© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
V.C. Slovakiyaya qarşı (V.C. v. Slovakia), ərizə № 18968/07
08.11.2011-ci il tarixli qərar [IV Bölmə]
Maddə 3
Ləyaqəti alçaldan rəftar
Qeyri-insani rəftar
Özünün məlumatlı razılığı olmadan qaraçı qadının sterilizasiyası: pozuntu baş verib
Maddə 8
Pozitiv öhdəliklər
Qaraçı qadının reproduktiv sağlamlığını xüsusi olaraq nəzərə alan təminatların olmaması: pozuntu baş verib
Faktlar – Milliyyətcə qaraçı olan ərizəçi 2000-ci ildə qeysəriyyə kəsiyi vasitəsilə ikinci uşağını dünyaya gətirərkən xəstəxanada sterilizasiyaya məruz qaldı. Sterilizasiya əməliyyatı mayalanma ehtimalını istisna etmək üçün analıq yolu borularının kəsilməsi və bağlanmasından ibarət oldu. Ərizəçinin tibb kartında onun milliyyəti göstərilmişdi və sterilizasiya barədə imzalı ərizəsi vardı. Amma ərizəçi iddia etdi ki, "sterilizasiya" termininin mənasını başa düşməyib və ərizəni doğuş zamanı imzalayıb, həmin vaxt tibb personalı ona izah etmişdi ki, yenidən hamilə qalarsa, özü də, uşağı da tələf ola bilər. Ərizəçinin iddia etdiyinə görə, o, digər qaraçı qadınlarla eyni palataya yerləşdirilmişdi və qeyri-qaraçı mənşəli qadınların istifadə etdiyi vanna və tualetlərdən onların istifadə etmələrinə icazə verilmirdi. Ərizəçi mülki icraat çərçivəsində ziyanın əvəzinin ödənilməsini tələb edərək iddia etdi ki, sterilizasiya milli qanunvericiliyə və insan hüquqlarına dair beynəlxalq normalara zidd idi və o, bu prosedur barədə, habelə onun nəticələri və alternativ metodlar barədə lazımi qaydada məlumatlandırılmayıb, amma kompensasiya almaq cəhdi uğursuz oldu. Sonradan onun konstitusiya məhkəməsinə şikayəti də rədd edildi.
Hüquqi məsələlər – Maddə 3: Sterilizasiya şəxsin reproduktiv sağlamlıq durumuna ciddi müdaxilə təşkil edir və onun fiziki və psixi sağlamlığı, emosional, mənəvi və ailə həyatı da daxil olmaqla şəxsi toxunulmazlığı nöqteyi-nəzərindən bir çox aspektlərə malikdir. Yetkinlik yaşına çatan fəaliyyət qabiliyyətli pasiyentin buna razılığı olmadıqda sterilizasiya insan azadlığına və insan ləyaqətinə hörmət tələbi ilə bir araya sığmır. Bundan başqa, hamılıqla tanınan beynəlxalq normalarda nəzərdə tutulub ki, müstəsna hallar istisna olmaqla, sterilizasiya yalnız öncədən məlumatlı razılıq olduqda həyata keçirilə bilər.[1]
Ərizəçi qeysəriyyə kəsiyi vasitəsilə doğuşdan dərhal sonra dövlət xəstəxanasında sterilizasiya olunmuşdu, çünki həkimlər belə hesab etmişdilər ki, növbəti hamiləliyi onun və uşağının həyatını təhlükə altında qoya bilər. Amma həkimlərdən birinin təsdiq etdiyinə görə, onun həyat və sağlamlığına sonradan düzəldilməsi mümkün olmayan ziyan dəyməsi ehtimalı olmadığına görə təcili tibbi müdaxilə üçün zərurət yox idi. Ərizəçi psixi cəhətdən sağlam olan yetkinlik yaşına çatmış şəxs olduğuna görə, hətta sterilizasiya proseduru "tibbi nöqteyi-nəzərdən" zəruri sayılsa belə, bu prosedurun həyata keçirilməsi üçün onun öncədən məlumatlı razılıq verməsi şərt idi. Ərizəçiyə elə doğuş prosesindəcə təklif etdilər ki, sterilizasiyaya yazılı razılıq versin, amma onu sağlamlıq durumu barədə, təklif olunan prosedur və ya onun alternativləri barədə məlumatlandırmadılar. Bu cür həssas bir vəziyyətdə sterilizasiyaya razılıq verməsinin təklif olunması onun bütün mümkün nəticələri nəzərdən keçirdikdən və ya əri ilə məsləhətləşdikdən sonra bu qərarı könüllü surətdə qəbul etməsinə imkan vermədi. Xəstəxana personalının paternalist davranış tərzi ərizəçiyə həkimlərin məqsədəuyğun saydıqları prosedura razılıq verməkdən savayı başqa seçim imkanı qoymadı. Beləliklə, sterilizasiya proseduru, o cümlədən ərizəçinin razılığının alınması üsulu onda qorxu, təşviş və acizlik hissi yaratmaya bilməzdi. Bu proses həmçinin onun uzunmüddətli iztirablarına səbəb oldu, çünki daha hamilə qala bilməyəcəyinə görə ərindən boşanmalı oldu və qaraçı cəmiyyətində təcrid halına düşdü. Tibb personalının ərizəçini pis rəftara məruz qoymaq niyyətində olduğunu göstərən hər hansı əlamət olmasa da, onun pasiyent olaraq sərbəstlik və seçim azadlığı hüququna açıq-aşkar hörmətsizlik edilməsi ərizəçini Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qoymuşdu.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 8: Çoxsaylı beynəlxalq orqanlar, məsələn, İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI), Qadınlara qarşı ayrı-seçkilin ləğv edilməsi üzrə BMT Komitəsi (CEDAW) və Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Slovakiyada qaraçı qadınların sterilizasiyası probleminin olduğunu qeyd ediblər və bununla bağlı adekvat təminatların təşkilini təklif ediblər. Ərizəçinin tibb kartında onun qaraçı mənşəli olduğu barədə qeydin olmasının səbəbini Hökumət belə bir zərurətlə izah etdi ki, qaraçı pasiyentlər çox vaxt sosial və tibbi yardım tələblərinə etinasızlıqla yanaşırlar və buna görə də onlara xüsusi diqqət tələb olunur. Hətta bu izahatı qəbul etsə belə, Məhkəmə tibb personalının qaraçı qadınlarla rəftarında müəyyən qərəzliliyin olduğunu qeyd etməyə bilməzdi. Həmin dövrdə qüvvədə olan milli qanunvericilik normaları sterilizasiyaya pasiyentin ilkin razılığını tələb etsə də, ərizəçinin işində həmin normalar yetərli təminat təşkil etməmiş və onun məlumatlı razılığı olmadan olduqca ciddi xarakterli tibbi müdaxilə ilə nəticələnmişdi. Beləliklə, qaraçı mənşəli ərizəçinin reproduktiv sağlamlığını xüsusi olaraq nəzərə alan təminatların olmaması o demək idi ki, cavabdeh dövlət ərizəçinin şəxsi və ailə həyatına hörmət hüququnu təmin etməkdən ibarət pozitiv öhdəliyini yerinə yetirməyib. Bu cür prosessual nöqsanların aradan qaldırılmasına yönələn konkret tədbirlər yalnız 2004-cü ildə, yəni ərizəçinin işi üzrə müvafiq faktlar baş verdikdən sonra görülmüşdü, buna görə də onlar onun vəziyyətinə təsir göstərə bilməzdi.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin yekdilliklə bu qənaətə gəldi ki, 3-cü maddənin prosessual aspektinin, yaxud 3, 8 və ya 12-ci maddə ilə birgə götürülməklə 13-cü maddənin pozuntusu baş verməyib.
Maddə 41: Mənəvi ziyana görə 31.000 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1] Misal üçün bax: İnsan hüquqları və biotəbabət haqında Avropa Şurasının Konvensiyası; Avropada pasiyentlərin hüquqlarının təşviqi haqqında Ümumdünya Səhiyyə Təşkilatının Bəyannaməsi; və Qadınlara qarşı ayrı-seçkilin ləğv edilməsi üzrə BMT Komitəsinin (CEDAW) 24 saylı ümumi şərhi.
Full & Egal Universal Law Academy