© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin presedent hüququ haqqında 154 Saylı Məlumat Qeydi
İyul 2012-ci il
X Finlandiyaya qarşı (X v. Finland) - 34806/04
Qərar 3.7.2012 [Bölmə IV]
Maddə 8
Maddə 8-1
Şəxsi həyata hörmət
Ruhi-əsəb xəstəxanada müalicə məqsədilə dərmanların zorla verilməsi: pozuntu
Maddə 5
Maddə 5-1-e
Ruhi xəstələr
Ruhi xəstəxanada məcburi təcridetmə: pozuntu
Faktlar – Pediatr olan ərizəçi 2004-cü ilin oktyabrında bir ananın öz qızını ictimai qayğı evindən çıxarmasına kömək etməkdə təqsirləndirilərək ona qarşı açılmış cinayət işi ilə əlaqədar həbs olunmuşdur. Məhkəmə ərizəçinin ruhi xəstəxanaya köçürülməsi haqqında qərar verdi və xəstəxanada həkim onu iki ay ərzində müayinə etdikdən sonra o nəticəyə gəldi ki, ərizəçi delüzional pozuntudan əziyyət çəkir və məcburi təcridetmə üçün tələb olunan meyarlara cavab verir. 2005-ci ilin fevralında Tibbi-hüquqi məsələlər üzrə Milli hakimiyyət Orqanının Məhkəmə Psixiatriya Şurası həmin həkimin rəyi əsasında ərizəçinin məcburi müalicəsi olunması haqqında qərar verdi. Sonra xəstəxana ərizəçinin oral (ağızdan) qəbul etməkdən imtina etdiyi dərmanları inyeksiya yolu ilə ona vurmağa başladı. O, 2006-cı ilin yanvarına kimi xəstəxanadan buraxılmadı və onun müalicəsi rəsmi olaraq həmin ilin iyununda başa çatdı. Ərizəçi təcrid olunmasını və məcburi müalicə edilməsini ölkədaxili məhkəmələr qarşısında mübahisələndirdi, lakin uğur qazana bilmədi.
Hüquq – Maddə 5 § 1: Ərizəçinin məcburi müalicə üçün xəstəxanaya yerləşdirilməsi barədə ilkin qərar hüquq və tibb üzrə mütəxəssisləri olan müstəqil bir inzibati orqan tərəfindən verilmişdi və həmin qərar ərizəçinin yerləşdirilməsi barədə qərarın qəbul edilməsində iştirak etməyən bir həkim tərəfindən ruhi-əsəb xəstəxanasında aparılan ətraflı psixiatr müayinəsinə əsaslanmışdı. Qərarın qəbul edilməsi bütün mərhələlərdə ölkədaxili qanunvericilikdə müəyyən olunan prosedur qaydalara uyğun olmuşdur və bununla əlaqədar Ruhi Sağlamlıq haqqında Qanun kifayət qədər aydın və qabaqcadan bilinən idi. Lakin, ölkədaxili qanunvericilik fərdləri azadlıq və şəxsi toxunulmazlıqlarından özbaşına məhrum edilməyə qarşı müdafiə də etməli idi. Ərizəçinin ilkin təcrid edilməsi ilə bağlı qərar psixiatr müayinəsindən sonra müstəqil ixtisaslaşmış bir orqan tərəfindən qəbul edildiyindən və məhkəmə qaydasında ona yenidən baxılmış olduğundan, həmin qərarla bağlı heç bir problem olmasa da, həmin müddətdən sonra ərizəçinin məcburi təcrid olunmasının davam etdirilməsinə gəldikdə isə özbaşınalığa qarşı müdafiə təminatları qeyri-adekvat idi. Xüsusilə də onu qeyd etmək lazımdır ki, təcridetmənin uzadılması barədə qərar vermiş həkimlərin hər ikisi də ərizəçinin saxlandığı xəstəxanadan olduqlarından, heç bir müstəqil psixiatr rəyi olmamışdır. Bundan əlavə, Finlandiya qanunvericiliyinə əsasən, təcrid olunmasının davam etdirilməsinə ehtiyacın olub-olmadığına baxılmaq üçün ərizəçi özü icraat başlada bilməzdi, çünki bu cür dövri baxılmalar yalnız hər altı aydan bir müvafiq hakimiyyət orqanlarının təşəbbüsü ilə keçirilə bilərdi. Bununla da, milli qanunvericiliklə müəyyən olunan prosedur qaydası özbaşınalığa qarşı adekvat müdafiə təminatları verməmişdir.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 8: Fərdin iradəsinə zidd olaraq tibbi müdaxilə bir qayda olaraq onun şəxsi həyatına və o cümlədən, fiziki toxunulmazlığına müdaxilədir. Bu cür müdaxiləyə o şərtlə haqq qazandırmaq olardı ki, həmin müdaxilə qanunla nəzərdə tutulsun, legitim məqsədə xidmət etsin və mütənasib olsun. Ərizəçinin işində sözügedən qanunun çatımlı və qabaqcadan görünə bilən olması ilə bağlı heç bir problem yox idi. Lakin, 8-ci Maddə onu da tələb edirdi ki, sözügedən qanun hüququn aliliyi prinsipinə uyğun olsun və dərmanların ərizəçiyə zorla verilməsi kontekstində hüququn aliliyinə uyğunluq o demək idi ki, ölkədaxili qanunvericilik ərizəçini özbaşına müdaxiləyə qarşı hansısa müdafiə ilə təmin etməli idi. Ruhi Sağlamlıq haqqında Qanuna əsasən, xəstənin müalicəsi ilə məşğul olan həkimlər xəstənin istəklərindən asılı olmayaraq ona veriləcək müalicə barədə qərar qəbul edə bilərdilər və onların qərarlarından apelyasiya şikayəti verilmirdi. Lakin, dərmanların zorla verilməsinin ciddiliyini nəzərə alaraq, Məhkəmə hesab etdi ki, bu cür müalicənin əsaslandığı qanun özbaşınalığa qarşı münasib təminatlar müəyyən etməli idi. Ərizəçinin işində bu cür təminatlar olmamışdır: Ərizəçinin məcburi təcrid olunması barədə qərar, əgər ərizəçi müalicədən imtina edərdisə, dərmanların zorla verilməsinə də avtomatik olaraq icazə verirdi. Qərar vermək səlahiyyəti yalnız, həmin xəstəni müalicə edən həkimlərə məxsus idi və hər hansı bir məhkəmə nəzarətindən azad idi. Ərizəçinin məhkəmədən bu müdaxilənin qanuniliyi və ya mütənasibliyi və ya onun dayandırılması barədə qərar verməyi tələb edə biləcəyi hər hansı hüquqi müdafiə vasitəsi yox idi. Buna görə də, sözügedən müdaxilə “qanunla nəzərdə tutulmamışdır”.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 41: Qeyri-maddi zərərlə bağlı EUR 10,000; maddi zərərlə bağlı iddia təmin edilmədi.
(Həmçinin bax Herczegfalvy Avstriyaya qarşı (Herczegfalvy v. Austria), no. 10533/83, 24 sentyabr 1992-ci il)
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququ üzrə Məlumat Qeydləri ilə tanış olmaq üçün buraya daxil olun:
Case-Law Information Notes
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy