© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin presedent hüququ ilə bağlı 160 saylı Məlumat Qeydi
Fevral 2013
X və Başqaları Avstriyaya qarşı [Böyük Palata] - 19010/07
Qərar 19.2.2013 [Böyük Palata]
Maddə 14
Ayrı-seçkilik
Eyni-cinsli cütlükdə ikinci valideyn tərəfindən övladlığa götürmənin mümkünsüzlüyü: pozuntu
Faktlar – Birinci ərizəçi və üçüncü ərizəçi stabil homoseksual münasibətlərdə yaşayan iki qadındır. İkinci ərizəçi üçüncü ərizəçinin azyaşlı oğludur. O, nikahdan kənar doğulub. Onun atası atalığı qəbul edib, lakin üçüncü ərizəçi onun yeganə himayəçisi idi. Birinci ərizəçi aralarında hüquqi münasibət yaratmaq üçün oğlanın anası ilə münasibətinə xitam vermədən ikinci ərizəçini övladlığa götürmək arzusunda olub və bu məqsədlə övladlığa götürmə haqqında razılaşma bağlanıb. Lakin dövlətdaxili məhkəmələr daxili qanunvericiliyə əsasən bir şəxs tərəfindən övladlığa götürmənin eyni cinsdən olan bioloji valideynlə ailə-hüquqi münasibətə xitam vermək təsirinə malik olduğunu müəyyən etdikdən sonra, razılaşmanı təsdiq etməkdən imtina etdilər, belə ki, oğlanın birinci ərizəçi tərəfindən övladlığa götürülməsi onun atası ilə deyil, anası, üçüncü ərizəçi ilə münasibətə xitam verəcəkdi.
Hüquqi məsələlər – 8-ci Maddə ilə birgə götürülməklə 14-cü Maddə
(a) Tətbiq edilə bilmə – Üç ərizəçi arasındakı münasibətlər 8-ci Maddənin mənası baxımından “ailə həyatına” bərabərdir. Buna görə də 14-cü Maddə 8-ci Maddə ilə birgə götürülməklə tətbiq olunur.
(b) Bir həyat yoldaşının digər həyat yoldaşının uşağını övladlığa götürmək arzusunda olduğu nikahda olan cütlüklə müqayisə
Məhkəmə özünün Gas və Dyubua Fransaya qarşı (Gas and Dubois v. France) işində gəldiyi nəticədən kənara çıxmaq üçün heç bir səbəb görmür və o nəticəyə gəlir ki, hazırkı işdə birinci və üçüncü ərizəçilər nikahda olan cütlüklə müvafiq oxşar situasiyada olmamışdılar.
Nəticə: pozuntu yoxdur (yekdilliklə).
(c) Bir partnyorun digər partnyorun uşağını övladlığa götürmək arzusunda olduğu nikahda olmayan müxtəlif-cinsli cütlüklə müqayisə - Məhkəmə qəbul etdi ki, ərizəçilər bir partnyorun digər partnyorun uşağını övladlığa götürmək arzusunda olduğu nikahda olmayan müxtəlif-cinsli cütlüklə müvafiq oxşar situasiyada idilər. Hökumət nikahda olmayan heteroseksual cütlüyü eyni-cinsli cütlükdən fərqləndirəcək xüsusi hüquqi statusun mövcud olduğunu mübahisələndirmədi və eyni-cinsli cütlüklərin prinsipcə müxtəlif-cinsli cütlüklər kimi övladlığa götürmə üçün, o cümlədən ikinci valideynin övladlığa götürməsi üçün uyğun (qeyri-uyğun) ola bildiyini qəbul etdi. Avstriya qanunvericiliyi nikahda olmayan müxtəlif-cinsli cütlük tərəfindən ikinci valideynin övladlığa götürməsinə icazə verib. Əksinə olaraq, eyni-cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsi qanunla mümkün deyildi. Mülki Məcəllənin müvafiq müddəaları nəzərdə tutub ki, övladlığa götürən istənilən şəxs eyni cinsdən olan bioloji valideyni əvəz edir. Birinci ərizəçi qadın olduğundan, onun öz partnyorunun uşağını övladlığa götürməsi yalnız uşağın anası ilə münasibətlərinə xitam verə bilərdi. Övladlığa götürmə buna görə də uşağın anası ilə münasibətlərdən əlavə, birinci ərizəçi və uşaq arasında valideyn-uşaq münasibətlərini yaratmağa xidmət edə bilməzdi. Məhkəmə Hökumətin o arqumenti ilə razılaşmadı ki, ərizəçilərin övladlığa götürmə barədə müraciəti onların cinsi oriyentasiyası ilə bağlı olmayan əsaslara görə rədd edilmişdi və buna görə də ərizəçilər Məhkəmədən qanunvericiliyin abstrakt şəkildə nəzərdən keçirilməsini xahiş edirdilər. Dövlətdaxili məhkəmələr aydınlaşdırdı ki, ərizəçilərin arzu etdiyi nəticəni doğuran övladlığa götürmə Mülki Məcəlləyə əsasən mümkünsüz idi. Onlar işin halları ilə bağlı hər hansı araşdırma aparmamışdı. Xüsusilə də, onlar uşağın atasının övladlığa götürməyə razılıq verməkdən imtinasına məhəl qoymamaq üçün hər hansı əsasların olub-olmadığı ilə bağlı məsələyə baxmamışdılar. Əksinə olaraq, regional məhkəmə Avstriya ailə hüququnda “valideynlər” anlayışının əks cinsdən olan iki şəxsi nəzərdə tutduğunu qeyd etmişdi və uşağın müxtəlif cinsdən olan hər iki valideynlə əlaqə saxlanılmasında marağını vurğulamışdı.
Övladlığa götürmənin mümkünsüzlüyünün daimi olaraq onların mülahizələrinin mərkəzində olduğunu nəzərə alsaq, dövlətdaxili məhkəmələr övladlığa götürmənin uşağın maraqlarında olub-olmadığını istənilən anlamlı şəkildə araşdırmaq imkanından məhrum olmuşdular. Əksinə olaraq, nikahda olmayan müxtəlif-cinsli cütlüyün işində onlardan bu məsələni araşdırmaq tələb olunacaqdı. Beləliklə ərizəçilər şikayət etdikləri hüquqi vəziyyətin birbaşa təsirinə məruz qalmışdılar, övladlığa götürmə barədə müraciət onların faydalandığı ailə həyatının hüquqi tanınmasını əldə etmək məqsədini daşıdığından, hər üçü iddia edilən pozuntunun qurbanı olduqlarını iddia edə bilərdilər.
Birinci və üçüncü ərizəçilər və bir partnyorun digər partnyorun uşağını övladlığa götürmək istədiyi nikahda olmayan müxtəlif-cinsli cütlük arasında rəftarda fərq onların cinsi oriyentasiyasına əsaslanmışdı. Buna görə də bu iş Gas və Dyubuanın işindən fərqləndirilməli idi, həmin işdə Məhkəmə müəyyən etmişdi ki, nikahda olmayan müxtəlif-cinsli cütlüklə eyni-cinsli cütlük arasında cinsi oriyentasiyaya əsaslanan fərqli rəftar olmayıb, belə ki, Fransa qanunvericiliyinə əsasən, onların heç birisinə ikinci valideynin uşağını övladlığa götürməyə icazə verilmirdi.
Konvensiyanın 8-ci Maddəsinə əsasən ikinci valideynin övladlığa götürmək hüququnu nikahda olmayan cütlüklərə tətbiq etmək öhdəliyi yoxdur. Bununla belə, daxili qanunvericilik nikahda olmayan müxtəlif-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinə icazə verdiyini nəzərə alaraq, Məhkəmə (nikahda olmayan) eyni-cinsli cütlüklərin bu hüquqdan məhrum edilməsinin qanuni məqsəd daşıyıb-daşımadığını və həmin məqsədə mütənasib olub-olmadığını araşdırmalı idi.
Dövlətdaxili məhkəmələr və Hökumət bildirdi ki, Avstriyanın övladlığa götürmə haqqında qanunvericiliyi bioloji ailənin bərpasına yönəlib. Ənənəvi mənada ailənin qorunması prinsipcə rəftarda fərqə haqq qazandıra biləcək qanuni əsas idi. Bu, uşağın maraqlarının qorunmasına da tətbiq olunurdu. Bununla belə, rəftarda fərq cinsə və ya cinsi oriyentasiyaya əsaslandığı hallarda, Hökumət göstərməli idi ki, rəftarda fərq məqsədə nail olmaq üçün zəruri idi. Uşağın eyni-cinsli cütlük tərəfindən tərbiyə olunmasının və ya hüquqi məqsədlər baxımından iki anaya və ya iki ataya malik olmasının uşaq üçün zərərli olacağını göstərmək məqsədilə Hökumət hər hansı sübut təqdim etməmişdir.
Bundan əlavə, daxili qanunvericiliyə əsasən bir şəxs, o cümlədən bir homoseksual tərəfindən övladlığa götürmə mümkün olub. Əgər onun partnyoru varsa, sonuncu övladlığa götürməyə razılıq verməli idi. Beləliklə, qanunverici uşağın eyni-cinsli cütlüyə əsaslanan ailədə böyüyə bildiyini qəbul etməklə, bunun uşaq üçün zərərli olmadığını qəbul etdi. Ərizəçilərin o arqumenti inandırıcı idi, eyni-cinsli cütlüyə əsaslanan ailələr de facto mövcud idi, lakin onlar hüquqi tanınmanı və qorunmanı əldə etmək imkanından məhrum olmuşdular. Bu mülahizələr eyni-cinsli cütlüklərdə ikinci valideynin övladlığa götürməsinə mütləq qadağanın mütənasibliyini ciddi şübhə altına aldı.
Hökumət daha sonra bildirdi ki, eyni-cinsli cütlüklər tərəfindən ikinci valideynin övladlığa götürməsi ilə bağlı Avropa Dövlətləri arasında konsensus mövcud deyildi və nəticə etibarilə Dövlət bu məsələni tənzimləmək üçün geniş mülahizə sərbəstliyinə malik idi. Lakin Məhkəmə qarşısındakı məsələ eyni-cinsli cütlüklərin ikinci valideynin övladlığa götürməsinə çatımla bağlı ümumi məsələ deyil, nikahda olmayan müxtəlif-cinsli cütlüklərlə eyni-cinsli cütlüklər arasında bu cür övladlığa götürmə ilə bağlı rəftarda fərq idi. Nəticə etibarilə, yalnız nikahda olmayan cütlüklərə ikinci valideynin övladlığa götürməsini icazə verən Avropa Şurasının on üzv Dövlətləri müqayisə üçün əsas qismində nəzərdən keçirilə bilərdilər. Bu qrup daxilində altı Dövlət heteroseksual cütlüklərə və eyni-cinsli cütlüklərə eyni şəkildə münasibət göstərirdi, bununla belə dördü Avstriya ilə eyni mövqeni qəbul edib. Bu nümunənin darlığı Avropa Şurasının üzv Dövlətləri arasında mümkün konsensusun mövcudluğu ilə bağlı heç bir nəticə çıxarmağa imkan vermədi.
Hazırkı iş ərizəçilərin övladlığa götürmə ilə bağlı ərizələrinin təmin edilməli olub-olmadığı məsələsi ilə bağlı deyil, tələb edilən övladlığa götürmənin, onun hər bir halda qanuni baxımdan mümkün olmadığını nəzərə alaraq, ikinci ərizəçinin maraqlarında olub-olmasının məhkəmələrin istənilən anlamlı şəkildə araşdırmaq imkanlarının olmaması ilə bağlı ərizəçilərə qarşı ayrı-seçkiliyin olub-olmadığı məsələsi ilə bağlıdır.
Hökumət eyni-cinsli cütlükdə ikinci valideynin övladlığa götürməsinin istisna edilməsinin, eyni zamanda bu imkanı nikahda olmayan müxtəlif-cinsli cütlüyə verilməsinin ənənəvi mənada ailənin qorunması üçün və ya uşağın maraqlarının qorunması üçün zəruri olduğunu göstərmək məqsədilə inandırıcı səbəblər təqdim etməmişdi. Buna görə də, bu fərq ayrı-seçkilik idi.
Nəticə: pozuntu (yeddi səsə qarşı on səs).
Maddə 41: mənəvi ziyana görə birgə 10,000 AVRO.
(Bax Gas və Dyubua Fransaya qarşı iş (Gas and Dubois v. France), № 25951/07, 15 mart 2012-ci il, Məlumat Qeydi № 150)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy