© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Pozitiv öhdəliklər
Şəxsi həyata hörmət
Ölkə məhkəmələrinin məşhur ər-arvadın xəbəri olmadan çəkilmiş şəklin dərc olunmasının davam etdirilməsinə qadağa qoyulmasına dair qərar qəbul etməkdən imtinası: pozuntu yoxdur
Fon Hannover Almaniyaya qarşı (nömrə 2) - 40660/08 və 60641/08
Qərar 7.2.2012 [Böyük Palata]
Faktlar – Ərizəçi qismində mərhum Monako Şahzadəsi III Renyenin qızı Şahzadə Karolina fon Hannover və onun əri Şahzadə Ernst Avqust fon Hannover çıxış etmişlər. 1990-cı illərin əvvəllərindən başlayaraq Şahzadə Karolina əsasən məhkəmələr vasitəsilə şəxsi həyatı ilə bağlı şəkillərin mətbuatda dərc edilməsinin qarşısını almağa səy göstərmişdir. 1993-cü və 1997-ci illərdə alman jurnallarında iki dəfə dərc edilmiş şəkillər ilə bağlı Almaniyada məhkəmə prosesləri keçirilmiş və bu proseslərin nəticəsi olaraq 1995-ci ildə Federal Ədalət Məhkəməsi və 1999-cu ildə Federal Konstitusiya Məhkəməsi onun iddialarının təmin edilməməsi barədə əsas qərarlarını qəbul etmişlər. Bu proseslər Avropa Məhkəməsinin Fon Hannover Almaniyaya qarşı[1] işi üzrə qərarının (Fon Hannover işi üzrə birinci qərar) predmeti olmuş və bu qərarda Məhkəmə Şahzadə Karolinanın 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyata hörmət edilməsi hüququnun pozulduğunu müəyyən etmişdir.
Bu qərardan sonra ərizəçilər 2002-ci və 2004-cü illər arasında xizək sürmək üçün tətildə olduqları zaman razılıqları alınmadan çəkilmiş və artıq iki alman jurnalında dərc edilmiş üç şəklin dərc olunmasının davam etdirilməsinə qadağa qoyulması üçün yerli məhkəmələrə müraciət etmişlər. Federal Ədalət Məhkəməsi şəkillərdən ikisinin ümumi maraq kəsb edən müzakirələr doğurmadığını hesab edərək bu şəkillərin dərc olunmasının qadağan edilməsinə dair qərar qəbul etmişdir. Lakin o, ərizəçilərin xizək sürmək üçün St Moritzdə tətildə olan zaman gəzdikləri yerdə çəkilmiş və digər məsələlər ilə yanaşı Şahzadə Renyenin səhhətinin pis olmasına həsr edilmiş məqalə ilə birgə verilmiş üçüncü şəklin dərc olunmasının qadağan edilməsinə dair qərar qəbul etməkdən imtina etmişdir. Bu qərarı qüvvədə saxlamış Federal Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, hakimiyyətdə olan şahzadənin səhhətinin pis vəziyyətdə olmasının ümumi maraq doğuran məsələ olduğunu və mətbuatın onun uşaqlarının ailə həmrəyliyi vəzifəsi ilə tətilə getmək arzusunun da daxil olduğu şəxsi həyatlarının qanuni ehtiyaclarını necə uyğunlaşdırmaları barədə yazmaq hüququnun olduğunu hesab etmək üçün Federal Ədalət Məhkəməsinin ciddi əsasları olmuşdur. Federal Ədalət Məhkəməsinin şəklin məqalədə təsvir edilmiş hadisə ilə kifayət qədər sıx bağlılığının olması barədə gəldiyi nəticə konstitusion baxımdan mübahisə doğurmamışdır.
Hüquq – 8-ci maddə: Ərizəçilərin Məhkəmənin Fon Hannover işi üzrə çıxardığı birinci qərarın ölkə məhkəmələri tərəfindən kifayət qədər nəzərə alınmadığına dair dəlillərinə cavab olaraq Məhkəmə qeyd etmişdir ki, Almaniyanın bu qərarın icra olunması ilə bağlı Konvensiyanın 46-cı maddəsi üzrə öhdəliyinə əməl edib-etməməsini yoxlamaq onun vəzifəsi deyil; bu, Nazirlər Komitəsinin vəzifəsidir. Beləliklə, hazırkı şikayətlər yalnız yeni proseslər ilə bağlıdır. Eyni zamanda, Federal Ədalət Məhkəməsinin birinci Fon Hannover qərarı ilə bağlı əvvəlki məhkəmə təcrübəsinə etdiyi dəyişikliklərdən sonra müvafiq ölkə daxili qanunvericiliyi və məhkəmə təcrübəsini in abstracto yenidən müzakirə etmək də Məhkəmənin vəzifəsi deyil; onun rolu qanunvericilik və təcrübənin ərizəçilərə münasibətdə tətbiqi qaydasının 8-ci maddəni pozub-pozmadığını müəyyən etmək idi.
Federal Ədalət Məhkəməsi yeni yanaşmanı tətbiq edərək şəkillərdən ikisinin və onları müşayiət edən məqalələrin ümumi maraq kəsb edən müzakirələr doğurmadığı üçün dərc olunmasının qadağan edilməsi barədə qərar qəbul etmişdir. Lakin üçüncü şəkil ilə bağlı o, qət etmişdir ki, Şahzadə Renyenin xəstəliyi və həmin zaman onun ailə üzvlərinin davranışı çağdaş cəmiyyət ilə bağlı hadisədir və bu hadisə barədə jurnallar məlumat verə və verilən məlumatlara dəstək və təsviri xarakter vermək üçün şəkil yerləşdirə bilər. Məhkəmə qət etmişdir ki, ölkə məhkəmələrinin Şahzadə Renyenin xəstəliyini çağdaş cəmiyyət hadisəsi kimi xarakterizə etmələri əsassız hesab oluna bilməz və o qəbul etmişdir ki, bu məqalə fonunda nəzərdən keçirilən şəkil ən azı müəyyən dərəcədə ümumi maraq kəsb edən müzakirə doğurmuşdur (bununla bağlı o, qeyd etmişdir ki, ərizəçiləri oxşar şəraitdə göstərən digər iki şəklin dərc olunmasının qadağan edilməsi barədə qərar məhz ona görə qəbul edilmişdir ki, onlar açıq-aşkar əyləncə məqsədləri üçün dərc edilmişdi). Bundan əlavə, Şahzadə Karolinanın Monako Knyazlığında hansı səviyyədə rəsmi funksiyalar həyata keçirməsi məsələsindən asılı olmayaraq, şübhəsiz yaxşı tanınan ərizəçilərin adi fərdlər olduğu iddia edilə bilməz. Onlara ictimai xadimlər kimi baxılmalıdır. Şəkillərin hansı şəraitdə çəkilməsinə gəlincə, bu, ölkə məhkəmələri tərəfindən nəzərə alınmış və onlar qət etmişlər ki, ərizəçilər şəkillərin məxfi, gizli yolla və ya başqa xoşa gəlməyən şəraitdə çəkildiyini göstərmək üçün heç bir sübut təqdim etməmişlər.
Nəticə etibarı ilə, ölkə məhkəmələri nəşriyyat şirkətlərinin ifadə azadlığı hüququ ilə ərizəçilərin şəxsi həyatlarına hörmət edilməsi hüququ arasında diqqətlə tarazlıq yaratmışlar. Bunu edən zaman onlar müşayiət olunan məqalələr fonunda şəkillərin ümumi maraq kəsb edən müzakirə doğurub-doğurmadığı məsələsinə mühüm önəm vermiş və həmçinin bu şəkillərin çəkilmə şəraitini araşdırmışlar. Federal Ədalət Məhkəməsi birinci Fon Hannover qərarından sonra öz yanaşmasını dəyişmiş və öz növbəsində Federal Konstitusiya Məhkəməsi nəinki bu yanaşmanı təsdiq etmiş, həmçinin Federal Ədalət Məhkəməsinin bu qərara məhəl qoymamağına dair ərizəçilərin şikayətlərinə cavab verən zaman Məhkəmənin presedent hüququnu ətraflı şəkildə təhlil etmişdir. Belə vəziyyətdə və rəqabət aparan maraqlar arasında tarazlığın təmin edilməsi zamanı milli məhkəmələrin öz mülahizələrinə uyğun olaraq qərar vermək səlahiyyətlərinin olması nəzərə alınarsa, ölkə məhkəmələrinin qərarları 8-ci maddə ilə müəyyən edilmiş pozitiv öhdəliklərə zidd olmamışdır.
Nəticə: pozuntu yoxdur (yekdilliklə)
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
[1] Von Hannover v. Germany, no. 59320/00, 24 June 2004, Information Note no. 65.
Full & Egal Universal Law Academy