən məhkum olunduqdan sonra, apellyasiya şikayəti təqdim etmişdir. O, verdiyi apellyasiya şikayəti ilə bağlı birinci iclasda iştirak etməmiş və Belçika qanunlarına əsasən iştirakı olmadan qəbul edilmiş qərarın ləğv edilməsi üçün müraciət hüququna malik olduğundan, üç illik həbs cəzası və 60 000 Belçika frankı məbləğində cərimə olunması barədə birinci instansiya qərarını qüvvədə saxlayan apellyasiya qərarının ləğv olunması üçün müraciət edir. Bu vəsatətdən sonra iş yeni iclas keçirilməsi üçün Apellyasiya Məhkəməsinə geri göndərilmişdir. Ərizəçi bu iclasda da iştirak etməmişdir. Vəkili məhkəmədə iştirak etmiş və müvəkkilini təmsil etdiyini və cinayət məsuliyyətinə cəlb etnə müddətinin keçdiyi ilə bağlı vəsatət verəcəyini bildirmişdir. Apellyasiya Məhkəməsi vəkilə ərizəçini təmsil etməyə icazə verməmiş və 4 oktyabr 1993-cü ildə verilən qərarla ərizəçinin müraciətini etibarsız elan etdi. Ərizəçinin Kassasiya Məhkəməsinə şikayəti 4 may 1994-cü ildə rədd edilmişdir.
Ərizəçi Brüssel Apellyasiya Məhkəməsinin onun vəkilinə aşağı instansiya məhkəməsinin qərarı ləğv etməkdən imtina qərarından verdiyi apellyasiya şikayəti ilə bağlı özünün iştirak etmədiyi prosesdə vəkilinin onu təmsil etməsinə icazə verməməsindən şikayət edir. O, Konvensiyanın 6-cı Maddəsinin 1 və 3 (c) bəndlərinin pozulduğunu iddia edir.
Hüquqi məsələlər - Maddə 6 § 3 c: Məhkəmə hazırki işin hallarına bənzər halların olduğu Poitrimol Fransaya qarşı (22 sentyabr 1994-cü il, A seriyası №297-A və B) və Lala və Pelladoah Niderlanda qarşı (23 noyabr 1993, A seriyası № 277) işlərindəki prinsipləri təkrar etmişdir. Qeyd olunan üç işin birincisində ərizəçinin məhkəmədə iştirakının vacib olduğu qeyd olunmuşdur, belə ki, ərizəçinin məhkəmədə iştirak hüququ və verdiyi ifadələrin dəqiqliyini yoxlamaq ehtiyacı və onları maraqları müdafiə olunmalı olan zərərçəkmiş tərəfin və şahidlərin ifadələri ilə müqayisə edilməsi baxımından zəruridir. Müvafiq olaraq qanunvericilik əsassız olaraq iştirak etməməkdən çəkindirməlidir. Digər iki işdə qeyd olunmuşdur ki, "cinayət ədalət mühakiməsi sisteminin ədalətli olması prinsipinin əhəmiyyətinə görə müttəhim həm birinci instansiya, həm də apellyasiya məhkəməsində müvafiq şəkildə müdafiə olunmalıdır, bu, Niderland kimi qanunlarına əsasən apellyasiya instansiyasında verilmiş qərara qarşı heç bir etirazın mümkün olmadığı sistemlərdə xüsusilə əhəmiyyətlidir ". Məhkəmə sonuncu marağın üstün olduğunu və ümumi olaraq, təqsirləndirilən şəxsin müvafiq qaydada çağırılmasına baxmayaraq məhkəmədə iştirak etməməsi, hətta üzrlü səbəb olmadığı halda belə, Konvensiyanın 6 § 3-cü maddə altında onun hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi hüququnun ləğv edilməsinə bəraət qazandırmır. Məhkəmə prosesinin ədalətli olub-olmadığını müəyyən etmək və ittiham olunan şəxs iştirak etmədiyi halda məhkəmədə onu təmsil etmək üçün iştirak edən vəkilə bu imkanın verilib-verilmədiyini müəyyən etmək məhkəmələrin vəzifəsidir. Məhkəmə Belçika Hökumətinin, Lala və Pelladoah işləri üzrə qərarlarında ittiham hökmünün qiyabi icraatda (in absentia) ləğv edilməsi imkanının olmaması barədə gəldiyi nəticənin həlledici olması barədəki arqumentini qəbul etmir. "Xüsusilə" ifadəsi ilə əlaqəli hissəyə ikinci dərəcəli kimi baxılmaldır. Əksinə, Məhkəmə müdafiənin maraqlarının üstün tutulmalı olduğunu bildirmişdir. Cinayətdə ittiham olunan hər bir şəxsin vəkil tərəfindən müdafiə olunması ədalətli məhkəmə araşdırmasının başlıca prinsiplərindən biridir. İttiham olunan şəxs məhkəmədə iştirak etməməsi səbəbindən bu hüquqdan məhrum oluna bilməz. Qanunvericilik əsassız iştirak etməmənin qarşısını almağa qadir olmalı olsa belə, onları hüquqi yardım hüququna məhdudiyyət qoymaqla cəzalandıra bilməz. Cavabdehin məhkəmə iclaslarında iştirak etməsi ilə bağlı legitim tələb, müdafiə olunmaq hüququndan məhrum edilməkdən fərqli digər vasitələr ilə təmin oluna bilər. Lala və Pelladoah işlərində elan edilmiş prinsiplər hazırki işdə də tətbiq olunmalıdır. Ərizəçinin özünü müdafiə etmək üçün bir sıra imkanlara malik olmasına baxmayaraq, ərizəçi məhkəmədə iştirak etmədiyi zaman onu müdafiə etməsi üçün vəkili cənab Verstraetenin məhkəmə iclaslarda iştirak etməsinə icazə vermək Brüssel Apellyasiya Məhkəməsinin vəzifəsi idi. Bu hazırki işdə xüsusilə əhəmiyyətli idi, belə ki, cənab Verstraetenin qaldırmaq niyyətində olduğu məsələ, hüquqi məsələ idi. Cənab Verstraeten Məhkəmənin həlledici hesab etdiyi, qanunla nəzərdə tutulan cinayət məsuliyyəti müddəti il bağlı məsələni qaldırmaq istəyirdi. Hətta Hökumətin bildirdiyi kimi, Apellyasiya Məhkəməsi cinayət məsuliyyəti müddəti məsələsini öz təşəbbüsü ilə nəzərdən keçirməli olsa da, vəkil yardımının münaqişələrin həll edilməsi üçün zəruri olması faktı qalmaqda idi və müdafiə hüquqlarının istifadə edilməsi üçün vəkilin rolu vacib idi. Bundan əlavə, 4 oktyabr 1993-cü il tarixindəki qərardan sonra məsələ ilə bağlı hər hansı bir qərarın çıxarıldığı görünmür. Nəticədə, Konvensiyanın 6 (c) § 3-cü Maddəsi ilə birgə götürülməklə 6 § 1-ci Maddəsinin pozulmuşdur.
Nəticə: pozuntu (bir səsə qarşı on altı səs).
Full & Egal Universal Law Academy