© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
VASILIAUSKAS LİTVAYA qarşı
(Ərizə nö. 35343/05)
QƏRAR
STRAZBURQ
20 oktyabr 2015-ci il
Qərar qətidir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Vasiliauskas Litvaya qarşı iş üzrə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palata olaraq aşağıdakı tərkibdə,:
Dean Spielmann, Sədr,
Josep Casadevall,
Guido Raimondi,
Mark Villiger,
Isabelle Berro,
Işıl Karakaş,
Ineta Ziemele,
Khanlar Hajiyev,
Dragoljub Popović,
András Sajó,
Ann Power-Forde,
Nebojša Vučinić,
Paulo Pinto de Albuquerque,
André Potocki,
Ksenija Turković,
Egidijus Kūris,
Jon Fridrik Kjølbro, hakimlər,
və Erik Fribergh, Katib,
4 İyun 2014-cü il və 2 İyul 2015-ci il tarixlərdə qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:
PROSEDUR
1. İş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, Litva vətəndaşı cənab Vytautas Vasiliauskas (“ərizəçi”) tərəfindən 30 İyul 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Litva Respublikasına qarşı şikayət ərizəsi (nö. 35343/05) əsasında başlanılmışdır.
2. Hüquqi yardım ilə təmin edilmiş ərizəçi Vilnüsdə fəaliyyət göstərən hüquqşünas cənab Š. Vilčinskas tərəfindən təmsil olunub. Litva Hökumətini (“Hökumət”) onun hazırki nümayəndəsi xanım Karolina Bubnytė təmsil edib.
3. Ərizəçi şikayət edirdi ki, onun soyqırım cinayətinə görə məsuliyyətə cəlb olunması Konvensiyanın 7-ci maddəsinin pozuntusunu təşkil edib, xüsusən də ona görə ki, milli məhkəmələrin həmin cinayəti geniş təfsir etməsinin beynəlxalq hüquqda heç bir əsası olmayıb.
4. Ərizə Məhkəmənin İkinci Seksiyasına (Məhkəmə Qaydalarının 52 § 1 maddəsinə müvafiqən) yönəldilib. 16 İyun 2009-cu ildə Seksiya Sədri ərizə barədə Hökuməti məlumatlandırmağa dair qərar verir.
5. 17 Sentyabr 2013-cü ildə İkinci Seksiyanın Palatası hakimlər Guido Raimondi, Danutė Jočienė, Peer Lorenzen, Dragoljub Popović, Işıl Karakaş, Nebojša Vučinić və Paulo Pinto de Albuquerque və həmçnin Seksiya Katibi Stanley Naismith`dən ibarət tərkibdə qərara gəlirlər ki, iş baxılması üçün Böyük Palataya verilsin, tərəflərin heç biri buna etiraz etməyib. (Konvensiyanın 30-cu və Qaydaların 72-ci bəndinə müvafiqən).
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci bəndlərinin tələblərinə və Məhkəmə Qaydalarının 24-cü bəndinə əsasən müəyyən edilib.
7. Ərizəçi və Hökumət hər biri mahiyyət məsələləri və qəbuledilənliklə bağlı öz yazılı mülahizələrini təqdim ediblər.
8. Əlavətən, Böyük Palatanın sədri tərəfindən (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Qaydalarının 44-cü maddəsinə uyğun olaraq) prosesin yazılı çəkişməsinə üçüncü şəxs (intervener) qismində buraxılmış Rusiya Federasiya Hökuməti yazılı rəyini təqdim edib.
9. 4 İyun 2014-cü ildə Strasburqda İnsan Hüquları evində açıq iclas keçirilib. (Qaydaların 59-cu maddəsinin 3-cü bəndi).
Məhkəmə iclasında iştirak etmişlər:
(a) Hökumət tərəfdən
Xn.K. Bubnytė, Ədliyyə Nazirliyi,Təmsilçi,
Xn. L. Urbaitė, Ədliyyə Nazirliyi,Vəkil,
Cn.W. A. Schabas, Middlesex Universiteti,Vəkil,
(b) Ərizəçi tərəfdən
Cn.Š. Vilčinskas Vəkil.
Məhkəmə xanım Bubnytė, Schabas və Vilčinskas cənablarının ifadələrini, həmçinin onların hakimlər Power-Forde, Ziemele, Pinto de Albuquerque, Sajó, Spielmann, Turković və Vučinićin suallarına cavablarını dinlədi.
FAKTLAR
I. İŞİN HALLARI
10. Ərizəçi 21 Oktyabr 1930-cu ildə Tauragedə doğulub və yaşayıb.
A. Tarixi zəminin xülasəsi
11. 23 Avqust 1939-cu ildə İosif Stalinin rəhbərlik etdiyi Sovet İttifaqı (bundan sonra bəzən həm də“SSRİ”), Hitlerin rəhbəri olduğu Almaniya ilə hücum etməmək barədə anlaşma (“Molotov-Ribbentrop Paktı”) imzaladı. Tərəflərin eyni tarixdə qəbul etdiyi, 28 Sentyabr 1939-cu il və 10 Yanvar 1940-cı ildə dəyişikliklər edilmiş məxfi əlavə protokola əsasən, o vaxtlar hələ müstəqil dövlətlər olan Litva və Baltikyanı Dövlətlər onların gələcək “ərazi və siyasi yenidənbölüşdürülməsi” halında SSRİ-nin maraq dairəsi kimi tanınırdı. Almaniyanın 1 Sentyabr 1939-cu ildə Polşanı işğalından və ardınca İkinci Dünya Müharibəsi başlandıqdan sonra, Sovet İttifaqı Molotov-Ribbentrop Paktına və onun əlavə protokoluna istinad edərək Baltikyanı dövlətlərin hökumətlərinə bu ölkələrin üzərinə nəzarəti ələ almaq üçün ciddi təzyiq göstərməyə başladı.
12. Məhdudiyyətsiz sayda Sovet ordusunun Baltikyanı ölkələrdə yerləşməsinə rüsxət verilməsi barədə ultimatumun ardınca, 15 İyun 1940-cı ildə Sovet ordusu Litvanı işğal etdi. Litva hökuməti vəzifəsindən kənarlaşdırıldı, yeni hökumət isə SSRİ-nin yeganə siyasi partiyası olan Sovet İttifaqı Kommunist Partiyasının nəzarəti altında formalaşdırıldı. 3 Avqust 1940-cı ildə Sovet İttifaqı Litvanın “Litva Sovet Sosialist Respublikası” (bundan sonra “LSSR”) adı altında SSRİ-nin tərkibinə qatılması (inkorporasiyası) haqqında aktla ölkənin ilhaqını (anneksasiyasını) başa çatdırdı. 1941-ci ildə həmin ərazini Nasist Almaniyasının qüvvələri işğal etdi. 1944-cü ilin İyulunda sovet hakimiyyəti Litva ərazisində yenidən bərpa edildi. (bax: Kuolelis və Başqaları Litvaya qarşı, nö. 74357/01, 26764/02 və 27434/02, § 8, 19 Fevral 2008-ci il, və həmçinin Ždanoka Latviyaya qarşı [GC], nö. 58278/00, § 12 və 13, AİHM 2006IV).
13. Litvada ümumxalq partizan hərəkatı başladı. Bütünlüklə silahlı və silahsız müqavimətin hədəfi Litvanın azad edilməsi və müstəqilliyinin bərpası idi. 1949-cu ildə tamamiylə parizan təşkilatı olan Litvanın Azadlığı uğrunda Mübarizə Hərəkatı (Lietuvos laisvės kovos sajūdis (“LKKS”)) yaradıldı. 16 Fevral 1949-cu ildə təşkilat Bəyannamə qəbul edərək bəyan etdi ki, LKKS Şurası “xalqın azadlıq uğrunda siyasi və hərbi mübarizəsinə rəhbərlik edən xalqın ən yüksək siyasi qurumudur (aukščiausias tautos politinis organas, vadovaująs politinei ir karinei tautos išsilaisvinimo kovai)”. NKVD (Xalq Daxili İşlər Commissarlığı, Narodnyy Komissariat Vnutrennikh Del), MQB (Dövlət Təhlükəsizlik Nazirliyi, Ministerstvo Gosudarstvenoj Bezopastnosti) və digər orqanlarda təşəkkül tapmış sovet repressiya strukturları, müqaviməti durdurmağa çalışırdılar. Repressiv təşkilatların sistemi dəfələrlə yenidən təşkil edildi. Bu strukturların rəhbər və operativ işçi heyətinin əksəri SSRİ-dən Litvaya göndərilmiş qeyri-litvalılar idi. 1950-ci illərdə partizan hərəkatı Sovet hakimiyyət orqanları tərəfindən yatırıldı, hərçənd ayrı-ayrı partizan dəstələri 1953-cü il – LKKS-nin rəhbərliyi ələ keçirilib qətl edildiyi ilə qədər müəyyən müddət fəaliyyət göstərdilər.
14. Litva 11 Mart 1990-cı ildə müstəqilliyini yenidən əldə etdi; bu SSRİ tərəfindən rəsmən 6 Sentyabr 1991-ci ildə tanındı. Rus ordusu 31 Avqust 1993-cü ildə Litvanı tərk etdi.
B. Ərizəçinin MQB-də karyerası və soyqırıma görə məhkum olunması
1. Ərizəçinin Litva SSR-nin MQB-sindəki statusu
15. Hökumət Litva Xüsusi Arxivindən (Lietuvos ypatingasis archyvas) ərizəçinin Litva SSR-nin MQB-si üçün işlədiyi dövrə dair xidməti qovluğuna daxil sənədləri Məhkəməyə təqdim edib. Sənədlər rus dilindədir və onları Litva dilinə Kaunas rayon xalq prokurorluğundan olan tərcüməçi tərcümə edib. Belə görünür ki, prokuror 2001-ci ildə ərizəçiyə ittiham irəli sürərkən bu sənədlərə fistinad edib (aşağıda 29-cu paraqrafa bax). Sənədlərdə aşağıdakı məlumatlar öz əksini tapır:
16. 1950-1952-ci illər arası ərizəçi Vilnüsdə yerləşən Litva SSR MQB-nin Məktəbində oxuyub.
17. 8 Aprel 1952-ci ildə ərizəçi kiçik əməliyyat müvəkkili (əməliyyat agentinin köməkçisi, operatyvinis įgaliotinis) qismində işə götürülüb, və 15 Sentyabr 1952-ci ildən LSSR MQB-nin Šakiai rayon bölməsinin əməliyyat müvəkkili/agenti işləyib. 1 İyul 1953-cü ildən ərizəçi MQB-də, sonradan KQB-də baş əməliyyat müvəkkili olub.
18. MQB-nin Šakiai rayon bölməsinin Kommunist Partiyası üzv həmkarlarının 2 Mart 1953-cü il tarixli görüşünün Protokolunda qeyd olunur ki, görüşün gündəliyi “SSRİ Mərkəzi Komitəsinin qərarlarının, və SSRİ MQB-nin və LSSR MQB-nin [Šakiai] rayon millətçi elementlərin məhv edilməsinə dair göstərişlərinin” müzakirəsinə həsr olunub. Protokolda daha sonra qeyd olunur ki, MQB-nin Šakiai rayon bölməsi işçisi çağırış etmişdir ki, çox yaxın gələcəkdə “bandit və millətçi gizli-yeraltı təşkilatlanmanın kökü kəsilməlidir”. Kommunist partiyası rayon bölməsi sakinlərin “bandit və millətçi gizli-yeraltı təşkilatlanma” barəsində maariflənməsinə daha çox səy göstərməyə təşviq edilib. Protokolda ərizəçinin “onların [onun işlədiyi MQB bölməsinin] hədəfi banditləri, onlara kömək edənləri və onların əlaqələrini mümkün qədər ən qısa zamanda məhv etməkdir” nöqteyi-nəzəri qeyd olunub.
19. MQB-nin Šakiai rayon bölməsinin Kommunist Partiyasına üzv həmkarlarının 18 Sentyabr 1953-cü il tarixli görüşünün Protokolundan belə məlum olur ki, ərizəçi bu münasibətlə “millətçi gizli-yeraltı təşkilatla mübarizə” haqqında çıxış edib. ərizəçi bildirib ki, həmin vaxtacan o, “ona həvalə olunmuş rayonda millətçi dəstələrin bütün üzvlərini ifşa etməyə müvəffəq olmamışdır ”. ərizəçinin fikrincə “əgər hər bir kommunist, onun [MQB-nin] bölməsinin hər bir əməkdaşı öz vəzifələrini ciddi şəkildə layiqincə yerinə yetirsə, onlar millətçi gizli-yeraltı təşkilatlanma ilə mübarizədə yaxşı nəticələr əldə edə bilərlər”.
20. MQB-nin Šakiai rayon bölməsinin Kommunist Partiyasına üzv həmkarlarının 4 Noyabr 1953-cü il tarixli görüşü zamanı ərizəçi işində yaxşı nəticələr əldə etmiş şəxs kimi təsvir edilib.
21. 23 Dekabr 1953-cü ildə ərizəçi Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. MQB-nin Šakiai rayon bölməsinin Kommunist Partiyasına üzv həmkarlarının görüşünün protokolundan məlum olur ki, ərizəçinin rəhbərləri onu intizamlı (disciplinuotas), siyasi savadlı (politiškai raštingas) və işində yaxşı nəticələr əldə etmiş birisi kimi xarakterizə edib. Onun rəhbər vəzifəliləri bildiriblər ki, “şanlı Kommunist Partiyası” sıralarına qoşulması ərizəçinin üzərinə “öz siyasi savadlılığını artırmaq, Kommunist partiyasının, onun müxtəlif düşmənlərlə mübarizəsi tarixini öyrənmək və daim ayıq olmaq” vəzifəsi qoyur.
22. 1964-cü ildə ərizəçi KQB-nin Feliks Dzerjinski adına Ali Məktəbindən hüquqşünas ixtisasını əldə edir.
23. 1967-ci ildən 1975-ci ildə sağlamlığı ilə əlaqədar pensiyaya çıxana qədər ərizəçi KQB-nin Jurbarkas rayon İdarəsinin rəisi işləyib.
24. Ərizəçinin şəxsi işinə (xidməti iş qovluğuna) əsasən, özünün MQB-də (KQB-də) 25 illik xidmətində o azı 24 dəfə mükafatlandırılıb, təltif edilib və ya təşəkkürnamə alıb. MQB və KQB-dəki xidməti dövründə ərizəçi polkovnik-leytenant rütbəsinə qədər yüksəlib (papulkininkis).
2. Partizanlar J.A. və A.A.nın yaxalanması və ya öldürülməsi əməliyyatı
25. 2 Yanvar 1953-cü ildə ərizəçi Šakiai ərazisində meşədə gizlənən iki Litva partizanı - J.A. və A.A. qardaşlarına qarşı əməliyyatda iştirak edib. ərizəçinin sonradan Soyqırıma görə cinayət təqibi prosesində təqsirləndirilən həmkarı M.Ž. Sovet hakimiyyət orqanlarını partizanların yeri barədə məlumatlandırıb. Partizanları ələ keçirmək və ya məhv etmək barədə əməliyyat planı işlənib. Bir neçə əsgər cəlb olunub və ərizəçi əməliyyatın iştirakçısı olub. Onları tutmağa çalışanda J.A. və A.A. MQB zabitlərinə və sovet əsgərlərinə atəş açmaqla silahlı müqavimət göstərib. Partizanlar atəşə tutularaq öldürülüb.
26. Əməliyyat günü, yəni 2 Yanvar 1953-cü ildə, Šakiai rayon MQB-nin rəisi öz yuxarı vəzifəli şəxsinə – Kaunas rayon MQB-nin rəisinə raport yazır və orada bildirilirdi ki, ərizəçi əməliyyatın uğurla keçməsində öz töhfəsini vermiş, əməliyyat nəticəsində “iki bandit məhv edilmişdir” və beləliklə, təltif-tərifə layiqdir. (užsitarnavo paskatinimą).
27. 1 Sentyabr 1953-cü ildə Šakiai rayon MQB-nin rəisi Litva SSR Daxili İşlər Nazirinə yazaraq məlumat verir ki, 2 Yanvar 1953-cü ildə ərizəçi və MQB zabitləri “iki millətçi dəstə üzvünü [J.A. və A.A.-nı] məhv etmişlər”. O ərizəçinin əməliyyata görə mükafatlandırılmasını təklif edib. Ərizəçinin şəxsi işindən görünür ki, 15 Sentyabr 1953-cü ildə ərizəçi təşəkkürnamə alır və ona 500 rubl premium (mükafat) verilir.
28. 10 Dekabr 1971-ci ildə Šakiai rayon İcraiyyə Komitəsinin sədri qeyd edib ki, J.A. və A.A. müharibədən sonrakı dövrdə “silahlı burjua-millətçi silahlı dəstəsinin” üzvləri olublar və 1953-cü ildə onun üzvləri kimi güllələnərək öldürülüblər.
3. Ərizəçinin Soyqırım cinayətinə görə məhkum olunması.
(a) İttiham Aktı
29. Litva yenidən müstəqillik əldə etdikdən sonra, 2001-ci ilin Aprelində Kaunas rayon xalq prokurorluğu J.A. və A.A. qardaşlarının ölümü faktı üzrə istintaq başlatdı. 2001-ci ilin Sentyabrında prokuror ərizəçi və M.Ž.-ə qarşı o vaxt qüvvədə olan Cinayət Məcəlləsinin (aşağıda 52-ci paraqrafa bax) 71.2-ci maddəsi ilə Soyqırım ittihamı irəli sürdü. Prokuror təsbit edib ki, müəyyən olunmuşdur ki, 15 Sentyabr 1951-ci ildə[1] ərizəçi LSSR MQB-nin Kaunas rayonu Šakiai bölgəsi üzrə bölməsində əməliyyat müvəkkili qismində xidmət edib. O bilirdi ki, “LSSR MQB-nin əsas məqsədi Litva əhalisinin ayrı-ayrı siyasi zümrələrə/qruplara mənsub hissəsini (atskira politinė grupė), bilxassə də Litva partizanlarını, sovet işğalına qarşı müqavimət hərəkatı iştirakçılarını fiziki məhv etmək” idi. “ərizəçi LSSR MQB-nin bu məqsədinin həyata keçirilməsində yuxarıda qeyd olunmuş siyasi qruplara məxsus bəzi Litva sakinlərini öldürməklə aktivlik göstərib”. Prokurorun qənaətinə görə, ərizəçinin təqsiri xidməti qovluğu/şəxsi işi (tarnybos kortelė) ilə, ərizəçinin rəhbərlərinin onun axtarış tədbirlərinin icrası zamanı göstərdiyi əzmkarlığına, banditlərin yaxalanması zamanı əməliyyatın idarəedilməsinə və şəxsi iştirakına (pareikšta padėka už atkaklumą pravedant agentūrines-tyrimo priemones, vadovavimą operacijai, asmeninį dalyvavimą sulaikant banditus) görə mükafatlandırmaları ilə sübut olunmuşdur. Prokurorun tədqiq etdiyi sübutlar şahid ifadələri, Litva Xüsusi Arxivindən (Lietuvos ypatingasis archyvas) və Litva Soyqırımı və Müqaviməti Araşdırma Mərkəzindən (Lietuvos gyventojų genocido ir rezistencijos tyrimo centras) əldə olunmuş MQB-nin Šakiai rayon bölməsinin görüşlərinin protokolları və ərizəçinin qeyd etdiyi kimi ona banditizmin, banditlərə kömək edənlərin və onların əlaqələndirici şəxslərinin məhvi ilə əlaqədar verilmiş tapşırıqlar barədə həmin sənədlərin tərcümələrindən ibarət olub. Digər sübutları məhv edilmiş banditlər J.A. və A.A barədə [MQB] raportları təşkil edirdi.
(b) Birinci instansiya məhkəməsinin hökmü
30. Kaunas Rayon Məhkəməsi 4 Fevral 2004-cü il tarixli hökmü ilə qət edib ki, ərizəçinin Soyqırım cinayətində ittiham olunması üçün kifayət qədər sübutlar olub. Şahid ifadələrinə, Litva Soyqırımı və Müqaviməti Araşdırma Mərkəzindən təqdim olunmuş yazılı sübutlara və ərizəçinin və onunla birgə məhkum olunmuş M.Ž-nin ifadələrinə istinadən birinci instansiya məhkəməsi müəyyən edib ki, J.A. və A.A. 37-ci Tauras rayon partizan birliyinə mənsub olublar. Birinci instansiya məhkəməsi qeyd edib ki, iş materiallarında olan məlumat məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, partizan qardaşlarını güzəştə getməyə vadar edib yola gətirmək üçün sovet orqanları dezinformasiya (yalan məlumat) yayırlar ki J.A. və A.A. partizan birləşməsindən fərar ediblər, yalqızbaşlarına qalıb gizlənirlər, ondan sonra da partizanlarla əlaqələri də qalmayıb. Bu iddialar həqiqət deyildi. Əslindəsə, partizanlar, J.A. və A.A. qardaşları da daxil, sovetlər tərəfindən tələf edilməkdən yayınmaqdan ötrü kiçik dəstələr şəklində fəaliyyət göstərirdilər. Nəhayətində də, işdə J.A. və A.A. barədə “mütəşəkkil müqavimət hərəkatının üzvləri idilər və siyasi qrupa məxsus idilər” iddiasını təkzib edə biləcək hər hansı tutarlı sübut yoxdur. Birinci instansiya məhkəməsi həmçinin şahidlərdən birinin ifadəsini qeyd edib ki, partizan qardaşlar 3 ya 4 il meşədə gizləniblər və onlara ərzağı onun ailəsi aparıb verirmiş.
31. Ərizəçiyə gəldikdə isə, məhkəmə bildirib ki, 15 Sentyabr 1951-ci ildən Litva SSR MQB-nin əməliyyat müvəkkili işləyirdi və “bilirdi ki, Nazirliyin əsas hədəfi, ayrıca siyasi qrupu, Litva əhalisinin bir hissəsi olan Litva partizanlarını fiziki məhv etmək idi”. MQB-dəki sənədlərdə həmin iki qardaş partizan, silahlı milli gizli-yeraltı müqavimət təşkilatlanmasının üzvləri kimi qeyd olunublar (partizanai – nacionalinio ginkluoto pogrindžio dalyviai). Məhkəmə ərizəçinin, həmin iki partizanın öldürüldüyü iki partizanı ələ keçirmə və ya məhv etmə əməliyyatında aktiv iştirak etməməsi barədə etirazını rədd etdi. Əksinə, ərizəçinin yuxarı vəzifəli rəhbər zabitinin əməliyyat sənədində yazılıb ki, banditlərdən biri şəxsən ərizəçi tərəfindən likvidasiya/məhv edilib. Əməliyyatdan sonra ərizəçi Kommunist Partiyasına qəbul edilib və onunla M.Ž - hər ikisi pul mükafatı alıblar. Ən əsası isə, nə ərizəçi nə M.Ž. partizanların likvidasiyası əməliyyatında iştirak etdiklərini inkar etmirlər. Birinci instansiya məhkəməsi belə mövqe ifadə edib ki, bütün bu hallar o nəticəyə gəlməyə əsas verir ki, hər iki təqsirləndirilən 2 Yanvar 1953-cü ildə “ayrıca siyasi qrupa mənsub (atskira politinė grupė) Litva sakinlərinin, sovetlərin işğalçı hakimiyyətinə qarşı müqavimət hərəkatının iştirakçılarının fiziki məhvində (öldürülməsində), [ərizəçi] soyqırımda iştirak edib”.
32. Kaunas rayon Məhkəməsi qeyd edib ki, 9 Aprel 1992-ci il tarixli “Litva əhalisinin soyqırımına görə məsuliyyət haqqında Qanun”un 3-cü maddəsi soyqırım cinayətinə görə retroaktiv cinayət məsuliyyətinin tətbiqinə icazə verir.
33. Kaunas rayon Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 99-cu maddəsi ilə soyqırım cinayətində (aşağıda 53-cü paraqrafa baxınız) təqsirli bilərək 6 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edib. Səhhətilə əlaqədar ərizəçinin cəzasını çəkməsi durdurulub.
M.Ž. də Cinayət Məcəlləsinin eyni maddəsi ilə soyqırım cinayəti törətməkdə iştirakçı kimi təqsirli bilinib. O, beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, cəzasını çəkməsi sağlamlığına görə durdurulub.
Birinci instansiya məhkəməsi həmçinin zərərçəkmiş tərəf – J.A.-nın qızı və A.A.-nın qardaşı qızı olan M.B.-nin mülki iddiasını da təmin edib, lakin zərərin həcmi məsələsini ayrıca mülki icraat üçün saxlayıb.
34. Həm ərizəçi, həm M.Ž. hökmdən apellyasiya şikayəti veriblər.
(c) Apellyasiya məhkəməsinin qərarı
35. Apellyasiya Məhkəməsi 21 Sentyabr 2004-cü ildə ittihamları təsdiqlədi və müəyyən etdi ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olub. Apellyasiya məhkəməsi müəyyən etdi ki, birinci instansiya məhkəməsi ərizəçinin partizanlardan birini şəxsən güllələməsi nəticəsinə gəlməyib. Əslində, ərizəçi yalnız siyasi qrupun nümayəndələri olaraq partizanların məhv edilməsi əməliyyatında iştirakına görə məhkum edilib. ərizəçinin özü də bildirdi və şahid ifadələri və sənədlərlə də təsdiqini tapır ki, o, mübahisələndirilən əməliyyatda aktiv iştirak edib, partizanların gizləndikləri yeri sovetlərə göstərən M.Ž.-ə görə cavabdehlik daşıyıb, sığınacaq bunkeri mühasirəyə almış zabitlərdən biri olub və əməliyyatın sonuna qədər M.Ž. ilə qalıb. Verilmiş hökmdə Apellyasiya Məhkəməsi müəyyən edib ki, ərizəçi, Šakiai rayon MQB-nin əməliyyat zabiti kimi işğalçı hakimiyyətin orqanına öz könüllü iradəsi ilə (MQB) işlədiyindən “tamamilə aydın şəkildə bilirdi ki, qurumun məramı Litva əhalisinin bir hissəsi olaraq Litva partizanlarını fiziki məhv etməkdir (tikrai žinojo, kad šios įstaigos tikslas yra Lietuvos partizanų, kaip Lietuvos gyventojų dalies, fiziškas sunaikinimas)”. Bu faktın şüurlu şəkildə dərk edib fərqindəykən, ərizəçi, əməliyyatın digər iştirakçıları ilə birlikdə J.A. və A.A. partizan qardaşlarının öldürülməsində şəxsən iştirak edib. Eyni qaydada, MQB-nin agenti olaraq M.Ž. də həmçinin qurumun məqsədinin nə olduğunu başa düşürdü və onu partizanların yeri barədə məlumatla təmin etməklə və MQB-yə partizanların sığınacaq bunkerini göstərməklə, şüurlu şəkildə dərk edirdi ki, qardaşlar məhv ediləcəklər. Müvafiq olaraq da, həm ərizəçi, həm də M.Ž. birbaşa qəsdlə (tiesioginė tyčia) hərəkət etmişlər. Nəhayətində, Apellyasiya Məhkəməsi müəyyən edib ki, ərizəçi ona qarşı aparılan cinayət təqibi prosesi zamanı hələ də o mövqedə olub ki, sovet orqanlarının Litva partizanlarına qarşı hərəkətləri qanuni olub.
36. Apellyasiya məhkəməsi Litva qanunvericiliyində Cinayət Məcəlləsinin 99-cu maddəsindəki soyqırım anlayışının Birləşmiş Millətlərin 1948-ci il Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının (bundan sonra “Soyqırım barədə Konvensiya”) II maddəsində təsbit edilmiş anlayışı ilə ziddiyyət təşkil etməsi barədə ərizəçinin irəli sürdüyü arqumenti rədd etdi. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qeyd etdi ki, J.A. və A.A. qardaşları “siyasi qrup”a mənsub olduqlarına görə həlak edilmişlər. Cinayət Məcəlləsinin 99-cu maddəsindəki soyqırım anlayışının özündə sosial və siyasi qrupları da ehtiva etdiyini və beləcə Soyqırım Konvensiyasında müəyyən olunan anlayışdan daha geniş olduğunu qəbul etməklə bərabər, Apellyasiya Məhkəməsi hesab etdi ki, həmin qruplara bu əlavə “əsaslı/ağlabatan və [mövcud] reallığa uyğun” olub. Soyqırım Konvensiyasında soyqırım cinayəti anlayışının geniş təfsir edilə bilərliyi barədə xüsusi norma yoxdur; hərçənd, Soyqırım Konvensiyası belə interpretasiyanı qadağan da etmir. Soyqırım cinayətinin məzmun anlayışı (konsepti) başqa ölkələrin cinayət məcəllələrində genişləndirilib. Apellyasiya məhkəməsi daha sonra izah edib ki, “siyasi qrup dedikdə bir-birilə ümumi siyasi baxış və əqidə üzrə əlaqələnən adamlar başa düşülür və belə qrupu fiziki məhv etmə məramı da soyqırım anlamına gəlir, zira, bunda bir qism insanın kökünü kəsmək niyyəti var (politinė grupė – tai žmonės, susiję bendromis politinėmis pažiūromis ir įsitikinimais, ir siekimas tokią grupę fiziškai sunaikinti taip pat reiškia genocidą, nes siekiama sunaikinti dalį žmonių)”. Məhkəmə vurğulayıb ki:
“Litva partizanlarının, başqa sözlə, işğalçı rejimə qarşı silahli müqavimət hərəkatı iştirakçılarının, birinci instansiya məhkəməsinin hökmündə edildiyi kimi xüsusi “siyasi” qrupa aid edilməsi, mahiyyətcə nisbi/şərti idi və çox da səhih deyildi. Bu qrup üzvləri eyni zamanda Litva xalqının nümayəndələri idilər, yəni, milli qrup idilər. Sovet soyqırımı konkret şəkildə məhz sakinlərin milli-etnik kimliyi kriteriyası üzrə həyata keçirilib. Buradan da belə çıxır ki, Litva partizanları təkcə siyasi qrupa yox, həm də milli və etnik qrupa, başqa sözlə, Soyqırım barədə Konvensiyada sadalanan qruplara aid edilə bilərdi”
37. Apellyasiya Məhəməsi ərizəçinin və M.Ž.nin irəli sürdüyü etirazları - onların əməlləri soyqırım deyil, çünki ölümləri vaxtı J.A. və A.A. qardaşları partizan deyildilər və bununla da “siyasi, sosial və ya digər qrup”a mənsub hesab edilə bilməzdilər – bu barədə etirazı rədd etdi:
“...Təqsirləndirilmiş V.Vasiliauskas və M.Ž.-nin şikayətlərində həmçinin o iddialar yer alır ki, J.A. və A.A. qardaşları müharibə vaxtı alman işğalçı qüvvələrilə əməkdaşlıq etmiş və cinayətlər törətmişlər. Bundan savayı, 1947-ci ildə onlar partizan dəstəsini tərk etmiş və bunun sonrasında da partizan dəstələri ilə əlaqələri olmamışdır. Buna görə də, apellatorların fikrincə J.A. və A.A. hər hansı bir siyasi, sosial və ya digər qrupun üzvü sayıla bilməzlər, və onlara qarşı törədilən əməllər də soyqırım əməli hesab edilə bilməz. Bu Kollegiya o fikirdədir ki, bu arqumentlər [bu] məhkəmə tərəfindən əsaslandırılmış şəkildə rədd edilib və onlara daha öncə hökmdə araşdırılıb münasibət bildirilib. Həm V. Vasiliauskas və M.Ž. hər ikisi Litva Arxiv İdarəsinin 13 Noyabr 2001-ci il tarixli 1767 arayışını qeyd ediblər. Arayışda göstərilir ki, KQB arxivində J.A. haqqında cinayət işi var, həmin işdəki ittihamda isə qeyd olunub ki, Almaniya Litvanı işğal edəndə J.A. ağ partizanların silahlı dəstəsinə qoşulub; o silah daşıyıb və aktiv sovet partiya üzvlərinin və yəhudilərin tutulmasında, həbsi və daşınmasında iştirak edib. Habelə, anti-sovet təbliğatı aparmış və kommunistləri terrorla hədələmişdir ki, bu da Rusiya Sovet Federativ Sosialist Respublikasının Cinayət Məcəlləsinin 581a [əks-inqilabi cinayət və vətənə xəyanət] maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib deməkdir. 4 May 1945-ci ildə J.A. həbsxanadan qaçıb və partizan dəstəsinə qoşulub.
A.A.ya gəldikdə isə, arayışda bildirilir ki, Alman işğalı vaxtı o, Alman polisində xidmət edib, və 1944-cü ildə qanundankənar/qaçaq-quldur həyatı yaşamağa başlayıb, silahlı millətçi partizan dəstəsinə qoşulub. Eləcə də göstərilir ki, 1947-ci ildə J.A. və A.A. partizan dəstəsindən qaçıb getmiş və özləri təklikdə gizlənməyə başlamışlar: başqa partizanlarla əlaqə saxlamayıblar, və Tauras partizan birliyinin komandirinin əmri ilə fərari (desertir) elan ediliblər. J.A. ilə bağlı bunun eynisi 16 Mart 1945-ci il tarixli [MQB] tərəfindən tərtib olunmuş ittihamda qeyd olunub. J.A. konkret hansı əməllərdə ittiham olunması detallı göstərilməyib. Yuxarıdakı sənədləri qiymətləndirərkən, görünür ki, onlar qardaşların insanlıq əleyhinə xüsusi cinayətlərə cəlb edildiyi barədə heç bir məlumat ehtiva etmir. Bundan başqa, J.A.-ya qarşı ittihamlardan, daha çox belə görünür ki, o, başlıca olaraq elə [SSRİ] işğalçı qüvvələrinin özlərinə qarşı fəaliyyətdə təqsirləndirilirmiş. İşdə qardaşların başqa cinayətlərdə hər hansı iştirakı barədə məlumat yoxdur. Hətta KQB sənədlərində də göstərilir ki, 1947-ci ildən J.A. və A.A. “hər hansı quldurluq əməli törətmədən gizləniblər, və heç bir [criminal] dəstəyə mənsub deyillər”. Litva Soyqırımı və Müqaviməti Araşdırma Mərkəzinin “J.A. və A.A.nın müqavimət fəaliyyəti” məktubu göstərir ki, 1945-ci ildən onlar 37-ci partizan birləşməsinə mənsub olublar... Šakiai MQB-nin məlumatına əsasən, 1949-cu ildə [J.A. və A.A.] hələ də 37-ci partizan birləşməsinə mənsub olublar... Sonradan onlar birliyi tərk ediblər və bir daha aktiv partizan fəaliyyətlərində iştirak etməyiblər.
Kollegiyanın nəzərincə, təqdim olunmuş məlumat onu təsbit etmir ki, onların məhv edilməsinə qədər J.A. və A.A. Litva partizanları hesab edilə bilməzlər. İttihamedici hökmdə düzgün olaraq qeyd olunub ki, sözügedən dövrdə partizanlar məhv olunmaqdan yayına bilmək üçün kiçik qruplarda mübarizəni aparmağa artıq məcbur olunmuşdular. Hətta MQB sənədlərində də belə bir ittiham var ki, 1952-ci ilin Avqustunda başqa partizanlar vahid dəstə yaratmaq məqsədilə J.A. və A.A. ilə görüş üçün inkan axtarırmışlar. Ona görə də MQB J.A. və A.A-nın MQB agentləri olması barədə şayiə yaymağı qərarlaşdırır. J.A. və A.A-nı ləkələyib nüfuzdan salmaq üçün xüsusi planlar Kaunas Rayon MQB idarəedici heyət rəisi tərəfindən təsdiqlənmiş 12 Sentyabr 1952-ci il tarixli plandan aşkar görünür. Şahid A.S. ifadə verib ki, 1952-ci ildə o, partizanlar J.A. və A.A.nı görüb və onları qida ilə təchiz edib. Bundan əlavə, J.A. və A.A. o xanıma arayış veriblər ki, o, partizanların dəstəkçisi/təchizatçısı olub. O həmin arayışı günü bugünə kimi də saxlayır.
18 Noyabr 1992-ci ildə Baş Prokurorluq J.A.nın adından 1945-ci il ittihamında ona aid edilmiş cinayətləri götürdü. Prokuror göstərdi ki, 1944-cü ilin Oktyabrından 1945-ci ilin Mayınacan J.A. qanunsuz həbs edilib. 1998 və 2002-ci ildə Litva Soyqırımı və Müqaviməti Araşdırma Mərkəzi J.A. və A.A.-ya ölümündən sonra könüllü döyüşçülər (kario savanorio) şəhadətnaməsi verdi. MQB-nin özünün J.A. və A.A.nı partizan hesab etməsi faktı 11 İyun 1952-ci il tarixli raportdan aydın olur. Orada Kaunas MQB-nin rəisi LSSR Daxili İşlər Nazirini məlumatlandırır ki, [J.A. və A.A.-nın] gizlənmə yerlərinin müəyyən edilməsi və onların məhv edilməsi üçün tədbirlər görülüb. Šakiai rayon MQB-nin [J.A. və A.A.-nın] çox daha tezliklə likvidasıyası üçün tədbirlər görəsidir. Bütün bunlar onu sübut etməyə xidmət etmiş oldu ki, bu planlar həyata keçirildikləri zaman J.A. və A.A. silahlı müqavimət hərəkatının partizanları qismində öldürülüblər”.
(d) Ali Məhkəmənin qərarı
38. Ali Məhkəmə 22 Fevral 2005-ci ildə kassasiya icraatlarında ərizəçi və M.Ž barədə ittihamedici qərarları qüvvədə saxladı. Soyqırım konsepti ilə bağlı isə, məhkəmə təsbit etdi ki:
“Hər iki təqsirləndirilən mübahisələndirir ki, Cinayət Məcəlləsinin 99-cu maddəsində nəzərdə tutulan Soyqırım cinayəti anlayışı 1948-ci il Soyqırım haqqında Konvensiyanın II Maddəsində təsbit ediləndən daha genişdir, buna görə də, beynəlxalq hüququn normalarına ziddir. Bu arqument rədd edilməlidir.
Həqiqətən Cinayət Məcəlləsinin 99-cu maddəsi soyqırım cinayətinə görə [Soyqırım] Konvensiyasında müəyyən olunandan daha geniş məzmunda anlayış müəyyən edir (platesnė nusikaltimo sudėtis). Cinayət Məcəlləsinin 99-cu maddəsinə əsasən, soyqırım həm də sosial və ya siyasi qrup üzvlərinin tamamilə və ya qismən fiziki məhvi məqsədilə törədilən əməlləri də ehtiva edir. Konvensiyanın II maddəsində belə qruplar sadalanmır.
[Soyqırım] haqqında Konvensiyaya qoşulmaqla, Litva Respublikası öhdəlik götürüb ki, onun normalarının öz ərazisində tətbiqini təmin edəcək. Müvafiqən, [Soyqırım] haqqında Konvensiyaya qoşulmaqla, Litva öhdəlik götürüb ki, milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhvinə yönəlmiş əməlləri cəzalandırsın və belə əməllərin qarşısını alsın. [Soyqırım] haqqında Konvensiyaya qoşulmaq dövləti hansı əməllərin cinayət olmasını müəyyən etmək və onları qadağan etmək ixtiyarından məhrum etmir (apibrėžti veikas, kurios yra nusikaltimai, ir jas uždrausti). Bu həqiqət özünü daha çox bir də orada doğruldur ki, zira, [yuxarıda deyilən] Konvensiyanın V maddəsinə görə razılığa gələn tərəflər öhdəlik götürürlər ki, öz Konstitusiyalarına uyğun şəkildə Konvensiyasının müddəalarını həyata keçirmək üçün zəruri qanunvericliyi qəbul etsinlər və soyqırımda və ya Maddə III-də sadalanan digər əməllərin tödərilməsində təqsirli bilinənlər barədə cəzalar müəyyən etsinlər. Litvada, bu müddəa 9 Aprel 1992-ci il tarixli “Litva əhalisinin soyqırımına görə Məsuliyyət haqqında Qanun”un qəbul edilməsi ilə həyata keçirilmişdir. Həmin Qanunun 1-ci maddəsində təsbit edildiyi şəkliylə soyqırım anlayışı Soyqırım barədə Konvensiyanın II Maddəsində bərqərar edilmiş soyqırım anlayışı ilə uyğunluq təşkil edir. Eyni zamanda, Konvensiyaya qoşularkən, Litva Parlamenti “Litva əhalisinin soyqırımına görə Məsuliyyət haqqında Qanun”un 2-ci maddəsində müəyyə etdi ki, Nasist Alman və SSRİ işğalı və ilhaqı (anneksasiyası) illərində Litva əhalisinin öldürülməsi və işgəncə və deportasiya edilməsi soyqırım cinayətinin beynəlxalq hüquqla müəyyən edilmiş xarakteristikasına uyğun gəlir. Cinayət Məcəlləsinə 1998-ci il ələvələri soyqırım cinayətinin tərkib elementlərini (apibrėžta genocido nusikaltimo sudėtis) müəyyən etdi, və onların sırasına sosial və ya siyasi qrup üzvlərinin tamam və ya qismən fiziki məhvinə yönəlmiş əməlləri daxil etdi. Soyqırım cinayətinin bu cür xarakterizə edilişi Cinayət Məcəlləsinin 99-cu maddəsində saxlanıldı. Aydındır ki, sosial və ya siyasi qrup üzvlərinin tamam və ya qismən fiziki məhvinə yönəlmiş əməllərin soyqırım cinayətinin anlayışına əlavə edilməsi 9 Aprel 1992-ci il tarixli ““Litva əhalisinin soyqırımına görə Məsuliyyət haqqında Qanun”un 2-ci maddəsinin hüquqi noramlarının icrasından başqa bir şey deyil. Buradan irəli gələrək, ərizəçi və M.Ž.-nin soyqırım cinayəti konseptinin interpretasiyasına dair bəslənən şübhələri əsassızdır”.
39. Ali Məhkəmə bildirdi ki, ərizəçi və M.Ž. “Litva əhalisinin ayrıca siyasi qrupa mənsub bir hissəsinin, Litva partizanlarının – Sovet işğalçı hakimiyyətinə qarşı müqavimət hərəkatı üzvlərinin fiziki məhvində iştiraka görə təqsirləndirilərək məhkum ediliblər (nuteisti už dalyvavimą fiziškai sunaikinant Lietuvos gyventojų dalį, priklausiusią atskirai politinei grupei, t.y. Lietuvos partizanams – pasipriešinimo sovietų okupacinei valdžiai dalyviams)”. Məhkəmə ərizəçi və M.Ž.-nin J.A. və A.A. qardaşlarının partizanlardan qaçıb getmələri və buna görə də öldükləri vaxt artıq partizanların siyasi qrupuna mənsub olmadıqları barədə arqumentlərini rədd etdi. O arqument həm birinci instansiya, həm apellyasiya məhkəməsində qaldırılıb və məhkəmələr tərəfindən ağlabatan və aydın əsaslarla rədd edilib.
40. Ali Məhkəmə müəyyən etdi ki, 1944-53-cü illərdə “Litvada xalqın Sovet İttifaqının işğalçı ordusu və işğalçı rejimin strukturlarına qarşı silahlı müqaviməti – partizan müharibəsi gedirdi”. Daha sonra qeyd edilib ki, 28 Noyabr 1996-cı ildə qəbul edilmiş “1940-90-cı illərdə işğallara qarşı müqavimət iştirakçılarının statusu haqqında Qanun”a əsasən, işğala qarşı savaşmış partizanlar könüllü-döyüşçülər elan edilmişlər. Litva Soyqırım və Müqaviməti Araşdırma Mərkəzi 1998 və 2001-ci ildə J.A. və A.A.-ya könüllü döyüşçülər statusu verdi. Bu da o demək idi ki, onlar həmin Qanunda qoyulan bu statusun insanlıq cinayətləri törətmiş və ya mülki şəxsləri öldürmüş fərdlərə verilməməsinə dair şərti ödəyiblər.
41. Ali Məhkəmə həmçinin ərizəçinin iki partizanın ölümü ilə nəticələnən hər hansı hərəkət etmədiyi barədə arqumentini də rədd etdi:
“Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, V. Vasiliauskas Litva partizanları J.A. və A.A.-nın öldürülməsində iştirak edib: o, sığınacaq bunkerini digər MQB zabitlərilə birgə əhatəyə alıb və bunkerə hücum edib; hücum zamanı J.A. və A.A.-ya atəş açılıb və onlar öldürülüblər. Birinci isntansiya Məhkəməsinin hökmündə bildirilmir ki, V. Vasiliauskas partizanlardan hansınısa şəxsən özü öldürüb, baxmayaraq ki bu barədə işdə sənəd var [Šakiai rayon MQB-nin rəsisinin 2 Yanvar 1953-cü il tarixli raportu].
Siyasi qrupa mənsub insanların öldürülməsində iştirak Cinayət Məcəlləsinin 99-cu maddəsində göstərilən soyqırım cinayətinin obyetkiv elementlərindən (vienas iš nusikaltimo sudėties objektyviosios pusės požymių) biridir. Cinayət Məcəlləsinin 99-cu maddəsində göstərilən qrupların üzvlərinin öldürülməsində iştirak etmə yalnız həyatın itirilməsilə nəticələnən əməllərin törədilməsi demək deyil; o həm də qətllərin baş verməsinə şərait yaratmanı (sudarymas sąlygų) əhtiva edir. Müəyyən edilmişdir ki, MQB zabiti olaraq V. Vasiliauskas, MQB altbölmə rəisi ilə birlikdə, J.A. və A.A.nın məhv edilməsinə dair əməliyyatın hazırlanmasında iştirak edib; V.Vasiliauskas silahlı olub, və əməliyyat zamanı partizanların sığınacaq bunkerinin yerini göstərmiş MQB agentinə [M.Ž.] cavabdeh/məsul olub; V. Vasiliauskas əməliyyatın sonuna qədər M.Ž. ilə qalıb. V. Vasiliauskas özü həmin hərəkətləri qəbul/təsdiq edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Apellyasiya Məhkəməsi məntiqi nəticəyə gəlib ki, V. Vasiliauskas partizanlar J.A. və A.A.-nın məhv edilməsində aktiv rol oynayıb. Hətta V. Vasiliauskasın partizanlardan hər hansı birini özünün şəxsən öldürmədiyi müəyyən olunmamış olsaydı da belə, onun əməliyyat hazırlanan vaxt və həyata keçirilən zaman etdiyi hərəkətlər soyqırım cinayətinin Cinayət Məcəlləsinin 99-cu maddəsində nəzərdə tutulmuş obyektiv elementini – siyasi qrupa mənsub insanların öldürülməsində iştirakı – təşkil edir
V. Vasiliauskasun əməllərində soyqırımın subyektiv cəhəti – birbaşa qəsd (tiesioginė tyčia) də təşəkkül tapıb: V. Vasiliauskas, həmin əməlləri edərkən, Sovet hökumətinin məqsədini/hədəfini bilirdi – bütün Litva partizanlarının kökünü kəsmək. O bilirdi ki, J.A. və A.A. qardaşları partizan idilər və anlayırdı ki, əməliyyat vaxtı onlar öldürüləcək və ya həbs ediləcək və sonra da işgəncə ediləcək, “vətən xaini” kimi mühakimə olunacaq və [böyük mümkünlüklə] ölümə məhkum ediləcəklər, və [V. Vasiliauskas] bunun baş verməsini arzu etmişdir.”
4. Mənəvi ziyana görə mülki proses
42. M.B. 20 Dekabr 2004-cü ildə mülki proses başlatdı, ərizəçi və M.Ž.-dən müştərək qaydada 200,000 Litva litai (LTL, təqribən 58,000 avro (EUR)) məbləğ tələb etdi. Mülki iddiaçı bildirdi ki, öldürülən partizanlardan biri J.A., onun atası, o biri partizan A.A. isə əmisi olub. Onlar ölən vaxt o təqribən yeddi yaşlarında olub. Atasının ölümü onu yetim qoyub. Ərizəçinin əməlləri nəticəsində o, və ailəsinin qalan üzvləri böyük mənəvi iztiraba, depressiyaya, təhqirə və nüfuzlarının tapdanmasına məruz qalıb; onun başqaları ilə ünsiyyət imkanları məhdudlaşıb və o, hər daim öz yaşayış yerini gizli saxlamağa və dəyişməyə məcbur qalıb. M.B. iddia edib ki, o cinayətin həyatı üzrərindəki əksini/təsirlərini/mənfi nəticələrini bugünə kimi hiss etməyə davam edib, çünki ərizəçi və M.Ž. indiyənə kimi də ona atasının dəfn yerini bildirməkdən imtina edirlər.
43. 9 Noyabr 2006-cı ildə Kaunas Rayon Məhkəməsi iddianı rədd edib və bildirib ki, Litva dövləti artıq M.B.-ə 20,000 LTL 1940-90-cı illər işğalından əziyyət çəkənlərin ailələrinə ödənilən birdəfəlik məbləğ olaraq (aşağıda 68-ci paraqrafa bax) ödəyib. Deməli, Dövlət artıq M.B.-ə ailə üzvlərini itirməyə görə çəkdiyi məşəqqətlərini kompensasiya edib.
44. Apellyasiya Məhkəməsi 20 İyun 2007-ci il tarixli qərarı ilə yuxarıdakı qərarı ləğv edir və müəyyən edir ki, ərizəçi və M.Ž. öz cinayət(kar) əməlləri ilə M.B.-ə vurduqları ziyana görə 150,000 LTL ödəməlidirlər. Məhkəmə həmçinin vurğulayıb ki, M.B. ziyana görə Sovet dövründə - Litva işğal altında olanda, yəni, ərizəçi və M.Ž. “Litva partizanlarının Litva Dövlətinin azadlığı və müstəqilliyi uğrunda savaşının əleyhinə (nukreipti prieš Lietuvos partizanų kovas už Lietuvos valstybės laisvę ir nepriklausomybę)” cinayətlər törətdiyi müddətdə iddia qaldıra bilməmişdi. Məhkəmə qət edib ki, ailə üzvünün və yaxın qohumun itkisi M.B.-nin ciddi əzab keçirməsinə və emosional depressiv vəziyyətə səbəb olub. Bundan ziyadə, məhkəmə vurğulayıb ki, “nəzərə alınmalıdır ki, cinayət əməlləri kütləvi həcmdə tödərilmiş, mahiyyətcə ayrı-ayrı fərdlərə qarşı deyil, Litvanın müstəqilliyi uğruna savaşan hər bir şəxsə qarşı yönəlmişdi”. Ərizəçi və M.Ž.’nin səhhətlərindəki ciddi probləmləri və cinayətin törədilməsinin üstündən əhəmiyyətli dərəcədə bir zaman kəsiminin keçdiyini nəzərə alaraq, Apellyasiya məhkəməsi M.B.-ə mənəvi ziyanın kompensasiyası kimi soyqırım törətməkdə təqsirli bilinənlərin hər ikisindən müştərək qaydada tutulmalı olan 150,000 LTL ödənilməsini qət etdi.
45. Ali Məhkəmənin genişləndirilmiş tərkibli heyyəti 28 Fevral 2011-ci il tarixli qərarı ilə Apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladı, lakin ərizəçi və M.Ž-nin müştərək (solidariai) ödəyəcəyi məbləği 50,000 LTL`ə (təqribən 14,500 EUR) qədər endirdi. Məhkəmə, inter alia, onu nəzərə aldı ki, ərizəçi və M.Ž. Soyqırım cinayətini törədərkən LSSR Šakiai rayon MQB-nin zabitləri və sovet əsgərlərilə birlikdə hərəkət ediblər. Müvafiq olaraq, ərizəçi və M.Ž-nin üzərinə qeyri-mütənasib yük qoyulmasına zərurət yoxdur. Bundan əlavə “insanlıq əleyhinə cinayətlərin bir xüsusiyyəti var ki, onlar çoxlu sayda insanlara qarşı törədilirlər, başqa sözlə, cavabdeh çoxlu sayda zərərçəkmişə/qurbana ziyan vurmuş olur”, ona görə də vurulan ziyanın məbləği müəyyənləşdirilərkən zərərçəkmişlərin/qurbanların hər birinə ödəniləcək məbləğ nəzərə alınmalıdır. Məhkəmə bu qədər böyük həcmdə məbləği təmin etsə, bütün qurbanlar məlum olmasa və ya onlar gələcəkdə ortalığa çıxacağı təqdirdə, sonrakı məhkəmə qərarlarının icrasını çətinləşdirəcək.
5. Ərizəçinin cinayət işinin təzələnməsi üçün atılmalı addımlar
46. Konstitusiya Məhkəməsinin 18 Mart 2014-cü il tarixli qərarından sonra (bax, aşağıda 56-63-cü paraqraflara), Baş Prokuror özünün 10 Aprel 2014-cü il tarixli qərarı ilə yeni açılmış hallarla əlaqədar Cinayət Prosessual Məcəlləsinin 444-cü maddəsi ilə cinayət təqibi başlatmağa qərar verdi. Baş Prokuror istinad edib ki, birinci instansiya məhkəməsi ərizəçini və M.Ž.-ni siyasi qrupa qarşı soyqırım cinayətində təqsirli bilib. Apellyasiya və Kassasiya məhkəmələri ittihamı təsdiq edib. Baş Prokurorun qərarında deyilir ki, siyasi və ya sosial qrupa mənsub şəxslərin soyqırımına görə retroaktiv cinayət təqibinin qanunun aliliyi prinsipi üzrə pozuntu təşkil etməsi barədə Konstitutusiya Məhkəməsinin qərarında gəlinən nəticələri nəzərə alaraq, aydınlıq gətirilməlidir ki, ərizəçi (və onun təqsirləndirilən həmkarı M.Ž.) təqsirsizmi hesab edilməli, ya soyqırımdamı təqsirli bilinməli, yaxud da, başqa bir alternativ kimi, onlar hansısa digər cinayət əməli törətmiş ola bilərlər. Baş Prokurorluğun bir prokuroru bu yeni açılmış halları araşdırmaq üçün təyin olundu.
47. 28 May 2014-cü il tarixli yekun qərarı ilə prokuror müəyyən etdi ki, Konstitiusiya Məhkəməsinin 18 Mart 2014-cü il tarixli qərarı hüquq normasının şərhidir və yeni açılmış faktiki hal (Cinayət Prosessual Məcəlləsinin 444-cü maddəsinin 1 (4) bəndinin mənasına görə “digər hal”) deyil. Nəticədə, bu, ərizəçinin cinayət işinə yenidən baxılması qərarı üçün Ali Məhkəməyə müraciətə əsas ola bilməz. Beləliklə də, bu, ərizəçinin işi üzrə cinayət prosesini təzələməkdən ötrü Ali Məhkəməyə müraciətə hüquqi maneə təşkil etmiş oldu.
II. MÜVAFİQ YERLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Litvanın müstəqilliyinin bərpası
4. 11 Mart 1990-cı ildə, “12 May 1938-ci il tarixli Litva Konstitusiyasının Qüvvəsinin Bərpası” haqqında qanunla, Ali Şura, 1977-ci il SSSR və 1978-ci il LSSR Konstitusiyalarını qüvvədən salaraq, 1940-cı il Sovet işğalından öncə qüvvədə olmuş, həmin Konstitusiyanın əsas müddəalarının qüvvəsini bərpa etdi. Həmin gün, Ali Şura, bərpa edilmiş müstəqil litva Dövlətinin konstitusiyonal prinsiplərinin təsbit olunduğu müvəqqəti Konstitusiya – the Litva Respublikasının müvəqqəti Ana Qanununu (Laikinasis Pagrindinis Įstatymas) qəbul etdi. Xüsusən, bu Qanun Litvanı, hakimiyyətin mənbəyinin xalq olduğu və hakimiyyətin Ali Şura, Hökümət və Məhkəmə tərəfindən həyata keçirildiyi, süveren demokratik respublika kimi təyid etdi. Bundan əlavə bildirilirdi ki, bütün öncəki qanun və hüquqi aktlar yeni Müvəqqəti Ana Qanun ilə ziddiyət təşkil etmədikcə qüvvədə qalır. Bu Qanun 2 Noyabr 1992-ci ilə qədər qüvvədə qaldı. 9 Fevral 1991-ci il ümumxalq səsverməsi əsasında, 11 Fevral 1991-ci il, Ali Şura, “Litva Dövləti müstəqil və demokratik respublikadır” anlayışının Litva respublikasının konstitusiyonal müddəası və Dövlətin fundamental prinispi olduğunu təsbit edən Konstitusiya Qanununu qəbul etdi (bax, yuxarıda Kuolelis və Başqaları, §§ 64, 65 və 71).
5. “Dövlətlərarası Münasibətlərin Əsasları Haqqında” 29 İyul 1991-ci il Litva Respublikası və Rusiya Sovet Federativ Sosialist Respublikası (bundan sonra “RSFSR”) arasında imzalanan razılaşma ilə hər iki Dövlət qarşılıqlı olaraq bir-digərini beynəlxalq hüququn müstəqil subyektləri və süveren Dövlətlər olaraq tanıdılar. Razılaşmanın preambulasında qeyd edilib ki, keçmişdəki hadisələr hər iki Dövləti azad və tam şəkildə öz Dövlət süverenliyini həyata keçirməyə imkan verməyib.
B. Soyqırım Cinayəti
1. “Litva Əhalisinin Soyqırımına görə Məsuliyyət Haqqında” Qanun, Cinayət Məcəlləsi və Ali Məhkəmənin soyqırım cinayətinə dair təlimatnamələri
6. Sovet hakimiyyəti illərində və 1992-ci ilə qədər, soyqırım cinayəti, Litva cinayət qanunvericiliyində – nə 1961-ci ilə qədər Litvada qüvvədə olan 1926-cı il RSFSR Cinayət Məcəlləsində (“RSFSR Cinayət Məcəlləsi”), nə də 1961-ci il LSSR Cinayət Məcəlləsində (“1961 Criminal Code”) (bax, aşağıda §§ 70-72) – nəzərdə tutulan cinayətlər sırasında sadalanmayıb.
7. Litva 9 Aprel 1992-ci ildə 1948-ci il Soyqırım Konvensiyasına və 1968-ci ildə Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməməsi haqqında BM Konvensiyasına qoşuldu. Həmin gün “Litva Əhalisinin Soyqırımına görə Məsuliyyət Haqqında” Qanun (Įstatymas dėl atsakomybės už Lietuvos gyventojų genocidą) qəbul edildi. Qanun aşağıdakıları nəzərdə tutur:
Maddə 1
“Milli, etnik, irqi və ya dini qrupa mənsub əhaliyə qarşı, qrup üzvlərini qətlə yetirmək və ya qəsdən işgəncə, ciddi bədən və psixoloji xəsarətlər yetirməklə tamamiylə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş əməllər; yaxud yaşayış şəraitini tam və ya qismən fiziki məhv olma ilə nəticələnəcək həddə çatdırma; zor işlətməklə bir qrupa mənsub uşaqların digər bir qrupa verilməsi; qrup daxilində doğub-törəmənin qarşısını almağa yönəlmiş məcburi tədbirlər (genosid), beş ildən on ilədək həbs və əmlakın müsadirə olunması və ya əmlakı müsadirə olunmaqla ölum cəzası ilə cəzalandırılır.”
Maddə 2
“Nasist Almaniyası və ya SSSR tərəfindən işğal və anneksiya edildiyi dövrdə Litva əhalisinin qətlə yetirilməsi, işgəncə olunması və deportasiyası beynəlxalq hüquqda müəyyən edildiyi üzərə soyqırım cinayəti kimi qiymətləndiriləcək.”
Maddə 3
“Litva Əhalisinin Soyqırımına görə Məsuliyyət Haqqında Qanun retroaktiv tətbiq edilə bilər. Qanunda vurğulanan əməlləri, qanun qüvvəyə minməmişdən öncə törədən fərdə heç bir cinayət məsuliyyətinə cəlbetmə müddətinə dair məhdudiyyət tətbiq edilmir. ”
8. 21 Aprel 1998-ci ildə, Qanunun 2 və 3-cü maddələri ləğv edilib və soyqırıma görə cinayət təqibi Cinayət Məcəlləsinin 49 və 71-ci maddələrə daxil edilib. Sonuncunun müddəaları nəzərdə tutur:
Maddə 49. Cinayət Məsuliyyətinə Cəlbetmə Müddəti
“5. Soyqırım cinayətinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti yoxdur. Soyqırıma görə mühakimə olunmuşlar cəzalarını çəkməkdən amnistiya ilə azad oluna bilməz.”
Maddə 71. Soyqırım
“1. Milli, etnik, irqi və ya dini qrupa mənsub əhaliyə qarşı, qrup üzvlərini qətlə yetirmək və ya onlara qəsdən ağır işgəncə, yaxud ciddi bədən xəsarətləri yetirmək, yaxud da psixoloji inkişaflarına zərbə vumaqla tamamiylə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş əməllər; yaxud yaşayış şəraitini tam və ya qismən fiziki məhv olunma ilə nəticələnəcək həddə çatdırma; zor işlətməklə bir qrupa mənsub uşaqların digər bir qrupa verilməsi; qrup daxilində doğub-törəmənin qarşısını almağa yönəlmiş məcburi tədbirlər, beş ildən on ilədək həbs cəzası ilə cəzalandırılır.
2. Bu maddənin 1-ci paraqrafında sadalanan əməllər ölümlə nəticələndikdə, həmçinin paraqraf 1 və 2-də sadalanan əməlləri təşkil və onlara rəhbərlik etmə on ildən iyirmi ilə qədər azadlıqdan məhrum etmə və ya ölüm hökmü ilə cəzalandırılır.”
9. 1 may 2003-cü ildən qüvvədə olan yeni Cinayət Məcəlləsi, və ərizəçinin mühakimə olunduğu vaxtda qüvvədə olan Məcəllədə deyilir:
Maddə 3. Cinayət Qanununun Qüvvədə olma Müddəti
“1. Əməlin cinayət olduğu və onu törədən şəxsin cəzalana bilirliyi, əməlin törədildiyi vaxtda qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Cinayət əməlinin törədildiyi vaxt hərəkətin (yaxid hərəkətsizliyin) edildiyi vaxt və ya cinayət qanununda nəzərdə tutulan cinayətin nəticələrinin üzə çıxdığı vaxtdır.
2. Cinayət qanununun bir əməlin cinayət kimi təsnifini aradan qaldırması, təyin olunmuş cəzanı əvəz etməsi yaxud cinayət törədən şəxsin lehinə olan digər yüngülləşdirici hallar geriyə şamil olunur; məsələn, bu qanun qüvvəyə minməmişdən öncə cinayət törətmiş, həmçinin, cəzasını çəkməkdə olan və daha öncə mühakimə olunmuş şəxslərə şamil olunur.
3. Bir əməli cinayət kimi təsnif edən, daha ağır cəza təyin edən yaxud cinayət törətmiş şəxsin əleyhinə digər ağırlaşdırıcı hallar geriyə şamil olunmur. Bu Məcəllənin soyqırım cinayətinə (Maddə 99), insanlara qarşı beynəlxalq hüquqda qadağan olunan rəftara (Maddə 100), beynəlxalq hümanitar hüquqda qorunan insanların qətlinə (Maddə 101), işğal olunmuş dövlətin mülki əhalisinin deportasiyasına (Maddə 102), beynəlxalq hümanitar hüquqda qorunan şəxslərə qarşı bədən xəsarətləri, işgəncə və ya digər qeyri-insani rəftara (Maddə 103), mülki şəxslər yaxud hərbi əsirlərdən düşmən ordusunda zorla istifadəsinə (Maddə 105) və qadağan olunmuş hərbi müdaxiləyə (Maddə 111) görə məsuliyyət təyid edən müddəaları istisna təşkil edir.
4. Yalnız, məhkəmə hökmünün verildiyi vaxtda qüvvədə olan cinayət qanunvericiliyində nəzərdə tutulan cinayət və ya islah cəzaları və o cümlədən tibbi müayinəyə cəlb edilmə tədbirlərinə tabe tutulur.”
Maddə 95. Ədalət Mühakiməsi Müddəti
“8. Məcəllədə göstərilən aşağıdakı cinayətlərin mühakimə müddəti yoxdur:
1) soyqırım (Maddə 99).”
Maddə 99. Soyqırım
“ Milli, etnik, irqi və ya dini qrup üzvlərini qismən və ya tam məhv etmək niyyəti ilə, qətl, qəsdən ağır işgəncə, yaxud ciddi bədən xəsarətləri, yaxud da onların psixoloji inkişaflarına zərbə vumaq, yaxud yaşayış şəraitini tam və ya qismən fiziki məhv olunma ilə nəticələnəcək həddə çatdırma, qrup daxilində doğub-törəməni azaltma, zor işlətməklə bir qrupa mənsub uşaqların digər bir qrupa verilməsini təşkil, yaxud icra edən və ya icrasında iştirak edən şəxs beş ildən iyirmi ilədək həbs cəzası və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”
10. “SSSR İşğalının vurduğu Zərərin Konpensasiyası Haqqında” Qanunun Konstitusiyaya uyğunluğuna dair 29 Noyabr 2010-cu il qərarında Konstitusiya Məhkəməsi bildirir:
“SSSR və Nasist işğalı dövründə, sadəcə demokratiya rədd edilmədi, işğal edilmiş Dövlətin əhalisinə qarşı cinayətlər törədildi: soyqırım törədildi. Işğal dövründə işğalçı Dövlətlərin rejimlərinə xidmət edən fərdlər tərəfindən törədilən soyqırım cinayətinə məruz qalanların soyqırım cinayətini törədənlərə qarşı, aydındır ki, hüquqən təzminat şikayəti olmayub.”
11. 29 İyun 2012-ci ildə Ali Məhkəmə, İnsanlıq Əleyhinə və Hərbi Cinayətlərlə bağlı Məhkəmə Praktikasına dair Təlimatnamə qəbul etdi. Təlimatnamədə qeyd edilir ki, bir şəxsin soyqırım da ittiham olunması üçün cinayətin törədildiyi kontekst önəmlidir; həmçinin şəxsin bir qrupa mənsub bəzi üzvləri yaxud qrupu tamamiylə məhv etmək məqsədi güddüyünü qətiləşdirmək mütləqdir. Soyqırım məqsədli, qəsdən törədilən cinayətdir. Məqsəd, şəxsin birbaşa repressiv tədbirləri həyata keçirən repressiv təşkilatın xüsusi birləşmələri üçün xidmət etməsi kimi dəlillərlə təsbit oluna bilər. Məsələn, işğalçı rejimə müqavimət göstərən Litva partizanlarına qarşı. Repressiv təşkilata üzvlük şəxsin təşkilatın məqsədlərini dərk etdiyinə dəlalət edir (10 və 11-ci bəndlər).
2. Konstitusiya Məhkəməsinin 18 Mart 2014-cü il tarixli qərarı
12. 2011-ci ildə, Litva Seyminin bir qrup üzvü və o cümlədən, beş cinayət işi ilə bağlı cinayət məhkəmələri Konstitusiya Məhkəməsinə Litva Respublikası Cinayət Məcəlləsinin maddə 3 § 3, maddə 95 § 8 (1) və maddə 99-un Litva Respublikasının Konstitusiyasının maddə 31 §§ 2 və 4 və maddə 138 § 3 ilə və konstitusiyon qüvvəli hüququn aliliyi prinsipi ilə ziddiyyət təşkil edib-etməməsinin araşdırılmasına dair müraciət edib.
13. Bu müraciətlərdən biri Apellyasiya Məhkəməsi tərəfindən edilib (1B-58/2011 saylı petisiya).[2] Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinin təlimatnaməsinə istinad edən qərarından aydın olur ki, Kaunas Region Məhkəməsi ərizəçini Litva partizanlarının soyqırımı ilə bağlı başqa bir cinayət işi üzrə soyqırım cinayətində təqsirli bilib. Həmin iş üzrə birinci instansiya məhkəməsi təsbit etdi ki, ərizəçi 15 sentyabr 1952-ci ildən işğalçı quruluşda, MGB-nin Šakiai rayon şöbəsində, əməlliyyat müvəkkili olub və “ onun əsasən, Litva əhalisinin bir parçası olan əlahiddə, məxsusi milli-etnik-siyasi qrup – Litva partizanlarının fiziki məhv edilməsi məqsədi daşıdığına bələd olub”. 23 Mart 1953-cü ildə ərizəçi, MGB-nin Šakiai rayon şöbəsinin rəhbər şəxsləri ilə, Šakiai rayonunda bir evə sığınan partizanların qətl edilməsi yaxud əsir alınması və deportasiyası məqsədi ilə birgə hərəkət edərək, partizan J.B.-nin yaralanıb həbs olunduğu əməliyyatda iştirak edib. 20 İyul 1953-cü ildə Vilnus rayon MGB Hərbi Məhkəməsi sözügedən partizanı 25 il azadlıqdan məhrum edib. 1953-cü ilin avqustunda həmin partizan Litvadan SSSR-i ərazisində yerləşən xüsusi düşərgəyə deportasiya edilib. Beləliklə, birinci instansiya məhkəməsi qərara aldı ki, bu əməllərlə ərizəçi, partizanın Litvadan işğalçı Dövlətə deportasiya olunması, və beləcə partizanın həbs düşərgəsində (lageryje) qanunsuz saxlanmasında iştirak edib.
14. 18 Mart 2014-cü ildə Konstitusiya Məhkəməsi, Litva Cinayət Məcəlləsində müəyyən edildiyi şəkildə, soyqırım cinayətinin və bu cinayətə görə retroaktiv cəzanın mümkünlüyünün Litva Konstitusiyasına uyğun olub-olmaması haqqında qərar qəbul etdi. Məhkəmə qərara aldı ki, Cinayət Məcəlləsinin hər hansı milli, etnik, irqi, dini və o cümlədən sosial və ya siyasi qrupa mənsub şəxslərin tam və ya qismən nəhv edilməsi niyyətiylə törədilən əməllərin soyqırım hesab oluna biləcəyini nəzərədə tutan 99-cu maddəsi Litva Konstitusiyasına uyğundur. Müvafiq beynəlxalq qanunvericiliyi, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin Yuqoslaviya üzrə və Beynəlxalq Ədalət Məhkəməsinin presedent hüququnu nəzərdən keçirən Konstitusiya Məhkəməsi o baxışı rəhbər tutdu ki, Dövlətlər, məxsusi tarixi, siyasi, sosial və mədəni şərtlərdən irəli gələrək, yerli qanunvericilikdə soyqırım cinayəti anlayışına beynəlxalq qanunvericilikdə verilən anlayışdan daha geniş anlayış verməkdə müəyyən sərbəstliyə malikdirlər. Belə ki, sosial və siyasi qruplar soyqırım anlayışına daxil edilə bilər (bax, qərarın 3.7.-ci bəndi, II bölmə, əsaslandırma hissəsi).
15. Konstitusiya Məhkəməsi həmçinin qeyd etdi ki, tarixçilərin qənaətinə görə, Litvalılar, SSSR-də yaşayan digər millətlərlə də daxil (Almanlar, Ukraynalılar, Krım Tatarları, Çeçenlər, Inquşlar), Latviyalılar və estonlarla birgə “etibarsız” millətlər hesab ediliblər. Milliyətlərinə əsasən, “etibarsız” millətlərə mənsub olan şəxslər sürgündə, inter alia, ağlasızmaq həyat şəraitinə tərk edilərək məhvə məhkum olunublar. Konstitusiya məhkəməsi qərara alır ki, (Konstitusiya Məhkəməsi tərəfindən bu və sonrakı çıxarışlar ingliscəyə rəsmi tərcümə edilib):
“6.3. Beləliklə, belə beynəlxalq və tarixi konteksti, inter alia, qrupların bütünlüklə məhv edilməsinin əsasını təşkil edən yuxarıda qeyd edilən totalitar communist SSSR rejiminin ideologiyası diqqətə alındıqda, Litvanın millət olaraq siyasi varlığını və Litvalıları “etibarsız” millət kimi hədəfə alan siyasətin bir parçası olan SSSR-nin Litva Respublikasının əhalisinə qarşı yürütdüyü repressiya dalğasından o nəticə çıxarılmalıdır ki, müəyyən dövr ərzində (1941-ci il ki, Litvalıların Sovetlər birliyinə kütləvi deportasiyası başladı və saxlanılanlar məhkəmə qərarı olmadan edam edilirdi və 1944-1953-cü illər ki, Litvanın işğalına qarşı müqavimət savaşı getdiyi dövrdə kütləvi deportasiyalar edildi) Sovet işğalçı rejimi tərəfindən törədilən cinayətlər, milli, etnik, irqi və dini qrupu tam və ya qismən məhv etmə xüsusi niyyətinin mövcudluğuna sübutlar olduqda, beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarında nəzərdə tutulduğu anlamda soyqırım kimi qiymətləndirilə bilər (inter alia, Soyqırım Konvensiyasına uyğun olaraq). Daha öncə qeyd edildiyi kimi, beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarına görə hər hansı bir əməl o zaman soyqırım sayılır ki, onlar, hər hansı bir milli etnik, irqi və dini qrupu yalnız bütövlükdə deyil həmçinin qismən məhv etmək niyyəti ilə öncədən düşünülmüş olsun; qorunan qrupun bir parçası hədəf alınıbsa, bu kəsim qrupun, məhvi bütöv qrupa təsir edəcək dərəcədə əhəmiyyətli bir parçası olmalıdır; həmçinin törədilən əməllər, məhvi bütövlükdə müvafiq milli, etnik, irqi və dini qrupa təsir göstərmiş olacaq, hər hansı bir milli, etnik, irqi və dini qrupun əhəmiyyətli parçası olan müəyyən sosial və ya siyasi qrupları məhv etməyi güdən düşünülmüş hərəkətdirsə, soyqırım hesab edilə bilər. Həmçinin vurğulandı ki, qrupun fiziki məhvi əhalinin məcburi yerdəyişməsinin, bu yerdəyişmənin qrupun bir daha özünü yenidən toparlaya bilməyəcəyi – xüsusiylə, qrup üzvlərinin pərən-pərən salınması – şəklində edilməsinin nəticəsi ola bilər; bucür hallarda, fərdlərin məcburi yerdəyişməsi, artıq qrup bir qrup halında, ən azında əvvəl olduğu tərkibiylə, movcudluğunu durdurduğundan, onun məhvinə gətirib çıxara bilər”.
Konstitusiya Məhkəməsi daha sonra qərara aldı:
“Başqa sözlə, qeyd edildi ki, beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarına görə, Litva əhalisindən müəyyən siyasi və sosial qrupa qarşı müəyyən dövrdə törədilmiş əməllər o zaman soyqırım sayıla bilər ki, bu əməllər – sübuta yetirilərsə – Litva millətinin, məhvi onun bütövlükdə varlığına təsir göstərmiş olacaq, əhəmiyyətli bir parçasını təmsil edən qrupları məhv etmək niyyəti ilə öncədən düşünülmüş olsun. Qeyd olunmalıdır ki, belə bir niyyəti göstərən hər hansı sübut olmadıqda, onun əksinə olaraq, düşünülməməlidir ki, sözügedən şəxslər özlərinin Litva əhalisinə qarşı törətdikləri əməllərə görə (məs. qətl, işgəncə, deportasiya, işğalçı dövlətin ordusuna məcburi cəlb etmə, siyasi, milli və ya dini səbəblərlə təqib) Litva qanunvericiliyi və beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normaları əsasında cəzalandırılmayacaqlar; konkret şərtlər daxilində, bu əməllərin hərbi cinayət və ya insanlığa qarşı cinayət təşkil edib etməməsi qiymətləndirilməlidir.
6.4. Bu kontekstdə vurğulanmalıdır ki, daha öncə qeyd olunduğu kimi, 1992-ci il 9 aprel tarixli “Litva Əhalisinin Soyqırımına görə Məsuliyyət Haqqında” Qanunun Preambulasında deyilir ki, inter alia, Litva əhalisinə qarşı yönəlmiş soyqırım və insanlıq əleyhinə cinayətlər törədilməsi siyasəti Nasist Almaniyası və ya SSSR işğalı dövründə həyata keçirilib; Həmin Qanunun 2-ci maddəsində qeyd olunur ki, “Nasist Almaniyası və ya SSSR işğalı və anneksiyası illərində həyata keçirilən, Litva əhalisinin qətli, işgəncə və deportasiyası soyqırımın beynəlxalq hüququn normalarında təyid edilən meyarlarına uyğun gəlir”.
6.5. Xülasə, qeyd olunmalıdır ki, petisiyanı imzalayanların etiraz etdikləri, sosial və siyasi qrupların soyqırım cinayətinin Cinayət Məcəlləsinin 99-cu maddəsində verilən anlayışına daxil edilməsi dəqiq hüquqi və tarixi kontekstdə – işğalçı rejimlər tərəfindən Litva Respublikasında törədilən beynəlxalq cinayətlər – müəyyən edilib.”
16. Konstitusiya Məhkəməsi həmçinin qeyd etdi ki, Litva Cinayət Məcəlləsinin soyqırım cinayəti (sosial və siyasi qrupların soyqırımı daxil) üzrə məsuliyyətə cəlbetmə müddətinin olmadığını nəzərdə tutan 95-ci maddəsi Konstitusiyaya uyğundur. Konstitusiya Məhkəməsinin fikrincə, Konstitusiya bucür qanun müdaxiləsinə, məsuliyyətə cəlbetmə müddətsizliyinin ağır cinayətlərə görə təqibə şamil olunmadığı hallarda icazə verir ki, siyasi və sosial qruplara qarşı soyqırım bunlardan biridir. Konstitusiya Məhkəməsi daha sonra qeyd etdi ki, Konstitusiyanın maddə 135 § 1-ə görə Litvanın soyqırım kimi cinayətləri qadağan edən beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarından irəli gələn öhdəliklərinə əsasən, Litva qanunvericiliyi beynəlxalq hüququn qoyduğu standartdan aşağı standart müəyyənləşdirə bilməz. Digər tərəfdən, əgər Litva cinayət qanunvericiliyi yalnız daxili qanunvrericilkdə nəzərdə tutulan cinayətə, hazırki halda siyasi və sosial qrupa mənsub şəxslərin soyqırımı cinayətinə, istinadən retroaktiv cəzaya izn verərsə qanunçuluq prinsipini, nullum crimen sine lege və nulla poena sine lege prinsiplərini pozmuş olar. Başqa sözlə, sosial və siyasi qrupların soyqırımına görə retroaktiv cinayət təqibi, əgər soyqırım Cinayət Məcəlləsinə edilən 21 Aprel 1998-ci il dəyişikliklərindən əvvəl törədilibsə, Konstitusiya və qanunçuluq prinsipi ilə ziddiyət təşkil edər.
17. Sovetlər birliyi daxil, totalitar rejimlərin törətdiyi cinayətlərlə bağlı Konstitusiya Məhkəməsi qeyd etdi ki (6.1-ci bənd, bölmə II, əsaslandırma hissəsi):
“belə ki, hərbi və insanlığa qarşı cinayətlər, şübhəsiz, totalitar rejimlərə, inter alia, Sovetlər birliyinə xas ola bilər ki, müəyyən milli yaxud etnik qruplara qarşı müəyyən dövrdə törədilmiş cinayətlər beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarında nəzərdə tutulduğu üzərə soyqırım cinayəti təşkil edə bilər. Bu mənada, qeyd edilməlidir ki, SSSR komunist totalitar rejimi tərəfindən törədilmiş cinayətlər Rusiya qanunvericiliyində tanınıb. Məsələn, 26 Aprel 1991-ci il tarixli ‘Respresiyaya məruz qalmış əhalinin Reabilitasiyası Haqqında’ Qanunun Preambulasında deyilir ki, başqa məsələlərlə yanaşı, ‘Sovet cəmiyyətinin yenilənməsi...Sovet hakimiyyəti illərində represiya, soyqırım edilmiş və qara yaxılmış əhalinin reabilitasiyası üçün əlverişli imkanlar açıb”. [həmçinin aşağıda bax, 74-cü paraqraf]
18. Sovet idarəsi dövründə (xüsusiylə, 1940-1941 və 1944-1953), Litvada Sovet represiyalarının miqyasına dair, Konstitusiya Məhkəməsi aşkar etdi ki:
“6.2. Müxtəlif verilərə görə, SSSR tərəfindən iki işğalın nəticəsində Litva respublikası əhalisinin, köçkünlər daxil, təqribən beşdə bir hissəsini itirdi. Litva Müqavimət və Soyqırım Tədqiqat Mərkəzinin verilərinə görə, Sovet işğalı dövründə (1940-1941 və 1944-1990), ümumilikdə, 85,000 Litva sakini şikəst və ya qətl edilib, təqribən 132 000 Litvalı Sovetlər birliyinə deportasiya edilib (1945–1952-ci illərdəki deportasiyada, bunların 32,000-ni uşaq idi). Bu öldürülən və ya qətl edilənlər arasında 20 000-i işğala qarşı silahlı müqavimət hərəkatının iştirakçıları (partizanlar) və onların dəstəkçiləri idi (1944–1952-ci il üçün olan verilər), təqribən 1100 – Sovet qoşunları 1941-ci ilin iyununda Litvadan çəkilərkən güllələnərək yaxud işgəncə ilə öldürülub, təqribən 35–37 000 siyasi məhbus xüsusi düşərgə və həbsxanalarda məhv edilib və təqribən 28 000 deportasiya olunan sürgündə həlak olub; 14 İyun 1941-ci ildə Litva Respublikası əhalisinin Sibirə kütləvi sürgünü başladı (son olaraq, 12 000 insan sonradan sürgün edilib); mülki əhaliyə qarşı ən böyük represiya 1944–1946-cı illərdə edilib: 130 000-dən çox Litva sakini tutulub və həbs edilib, 32 000 represiya və xüsusi düşərgə və həbsxanalara köçürülüb, 1944–1945-ci illərdə təqribən 108 400 SSSR hərbi qoşunlarına zorla cəlb edilib. 1944–1953-cü illər işğala qarşı partizan müharibəsində, ümumilikdə, 186 000 insan tutulub və həbs edilib.
Bu rəqəmlərdən aydındır ki, Sovet işğalçı rejimi Litva Respublikası ərazisində beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarına görə (inter alia Nürnberq Məhkəməsi Xartiyası), insanlığa qarşı cinayətlər (qətl və mülki əhalinin məhvi, sakinlərin deportasiyası, onların həbsi və siyasi və milli əsaslarda təqibi və s.), hərbi cinayətlər (qətl və beynəlxalq humanitar hüquqda qorunan şəxslərin deportasiyası, işğal olunmuş ərazidəki əhalinin işğalçı orduya zorla cəlb edilməsi və s.) kateqoriyasında qiymətləndirilə biləcək beynəlxalq cinayətlər törədib.
Vurğulanmalıdır ki, tarixçi tədqiqatlarına görə, Litva Respublikası sakinlərinə qarşı törədilmiş cinayətlər SSSR-nin yürütdüyü sistemli və məqsədyönlü totalitar siyasətin bir parçası idi: Litva sakinlərinə qarşı represiya heç bir halda təsadüfi və xaotik olmayıb, əksinə Litva milləti siyasi varlığının, inter alia, keçmiş Litva dövlətinin sosial və siyasi strukturunun əsaslarını məhv etməyə hesablanıb. Bu represiyalar Litva Respublikası əhalisinin ən aktiv siyasi və sosial qruplarına qarşı yönəlib: işğala qarşı müqavimət hərəkatı partizanları və onların dətəkçiləri, mülki qulluqçular və Litva Dövlət rəsmiləri, Litva ictimai xadimləri, intelektuallar və alim zümrəsi, fermerlər, ruhanilər və bu qrupdan olanların ailə üzvləri. Qeyd edilməlidir ki, işğalçı rejim represiya vasitələri ilə bu qrupları məhv etmək, zərbə vurmaq, parçalamağı düşünüb: onlar mühakimə olmadan edam, həbs və xüsusi məcburi əmək düşərgələrinə sürgün qurbanları idi, onlar Sovetlər birliyinin az məskunlaşmış sərt-iqlimli uzaq diyarlarına, bilərəkdən şəxsin həyat və sağlamlığına təhdid təşkil edən dözülməz həyat şəraitinə sürüklənilərək, deportasiya edilib.”
19. Partizanların roluna dair Konstitusiya Məhkəməsi qeyd etdi ki:
“O cümlədən qeyd edilməlidir ki, Litva Respublikası qanunvericiliyinə görə ... Sovet işğalına qarşı mütəşəkkil silahlı müqavimət Litva Dövlətinin özünü-müdafiəsi anlamına gəlir, silahlı müqavimət hərəkatının iştirakçıları künüllü hərbi qulluqçu elan olunur və onların hərbi rütbəsi mükafatları tanınır...”
Konstitusiya Məhkəməsi o cümlədən qeyd etdi ki:
“...işğal dövründə, [Litvanın Müstəqilliyi Uğrunda Hərəkat Şurası] azadlıq uğrunda siyasi və hərbi mübarizəyə öndərlik edən ali milli siyasi qurum [idi].”
Konstitusiya Məhkəməsi daha sonra bildirdi:
“7.3. Belə ki, beynəlxalq və tarixi kontekstdən baxıldıqda, vurğulanmalıdır ki, Sovet işğalına qarşı çıxan müqavimət hərəkatının iştirakçılarına qarşı əməllərin siyasi qrupa yönəlmiş kimi qiymətləndirilməsində bu qrupun sözügedən, beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarına əsasən soyqırım anlayışının əhatə etdiyi milli qrup (Litva milləti) üçün bütövlükdə əhəmiyyətliliyi nəzərdən keçirməlidir. Qeyd olundu ki, beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarına əsasən, Litva əhalisinin müəyyən siyasi və sosial qruplarına qarşı müəyyən dövrdə törədilən əməllər o zaman soyqırım kimi qiymətləndirilə bilər ki, onlar – sübuta yetirələrsə – məhvi Litva millətinin bütövlükdə varlığına təsir göstərmiş olacaq milli qrupun əhəmiyyətli bir parçasını təmsil edən qrupları yox etmək niyyəti ilə törədilmiş olsun. Qeyd olunmalıdır ki, belə bir niyyəti göstərən hər hansı sübut olmadıqda, onun əksinə olaraq, düşünülməməlidir ki, sözügedən şəxslər özlərinin Litva əhalisinə qarşı törətdikləri əməllərə görə (məs. qətl, işgəncə, deportasiya, işğalçı dövlətin ordusuna məcburi cəlb etmə, siyasi, milli və ya dini səbəblərlə təqib) Litva qanunvericiliyi və beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normaları əsasında cəzalandırılmayacaqlar; konkret şərtlər daxilində, bu əməllərin hərbi cinayət və ya insanlığa qarşı cinayət təşkil edib etməməsi qiymətləndirilməldir. Sovet işğalına qarşı Litva Respublikası silahlı müqavimət hərəkatının iştirakçıları ilə bağlı bir fakt diqqətə alınmalıdır ki, Sovetlər birliyi beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarını inkar edərkən onlara nə döyüşçü və hərbi əsir statusunu tanıdı, nə də bu statusdan irəli gələn beynəlxalq təminatları verdi; SSSR-nin repressiv daxili və təhlükəsizlik strukturlarının sənədlərini araşdıran tarixçilərin gəldiyi nəticələrdən aydın olur ki, bu orqanlar Litva partizanlarını da aid etdikləri “banditlər”, “terroristlər”, və “burjua millətçiləri”ni məhv etmək siyasəti yürüdüb, inter alia, məxsusi “məhv etmə” dəstələri yaradılıb və onlar Litva partizanları və onların dətəkçilərinə qarşı mübarizədə istifadə olunub.”
C. Digər müvafiq daxili qanunvericilik
20. Litva Konstitusiyasının 31 § 4 maddəsi yalnız qanuni əsaslarda cəza kəsilə və ya tətbiq edilə biləcəyini qəti nəzərdə tutur. Maddə 135-ə əsasən Litva Respublikası hamılıqla qəbul olunan universal prinsiplər və beynəlxalq hüququn normalarına əməl etməli, vətəndaşların əsas hüquq və azadlıqlarını təmin etməyə çalışmalıdır. Maddə 138 § 3-ə əsasən Parlamentin ratifikasiya etdiyi beynəlxalq razılaşmalar Litva hüquq sisteminin tərkib hissədir.
21. Beynəlxalq Razılaşmalar Haqqında Qanunun 11-ci maddəsinə görə, ratifikasiya olunmuş beynəlxalq razılaşma qanunda nəzərdə tutulandan fərqli norma nəzərdə tutarsa, birinci üstün hüquqi qüvvəyə malik olur. 14 Mart 2006-cı il qərarında Konstitusiya Məhkəməsi bildirdi ki, özünün sərbəst iradəsi ilə qəbul etdiyi beynəlxalq öhdəliklərinə riayət və beynəlxalq hüququn hamılıqla qəbul olunan universal prinsiplərinə, pacta sunt servanda prinsipi daxil, hörmət etmək müstəqilliyini bərpa etmiş Litva Dövlətinin hüquq ənənəsi və konstitusyon prinsipi idi. 18 Mart 2014-cü il qərarında Konstitusiya Məhkəməsi bildirdi ki, pacta sunt servanda prinsiplərinə görə, beynəlxalq hüququn hamılıqla qəbul olunan universal normalarından irəli gələn, beynəlxalq cinayətləri qadağan edən öhdəliklər xoş məramla icra olunmalıdır. Belə ki, sözügedən konstitusyon mühakimənin kontekstində (bax yuxarıda 56-63-cü paraqraflar) beynəlxalq hüququn, beynəlxalq cinayət, inter alia soyqırım ilə bağlı, hamılıqla qəbul olunan universal normalarının nəyi ehtiva etdiyi aydınlaşdırılmalı.
22. Ali Məclis 2 May 1990-cı ildə “İşğalçı Rejimə Qarşı Müqavimətə Görə Repressiyaya məruz qalan Şəxslərin Hüquqlarının Bərpası Haqqında” Qanunu qəbul etdi. Bu qanunda, inter alia deyilir ki, “ təcavüzə və işğalçı rejimlərə qarşı Litva əhalisinin müqaviməti milli və beynəlxalq hüquqla ziddiyət təşkil etmir” və “Litva respublikası Ali Məclisi partizanların müqavimət hərəkatında mübarizəsini millətin özünü-müdafiə hüququnun ifadəsi kimi qiymətləndirir”. Bu qanunun ilkin versiyasına görə, sonrakı müddəalar soyqırım, adamöldürmə və silahsız mülki əhaliyə işgəncə cinayətlərində iştirak edən şəxslərə şamil olunmayıb. Qanun 2008-ci il versiyası bu müddəanın, həmçinin, insanlığa qarşı və hərbi cinayətlərdə iştirak edən şəxslərə də şamil olunmadığını nəzərdə tutub. Vurğulandı ki, işğalçı rejimlərin represiya orqanlarının işlərindən qalan verilər əlavə istintaq olmadan sübut kimi göstərilə bilməzdi və silahlı müqavimət iştirakçıları Litvanın könüllü döyüşçüləri elan edildi (skelbiami Lietuvos kariais savanoriais).
23. 23 Janvar 1997-ci ildə Litva Parlamenti 1940-90-cı illər İşğallarına qarşı Müqavimətin İştirakçılarının Statusu Haqqında Qanunu (Pasipriešinimo 1940-1990 metų okupacijoms dalyvių teisinio statuso įstatymas) qəbul etdi. Qanunun Preambulasında deyilir ki, 15 İyun 1940-ci ildən 11 Mart 1990-cı ilə qədər Litva ərazisinin tamamı Alman və Sovet işğalları altında olub. Həmçinin qeyd olunur ki, Litvada 1944-53-cü illərdə Sovetlər Birliyinin işğalçı ordusu və Sovet rejiminə qarşı silahlı “milli” müqavimət (Litva partizan müharibəsi) olub. “Partizanların idarəetməsi ən ali qanuni siyasi və hərbi hakimiyyət idi”. Preambulda həmçinin qeyd edilir ki, 16 Fevral 1949-cu il Deklarasiyası (bax yuxarıda, 13-cü paraqraf) “millətin süveren iradəsi”ni əks etdirir.
Qanunun maddə 2 § 1 (4)-ü silahlı müqavimət iştirakçıları olaraq partizanlara “könüllü döyüşçü” (karys savanoris) statusu verir. “Partizanlar” anlayışı mütəşəkkil silahlı müqavimət hərəkatına mənsub, and içib andına sadiq qalan, silahlı olan, qanuna tabe olmayan və rəhbərliyin əmrində döyüşə gedən şəxsləri nəzərdə tutur.
Könüllü döyüşçü statusu hərbi cinayətlər törədən, mülki şəxsləri öldürmək əmri verən yaxud mülki şəxsləri şəxsən öldürənlərə verilə bilməz (Qanunun 6 § 2 (1)-ci maddəsi).
24. 6 Octyabr 1998-ci ildə Litva Parlamenti 1940-1990-cı illər İşğallarına qarşı Müqavimət Hərəkatında Həyatlarını İtirmiş Şəxslərin Ailələrinə Dövlət Dəstəyi Haqqında Qanunu qəbul etdi (Valstybės paramos žuvusių pasipriešinimo 1940-1990 metų okupacijos dalyvių šeimoms įstatymas). Dövlət döyüş zamanı, həbsdə həlak olan, və ya sorğu-sual vaxtı öldürülən yaxud ölən və ya ölümə məhkum edilib edam olunan könüllü döyüşçülərin (silahlı müqavimətin iştirakçılarının) ailə üzvlərinə toplam 20 000 LTL verəcəkdi (Maddə 2 § 2 (1)).
25. Cinayət prosedurun yenidən başlanılması imkanına dair, Cinayət Prosedural Məcəlləsində deyilir ki, əgər məhkəmə hökmündən öncə bəlli olmayan, məhkumun təqsirsiz və ya daha yüngül yaxud daha ağır cinayət törətdiyinə sübüt təşkil edə biləcək iş üzrə yeni elementlər ortaya çəxarsa cinayət proseduru yenidən başlana bilər (Maddə 444 § 1 (4)). Işə yenidən baxılması üçün məhkumun özü və ya Baş Prokuror müraciət edə bilər (Maddə 446 §§ 1-3). İşə yenidən baxılıb-baxılmamasına dair qəti hökmü Ali Məhkəmə verir ki, O, hökmü ləğv edib işi yenidən araşdırılması üçün istintaq göndərə, ləğv edib cinayət işinə xitam verə yaxud da yenidən baxılma ilə bağlı müraciəti rədd edə bilər (448-9 -cu maddələr).
D. Müvafiq Sovet və Rusiya qanunvericiliyi
26. RSFSR-nın Cinayət Məcəlləsi 1940-cı ildə Litva SSR-nin ərazisində qüvvəyə mindi.
27. RSFSR-nın Cinayət Məcəlləsi inqilab-əleyhinə bir sıra cinayətlərə görə cinayət məsuliyyəti nəzərdə tuturdu (Maddə 581). “İnqilab-əleyhinə” anlayışı Sovet hökümətini devirməyə, parçalamağa və ya zəiflətməyə yönəlik hər hansı bir əməli nəzərdə tuturdu. Maddə 581a, SSSR-i vətəndaşları tərəfindən SSSR-nin hərbi gücünə, milli süverenliyinə, ərazi bütövlüyünün pozulmazlığına zərbə vuran əməlləri ehtiva edən, vətənə xəyanətə görə cinayət məsuliyyəti nəzərdə tuturdu. Bu əməllər ölüm cəzası və ya yüngülləşdirici hallar olduqda, mülkiyyəti müsadirə olunmaqla on il azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. Qəsdən adamöldürmə 8 ildən çox azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Əgər qəsdən adamöldürmə hərbçi tərəfindən törədildikdə, xüsusiylə ağırlaşdırıcı şərtlərdə, ölüm cəzası verilə bilərdi (maddə 136 və 137).
28. Litva SSR-nin Ali Məclisi 26 İyun 1961-ci ildə RSFSR-in Cinayət Məcəlləsini əvəz edən LSSR-in Cinayət Məcəlləsini qəbul etdi. O 1961-ci ilin 1 Sentyabrında qüvvəyə mindi. LSSR-in Cinayət Məcəlləsinin 104-cü maddəsinə görə, qətl üç ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. Ağır qətllər, hazırki işdə iki və daha çox şəxsin qətlə yetirilməsi, deportasiya olunmaqla və ya olunmamaqla, səkkiz ildən on beş ilə qədər azadlıqdan məhrumetmə və ya ölüm ilə cəzalandırıldı.
29. SSSR Xalq Deputatları Konqresi 24 Dekabr 1989-cu ildə Təcavüz etməmə Haqqında 1939-cu il Sovet-Alman Razılaşmasının Siyasi və Hüquqi Qiymətləndirilməsinə dair Qətnamə qəbul etdi. Konqres, Almaniya ilə digər bütün gizli razılaşmalar kimi, Razılaşmaya Gizli Əlavə Protokolu hüquqi baxımdan əsassız və imzalandığı andan etibarən qüvvəsiz elan etdi. Qətnamədə deyilirdi ki, Sovet və Alman ərazi nüfuz dairələri bölgüsü müxtəlif “üçüncü” dövlətlərin (aralarında Latviya, Litva və Estoniya) suverenliyi və müstəqilliyinə zidd olub. Bu LSSR Ali Məclisinin 7 Fevral 1990-cı il tarixli, Litvanın 1940-cı ildə SSSR-yə qanunsuz birləşdirilməsini bildirən Qərarı ilə müşaiyət olundu (bax, yuxarıda, Kuolelis və Başqaları, § 10).
30. Rusiya Federasiyasının 26 Aprel 1991-ci ildə qəbul etdiyi “Repressiya olunmuş Xalqların Reabilitasiyası Haqqında” Qanunun (Закон “О реабилитации репрессированных народов”) Preambulasında deyilir ki, “ Sovet cəmiyyətinin özünün demokratizasiya və ölkə ərazisində qanunçuluğun bərqərar edilməsi prosesi ilə yenidən qurulması Sovet hakimiyyəti dövründə represiya olunmuş, soyqırım və qarayaxıcı hücumlara məruz qalmış xalqların reabilitasiyası üçün əlverişli imkanlar yaradıb”. Qanunda deyilir ki, onun məqsədi:
”Maddə 1. Məruz qaldıqları əməllərin qanunsuz və cinayət olduğunu qəbul edərək, Rusiya Sovet Federativ Sosialist Respublikasının bütün represiya olunmuş xalqlarını reabilitasiya etmək.
Həmçinin qeyd edilir ki:
Maddə 2. Bu xalqlar (millətlər, milliyətlər və ya etnik qruplar və başqa tarixən məskunlaşmış mədəni-etnik icmalar, məsələn Kazaklar), hansılarına qarşı ki, milli və ya digər mənsubiyyətə əsaslanaraq, məcburi yerdəyişmə, milli-Dövlət strukturlarının məhvi, milli sərhədlərin yenidən şəkilləndirilməsi, xüsusi quruluşlarla terror və təcavüzkar rejim yaratmaq ilə müşaiyət olunan Dövlət səviyyəsində qarayaxma və soyqırım siyasəti yürüdülüb, represiyaya məruz qalmış xalqlar kimi tanınmalıdır.”
III. MÜVAFİQ BEYNƏLXALQ VƏ MÜQAYİSƏLİ HÜQUQ VƏ PRAKTİKA
A. Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsi və Nürnberq Prinsipleri
31. Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsi (“IMT”) ABŞ, Fransa, Biləşmiş Krallıq və SSSR Hökümətlərinin 8 Avqust 1945-ci ildə imzaladığı London Razılaşmasına uyğun olaraq, insanlığa qarşı cinayətlərin aşağıdakı tərifini verib:
Maddə 6
“Aşağıdakı hərəkətlər, yaxud onlardan biri, Tribunalın jurisdiksiyasına daxil olan cinayətlərdir və onlara görə fərdi məsulliyət nəzərdə tutulur: ...
(c) insanlığa qarşı cinayətlər: daha dəqiq, adamöldürmə, kütləvi məhv etmə, kölə halına salma, deportasiya, və müharibədən əvvəl yaxud müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş digər qeyri-insani hərəkətlər; yaxud, törədildiyi ölkənin daxili qanunvericiliyinə zidd olub-olmamasından asılı olmayaraq Tribunalın yurisdiksiyasına düşən hər hansı cinayətin icrası zəminində və ya o cinayətlə bağlı siyasi, irqi və ya dini səbəblərlə təqib.
Yuxarıdakı cinayətlərdən hər hansı birini törətmək üçün ümumi plan və ya təxribatın hazırlanması və ya icrasında iştirak edən liderlər, təşkilatçılar, təşviqçilər və həm-icraçılar bu planın icrasında hər hansı bir şəxsin törətdiyi bütün əməllərə görə məsuliyyət daşıyır.”
32. Bu tərif sonradan Nürnberq Tribunalı Nizamnaməsində və Məhkəmə Qərarında Tanınan Beynəlxalq Hüququn Prinsipləri içərisində VI Prinsip kimi məcəllələşdirildi. O Beynəlxalq Hüquq Komissiyası tərəfindən 1950-ci ildə Birləşmiş Millətlər Baş Assambleyasının 177 (II) saylı Qətnaməsinə salındı və Baş Assambleyada təsdiq edildi.
Xüsusiylə, Nürnberq Prinsipi I nəzərdə tutur:
“Beynəlxalq hüquqda cinayət hesab olunan bir əməli törədən istənilən şəxs məsuliyyət daşıyır və cəzasını çəkməlidir”
Prinsip II:
“Beynəlxalq hüquqda cinayət hesab olunan əmələ görə beynəlxalq hüququn bir cəza müəyyən etməməsi faktı həmin əməli törədən şəxsin beynəlxalq hüquq qarşısında məsuliyyətini aradan qaldırmır”.
Prinsip IV:
“Fərdin Hökümətinin və ya tabeçiliyində olduğu şəxsin əmrinin icrası zəminində hərəkət etməsi faktı onun beynəlxalq hüquqa görə məsuliyyətini aradan qaldırmır, belə ki, onun mənəvi seçimi etmək imkanı özündə qalıb.”.
Prinsip VI:
“Aşağıda sadalanan cinayətlərə, beynəlxalq hüquqa əsasən cinayət hesab edilərək, cəza kəsilə bilər:
...
(c) İnsanlığa qarşı cinayətlər:
Adamöldürmə, kütləvi məhv etmə, kölə halına salma, deportasiya və mülki əhaliyə qarşı törədilmiş digər qeyri-insani hərəkətlər, siyasi, irqi və ya dini səbəblərlə təqiblər, bu əməllər və ya təqiblər hər hansı sülhə qarşı yönəlmiş yaxud hərbi cinayətin icrası zəminində və ya o cinayətlə bağlı törədildikdə.”
B. Birləşmiş Millətlər Qətnamələri
33. Birləşmiş Millətlər Baş Assambleyasının 11 Dekabr 1946-cı il tarixli 95 (I) saylı Qətnaməsi, nəzərdə tutur:
“Baş Assambleya ... Nürnberq Tribunalı Nizamnaməsi və Tribunalın Qərarında tanınan beynəlxalq hüququn prinsiplərini təsdiq edir ...”
34. Birləşmiş Millətlər Baş Assambleyasının 11 Dekabr 1946-cı il tarixli 96 (I) saylı Qətnaməsi, nəzərdə tutur:
“Soyqırım bütöv bir insan qrupunun varolma haqqının mövcudluğunu inkar etməkdir, necə ki, qətl bir insan fərdinin yaşamaq haqqını inkardır; varolma haqqının bucür inkarı bəşər övladının vicdanını sarsıdır, nəticədə, bu qrupların insanlığa mədəni və digər şəkillərdə verdiyi bəxşlər insanlığın böyük itkisidir və mənəvi normalara, Birləşmiş Millətlərin ruhuna və məramına ziddir.
Soyqırım cinayətinin bir çox nümunələri irqi, dini, siyasi və digər qrupların tamamiylə və ya qismən məhv edilməsiylə baş verib.
Soyqırım cinayətinin cəzalandırılması beynəlxalq səviyyəli məsələdir.
Baş Assambleya, bununla,
Təsdiq edir ki, soyqırım beynəlxalq hüquqa əsasən cinayətdir və sivil dünya bu cinayəti qınayır. Bu cinayəti törədən əsas və yardımçı şəxslər – istər azad fərdlər, dövlət qulluqçuları, dövlət adamları olsun, istərsə də bu cinayət dini, irqi, siyasi yaxud digər əsaslarda törədilsin – cəzalandırılmalıdır;
Üzv Dövlətləri dəvət edir ki, bu cinayətin önlənməsi və cəzalandırılması üçün lazımi qanunvericiliyi qəbul etsinlər...”
C. Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya
35. Birləşmiş Millətlər Baş Assambleyası özünün 179-cu pleniar toplantısında 56 iştirakçının yekdil səsi ilə 9 Dekabr 1948-ci il tarixində Soyqırım Konvensiyasını qəbul etdi (Qətnamə 260 (III)). Sovetlər birliyi bu Konvensiyanı 16 Dekabr 1949-cu ildə imzaladı və 3 May 1954-cü ildə ratifikasiya etdi.[3] Litva Respublikası Soyqırım Konvensiyasına müstəqilliyinin bərpası və beynəlxalq aləm tərəfindən tanınmasından sonra, 9 Aprel 1992-ci ildə qoşuldu və Konvensiya 1 May 1996-cı ildə Litva ərazisində qüvvəyə mindi. Soyqırım Konvensiyası müvafiq olaraq nəzərdə tutur:
“Razılığa gələn Tərəflər,
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin özünün 96(1) nömrəli 1946-cı il 11 dekabr tarixli qətnaməsində soyqırımın beynəlxalq hüquq normalarını pozan, Birləşmiş Millətlər Təşkilatının ruhuna və məqsədlərinə zidd cinayət olduğunu elan etdiyini və sivil dünyanın onu pislədiyini nəzərə alaraq,
soyqırımın bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək,
bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyinə əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1: Razılığa gələn Tərəflər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımın beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edir və onun qarşısını almaq və onun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
Maddə 2: Bu Konvensiyada «soyqırım» dedikdə, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür:
a) bu cür qrupun üzvlərinin öldürülməsi;
b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi;
c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması;
d) bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi ;
e) uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.
Maddə 3: Aşağıdakı əməllər cəzalandırılır:
a) soyqırım; b) soyqırımı törətmək məqsədilə gizli sövdələşmə; c) soyqırımı törətməyə birbaşa və açıq təhrikçilik; d) soyqırımı törətməyə cəhd; e) soyqırımında iştirak etmək.
Maddə 4: Soyqırımı, yaxud 3-cü maddədə sadalanan əməllərdən hər hansı birini törətmiş şəxslər konstitusiyaya görə məsul rəhbər şəxs, vəzifəli şəxs, yaxud adi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar.
Maddə 5: Razılığa gələn Tərəflər bu Konvensiyanın müddəalarının qüvvəyə minməsi üçün, öz konstitusiya prosedurlarına müvafiq olaraq, lazımi qanunvericilik qəbul etməyi konkret olaraq, soyqırımı, yaxud 3-cü maddədə sadalanan əməlləri törətməkdə müqəssir olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər nəzərdə tutmağı öhdələrinə götürürlər.
Maddə 6: Soyqırımda, yaxud 3-cü maddədə sadalanan əməllərdə ittiham olunan şəxslər həmin əməllərin törədildiyi dövlətin ərazisindəki səlahiyyətli məhkəmədə, yaxud yurisdiksiyası onun yurisdiksiyasını tanımış bu Konvensiya Tərəflərinə şamil olunan beynəlxalq cinayət məhkəməsində mühakimə edilməlidirlər.’’
36. 1951-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (“BƏM”) özünün Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya üzrə mümkün Qeyd-Şərtlərə dair Məsləhət Rəyində[4] bildirdi ki, 1948-ci il Konvensiyasının əsasını təşkil edən prinsiplər sivil millətlər tərəfindən, Konvensiyon öhdəliklərinin olmadığında belə Dövlətlərə şamil edilən prinsiplər olduğu qəbul edilib və BƏM, BM Baş Assambleyasının 96(I) saylı Qətnaməsi və 1948-ci il Konvensiyasının əsası olan “mənəvi və insani prinsiplər”ə istinad verir.
37. 1961-ci il Eichmann işində[5], Adolf Eichmann Yerusəlim Rayon Məhkəməsində Nasistlər və Onlarla Əməkdaşlıq edənlər Haqqında Qanunun I(a) bölməsinə əsasən mühakimə olunub. Bu 5710/1950 saylı Qanun Yəhudi xalqına qarşı, 1948-ci il Konvensiyası Maddə II-dən irəli gələn cinayətlərə cəza təyin edib. Yuxarıda 80-ci paraqrafda qeyd olunan Məsləhət Rəydən çıxarışlara istinad edən birinci instansiya məhkəməsi hesab etdi ki, heç şübhəsiz, soyqırım İkinci Dünya Müharibəsindən beynəlxalq hüquqla cinayət kimi tanınıb və bu cinayət üzrə yurisdiksiya universal mahiyyətdədir.
38. 29 May 1962-ci il Qərarı ilə, İsrail Ali Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını təsdiq edib əlavə etdi:
“... əgər təsbit edilən Nürnberq prinsiplərinin millətlərin “əzəldən bəri” adət hüququnun bir hissəsini təşkil etdiyinə dair hər hansı bir şübhə vardısa, iki beynəlxalq sənəd bu prinsipləri təyid edir. Biz, [BM] Baş Assambleyasının 11 Dekabr 1946-cı il tarixli, “Nürnberq Tribunalı Nizamnaməsi və Tribunalın Qərarı ilə tanınan beynəlxalq hüquq prinsiplərini təsdiq edən” [nö. 95(1)] Qətnaməsi və həmçinin, Baş Assambleyanın eyni tarixli, Baş Assambleyanın “Soyqırımın beynəlxalq hüquqa əsasən cinayət olduğunu təsdiq edən”, nö. 96(I) Qətnaməsini nəzərdə tuturuq ...
Bundan da artıq, 11 Dekabr 1946-cı il tarixli nö. 96(I) Qətnaməsi ərəfəsində, [BM] Baş Assambleyası yekdilliklə 9 Dekabr 1948-ci ildə [1948 Konvensiyasını] qəbul etdi. Bu Konvensiyanın 1-ci maddəsi nəzərdə tutur: ‘Razılığa gələn Tərəflər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımın beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edir’.
Rayon Məhkəməsinin, [BƏM] 28 May 1951-ci il tarixli Məsləhət Rəyinə əsaslanaraq, qeyd etdiyi kimi, bu müddəanın bəxş etdiyi odur ki, Konvensiyaya xas bu prinsiplər – içində yer alan müqavilə öhdəliklərindən fərqli olaraq – “ölümlə nəticələn cinayətlər – Nasistlərin soyqırım cinayətləri – törədildiyi vaxt, artıq beynəlxalq adətlər hüququnun bir hissəsi olub Birləşmiş Millətlər Qətnaməsi və Konvensiyanın tərtibinə gətirib çıxaran əsas oldu” (qərarın 21-ci paraqrafı).
Yuxarıdakı araşdırmaların nəticəsi odur ki, 1950-ci il Qanununda sadalanan, inklusiv “insanlığa qarşı cinayətlər” kateqoriyasında qruplaşdırdığımız cinayətlər, bugün, əzəldən beynəlxalq adətlər hüququnda qadağan olunmuş əməllər – “universal” cinayət mahiyyətində, fərdi cinayət məsuliyyəti içərən əməllər kimi görülməli. Beləcə, Qanunun qəbulu, beynəlxalq hüquq baxımından, nulla poena prinsipi ilə konfliktə girən və ya retroaktiv addım olan bir qanunvericilik aktının qəbulu deyil, [qanunvericinin] beynəlxalq hüquq və onun məqsədlərinə hüquqi qüvvə verən bir akt qəbul etməsidir....”
D. Müharibə Cinayətlərinə və Insanlıq Əleyhinə Cinayətlərə Məsuliyyətə Cəlb Etmə Müddətinin Tətbiq Olunmaması Haqqında Konvensiya
39. Birləşmiş Millətlərin Müharibə Cinayətlərinə və Insanlıq Əleyhinə Cinayətlərə Məsuliyyətə Cəlb Etmə Müddətinin Tətbiq Olunmaması Haqqında Konvensiya (26 Noyabr 1968), Litva Respublikası tərəfindən 1 Fevral 1996 ratifikasiya olunub. Konvensiya xüsusiylə nəzərdə tutur ki:
Maddə I
“törədildiyi vaxtdan asılı olmayaraq, aşağıdakı cinayətlərə cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq olunmur: ...
(b) sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, 8 avqust 1945-ci il tarixli Nürnberq Beynəlxalq Hərbi Tribunalı Nizamnaməsində tərif edilib, Birləşmiş Millətlər Baş Assambleyasının 13 Fevral 1946-cı il 3 (I) saylı və 11 Dekabr 1946-cı il 95 (I) saylı Qətnamələrində təsdiq edilən, insanlığa qarşı cinayətlər, silahlı hücumla çıxarılma və ya aparteid siyasəti çərçivəsində işğal və qeyri-insani əməllər, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında 1948-ci il Konvensiyasında göstərilən soyqırım cinayəti; əgər hətta bu əməllər törədildiyi ölkənin daxili qanunvericiliyini pozmursa belə.”
Maddə II
“Maddə 1-də göstərilən hər hansı bir cinayət törədildikdə, Konvensiyanın müddəaları, əsas və ya köməkçi, bu cinayətlərdən hər hansı birini törətməkdə iştirak edən və ya digərlərini buna birbaşa təşviq edən, yaxud onları törətməyi, reallaşdırma dərəcəsindən asılı olmayaraq, planlaşdıran Dövlət hakimiyyəti təmsilçilərinə və fərdi şəxslərə və ya onların törədilməsinə qarşı dözümlü yanaşan Dövlət hakimiyyəti təmsilçilərinə şamil olunur.”
Maddə IV
“Konvensiyaya tərəfdar olan Dövlətlər özünün konstitusyon prosedurlarına uyğun olaraq, Bu Konvensiyanın Maddə I və II-də sadalanan cinayətlərə görə heç bir cinayət təqibi və cəzaya cəlb etmə müddətinin tətbiq olunmaması və ya artıq movcud olduğu halda isə onların ləğvi üçün zəruri olan hər hansı qanunverici və ya digər aktlar qəbul etmək öhdəliyi götürürlər.”
E. Müqavilə Hüququna dair Vyana Konvensiyası
40. Müqavilələr Hüququna dair, Litva respublikası tərəfindən 23 May 1969-ci ildə imzalanan və 15 yanvar 1992-ci ildə ratifikasiya olunan Vyana Konvensiyasının maddə 31 § 1-ə görə, bir müqavilə xoş məramla, müqavilədə yer alan ifadələrin ümumişlək mənaları əsas alınaraq, onların müvafiq konteksti, obyektləri və məqsədləri çərçivəsində təfsir edilməlidir.
F. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi
41. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsinin (“YBCT Nizamnaməsi”) (1993) maddə 4 və 5-i nəzərdə tutur:
Maddə 4 - Soyqırım
“1. Beynəlxalq tribunalın, bu maddənin 2-ci paraqrafında tərif edilən soyqırım və ya 3-cü paraqrafda sadalanan digər əməllərdən hər hansı birini törədən şəxslərə qarşı cinayət təqibi başlatmaq hüququ vardır.
2. Soyqırım aşağıdakı əməllərdən hər hansı birinin, özlüyündə, bir milli, etnik, irqi və ya dini qrupu, tamamiylə və ya qismən məhv etmək məqsədi ilə törədilməsi deməkdir...”
Maddə 5 – İnsanlığa qarşı Cinayətlər
“Beynəlxalq tribunalın, xarakteri etibariylə istər beynəlxalq istər daxili silahlı konfliktlər zamanı törədildikdə, aşağıdakı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə qarşı cinayət təqibi başlatmaq hüququ vardır:
(a) adamöldürmə;
(b) kütləvi məhv;
(c) kölə halına salma;
(d) deportasiya;
(e) həbs;
(f) işgəncə;
(g) zorlama;
(h) siyasi, irqi və dini əsaslarla təqib;
(i) digər qeyr-insani əməllər.”
G. Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi
42. Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsi (“RBCT Nizamnaməsi”) (1994) aşağıdakıları nəzərdə tutur:
Maddə 2: Soyqırım
“...
2. Soyqırım, aşağıdakı əməllərdən hər hansı birinin, özlüyündə, bir milli, etnik, irqi və ya dini qrupu, tamamiylə və ya qismən məhv etmək məqsədi ilə törədilməsidir:
a. qrup üzvlərini qətlə yetirmə;
b. qrup üzvlərinə ciddi bədən və ya psixoloji xəsarətlər yetirmək;
c. qrupu, bilərəkdən, qəsdən, düşünülmüş şəkildə, onun, tamamiylə və ya qismən, fiziki məhvi ilə nəticələnəcək həyat şəraitinə düçar etmək;
d Qrup daxilində doğuşun qarşısını almağa yönəlik tədbirlər diktə etmək;
e. Qrupa məxsus uşaqların zor yolu ilə digər bir qrupa verilməsi.”
H. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsi
43. Litvada 1 Avqust 2003-cü ildən qüvvədə olan, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsi (1998, “BCM Nizamnaməsi”), nəzərdə tutur:
Maddə 6: Soyqırım
“Bu Nizamnamənin məqsədləri doğrultusunda, “soyqırım”, aşağıdakı əməllərdən hər hansı birinin, özlüyündə, bir milli, etnik, irqi və ya dini qrupu, tamamiylə və ya qismən məhv etmək məqsədi ilə törədilməsidir ...”
I. Avropa Şurası Parlament Assambleyasının 1096 saylı Qətnaməsi (1996)
44. 27 İyun 1996-cı ildə, Avropa Şurası Parlament Assambleyası keçmiş kommunist totalitar sistemlərin irsinin ifşa edilməsi üçün tədbirlər haqqında1096 saylı Qətnamə qəbul etdi. Orada deyilir:
“7. Assambleya həmçinin tövsiyə edir ki, kommunist totalitar rejimdə ayrı-ayrı şəxslər tərəfindən törədilən cinayət əməlləri standart cinayət məcəlləsi əsasında cinayət təqibinə tabe tutulub, cəzalandırılsın. Əgər cinayət məcəlləsi bəzi cinayətlərə görə cinayət təqibi müddəti müəyyən edirsə, bu maddi deyil yalnız procedural məsələdirsə, genişləndirilə bilər. Lakin, cinayət qanunlarını retroaktiv qəbul və tətbiq etmək qadağandır. Digər tərəfdən, hər hansı bir şəxsin, törədildiyi dövrdə daxili qanunvericiliyə əsasən cinayət hesab olunmayan, lakin sivil millətlərin tanıdığı hüququn ümumi prinsiplərinə görə cinayət təşkil edən, hər hansı bir hərəkət və ya hərəkətsizliyə görə mühakimə olunub, cəzalandırılmasına izn verilir. Bundan əlavə, şəxs açıq-aşkar insan haqqlarına zidd şəkildə hərəkət edibsə, əmr icra etməkdə olduğuna dair iddialar nə qeyri-qanuniliyi nə də fərdi məsuliyyəti aradan qaldırmır.”
J. Avropa Şurası Parlament Assambleyasının 1481 saylı Qətnaməsi (2006)
45. Avropa Şurası Parlament Assambleyası 25 Yanvar 2006-cı ildə, Totalitar Komminist Rejimlərin Cinayətlərinin Pislənməsinin Vacibliyi haqında 1481 saylı Qətnamə qəbul etdi. Orada deyilir:
“1. Parlament Assambleyası özünün, keçmiş kommunist totalitar sitemlərin irsinin ifşa edilməsi üçün tədbirlər haqqında 1096 saylı Qətnaməsinə (1996) istinad edir.
2. Ötən əsrdə mərkəzi və şərqi Avropada hökm sürmüş, hazırda da dünyanın bir neçə ölkəsində hakimiyyətdə olan totalitar kommunist rejimlər, istisnasız, insan hüquqlarının kütləvi pozuntuları ilə xarakterize olunub. Pozuntular mədəniyyətdən, ölkədən və tarixi dövrdən asılı olaraq müxtəlif olub və fərdi və kollektiv qətl və edamlar, kütləvi toplama düşərgələrində ölüm, aclıq, deportasiya, işgəncə, kölə əməyi və kütləvi fiziki terrorun digər formaları, etnik və ya dini səbəblərlə təqib, vicdan, düşüncə və ifadə azadlığının pozulması, mətbuat azadlığı və siyasi pluralizmin yoxluğunu ehtiva edir.
3. Cinayətlər sinfi mübarizə nəzəriyyəsi və proletariat diktaturası prinsipi ilə əsaslandırıb. Hət iki prinsipin tövsifi yeni cəmiyyət quruculuğu üçün zərərli olan insanların, yəni totalitar kommunist rejimin düşmənlərinin “məhvi”nin legitimləşdirilməsi yönündə olub. Hər bir sözügedən ölkədəki qurbanların çoxu o ölkənin yerli insanları idi. Bu, xüsusiylə, qurbanların sayı baxımından digərlərini çox-çox ötən keçmiş SSSR vətəndaşlarının halında belə idi...
5. Mərkəzi və Şərqi Avropada totlitar kommunist rejimlərin çöküşü heç də bütün hallarda onların törətdikləri cinayətlərin beynəlxalq mübahisələndirməsi ilə müşaiyət olunmadı. Bundan əlavə, bu cinayətləri törədənlər, Milli Sosializm (Nasizm) tərəfindən törədilən dəhşətli cinayətlərlə bağlı olduğu kimi, beynəlxalq ictimaiyyət tərəfindən məhkəmə qarşısına çıxarılmadılar.
6. Nəticədə, totalitar kommunist rejimlərin törətdiyi cinayətlərə dair ictimai rəy çox zəifdir. Kommunist partiyaları qanunidir və bəzi ölkələrdə fəaldırlar, hətta bir sıra hallarda onlar keşmişdə totalitar kommunist rejimlərin törətdiyi cinayətlərdən özlərini kənar tutub, aralarında məsafə saxlamayıblar.”
K. Avropa Şurası Parlament Assambleyasının 1723 saylı Qətnaməsi (2010)
46. 23 Aprel 2010-cu il Avropa Şurası Parlament Assambleyası keçmiş SSSR-də Böyük Aclığın (Holodomor) qurbanları xatirəsinə dair Qətnamə qəbul etdi. Qətnamədə deyilir ki, “keçmiş Sovetlər Birliyində totalitar Stalinist rejim milyonlarla insanı yaşamaq hüququndan məhrum edən insan haqqları pozuntularını faciəyəli həddə çatdırmışdı”.
IV. SOYQIRIM KONVENİSYASININ II MADDƏSİNDƏ YER ALAN “BİR QİSMİ” İFADƏSİNƏ DAİR MÜVAFİQ BEYNƏLXALQ VƏ MÜQAYİSƏLİ HÜQUQ VƏ PRAKTİKA
A. Şərhlər
47. 1946-cı il BM 96(I) saylı Qətnamənin Preambulasında deyilir ki, soyqırım hallarının çoxu “irqi, dini, siyasi və ya digər qrupların tam və ya qismən, məhv edilməsi ilə baş verib”.
1948-ci il Soyqırım Konvensiyasının II maddəsinə görə soyqırım əməlləri qorunan qrupun “tamamiylə və ya bir qisminin” məhv edilməsi niyyəti ilə törədilmiş olmalıdır.
48. Soyqırım Konvensiyası özü “bir qisminin” məhv edilməsi niyyətinin nədən ibarət olduğuna dair heç bir aydınlıq gətirmir. Hazırlıq sənədləri (travaux préparatoires) tərtibçilərin “bir qisminin” ifadəsinə hansı mənanı verdiklərinə dair az işarətlər verir.
49. Soyqırım Konvensiyasının bəzi ilkin şərhçiləri “bir qisminin” ifadəsinin əhəmiyyətlilik tələbi içərdiyi fikrini müdafiə edirdilər. Pieter Drost qeyd edirdi ki, qorunan qrupun bir hissəsinin istənilən sistematik məhvi soyqırım təşkil edir.[6] Rafael Lemkin “Konvensiyanın yalnız kütləvi şəkildə törədilən əməllərə şamil olunduğu” görüşünü paylaşırdı.[7] O iddia edirdi ki, “bir qismin məhv edilməsi bütünə təsir edəcək əhəmiyyətli mahiyyətdə olmalıdır.” Şərhçilər, siyasi və ya iqtisadi qrupların məhvinin II maddənin çərçivəsində milli qrupun qismən məhvi anlamına gəlib-gəlmədiyinə dair fikir bildirməyiblər.
50. Beynəlxalq Hüquq Komisiyasına görə (“BHK”), cinayəti törədənlər qorunan qrupun kəmiyyət etibariylə əhəmiyyətli qismini məhv etməyi hədəfləməlidirlər:
“Dünyanın hər hansı bir guşəsindəki qrupun tamamiylə məhvinə nail olmaq niyyəti ilə hərəkət edilməsi zəruri deyil. Istənilən halda, ozünün mahiyyətindən irəli gələrək soyqırım cinayəti məxsusi qrupun əhəmiyyətli/əsaslı qisminin məhv edilməsi niyyətinin olmasını tələb edir.”[8]
51. Benjamin Whitakerin soyqırım cinayətinin önlənməsi və cəzalandırılmasına dair 1985 tədqiqatında bildirir ki, bir qrupun qismən məhvi, əgər bütöv qrupun geniş hissəsini və ya onun əhəmiyyətli hissəsini ehtiva edirsə, soyqırım kimi xarakterizə oluna bilər:
“ ‘bir qismi’ ifadəsi, bütöv qrupunun tamamı və ya onun, liderləri timsalında, əsaslı hissəsini ehtiva edən, məntiqən əhəmiyyətli rəqəm nəzərdə tutur.”
52. “Təhlükəsizlik Şurasının 780 (1992) saylı Qətnaməsinə əsasən yaradılan Ekspertlər Komitəsinin Yekun Hesabatı” (Keşmiş Yuqoslaviyada beynəlxalq humanitar hüququn pozulmasının araşdırılması üçün, bundan sonra “Ekspertlər Komitəsinin 1992-ci il Yuqoslaviya üzrə Hesabatı) bu şərhi təsdiq etdi. Orada deyilir:
“93. Bir qrupun tamamiylə və ya qismən məhv edilməsi o demək deyil ki, qrup bütünlüklə məhv edilmiş olmalıdır. “Tamamiylə və ya qismən” ifadələri mətnə bütün qrup üzvlərini qətl etmək niyyətinin zəruri olmadığının aydın anlaşılması üçün salınıb.
94. Əgər, əsasən, qrupun bütün rəhbərliyi hədəfə alınıbsa, bu soyqırım hesab edilə bilər. Burada rəhbərlik siyasi və administrativ, dini liderlər, akademik və intellektuallar, iş dünyası liderləri və digərləri – bütün özlüyündə (per se), həqiqətdə qətlə yetirilənlərin sayından asılı olmayaraq, soyqırımın güclü göstəricisidir. Buna dəstək olaraq, qrupun qalan qisminin taleyi məsələsi dayanır. Öndərlərə qarşı hücumun xarakteri, mahiyyəti qrupun qalan kəsiminin taleyi, başına gələcəklərin kontekstində görülməlidir. Əgər qrup öncülləri məhv edilibsə və eyni zamanda yaxud da o ərəfədə, nisbətən çox sayda üzvləri qətlə yetirilib və ya digər nifrət saçan əməllərlə üzləşibsə, məsələn, geniş deportasiyaya məruz qalıb və ya qaçmağa məcbur edilib; zorakılıq dalğası, Konvensiyanın müddəalarının onun məqsədləri doğrultusunda tövsif olunması üçün, öz bütünlüyü ilə ələ alınmalıdır. Bənzəri olaraq, qrupun hüquq-mühafizə və hərbi heyətinin məhvi qrupun əhəmiyyətli/əsaslı qismi hesab edilə bilir, çünki bu qrupu oxşar və yaxud da fərqli mahiyyətli qeyri-hüquqi addımlar qarşısında ciddi şəkildə müdafiəsiz buraxır. Xüsusiylə də, əgər öndərlər də məhv edilibsə. Beləliklə, cəmiyyyətin başqa seqmentlərinin yox edilməsi kimi əməllərlə müşaiyət olunan, öndə gedənlərinin məhvi ilə bir cəmiyyətin strukturunun dağıdılması niyyəti də həmçinin soyqırım təşkil edə bilər.”
B. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsinin presedent hüququ
53. “Tamamiylə və ya qismən” ifadəsinin 1948-ci ildən buyanakı tövsif tarixçəsi Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsinin birinci-instansiya Palatası tərəfindən Prokurorluq Krstiçə qarşı işində sətirlərə tökülmüş oldu (iş IT-98-33-T, 2 Avqust 2001-ci il Qərarı, §§ 584-587). YBCM daha sonra öz Nizamnaməsinin, Soyqırım Konvensiyanın II maddəsindən qaynaqlanan, maddə 4 (2)-nin “tamamiylə və ya qismən” məhv etmə niyyətinin mövcudluğu tələbini tövsif edib.
54. Prokurorluq Jelisiçə qarşı işində (iş IT-95-10-T, 14 Dekabr 1999-cu il Qərarı), YBCM birinci-instansiya Palatası, dəstəkçi olaraq BHK-nın 1996-cı il Məcəllə Layihəsini və Ekspertlər Komitəsinin Yuqoslaviya üzrə 1992-ci il hesabatından sitat gətirərək, aşağıdakıları qərara aldı:
“80. ... [Belə] qəbul olunubdu ki, Nizamnamənin 4-cü maddəsindən də aydın olduğu kimi, məhv əməlinin bütövlükdə qrupa qarşı yönəlmiş olması vacib deyil. BHK, həmçinin, qeyd etdi ki, “dünyanın dörd bir yanında qrupun tamamiylə məhvinə nail olmaq niyyətinin olması zəruri deyil”. Qarşıda duran məsələ odur ki, qrupun hansı hissəsi məhv edilmə üçün hədəf seçilməlidir və hansı həddən sonra cinayət soyqırım hesab edilə bilər...
82. Kütləvi adamöldürmə ilə bağlı Konvensiyanın məqsədləri ələ alındıqda, geniş qəbul olunur ki, məhv etmə niyyəti qrupun ən azından əhəmiyyətli/əsaslı qismini hədəf almaldır ... Belə ki, soyqırım niyyəti iki formada təzahür edə bilər. Qrupun çox sayda üzvünün məhvini arzulamaq halında ki, bu forma, qrupu kütləvi şəkildə qırmaq niyyətindən ibarətdir. Lakin, bu, məhvinin, özlüyündə, qrupun varlığını davam etdirməsinə göstərəcəyi təsirə görə seçilmiş, daha məhdud sayda qrup üzvünü məhv etməyi arzulamaqdan da ibarət ola bilər ki, bu, nəticədə, qrupu ‘selektiv şəkildə’ məhv etmə niyyətini təşkil edir...
55. Prokurorluq Krstiçə qarşı işində (yuxarıda sadalanan), YBCM-nin birinci-instansiya Palatası cənab Krstiçin 1995-ci il Srebreniça qətliamında soyqırım törədib-törətməməsini araşdırıb. “Bir qisminin” ifadəsi ilə bağlı Palata bunları qeyd edib:
“590. Palataya, beləcə, qrupun “bir qisminin” məhv edilməsi ifadəsi ilə bağlı müəyyən qiymətləndirmə sərbəstliyi düşür. Lakin o özünün bu sərbəstliyini, Kovensiyanın, qorunan qrupun özlüyündə varlığına qarşı yönəlmiş məxsusi hərəkəti cinayət kimi təsbit etmək olan məqsəd və obyekti ilə səsləşəcək çərçivədə istifadə etməlidir. Palata, nəticədə, o fikrdədir ki, bir qrupu, hətta yalnız onun bir qismini belə olsa, məhv etmək niyyəti, ayrı-ayrılıqda ona daxil olan fərdlərin əlaqəsiz qətillərinin məcmusu deyil, tam əksinə, məxsusi bir qisminin məhv edilməsini hədəfləmək anlamına gəlir. Baxmayaraq ki, soyqırım müəlliflərinin Konvensiya ilə qorunan qrupu bütövlükdə məhv etmək niyyətində olmaları vacib deyil, amma, gərəkdir ki, onlar, qrupun hədəflədikləri qismini, özlüyündə məhv ediləməli olan bir məxsusi birlik, sinif kimi görsünlər. Geniş coğrafiyaya yayılmış müxtəlif yerlərdə, qorunan qrupun bəlli sayda üzvünün öldürülməsi ilə nəticələnən kompaniya, beləcə, soyqırım hesab edilə bilməz; ümümu qətil sayının yüksək olmasına baxmayaraq, çünki, bu müəliflərin məhz qrupun özlüyündə varlığını hədəfə almaq niyyətində olduqlarını göstərmir ...”
56. Digər iddialarla yanaşı, müdafiə tərəfi, Bosniya Serb Ordusunun yalnızca bütün potensial savaşçıları gələcək hər hansı bir hərbi hədəyə imkan buraxmamaq niyyətiylə öldürdüyü iddiasını qorudu. Palata bu iddianı qəbul etmədi. O, hərb yaşına çatmış bütün kişi cinsindən olanların öldürülməsi və yerdə qalanların deportasiya olunması faktını, deportasiyanı hərb yaşına çatmış bütün kişi cinsindən olanların öldürülməsinin Srebreniça Boşnak Müsəlmanlarının məhv edilməsi niyyətinə işarə kimi qəbul edib, birlikdə araşdırdı (Qərarın 594, 595, 598 və 634-cü paraqrafları).
57. YBCM Apellyasiya Palatası 19 Aprel 2004-cü ildə Prokurorluq Krstiçə qarşı işində qərara aldı ki, “qismi” yalnız sayla müəyyən edilmir:
“12. Əgər sübutlar göstərsə ki, iddia olunan müəlliflər qorunan qrupun ən azından əsaslı qismini məhv etmək niyyətində olublar, Nizamnamənin 4-cü maddəsinin soyqırım niyyəti tələbi təmin edilmiş sayılır. Hədəfə alınan qismin bu tələbi qarşılayacaq dərəcədə əsaslı olduğunun müəyyənləşdirilməsi bir sıra məsələlərin diqqətə alınmasını gərəkdirir. Hədəfə alınan qismin rəqəmsal miqyası zəruri və başlanğıc elementdir, lakin heç də bütün hallarda araşdırmanın son elementi deyil. Hədəf alınan fərdlərin sayı mütləq mənada deyil, bütövlükdə qrupun ümumi miqyası ilə əlaqəli qiymətləndirilməlidir. Hədəfə alınan qismin rəqəmsal miqyasından əlavə, onun qrup daxilindəki önəmi, seçkinliyi də diqqətə alınası faydalı elementdir. Əgər qrupun məxsusi qismi bütöv qrupun təmsilçisi və ya onun varlığı üçün əsaslı kəsimdirsə, bu, həmin qismin 4-cü maddənin tələbincə əsaslı/substansial olduğu qənaətinə dəstək ola bilər...”
YBCM Apellyasiya Palatası həmçinin qeyd etdi ki, “Srebreniçanın Müsəlman əhalisinin qətliamı ... bütün Boşnak Müsəlmanlarının Serb hərbi birləşmələri qarşısında zəif və müdafiəsiz olduqlarına inandırıcı misal ola bilər. Srebreniçanın Boşnak Müsəlmanlarının taleyi bütün Boşnak Müsəlmanlarının taleyinin göstərgəsidir” (§ 16).
58. YBCM birinci-instansiya Palatası Prokurorluq Sikiric-a qarşı işində (IT-95-8, Təqsirsizlik Müdafiəsi Hərəkəti üzərinə 3 Sentyabr 2001-ci il Qərarı) qeyd etdi:
“65. Birləşmiş Millətlər Soyqırım üzrə Ekspret Tədqiqatı “bir qisminin” ifadəsinin “bütöv qrupun ümumuna nisbətdə kifayət qədər əhəmiyyətli say və ya qrupun, öndərləri timsalında, önəmli qismi”ni bildirdiyini qeyd edir. Bu tərif o anlama gəlir ki, qrupun tamamiylə məhvi şərt olmasa da, zəruridir ki, “məxsusi qrupun ən azından əsaslı qismini məhv etmək niyyəti təsbit edilsin”. Palata inanır ki, “kifayət qədər əhəmiyyətli (significant)” əvəzində “kifayət qədər əsaslı (substansial)” rəqəmdən bəhs etmək daha məqsədəuyğundur. Tərifin bu hissəsi bütöv qrupun ümumuna nisbətdə kifayət qədər əhəmiyyətli sayın məhv edilməsi niyyətinə dair dəlillər tələb edir. Bu tərifə görə, əgər bu meyar ödənməyibsə, mens rea qrupun kifayət qədər əsaslı qisminin, liderləri timsalında məhvi niyyətinə dair dəlillərlə təsbit edilə bilər. Bu iki elementi alternativ olaraq dəyərləndirən Palata, tərifin o yönünü inkar etməsə də, ele vəziyyət ola bilər ki, elemetlərin ayrı-ayrılıqda sübütu ilə niyyətə dair nəticə hasil edilə bilməz, ancaq hər birinə dair sübut bütövlükdə ələ alındıqda çox aydın şəkildə nəticə əldə olunar.
...
76. Əgər kəmiyyət meyarları təmin edilməyibsə, qrupun əsaslı qisminin, öncülləri timsalında, məhv edilməsinə dair sübütlar varsa, qismən məhv etmə niyyətinin mövcudluğu təsbit edilə bilər.
77. Palata, Tribunalın Jelisiç işi üzrə Qərarında, tələb olunan niyyətin mövcudluğunun “məhvinin, özlüyündə, qrupun varlığını davam etdirməsinə göstərəcəyi təsirə görə seçilmiş, daha məhdud sayda qrup üzvünü məhv etməyi arzulamaq”dan hasil edilə biləcəyinə dair araşdırmaları inandırıcı, tətminedici hesab edir. Burada önəmli element, maddə 4(2) (a), (b) və (c)-ə əsasən, qurban getməsi özlüyündə qrupun varlığını davam etdirməsinə təsir göstərəcək dərəcədə, bütövlükdə qrup daxilində məxsusi liderlik keyfiyyətləri səbəbiylə əsaslı olan seçkin sayda insanları hədəfə almaqdır.”
59. Prokurorluq birinci-instansiya Palatasından, müqavimət göstərilməsində və öz kəndlərini Bosnia Serblərindən qorumaqda aktiv olan, məhvi özlüyündə qrupun varlığını davam etdirməsinə əsaslı təsir göstərəcək, Bosnia Müsəlmanlarını qrup liderləri kimi görməyi xahiş etdi. Palata “onların liderlik statusu ilə bağlı çox az dəlilin göstərildiyini ... Saxlanılanlar arasında taksi sürücüsü, məktəb müəllimləri, hüquqşünaslar, pilotlar, qəssablar və kafe sahibləri olduqlarına dair sübutlar olduğunu; Lakin onların icmanın liderləri olmasını göstərən hər hansı məxsusi sübutun olmadığını; Əslində, onların, bəzilərinin hərb yaşına çatmış olmasından savayı, icmaları üçün xüsusi əhəmiyyətli insanlar olduqlarının ortaya çıxmadığını” (§ 80) bildirərək, xahişi rədd etdi. YBCM Birinci-instansiya Palatası, beləliklə, öz kəndlərininin zəbt olunmasına qarşı aktiv müqavimət göstərən bütün o Bosnia Müsəlmanlarının liderlər kimi görülməsi tələbini rədd etdi. “Bu tələbin qəbulu liderlik anlayışına onu anlamsız edəcək kövrəklik gətirərdi” (§ 81).
60. Prokurorluq Tolimirə qarşı işində (IT-05-88/2-T, 12 Dekabr 2012-ci il Qərarı) YBCM Birinci-instansiya Palatası çoxluğu, Žepa Bosnia Müsəlman bölgəsinin üç liderinin (həm də dini lider olan bələdiyyə başçısı, hərbi komandan və mülki müdafiə birləşməsinin rəhbəri) öldürülməsi ilə bağlı hesab etdi ki, baxmayaraq ki, “öldürülən yalnız üç nəfər olub, Žepa-nın miqyasına görə, onun mülki və hərbi rəhbərliyinin özəyi olublar”. Belə ki, onların öldürülməsi “məhdud sayda, məhvi özlüyündə qrupun varlığını davam etdirməsinə göstərəcəyi təsirə görə seçilmiş kəsimin düşünülmüş məhvinə presedentdir”. Bundan əlavə, bu üç nəfərdən, Žepa Bosnia Müsəlmanlarının müdafiəçisi namını daşıyan birinin öldürülməsi Şərqi Bosniya və Hersoqovina Müsəlmanlarının varlığı ilə bağlı simvolik məqsəd güdürdü. Bu əsaslarda və Žepa-nın qalan əhalisinin məcburi köçürülməsini diqqətə almaqla, YBCM Birinci-instansiya Palatası çoxluğunun məntiqi şübhələri təmin edildi ki, Bosniya Serb qüvvələri Žepa bölgəsinin üç liderini Bosnia Müsəlman əhalisinin bir qisminin, elecə özlüyündə soqyrımı məxsusi niyyəti ilə öldürüb (§§ 780-782).
C. Beynəlxalq Ədalət Məhkəməsinin presedent hüququ
61. Beynəlxalq Ədalət Məhkəməsinin (“BƏM”), Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyanın Tətbiqinə dair İş üzrə 26 Fevral 2007-ci il tarixli Qərarında (Bosniya və Hersoqovina Serbiya və Çernoqoriyaya qarşı; bax, o qərarın §§ 198-201) qənaətə gəldi ki, Bosniya və Hersoqovinadakı soyqırım 1995-ci il Srebreniça qətliamı ilə əlaqəli törədilib. Soyqırım Konvensiyasının tərtib tarixçəsi ilə bağlı BƏM qərara aldı ki:
“194. Konvensiyanın tərtib tarixçəsi təsdiq edir ki, pozitiv tərif əsas alınmalıdır. Konvensiyanın Prambulasında sadalanan 1946-cı il 96 (I) saylı Qətnaməsində qeyd edildiyi üzərə, Baş Assambleyanın nəzərində, Soyqırım “bütöv insan qrupunun mövcudluğunu davam etdirməsinin inkarı” kimi qəsd, “insanın fərdən yaşam haqqının inkarı” ilə əksilik/kontrast təşkil edir. Konvensiyanın tərtibçiləri hansı qrupları (məslən siyasi qrupları) daxil edib-etməyəcəklərini müəyyənləşdirməyə imkan verən məxsusi fərqləndirici xarakteristikaları üzərindən qrupların pozitiv identifikasiya edilməsinə ciddi diqqət ayırıblar. “Müəyyən qrupların məhz varlıq”larının qorunmasının Konvensiyanın obyekti olmasını bəyan etməklə, 1951-ci ildə, Məhkəmə də eyni yöndə çıxış etdi (Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyanın tətbiqində tanınan Qeyd-Şərtlərə dair Məsləhət Rəy, s.23). Soyqırımın bucür anlaşılması qrupun pozitivist identifikasiyasını tələb edir. Konvensiyaya siyasi qrupların və mədəni soyqırımın salınması təklifinin rədd edilməsi də göstərir ki, həmin lahiyə mətnlərində, məxsusi fərqləndirici yaxşıca təyid edilmiş, bəzilərinin təbirincə dəyişməz, xrakteristikalar üzərindən qrupların pozitiv identifikasiya edilməsinə sıx diqqət ayrılıb. Neqativist identifikasiya ilə hər hansı bir qrup təyid edilə bilməz.”
62. Qərarın 198-201 paraqraflarında, BƏM, “bir qisminin” ifadəsini ilk öncə əhəmiyyətlilik tələbinə istinadən, YBCM və BHK yanaşmasını izləyərək, nəzərdən keçirdi. O həmçinin, imkan-a əməli törədənlər üçün, onların fəaliyyət və nəzarət dairəsinə görə, çatımlı mənasını verərək, imkan meyarlarına istinad etdi. Faydalı nəzər nöqtəsi kimi, BƏM, o cümlədən, keyfiyyət kriteriyalarını da qəbul etdi (“qrup içində bəzi şəxslərin öncül yeri”, YBCM Apellyasiya Palatasının Krstiç işi üzrə Qərarının 12-ci paraqrafında qeyd olunduğu kimi). Hərçənd BƏM bildirdi ki:
“ ‘qrupa’ dair tələbin təmini heç də hər zaman sadəcə əsaslılıq tələbindən asılı qalmayacaq, bu təməl başlanğıc nöqtə olsa belə. Belə ki, Məhkəmənin görüşünə görə keyfiyyət kriteriyası tək istinadgah olmamalı. Apellyasiya Palatası həmçinin, Krstiç işində bu görüşü ifadə etdi.”
63. BƏM aşkar etdi ki, 1995-ci ilin İyulunda Srebreniçada adamöldürmə və ciddi bədən və psixoloji xəsarət yetirmə əməlləri (həm edam olunmaqda olanlara həm də ayrılıb didərgin salınanlara qarşı) törədilib. YBCM Apellyasiya Palatasının Krstiç işindəki yanaşmasını izləyərək, Məhkəmə, Srebreniçadakı Bosniya Müsəlmanlarının Bosniya Müsəlman qrupunun bir “qismini” təşkil etdiyini bildirdi. Bundan əlavə, O, YBCM-nin, “bu əhalinin [40 000 nəfər] həmin dövrdə bütün Bosniya və Hersoqovina Müsəlmanlarının çox kiçik bir faizini təşkil etdiyinə baxmayaraq, Srebreniça Müsəlman icmasının əhəmiyyəti/əsaslılığı onun yalnızca sayı ilə ölçülmür” (§ 296, Krstiç işindən sitat) qənaətini təsdiq etdi.
64. BƏM 3 Fevral 2015-ci il Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyanın Tətbiqinə dair Qərarında (Xarvatiya Serbiyaya qarşı) bildirdi (istinadlar buraxılıb):
“142. Məhkəmə, Konvensiyanın II maddəsi doğrultusunda qrupun “bir qisminin” məhv edilməsinin bir sıra kriteriyalara istinadən qiymətləndirilməli olduğunu xatırladır. Bununla bağlı, 2007-ci ildə, bildirdi ki “niyyət məxsusi qrupun əsaslı qismini məhv etmək olmalıdır” və bu “ana” kriteriyadır. Məhkəmə daha sonra qeyd etdi ki, “niyyət qrupu coğrafi məhdud dairədə məhv etmək olduğunda, soyqırım törədildiyinin hesab oluna bilərliyi görüşü geniş qəbul olunub” və müvafiq olaraq, “cinayətkarların fəaliyyət və nəzarət dairəsi diqqətdə tutulmalı”. Bütövlükdə qrup daxilində iddia olunan qismin öncül yer tutması da hesaba alınmalıdır. Bu kriteriyalarla bağlı, YBCM Apellyasiya Palatası özünün Krstiç işinə dair Qərarında dəqiqləşdirdi ki, “əgər qrupun xüsusi bir qismi bütün qrup üçün simbolik dəyərdədir və ya onun varlığı üçün əsas rol oynayırsa, bu həmin qismin Konvensiyanın 4-cü maddəsindəki anlamda əsaslı/substansial olması fikrinə dəstək ola bilər [YBCM Nizamnaməsi, Konvensiyanın II maddəsini əsasən təkrarlayan 2-ci paraqraf]”.
Məhkəmə 2007-ci ildə, bildirdi ki, bu faktorlar istənilən hər bir iş üzrə məxsusi qiymətləndirilir. Ardınca, qorunan qrupun hədəf alınan qisminin bütöv qrup üçün əsaslı olduğunu qiymətləndirmədə, Məhkəmə, kəmiyyət meyarlarını, eləcə də, coğrafi yerləşməyə dair dəlilləri və qrupun hədəf alınan qisminin öncüllüyünə diqqət yetirməlidir.”
Bundan əlavə, qeyd edilməlidir ki, BƏM sözügedən qərarında, həmçinin, qurbanların statusunun – döyüşçülər və ya mülkilər – onun qiymətləndirməsində nə kimi rol oynadığına da toxundu. O aşkar etdi ki:
“218. Məhkəmə ilk öncə Vukovar mühasirəsi və zəbti zamanı öldürülənlərlə bağlı iddialara baxacaq. Tərəflər qurbanların sayı, statusu və etnik mənsubiyyəti və öldürüldükləri şəraitə dair mübahisə yürütdülər. Məhkəmə bütün bu məsələləri həll etməyə ehtiyac duymur. O hesab edir ki, bu məsələlərə dair bir sıra qeyri-müəyyənliklərin qalmasına rəğmən aydındır ki, Vukovar üzərinə hücum hərbi məqsədlərlə məhdudlaşmır; o həmçinin öncül Xarvat mülki şəxslərinə qarşı da yönəlmişdi (Serblərin çoxu döyüşdən əvvəl və sonra şəhəri yağmalayıblar) ...”
V. BEYNƏLXALQ MƏHKƏMƏLƏRİN DİGƏR MÜVAFİQ TƏCRÜBƏSİ
65. Ruanda üzrə Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq Rutagandaya qarşı işində (ICTR-96-3-T, 6 Dekabr 1999), sonrakı presedentlərində də təsdiqlədiyi kimi, Soyqırım Konvensiyanin II maddəsi ilə qorunan qruplarla bağlı qərara aldı:
“Soyqırım Cinayətinin Potensial Qurban Qrupları
55. Palata, soyqırım cinayətinin potensial qurban qrupları ilə bağlı məsələlərin soyqırımın ‘milli, etnik, irqi və ya dini qrupu, özlüyündə, tamamiylə və ya qismən məhv etmək niyyəti’ daşıdığını nəzərdə tutan Soyqırım Konvensiyası və Nizamnamənin müddəaları əsasında nəzərdən keçirilməsini zəruri hesab edir.
56. Palata qeyd edir ki, milli, etnik, irqi və dini qruplar konsepti geniş nəzərdən keçirilib və onların, hazırda, hamılıqla və beynəlxalq qəbul edilən dəqiq tərifi yoxdur. Bu konseptlərin hər biri məxsusi siyasi, sosial, mədəni kontekstdə dəyərləndirilməlidir. Bundan əlavə, Palata qeyd edir ki, Soyqırım Konvensiyasının tətbiqində götürülən, qrup üzvlüyü, əslində, obyektiv konseptdən daha çox subyektiv konseptdir. Qurbanlar, əməli törədənlər tərəfindən məhvi planlanan qrupa mənsub edilirlər. Bəzi nümunələrdə, qurban özünün sözügedən qruplara mənsub olduğunu hesab edə bilər.
57. İstənilən halda, Palata o fikirdədir ki, Soyqırım Konvensiyasında nəzərdə tutulduğu kimi, qurban getmiş qrupları müəyyənləşdirmək üçün təkcə subyektiv anlayış kifayət deyil. Soyqırım Konvensiyasının hazırlıq materiallarından (travaux préparatoires) belə çıxır ki, siyasi və iqtisadi qruplar timsalında bəzi qruplar qorunan qruplar sırasına salınmayıb, çünki onlar, hər hansı bir şəxsin fərdi siyasi düşüncələri doğrultusunda qoşulduğu, mobil qruplar hesab edilir. Bu, a contrario, Konvensiyanın bilincli şəkildə nisbətən stabil və davamlı qrupları ehtiva etmək niyyəti güddüyünü düşünməyə əsas verir.
58. Beləliklə, Palata qərara aldı ki, məxsusi bir qrupun soyqırım cinayətindən qorunub-qorunmadığını müəyyənləşdirmək üçün, həm gətirilən müvafiq sübutları, həm də yuxarıda qeyd olunan siyasi və mədəni konteksti nəzərdən keçirərək, hər işin hallarından asılı olaraq ayrıca məxsusi qiymətləndirmə aparacaq.”
66. Sözügedən mühakimə sırası Məhkəmənin baxdığı sonrakı işlərdə də saxlanılıb təsdiqləndi. Xüsusiylə, Prokurorluq Semanzaya qarşı işində (ICTR-97-20, 15 May 2003-cü il Qərarı, § 317) Birinci-instansiya Palatası bildirdi ki, qrupun Soyqırım Konvensiyasının Qorunması altına düşüb-düşmədiyi hər işin hallarından asılı olaraq/işbəiş, sosial və ya tarixi kontekstdə obyektiv məxsusi kriteriyalara və əməli törədənlərin subyektiv qənaətlərinə istinad edilərək qiymətləndirilməlidir; qorunan qrup işbəiş, həm obyektiv həm subyektiv meyarlara baş vurmaqla müəyyənləşdirilməlidir. Prokurorluq Kamuhandaya qarşı (ICTR-95-54A-T, 22 Janvar 2004-cü il Qərarı, § 630), Birinci-instansiya Palatası bildirdi ki, qrup konsepti nə hamılıqla ümumi, nə də beynəlxalq qəbul edilmiş tərifin olmamasından faydalanır. Doğrusu, hər bir qrup məxsusi siyasi, sosial, tarixi və mədəni kontekstdə ayrıca qiymətləndirilməlidir.
67. İnsanlığa qarşı cinayətlər və “mülki əhaliyə qarşı yönəlmiş”, konsepti ilə bağlı, Müsəlman sakinlərin kəndi tərk etməsi üçün təqribən 116 Müsəlmanın qətlinə dair Prokurorluq Kupreşkiç və Başqalarına qarşı (IT-95-16-T, 14 Janvar 2000-cü il Qərarı) işində YBCM Birinci-instansiya Palatası aşkar etdi ki:
“3. ’Mülki əhaliyə qarşı yönəlmiş’
547. Görünən odur ki, “mülki” və “əhali” sözlərinin geniş tərifi düşünülmüş seçimdir. Bu ilk öncə humanitar hüququn ümumi prinsip və qaydalarının, məxsusən insanlığa qarşı cinayətləri qadağan edən qaydanın obyekt və məqsədləri doğrultusunda bucür təyid edilib. Sonuncular insan ləyaqətinə qarşı yönəlmiş qəddarlıqların qadağası ilə təməl insani dəyərlərin qorunması niyyəti güdür. Bu qaydalar hərbi cinayətləri qadağan etməkdən ötə daha humanitar miqyas ala və geniş humanitar məqsədə xidmət edə bilər ki, məhz, bəziləri bu qaydaların niyə yalnız mülki şəxsləri qoruyub bütün döyüşçüləri əhatə etməməsini anlaya bilmir. Yenə də, 5-ci maddədəki aydın məhdudiyyətlə üz-üzə qalan Birinci-instansiya Palatası hesab etdi ki, “mülki şəxslər” sözünün daha geniş tövsifi əsas alınmalıdır, çünki, 5-ci maddədəki məhdudiyyətlər beynəlxalq adətlər hüququ çərçivəsindən çıxış nöqtəsidir.
548. Yuxarıdakı təşəbbus məhkəmə-presedent hüququnda ortaya atılıb. Hazırki işlə məxsusi əlaqəsi olan Barbie[9] işində ərsəyə çıxan (ümumi beynəlxalq hüquqa əsaslandığı qəbul edilən) mühakimədir ki, “Müəyyən ideolojik üstünlük iddiası üzrə siyasi xətt yürüdən Dövlətin adından, yalnız irqi və ya dini icmaya mənsubluq səbəbindən bu qruplara üzv şəxslərə qarşı deyil, həmçinin həmin siyasətə müxalif olanlara qarşı, “müxaliflik” şəklindən asılı olmadan, sistematik olaraq törədilən qeyri-insani əməllər və təqib insanlığa qarşı cinayət sayıla bilər. 3 Aprel 1996-cı il Vukovar Qərarının 61-ci Qaydasında, Birinci-instansiya Palatası bildirdi ki, hətta qurbanların ilk dəfə əlinə silah aldığı halda da insanlığa qarşı cinayət törədildiyi hesab oluna bilər.
549. Bununla, münaqişəyə aktiv qoşulmuş əhali olması onların mülki əhali kimi xarakterizasiyasını aradan qaldırmır və beləcə, müqavimət hərəkatına aktiv qoşulanlar insanlığa qarşı cinayətlərin qurbanları kimi xarakterizə oluna bilərlər.”
68. Soyqırıma görə mühakimə məcburi qüvvəyə minənə qədər təmin edilməli tələblərə gəlincə, öncə qeyd edilən BƏM-nin Bosniya və Hersoqovina Serbiya və Çernoqoriyaya qarşı Qərarında (BƏM Qərarı § 293; BƏM, Prokurorluq Krstiçə qarşı işi üzrə YBCM Appellyasiya Palatasının Qərarının 37-ci paraqrafına istinad etdi):
“293. ... Soyqırımın qəddarlığı mühakimə məcburi qüvvəyə minənə qədər təmin edilməli olan detallı, həssas tələblərdə öz əksini tapır. Bu tələblər – məxsusi niyyəti sübut edən dəlillər tələb etmək və göstərmək ki, qrup tamamiylə və ya əsaslı/əhəmiyyətli qismi ilə məhv olunması üçün hədəf alınıb – belə cinayətə görə asan mühakimə olunmaq riskinə qarşı qoyulub. Lakin, bu tələblər təmin olunduğunda, hüquq, cinayəti öz adıyla çağırmaqdan yan qaçmamalıdır.”
69. Müxtəlif beynəlxalq məhkəmələr qərara alıb ki, soyqırımın qadağası beynəlxalq hüququn ali qüvvəli qaydasıdır (ius cogens). Bu hökmlər arasında BƏM-nin Konqo Demokratik Respublikası Ruandaya qarşı (3 Fevral 2006-cı il Qərarı, B.Ə.M. Hesabatlar 2006, s. 6), Bosniya və Hersoqovina Serbiya və Çernoqoriyaya qarşı (26 Fevral 2007-ci il Qərarı, B.Ə.M. Hesabatlar 2007, s. 43) və Almaniya Italiyaya qarşı (3 Fevral 2012-ci il Qərarı, B.Ə.M. Hesabatlar 2012, s. 99), həmçinin, Ruanda üzrə Beynəlxalq Məhkəmə-nin Prokurorluq Kayişema və Ruzindanaya qarşı işi (ICTR-95-1-T, 21 May 1999-cu il Qərarı).
HÜQUQİ MƏSƏLƏLƏR ÜZƏRİNƏ
I. KONVENSİYANIN 7-ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
70. Ərizəçi şikəyətçidir ki, soyqırım cinayətinin Litva məhkəmələrinin qəbul etdiyi geniş tövsifi, bu cinayətin beynəlxalq ümumi hüquqda rast gəlinən anlayışlardan hər hansı birinə əsaslanmır. O bildirir ki, onun soyqırım cinayəti üzrə ittihamı Konvensiyanın 7-ci maddəsinin bir hissəsi ilə əsaslandırılır. Bu maddənin müvafiq hissəsi nəzərdə tutur:
“1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz.
2. Bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq, törədildiyi zaman cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizliyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.”
A. Qəbuledilənlik
1. Altı ay qaydası
71. Hökümət iddia etdi ki, ərizəçi şikayətin təqdim olunmasına, yekun qərar qəbul edildikdən sonrakı altı ay ərzində müvəffəq olmamışdır. Ərizənin göndərildiyi zərfin üzərindəki poçt möhürünün 30 İyul 2005-ci il tarixini göstərdiyini qəbul etsələr də, onlar qeyd etdi ki, şikayət ərizəsi Məhkəmə tərəfindən yalnız 29 Sentyabr 2005-ci ildə qəbul olunub və bu gecikmə heç nə ilə izah oluna bilinməzdi.
72. Ərizəçi bildirdi ki, şikayət ərizəsi Məhkəməyə vaxtında göndərilib.
73. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin ərizəçi barəsində məhkəmə hökmünü qüvvədə saxlayan qərarı 22 fevral 2005-ci ildə verilib. Bununla, Məhkəməyə şikayətlərin verilməsi üçün, Konvensiyanın maddə 35 §§ 1 və 4-də nəzərdə tutulan, altı aylıq zaman məhdudiyəti 22 Avqust 2005-ci ildə başa çatıb. Ərizəçinin təqdim etdiyi materialları nəzərdən keçirən Məhkəmə bildirir ki, Tauragė post şöbəsində vurulan möhürdə göstərilən eyni tarixdə, 30 İyul 2005-ci il tarixində, içərisində ərizə forması olan zərf Litvadan göndərilib. Zərfin üzərində, həmçinin, Məhkəmənin Qeydiyyat şöbəsinə 28 Sentyabr 2005-ci il tarixində daxil olduğunu göstərən möhür var. Ərizə formasına, Məhkəmə tərəfindən 29 Sentyabr 2005-ci ildə qəbul edildiyini təsbit edən möhür vurulub. Baxmayaraq ki, ərizənin Məhkəməyə çatdırılmasında müəyyən gecikmə olub, ərizənin verildiyi tarix poçt şöbəsində möhürün vurulduğu tarix qəbul olunur (bax Kipritçi Türkiyəyə qarşı, nö. 14294/04, § 18, 3 İyun 2008). Beləliklə, Hökümətin iddiası rədd edilməlidir.
2. Hökümətin bu işin Məhkəmə baxışında olan işlər siyahısından çıxarılmasına dair müraciəti
74. Hökümət, Məhkəməyə 11 Aprel 2014-cü ildə daxil olan işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı təqdimatında, həmçinin, Məhkəmənin diqqətini o fakta yönəltdi ki, Konstitusiya Məhkəməsinin 18 Mart 2014-cü il tarixli qərarından sonra hazırki iş üzrə yeni faktlar ortaya çıxıb. 10 Aprel 2014-cü ildə Baş Prokurorluq bildirdi ki, Konstitusiya Məhkəməsinin gəldiyi qənaətlər, ərizəçinin soyqırım cinayətində təqsirli bilinərək məhkum olunmasının qanuniliyinə dair şübhələr yarada bilər. Beləliklə, prokuror cinayət işinin yenidən başladılması təşəbbüsünü irəli sürdü. Bununla belə, Hökümət, qəbul etdi ki, cinayət işinin yenidən başladılmasına dair qərar Ali Məhkəmənin səlahiyyətindədir (bax, yuxarıda, 47 və 69-cu paraqraflar). Hökümətin 11 Aprel 2014-cü il tarixli təqdimatına görə, ərizəçi barəsində cinayət işinin yenidən başladılmasə üzrə atılan prosedur addımları ərizəçinin işinin milli hüquq çərçivəsində öz həllini tapmaqda olduğu qənaətinə gəlməyə əsas verir (onlar Pisano Italiyaya qarşı işinə istinad edib (baxılan işlər siyahısından çıxarılma) [GC], nö. 36732/97, §§ 40-50, 24 Oktyabr 2002). Belə olan halda, və subsidiarlıq prinsipini diqqətə alaraq, Hökümət xahiş etdi ki, Məhkəmə, Konvensiyanın maddə 37 § 1 (b) və (c) alt-paraqraflarına uyğun olaraq, işi baxılmaqda olan işlər siyahısından çıxarsın. Onların nəzərində, Konvensiyanın in fine maddə 37 § 1-in tələbi ilə Məhkəmənin iş üzrə baxışı davam etdirməsini məcburi edən, Konvensiyanın müəyyən etdiyi insan hüquqlarına toxunan, heç bir məxsusi səbəb yoxdur.
75. Bununla belə, Məhkəmə təsbit edir ki, Prokurorluq, 28 May 2014-cü il tarixli yekun qərarında, ərizəçiyə qarşı cinayət işinin yenidən başladılmasə üçün Ali Məhkəməyə müraciət etməməyi qərara alıb (bax, yuxarıda, 47-ci paraqraf). Bu səbəbdən, işin artıq baxılmış olduğu və ya iş üzrə Məhkəmə baxışının Konvensiyanın maddə 37 § 1 (b) və (c) alt-paraqraflarına uyğun olaraq davam etdirilməsinin əsassız olduğu deyilə bilməz.
3. Nəticə
76. Bundan irəli gələrək, Məhkəmə bildirir ki, şikayət, Konvensiyanın maddə 35 § 3 (a)-da nəzərdə tutulan əsaslarda açıq-aşkar əsassız hesab edilə bilməz. Qəbuledilməzlik üçün hər hansı başqa əsas olmadığından, şikayət qəbuledilən elan edilsin.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
(a) Ərizəçi
77. Ərizəçi şikəyətçidir ki, soyqırım cinayətinin Litva məhkəmələri tərəfindən qəbul edilən geniş tövsifinin beynəlxalq ümumi hüquqda hər hansı bir əsası yoxdur. O iddia etdi ki, Litva Cinayət Məcəlləsi maddə 99-a əsasən, retroaktiv qaydada mühakimə olunub ki, bu da Konvensiyanın 7-ci maddəsi üzrə pozuntu təşkil edir.
78. Ərizəçi bildirdi ki, Litva Soyqırım Konvensiyasının təsdiqi haqqında qanunu 1992-ci ildə qəbul edib. Konvensiyanın II maddəsinə görə, soyqırım “milli, etnik, irqi və ya dini” qrupu məhv etmə məqsədi güdən əməllərdir. Litva Konvensiyanı qeydi-şərt nəzərdə tutmadan imzalayıb. Buna görə, ərizəçi hesab edir ki, bu soyqırım konseptinin, 1998-ci ildə, “sosial və siyasi qruplar” əlavəsi ilə genişləndirilməsi yolverilməzdir. Ərizəçi, həmçinin, qeyd etdi ki, soyqırım cinayətinin dörd qrupu əhatə edən məhdud anlayışı 9 Aprel 1992-ci il tarixli Litva Əhalisinin Soyqırımına görə Məsuliyyət haqqında Qanunda təsbit edilib. O, onu da vurğuladı ki, Birləşmiş Millətlər nəznində Beynəlxalq Cinayət Məhkəməsi yaradılarkən, 1998-ci ildə, Litvadan olan nümayəndələr soyqırım konseptinin genişləndirilməsini təşviq etdilər. Lakin, soyqırım tərifi dəyişdirilmədən saxlanıldı.
79. Ərizəçi bildirdi ki, sosial və siyasi qruplar Litvanın soyqırım tərifinə 21 Aprel 1998-ci il tarixli Cinayət Məcəlləsinə edilən dəyişikliklər vaxtı əlavə edilib. O, Konvensiyanın 7-ci maddəsinə əsaslanaraq iddia etdi ki, bu iki qrupa qarşı soyqırıma görə cinayət məsuliyyəti bir vaxt tətbiq edilib, başqa vaxt isə edilməyib, baxmayaraq ki, işin qaldırılmasına potensial əsas olan faktlar eyni olub. Özünün məxsusi halı üzrə, O, iddia etdi ki, 1992 və 1998-ci illər arası, Litva Dövləti özü, ərizəçinin törətdiyi əməllərin soyqırım cinayəti təşkil etmədiyi yanaşmasını qəbul etməsinə baxmayaraq cinayət qanununu retroaktif tətbiq edib. Soyqırım cinayətinin hətta retroaktiv tətbiqinin mümkünlüyünü bilərək, O qeyd etdi ki, belə bir cinayətə görə cinayət məsuliyyətinin Dövlətin, qanunvericiliyə dəyişiklik etmək və ya cinayətə, ancaq Litva üçün xarakteristik olan yeni xüsusiyyətlər vermək qabiliyyətindən asılı olduğunu qəbul etmək çətindir. Ərizəçi o faktı da qeyd etdi ki, Litva özü cinayət qanununun geriyə tətbiqini qadağan edib.
80. Ərizəçi həmçinin bildirdi ki, beynəlxalq hüququn xarakteristikasıdır ki, Dövlətlər, müvafiq beynəlxalq sənəddə müstəsna razılıq olmadıqda, tərəfdar olduqları beynəlxalq müqavilələrdən kənara çıxan istisnalara yol verməsinlər. O qəbul etdi ki, Litva Respublikasının öz qanunlarını qəbul etməyə suveren hüququ var. Lakin, bu hüquq mütləq hüquq deyil. Birinci, bütün qəbul edilən qanunlar Litva Konstitusiyası ilə uyğunluq təşkil etməlidir və bunu da ikinci növbədə milli qanunvericiliyin ayrılmaz hissəsi olan Litvanın ratifikasiya etdiyi beynəlxalq müqavilələr tamamlayır. Litva cinayət hüququna, konkret olaraq Cinayət Məcəlləsinin 99-cu maddəsinə edilən siyasi və sosial qruplar əlavəsinə gəlincə, bunlar Soyqırım haqqında Konvensiyanın II maddəsi ilə ehtiva olunmuyub. Bu səbəbdən, bu müddəalar, Litvanın əməl etmək öhdəliyi götürdüyü, beynəlxalq hüququn müddəaları ilə əsaslandırıla, müdafiə oluna bilməz.
81. Bundan əlavə, siyasi və sosial qrupları qətlə yetirməyə görə cinayət təqibinə müəyyən zaman məhdudiyyəti tətbiq olunur. Soyqırım Konvensiyası üzrə götürülən şərhlərdən daha geniş olduğuna görə, Litva məhkəmələrinin milli cinayət qanunu və soyqırım məsuliyyəti ilə bağlı verdikləri şərhlər nullum crimen sine lege prinsipini pozur. Bu yanaşma Konstitutsiya Məhkəməsinin 18 Mart 2014-cü il qərarında təsdiqlənib. Bu qərarda bildirilir ki, siyasi və ya sosial qruplara qarşı soyqırım əməlinə görə retroaktiv cinayət təqibi, əgər bu cinayət, Litva Cinayət Məcəlləsinə edilən, bu iki kateqoriyadan olan şəxslərə qarşı soyqırım cinayətinə görə məsuliyyət nəzərdə tutan dəyişiklikdən öncə törədilibsə, Konstitusiyaya ziddir.
82. Tarixi faktlara gəlincə, ərizəçi bildirdi ki, o, Hökümətin təqdim etdiyinin əksinə, ümumi siyasi, tarixi və digər şərtləri geniş spektrdə əla alaraq mübahisələndirə biləcək mövqeyə sahib olmuyub (bax, aşağıda, 133-cü paraqraf). O, qəbul etdi ki, Litvadakı qurban sayısı “1939-1953-cü illər arasında təqribən 500 000 Litvalı olub”. Bununla belə, ərizəçi qeyd etdi ki, hərçənd, 1941-1944 illərdə Litva Alman istilası altında olub. Bu dövrdə Nasistlər, yerli əlaltıları ilə birlikdə, Litvada yüz minlərlə günahsız insanı qətlə yetirib. Bunun işə aidiyyatı ondadır ki, ərizəçiyə görə, J.A. və A.A. qardaşları Nasistlər ilə işbirliyində olublar.
83. Bununla bağlı, ərizəçi, yerli məhkəmənin J.A. və A.A qardaşlarının partizan olduqları barədə qeydinə etiraz etdi. O təkid etdi ki, onlar Nasist polis birləşməsində könüllü xidmət edib və yəhudilər və digər günahsız əhalinin təqibində iştirak ediblər. Sovetlər 1944-cü ildə Litvaya gəldikdən sonra, səlahiyyətli orqanlar qanuni olaraq J.A. və A.A.-nı bu cinayətlərə görə təqib ediblər. İstənilən halda, ərizəçi iddia etdi ki, J.A. və A.A. partizan sıralarını sözügedən hadisələrdən illər öncə tərk ediblər. Beləliklə, J.A. və A.A. 1953-cü ildə vəfat etdikləri vaxt partizan olmayıblar. Bundan irəli gələrək, onların siyasi (Litva Cinayət Məcəlləsinin 99-cu maddəsi ilə qorunan) qrup üzvləri və ya milli (Soyqırım haqqında Konvensiyanın II maddəsi) qrup təmsilçiləri olması iddiasının heç bir faktiki əsası yoxdur.
84. Son olaraq, ərizəçi iddia etdi ki, hətta yerli məhkəmələrin J.A. və A.A.-nın 1953-cü ildə vəfat etdikləri vaxt partizan və silahlı müqavimət hərəkatının üzvü olduqları ilə bağlı mövqeyi həqiqət kimi qəbul edilərsə belə, onların qətli soyqırım əməli kimi qiymətləndirilə bilməz. Bu yerdə, ərizəçi bildirdi ki, soyqırım, ordular və ya ölkə boyu azadlıq hərəkatlarının deyil, silahsız mülki əhalinin məhv edilməsinə yönəlik əməlləri ehtiva edir.
85. Ərizəçi son olaraq qeyd etdi ki, onu soyqırım əməlində təqsirli bilməklə, Litva Respublikası, qurbanların yalnız qorunan qruplardan olduğu halda Dövlətə soyqırım əməlinə görə təqib haqqı verən milli və beynəlxalq qanunvericiliyin müddəalarını pozub. Faktların hansı, onun (J.A. və A.A. qardaşlarının cinayətkar qismində Sovet orqanları tərəfindən təqib olunduğu) və ya Hökümətin (onların silahlı müqavimət hərəkatının üzvü olduqları) versiyasının əsas alınmasından asılı olmayaraq, J.A. və A.A. qardaşları qorunan qruplardan hər hansı birinə aid edilə bilməz.
86. Yuxarıdakıların işığında, ərizəçi onun soyqırım əməlində təqsirli bilinməsinin Konvensiyanın 7-ci maddəsi üzrə pozuntu təşkil etdiyi iddia etdi. O, həmçinin, əlavə etdi ki, maddə 7 § 2 tətbiq olunmur. Onun ittiham olunduğu əməllər soyqırım cinayəti təşkil etmədiyindən, onlar “sivil millətlərin qəbul etdiyi ümumi hüquq prinsiplərindən irəli gələrək cinayət” kimi də qiymətləndirilə bilməz.
(b) Hökümət
87. Hökümət bildirdi ki, bu işin başa düşülməsi üçün Sovetlər birliyinin Litvada yürütdüyü repressiv siyasəti anlamaq çox vacibdir. Onlar qeyd etdi ki, Litva əhalisinə qarşı törədilmiş cinayətlər SSSR-nin yürütdüyü məqsədyönlü və sistemli totalitar siyasətin tərkib hissəsi idi. Litvalılara qarşı təqiblər təsadüfi və xaotik deyildi. Onlar, Litvanın siyasi varlığının təməli olan, Dövlətin keçmiş sosial və siyasi strukturunu məhv etməyə hesablanmışdı. Onlar ən aktiv siyasi və sosial qruplara – müqavimət hərəkatına və onun tərfdarlarına, mülki işçilər və Litva Dövlət qulluqçularına, Litvanın ictimai xadimləri, ziyalıları, akademiklər, fermerlər, ruhanilər və bu qruplardan olan şəxslərin ailə üzvlərinə – qarşı yönəlmişdi.
88. Hökümət vurğuladı ki, Litva partizanları Litva xalqının təmsilçiləri idi. Hərəkat öz gücünü ictimaiyyətin özündən alırdı; o fərqli təbəqələrdən insanları birləşdirirdi (ziyalı elitası, kəndlilər, müəllimlər, keçmiş zabitlər və s.). Partizanlar Litvanın müstəqilliyinin bərpasından və Sovetlərin ölkədən çıxarılmasından başqa hər hansı bir siyasi görüşlər təlqin etmirdilər. Onlar milli simbollar ətrafında birləşib və Sovet repressiyalarının yaratdığı ağır şəraitdə məhz Litva xalqının güclü dəstəyini aldığı üçün on il müqavimət göstərə biliblər. Konstitusiya Məhkəməsi özünün 18 Mart 2014-cü il tarixli qərarında bütün milli qrup, yəni Litva milləti üçün partizanların dəyərinə diqqəti çəkdi (bax, yuxarıda, 63-cü paraqraf).
89. Litvada yürüdülən repressiyaların həcminə gəlincə, Hökümət ilk öncə bildirdi ki, illik Statistikaya görə, 1939-cu ildə Litva əhalisi 2 925 271 nəfər olub. 1953-cü ilə qədər təqribən 500 000 Litvalı Sovet rejimin siyasi repressiya və terroruna məruz qalıb – onlar ya öldürülüb, yaxud da deportasiya və ya həbs olunublar (bax, A. Anušauskas, Demografiniai karo ir okupacijos nuostoliai: okupuotos Lietuvos istorija (Müharibə və işğal dövründə demoqrafik itkilər: işğal olunmuş Litvanın tarixi), Vilnius: Lietuvos gyventojų genocido ir rezistencijos tyrimo centras, 2007, s. 395). Hökümət həmçinin bildirdi ki, Litvada Sovet repressiyaları qurbanlarının sayı, buna qədər artıq, Konstitusiya Məhkəməsinin 18 Mart 2014-cü il qərarı (bax, yuxarıda, 62-ci paraqraf) və Nasist və Sovet İşğalçı Rejimlərinin Litva Cinayətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Komissiyanın Hesabatlarında verilib.[10]
90. Partizanlara gəlincə, Hökümət bildirdi ki, 1940-41 və 1944-53-cü illər müqavimət hərəkatında təqribən 20 000 partizan öldürülüb, onların çox sayda dəstəkləyiciləri həbs və ya Sibirə sürgün edilib. Sovetlər birliyinin repressiya institutları müqavimətin kökünü kəsmək üçün bir sıra sərt tədbirlərə əl atıb: ailə üzvlərinin deportasiyası, hərəkat üzvlərinə işgəncələr, psixoloji müharibə və ya terror və kəndlərin yandırılması, məhkəməsiz edamlar kimi hərəkat üzvlərinə, onların müdafiəçilərinə qarşı cəza tədbirləri. Bu tədbirlərin əksəriyyəti beynəlxalq hüququ, SSSR Konstitusiyası və digər Sovet qanunlarının açıq şəkildə pozulması ilə həyata keçirilib. Konstitusiya Məhkəməsi, xüsusiylə, qeyd edib ki, Sovetlər Birliyi partizanlara döyüşçü və ya müharibə əsirləri statusunu tanımayıb və onlara beynəlxalq hüquqda bu statusdan irəli gələn təminatları verməyib.
91. Məqsəd köhnə Litva həyat tərzini məhv etmək və onu milli və etnik kimlikdən arınmış insanlardan (homo sovieticus) ibarət yeni Sovet nizamı ilə əvəz etmək idi. Belə ki, Sovet siyasəti criminal mahiyyətli idi, və o rejimin törətdiyi müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, Litva soyqırımı təsbit olunmuş tarixi faktlardır. Bununla bağlı, Hökümət Avropa Şurası Parlament Assambleyasının Totalitar Kommunist Rejimlərin törətdikləri Cinayətlərin Beynəlxalq Qınanması haqqında 1481(2006) saylı Qətnaməsinə (bax, yuxarıda, 89-cu paraqraf) istinad etdi. Bundan savayı, onlar SSSR totalitar kommunist rejimi tərəfindən, soyqırım da daxil, törədilən cinayətlərin Rusiya Federasiyası qanunlarınca da tanınması faktını qeyd etdilər. 26 Aprel 1991-ci il tarixli “Represiyaya Məruz qalmış Xalqların Reabilitasiyası” haqqında qanun buna bir misaldır (bax, yuxarıda, 74-cü paraqraf).
92. Ərizəçinin ittiham olunmasının müasir huquqi əsaslarının olub-olmaması məsələsinə qayıtdıqda, Hökümət bildirdi ki, sözügedən vaxtda, 1953-cü ildə, Rusiya Federativ Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsi qüvvədə idi. Soyqırım cinayət əməli kimi bu Məcəllədə sadalanmasa da, Hökümət ərizəçinin əməllərinin həmin dövr beynəlxalq müqavilə və adətlər hüququ üzrə cinayət əməli təşkil etdiyi iddiasında qaldı. Həmçinin, sivil xalqların qəbul etdiyi hüququn ümumi prinsiplərinə görə soyqırım əməlləri cinayət hesab edilib.
93. Mühafizə edilən qrupun məhv edilməsi niyyəti ilə törədilən əməlin sözügedən dövrdə soyqırım kimi qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlı suala dair, Hökümət Beynəlxalq Hərbi Tribunalın Xartiyasına istinad etdi. Bu Xartiyada deyilir ki, fiziki şəxslər beynəlxalq hüquq üzrə ən qəddar cinayətlərə görə məsuliyyət daşıyırlar. Bundan əlavə, Hökümət Birləşmiş Millətlərin 11 dekabr 1946-ci ildə yekdilliklə və müzakirəsiz qəbul olunan 96 (I) saylı Qətnaməsinə istinad etdi ki, bu qətnamə soyqırımı beynəlxalq hüquqda bir cinayət kimi tanıyıb və orada deyilib ki, “soyqırım cinayətləri o zaman qeydə alınır ki, orada irqi, dini, siyasi və digər qruplar tamamiylə və ya qismən məhv ediliblər”. Beləcə, hələ 1946-cı ilin dekabrında aydın idi ki, siyasi əsaslarla təqiblər, siyasi qruplara qarşı qırğın və məhv etmə əməli beynəlxalq hüquqda cinayət hesab edilib.
94. Hökümətin fikrincə, 1948-ci il Soyqırım haqqında Konvensiyada mühafizə olunan qruplar arasında “siyasi qruplar”ın sadalanmaması həlledici deyil. Konvensiyanın ilkin tərtibatçıları o fikirdə idilər ki, soyqırım anlayışı beynəlxalq adətlər hüququnda bilindiyi şəkliylə sonradan tərtibat prosesində müəyyənləşdiriləndən daha əhatəli anlayış olub və Soyqırım Konvensiyasının hazırlıq materialları (travaux préparatoires) göstərir ki, “siyasi qruplar”ın vurğulanmaması hüquqi mühakimədən çox siyasi kompromisin nəticəsi idi.
95. Bundan əlavə, Hökümət bildirdi ki, 1948-ci il Soyqırım Konvensiyasına daxil edilən mühafizə olunan qruplar üst-üstə düşə və əvəzləyici ola bilər. Bir qrup (milli) digəri ilə (dini) kəsişə bilər. Litva məhkəmələri soyqırıma dair şərhlərində bunu qəbul edib. Sovet orqanlarının ‘etibarsız millətlər’ deyə xarakterizə etdiyi Baltik ölkələrində yürüdülən siyasət, məhz, milli qrupun onurğasını təşkil etdiyi üçün, siyasi və sosial qruplara qarşı yünəlmişdi. Beləliklə, ‘siyasi’ motivli qətillər milli və etnik soyqırım planları üçün bir pərdə idi.
96. Hökümət həmçinin bildirdi ki, 1998-ci ildə Litva daxili qanunvericiliyinə edilən dəyişikliklər bır sıra Dövlətlərin öncül təcrübəsini və soyqırım məsələsi üzrə peşəkar hüquqşünas rəylərini əks etdirir. Polşa, Fransa, İsveçrə, Finlandiya, Sloveniya, Rumuniya, Ekvador və Kosta Rika daxil, əhəmiyyətli sayda Dövlət, öz milli qanunvericiliklərində soyqırım anlayışının çərçivəsini genişləndiriblər. Əksəriyyət bu anlayışı sosial və siyasi qruplarla genişləndirərkən, bəziləri (Fransa, Rumuniya) “hər hansı başqa qərəzli meyarlarla fərqləndirilmiş qruplar” timsalında inkluziv açıq-qapı yanaşmasını tətbiq edir.
97. Ərizəçinin işinə dönüldükdə, Hökümət qeyd etdi ki, sual belə qoyulur ki, sözügedən əməl törədildiyi vaxt ərizəçinin beynəlxalq hüquq əsasında ittiham və cinayətə görə mühakimə nəzərdə tutan məsuliyyəti var idimi. Litva məhkəmələrinin soyqırım cinayətinə verdikləri şərh cinayət əməlinin sözügedən dövrdəki mahiyyəti ilə uyğunluq təşkil edib və məntiqlə anlaşılan, öngörülən idi.
98. Hökümət bildirdi ki, ərizəçi J.A. və A.A.-nın öldürülməsində iştiraka görə mühakimə olunub. Partizan olaraq, qardaşlar, MGB daxil, Sovet orqanları tərəfindən məhv edilməli olan ”banditlər”, “qanundankənar” və yaxud “burjua millətçiləri” kimi görülürdülər. Sovet rejimi Litva millətinin mədəniyyətini, dinini, dilini, siyasilərini və kimliyini yox etməklə onu bir qrup olaraq məhv etməyi düşünürdü. Apellyasiya məhkəməsi düzgün qeyd etdi ki, J.A. və A.A. sadəcə siyasi qrupun üzvləri kimi deyil (birinci instansiya məhkəməsinin gürdüyü kimi) Soyqırım Konvensiyası ilə məxsusi qorunan iki qrupa, milli və etnik qrupa mənsub kimi gürülməlidirlər. Bu yanaşma Ali Məhkəmə və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib.
99. Ərizəçinin, J.A. və A.A.-nın silahlı müqavimət hərəkatının üzvü olduqlarından Konvensiya ilə qorunmadıqları iddiasına gəlincə, Hökümət soyqırım və insanlığa qarşı cinayətlər arasındakı yaxın əlaqəyə diqqəti yönəltdi. Professor Antonio Cassese-ə görə, Nürnberq prinsipləri əsasında insanlığa qarşı cinayətlərin ən az iki alt-kateqoriyasını fərqləndirmək olar: birinci, fundamental insan haqqlarının geniş yayılmış və sistematik kobud pozulması təcrübəsi ilə müşahidə olunan mülki şəxslərə qarşı törədilmiş cinayətlər; və dini, irqi, etnik və ya siyasi əsaslarla ayrı-seçkilik və ya linç etmə siyasəti və təcrübəsini izləməklə xüsusi insan qruplarının, mülki və ya hərbi, təqib olunması cinayəti (Antonio Cassese, Paola Gaeta, John R. W. D. Jones (eds.) Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsi. Kommentariya, Oxford, 2002). Hökümət qeyd etdi ki, bu yanaşma daha sonra YBCM tərəfindən, məxsusən Prokurorluq Kupreskić və başqalarına qarşı işində (bax, yuxarıda, 111-ci paraqraf) təsdiq edilib.
100. Ərizəçinin şəxsən təqsirli olmasına dair yerli məhkəmələr vurğuladı ki, o MGB-ə könüllü qoşulub və Litva millətinə qarşı totalitar siyasətin mahiyyət və metodlarından yaxşı xəbərdar olmalı idi. Belə ki, ərizəçi üçün qeyri-qanuni əmrlər icra etmək məcburiyyətində olacağı gözlənilən olmalı idi (bax, K.-H.W. Almaniyaya qarşı, [GC], nö. 37201/97, § 74, AİHM 2001‑II (çıxarışlar)). Bu mənada IV Nürnberq Prinsipi xüsusiylə yerinə düşür. Orada aydın deyilir ki, öz Hökümətinin əmrlərinə tabe olaraq hərəkət edən şəxs beynəlxalq hüquq üzrə məsuliyyətdən yayına bilməz, beləki, mənəvi seçimi etmək ona qalırdı (Hökümət Penart Estoniyaya qarşı ((qərar) 14685/04, 24 Janvar 2006), və Kolk və Kislyiy Estoniyaya qarşı ((qərar), nö. 23052/04 və 24018/04, AİHM 2006‑I) işlərinə istinad etdi).
101. Son olaraq, Hökümət ərizəçinin J.A. və A.A. qardaşlarının Nasistlərlə işbirliyində olması və beləcə, legitim olaraq öldürüldüklərinə dair iddiasını rədd etdi. Onlar, həmçinin, ərizəçinin J.A. və A.A.-nın qətlə yetirildikləri dövrdə partizan hesab edilə bilinməyəcəklərinə dair iddiasına etiraz etdilər. Onlar qeyd etdilər ki, hər iki məsələ incəliklərə qədər yerli məhkəmələr tərəfindən araşdırılıb və əsassız hesab edilərək rədd edilib.
102. Deyilənlərə əsasən Hökümət yekun olaraq bildirdi ki, ərizəçinin soyqırım cinayətinə görə məhkum edilməsi sözügedən dövrdəki beynəlxalq hüquqa əsaslanıb. Konstitusiya Məhkəməsi, bir yandan, 18 mart 2014-cü il qərarında sosial və siyasi qruplara qarşı soyqırım cinayətinə görə retroaktiv təqibi qanunsuz hesab etdi, digər tərəfdən, həmçinin, milli, etnik, irqi və ya dini qrupun əsaslı/əhəmiyyətli hissəsi kimi, müəyyən sosial və siyasi qrupları, məhv edilmələri bütovlükdə qorunan qrupun mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət kəsb etdiyi təqdirdə, məhv etmə məqsədi ilə atılan düşünülmüş əməllərin ümumən qəbul olunmuş beynəlxalq hüquq normaları əsasında soyqırım kimi qiymətləndirilə biləcəyini bildirdi. Ərizəçi, milli qrup kimi Litvalıların əsaslı/əhəmiyyətli parçası olan Litva partizanlarının məhv edilməsi məqsədi güdən Sovet siyasətinin həyata keçirilməsində, niyyətli şəkildə iştirak edib. Buradan anlaşıldığı üzrə, maddə 7 pozulmayıb.
2. Üçüncü tərəfin təqdimatları
103. Rusiya Federasiyası Höküməti bildirdi ki, hazırki iş Məhkəmənin Baltik ölkələrində ərizəçi barəsində mühakimənin Konvensiyanın 7-ci maddəsi ilə uyğunluğuna dair baxdığı ilk iş deyil. Ərizəçilərin, Baltik ölkələrinin SSSR-nin ayrılmaz tərkib hissəsi olduğu 1940-1950-ci illərdə törətdikləri iddia olunan əməllərə görə cinayət təqibi bu işlərin əsasını təşkil edib (onlar, yuxarıda sadalanan, Kolk və Kislyiy, Kononov Latviyaya qarşı [GC], nö. 36376/04, AİHM 2010, və Tess Latviyaya qarşı (qərar), nö. 19363/05, 4 Janvar 2008, işlərinə istinad etdilər). Üçüncü-iştirakçı tərəf etiraz etdi ki, ərizəçinin mühakimə olunmasının legitimliyini əsaslandırmaq üçün Litva Höküməti Sovet Hökümətinin Baltik ölkələrində göstərdiyi “qəddarlıqlar”a dair tarixin təhrif edilmiş təqdimatına istinad edir. Bununla yanaşı, onların təqdimatları “özlərinin Litva SSR-də Sovet hakimiyyətinin törətdiyi “soyqırım” və “insanlıq əleyhinə cinayətlər” kimi əsassız iddialarını müdafiə məqsədiylə ortaya atdıqları çoxsaylı mübahisəli faktlarla həddən artıq şişirdilib”. Rusiya Höküməti tarixi həqiqətlərin açıq-aşkar təhrifinə və Baltik ölkələri Hökümətlərinin öz mənafelərinə uyğun, xalqların, milli hakimiyyətlərin bugünkü rəsmi baxışları ilə uyuşmayan, keçmişdə yaşamış olduqlarının ziddinə tarixi dəişmək kimi aydın niyyətinə etiraz etdi.
104. Sovetlər Birliyinin siyasət və qanunvericiliyi Litva millətinin məhv edilməsi və ya yer üzündən silinməsi niyyəti güdməyib. Heç vaxt heç bir beynəlxalq qüvvəli sənəddə onlar soyqırım törətdiyi qəbul edilməyib. Alman qoşunlarının 1944-cü ildə çıxıb getməsindən sonra, yerli əhalinin bir hissəsi silahları təhvil verməkdən imtina edib əvəzində Sovet ordusuna qarşı silahlı müqavimət yolunu tutdu. Bunlar əsasən Nasistlər ilə əməkdaşlıq etmiş şəxslər idi. Sovet ordusu və 1945-ci ildən həmin ərazidə beynəlxalq ictimaiyyət tərəfindən tanınan yeganə hakimiyyət olan Litva SSR-nin Sovet Höküməti qeyri-qanuni silahlı birləşmələrə qarşı tam qanuni mübarizə aparıb. Sovet orqanlarının və ya ərizəçinin Litva cəmiyyətinin təsisçi ünsürlərinin məhv edilməsi kimi xüsusi niyyətləri olmayıb.
105. Rusiya Höküməti bildirdi ki, yerli səlahiyyətli orqanlar Soyqırım Konvensiyası ilə qorunmaqda olan qruplara digərlərini əlavə etməklə geniş soyqırım anlayışını qanunla təsbit edə bilərlər. Lakin, bu “yeni qorunan qruplar”a qarşı törədmiş ola bilən əməllər Avropa İnsan Haqqları Konvensiyasının 7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhdudlaşdıran müddəalardan kənar tutulmamalıdır. Belə əməllər, əgər bu əməllər sözügedən dövrdə tətbiq olunan beynəlxalq hüquqla cinayət hesab olunmurdusa, yalnız genişləndirilmiş soyqırım anlayışının qəbul olunmasından sonrakı vaxtda törədildikdə cinayət hesab oluna bilər. Siyasi qruplara gəlincə, onlar Soyqırım Konvensiyasının II maddəsində verilən anlayışa daxil edilməyib. Bu anlayış daha sonrakı beynəlxalq hüquqi sənədlərdə təkrar-təkrar təsdiq olunub.
106. Həmçinin, qeyd edildi ki, beynəlxalq adət hüququ soyqırım anlayışına siyasi qrupları daxil etməyib. Yalnızca, 1946-cı ildə BMT Baş Assambleyasının 96 (I) saylı Qətnaməsində siyasi qruplar ifadəsinin keçməsi bunun əksini iddia etməyə kifayət deyil. Bu anlayışı ilk dəfə konseptuallaşdıran və Litva Hökümətinin öz yazılı təqdimatlarında tez-tez istinad etdiyi elmi təhqiqatçı Rafael Lemkinin qeyd etdiyi “soyqırım”ın mənası “milli və ya etnik qrupun məhv edilməsidir” yanaşması da bu yöndədir (Rafael Lemkin, Axis Rule in Occupied Europe, 1944, s. 79). Siyasi qrupların 1953-cü ildə Sivil millətlərin tanıdığı beynəlxalq ümumi hüquq prinsipləri çərçivəsində məxüsusi mühafizə olunduğuna dair heç bir sübüt yoxdur. Bundan əlavə, siyasi qruplar, beynəlxalq tribunalların məhkəmə təcrübəsindəki soyqırım anlayışı daxilində qorunan qruplar kateqoriyasına daxil deyil və heç vaxt da daxil olmayıblar.
107. Son olaraq, Litva Hökümətinin əksini iddia etməsinə baxmayaraq, ərizəçinin əməllərində insanlığa qarşı cinayətlərin müvafiq tərkibi elementləri görülmür. Onun əməlləri mülki əhaliyə yönəlməyib – J.A. və A.A. qardaşları əslində qanunsuz silahlı birləşmənin üzvü olublar. Bu əməllər müharibədən öncə ya müharibə dövründə törədilməyib; Nürnberq Xartiyasında nəzərdə tutulan hər hansı cinayətin icrası üçün və ya cinayətlə bağlı törədilməyib. Bu ittihamlar yerli cinayət təqibi orqanları tərəfindən ərizəçiyə qarşı irəli sürülməyib.
108. Xülasə, soyqırım anlayışına dair beynəlxalq hüquq və praktikasının uzunmüddətli sabit tərkibi beynəlxalq ictimaiyyətdə qorunan qrupların siyahısının əhatə dairəsi və məhdud xarakterli olması ilə bağlı qəti müəyyənləşdirilmiş davamlı konsensusun mövcudluğunu göstərir. Bugünədək beynəlxalq səviyyədə soyqırım anlayışına dair Soyqırım Konvensiyasında nəzərdə tutulandan daha geniş hər hansı yanaşma qəbul olunmayıb. 1953-cü ildən bəri ərizəçi üçün, əməlinin cinayət məsuliyyəti doğura biləcəyini düşünməyə və uyğun davranış sərgiləməsinə imkan verən kifayət qədər aydın, çatımlı və öngörüləbilən hər hansı müvafiq hüquqi müddəa olmayıb. Beləliklə, ərizəçinin ittiham və mühakimə olunmasının milli və beynəlxalq hüquqda heç bir hüquqi əsası yox idi.
3. Məhkəmənin qiymətləndirməsi
(a) Ümumi prinsiplər
109. Məhkəmə təkrar-təkrar vurğulayır ki, hüququn aliliyinin əsas elementi olan, maddə 7-nin verdiyi konvensiyon təminat Konvensiya ilə qorunan hüquqlar sistemində önəmli yer tutur ki, bunu müharibə və ya digər ictimai fövqəladə vəziyyətlərdə 15-ci maddə əsasında hər hansı istisnanın qəbuledilməz olması faktı təsdiq edir. O, qanunsuz təqib, mühakimə və cəzaya məruz qalmaya qarşı effektiv müdafiəni təmin etmək üçün, onun obyekti və məqsədləri doğrultusunda incələnərək şərh edilib tətbiq edilməli (bax, yuxarıda, Kononov, § 185; Del Rio Prada İspaniyaya qarşı [GC], nö. 42750/09, § 77, AİHM 2013).
110. Uyğun olaraq, 7-ci maddə cinayət qanununun, ərizəçinin zərərinə, retrospektiv tətbiqinin qadağan olunması ilə məhdudlaşmır: o həmçinin, ümumilikdə, yalnız qanun cinayət müəyyən edə və cəza təyin edə bilər prinsipini (nullum crimen, nulla poena sine lege) və cinayət qanununun müttəhimin zərərinə, geniş, məsələn analogiya üzrə, şərh edilməməli olduğu prinsipini də ehtiva edir. Bu prinsiplər tələb edir ki, bir cinayət əməli aydın şəkildə qanunda, yerli və ya beynəlxalq olsun, müəyyən edilməlidir. Bu tələb o zaman təmin edilmiş sayılır ki, fərd müvafiq müddəanın ifadə şəklindən – və gərəkərsə, məhkəmənin bu müddəaya verdiyi şərhin köməyi ilə və müvafiq hüquqi məsləhət ilə – hansı hərəkət və ya hərəkətsizliyin onun üçün cinayət məsuliyyəti doğuracağını bilə bilsin. Məhkəmə bu yerdə bildirdi ki, “qanun” deyərkən 7-ci maddə, Konvensiyanın, başqa müddəalarında bu termin istifadə edilərkən istinad etdiyi tamamiylə eyni konsepti işarə edir. Bu konsept həm yazılı, həm yazılı olmayan qanunları ehtiva edərək, keyfiyyət tələbi kimi xüsusiylə çatımlılıq və öngürürlülüyü nəzərdə tutur (bax, Korbely Macarıstana qarşı [GC], nö. 9174/02, § 70, AİHM 2008; yuxarıda, Kononov, §§ 185 və 196; yuxarıda, Del Río Prada, § 91).
111. Məhkəmə təkrarən vurğulayır ki, hər hansı bir qanunlar sistemində, cinayət qanunu daxil, aydın şəkildə tərtib edilmiş hüquqi müddəalar ola biləcəyinə baxmayaraq hüquqi şərh tələb edən qaçınılmaz elementlər vardır. Hər zaman şübhə doğuran məqamların aydınlaşdırılmasına və dəyişən şəraitə uyğunlaşdırılmağa ehtiyac olacaq. Əslində, Konvensiyaya üzv Dövlətlərdə cinayət qanunvericiliyinin məhkəmə şərhləri vasitəsiylə tədricən daha da inkşaf etmiş olması hüquq ənənəsinin yaxşı oturuşmuş və zəruri bir parçasıdır. Konvensiyanın 7-ci maddəsi cinayət məsuliyyəti müddəalarının işbəiş hakim şərhləri sayəsində tədricən daha da aydınlaşmış şəkli diqqətə alınmadan, kənarda buraxılmaqla oxuna bilməz; bir halda ki, nail olunan inkşaf cinayətin mahiyyətinə uyğun və öngürüləbilirdir (bax, S.W. Birləşmiş Krallığa qarşı, 22 Noyabr 1995, § 36, A seriyası nö. 335‑B; C.R. Birləşmiş Krallığa qarşı, 22 Noyabr 1995, § 34, A seriyası nö. 335‑C; Streletz, Kessler və Krenz Almaniyaya qarşı [GC], nö. 34044/96, 35532/97 və 44801/98, § 50, AİHM 2001‑II; yuxarıda, K.‑H.W. Almaniyaya qarşı, § 45; Jorgic Almaniyaya qarşı, nö. 74613/01, § 101, AİHM 2007‑III; və yuxarıda, Kononov, § 185).
112. Jorgic işində soyqırım anlayışındakı ‘məhv etmək’ ifadəsinin iki şəkildə şərhi mümkün idi və Məhkəmə, ərizəçiyə qarşı mühakimənin Konvensiyanın 7-ci maddəsi ilə uyğunluğunu, geniş şərhə (fiziki məhv etmənin əksi anlamında, məxsusi sosial birləşmənin məhv edilməsi) əsaslanaraq qiymətləndirdi. Məhkəmə hesab etdi ki, cinayət əməlinin əhatə dairəsinin bu cinayətin mahiyyətinə uyğun şərhi “bir qayda olaraq, öngörülən olmalıdır”. Lakin, istisna hallarda, ərizəçi müddəanın yerli məhkəmələr tərəfindən işə dair məxsusi şərtlər daxilində qəbul edilən xüsusi şərhinə əsaslana bilər. Məhkəmə, ərizəçinin, ehtiyac olarsa hüquqi yardım almaqla, yerli məhkəmələrin soyqırım cinayətinə verdikləri dar şərhə əsaslana biləcəyi qənaətini haqlı çıxara biləcək işin məxsusi şərtlərinin olub-olmamasını araşdırdı. Məhkəmə aşkar etdi ki, bir halda ki, mübahisə doğuran əməlin törədildiyi dövrdə, müxtəlif qurumlar (beynəlxalq təşkilatlar, milli və beynəlxalq məhkəmələr, tədqiqatçılar və yazarlar) soyqırım cinayətinin hər iki – geniş və dar – şərhini önəriblər, Cənab Jorgic, ehtiyac olarsa hüquqşünas yardım ilə, onun işi üzrə geniş şərhin əsas alına biləcəyini və beləcə, soyqırım cinayətində ittiham və mühakimə oluna biləcəyi riskini məntiqlə öngörə bilərdi (yuxarıda, §§ 108-114).
113. Öngürürlülük konseptinin dairəsi əhəmiyyətli dərəcədə aidiyyatı hüquqi sənədin içindəkilərdən, onun əhatə etdiyi sahədən və ünvanlandığı subyektlərin sayı və statusundan asılıdır. Hətta, içində olduğu şərtlərin məntiqən imkan verdiyi dərəcədə sözügedən əməlin doğura biləcəyi nəticələri dəyərləndirmək üçün, şəxsin müvafiq hüquqi yardım almalı olduğu təqdirdə belə, bir qanun öngürürlülük şərtini ödəmiş hesab edilə bilər. Bu, vəzifələrini icra edərkən yüksək dərəcədə ehtiyatlı davranmalı olan peşəkar fəaliyyətlə məşğul olan şəxslərlə bağlı xüsusiylə doğrudur. Bu mənada, fəaliyyətlərindən irəli gələn risklərin qiymətləndirilməsində onlardan daha qayğılı davranış gözlənilə bilər (bax, Pessino Fransaya qarşı, nö. 40403/02, § 33, 10 Oktyabr 2006).
114. Hüququn ümumi prinsilərinə görə, müdafiə tərəfi mühakimə olunmaqlarına səbəb olan davranışı, sadəcə bu davranışın baş verməsini və beləcə, bunun bir fəaliyyət şəkli olduğunu göstərməklə əsaslandırmaq hüququna malik deyillər. Belə müdafiə məhz ərizəçi tərəfindən önə sürülməsə də, Məhkəmə, K.-H.W. (yuxarıda, § 75) işində gəldiyi qənaətini təkrarən vurğulamağı vacib hesab edir ki, hətta muzdlu əsgər belə, beynəlxalq səviyyədə qəbul olunmuş insan hüquqlarına, xüsusiylə, insan haqqları ierarxiyasında ən ali dəyərə malik yaşamaq hüququna, açıq-aşkar zidd olan əmrlərə total və korkoranə tabeçiliyi əsas gətirə bilməz. Yerli və beynəlxalq sənədlərdə cinayət əməli kimi qəbul olunan bir sıra əməllərə Dövlətin dözümlülük göstərməsi və ya onları təşviq etməsi və bunun bu əməlləri törədənlərdə doğurduğu cəzasızlıq hissi onların ədalət mühakiməsinə çəkiləcəklərinə və cəzalandırılacaqlarına maneə deyil (bax, yuxarıda, Streletz, Kessler və Krenz, §§ 74, 77-79).
115. Məhkəmə yenidən bildirdi ki, ərazi üzərində Dövlət süverenliyi və ya milli sərhədlər daxilində siyasi rejim dəyişildikdə, tam legitimdir ki, hüququn aliliyinə əsaslanaraq idarə edən Dövlət keçmiş rejim dövründə cinayət törədənlərə qarşı cinayət təqibi başlatsın. Belə Dövlətin, əvvəllər mövcud olanları əvəz edən, məhkəmələri, hüququn aliliyinə dayanan Dövlətin rəhbər tutduğu prinsiplərə əsaslanaraq sözügedən dövrdə qüvvədə olan hüquqi müddəaları tətbiq və şərh etməsi tənqid oluna bilməz (bax, yuxarıda, Streletz, Kessler və Krenz, § 81, və yuxarıda, Kononov, § 241). Dövlətin müharibə qanun və adətlərindən doğan təqib etmək öhdəliyindən əlavə, Konvensiyanın 2-ci maddəsi Dövlətlərə jurisdiksiyası altında olan şəxslərin həyatını qorumaq üçün müvafiq tədbirlər görməyi önərir və yaşamı təhlükəli edən əməllər törətməkdən çəkindirəcək effektiv cinayət qanunvericili yaratmaqla yaşamaq hüququnu təminata almaq ümdə vəzifəsini nəzərdə tutur (bax, yuxarıda, Kononov, § 241).
116. Məhkəmə təkrarən bildirdi ki, prinsip etibariylə, yerli məhkəmələri əvəz etmək onun vəzifəsi deyil. Onun vəzifəsi, Konvensiyanın 19-cu maddəsinə uyğun olaraq, Tərəfdar Dövlətlər tərəfindən götürülən öhdəliklərə əməl edilməsini təmin etməkdir. Konvensiyon sitemin subsidiar mahiyyətinə uyğun olaraq, yalnız, Konvensiya ilə qorunan hüquq və azadlıqların yerli məhkəmələr tərəfindən pozulduğu (bax, yuxarıda, Streletz, Kessler və Krenz, § 49, və yuxarıda, Jorgic, § 102) və yerli məhkəmələrin qiymətləndirməsinin açıq-aşkar qeyri-qanuni olduğu hallar (bax, yuxarıda Kononov, § 189) istisna olmaqla, yerli məhkəmələrin faktlar və ya hüquqi məsələlər üzrə yol verdikləri xətaları araşdırmaq Məhkəmənin vəzifəsinə daxil deyil. Məhkəmənin hamıya bəlli tarixi həqiqətləri qəbul edərək öz mühakiməsində onlara əsaslana biləcəyinə baxmayaraq, yerli məhkəmənin müəyyən həssas tarixi faktları qiymətləndirməsi məhz belə hallardandır (bax, yuxarıda Ždanoka, § 96). Bu prinsip, həmçinin, yerli qanunların ümumi beynəlxalq hüquq və ya beynəlxalq razılaşmalara istinad etdiyi (bax, Waite və Kennedy Almaniyaya qarşı [GC], nö. 26083/94, § 54, AİHM 1999‑I, və yuxarıda, Korbely, § 72) və yerli məhkəmələrin beynəlxalq hüququn prinsiplərini tətbiq etdiyi hallar üçün də keçərlidir (bax, yuxarıda, Kononov, § 196).
117. Beləliklə, Məhkəmə yenə də təkrar edir ki, Konvensiyada nəzərdə tutulan hüququn özü, indiki halda 7-ci maddə, ittiham və cəza üçün hüquqi əsas olmuş olmasını tələb edirsə, onun nəzarət hüququ geniş olmalıdır. Maddə 7 § 1 Məhkəmədən ərizəçinin mühakimə olunmasının müasir hüquqi əsasının olub-olmadığını araşdırmasını tələb edir və Məhkəmə, xüsusiylə, əmin olmalıdır ki, hətta hüquqi yanaşma və mühakimədə aidiyyatı yerli məhkəmələr və Məhkəmə arasında fərqlilik olubsa belə, Litva məhkəmələrinin gəldiyi nəticə Konvensiyanın 7-ci maddəsinə uyğun olub. Məhkəməyə daha dar nəzarət hüququ vermək 7-ci maddəni öz qayəsindən yayındırmış olardı (bax, yuxarıda, Kononov, § 198).
118. Xülasə, maddə 7 § 1 üzrə Məhkəmənin vəzifəsi 1953-cü ildə qüvvədə olan qanunvericiliyi diqqətə alaraq ərizəçinin mühakiməsi üçün kifayət qədər aydın hüquqi əsasın olub-olmadığını qiymətləndirməkdir (bax, yuxarıda, Kononov, § 199). Məhkəm, xüsusiylə araşdıracaq ki, ərizəçinin soyqırım cinayəti üzrə mühakimə edilməsi həmin cinayət əməlinin mahiyyəti ilə uyuşurmu və ərizəçi üçün partizanlar J.A. və A.A.-nın öldürüldüyü 2 yanvar 1953-cü il əməliyyatında iştirak etdiyi dövrdə məntiqlə öngörülən idimi (bax yuxarıda, 25-ci paraqraf, həmçinin, yuxarıda, Jorgic, § 103).
(b) Müvafiq faktlar
119. Ərizəçinin şikayətininin mahiyyətinə baxmazdan öncə, Məhkəmə, cavabdeh Dövlət ilə ərizəçi arasında sonuncunun J.A. və A.A. qardaşlarının öldürükləri dövrdə artıq partizan olmadıqları ilə bağlı işin hallarına dair mövcud ixtilafı araşdıracaq. Bu fakt onun bir qrup kimi Litva partizanlarına qarşı soyqırım cinayəti üzrə mühakimə olunmasını aradan qaldırmış olar. Həm Litva məhkəmələrində işə baxış zamanı, həm də Məhkəmə qarşısında ərizəçi bildirdi ki, üçüncü-iştirakçı tərəfin də dəstəklədiyi kimi, J.A. və A.A. qardaşları Alman istilası dövründə Nasistlər ilə əməkdaşlıq edib və qardaşlar Sovetlər Birliyi öz varlığını Litvada yenidən bərpa etdikdən sonra partizanlıq fəaliyyətlərini dayandırıblar.
120. Məhkəmə qeyd edir ki, yerli məhkəmələr butun təqdim olunmuş materialları diqqətlə araşdırdıqdan sonra bu məsələ ilə bağlı aydın bir nəticəyə gəliblər. Məhkəmə özünün oturuşmuş presedent hüququnun işiğında bir daha vurğulayır ki, yerli məhkəmələrin işin faktiki hallarına dair apardıqları qiymətləndirməni özünün qiymətləndirməsi ilə əvəz etmək onun səlahiyyətləri xaricindədir (bax, Elsholz Almaniyaya qarşı [GC], nö. 25735/94, § 66, AİHM 2000‑VIII; Donohoe Irlandiyaya qarşı, nö. 19165/08, § 73, 12 Dekabr 2013). Məhkəmə təsdiq edir ki, ərizəçinin cinayət məsuliyyətinin mövcudluğu məsələsi, prinsip etibariylə, yerli məhkəmələrin qiymətləndirməli olduğu məsələdir (bax, yuxarıda, Streletz, Kessler və Krenz, § 51, və yuxarıda Kononov, § 187). O həmçinin hesab edir ki, hadisələrdən əlli ildən artıq bir zaman keçdikdən sonra işin faktiki hallarını yenidən toparlamaq mürəkkəb bir məsələ olduğundan yerli məhkəmələr çatımlı olan bütün dəlil və sübütları qiymətləndirmək üçün daha əlverişli mövqeyə sahibdir. Bu yerdə Məhkəmə qeyd edir ki, Apellyasiya Məhkəməsi ərizəçinin iddialarını son dərəcə həssaslıqla incələyib. Lakin, Məhkəmə də tarixi faktları, sözügedən dövrdə müqavimət hərəkatı üzvlərinin baş vurduqları xüsusi metodları və MGB-nin J.A. və A.A. qardaşlarının etibarını sarsıtmaq və ya yeni partizanların onlara qoşulmasının qarşısını almaq üçün onlar barəsində dezinformasiya yaymağa dair əmrlərin yer aldığı arxiv sənədlərini nəzərdən keçirmişdir. Özünün detallı incələmələrindən çıxış edərək, Apellyasiya Məhkəməsi ərizəçinin iddiasını əssassız hesab edərək rədd edib (yuxarıda, 37-ci paraqraf). Bu qərar Ali Məhkəmə tərəfində tamamiylə təsdiq edilib (yuxarıda, 40-cı paraqraf). Məhkəmə yerli məhkəmələrin qənaətlərindən imtina etmək üçün heç bir səbəb görmür, üstəlik də, bu onların yerli şəraitlə birbaşa tanışlıqlarına əsaslanır.
(c) Soyqırım əməlinə görə ərizəçi barəsində məhkəmə hökmünün Konvensiyanın 7-ci maddəsi ilə uyğunluğu üzərinə
121. Məhkəmə təkrarən qeyd edir ki, soyqırım cinayəti Litva qanunvericiliyinə 1992-ci ildə salınıb (bax, yuxarıda 51-ci paraqraf). Prokurorluq, 1998-ci ildə dəyişikliklər edilmiş şəkliylə Cinayət Məcəlləsinin maddə 71 § 2-ə əsasən, ərizəçiyə qarşı, siyasi qrup təmsilçiləri olaraq Litva partizanlarının soyqırımı ittihamını irəli sürdü (bax, yuxarıda 29 və 52-ci paraqraflar). Birinci instansiya məhkəməsi 2004-cü ildə ərizəçini mühakimə etdiyi dövrdə yeni Litva Cinayət Məcəlləsi qüvvəyə mindi və ərizəçi həmin bu məcəllənin 99-cu maddəsi əsasında mühakimə olundu. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə ərizəçi barəsində həmin 99-cu maddə əsasında çıxarılmış hökmü təsdiq etdi (bax, yuxarıda 33, 36, 38 və 53-cü paraqraflar).
122. Beləliklə Məhkəmə açıq şəkildə qeyd edir ki, ərizəçi barəsində hökm 1953-cü ildə qüvvədə olmayan hüquqi müddəalara əsaslanıb və beləcə bu müddəalar retroaktiv tətbiq olunub. Belə olan halda, bu, əgər sözügedən dövrdə tətbiq olunduğu şəkliylə beynəlxalq hüquq ilə əsaslandırılmayıbsa, Konvensiyanın 7-ci maddəsi üzrə pozuntu təşkil edər. Bu mənada, Məhkəmə hesab edir ki, ərizəçi barəsində hökm bu perspektivdə nəzərdən keçirilməlidir (bax, əks anlamdakı tətbiqi üçün, yuxarıda K.-H.W. Almaniyaya qarşı, § 50).
(i) Çatımlılıq
123. Məhkəmə qeyd edir ki, Sovetlər Birliyi Beynəlxalq Hərbi Tribunalın Xartiyasının qəbul olunduğu 1945-ci il 8 avqust tarixli London Razılaşmasının tərəflərindən biri idi (bax, yuxarıda Kononov, §§ 116 və 117). Xartiyanın maddə 6 (c)-də məhv, deportasiya etmə və mülki əhaliyə qarşı yönəlmiş digər qeyri-insani əməllər, o cümlədən siyasi motivlərlə təqib insanlığa qarşı cinayət kimi tərif edilib. BMT-nin Baş Assambleyası 11 dekabr 1946-cı ildə 96 (I) saylı Qətnaməsi ilə soyqırım cinayətini pisləmişdir. Bu Qətnamə ilə tanınan beynəlxalq hüquq prinsiplərini təsdiq edən 1948-ci il Soyqırım Konvensiyası 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyasında yekdilliklə təsdiq edildi. Sovetlər Birliyi Soyqırım Konvensiyasını 1949-cu ilin 16 dekabrında imzaladı. Ratifikasiya və ya tərəfdar olmaqla bağlı 20 sənədin təqdim edilməsi ilə 1951-ci ilin 12 yanvarında Konvensiya qüvvəyə mindi. Məhkəmə onu da qeyd edir ki, Beynəlxalq Ədalət Məhkəməsi 1951-ci ildə verdiyi tövsiyə xarakterli Rəyində bildirdi ki, Soyqırım Konvensiyasında qeyd olunan prinsiplər sivil millətlər tərəfindən, hətta hər hansı konvensiyon öhdəliyin olmadığı halda, bunun ötəsində Dövlətlər üçün öhdəlik yaratmış olduğu qəbul edilən prinsiplərdir (bax, yuxarıda 80-ci paraqraf).
124. Yuxarıdakılardan irəli gələrək, Məhkəmə hesab edir ki, soyqırım cinayəti 1953-cü ildə beynəlxalq hüquq ilə aydın şəkildə cinayət kimi tanınmış olub. O, 1948-ci il Soyqırım Konvensiyasında məcəllələşdirilib və hətta, bu tarixdən də əvvəl Birləşmiş Millətlər tərəfindən 1946-cı ildə pislənilib. Belə olan şəraitdə, Məhkəmə hesab edir ki, soyqırımı qadağan edən beynəlxalq sənədlər ərizəçi üçün kifayət qədər çatımlı olub.
(ii) Öngörülənlik
125. Hazırkı işdə 7-ci maddə ilə uyğunluğu dəyərləndirmək üçün, Məhkəmə araşdırmalıdır ki, 1953-cü ildə mövcud olmuş şəkliylə beynəlxalq hüquq əsasında, ərizəçinin mühakimə olunduğu əməlin soyqırım kimi qiymətləndirilə bilinəcəyi öngörülən idimi (bax yuxarıda 162-ci paraqraf).
(α) 1953-cü ildəki şəkliylə soyqırım cinayətinin tərifi
Soyqırım Haqqında Konvensiyanın II Maddəsi
126. Məhkəmə, 1948-ci il Soyqırım Konvensiyasının II maddəsində qadağan olunan soyqırım cinayətinin dörd insan qrupunu mühafizəsinə aldığını sadalayır: milli, etnik, irqi və ya dini. Bu müddəa sosial və ya siyasi qruplardan bəhs etmir. Bundan əlavə, hazırlıq materialları (travaux préparatoires) tərtibçilərin siyasi qrupları 1948-ci il Konvensiyası ilə qorunan qruplara daxil etməmək niyyətini üzə çıxarır. BƏM Bosniya və Herseqovina Serbiya və Çernoqoriyaya qarşı işində 1948-ci il Konvensiyasının II maddəsinin tərtib tarixçəsini araşdırarkən, qeyd etdi ki, Konvensiyanın tərtibçiləri “hansı qrupları daxil və hansıları xaric (siyasi qruplar timsalında) etmək üçün məxsusi xarakteristikalardan çıxış edərək qrupların pozitiv müəyyənləşdirilməsi metoduna xüsusi diqqət ayırıblar” (bax, yuxarıda 105-ci paraqraf). Məhkəmə, 1948-ci ildə təsbit edilmiş, orada istinad olunmuş qorunan dörd qrupun daxil olduğu, soyqırımın razılaşmada göstərilən anlayışı çərçivəsindən kənara çıxmaq üçün hər hansı inandırıcı arqument görmür. Əksinə, silsilə beynəlxalq hüquqi sənədlərdə – 1968-ci il Müharibə Cinayətləri və İnsanlığa Qarşı Cinayətlərə Qanunla nəzərdə tutulmuş Məhdudiyyətlərin Tətbiq Olunmazlığı haqqında Konvensiya, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə 1993-cü il Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə 1994-cü il Nizamnaməsi və həmçinin ən son beynlxalq hüquqi sənədlər – BCM 1998-ci il Nizamnaməsi – soyqırım cinayətinə edilən bütün istinadlar bu cinayəti, eyni deməsək, oxşar ifadələrlə tərif edib. Beləki, soyqırım cinayəti, siyasi qruplara istinad verilmədən, milli, etnik, irqi və ya dini qrupları məhv etmək məqsədi ilə törədilmiş əməl kimi tərif edilib (bax, yuxarıda 83, 85, 86 və 87-ci paraqraflar). Məhkəmənin nəzərində, bəzi Dövlətlərin sonradan daxili qanunvericilikdə siyasi qrupların soyqırımını cinayət kimi tanımlaması (bax, yuxarıda 36 və 38-ci paraqraflar), özlüyündə, buna 1948-ci il Konvensiya mətnində yer verilməməsi həqiqətini dəyişdirməz.
Beynəlxalq adət hüququ
127. Məhkəmə diqqəti, 1948-ci il Konvensiyasındakı soyqırım anlayışının yanı sırasında, ərizəçinin soyqırım cinayətinə görə mühakimə olunmasına əsas ola biləcək, beynəlxalq hüquqda daha geniş adət hüququ normalarının mövcud olub-olmaması məsələsinə çevirir.
128. Məhkəmənin daha öncə cinayət əməlinin bilinməsinin əlçatımlılığı ilə bağlı aşkar etdiklərindən bəllidir ki, soyqırım artıq 1953-cü ildə beynəlxalq adətlər hüququnda cinayət sayılırdı (bax, yuxarıda 168-ci paraqraf). Nürnberg BHT qarşısında Oktyabr 1945-ci il tarixli ittiham, eləcə də, bəzi prokurorların şifahi təqdimatları, müddafiə olunanları məhz soyqırımda ittiham edib, hansının ki, əhəmiyyəti yekun qərarda soyqırım cinayətinə hər hansı istinad verilməməsi ilə göz ardı edilməməli. BMT Baş Assambleyasının yekdilliklə və müzakirəsiz qəbul edilmiş 96(1) saylı dekabr 1946-cı il tarixli Qətnaməsi beynəlxalq soyqırım cinayətinin mövcudluğunu təsdiq etdi. Ardınca, soyqırım cinayəti üzrə ittihamnamələr və 10 saylı Nəzarət Şurası Qanunu əsasında post-Nürnberq məhkəmələrində soyqırım niyyətli cinayətlərə görə mühakimə olunmalar[11], eləcə də, Polşa Ali Məhkəməsi qarşısında Hoess və Greiser işləri üzrə[12] çəkişmələr (1946-1947). 1948-ci il Konvensiyasının 1-ci maddəsi “təsdiq etdi” ki, soyqırım beynəlxalq hüquqa görə cinayət hesab edilib. BƏM sonralar 96(1) saylı Qətnaməyə istinad edib və təsdiq edib ki, 1948-ci il Konvensiyasında qeyd olunan prinsiplərin, hətta Konvensiyanı imzalamadıqlarından hər hansı konvensiyon öhdəliklərinin olmadığının düşünülə biləcəyi halda belə, Dövlətlər üçün öhdəlik yaratmış olduğu sivil millətlər tərəfindən qəbul edilib (bax, 80-ci paraqraf).
129. Bununla belə, soyqırım cinayətinin əhatə dairəsinin beynəlxalq adət hüququnda Konvensiyada verilən anlayışdan fərqli, məhz daha geniş olmasına gəlincə, burada fikirlərin haçalandığı görülür.
130. “Soyqırım” anlayışını ərsəyə gətirən Rafael Lemkin, bu əməlin daha geniş tərifin verilməsini təklif edib. Özünün 1944-cü ilə təsadüf edən kitabında[13] milli qruplara qarşı cinayətlərdən bəhs edib, lakin qəbul edib ki, soyqırım milli qrupları, onun siyasi institutlarını, mədəniyyətini, yaşam vasitələrini yox etmə yolu ilə məhv etmə tədbirini ehtiva edə bilər. Sonradan, BM Baş Assambleyasının 96 (1) saylı Qətnaməsi “irqi, dini, siyasi və digər qruplar”ı qorunmasına alacaq soyqırım Konvensiyasının hazırlanması üçün çağırış edib. Bəzi müəlliflər Qətnamənin, soyqırımın adətlər hüququ üzrə jus cogens qadağasını[14] təcəssüm etdirdiyini hesab edərkən, digərləri bu yanaşmanı sual altına alıb.[15] Bir sıra məlliflər də həmçinin o fikirdə idilər ki, 1948-ci Konvensiyası ilə qorunmalı qrupların yekun siyahısı siyasi uyuşmanın, opportunizmin nəticəsi idi, nəinki, müxtəlif qrupların fəlsəfi və ya başqa fərqləndirilməsindən irəli gələrək prinsiplərə söykənən mühakimənin nəticəsi.[16] 1940-ci illərin sonlarında da, bəzi şərhçilər öz narahatlıqlarını dilə gətirdilər ki, siyasi və iqtisadi qrupların siyahıya salınmaması, 1948-ci il Konvensiyasının Sovet orqanlarının mülkiyyət sahiblərinə qarşı atdığı addımlara toxuna bilməyəcəyi anlamına gələcəkdi.[17] Lakin, digər müəliflər, siyasi qrupların vurğulanmamasının Sovetlərin göstərdiyi təzyiqin nəticəsi olduğu ilə razılaşmadılar.[18]
131. Yuxarıda qeyd olunan faktları diqqətə alaraq, Məhkəmə hesab edir ki, siyasi qrupların 1953-cü ildə soyqırımla bağlı beynəlxalq adətlər hüququ çərçivəsində qorunduğuna dair müəyyən mübahisələr var. Lakin, eyni dərərcədə qüvvətli müasir əvəzləyici yanaşmalar var. Bu halda, Məhkəmə təkrarən bildirdi ki, baxmayaraq ki, bu görüşlər siyasi qrupların soyqırım anlayışına daxil edilməsindən yanadır, kodifikasiya olunmuş soyqırım anlayışının əhatə dairəsi 1948-ci il Konvensiyasında dar götürülüb və sonrakı bütün digər beynəlxalq sənədlərdə olduğu kimi saxlanılıb (bax, yuxarıda 170-ci paraqraf). Xülasə, Məhkəmə hesab edir ki, 1953-cü il üçün beynəlxalq adətlər hüququnun “siyasi qrupları” soyqırım anlayışının ehtiva etdiyi qruplar sırasına daxil etdiyini düşünməyə imkan verəcək kifayət qədər güclü əsas yoxdu.
Soyqırım Konvensiyasının II maddəsində yer alan “qismən” ifadəsinə verilən sonrakı şərhlər
132. Məhkəmə diqqətini, cavabdeh Dövlətin, Litva partizanlarının tutduqları ümdə mövqeləri ilə milli qrupun, Konvensiyanın II maddəsi ilə qorunan qrupun bir “qismi” olduqlarına dair irəli sürdüyü fikrə yönəltdi. Bununla bağlı, Məhkəmə qeyd edir ki, 1953-cü ildə soyqırım anlayışına məhkəmə şərhinin verilə bilmiş olması üçün, hər hansı beynəlxalq tribunal tərəfindən yaradılmış heç bir presedent hüququ yox idi. Soyqırım Konvensiyasının hazırlıq materialları (travaux préparatoires) müəlliflərin “qismən” ifadəsinə hansı məna yüklədiklərinə dair az bilgi verir. Soyqırım Konvensiyasının ilkin şərhçiləri vurğulayıblar ki, “qismən” ifadəsi bir əhəmiyyətlilik dərəcəsi tələb edir (bax, yuxarıda 93-cü paraqraf). Soyqırım Konvensiyasının özündə deyilir ki, bu cinayət “bir qrupu, eləcə varlığına görə ... bütünlüklə və ya qismən məhv etmək niyyəti” ilə xarakterizə olunur və əsaslılıq tələbi 96(I) saylı Qətnamədə də yer alır; hansına görə ki, “soyqırım, bütöv insan qruplarının varlığını sürdürmə haqqını inkar etməkdir”. Soyqırım Konvensiyasının məqsədinin kütləvi cinayətlərin qarşısını almaq olduğunu nəzərdə tutaraq, Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı geniş qəbul olunan fikri – məhv etmək niyyətinin ən azından qrupun əhəmiyyətlilik/əsaslılıq qismini hədəf almalı olduğunu – qeyd etdi (bax, yuxarıda 98-ci paraqraf). Soyqırımın qəddarlıq dərəcəsi, mühakimə məcburi qüvvəyə minənə qədər ödənməli ciddi tələblərdə öz əksini tapıb – xüsusi niyyətin olduğunu sübut etmək və qrupun bütövlükdə və ya əsaslı/əhəmiyyətli qismi ilə məhv edilmək üçün hədəf alındığını göstərmək tələbi (bax, yuxarıda 106-cı paraqraf). Beləcə, Məhkəmə hesab edir ki, məntiqlə düşünmək olar ki, 1953-cü ildə, “qismən” ifadəsinin əsaslılıq/ əhəmiyyətlilik tələbinə malik olması öngörülən idi.
133. Bütün bu deyilənlərlə yanaşı, soyqırım cinayətinə dair məhkəmə presedent hüququnun sonrakı inkşafı da Məhkəmənin diqqətindədir. Ərizəçinin mühakimə olunduğu hadisələrdən yarım əsr keçdikdən sonra “ qismən” ifadəsi ilə bağlı məhkəmə dəyərləndirməsi soyqırım işlərinin YBCM, RBCM və BƏM qarşısında araşdırdılması ilə yaranmış oldu. Xüsusilə, yuxarıda istinad olunan presedent hüququndan aydın olduğu kimi, qorunan qrupun “məxsusi” qisminin düşünülmüş məhvi qorunan qrupun bütövlükdə soyqırımı hesab edilə bilər, əgər bu “xüsusi” qism saylarının çoxluğu baxımından əhəmiyyətli olubsa. Bundan əlavə, hədəf alınmış qismin rəqəm ölçüsünə əlavə olaraq, məhkəmə şərhi təsdiq edir ki, sözügedən qismin qorunan qrup daxilində “ümdə mövqe”yi faydalı kriteriya ola bilər. Nə olursa olsun, istənilən halda, “qismən” ifadəsinin bu şərhi ərizəçi üçün sözügedən dövrdə öngörülən ola bilməzdi.
Nəticə
134. Xülasə, Məhkəmə hesab edir ki, 1953-cü ildə beynəlxalq müqavilələr hüququ “siyasi qrup”u soyqırım anlayışına daxil etməyib, və beynəlxalq ədət hüququnun soyqırım anlayışına, 1948-ci il Konvensiyasının II maddəsində nəzərdə tutulandan daha geniş tərif verdiyini yetərincə aydın şəkildə yəqin etmək mümkün deyil.
(β) Yerli məhkəmələrin ərizəçinin əməllərinə dair verdikləri şərh, soyqırım konseptinin, 1953-cü ildəki movcud olmuş şəklində anlaşılmasına uyğundurmu?
135. Məhkəmə diqqətini Litva məhkəmələrinin ərizəçinin işi üzrə soyqırım cinayətinə verdiyi şərhinə yönəldir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəçini, prokurorun irəli sürdüyü ittiham aktında olduğu kimi, Litva partizanlarının ayrıca siyasi qrupun üzvləri kimi soyqırımında təqsirli bildi (bax, yuxarıda 29 və 31-ci paraqraflar). Apellyasiya Məhkəməsi, öz növbəsində, ərizəçi barəsindəki hökmü başqa sözlərlə ifadə etdi və hesab etdi ki, Litva partizanlarının, işğalçı qüvvəyə qarşı silahlı müqavimət hərəkatının iştirakçıları olaraq, xüsusi bir “siyasi” qrupa aid edilməsi “yalnız nisbi/şərti və çox qeyri-dəqiq olub”. Apellyasiya Məhkəməsinə görə, Litva partizanları həmçinin “milli qrupun, Litva millətinin təmsilçiləri” olub (bax, yuxarıda in fine 35 və 36-cı paraqraflar). Hərçənd, Apellyasiya Məhkəməsi “təmsilçilər” anlayışının nəyi ifadə etdiyini şərh etməyib. Apellyasiya Məhkəməsi Litva partizanlarının Litva millətini necə təmsil etdiyinə dair tarixi və ya faktiki detallar da göstərməyib. Partizanların “milli” qrup statusuna bürünməsi, göründüyü kimi, Ali Məhkəmə tərəfindən də şərh edilməyib. Ərizəçinin “Litva sakinlərinin ayrıca bir siyasi qrupa aid qisminin fiziki məhv edilməsində iştirak etməsinə görə mühakimə edildiyini” qəbul edən Ali Məhkəmə, sadəcə qeyd etdi ki, 1944-1953-cü illərdə Litvada, millətin Sovet işğalına qarşı silahlı müqaviməti –partizan müharibəsi – baş verib (bax, yuxarıda 39 və 40-cı paraqraflar).
136. Öz növbəsində Litva Konstitusiya Məhkəməsi də qəbul etdi ki, Sovet işğalına qarşı mütəşəkkil silahlı müqavimət Litva Dövlətinin özünü-müdafiəsi kimi görülməli idi. Partizanlar azadlıq uğrunda hərbi və siyasi milli mübarizəyə öndərlik ediblər.
137. Məhkəmə qəbul edir ki, yerli orqanlar soyqırım anlayışına 1948-ci Soyqırım Konvensiyasında göstəriləndən daha geniş şərh vermək səlahiyyətinə sahibdilər. Lakin, bu səlahiyyət yerli məhkəmələrə bu geniş anlayışın əsasında ittiham olunan şəxsləri retrospectiv mühakimə etmək hüququ vermir. Məhkəmə artıq qeyd etdi ki, 1953-cü ildə beynəlxalq hüquqa əsasən siyasi qruplar soyqırım anlayışına daxil edilməyiblər (bax, yuxarıda 178-ci paraqraf). Bunu davamı olaraq bildirir ki, bir siyasi qrup üzvləri kimi Litva partizanlarına qarşı soyqırım törətdiyinə görə, ərizəçi barəsində, prokurorlara retroaktiv ittiham irəli sürməyə və yerli məhkəmələrə də retoaktiv mühakimə etməyə imkan verilmir (bax, həmçinin Konstitusiya Məhkəməsinin qərarı, yuxarıda 60-cı paraqraf). Bundan əlavə, hətta, əgər beynəlxalq məhkəmələrin “bir qismi” ifadəsinə verdikləri sonrakı şərhlər 1953-cü ildə çatımlı olsaydı belə, yerli məhkəmələrin işin hallarına dair apardıqları elə bir əsaslı araşdırma yoxdur ki, yerli məhkəmələrin 1953-cü ildə Litva partizanlarının milli, başqa sözlə Soyqırım Konvensiyasının II maddəsi ilə qorunan qrupun əsaslı/əhəmiyyətli qismi olduqları qənaətinə gələrkən göstərdikləri istinadların Məhkəmə tərəfindən dəyərləndirilməsinə imkan versin, əsas olsun. Belə olan halda, Məhkəmə inanmış deyil ki, sözügedən dövrdə ərizəçi, Litva partizanlarının öldürülməsinin Litva millətləri və ya etnik litvalıların soyqırımını təşkil edə biləcəyini, hətta hüquqşünas yardımı ilə belə olsa, öngörə bilərdi.
138. Əlavə olaraq, Məhkəmə qeyd edir ki, 1948-ci il Konvensiyasının II maddəsi tələb edir ki, əməli törədən şəxs qorunan qrupu bütövlükdə və ya qismən məhv etmək niyyəti ilə hərəkət etsin. Ərizəçinin sözügedən dövrdəki tədbirləri “banditlər”, “milli mafia” və “milli quldurlar”a qarşı fəalliyyətə işarət edir (bax, 18 və 19-cu paraqraflar). Bundan əlavə, MGB-nin 1953-cü il toplantısında bildirilən məqsədlər bu qruplara qarşı yönəlmişdi. Məhkəmənin nəzərində, hətta MGB-nin məhv etmə siyasəti genişləndirilərək “onların yardımçıları və onlarla əlaqələdə olanlar”ı da əhatə etsə də, “Litva millətçilərinin” bu geniş qrupunun əsas məramı Litvanın Dövlət müstəqilliyinə nail olmaq olub (bununla bağlı bax, yuxarıda 13, 44 və 67-ci paraqraflar). Əslində, prokurorun qeyd etdiyi və Apellyasiya və Ali məhkəmənin təsdiq etdiyi kimi, Litva partizanları Sovet işğalına qarşı və Litvanın Dövlət müstəqilliyi uğrunda mübarizə aparırdılar (bax, yuxarıda 29, 39 və 44-cü paraqraflar). Yuxarıdakıların işığında, Məhkəmə qəbul edir ki, ərizəçinin, onun və həmçinin MGB-nin əlahiddə və aydın müəyyənləşdirilə bilən bir qrup olaraq partizanların məhv edilməsi niyyəti ilə gördüyü tədbirlərin öz əsasını onların Sovet hakimiyyətinə qarşı silahlı müqavimətində tapması ilə bağlı iddiası heç də anlamsız deyil.
139. Məhkəmə, həmçinin, onu da qeyd edir ki, Beynəlxalq Müqavilələr haqqında Vyana Konvensiyasının maddə 31 §1-ə uyğun olaraq, razılaşma mətni ümümişlək manasında oxunmalıdır. Bu məsələdə, Soyqırım Konvensiyasında yer alan “milli” və ya “etnik” ifadələrinin ümumişlək mənasının partizanları ehtiva edə biləcəyinin ilk baxışda gürülməsi çətindir. Belə ki, Məhkəmə hesab edir ki, yerli məhkəmələrin, soyqırım anlayışına görə qurbanların qorunan qrupun bir qismi olduğuna dair gəldikləri nəticə analogiya əsaslı, ərizəçinin əleyhinə bir şərh olub ki, ərizəçinin mühakiməsini öngörüləbilinməyən edib (bax, Kokkinakis Yunanıstana qarşı, 25 May 1993, § 52, A Seriyası nö. 260 A; həmçinin bax, yuxarıda Korbely, § 70).
140. Burada, Məhkəmə, ərizəçinin soyqırım cinayətinin Litva qanunvericiliyindəki tərifinin, nəinki 1948-ci il Soyqırım Konvensiaysında yer alan ifadələr arasında heç bir istinadının olmaması, həmçinin Litvanın müstəqillik dövründə tədricən genişləndirilməsi ilə bağlı arqumentinə də anlam verir ki, beləcə bu onun vəziyyətini daha da ağırlaşdırıb (bax, yuxarıda 51–53 və 123-cü paraqraflar). Litva Konstitusiya Məhkəməsi vurğuladığı kimi, siyasi və sosial qrupa mənsub olan şəxslərin soyqırımına görə retroaktiv cinayət təqibi, əgər hadisələr o iki qrupun Litva Cinayət Məcəlləsinə əlavə olunmasından əvvəl baş veribsə, hüququn aliliyi prinsipinə və Litvanın beynəlxalq öhdəliklərinə ziddir (bax, yuxarıda 60-cı paraqraf). Məhkəmə, soyqırım cinayəti anlayışına “siyasi qruplar”ı daxil edən Cinayət Məcəlləsinə edilən 1998-ci il dəyişikliklərinin Soyqırım Konvensiyasının V maddəsi ilə əsaslandırıla biləcəyinə dair arqumentini qəbul edə bilməz. Soyqırım Konvensiyasının V maddəsi soyqırım anlayışının genişləndirilməsini qadağan etməsə də, genişləndirilmiş soyqırım anlayışının geriyə tətbiqinə də izn vermir (bax, Scoppola Italiyaya qarşı (nö. 2) [GC], nö. 10249/03, § 93, 17 Sentyabr 2009; Maktouf və Damjanović Bosniya və Herseqovinaya qarşı [BP], nö. 2312/08 və 34179/08, § 66, AİHM 2013 (çıxarışlar)).
141. BƏM-in Bosniya və Herseqovina Serbiya və Çernoqoriyaya qarşı işində olduğu kimi, Məhkəmə hesab edir ki, soyqırımın qəddarlığı mühakimə məcburi qüvvəyə minənə qədər ödənməli sərt, ciddi tələblərdə öz əksini tapır. Bu tələblər – qorunan qrupun bütövlükdə və ya əsaslı/əhəmiyyətli qisminin məhv edilmək üçün hədəf alınmasını nümayiş etdirən və məxsusi niyyətin olduğunu göstərən dəlillər gətirmək – bu cinayət üzrə asanlıqla mühakimə olunma təhlükəsinə qarşı durur (bax, yuxarıda 112-ci paraqraf). Hazırki işlə bağlı Litva məhkəmələrinin əsaslandırmalarını qeyd edən Məhkəmə, ərizəçinin soyqırım cinayəti üzrə mühakimə olunmasının, sözügedən dövrdə keçərli olan beynəlxalq hüquqda bu cinayətə yüklənmiş mahiyyəti ilə uyğunluq təşkil etdiyinə və beləcə ərizəçi tərəfindən 1953-cü ildə məntiqlə öngörülən olmasına inanmış deyil.
142. Yuxarıda deyilənlərin işığında, Məhkəmə o fikirdədir ki, ərizəçinin soyqırım cinayətinə görə mühakiməsi partizanların qətlə yetirildikləri dövrdə öngörülən ola bilməzdi.
(γ) Ərizəçi barəsində hökm Konvensiyanın maddə 7 § 2 ilə əsaslandırıla biliərdimi
143. Məhkəmə Hökümətin arqumentini qeyd edir ki, ərizəçinin sözügedən dövrdəki əməlləri sivil xalqların tanıdığı ümumi hüquq prinsiplərinə görə cinayət hesab olunurdu və bundan irəli gələrək, Konvensiyanın 7-ci maddəsinin ikinci paraqrafındakı müddəaların yurisdiksiyasına düşür.
144. Məhkəmə maddə 7 § 2-nin ərizəçi ilə bağlı hökmə tətbiq olunub-olunmazlığına baxmalıdır. Baxmayaraq ki, Məhkəmə yalnız bir iş üzrə, II Dünya Müharibəsi və Sovet deportasiyaları kontekstində maddə 7 § 2-ni tətbiq edib (bax, Penart və Kolk və Kislyiy, yuxarıda), Böyuk Palata Kononov işində o paraqrafın müstəsna və özəl məqsədini vurğuladı (§ 186):
“Son olaraq, Maddə 7-nin iki paraqrafı bir-biri ilə bağlıdır və şərhlər bir-biri ilə səsləşən şəkildə verilməlidir (Tess Latviyaya (qər.), nö. 34854/02, 12 Dekabr 2002). İşin aidiyyatı materiallarını diqqətə alaraq və II Dünya Müharibəsindən əvvəl və sonra tətbiq olunan müharibə adət və qanunlarına söykənərək, Məhkəmə, vurğulamağı müvafiq hesab edir ki, Konvensiyanın hazırlıq materialları (travaux préparatoires) göstərir ki, maddə 7-nin ikinci paraqrafının məqsədi, 7-ci maddənin ikinci Dünya Müharibəsinin sonunda yaranmış istisnai şəraitdə, inter alia, müharibə cinayətlərinin cəzalandırılması üçün qəbul edilmiş qanunlara şamil olunmadığını təyin etmək idi. Belə ki, maddə 7 heç bir halda bu qanunlarla bağlı hüquqi ya mənəvi mühakimə yürütmək məqsədi daşımır (bax, X. Belçikaya qarşı, nö. 268/57, Komissiya 20 İyul 1957-ci il tarixli qərarı, İllik kitabça 1, s. 241)...”
145. Daha sonrakı dönəmdə, maddə 7 § 2-ə verilən bu dar şərh Maktouf və Damjanoviç işində təsdiq edildi (yuxarıda, § 72):
“Bundan əlavə, Məhkəmə Hökümətin, əgər bir əməl, Konvensiyanın maddə 7 § 2-nin içərdiyi mənada, törədildiyi dövrdə “sivil xalqların tanıdığı ümumi hüquq prinsipləri”nə görə cinayət sayılırdısa, cinayət və cəzaların geriyə şamil olunmazlığı qaydasının tətbiq olunmadığına dair arqumenti ilə razılaşmır. Bu arqument, maddə 7 § 1-in geriyə tətbiq olnmaması barədə ümumi qaydasını təsbit etdiyini və maddə Article 7 § 2-nin, yalnız, bu qaydanın məsuliyyət hissəsi ilə bağlı kontekstual izah gətirdiyini və ikinci Dünya Müharibəsindən sonra, müharibə dövründə törədilmiş cinayətlərlə bağlı aparılan cinayət təqiblərinin qanuniliyinin təmin edilməsi üçün daxil edildiyini ortaya qoyan, hazırlıq materialları (travaux préparatoires) ilə uyğunsuzluq təşkil edir (bax, yuxarıda Kononov, § 186). Buradan aydın olur ki, Konvensiyanın müəllifləri geriyə tətbiq olunmazlıq qaydasına hər hansı ümumi istisna nəzərdə tutmaq niyyətində deyildilər. Əslində, Məhkəmə bir sıra işlərdə qərara alıb ki, 7-ci maddənin iki paraqrafı bir-biri ilə iç-içə bağlıdır və səsləşməli şəkildə şərh olunmalıdırlar (misal üçün bax, yuxarıda, Tess, və Kononov işləri, § 186).”
146. Belə olan halda və Məhkəmənin yuxarıdakı 186-cı paraqrafda, ərizəçi barəsindəki hökmün maddə 7 § 1 ilə əsaslandırıla bilinməzliyinə dair gəldiyi nəticə diqqətə alınaraq, bu mühakimə maddə 7 § 2 ilə əsaslandırıla bilməz.
(d) Məhkəmənin qənaəti
147. Məhkəmə qərara alır ki, Konvensiyanın 7-ci maddəsi pozulub.
II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
148. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
149. Ərizəçi mənəvi zərərə görə 60 000 avro (EUR) tələb etdi.
O, həmçinin, Litva məhkəmələrinin M.B.-nin mülki ərizəsi üzrə şikayəti təmin etdiyi (bax, yuxarıda 45-ci paraqraf) və onun üzərinə M.B.-nin hüquqi xərclərini ödəmək öhdəliyi qoymuş olduğu üçün maddi zərərə görə 53 173 Litva litası (LTL; təqribən EUR 15 400) tələb etdi. Ərizəçi M.B.-ə 34 778 LTL (təqribən EUR 10 072) ödədiyini təsdiq edən qəbz təqdim etdi.
150. Məhkəmə Konvensiyanın 7-ci maddəsi üzrə pozuntu aşkar edibdir, lakin, Hökümət hesab etdi ki, 60 000 EUR şişirtmə və əsassız olub. Ərizəçi iki partizanın qətlində iştirak edib; o, faktı mübahisələndirmədi. Bundan başqa, o partizan qardaşların Nasist işğalı dövründə insanlığa qarşı cinayətlər törətdikləri ilə bağlı əsassız ittihamlar irəli sürərək həmin partizanların və müstəqillik uğrunda mübarizə yaddaşını alçaltmağa çalışıb.
Maddi zərərə gəlincə, Hökümət bildirdi ki, Ərizəçidən əvəzin birlikdə ödənməsi tələb olunmuşdu ki, o öz növbəsində yalnız 26 750 LTL (bu məbləğdən 25 000 LTL M.B.-ə mənəvi zərərə görə verilən əvəzin yarısı və 1 750 LTL isə M.B.-nin çəkdiyi hüquqi xərclərin yarısı) və ya 7 750 EUR tələb edə bilərdi.
151. Baxmayaraq ki, ərizəçi mənəvi zərər iddiası ilə çıxış edə bilər, Məhkəmə iş üzrə məxsusi şərtləri nəzərə alaraq hesab edir ki, Konvensiyanın 7-ci maddəsi üzrə pozuntunun aşkar edilməsi, özlüyündə bu zərərin qarşılığında yetərli əvəzdir.
Məhkəmə, maddi zərərə görə ərizəçiyə 10 072 EUR əvəz müəyyən edir.
B. Xərc və məsrəflər
152. Ərizəçi həmçinin, hüquqşünaslar tərəfindən Məhkəməyə göndərilən təqdimatların hazırlanması üçün çəkilən hüquqi xərclərə görə 8 000 LTL (təqribən 2 300 EUR) tələb etdi. O cümlədən də, tərcümə və Məhkəmə prosedurları ilə bağlı çəkilən poçt xərclərinə görə 8 000 LTL (təqribən 2 300 EUR)
153. Hökümət bildirdi ki, hüquqşünas xərcləri şişirdilib. Onlar həmçinin qeyd etdilər ki, ərizəçinin tərcümə xərclərinə dair iddisının yalnız bir hissəsi sənədlərlə əsaslandırılıb.
154. Məhkəmənin presedent-hüququna uyğun olaraq, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Hazırkı işdə malik olduğu informasiyanı və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmə, ərizəçinin tələbinin Məhkəmənin hüquqi yardım fondundan ödənən məbləği (850 EUR) çıxmaqla tam təmin olunmasını əsaslı hesab edir. Beləliklə, ərizəçinin Məhkəmə qarşısında çəkdiyi xərc və məsrəflərə görə 2 450 EUR məbləğində təzminat təyin edir.
C. Faiz dərəcəsi
155. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi, üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.
BU ƏSASLARLA, MƏHKƏMƏ
1. Səs çoxluğu ilə şikayəti qəbuledilən elan edir;
2. Səkkiz səsə qarşı doqquz səslə, qərara alır ki, Konvensiyanın 7-ci maddəsi pozulub;
3. Səkkiz səsə qarşı doqquz səslə, qərara alır ki, ərizəçinin tələb etdiyi mənəvi zərərə görə, pozuntunun aşkar edilməsi, özlüyündə adekvat ədalətli əvəzdir;
4. Səkkiz səsə qarşı doqquz səslə, qərara alır ki,
(a) cavabdeh Dövlət ərizəçiyə, üç ay müddətində, aşağıdakı məbləğləri ödəsin:
(i) Maddi zərərə görə 10 072 EUR (on min yetmiş iki avro);
(ii) Hesablanmalı olan hər hansı vergi üstünə gəlməklə, xərc və məsrəflərə görə EUR 2 450 (iki min dörd yüz əlli avro);
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan öhdəlik icra edildiyi günədək, Avropa Mərkəzi Bankının bu dövr ərzində tətbiq etdiyi kredit dərəcəsinin aşağı həddinə bərabər olan adi faiz dərəcəsində, sonuncunun üstünə üç faiz əlavə olunmaqla;
5. Əvəzin ədalətli ödənilməsinə dair ərizəçinin qalan tələbini, yekdilliklə, rədd edir.
Fransız və inglis dillərində tərtib edilmiş, 20 oktyabr 2015-ci il tarixində Strazburq İnsan Hüquqları Sarayında açıq məhkəmə zalında oxunmuşdur.
Erik FriberghDean Spielmann
KatibPrezident
Bu qərara, Konvensiyanın maddə 45 § 2 və Reqlamentin maddə 74 § 2-ə uyğun olaraq, aşağıdakı dissident rəylər əlavə olunur:
(a) Hakim Villiger, Power-Forde, Pinto de Albuquerque və Kūrisin dissident rəyi;
(b) Hakim Ziemele-in dissident rəyi;
(c) Hakimlər Sajó, Vučinić and Turković-in müştərək rəyi;
(d) Hakim Power-Forde-un dissident rəyi;
(e) Hakim Kūris-in dissident rəyi.
D.S.
E.F
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1]. Ərizəçi’nin şəxsi işində isə 15 Sentyabr 1952-ci il tarixi göstərilir.
[2]. 4 Iyun 2014-cü ildə keçirilmiş dinləmələrdə Hökümətin Səlahiyyətli Nümayəndəsi təsdiq etdi ki, müraciətlərdən biri digər cinayət işində V. Vasiliauskas-ın soyqırıma görə mühakimə olunması ilə bağlı idi.
13 İyun 2014-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin soyqırıma görə mühakiməsini qüvvədə saxladı (daha ətraflı məlumatlar aşağıdakı xəbər portalından götürülüb:
).
[3]. Məlumat BM-in bu saytından alınıb: . Öz təqdimatlarında Rusiya Höküməti bildirdi ki, Soyqırım Konvensiyası SSSR tərəfindən 18 Mart 1953-cü ildə ratifikasiya olunub və SSSR ərazisində 1 Avqust 1954-cü ildə qüvvəyə minib.
[4]. BƏM-nin Hesabatları 1951, s. 23.
[5]. Beynəlxalq Hüquq Hesabatları 36 (“ILR”), 1968, ss. 5-344.
[6]. Pieter Drost, Dövlət Cinayəti, II Kitab, Soyqırım, Sythoff, Leyden, 1959, s. 85.
[7]. Xarici Əlaqələr Komitəsinin 2 İcra Sessiyaları, Tarixi Seriyalar 370 (1976), in W.A. Schabas, Beynəlxalq Hüquqda Soyqırım: Cinayətlər Cinayəti, Cambridge University Press 2000, s. 238, eləcə də in 19 Aprel 2004-ci il tarixli YBCM Apellyasiya Palatasının Qərarı in Krstic, § 10.
[8]. Sülh və İnsanlığın Əmin-amanlığına Qarşı Cinayətlər Məcəlləsi Layihəsi (şərhi), BHK-ın 1996-cı il 48-ci sessiyasının işi üzrə Hesabatı, BM sənədi A/51/10 (1996).
[9]. Barbie işi, Fransa Kassasiya Məhkəməsi (Cinayət Palatası), 20 Dekabr1985, 78 ILR 125.
[10]. . Komisiya 7 September 1998-ci il tarixli Prezident sərəncamı ilə yaradılıb. Ora hazırda Fransa, Almaniya, Macarıstan, İsrail, Litva, Rusiya Federasiyası, Böyük Britaniya və Birləşmiş Ştatlardan tanınmış tarixçilər daxildir. Görünür ki, Sovet idarəetməsinin repressiv qanununları üzündən, keçmişin Holokost və digər olayları kimi ağrılı problemlər senzurasız ictimai müzakirələrə buraxılmayıb. Hesab edilib ki, gələcək nəsillərin hüzuru üçün belə tarixi hadisələr qəbul olunmuş beynəlxalq standartlar çərçivəsində istifadə olunmalı, araşdırılmalı və qiymətləndirilməlidir.
[11]. Məsələn, Amerika Birləşmiş Ştatları Alstoetter və Başqalarına qarşı (“Ədalət Məhkəməsi”), Müharibə Cinayətlərinə dair Məhkəmə Hüquq Hesabatları (“LRTWC”), BM Müharibə Cinayətləri Komisiyası (“UNWCC”), 1948; Amerika Birləşmiş Ştatları Otto Ohlendorf və Başqalarına qarşı (“Einsatzgruppen Məhkəməsi”), LRTWC, UNWCC, 1948; Amerika Birləşmiş Ştatları Greifelt və Başqalarına qarşı, LRTWC, UNWCC, 1948.
[12]. Polşa Hoess-ə qarşı, LRTWC, UNWCC, 1948; Polşa Greiser- ə qarşı, LRTWC, UNWCC, 1948.
[13]. R. Lemkin, Axis Rule in Occupied Europe, Hökumətin Analizləri, Inkişaf üçün Tövsiyələr, Vaşinqton, 1944, s. 91.
[14]. Məsələn, B. Van Schaack, “Siyasi Soyqırım Cinayəti : Soyqırım Konvensiyasının Zəif Nöqtələrini aradan qaldırma”, Yale Law Journal 106, 1997, s. 2262.
[15]. Məsələn, W.A. Schabas, Beynəlxalq Hüquqda Soyqırım: Cinayətlər Cinayəti, Cambridge University Press 2000, s. 134.
[16]. Məsələn, B. Van Schaack, (1997), ö.vurğ., s. 2268.
[17]. G. A. Finch, “Tərtibat üzərinə Kommentariya: Soyqırım Konvensiyası”, American Journal of International Law 43, 1949, s. 734; Nyu-York Vəkillər Kollegiyasının Beynəlxalq Hüquq Komitəsinin Hesabatı, pf. 5-6 (“daxil edilməyən qruplar yalnız onlardır ki, ya onlar hazırda fəaliyyətdədir ya da ümumi məhvolma təklükəsindədirlər…”) in J. L. Kunz, “Birləşmiş Millətlərin Soyqırım haqqında Konvensiyası”, American Journal of International Law 43, 1949, s. 743; və P. N. Drost (1959), ö.vurğ., s. 123.
[18]. B. Van Schaack (1997), ö.vurğ., s. 2268; J. Cooper, Raphael Lemkin və Soyqırım Konvensiyası uğrunda mübarizə, Houndmills, Basingstoke, Palgrave MacMillan, 2008, s. 154.
Full & Egal Universal Law Academy