© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Vizer və "Bikos Beteyliqungen GmbH" şirkəti Avstriyaya qarşı (Wieser and Bicos Beteiligungen GmbH v. Austria), ərizə № 74336/01
16.10.2007-ci il tarixli qərar [IV Bölmə]
8-ci maddə
8-ci maddənin 1-ci bəndi
Yazışmaların məxfiliyinə hörmət hüququ
Ərizəçinin kompüter sistemində axtarışın aparılması və elektron məlumatların götürülməsi zamanı prosessual təminatlara riayət edilməməsi: pozuntu baş verib
Faktlar – Birinci ərizəçi vəkil idi, habelə ikinci ərizəçinin (ərizəçi şirkətin) mülkiyyətçisi və baş direktoru idi. İkinci ərizəçi isə digər bir şirkətin – "Novamed" şirkətinin yeganə mülkiyyətçisi idi. Hər iki şirkət birinci ərizəçinin vəkillik ofisində yerləşirdi. Cinayət işinin araşdırılması ilə əlaqədar hüquqi yardım üçün İtaliyanın dövlət orqanlarının müraciəti əsasında bu şirkətlərin baş ofislərində axtarış aparıldı. Axtarış zamanı polis əməkdaşlarının bir qrupu birinci ərizəçinin özünün və vəkillər kollegiyasının nümayəndəsinin iştirakı ilə ikinci ərizəçiyə və "Novamed" şirkətinə aid olan qovluqlarda sənədləri axtardılar. Birinci ərizəçi sənədlərin dərhal nəzərdən keçirilməsinə etiraz etsəydi, o halda birinci ərizəçinin və vəkillər kollegiyasının nümayəndəsinin iştirakı ilə sənədlər Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq möhürlənməli və regional məhkəməyə təhvil verilməli idi. Müsadirə olunan və möhürlənən bütün sənədlər birinci ərizəçinin və polislərin imzaladığı protokolda sadalanmışdı. Eyni vaxtda digər qrup birinci ərizəçinin kompüterindəki məlumatları araşdırdı və bir neçə faylı diskə köçürdü. İnformasiya texnologiyaları üzrə mütəxəssis və vəkillər kollegiyasının nümayəndəsi bu axtarışda qısa müddət ərzində iştirak etdilər, amma həmin axtarış barədə protokol yalnız ertəsi gün tərtib edildi. Orada göstərilirdi ki, polislər serverdəki məlumatları tam köçürməyiblər və sadəcə iki şirkətin adını və cinayət işində şübhəli bilinən şəxslərin adlarını axtarıblar. İşi araşdıran hakim möhürlənmiş sənədləri birinci ərizəçinin iştirakı ilə açdı. Onların bəzilərinin surəti çıxarıldı və işin materiallarına əlavə olundu, digərləri isə birinci ərizəçiyə qaytarıldı, çünki onların istifadəsi birinci ərizəçinin peşə sirrini qorumaq öhdəliyini poza bilərdi. Birinci və ikinci ərizəçi ölkə məhkəmələrinə şikayət etdilər ki, kompüter sistemində axtarış və elektron məlumatların götürülməsi proseduru birinci ərizəçinin müştərilərinə münasibətdə peşə sirrini qorumaq öhdəliyini pozub. Lakin onların şikayətləri rədd edildi.
Hüquqi məsələlər – Ərizəçilərin kompüter sistemində axtarış və elektron məlumatların götürülməsi onların "yazışmalarının" məxfiliyinə hörmət hüququna müdaxilə təşkil edirdi. Cinayət Prosessual Məcəlləsində sənədlərin götürülməsinin (müsadirəsinin) xüsusi qaydası nəzərdə tutulmuşdu və milli məhkəmələrin bərqərar olmuş praktikasına əsasən, bu qaydalar elektron məlumatlara da şamil olunurdu. Axtarış və məlumatların müsadirəsi cinayətlərin qarşısını almaqdan ibarət qanuni məqsəd daşıyırdı. Lakin sənədlər müsadirə olunarkən qanunla nəzərdə tutulmuş prosessual təminatlara riayət edildiyi halda, elektron məlumatların müsadirəsində onlara riayət edilməmişdi. Konkret olaraq, vəkillər kollegiyasının nümayəndəsi axtarışın müəyyən hissəsinə nəzarət edə bilməmiş, protokol xeyli gec tərtib edilmiş, axtarışın nəticələri barədə nə birinci ərizəçi, nə də vəkillər kollegiyasının nümayəndəsi məlumatlandırılmışdı. Birinci ərizəçi ikinci ərizəçinin vəkili olmasa da, səhmləri sonuncuya məxsus olan bir sıra şirkətlər üçün vəkillik funksiyasını yerinə yetirirdi. Bundan başqa, götürülmüş elektron məlumatlar əsasən peşə sirri predmeti kimi birinci ərizəçiyə hakim tərəfindən qaytarılmış sənədlərdə yer alan məlumatlarla eyni idi. Bina görə də, əsaslı olaraq güman etmək olardı ki, elektron daşıyıcılarda da belə məlumatlar var. Polislərin "sui-istifadə" hallarının qarşısını almağa və vəkilin peşə sirrini qorumağa yönələn müəyyən prosessual təminatlara riayət etməməsi səbəbindən axtarış və elektron məlumatların götürülməsi qarşıya qoyulan məqsədə qeyri-mütənasib idi.
Nəticə: pozuntu baş verib (üç səsə qarşı dörd səslə).
Maddə 41: Mənəvi ziyana görə 2.500 avro təyin edildi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy