© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 174 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2014-cü il, may
Velyo Velev Bolqarıstana qarşı - 16032/07
2014-cü il 27 may tarixli qərar (Dördüncü Bölmə)
1-ci Protokolun 2-ci maddəsi
Təhsil hüququ
Həbsdə saxlanılan şəxsin həbsxana məktəbinə buraxılmaması: pozuntu baş vermişdir
Faktlar – 2005-ci ildə həbsdə saxlanılmış ərizəçi həbsxana məktəbinə getməsi barədə müraciət etmişdir. Onun müraciəti əvvəlcədən həbsxana müdiriyyəti, yekun olaraq isə Ali İnzibati Məhkəmə tərəfindən rədd edilmişdir. Həbsxana müdiriyyəti cavabı onunla əsaslandırmışdır ki, məhkumluğu olmuş ərizəçi məhkum edildiyi təqdirdə residivist olacaq və bununla residivist olmayan məhbuslardan ayrı saxlanmalıdır. Ali İnzibati Məhkəmə onun müraciətini başqa əsaslarla rədd etmişdir: qət edilmişdir ki, təhsil hüququ həbsdə saxlanılan şəxslərə deyil, yalnız məhkum olunmuş məhbuslara aiddir.
Hüquqi məsələlər – 1-ci Protokolun 2-ci maddəsi: Məhkəmə xatırlatmışdır ki, azadlıq hüququ istisna edilməklə, məhbuslar Konvensiya ilə təmin edilən bütün əsas hüquqlar və azadlıqlara malik olmaqda ümumiyyətlə davam etdirir. Nəticə etibarilə, ərizəçi hələ də 1-ci Protokolun 2-ci maddəsinə əsasən təhsil hüququna malik olmuşdur. Təhsil hüququ Bolqarıstan üzərində mövcud təhsil müəssisələrinə, o cümlədən həbsxana məktəblərinə getmək imkanını yaratmaq vəzifəsini müəyyən etmişdir. Nəticədə, Hökumətin ərizəçinin buraxılmamasının qabaqcadan məlum ola bilməsi,, qanuni məqsəd güdməsi və bu məqsədə mütənasib olmasını göstərmək vəzifəsi vardır. Məhkəmə hesab etmişdir ki, müvafiq qanunvericilikdə məhkum olunmuş məhbusların təhsil proqramlarında iştirak etmək hüququna malik olması nəzərdə tutulduğu və məhkum olunmuş məhbuslara dair müddəaların eyni qaydada həbsdə saxlanılan şəxslərə şamil olunduğu üçü ərizəçi barəsində məhdudiyyətin qabaqcadan məlum olması şübhə doğurur. Qanunvericilikdə dəqiq ifadələrin olmaması həmçinin bu faktda əks etdirilmişdir ki, dövlət orqanları ərizəçinin məktəbə getməsi barədə müraciətinin rədd edilməsi üçün müxtəlif əsaslar gətirmişdir: həbsxana müdiriyyəti və Ədliyyə Nazirliyi ərizəçinin potensial residivini vurğulamış, Ali İnzibati Məhkəmə isə ərizəçinin həbsdə saxlanılan şəxs statusuna diqqət yetirmişdir.
Hökumət ərizəçinin məktəbə buraxılmaması üçün üç səbəb gətirmişdir. Ərizəçinin həbs edilmiş şəxs olduğuna görə onun məhkum edilmiş məhbuslarla birlikdə məktəbə getməsinin məqsədəuyğun olmadığı barədə birinci dəlillə əlaqədar olaraq Məhkəmə qeyd etmişdir ki, ərizəçi buna etiraz etməmiş və həbs edilmiş şəxslərin məhkum olunmuş məhbuslarla birlikdə məktəbə getməsi ilə onlara zərər vurulacağını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, Məhkəmə hesab etməmişdir ki, həbs qətimkan tədbiri müddətinin əvvəlcədən məlum olmaması şəxsin təhsilə buraxılmaması üçün səbəb ola bilər. Nəhayət, Hökumət əsas gətirdiyi üçüncü dəlillə, yəni ərizəçinin residivist kimi məhkum olunmaq riskinə görə onun residivist olmayan məhbuslarla bir məktəbə getməsinin onların maraqlarına cavab vermədiyi ilə əlaqədar olaraq Məhkəmə xatırlatmışdır ki, ərizəçi təqsirsizlik prezumpsiyasına malik olmuş və residivist sayıla bilməzdi. Qeyd edilənlər, habelə ərizəçinin orta təhsili bitirmək arzusu nəzərə alınaraq Məhkəmə müəyyən etmişdir ki, onun həbsxana məktəbinə buraxılmaması qabaqcadan kifayət qədər məlum olmamış, qanuni məqsəd güdməmiş və ya bu məqsədə mütənasib olmamışdır.
Nəticə: pozuntu baş vermişdir (yekdilliklə).
Maddə 41: mənəvi zərərə görə 2000 avro.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy