© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə Təcrübəsi üzrə Məlumat qeydi No. 172
Mart 2014
Vistins və Perepjolkins Latviyaya q. (əvəzin ədalətli ödənilməsi) [BP] - 71243/01
Qərar 25.3.2014 [BP]
Maddə 41
Əvəzin ədalətli ödənilməsi
Mülkiyyətdən məhrum olunmaya görə ədalətlilik mülahizələrinə əsaslanan kompensasiya
Faktlar – Bağışlama müqavilələri əsasında ərizəçilər portun yerləşdiyi və Riqa şəhərinin bir hissəsi olan ərazidə beş torpaq sahəsi əldə etmişlər. 1990-cı illərdə ərizəçilərin əmlakı Riqa Azad Portunun genişləndirilməsi çərçivəsində, ümumi satınalma qaydalarından istisna olan xüsusi bir qanuna uyğun olaraq, onlardan alınmışdır. Ərizəçilərə verilən kompensasiya müvafiq olaraq 850 EUR və 13,500 EUR olmuşdur. Onlara həmçinin torpqalarının istifadəsi üçün ödənməmiş qalan renta olaraq, müvafiq qaydada 85,000 EUR və 593,150 EUR ödənmişdir. Riqa portuna qoşulmasından sonra birinci ərizəçinin torpağının dəyəri 900,000 EUR, ikinci ərizəçinin torpaqlarının ümumi dəyəri isə 5,000,000 EUR dəyərləndirilmişdir.
Mahiyyət üzrə 25 oktyabr 2012-ci ildı çıxarılmış qərarda Məhkəmənin Böyük Palatası hesab etmişdir ki, torpaqların rəsmi kadastr dəyəri ilə ərizəçilərə verilən kompensasiya arasındakı əsaslandırılmamış qeyri-proporsionallığa görə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu elan etmişdir (bax: Məlumat qeydi 156).
Hüquqi məsələlər – Maddə 41
(a) Maddi ziyan – Məhkəmənin əsas qərarı mülkiyyətdən məhrumetməni qanunilik prinsipinə zidd elna etmədiyindən, Guiso-Gallisay İtaliyaya q. işindəki meyarlar hazırki işə tətbiq oluna bilməz, çünki bu meyarlar per se qanunsuz mülkiyyətdən məhrumetmələrə tətbiq olunur. Beləliklə, Dövlətin verəcəyi əvəz mülkiyyətdən məhrumolma zamanı verilməli olan müvafiq kompensasiyanın ödənilməsi olardı. Əksinə, ərizəçilərə əmlakın satın alınmasından sonrakı dövrdə hər hansı itirilmiş gəlirin (lucrum cessans) ödənilməsi üçün heç bir əsas yoxdur. Onların tələbinin bu hissəsi rədd edilməlidir.
Hazırki işdə müəyyən olunmalı kompensasiya nə mübahisələndirilən müdaxilənin nəticələrinin tamamilə aradan qaldırılması ideyasını, nə də əmlakın tam dəyərini əks etdirmir.
Məhkəmə, bu səbəbdən, mümkün qədər torpaq sahələrinin bazar qiymətinə “ağlabatan şəkildə uyğun” məbləğləri təyin etməyi müvafiq hesab edir. Məhkəmə qərar verir ki, müvafiq məbləğlərin hesablanmasında əsas qərarda bildirildiyi kimi Latviya dövlət orqanlarının 1 saylı Protokolun 1-ci maddsinin tələblərinə riayət etmək üçün ərizəçilərə əmlaklarını tam bazar dəyərini deyil, daha az bir məbləğ ödəməkdə haqqlı olduqları və ədalətlilik mülahizələrini nəzərə alsın. Beləliklə, Məhkəmə bir ekspert rəyinə əsasən müəyyən edilən həmin torpaqların kvadrta metinin iqtisadi əsaslı effektiv orta kadastr dəyərini 75%-ə azaldır. Ərizəçilərə ölkə daxilində artıq verilmiş məbləğ bu məbləğdən çıxılır. İnflasiya dərəcələri nəzərə alınaraq məbləğ düzənlənir və ona gecikmə faizləri əlavə olunur. Nəhayət, Məhkəmə ölkə daxilində ərizəçiəlrə ödənilmiş gecikmiş renta məbləğlərini bu məbləğdən çıxmaq üçün heç bir səbəb görmür, çünki onların hüquqi bazaları mülkiyyətdən məhrumetmə üçün kompensasiya ilə bağlı prosesinkindən fərqlidir.
Beləliklə, maddi ziyana görə birinci ərizəçiyə 339,391 EUR, ikinciyə 871,271 EUR təyin edilir.
(b) Mənəvi ziyan – ərizəçilərin hərəsinə 3,000 EUR.
(Bax: Guiso-Gallisay İtaliyaya q. (əvəzin ədalətli ödənilməsi) [BP], 58858/00, 22 dekabr 2009, Məlumat Qeydi 125)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy