© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Vörzer Olafsson İslandiyaya qarşı (Vörður Ólafsson v. Iceland), ərizə № 20161/06
27.04.2010-cu il tarixli qərar [IV Bölmə]
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Özəl sənaye federasiyasının üzvü olmayan şəxsin həmin federasiyaya məcburi haqq ödəmək vəzifəsi: pozuntu baş verib
Faktlar – Ərizəçi inşaat ustası idi, həmçinin inşaat ustaları assosiasiyasının üzvü idi. "Sənaye haqları haqqında" Qanuna (134/1993 saylı Qanun) əsasən, o, 1100-dən 1200 nəfərədək üzvü olan İslandiya Sənaye Federasiyasına (İSF) öz peşə fəaliyyətindən əldə etdiyi gəlirin 0,08%-i məbləğini təşkil edən, "sənaye haqqı" adlandırılan haqq ödəməyə borclu idi. Ərizəçi bu təşkilatın üzvü deyildi, inşaat ustaları assosiasiyası da bu təşkilata daxil deyildi. 10.000 nəfərdən artıq şəxs sənaye haqqı ödəyirdi və İSF bu gəlirlərdən İslandiya sənayesini dəstəkləmək və inkişaf etdirmək üçün istifadə etməli idi. Ərizəçi milli məhkəmələrdə iddia qaldıraraq bu haqqı ödəmək vəzifəsinə etiraz etdi. Onun tələbləri rədd edildi, belə ki, Ali Məhkəmə konkret olaraq qərara aldı ki, sənaye haqqını ödəmək vəzifəsi hökmən İSF-ə üzv olmağı nəzərdə tutmur və bu məsələdə qanunverici orqan öz səlahiyyət həddini aşmayıb, çünki İSF bu gəlirlərdən İslandiya sənayesini inkişaf etdirmək üçün istifadə etməyə borclu idi və müvafiq olaraq, bu haqlar onları ödəyənlərin maraqları naminə tutulurdu.
Hüquqi məsələlər – Maddə 11: Araşdırılan birinci məsələ ondan ibarət idi ki, qanunla nəzərdə tutulmuş İSF-ə sənaye haqqının ödənilməsi vəzifəsi ərizəçinin birləşmək azadlığı hüququnun neqativ aspektinə, yəni birləşməmək azadlığına mənfi təsir göstərən məcburi üzvlüyə bərabər idimi? Nə ərizəçi, nə də onun mənsub olduğu inşaat ustaları assosiasiyası üzv olmaq mənasında İSF-ə "daxil olmağa" məcbur edilməsələr də, ərizəçinin üzərinə qoyulmuş vəzifə birliyə daxil olmanın mühüm ümumi əlamətinə malik idi, yəni ərizəçi birliyin fonduna maliyyə vəsaiti ödəməsi göstərməli idi. Qanun ərizəçinin üzərinə xüsusi hüquq sisteminə aid olan təşkilata maliyyə yardımı göstərmək vəzifəsi qoymuşdu, halbuki ərizəçi onun yürütdüyü siyasəti öz siyasi baxışlarına və maraqlarına zidd hesab edirdi. Ola bilsin ki, məcburi fərdi haqların məbləği çox az idi, amma sənaye haqlarının yığılması sistemi vəsaitləri alan təşkilatın, yəni İSF-in iri miqyaslı maliyyələşdirilməsi sistemini təşkil edirdi. Bundan əlavə, digər təşkilatların üzvlərindən fərqli olaraq, İSF-in üzvləri sənaye haqqı qismində ödəməli olduqları məbləğdən üzvlük haqqının məbləğini çıxa bilərdilər. Müvafiq olaraq, İSF və onun üzvləri digər təşkilatlara və onların üzvlərinə nisbətən daha əlverişli rejimdən yararlanırdılar. Nəticədə qanunla ərizəçinin üzərinə qoyulan sənaye haqqını ödəmək vəzifəsi onun birləşmək azadlığı hüququna müdaxilə təşkil edirdi. Bu vəzifə "qanunla nəzərdə tutulmuşdu" və digər şəxslərin hüquq və maraqlarının müdafiəsindən ibarət qanuni məqsəd daşıyırdı.
Müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmaması məsələsinə gəlincə, Məhkəmə razılaşdı ki, belə tədbirin tətbiqi üçün müvafiq əsaslar gətirilib, yəni bu tədbirin məqsədi vəsaitləri kiçik miqyaslı bir neçə federasiyaya deyil, sənayenin bütün sahələrinin bir sıra müəssisələrini əhatə edən vahid böyük federasiyaya (İSF-ə) yönəltməklə İslandiya sənayesinə yardım göstərməkdir. Bu əsasların yetərli olub-olmaması məsələni gəlincə, Məhkəmə qeyd etdi ki, müvafiq daxili qanunvericilikdə İSF-in rolu və funksiyaları ümumi ifadələrlə göstərilməkdən əlavə, üstəlik onun konkret vəzifələri göstərilməyib, yığılmış haqların istifadəsi məsələsində ərizəçi də daxil olmaqla onun üzvü olmayan şəxslər qarşısında şəffaflıq və hesabatlılıq nəzərdə tutulmayıb. İSF-in rolu və funksiyaları həddən artıq geniş və qeyri-müəyyən müəyyən ifadələrlə ("İslandiya sənayesinin dəstəklənməsinə və inkişafına yardım" və "gəlirlərin istifadəsi barədə Sənaye Nazirliyinə illik hesabat təqdim etmək") göstərilmişdi. Haqq ödəyən qeyri-üzvlər qarşısında konkret vəzifələr göstərilməmişdi. İSF-in üzərində hərtərəfli və sistematik nəzarət yox idi: o, yığılmış haqların xərclənməsində qeyri-məhdud səlahiyyətlərə malik idi və nə qədər ki, qanun çərçivəsində hərəkət edirdi, tabeliyində olduğu Sənaye Nazirliyi onun fəaliyyətinə müdaxilə edə bilməzdi. Buna görə də Məhkəmə hesab etmədi ki, İSF-in öz üzvləri üçün əlverişli şərait yaratmasına və ərizəçinin və digər qeyri-üzvlərin əlverişsiz vəziyyətə düşməsinə qarşı adekvat təminatlar mövcud idi. Beləliklə, İslandiyanın dövlət orqanları ərizəçinin birləşmək azadlığına müdaxiləyə haqq qazandırmaq üçün yetərli əsaslar gətirməyiblər və bir tərəfdən onun birləşməmək azadlığı, digər tərəfdən isə İslandiya sənayesinin dəstəklənməsinə və inkişafına yardım göstərməkdən ibarət ümumi maraq arasında lazımi balansı təmin etməyiblər.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Ziyanın kompensasiyası barədə heç bir tələb irəli sürülməyib.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy