© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 189
Oktyabr 2015
Vasiliauskas Litvaya qarşı [Böyük Palata] - 35343/05
Qərar 20.10.2015 [Böyük Palata]
Maddə 7
Maddə 7-1
Nullum crimen sine lege
1953-cü il Litva partizanlarının iddia olunan soyqırımına görə 2004-cü ildə mühakimə : pozuntu.
Faktlar – 2004-cü ildə ərizəçi yeni Litva Cinayət Məcəlləsinin 99-cu maddəsi əsasında 1953-cü ildə siyasi qrupa qarşı soyqırım törətməkdə təqsirli bilinərək altı il azadlıqdan məhrumetmə ilə cəzalandırıldı. Həmin müddəa 1 May 2003-cü ildə qüvvəyə mindi və 1948-ci il Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması Haqqında Konvensiyada (bundan sonra “Soyqırım Konvensiyası”)* nəzərdə tutulduğundan fərqli olaraq siyasi qrupları qorunan qruplar sırasına daxil etdi.
Mühakimə ərizəçinin 1953-cü ilin Yanvarında iki Litva partizanının öldürülməsində iddia olunan iştirakını aşkar etdi. Həmin dövrdə Litva Sovet idarəetməsi altında idi və ərizəçi Litva Sovet Sosialist Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin (MSB) əməkdaşı idi. Onun barəsindəki məhkəmə hökmünə qarşı apellyasiya şikayəti verildi. Lakin Apellyasiya Məhkəməsi qeyd etdi ki, siyasi qrupa mənsub olmaqdan əlavə partizanlar həmçinin “Litva millətinin təmsilçiləri” idilər və “bununla, yalnız siyasi qrupa deyil, o cümlədən, milli və etnik qrupa, başqa sözlə Soyqırım Konvensiyasında sadalanan qruplara aid edilə bilərlər.
Ərizəçi Avropa Məhkəməsinə təqdim etdiyi ərizəsində Konvensiyanın 7-ci maddəsinin pozulmasından şikayət edib. O hesab etdi ki, onun soyqırımda mühakimə olunmasının 1953-cü il beynəlxalq ümumi hüquqda heç bir əsası yox idi. Məhkəmənin işə ilk öncə baxan Palatası işi Böyük Palataya göndərdi.
Hüquq – Maddə 7: Məhkəmənin vəzifəsi ərizəçinin soyqırıma görə mühakimə olunması üçün 1953-cü ildə qüvvədə olan qanunvericilikdə kifayət qədər aydın hüquqi əsasın mövcudluğunu, xüsusilə də, mühakimənin cinayət əməlinin mahiyyətinə uyğun və iki partizanın öldürüldüyü əməliyyatda iştirak etdiyi vaxt ərizəçi üçün məntiqən öngörülən olub-olmadığını qiymətləndirmək idi.
Hökm yerli qanunvericiliyin 1953-cü ildə qüvvədə olmamış və retroaktiv tətbiq olunmuş müddəalarına (yeni Litva Cinayət Məcəlləsinin 99-cu maddəsi) əsaslanıb. Bununla da, əgər hökmün sözügedən dövrdə tətbiq olunan beynəlxalq hüququn müddəaları ilə əsaslandırıldığı təsbit olunmazsa, Konvensiyanın 7-ci maddəsi pozulub.
Soyqırım 1953-cü ildə beynəlxalq hüquqa görə açıq şəkildə cinayət kimi tanınıb: o, BM Baş Assambleyasının 96(I) saylı 11 dekabr 1946-cı il Qətnaməsində tanınıb pislənilməsinin ardınca, 1948-ci ildə Soyqırım Konvensiyasında məcəllələşdirilib. Beləcə, soyqırımı qadağan edən beynəlxalq hüquq sənədləri ərizəçi üçün kifayət qədər çatımlı olub. Bununla belə, Məhkəməyə görə, ərizəçini soyqırımda təqsirli bilən hökmün cinayət əməlinin sözügedən dövrdə mövcud beynəlxalq hüquqda qəbul edilən mahiyyətinə uyğun olduğu hesab edilə bilməz və bundan irəli gələrək, o ərizəçi üçün məntiqlə öngörülən də olmayıb.
İlkin olaraq, aydın idi ki, 1953-cü il-də beynəlxalq hüquq “siyasi qrupları” soyqırım anlayışına daxil etmirdi. Soyqırım Konvensiyasının II maddəsi dörd qorunan qrupu sadalayır – milli, etnik, irqi və ya dini – lakin sosial yaxud siyasi qruplara istinad etmir. Əslində Konvensiyanın hazırlıq materialları (travaux préparatoires) tərtibçilərin siyasi qrupları qorunan şəxslər sırasına daxil etməməyə diqqət yetirdiklərini ortaya qoyub. Soyqırım cinayətinə istinad edən sonrakı bütün beynəlxalq hüquq sənədlərində bu cinayət oxşar ifadələrlə təyin edilib. Bir sıra Dövlətlərin milli qanunvericilikdə siyasi qrupların soyqırımını cinayət kimi təyin etmək istəmələri faktı 1948-ci il Konvensiyasında bunun belə olmadığı həqiqətini dəyişdirməz. Nə də, beynəlxalq adətlər hüququnda 1953-cü ildə “siyasi qrupların” soyqırım anlayışının əhatə dairəsinə düşən qruplar sırasına daxil olduğunu ortaya qoyacaq kifayət qədər güclü əsas yox idi.
İkincisi, Litva Hökumətinin partizanların öncül mövqeləri baxımından milli qrupun “bir qismi” olduqları və bununla Soyqırım Konvensiyasının II maddəsi ilə qorunduqlarına dair təqdimatı ilə bağlı Məhkəmə bildirdi ki, 1953-cü ildə soyqırım anlayışına məhkəmə şərhi təmin edəcək hər hansı beynəlxalq məhkəmənin presedent-hüququ mövcud deyildi və hazırlıq materialları (travaux préparatoires) tərtibçilərin “tamamiylə yaxud qismən məhv etmək niyyəti” ifadəsi ilə nəyi nəzərdə tutduqlarına dair çox az işarət verir. Baxmayaraq ki, 1953-cü ildə “bir qismi” ifadəsinin əsaslılıq/əhəmiyyətlilik tələbi içərdiyinin öngörülən ola biləcəyini məntiqlə düşünmək olardı, lakin kəmiyyət, rəqəm miqyasından əlavə hədəfə alınan qrupun qorunan qrupun daxilində “öncüllüyü”nün faydalı element ola biləcəyini ifadə edən məhkəmə təcrübəsi Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi, Ruanda üzrə Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi qarşısında yalnız yarım əsir sonrasında baxılan işlərlə ərsəyə gəldi.** Belə təkamül 1953-cü ildə ərizəçi tərəfindən öngörüləcək bir şey deyildi.
Üçüncüsü, Apellyasiya Məhkəməsi birinci instansiya Məhkəməsinin hökmünü başqa sözlərlə ifadə etdi, belə ki, Litva partizanları xüsusi bir “siyasi” qrupun üzvü və bununla həmçinin “milli qrupun, Litva millətinin təmsilçiləri” olublar; buna baxmayaraq apellyasiya məhkəməsi “təmsilçiləri” anlayışının nəyi ehtiva etdiyinə aydınlıq gətirməyib, nə də Litva partizanlarının Litva millətini necə təmsil etdiklərinə dair əlavə tarixi yaxud faktiki detallar da göstərməyib. Partizanların “milli” qrup statusuna bürünməsi, göründüyü kimi, Ali Məhkəmə tərəfindən də şərh edilməyib. Bununla, baxmayaraq ki, beynəlxalq məhkəmələrin “bir qismi” ifadəsinə verdikləri sonrakı şərhlər 1953-cü ildə çatımlı olubsa belə, yerli məhkəmələrin işin hallarına dair apardıqları elə bir əsaslı araşdırma yoxdur ki, yerli məhkəmələrin 1953-cü ildə Litva partizanlarının milli qrupun əsaslı/əhəmiyyətli qismi olduqları qənaətinə gələrkən göstərdikləri istinadların Məhkəmə tərəfindən dəyərləndirilməsinə imkan versin, əsas olsun. Nə də, Soyqırım Konvensiyasındakı “milli” yaxud “etnik” ifadələrinin ümumişlək mənasının partizanları əhatə edəcək çərçivədə genişləndirilə bilinəcəyi ilkin baxışda aydın görülə bilərdi. Yerli məhkəmələrin, soyqırım anlayışına görə qurbanların qorunan qrupun bir qismi olduğuna dair gəldikləri nəticə, beləcə, analogiya əsaslı, ərizəçinin əleyhinə bir şərh olub ki, ərizəçinin mühakiməsini öngörüləbilinməyən edib.
Məhkəmə həmçinin Litva Hökümətinin ərizəçinin əməllərinin sivil millətlərin tanıdığı hüququn ümumi prinsiplərinə görə cinayət təşkil etdiyi və bununla Konvensiyanın 7-ci maddəsinin ikinci paraqrafının müddəalarının çərçivəsinə düşdüyü iddiasını da araşdırdı və rədd etdi. Məhkəmə təsdiq etdi ki, həmin müddəa geriyə şamilolunmazlıq qaydasına heç bir ümumi istisna nəzərdə tutmur və onun məqsədi İkinci Dünya Müharibəsindən sonra müharibə dövründəki cinayətlərə görə cinayət təqiblərinin qanuniliyi üzərində heç bir şübhə olmamasını təmin etmək üçün idi. Maddə 7-nin iki paraqrafı bir-biri ilə bağlıdır və şərhlər bir-biri ilə səsləşən şəkildə verilməlidir. Belə olan halda, ərizəçi barəsindəki hökmün maddə 7 § 1 ilə əsaslandırıla bilinməzliyi diqqətə alındıqda, bu mühakimə maddə 7 § 2 ilə də əsaslandırıla bilməz.
Nəticə: Pozuntu (doqquz səsə qarşı səkkiz səs).
Maddə 41: İşin xüsusi halları diqqətə alındıqda, pozuntunun aşkar edilməsi, özlüyündə hər hansı mənəvi zərərin qarşılığında yetərli ədalətli əvəzdir.
(bax, həmçinin: Korbeli Macarıstana qarşı [BP], 9174/02, 19 Sentyabr 2008, Məlumat Qeydi 111; və Kononov Latviyaya qarşı [BP], 36376/04, 17 May 2010, Məlumat Qeydi 130)
* Soyqırım Konvensiyasının II maddəsi soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupu tamamiylə yaxud qismən məhv etmək niyyəti ilə törədilən müəyyən əməllər kimi təyid edir.
** Bax, məsələn, BƏM-nin 3 Fevral 2015-ci il tarixli Qərarı Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması Haqqında Konvensiyanın Tətbiqinə dair (Xarvatiya Serbiyaya qarşı), § 142.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy