© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BÖYÜK PALATA
X. LATVİYAya qarşı
(Ərizə no 27853/09)
QƏRAR
STRAZBURQ
26 noyabr 2013
Bu qərar qətidir. Ona redakdə xarakterli dəyişikliklər edilə bilər.
X. Latviyaya qarşı işində,
Avropa İnsan Hüquqlaçrı Məhkəməsinin Böyük Palatası:
Dean Spielmann, sədr,
Nicolas Bratza,
Guido Raimondi,
Ineta Ziemele,
Mark Villiger,
Nina Vajić,
Khanlar Hajiyev,
Danutė Jočienė,
Ján Šikuta,
Päivi Hirvelä,
George Nicolaou,
Zdravka Kalaydjieva,
Nebojša Vučinić,
Angelika Nußberger,
Julia Laffranque,
Paulo Pinto de Albuquerque,
Linos-Alexandre Sicilianos, hakimlər ,
və Məhkəmə Katibinin müavini Michael O’Boyledən ibarət tərkibdə,
10 oktyabr 2012-ci il və 25 sentyabr 2013-cü il tarxilərində gizli məşvərət keçirərək,
Yuxarıda göstərilən son tarixdə aşağıdakı qərarı qəbul etmişlər:
PROSEDUR
1. İş Latviya vətəndaşı Xanım X. (“Ərizəçi”) tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Latviyaya qarşı 8 may 2009-cu il tarixində göndərilən ərizə (no. 27853/09) ilə başlamışdır. Böyük Palatanın sədri öz təşəbbüsü ilə ərizəçinin şəxsiyyətinin açıqlanmaması barədə qərar qəbul etmişdir (Reqlament, maddə 47 § 3).
2. Ərizəçi Riqada hüquqşünas işləyən Cənab. R. Strauss tərəfindən təmsil olunmuşdur. Latviya Hökuməti (« Hökumət ») öz nümayəndəsi Xanım K. Līce tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi iddia edir ki, Latviya məhkəmə orqanlarının Uşaqların Beynəlxalq Qaçırılmasının Mülki Aspektlərinə dair 25 oktyabr 1980-ci il Haaqa Konvensiyasına əsaslanaraq, qızının Avstraliyaya qaytarılması barədə qərarı, onun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olmuşdur.
4. Ərizə baxılması üçün Məhkəmənin üçüncü seksiyasına verilmişdir (Reqlament, maddə 52 § 1). 15 noyabr 2011-ci il tarixində, həmin seksiyanın sədr Josep Casadevall və hakimlər Corneliu Bîrsan, Alvina Gyulumyan, Egbert Myjer, Ineta Ziemele, Luis López Guerra və Kristina Pardalos, eləcə də Seksiya Katibi Santiago Quesadadan ibarət Palatası işi qəbuledilən elan etmiş və qərar qəbul etmişdir. Bu qərarda səs çoxluğu ilə Konvensiyanın 8-ci maddəsinin pozulduğu müəyyən edilmişdir. 13 dekabr 2011-ci il tarixli qərara hakimlər Myjer və López Guerranın fərqli rəyi əlavə olunmuşdur.
5. 13 mart 2012-ci ildə, Hökumət işin, Konvensiyann 43-cü maddəsinə uyğun olaraq Böyük Palataya göndərilməsini xahiş etmişdir.
6. Böyük Palatanın tərkibi Konvensiynaın 26-cı maddəsinin 4 və 5-ci bəndlərinə uyğun olaraq müəyyənləşdirilmişdir. Yekun məşvərətlər zamanı artıq mandatları bitmiş olan hakimlər Nicolas Bratza və Nina Vajić Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndi və Reqlamentin 24-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq məşvərətdə iştirak etməyə davam etmişlər.
7. Ərizəçi və Hökumət əlavə təqdimatlar göndərmişlər (Reqlament, maddə 59 § 1). Sədrin yazılı prosesdə iştirak etməyə icazə verdiyi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Reqlamentin 44-cü maddəsinin 3-cü bəndi) Finlandiya və Çexiya Hökumətləri, eləcə də « Reunite International Child Abduction Centre » qeyri-hökumət təşkilatı da müşahidələrini təqdim etmişdir.
8. 10 oktyabr 2012-ci ildə Strazburqda, İnsan Hüquqları Sarayında dinləmə keçirilmişdir (Reqlament, maddə 59 § 3).
İştirak etmişlər :
– Hökumət adından :
Xanımlar K. Līce, nümayəndə,
I. Reine, məsləhətçi,
A. Rutka-Kriškalne, müşavir
– Ərizəçi adından
Cənab Roberts Strauss, nümayəndə.
Məhkəmə xanım K. Līce və Cənab Straussun bəyanatlarını dinləmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
9. Ərizəçi 1974-cü ildə anadan olmuşdur və hazırda Avstraliyada yaşayır. Latviya vətəndaşı olan ərizəşi 2007-ci ildə Avstraliya vətəndaşlığı alımışdır.
10. R.L. adlı bir şəxslə evli olduğu zaman, 2004-cü ildə T. ilə görüşən və onunla münalsibətə girən ərizəçi 2004-cü ilin sonlarında onun mənzilinə köçmüşdür. O, ərindən 24 noyabr 2005-ci ildə boşanmışdır.
11. 9 fevral 2005-ci ildə ərizəçi E. adlı qız uşağı dünyaya gətirmişdir. Uşağın doğum haqqında şəhadətnaməsində atanın adı göstərilməmiş və heç bir atalıq testi həyata keçirilməmişdi. Sonradan, hələ də T. ilə birgə yaşayan ərizəçi tək valideynlər üçün nəzərdə tutulan müavinətlər almışdı. Münasibətlərinin pisləşməsinə baxmayaraq, ərizəçi T.-nin evində kirayənişin olaraq yaşamağa davam etmişdir.
12. 17 iyul 2008-ci ildə, ərizəçi o zaman 3 yaş yarımı olan qızı ilə Avstraliyadan köçüb Latviyaya gəlir.
A. Avstraliyadakı proses
13. 19 avqust 2008-ci ildə T. uşağa münasibətdə valideynlik hüquqlarının tanınması məqsədilə Avstraliyada ailə məsələləri üzrə məhkəməyə müraciət edir. O, and içməklə təsdiq etdiyi yazılı vəsatətində bildirir ki : o, 2004-cü ildən ərizəçi ilə münasibətdə olmuşdur və sonuncu həmişə ona uşağın atası olduğunu demişdir; ərizəçinin kirayənişin müqaviləsi saxta idi və onların qarşılıqlı razılaşmasına əsasən edilmişdi; o sosial xidmət orqanlarına saxta bəyanatlar vermişdir ki, ərizəçi tək valideyn müavinəti ala bilsin. T. iddia edir ki, ərizəçi Avstraliya ərazisini Haaqa Konvensiyaının 3-cü maddəsinə zidd olaraq, onun razılığı olmadan tərk etmiş və Latviyada naməlum bir ünvanda yaşamağa başlamışdır. İddialarının təsdiqi üçün T. öz ailə üzvləri ilə yazışmalarını müraciətinə əlavə etmişdir.
14. Ərizəçi, məhkəmə iclasına gəlməsi və ya telefonla iştirak etməsi üçün müxtəlif vasitələrlə dəvət olunsa da, məhkəmə iclasında iştirak etməmişdir.
15. 6 noyabr 2008-ci il tarixli qərarı ilə ailə işləri üzrə məhkəmə T.-nin atalığını müəyyən edir və bildirir ki, uşağın anadan olduğu andan T. və ərizəçinin birgə valideynlik öhdəlikləri vardı. Məhkəmə əlavə edir ki, uşaq Avstraliyaya qayıtdıqdan sonra işin baxılmasına davam edəcəkdir və bildirir :
« (...) bununla belə, mən deyə bilmərəm ki, uşağın Latviya yerləşməsi onun oraya qeyri-qanuni aparılması və ya qaytarılmamasının nəticəsidir. Bu məsələdə qərar vermək hörmətli Latviya məhkəməsinin hüququdur. »
16. Ərizəçi bu qərardan appelyasiya şikayəti vermir.
B. Latviyadakı proses
17. 22 sentyabr 2008-ci ildə, Haaqa Konvensiyasının tətbiqini həyata keçirən Uşaq və Ailə Məsələləri üzrə Nazirlik öz Avstraliyalı həmkarı vasitəsilə T.-nin bu konvensiyaya əsaslanaraq uşağın Avstraliyaya göndərilməsi barədə müraciətini alır. Qaytarılma müraciətinə andla təsdiq olunmuş və tətbiq olunan Avstraliya qanunvericliyini izah edən və atalıq məsələsinə ziyanı olmadan, uşağın Avstraliyadan aparılması tarixində T.-nin uşaq üzərində Haaqa Konvensiyasının 5-ci maddəsi mənasında valideynlik hüquqlarını birgə həyata keçirdiyini bildirən bir yazılı bəyanat da əlavə olunmuşdu.
18. 19 noyabr 2008-ci ildə, Riqa şəhəri Zemgale rayon məhkəməsi (« rayon məhkəməsi ») bu müraciətə T. və ərizəçinin iştirakı ilə baxır.
19. Məhkəmə icalsında, ərizəçi T.-nin müraciətinə qarşı çıxır. O izah edir ki, xahiş əsassizdır çünki uşağın doğulduğu tarixdə o başqa bir kişi ilə nikahda idi və T. ərizəçi və uşaq Avstraliyadan köçənə qədər heç vaxt atalığının müəyyən olunmasına cəhd göstərməmişdir. Ərizəçi iddia edir ki, T. ona qarşı pisniyyətli və aqressiv olduğundan, ona Avstraliyada baş çəkmiş şəxslərin şahid kimi çağırılmasını xahiş etmişdir. Ərizəçi iddia edir ki, T. bu prosesi yalnız Avstraliyada ona qarşı qaldırılmış cinayət işi çərçivəsində faydalanmaq üçün açmışdır.
20. « Bāriņtiesa »nın (Riqa Bələdiyyə Şurasının yaratdığı himayə və qəyyumluq orqanı) nümayəndəsi T.-nin xahişinin rədd olunmasını xahiş edir və izah edir ki, ərizəçi uşağın Avstraliyanı tərk etdiyi zaman tək ana idi və uşaq artıq Latviya ilə müəyyən bağlar qurmuşdur.
21. 19 noyabr 2008-ci ildə, rayon məhkəməsi T.-nin müraciətini qəbul edir və uşağın dərhal və ya ən geci qərardan altı həftə ərzində Avstraliyaya qaytarılmasını əmr edir. Qərarın əsaslandırırcı hissəsində məhkəmə bildirir ki, Avstraliya məhkəmələri ərizəçi et T.-nin uşaq üzərində valideynlik hüquqlarının birgə həyata keçirdiyini müəyyən etdiyindən, Latviya məhkəmələri artıq bu məsələni araşdıra, Avstraliya hüququnu təfsir və ya tətbiq edə bilməzlər. Məhkəmə həmçinin müəyyən edir ki, Haaqa Konvensiyasının 1 və 14-cü maddəslərinə əsasən, Latviya məhkəmələrinin uşaq üzərində T.-nin valideynlik hüquqlarına dair münasibət bildirmək səlahiyyəti yoxdur, onllar yalnız uşağın Avstraliyaya göndərilməsi və ya qaytarılması məsələsini həll edə bilərlər. Məhkəmə hesab edir ki, uşağın Avstraliyadan çıxarılması qeyri-qanuni idi və T.-nin razılığı olmadan edilmişdir. Haaqa Konvensiyasının 13-cü maddəsi ilə bağlı məhkəmə hesab edir ki, fotolara və ərizəçi və T.-nn yaxınları arasında yazışmaların surətlərinə əsasən, T. uşağın Latviyaya gətilməsindən öncə ona qayğı göstərmişdir. Məhkəmə şahidlərin ifadələrindən valideynlər arasında mübahisələrin olduğunu və T.-nin ərizəçi və uşağa qarşı pis davrandığınının müəyyən olduğunu qeyd etsə də, hesab edir ki, bu, T.-nin uşağın qayğısına qalmadığını elan etməyə imkan vermir. Nəhayət, məhkəmə qaytarılma halında uşağa psixi təhlükə riski barədə iddianı rədd edir və bunu, əsaslandırılmamış fərziyyə hesab edir.
22. Ərizəçi appleyasiya şikayəti verir və bildirir ki, Avstraliyadan çıxma zamanı o, oşağın yeganə de jure və de facto qəyyumu idi və qızının Avstraliyaya qaytarılması onu psixi təhlükəyə məruz qoyacaqdır. Bu son məsələ ilə bağlı, o, birinci instansiya məhkəməsinin qərarından sonra, onun xahişi ilə psixoloq tərəfindən verilmiş certifikatı məhkəməyə təqdim edir. 16 dekabr 2008-ci ildə E.-nin müayinsəsindən sonra hazırlanmış bu arayışda aşağıdakılar deyilirdi:
« Müayinədən bilik və dil baxımından inkişafının adekvat olması görünsə də, uşaq, azyaşlı olması səbəbilə harda yaşamaq istədiyini deyə bilmir. (...) Uşağın yaşı və yaşına uyğun olaraq anası ilə sıx emosional əlaqə qurduğu nəzərə alınaraq, onun emosional rahatlığı əsasən [Ərizəçinin] psixoloji tarazlığı üzərində qurulub və onunla sıx bağlıdır. (...) Uşağın ananın gündəlik yanında olmasına və daimi olaraq onunla eyni yerdə yaşamasına ehtiyacı var. Yaşı – üç yaş on ay – səbəbilə anası ilə dərhal ayrılıq istisna olunmalıdır, əks təqdirdə uşağın prixoloji travma keçirmək riski var və bu, onun təhlükəsizlik və özünə inam hisslərinə təsir edə bilər. »
23. Ərizəçi şikayətində onu da bildirir ki, uşağın ana dili latış dilidir, uşaq Latviyada baxcaya gedir və Avstraliya ilə heç bir bağı yoxdur və onun anasının ynaında olmasına ehtiyacı var. Ərizəçi iddia edir ki, T. heç vaxt onlara maddi yardım etməmiş və onlarla pis davranmışdır. Bundan əlalvə, ərizəçi hesab edir ki, birinci instansiya məhkəməsinin Avstraliya məhkəmələrindən T.-nin cinayət profili, əvvəlki məhkumluqları və həmin zaman ittiham olunduğu korrupsiya cinayəti barədə məlumat istəməkdən imtinası qeyri-qanunidir. Bundan əlavə ərizəçi iddia edir ki, əgər o, Avstraliyaya qayıdarsa, işsiz və maddi imkansız olacaqdır və birinci instansiya məhkəməsi qayıtma halında müdafiə vasitələri nəzərdə tutmamışdır.
24. 6 yanvar 2009-cu ildə ərizəçinin müraciəti ilə rayon məhkəməsi 19 noyabr 2008-ci il qərarının icrasını apaelyasiya şikayətinə baxılana qədər dayandırır. Haaqa Konvensoyaının preambulasına əsaslanaraq, məhkəmə hesab edir ki, uşağın maraqları dərhal qaytarılmadan daha üstün tutulmalıdır, uşaq anasına bağlıdır və psixoloji müayinə barədə arayışa görə, anası ilə münasibətlərin kəskin şəkildə pozulması uşaqda travmaya səbəb olar.
25. 26 yanvar 2009-cu ildə, ərizəçi və T.-nin iştirakı ilə keçirilən iclasda Riqa Regional Məhkəməsi (Rīgas Apgabaltiesa) birinci instnasiya məhkəməsi qərarını qüvvədə saxlayır. Məhkəmə hesab edir ki, T.-nin xahişi Haaqa Konvensiyasına uyğundur və Konvensiyada nəzərdə tutulan qısa müddətləri xatırladır və Avstraliya məhkəməsinin qərarını tanımaq üçün hər hansı formallığa və ya analizə ehtiyac olmadığını hesab edir. Bundan əlavə, məhkəmə hesab edir ki, aşağı instansi məhkəməsi bütün müvafiq elementlərə, xüsusilə təqdim olunan məktub və fotolara əsaslanaraq düzgün olaraq müəyyən etmişdir ki, T. uşağının qayğısına qalırdı. Ərizəçi və « Bāriņtiesa »nın nümayəndəsinin uşağın Avstraliyaya qaytarılacağı təqdirdə onun vəziyyəti barədə məlumatın olmaması barədə iddiası ilə bağlı məhkəmə hesab edir ki :
« (...) Avtraliyada uşağa münasibətdə sosial müdafiə və təhlükəsizliyin keyfiyyəti ilə bağlı heç bir şübhə yoxdur, çünki [andla təsdiqlənmiş yazılı bəyanata görə], Avstraliya qanunvericiliyi digər məsələlərlə yanaşı, həm də uşaqların məişət zorakılığından müdafiəsini də təmin edir».
26. Ərizəçinin iddiaları ilə bağlı, məhkəmə hesab edir ki:
« [Məhkəmə] T.-nin [ərizçi] və uşağa pis davrandığı, eləcə də T.-nin [barəsindəki ittihamlarla bağlı] həbs oluna biləcəyi barədəki iddianı rədd edir. Belə ki, dolayı belə olsa bu iddianı dəstəkləyəcək heç bir sübut təqdim edilməmişdir.
16 dekabr 2008-ci il tarxili [Psixoloji müayinənin] nəticə də uşağın müraciət edən Dövlətə qaytarılmasına mane olacaq sübut təşkil etmir. Şübhəsiz, bu nəticəyə görə, uşağın anasına ehtiyacı var və ana ilə dərhal ayrılması istisna olunmalıdır. Bununla belə, hazırda məhkəmə uşağın kiminlə qalaması məsələsini həll etmir (...)Haaqa Konvensiyasının 19-cu maddəsinə görə, bu konvensiyaya əsasən uşağın qaytarılması qərarə uşağın kiminlə qalması məsələsinə təsir etmir.
[Məhkəmə] hesab edir ki [uşaq] hələ Avstraliyaya qayıtmaq ilə bağlı rəy bildirəcək yaşda deyil. »
27. 5 fevral 2009-cu ildə bir məhkəmə icaraçısı ərizəçini uşağın ən geci 19 fevral 2009-cu il tarixinə qaytarılması barədə əmri yerinə yetirməyə dəvət edir. Ərizəçi əmri yerinə yetirməkdən imtina edir.
28. Dəqiqləşdirilməyən bir tarixdə bir məhkəmə icraçısı uşağın qaytarılması barədə qərarın icra edilməsi məqsədilə rayon məhkəməsinə müraciət edir. Paralel olaraq, ərizəçinin qərarın icarsının altı aydan on iki ayadək təxirə salınması xahişinin ardından məhkəmə 16 aprel 2009-cu il tarixinə iclas təyin edir.
29. 6 mart 2009-cu ildə, T.-nin müraciətinə əsasən, mərkəzi dövlət orqanı « Bāriņtiesa »dan xahiş edir ki, uşağın həyat şəraiti barədə məlumat toplasın və ərizəçiyə T.-nin uşaqla görüşmək xahişini çatdırsın.
30. 14 mart 2009-cu ildə, bir ticarət mərkəzinin yaxınlığında T. təsadüfən ərizəçi və E. ilə rastlaşır. Vəziyyətdən istifadə edən T. uşağı götürüb maşınla Tallinnə (Estoniya) aparır, sonra isə Avstraliya qaytarır. 16 mart 2009-cu ildə Latviya Mərkəzi orqanı Eston dövlət orqanlarına, onların xahişi ilə və T.-yə Helsinkiyə ucmaq icazəsi verilməsilə bağlı, T.-nin qızı ilə Avstraliyaya qayıtmaq hüququ olması bağlı məlumatlar təqdim edir.
31. Sonradan ərizəçinin uşağın qaçırılması ilə bağlı şikayəti nəticə vermir, Latviya Mərkəzi Orqanına qarşı intizam prosesi də nəticəsiz qalır və icranın təxirə salınması prosesi də predmetini itirir.
C. Uşağın qaytarılmasından sonra Avstraliyada vəziyyət
32. 2009-cu ilin sentyabrında, Avstraliya ailə işləri ilə bağlı məhkəməsı valideynlik hüquqları ilə bağlı əvvəlki qərarlarının ləğv edir və hesab edir ki, yalnız T. uşaq üzərində valideynlik hüququna malikdir. Ərizəçiyə uşaq və ya T. ilə bağlı hər hansı məsələnin ictimai şəkildə müzakirəsini qadağan edən məhkəmə, ona qızına sosial xidmət işçisinin nəzarəti altında baş çəkmək hüququ tanıyır. Bundan əlavə, məhkəmə ona qızı ilə latış dilindı danışmağı və uşağın 11 yaşı olanadək qızının yazıldığı hər hansı uşaq mərkəzi, məktəbdənkənar fəaliyyət mərkəzi və ya məktəbə getmək və ya hər hansı başqa yolla əlaqə saxlamağı, eləcə də həmin bu qurumlara yazılmış başqa uşaqların valideynləri ilə görüşməyi və ya hər hansı başqa yolla əlaqə saxlamağı qadağan edir.
33. Böyük Palatada, Hökumət 2011-ci ilin oktyabrında Latviya mediasında yayımlanan bir məqaləyə istinad edərək, ərizəçinin bacısının verdiyi məlumata əsasən ərizəçinin yaşamaq üçün Avstraliyaya qayıtdığını, orda yaşayış yerinin olduğunu və sosial yardım üzrə dövlət qurumunda işlədiyini bildirmişdir. Hökumət bundan əlavə bildirir ki, ərizəçi bir sosial mərkəzdə həftədə iki dəfə görüşməklə qızı ilə müntəzəm əlaqə saxlayır və qızı ilə sosial xidmət işçisinin iştirakı olmadan da görüşə bilir.
II. MÜVAFİQ DAXİLİ VƏ BEYNƏLXALQ HÜQUQ VƏ TƏƏCRÜBƏ
A. 25 oktyabr 1980-ci il Beynəlxalq uşaq oğurluğunun mülki aspektləri haqqında Haaqa Konvensiyası
34. 25 oktyabr 1980-ci il Beynəlxalq uşaq oğurluğunun mülki aspektləri haqqında Haaqa Konvensiyasının müvafiq maddələrində deyilir:
« bu Konvensiyanı imzalayan Dövlətlər,
Uşağın maraqlarının onun üzərində himayə hüququ ilə bağlı böyük əhəmiyyət daçımasına dərindən əmin olduğundan,
Uşağı beynəlxalq səviyyədə qeyri-qanuni yerdəyişmə və ya qaytarmama hallarının arzuolunmaz təsirlərindən qorumaq və uşağın adətən yaşadığı Dövlətə dərhal qaytarılması ilə, eləcə də uşaqla görüşmək hüququnun təmin edilməsi ilə bağlı prosedur müəyyən etmək niyyətilə,
Bu məqsədlə bu Konvensiyanı imzalayır və aşağıdakı müddəalarla bağlı razılığa gəlirlər :
(...)
Maddə1
Hazırki Konvensiyanın məqsədi :
a. hər hansı razılığa gələn Dövlətə qeyri-qanuni şəkildə aparılmış və ya orda saxlanılan uşağın dərhal qaytarılmasını təmin etmək;
b. hər hansı bir tərəf Dövlətdə mövcud olan himayə və görüş hüququnun digər tərəf Dövlətlərdə səmərəli şəkildə təmin etmək.
(...)
Maddə 3
Uşağın yerinin dəyişdirilməsi və qaytarılmaması aşağıdakı hallarda qeyri-qanuni hesab olunur:
a. uşağın adədən yaşadığı Dövlətin hüququna uyğun olaraq uşağın yerdəyişməsindən və ya qaytarılmamasından həmən əvvəl bir şəxsə, quruma və orqana tək və ya birgə verilmiş himayə hüququnun pozulması ilə həyata keçirilmişsə hallarda; və
b. və bu hüquq səmərəli şəkildə tək və ya birgə qaydada, uşağın yerinin dəyişdirilməsi və ya qaytarılmaması anına qədər həyata keçirilmişdisə və ya bu hadisə baş verməsə idi həyata keçiriləcəkdisə.
a) bəndində nəzərdə tutulan himayə hüququ qanunvericiliyə, məhkəmə v\ ya inzibati orqanının qərarına və ya bu Dövlətdə qüvvədə olan hər hansı sazişə əsasən verilmiş ola bilər.
Maddə 4
Konvensiya himayə və ya görüşmək hüququnun pozulmasından həmən əvvəl tərəf Dövlətlərdən birində daimi qaydada yaşayan hər bir uşağa tətbiq olunur. Konvensiyanın tətbiqi uşaq 16 yaşına çatanda dayanır.
Maddə 5
Hazırki Konvensiya mənasında :
a. « himayə hüququ » uşağın şəxsi üzərində qayğı göstərməyi, və xüsusilə, onun yaşayış yeri barədə qərar vermək hüququnu əhatə edir;
b. « görüş hüququ » uşağı məhdud bir müddət üçün daimi qaydada yaşadığı yerdən fərqli bir yerə aparılmasını əhatə edir.
(...)
Maddə 11
Hər bir tərəf Dövlətin məhkəmə və ya inzibati orqanları uşağın qaytarılması ilə bağlı məsələlərə təxirəsalınmaz qayada baxmalıdır.
Müraciət olunan məhkəmə və ya inzibati orqan müraciət edildiyi tarixdən altı həftə ərzində məsələ ilə baölı qərar qəbul etmədikdə, müraciət edən və ya müraciət edilən Dövlətin mərkəzi orqanı ya öz təşəbbüsü ilə, ya da müraciət edən Dövlətin xahişi ilə bu gecikmə ilə bağlı izahat tələb edə bilər. (...)
Maddə 12
Uşaq maddə 3 mənasında qanunsuz olaraq başqa yerə aparılmış və ya saxlanmışsa, və uşağın ərazisində olduğu tərəf Dövlətin məhkəmə və ya inzibati orqanınna müraciət anında bu aparılma və ya qaytarılmamadan bir ildən az müddət ötmüş olarsa, müraciət olunan orqan uşağın dərhal qaytarılmasını əmr edir.
Məhkəmə və ya inzibati orqanı, hətta yuxarıdakı müddəada nəzərdə tutulan bir il müddət keçmiş olsa belə, yenə də uşağın qaytarılmasını əmr etməlidir, bir şərtlə ki, uşağın yeni mühitinə inteqrə etməmiş olduğu müəyyən olunsun.
Müraciət olunan Dövlətin məhkəmə və ya inzibati orqanının uşağın başqa Dövlətət aparılmasına inanması üçün əsaslar olduqda, uşağın qaytarılması ilə bağlı prosesi dayandıra və ya bu iddianı rədd edə bilər.
Maddə 13
Əvvəlki maddənin müddəalarına baxmayaraq, müraciət edilən Dövlətin məhkəmə və ya inzibati orqanı, uşağın qaytarılmasına etiraz edən şəxs, qurum və ya orqan tərəfindən aşağıdakılarım müəyyən olunduğu hallrda uşağın qaytarılmasını əmr eteməyə məcbur deyildir :
a) uşağın qayğısına qalmalı olan şəxs, qurum və ya orqan, uşağın başqa yerə aparıldığı və ya qaytarılmadığı zaman himayə hüququnu səmərəli şəkildə həyata keçirmirdi, və ya uşağın aparılmasına və ya qaytarılmamasına razılıq verib və ya sonradan bu halla barışıb ; və ya
b) uşağın qaytarılmasının onu fiziki və ya psixi təhlükə altında qoyacağına və ya onu hər hansı qəbuledilməz vəziyyətə salacağına dair ciddi risk məvcuddur.
Məhkəmə və ya inzibati orqan, əgər uşağın özünün qaytarılmağına etiraz etdiyini, onun fikrinin nəzərə alınmasının uyöun olduğu yaşa çatdığını müəyyən edərsə, uşağın qaytarılmasından imtina edə bilər.
Bu maddədə nəzərdə tutulan halların müəyyənləşdirilməsində məhkəmə və ya inzibati orqanlar Mərkəzi orqan və uşağın daimi qaydada yaşadığı Dövlətin hər hansı digır səlahiyyətli orqanı tərəfindən verilən uşağın sosial vəziyyətinə dair məlumatları nəzərə almalıdır.
Maddə 14
Maddə 3 mənasında qanunsuz yerdəyişmə və ya qaytarmama halının mövcud olduğunu müəyyənləşdirmək üçün müraciət olunan Dövlətin məhkəmə və ya inzibati orqanı başqa hallarda tətbiq olunmalı olan bu hüququn sübutu və ya əcnəbi məhkəmə qərarlarının tanınması ilə bağlı xüsusi proseduru tətbiq etmədən, uşağın daimi qaydada yaşadığı Dövlətin hüququnu və rəsmən tanınmış və ya tanınmamış məhkəmə və ya inzibati qərarlarını nəzərə ala bilər.
(...)
Maddə 16
Bir uşağın maddə 3 mənasında qanunsuz yerdəyişməsi və ya qaytarılmaması barədə məlumatlandırıldıqdan sonra, uşağın aparıldığı tərəf Dövlətin məhkəmə və ya inzibati orqanları uşaq üzərində himayə hüququ ilə bağlı məsələni, yalnız uşağın qaytarılması ilə bağlı hazırki Konvensiyanın şərtlərinə əməl olunduğu və ya ağlabatan müddət ərzində Konvensiyanın tətbiq olunması barədə müraciətinin edilməməsi müəyyən edildikdən sonra həll edə bilərlər.
Maddə 17
Yalnız müraciət olunan Dövlətdə uşağın himayə hüququ ilə bağlı qərarın verilmiş olması və ya verilə bilməsi faktı uşağın bu Konvensiya çərçivəsində qaytarılmasına imtina üçün əsas ola bilməz, lakin müraciət olunan Dövlətin məhkəmə və ya inzibati orqanları Konvensiyanın tətbiqi çərçivəsində qəbul edilmiş bu qərarın əsaslarını nəzərə ala bilərlər.
(...)
Maddə 19
Konvensiya əsasında uşağın qaytarılması barədə verilmiş qərarın uşaq üzərində himayə hüququnun mahiyyətinə təsiri yoxdur.
Maddə 20
Uşağın 12-ci maddənin müddəalarına uyğun olaraq qaytarılmasından, bunun müraciət olunan Dövlətin əsas insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təməl prinsiplərinə əsasən icazə verilmədiyi hallarda imtina oluna bilər.
(...) »
35. Elisa Pérez-Vera tərəfindən yazılmış və 1982-ci ildə Haaqa Beynəlxalq Xüsusi Hüquq Konfransı (HCCH) tərəfindən nəşr edilmiş 1980-ci il uşaq oğurluğunun mülki aspektləri haqqında Haaqa Konvensiyasına İzahedici Hesabat 1980-ci il Konvensiyasının təməlini təşkil edən prinsipləri müəyyənləşdirmək və onu tətbiq edəcək qurumlar üçün müddəalara ətraflı şərhlər vermək məqsədi daşıyır. Bu hesabata görə, uşağı qaçıranın sığınacaq tapdığı Dövlətdə qaçırdığı uşaqla bağlı hərəkətlərinin qanunilədirməsinin qarşısının alınması üçün Konvensiya preventiv aspekti ilə yanaşı, birtərəfli və qanunsuz olaraq dəyişdirilmiş vəziyyətin bərpa ollunmasına imkan verən uşağın dərhal qaytarılması barədə qərarın qəbul edilməsi yolu ilə statu quonun bərqərar olunmasını nəzərdə tutur. Uşaq üzərində himayə hüququ isə bu Konvensiyanın əhatə dairəsindən tamamilə kənarda qalır, bu məsələ uşağın qaçırılmasından əvvəl daimi qaydada yaşadığı Dövətin səlahiyyətli məhkəmə orqanları qarçısında qaldırılmalıdır. Haaqa Konvensiyasının fəlsəfəsi uşaqların maraqlarını müdafiə etmək niyyəti ilə və onların əsl maraqlarının tercümanı olmaqla beynəlxalq uşaq qaçırılmasına qarşı mübarizə aparmaqdır. Beləliklə, preventiv tədbirlərin və uşağın dərhal qaytarılması « uşağın üstün maraqları » konsepsiyasına cavab verir. Bununla belə, uşağın başqa yerə aparılması onun şəxsiyyəti ilə və ya ona daha yaxın olan mühitlə bağlı səbəblərdən əsaslandırılmış ola bilər və Konvensiya Dövlətlərin üzərinə qoyulmuş dərhal qaytarma barədə ümumi öhdəliyə müəyyən istisnalar nəzərdə tutur (§ 25). Uşağın qaytarılması Konvensiyanın təməl ideyası olsa da, onu təmin etmək barədə ümumi öhdəliyə edilmiş istisnalar onun mənasını dəqiq şəkildə anlamaq üçün böyük əhəmiyyət daşıyır. Üç fərqli səbəbə əsaslanan istisnalar vardır. (§ 27). Bir tərəfdən, müraciət olunan Dövlətin orqanları müraciət edənin uşaq üzərində himayə hüququnu səmərəli şəkildə həyata keçirmədiyi və onun davranışının yeni vəziyyəti qəbul etdiyini göstərdiyi hallarda uşağın qaytarılması qərarı verməyə məcbur deyillər. (§ 28). Digər tərəfdən, 13-cü maddənin 1 b) və 2-ci bəndləri uşağın maraqları nəzərə alınaraq edilməli olan istisnaları nəzərdə tutur və bu maraqların mahiyyəti dəqiqləşdirilir. Belə ki, uşağın, yeni vəziyyətin stabilliyinin kifayət qədər təminatı olamadan adətən yaşadığı yerdən aparılmaması şəklində ifadə olunan marağı, heç bir şəxsin fiziki və ya psixi təhlükəyə məruz qalmamaq və ya qəbuledilməz vəziyyətə salınmaması hüququndan daha az əhəmiyyət daşıyır (§ 29). Nəhayət, maddə 20-də nəzərdə tutulan kimi, « müraciət olunan Dövlətin əsas insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təməl prinsiplərinə əsasən icazə verilmədiyi hallarda» (§ 31) uşağın qaytarılması barədə qərar çıxarmamaq olar. Bu istisnaları ətraflı şəkildə təsvir edən izahedici hesabat, məhkəmə orqanlarına xas diskresion səlahiyyəti də vurğulayır.
36. 2003-cü ildə HCCH « 1980-ci il uşaq oğurluğunun mülki aspektləri haqqında Haaqa Konvensiyası ilə bağlı yaxşı təcrübə Məlumat Kitabının ikinci hissəsi »ni yayımlamışdır. Yeni tərəfdaş Dövlətlərə ünvanlanmış olsa da və xüsusilə məhkəmə orqanlarına münasibətdə məcburi qüvvəsi olmasa da, bu sənəd çoxsaylı məsləhətlər və dəqiqləşmələr nəzərdə tutmaqla Konvensiyanın icrasını asanlaşdırmaq məqsədi daşıyır. Bu sənəd, Pérez-Vera Hesabatı adlanan 1980-ci il Konvensiyasına İzahedici Hesabatın 1980-ci il Konvensiyasının məqsədəuyğun təfsiri və anlaşılmasına yardım edən bir sənəd kimi əhəmiyyətini dəfələrlə vurğulayır (bax : məsələn, 3.3.2 bənd « Transformasiya prosesinin nəticələri» və 8.1 « Konvensiyaya İzahedici Hesabat: Pérez-Vera Hesabatı»). Bu sənəd xüsusilə, məhkəmə və inzibati orqanların qaytarılma müraciətlərinə və appelyasiya şikayətlərinə xüsusi diqqətlə baxması öhdəliyi barədə təkid edir (bənd 1.5 « Təxirəsalınmaz prosedur »). İşlərə xüsusi diqqətlə baxılması, proseslərin həm sürətli, həm də səmərəli şəkildə baxılması deməkdir: Konvensiyanın tətbiqi barədə qərarların tez qəbul edilməsi, uşağın maraqlarına uyğundur (bənd 6.4 « İşlərə baxılması»). Məlumat Kitabında qeyd edilir ki, bəzi tərəfdaş Dövlətlərdə qaytarılma qərarlarının gec verilməsi və ya icrasının təmin edilməməsi ciddi narahatlıqlara səbəb olur : Dövlətlərə məsləhət görülür ki, qaytarılma qərarlarının sadə və səmərəli icrası mexanizmlərinin olmasını təmin etsinlər, icra sadəcə əmr edilməli deyil, həm də həqiqətən də həyata keçirilməlidir (bənd 6.7 « İcra »).
B. Uşaq hüquqları haqqında Konvensiya
37. 20 noyabr 1989-cu il tarixdə Nyu-Yorkda imzalanmış Uşaq hüquqları haqqında Konvensiyanın müvafiq müddəalarında deyilir:
Preambula
«Bu Konvensiyaya itirakçı olan Dövlətlər ,
(...)
ailənin bütün üzvlərinin, xüsusilə uşaqların inkişafı və rifahı üçün əsas təbii mühit kimi ailənin cəmiyyət çərçivəsində vəzifələrini tam həcmdə öz üzərinə götürə bilməsi üçün ona yardım göstərilməsinin və onun müdafiə edilməsinin zəruriliyinə əmin olaraq,
Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, xoşbəxtlik, məhəbbət və anlaşma mühitində böyüməsinin vacibliyini təsdiq edərək, (...)
Aşağıdakılar barədə razılığa gəlmişlər:
(...)
Maddə 7
1. Uşaq anadan olan kimi qeydiyyata alınmalıdır və anadan olduğu andan (...) valideynlərini tanımaq və onlar tərəfindən tərbiyə edilmək hüququna malikdir. (...)
Maddə 9
1. Dövlətlər uşaqların valideynlərin razılğı olmadan onlardan ayrılmamasına nəzarət edir (...)
Maddə 14
1. İştirakçı dövlətlər uşağın əqidə, vicdan və din azadlığı hüququnu müəyyən edir.
2.İştirakçı dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşağın inkişaf etməkdə olan qabiliyyəti ilə uzlaşan metodlarla onun hüquqlarının həyata keçirilməsində uşağa rəhbərlik etmək hüquqlarına və vəzifələrinə hörmət bəsləyir və buna yardım edilər.
(...)
Maddə 18
1. İştirakçı dövlətlər uşağın təbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları – onlara əsas qayğı obyektidir.
(...) »
38. 20 noyabr 1959-cu il Uşaq Hüquqları barədə Bəyannamənin ikinci prinsipi olan uşağın maraqları konsepsiyası, 1989-cu il uşaq hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinin birinci bəndində təkrarlanır:
« Uşaqlarla bağlı istər dövlət, istər özəl sosial müdafiə qurumlarının, məhkəmələrin, inzibati orqanların və ya qanunvericilik orqanlarının bütün qərarlarında, uşağın maraqları nəzərə alınmalıdır. »
39. Azyaşlı uşaqların hüquqlarının həyata keçirilməsi ilə bağlı 7 (2005) saylı ümumi müşahidəsində Uşaq Hüquqları Komitəsi Dövlətləri azyaşlı uşaqların bu Konvensiya üzrə hüquqlara malik olduqlarını və gənc yaşların bu hüquqların həyata keçirilməsi üçün vacib müddət olduğunu tanımağa çağırmışdır. Bu sənəddə uşaqğın maraqları məsələsinə aşağıdakı 13-cü maddədə toxunulur:
« 13. Uşağın üstün maraqları. Konvensiyanın 3-cü maddəsi uşağın üstün maraqlarının uşaqla bağlı qəbul olunan bütün qərarlarda ən vacib amil olduğunu ifadə edən prinsipi nəzərdə tutur. Nisbətən qeyri-yetkin olduqları səbəbilə, azyaşlı uşaqlar onların hüquqlarının və üstün maraqlarının müəyyən olunmasında və onların fikirlərini və bacarıqlarının inkişafını nəzərə almaqla, onların rifahına təsir edəcək qərar və ya tədbirlərin qəbul edilməsi zamanı təmsil olunmasında səlahiyyətli orqanlardan asılıdır. Uşağın üstün maraqları prinsipi Konvensiyada dəfələrlə qeyd edilmişdir (xüsusilə azyaşlı uşaqlara ən uyğun olan 9, 18, 20 və 21-ci maddələr). Bu prinsip uşaqlarla bağlı bütün qərarlara tətbiq olunur və onların hüquqlarını qoruyan və onların həyatda qalmasını, böyüməsini və rifahını təşviq edən, eləcə də gündəlik şəkildə uşaqların hüquqlarını həyata keçirmək öhdəliyi olan valideynləri dəstəkləmək və onlara yardım məqsədli səmərəli tədbirlərin görülməsi ilə müşayiət olunmalıdır:
a) Uşağın fərd olaraq üstün maraqları. Xüsusilə uşaq üzərində himayə, uşağın sağlamlığı və tərbiyəsi barədəki bütün qərarlarda, valideynlərin, uşaqlarla məşğul olan peşəkarların və ya uşaqla bağlı məsuliyyəti olan digır bütün şəxslərin qəbul etdiyi qərarlar da daxil olmaqla, uşağın üstün maraqları prinsipi nəzərə alınmalıdır.
Tərəfdaş Dövlətlərdən xahiş olunur ki, azyaşlı uşaqların bütün hüquqi proseslərdə onların marqlarına uyğun hərəkət edən şəxslər tərəfindən müstəqil şəkildə təmsil olunması və uşaqların bütün hallarda dinlənilməsi və onların rəyinin və fikirlərinin nəzərə alınması üçün müddəalar qəbul etsinlər;
(...) »
40. Daha geniş izahat üçün bax : Neulinger və Shuruk İsveçrəyə q. ([BP], no 41615/07, §§ 49 - 55, CEDH 2010-...).
C. Avropa İttifaqı hüququ
41. Avropa İttifaqı Təməl Hüquqlar haqqında Xartiyanın müvafiq müddəalarında deyilir:
Maddə 7
Özəl və ailə həyatına hörmət
« Hər bir şəxsin özəl həyatı və ailə həyatına, evinə və yazışmalarına hörmət hüququ vardır. »
Maddə 24
Uşağın hüquqları
« 1. Uşaqların müdafiə və onların rifahı üçün vacib olan qayğıya hüquqları vardır. Onlar fikirlərini azad şəkildə ifadə edə bilərlər. Bu fikir, yaşlarından və yetkinlik səviyyələrindən asılı olaraq onlarla bağlı məsələlərdə nəzərə alınır.
2. Uşaqlarla bağlı istər dövlət orqanlarının, istərsə də özəl qurumların hərəkətlərində, uşağın üstün maraqları vacib amil olmalıdır.
3. Hər bir uşaq, bunun onun maraqlarına zidd olması halı istisna olmaqla, hər iki valideyni ilə müntəzəm şəxsi və birbaşa əlaqə saxlamaq hüququna malikdir.
(...) »
42. Avropa İttifaqı Şurasının 27 noyabr 2003-cü il tarixli ailə məsələləri və valideynlik hüquqları ilə bağlı qərarların tanınması və icrası ilə bağlı (CE) no 2201/2003 Qərarında (« II bis Brüksel Qərarı ») deyilir:
« (...)
(12) Bu qərarda nəzərdə tutulan valideyn hüququ ilə bağlı səlahiyyət qaydaları uşağın üstün maraqları, xüsusilə yaxınlıq meyarı nəzərə alınaraq müəyyən olunmuşdur. Beləliklə, uşağın yaşayış yerinin dəyişdiyi və valideynlik hüququna malik şəxslər arasında başqa cür razılaşdırıldığı hallar istisna olmaqla, ilkin olaraq, uşağın daimi qaydada yaşadığı Dövlətin məhkəmə orqanları səlahiyyətlidir.
(13) Uşağın marağına uyğun olaraq, hazırki Qərar səlahiyyətli məhkəmə orqanına, müstəsna qaydada və bəzi şərtlər daxilində digər tərəf Dövlətin məhkəməsi qərar vermək üçün daha uyğun vəziyyətdədirsə, işi bu məhkəməyə göndərmək imkanı verir. Bununla belə, bu halda, ikinci olaraq müraciət olunmuş məhkəmə işi baxılması üçün üçüncü bir məhkəməyə göndərə bilməz. (...) »
D. Müvafiq Latviya hüququ
1. Konstitusiya
43. Konstitusiyanın müvafiq müddəalarında deyilir:
Maddə 89
« Dövlət Konstitusiyaya, qanunlara və Latviya üçün məcburi olan beynəlxalq sazişlərə uyğun olaraq, təməl hüquqları tanıyır və qoruyur. »
Maddə 110
« Dövlət nikahı-kişi və qadın arasındakı birliyi və ailəni, valideynlərin hüquqlarını və uşağı qoruyur və dəstəkləyir. Dövlət əlil, valideyn qayğısından məhrum və ya zorakılıq qurbanı olan uşaqlara xüsusi diqqət ayırır. »
2. Mülki proses haqqında Latviya Qanunu
44. Faktların baş verdiyi zaman qüvvədə olan mülki proses haqqında Latviya qanununun 644.19-cu maddəsi uşağın qanunsuz olaraq Latviyaya gətirilməsi ilə bağlı məsələləri nizamlayır. O nəzərdə tutur ki, məhkəmələr bu tip bütün məsələlərə tərəflərin iştirak etdiyi və « Bāriņtiesa »nın bir nümayəndəsinin də dəvət olunduğu iclasda baxır. Bundan əlavə, məhkəmələr, uşaq fikrini ifadə etməyə qadirdirsə, onun fikrini də öyrənirlər.
45. Bu tip məsələyə baxılması üçün müraciət olunduqda məhkəmə öz təşəbbüsü ilə hər cür sübut toplaya bilər. Məhkəmə müraciətin göndərildiyi tarixdən altı həftə ərzində qərar verilə bilməsi üçün faktları müəyyən etmək üçün ən uyğun prosedurdan, ən sürətli vasitələrdən istifadə edə bilər.
46. Əgər məhkəmə uşağın Latviyaya qanunsuz gətirildiyini və ya saxlandığını müəyyən edərsə, və əgər aşağıdakı iki şərtdən biri yerinə yetirilərsə, məhkəmə uşağın yaşadığı ölkəyə qaytarılması ilə bağlı qərar qəbul edir :
1. Uşağın Latviyaya qanunsuz gətirilməsi və ya saxlanılmasından maraqlı şəxsin və ya qurumun uşağın harda olmasından xəbərdar olmasınadək bir ildən çox müddət keçməmişsə;
2. Uşağın Latviyaya qanunsuz gətirilməsi və ya saxlanılmasından bir ildən çox müddət keçmişsə, lakin uşaq Latviyada həyata uyğunlaşa bilməmişsə.
47. Əgər məhkəmə uşağın Latviyaya qanunsuz gətirildiyini və saxlandığını hesab edərsə və aşağıdakı şərtlərdən biri yerinə yetirilərsə, uşağın daimi qaydada yaşadığı ölkəyə qaytarılması barədə qərar qəbul edə bilər :
1. Maraqlı şəxs və qurumun uşağın harda olduğunu bildiyi və ya bilməsinə imkanı olduğundan bir il müddət ötərsə, lakin bu müddət ərzində nə şəxs, nə də qurum uşağın yaşadığı ölkəyə qaytarılması barədə müraciət etməmişsə;
2. Uşaq Latviyada həyata uyğunlaşmışsa və onun qaytarılmasının uşağın maraqlarına uyğun deyilsə.
48. Yuxarıdakı bəndlər Haaqa Konvensiyası və Avropa İttifaqı Şurasının (CE) 2201/2003 saylı Qərarına uyğun olduğu halda tətbiq olunur.
E. Ailə hüququ haqqında 1975-ci il Avstraliya qanunu
49. Qanunun 61B maddəsi valideynin hüquq və vəzifələrinə « valideynlərin uşaq üzərində olan bütün hüquları, hakimiyyəti və vəzifələri, eləcə də qanunlara əsasən valideynin uşağa münasibətdə malik olduğu hə hansı hüquqlar » kimi anlayış verir.
50. Maddə 61C nəzərdə tutur ki, yetkinlik yaşına çatmamış uşağın valideynlərinin hər ikisi, məhkəmə qaydasında başqa cür nəzərdə tutlmayıbsa, uşaq üzərində valideynlik hüquq və vəzifələrinə malikdir.
51. Maddə 111B Haaqa Konvensiyası ilə bağlı aşağıdakıları nəzərdə tutur:
a) uşağın valideynlərinin hər birinin, əgər məhkəmə qaydasında uşağa münasibətdə valideynlik hüquq və vəzifələrinindən məhrum olunmamışdırsa, uşaqla yaşamaq hüququ vardır,
b) məhkəmə qaydasında əksi nəzərdə tutulmamışdırsa, aşağıdakı şəxslər uşaqla yaşamaq hüququna malikdir: i. valideynlik hüquq və vəzifələri barədə qərara uyğun olaraq uşağın birgə yaşamalı olduğu şəxs ; ii. valideynlik hüquq və vəzifələri barədə qərara uyğun olaraq, valideynlik hüququna malik şəxs ; və
c) məhkəmə qaydasında əksi nəzərdə tutulmamışdırsa, uşaq üzərində hazırki qanuna və ya digər Avstraliya qanuna əsasən valideynlik hüququna malik olan hər bir şəxs uşaqla birgə yaşamaq hüququna malikdir və gündəlik qaydada və uzunmüddətli olaraq uşağın qayğısına qalmaq və onun rifahını və inkişafını təmin etmək vəzifəsi daşıyır; və
d) məhkəmə qaydasında əksi nəzərdə tutulmamışdırsa, aşağıdakı şəxsləərin uşaqla görüşmək hüququ vardır : i. valideynlik hüququ ilə bağlı qərara əsasən uşaqla vaxt keçirməli olan şəxslər; ii. valideynlik hüququ ilə bağlı qərara əsasən, uşağın ünsiyyət saxlamalı olduğu şəxslər.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSIYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
52. Böyük Palata qarşısında ərizəçi iddia edir ki, latış məhkəmə orqanlarının qızını Avstraliyaya qaytarmaq barədə qərarı səbəbilə, Konvensiyanın 8-ci maddəsində təsbit olunan ailə hüququnun pozuntusunun qurbanı olmuşdur. Bu maddədə deyilir :
« 1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir»
A. 8-ci maddənin tətbiqi
53. Böyük Palata qeyd edir ki, Hökumət latış məhkəmə orqanlarının ərizəçiyə qızını Avstraliyaya gömdərməsini əmr etməsinin Konvensiyanın 8-ci maddəsi altında müdafiə olunan ailə həyatına hörmət hüququna müdaxilə olduğuna etiraz etmədiyini açıq şəkildə bildirmişdir.
54. Ərizəçinin ailə həyatına hörmət hüququna yuxarıda göstərilən müdaxilə, bu məddənin ikinci bəndində göstərilən tələblərə uyğun olmadıqda, 8-ci maddənin pozuntusuna səbəb olur. Deməli, Məhkəmə bu müdaxilənin « qanunla nəzərdə tutulmuş », həmin 2-ci bənddə sadalanan məqsəd və ya məqsədləri daşıyan və bu məqsədlər nail olmaq üçün «demokratik cəmiyyətdə zəruri » olub-olmadığını müəyyən etməlidir.
B. Müdaxilənin əsaslandırılması barədə
1. Hüquqi baza
a. Palatanın qərarı
55. Palata hesab etmişdi ki, yerli qanunvericilik və Haaqa Konvensiyasından irəli gələn qaydalar Haaqa Konvensiyasının 3-cü maddəsi mənasında uşağın başqa yerə aparılmasının qanunsuz olub-olmadığını müəyyənləşdirmək üçün kifayət qədər aydın idi. Məhkəmələr müəyyənləşdirməli idi ki, uşağın başqa yerə aparılması zamanı uşağın yerə aparılmadan həmən öncə daimi yaşadığı ölkə olan Avstraliyanın qanunvericiliyinin tətbiqi ilə verilmiş uşaqla birgə yaşamaq hüququ pozulmuşdumu. Avstraliya məhkəmələrinin T.-nin valideynlik hüququnu uşağın ölkədən çıxmasından sonra tanıdıqlarının qeyd edən Palata bildirmişdi ki, ərizəçi və T.-nin uşağın doğulduğu andan ona münasibətdə valideynlik hüquq və vəzifələrini birgə daşıdıqları Avstraliya məhkəmələr tərəfindən təsdiq olunmuşdu, müəyyən olunmamışdı. Palata bundan əlavə müəyyən etmişdi ki, ərizəçinin Avstraliyada bu proses çərçivəsində appelyasiya şikayəti verməsinə maneə yox idi və üstəlik, o, milli məhkəmə orqanları qarşısında T.-nin uşağın atası olması ilə bağlı təqdim etdiyi sübut elementlərini mübahisələndirməmişdi. Palata belə nəticəyə gəlmişdi ki, latış məhkəməsi tərəfindən 19 noyabr 2008-ci ildə qəbul olunan və 26 yanvar 2009-cu ildə qanuni qüvvəyə minən uşağın Avstraliyaya qaytarılması barədə qərar, Konvensiyanın 8-ci maddəsi mənasında qanunla nəzərdə tutulmuşdu.
b. Tərəflərin mövqeyi
i. Ərizəçi
56. Palata qarşısında ərizəçi bildirmişdi ki, milli hakim Haaqa Konvensiyasının müddəalarını tətbiq etməli deyildi, çünki Latviyaya yola düşdüyü zaman o, uşağını tək böyüdürdü. Ərizəçi bu məsələ ilə bağlı Böyük Palataya fikir bildirməmişdir.
ii. Hökumət
57. Hökumət hesab edir ki, müdaxilənin « qanunla nəzərdə tutulmuş » olması danılmazdır, çünki o, Uşaqların beynəlxalq oğurluğunun mülki aspektləri haqqında Haaqa Konvensiyasının müddəalarına əsaslanmışdı.
c. Məhkəmənin dəyərləndirməsi
58. Məhkəmənin davamlı təcrübəsinə əsasən, « qanunla nəzərdə tutulmu » ifadəsi tələb edir ki, mübahisələndirilən tədbir yerli qanunvericliyə əsaslansın. Lakin bu ifadə həm də qanunun keyfiyyətinə də aiddir və tələb edir ki, qanun maraqlı şəxs üçün çatımlı olsun və nəticələri öngörülə bilinsin. (bax : çox sayda digər işlərlə yanaşı, Amann c. Suisse [GC], no 27798/95, § 50, CEDH 2000‑II, Slivenko c. Lettonie [GC], no 48321/99, § 100, CEDH 2003‑X, və Kurić et autres c. Slovénie [GC], no 26828/06, § 341, CEDH 2012-...).
59. Məhkəmə qeyd edir ki, uşağın Avstraliyaya qaytarılması barədə qərar Rīga Regional Məhkəməsi tərəfindən Latviya tərəfindən 1982-ci ildə imzalanmış və ratifikasiya edilmiş 1980-ci il Haaqa Konvensiyasına əsaslanaraq çıxarılmışdı. Digər tərəfdən, Mülki proses haqqında Latviya qanunu 644-cu maddəsində uşaqların qanunsuz olaraq Latviyaya gətiririlməsi ilə bağlı məsələləri tənzimləyir və bu qanunun Haaqa Konvensiyası, « II bis Bruksel Qərarı » və Avropa İnsan Hüquqları Konvensiyasına əməl olunması ilə şərtləndirir.
60. Ərizəçi bildirir ki, o Avstraliyanı tərk etdiyi zaman uşaq üzərində valideynlik hüquq və vəzifələrinə təkbaşına malik idi.
61. Məhkəmə bununla belə qeyd edir ki, bu məsələ qaytarılma ilə bağlı müraciət olunmuş latış məhkəmələri tərəfindən birbaşa olaraq araşdırılmışdır. Bu məhkəmələr nə şərh edə, nə də dəyişə bilmədiklərini dəqiqləşdirdikləri Avstraliya ailə məsələləri üzrə məhkəməsinin 6 noyabr 2008-ci il tarixli qərarını tətbiq etmişlər. Bu qərar T.-nin atalığını və uşaq üzərində onun doğulduğu andan etibarən birgə valideynlik hüquq və vəzifələrinin mövcud olduğunu təsdiq etmişdi. Nəticədə, həm rayon məhkəməsi, həm də Riqa Regional Məhkəməsi T.-nin müraciətinin Haaqa Konvensiyasına uyğun olduğu qərarına gəlmişlər.
62. Digər tərəfdən Məhkəmə hesab edir ki, uşaqğın başqa yerə aparılmasının Haaqa Konvensiyasının 3-cü maddəsi baxımından qanunsuz olub-olmadığını müəyyənləşdirmək onun vəzifəsi deyildir. Belə ki, Məhkəmə yerli məhkəmələr tərəfindən edildiyi iddia olunan fakt və hüquq səhvlərini, əgər onlar Konvensiyada təsbit olunan hüquq və azadlıqları pozmursa, araşdırmır (García Ruiz c. Espagne [GC], no 30544/96, § 28, CEDH 1999‑I) : yerli hüququn, eləcə də beynəlxalq ümumi hüquq və büynılxalq sazişlərlə bağlı qaydaların şərhi və tətbiqi ilə bağlı məsələni milli məhkəmələr həll edir (Maumousseau et Washington c. France, no 39388/05, § 79, 6 dekabr 2007 və yuxarıda istinad olunmuş Neulinger et Shuruk, § 100). Hazırki işdə, ərizəçi, T.-nin atalığını və uşağın Avstraliyadan egtdiyi anda onun üzərində valideynlərin hər ikisinin bərabər hüquqlarının olduğunu təsdiq edən (hansı ki, birbaşa olaraq Haaqa Konvensiyasının tətbiqi üçün ilkin şərtlər idi) Avstraliya məhkəməsi qərarından şikayət verməməsindən əlavə, Avstraliya məhkəməsi qərarından şikayət verməyin qeyri-mümkün olduğunu və ya yerli məhkəmələrin bununla bağlı hər hansı səhv etdiyini də iddia etmir.
63. Nəticə olaraq, Məhkəmə hesab edir ki, mübahisələndirilən müdaxilə Konvensiyanın 8-ci maddəsi mənasında « qanunla nəzərdə tutulmuş » idi.
2. Legitim məqsəd
a. Palatanın qərarı
64. Palata hesab etmişdi ki, müdaxilə T. və uşağın hüquqlarının müdanfiəsi məqsədini daşıyırdı və Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi mənasında legitim məqsəd mövcud idi.
b. Tərərflərin mövqeyi
i. Ərizəçi
65. Ərizəçi məsələ ilə bağlı fikir bildirmir.
ii. Hökumət
66. Hökumətin fikrincə, müdaxilə legitim məqsəd daşıyırdı, yəni T. və qızının hüquq və azadlıqlarının müdafiəsi.
c. Məhkəmənin qiymətləndirməsi
67. Böyük Palata Palatanın rəyi ilə razıdır və hesab edir ki, qaytarılma qərarı T. və E.-nin hüquq və azadlıqlarının müdafiəsi legitim məqsədini daşıyırdı və tərəflər bunu mübahisələndirmir.
3. Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi
a. Palatanın qərarı
68. Müdaxilənin « demokratik cəmiyyətdə zəruriliyi » ilə bağlı Palata özünü yerli məhkəmələrin yerinə qoyub 13 b) maddəsi mənasında təhlükənin mövcud olub-olmadığını müəyyənləşdirə bilmədiyini qeyd edərək hesab etmişdi ki, onun vəzifəsi Haaqa Konvensiyasını tətbiq və təfsir edərkən yerli məhkəmələrin xüsusilə (yuxarıda istinad edilən) Neulinger et Shuruk qərarındakı prinsiplər nəzərə alınmaqla, 8-ci maddənin tələblərinə riayət edib-etmədiyini yoxlamaqdır. Ilk olaraq palata birinci insatansiya məhkəməsi qərarından sonra ananın müraciəti əsasında keçirilmiş psixoloji müayinəyə diqqət ayırır və hesab edir ki, Regional Məhkəmə bu psixoloq rəyini, onun uşaqla birgə yaşamaq məsələsi ilə əlaqədar idi və bu hüququn Avstraliya qanunvericiliyi ilə qorunduğu əsasıyla rədd etmişdir. Palatanın fikrincə, uşağın məhkəmədə dindirilməməsi, onun yaşı nəzərə alınarsa, problem yaratmır, lakin Regional Məhkəmə psixoloqun gəldiyi nəticiləri, eləcə də « Bāriņtiesa »nın qaldırdığı məsələləri nəzərdən keçirməli idi. Üstəlik, Regional Məhkəmə öz təşəbbüsü ilə də psixoloji ekspertiza təyin edə bilərdi.
69. Palata daha sonra bildirmişdir ki, yerli məhkəmələr həmçinin qaytarılmanın uşaq üçün ən uyğun şəraitdə keçməsini təmin edəcək kafi təminatların olub-olmadığını, xüsusilə, onun Avstraliyadakı həyatının maddi tərəfləri və ərizəçinin qızının dalınca getmək və qızı ilə ünsiyyət saxlamaq imkanının olub-olmayacağını yoxlamalı idilər.
70. Hazırki işdə latış məhkəmələrinin qərarının Latviyadakı digər proseslərdəki qərarlar ilə təzad təşkil etdiyini (Šneersone et Kampanella, no 14737/09, § 94, 12 juillet 2011) göstərən və Hökumətin ərizəçinin əməkdaşlıq etmədiyi barədəki arqumentini rədd edən və qərarın travmatik şəkildə icra edildiyini nəzərə alan Palata belə nəticəyə gəlir ki, latış məhkəmələri bütünlükdə ailə vəziyyətini və digər bir çox elementləri araşdırılmamışdı və bu səbəbdən, müdaxilə 8-ci maddə mənasında qeyri-proporsional idi.
b. Tərəflərin mövqeyi
i. Ərizəçi
71. Ərizəçi hesab edir ki, Palatanın qərarı yerli orqanlara uşağın üstün maraqlarıın araşdırılmasında yardım edəcək nümunəvi bir qərardır. Ərizəçi bildirir ki, əgər Hökumət Böyük Palataya göndərilmə müraciətində Palatanın sərəncamında işə baxarkən yerli məhkəmələrin araşdırdığı bütün sənədlərin olmadığını bildirirsə, onları təqdim etmək onun vəzifəsidir. Ərizəçinin fikrincə, yerli məhkəmələr uşağın üstün maraqlarına üstünlük verməyə çalışmamışlar. O hesab edir ki, uşağın üstün maraqlarını yalnız psixoloji ekspertiza nəticəzində müəyyənləşdirmək olar: hazırki işdə yerli məhkəmələr, Uşaq Hüquqlarına dair Beynəlxalq Konvensiyanın 12-ci maddəsinə (uşağın ya birbaşa, ya da müvafiq orqanın nümayəndəsi vasitəsilə dindirilməsi) zidd olaraq onun təqdim etdiyi psixoloq hesabatını nəzərdən keçirməkdən imtina etmişlər. Ərizəçi vurğulayır ki, uşağın üstün maraqlarını müəyyən etmək üçün, bir qayda olaraq uşağın vəziyyətinin bir çox faktorunu və uşaq üçün məsul olacaq şəxslərin bacarıqları gələcək nəzərə alınır və uşağın rifahı ən mühüm amil olmalıdır.
72. Ərizəçi əlavə edir ki, Məhkəməyə müraciət edərkən onun əsas məqsədi, 1980-ci il Haaqa Konvensiyası ilə əlaqədar işlərdə milli məhkəmələrin mövqeyini mübahisələndirmək və uşağın üstün maraqlarını təmin etməyin zəruriliyini göstərmək idi.
ii. Hökumət
73. Hökumət qeyd edir ki, Məhkəmə dövlət orqanlarının üzərinə müəyyən öhdəliklər qoyur, xüsusilə : maraqlarının müdafiəsini təmin etmək üçün valideynlərin prosesdə kifayət qədər iştirakı (yuxarıda istinad edilmiş Iosub Caras, § 41), Haaqa Konvensiyasının 7-ci maddəsində nəzərdə tutulduğu kimi uşağa yeni təhlükənin və maraqlı tərəflər üçün zərərin qarçısının alınması (ibidem, § 34, və Ignaccolo-Zenide c. Roumanie, no 31679/96, § 99, 25 yanvar 2000), qaçırılmış uşaqlarla bağlı işlərə təxirəsalınmaq qaydada baxılmasını və qərarların icrasını təmin etmək (Carlson c. Suisse, no 49492/06, § 69, 6 noyabr 2008), və Haaqa Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulan altı həftəlik müddətə riayət olunmadığı təqdirdə müraciət edən valideynlərə təzminat verilməsi (ibidem, § 55).
74. Hökumət hesab edir ki, bu prinsiplər valideynlərin hər birinin və uşağın hüquqları arasında tazalığı maksimim təmin edəcək şəkildə tətbiq edilməlidir. Bununla belə, uşaqların beynəlxalq qaçırılması hallarında dövlət orqanlarının vəzifəsi çətindir və bütün tərəflərin, xüsusilə uşaqların üstün maraqlarının müdafiəsini təmin edilməsi mümkün olmur, çünki hər bir tərəf fərqli, hətta təzadlı mövqedən çıxış edir. Digər tərəfdən, Hökumət qaytarılma və uşaqla birgə yaşamaq hüququ ilə bağlı proseslərin fərqləndirilməli olduğunu vurğulayır.
75. Hökumət hesab edir ki, bu prinsiplərin işlərə tətbiq olunmasında dövlət orqanları mülahizə səlahiyyətinə malikdir. Məhkəmənin vəzifəsi daxili prosedurun detallarına varmaq deyildir, bütünlükdə qərarvermə prosesinin maraqlı şəxslərin öz maraqlarını dilə gətirməsinə imkan verməsini təmin etməkdir (Diamante et Pelliccioni c. Saint-Marin, no 32250/08, § 187, 27 sentyabr 2011), Məhkəmə dördüncü instansiyası deyildir. Yalnız yerli prosesdəki çatışmazlıqların prosesin nəticəsi üçün əhəmiyyətli olduğu hallarda fərqli ola bilər (Broka c. Lettonie, no 70926/01, §§ 25-26, 28 iyun 2007).
76. Hökumətin fikrincə, hazırki işdə dövlət orqanları bu prinsiplərə riayət etmişlər və « ailə vəziyyətinin və bir çox elementin dərin analizi» ni həyata keçirmişlər (yuxarıda istinad edilmiş Neulinger et Shuruk, § 139), lakin ailə vəziyyətinin bütünlükdə nəzərə alınması hər işin hallarına görə fərqlidir və, açıq-aydın narahatlıq yaradan məsələlərin və ya ağlabatan şübhələrin olub-olmamasından aılıdır. Üstəlik, uşağın üstün maraqları prosesin sürətli keçirilməsini tələb edir və maddə 13 b)-də nəzərdə tutulan « təhlükə » « ciddi » olmalıdır.
77. Hökumət dəqiqləşdirir ki, Avstraliya dövlət orqanlarının latış orqanlarına ünvanladığı 15 sentyabr 2008-ci il tarixli müraciətində göstərilirdi ki, T. ərizəçi ilə birgə uşaq üzərində valideynlik hüquqlarına malik idi və ərizəçinin iddia etdiyinin əksinə olaraq, 6 noyabr 2008-ci il tarixli qərar bu hüququ T.-yə verməmişdir, uşağın Avstraliyadan aparıldığı zaman bu hüququn mövcud olduğunu təsdiq etmişdir. Həm Avstraliya, həm də Latviya dövlət orqanları müəyyən etmişlər ki, T. həqiqətən də valideynlik hüquq və vəzifələrini həyata keçirirdi, T.-nin uşağın bioloji atası olduğu nəticəsinə gəlmək üçün kifayət qədər sübut vardı və ərizəçi dövlət orqanlarına saxta bəyanatlar verməklə fayda əldə etmişdir.
78. Hökumət dəqiqləşdirir ki, ekspert rəyi ərizəçinin müraciəti əsasında hazırlanmışdır və « Bāriņtiesa » qurumu məhkəmə orqanıdır. Bu rəyin və « Bāriņtiesa »nın fikirlərinin rədd edilməsinə baxmayaraq, məhkəmələr səlahiyyətləri daxilində onların sərancamındakı elementlərin işığında ailə vaziyyətini araşdırmışlar və Məhkəmə təcrübəsinə əsasən bu səlahiyyət mübahisələndirilmir. Latviya məhkəmələri müəyyən etmişlər ki, ərizəçinin Avstraliyanı qızı ilə tərk etməsinin tək səbəbi onun özünün T. ilə anlaşa bilməməsi idi və qaytarılacağı təqdirdə uşaq üçün heç bir təhlükə yoxdur: bu səbəbdən, latış orqanları Konvensiyanın 8-ci maddəsinə zidd olaraq Haaqa Konvensiyasını avtomatik və ya mexaniki şəkildə tətbiq etməmişdir.
79. Hökumət vurğulayır ki, hər bir işin hallarını nəzərdən keçirilməsində « bütün maraqlı şəxslərin anlayışı və əməkdaşlığı mühüm faktordur » (yuxarıda istinad edilmiş Maumousseau et Washington c. France, § 83, və Neulinger et Shuruk, § 140). Hökumətin fikrincə, ərizəçi Avstraliya və Latviya dövlət orqanları ilə əməkdaşlıq etməmişdir, Avstraliya məhkəmələrindəki prosesdə iştirak üçün dəvəti etinazlıq etmişdir, « Bāriņtiesa » nümayəndələrinin onun qızı ilə Latviyada həyat şəraitini yoxlamasına mane olmuşdur, T. və qızının ünsiyyət saxlamasına mane olmuşdur və bütün proses müddətincə T.-yə münasibətdə həddindən artıq aqressiv davranmışdır.
80. Hökumət həmçinin hesab edir ki, məhkəmə orqanları uşağın yeni mühitə inteqrasiya məsələsini araşdırmamaqda haqqlı idi, çünki uşaq Latviyada bir neçə ay keçirmişdi.
81. O bildirir ki, məhkəmələr uşağın atasına qaytarılmasının əmr etməmişlər, Avstraliyaya qaytarılmasını əmr etmiş və qaytarılma və uşaqla birgə yaşamaq hüququnu fərqləndirmişlər ki, bu yanaşma da Məhkəmə tərərfindən düzgün hesab edilmişdi (M. R. et L. R. c. Estonie (qərardad), no 13420/12, §§ 47-48, 15 may 2012, və Tarkhova c. Ukraine (qərardad), no 8984/11, 6 sentyabr 2011). Bütün hallarda, T.-nin maddi vəziyyəti uşağın qayğısına qalmasına mane olacaq vəziyyətdə deyildi.
82. Hökumət təkid edir ki, ərizəçi ilə uşağın bağları və onun qaytarılacağı halda bu bağlara dəyəcək ziyan riski məsələsini Haaqa Konvensiyasının 13 b) maddəsi mənasında uşağın təməl maraqlarına təhlükə məsələsindən fərqləndirmək zəruridir. Avstraliya vətəndaşı olaraq ərizəçi uşağın Avstraliyaya qaytarılması halında aradan qaldırıla bilməyəyn çətinliklərlə üzləşməyəcəkdi, çünki Neulinger et Shuruk işindəki ərizəçilərdən fərqli olaraq təməml hüquqların hamısından yararlana biləcəkdi. Hazırki işdə həm ana, həm də uşaq Avstraliya vətəndaşıdır, ananın iş bazarına çıxışı vardır, qayıtdıqdan sonra iş tapmışdır və sosial müdafiə müxanizmlərindən faydalana bilir. Ailənin tarixçəsində T.-nin zorakılıq etditiyi və ya hüquqlarından sui-istifadə etdiyinə dair heç bi riz yoxdur, ərizəçi isə əməkdaşlıqdan yayınmış və aqressivlik göstərmişdir. Nəhayət, Hökumət Məhkəmənin diqqətini Avstraliya məhkəmələri tərəfindən qəbul olunmuş qərarlara görə cavabdeh tutula bilməyəcəyinə çəkir (yuxarıda istinad edilmiş M. R. et L. R.).
c. Üçüncü tərəflərin fikirləri
i. Finlandiya Hökuməti
83. Hökumət xatırladır ki, 1980-ci il Haaqa Konvensiyası uşağın üstün maraqları prinsipinə əsaslanır və uşağı, qaçırılmanın dəhşətli nəticələrinə qarşı qorumaq məqsədi daşıyır, lakin həm də qaytarılmadan imtina edilməsi üçün müəyyən əsasları da nəzərdə tutur. O vurğulayır ki, Avropa İttifaqında tətbiq olunmalı « II bis Brüssel Qərarı »nın 11-ci maddəsi uşağın qaytarılmasına istisnaların dairəsini daha da darlaşdırır, Avropa ittifaqı Üzvlərinin Haaqa Konvensiyasının uşağın və ailənin üstün maraqlarına səmərəli şəkildə xidmət etməsi barədəki rəylərini əks etditir. Hökumət bundan əlavə, Uşaq Hüquqları haqqında BMT Konvensiyasına da istinad edir.
84. Hazırki işlə bağlı Hökumət hesab edir ki, daxili məhkəmələrin Palatanın qərarında göstərildiyi kimi « ailə vəziyyətinin bütünlüklə və dərin analizi »ni aparmaları barədəki öhdəliyi uşaqla birgə yaşamaq hüququ və uşağın yaşayış yeri məsələlərinin uşağın daimi yaşayış yeri üzrə məhkəmələrin səlahiyyətində olduğunu nəzərdə tutan Haaqa Konvensiyasına ziddir.
85. Digər tərəfdən, o hesab edir ki, milli məhkəmələr uşağın üstün maraqlarının müəyyən olunması üçün daha əlverişli vəziyyətdədir: Məhkəmə özünü onların yerinə qoymalı deyildir, 8-ci maddənin tələblərinə riayət olunub-olunmadığına nəzarət etməlidir. Belə dərin analizin aparılmasını tələb etmək qaytarılma prosesi ilə uşaqla birgə yaşamaq hüququ ilə bağlı prosesin fərqinin aradan qaldırılmasına və beləliklə, Haaqa Konvensiyasının mahiyyətinin itməsinə gətirib çıxarardı. Hökumət vurğulayır ki, sonuncu özünün 12, 13 və 20-ci maddələrində qaytarılmadan imtinanın əsaslarını nəzərdə tutur.
86. Palatanın fikrincə yerli məhkəmələrin kifayət qədər nəzərə almadığı psixoloq rəyinə gəlincə, Hökumət qeyd edir ki, bu rəy, uşağın anası tərəfindən Haaqa Konvensiyasının 13-cü maddəsi mənasında uşağın qaytarılması halında ciddi təhlükənin olması iddiası ilə bağlı verilmişdi. Appelyasiya Məhkəməsi, mülahizə səlahiyyətinə və Haaqa Konvensiyasının daçıdığı məqsədlərə əsaslanaraq, Haaqa Konvensiyasının 13-cü maddəsi ilə bağlı iddiaları əsassız hesab edərək rədd etmişdi. Bu arqumentlərə görə və hakimlər Myjer və López Guerranın Palata qərarına əlavə edilmiş fərqli rəyinə istinad edərək, Finlandiya Hökuməti hesab edir ki, hazırki işdə Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməmişdir.
ii. Çex Respublikası Hökuməti
87. Hökumət hesab edir ki, Böyük Palatanın vercəyi qərar yalnız cavabdeh Dövlət və Konvensiya sistemi üçün deyil, həm də Haaqa Konvensiyasının işləməsi və Avropa kontinentindən kənar dövlətlər üçün də böyük əhəmiyyət daşıyır. O hesab edir ki, Haaqa Konvensiyası uşağın qaçırılmasının uşaq və vəziyyətin qurbanı olan valideyn üçün ciddi nəticələrini nəzərə alan bir prosedur təmin edir. Uşaq qaçırılmasının geridönülməz nəticlərinin qarşısını almaq üçün sürətli proses və qaytarılma vacibdir və Haaqa Konvensiyası uşağın qaçırılmasına qədər mövcud olan status quo-nun bərpa olunmasının hüquqların müdafiəsi üçün ən yaxşı başlanğıc nöqtəsi olması prinsipindən çıxış edir. Hökumət bu mənada Avropa ittifaqında qüvvədə olan « II bis Bkrussel Qərarı »na da istinad edir.
88. Hökumət digər tərəfdən dəqiqləşdiri ki, Haaqa Konvensiyası xüsusi olaraq uşaqla birgə yaşamaq hüququ ilə bağlı məsələni uşağın daimi yaşayış yeri üzrə məhkəmənin səlahiyyətinə vermişdir və qaytarılmadan imtina uşaq üçün ciddi təhlükənin olduğu hallarda istisna olaraq nəzərdə tutulur. Hökumət hesab edir ki, Məhkəmə təcrübəsinin inkişafı subsidiarlıq prinsipinə ziddir və Haaqa Konvensiyasının daşıdığı məqsədlərə qarşıdır. « Ailə vəziyyətinin bütünlüklə və dərin analizi» uşaqla birgə yaşamaq hüququnun araşdırılması demək olardı, bütün prosesi ləngidərdi və vaxtın keçməsi uşağın dindirilməsinin mümkün olduğu hallarda uşağa təsir edə bilər. Loyallıq naminə, uşağı qaçırmaqda günahkar olan və uşağın qaytarılması halında ciddi təhlükənin olacağını qısa müddət ərzində sübut etməli olan valideynə, uşağın kimlə yaşamalı olması məsələsinin həlli üçün öz istədiyi ölkənin məhkəməsini seçmək imkanı verilməsindənsə, onu prosessual mənada bütün avataqlardan məhrum etmək da doğru olar.
89. Çex Respublikası Hökuməti Haaqa Konvensiyasının tələb etdiyi sürətliliklə, Məhkəmənin yeni təcrübəsindəki sübutların ciddi analizi tələbi arasında münaqişə olduğunu nəzərə çatdırır. Uşağın hazırda olduğu ölkə məhkəmsinin uşağın qaytarılması ilə bağlı prosesi ilə uşağın daimi yaşayış yeri üzrə məhkəmənin uşaqla birgı yaşamaq hüququ ilə bağlı prosesi arasında böyük fərq vardır. Konvensiyaya və Haaqa Konvensiyasına tərəf Dövlətlər hər iki çərçivədə öhdələrinə düşən öhdəlikləri yerinə yetirməlidir və onlara hər iki mətnin uzlaşdırılmış təfsiri və tətbiqi lazımdır. Nəzərə alınmalıdır ki, « II bis Brussel qərarı» Haaqa Konvensiyasından daha sərtddir. Beynəlxalq Xüsusi Hüquq üzrə Konfransın Daimi Bürosunun (INCADAT) məlumat bazası milli məhkəmələrin Haaqa Konvensiyasının, onun məqsədlərinə uyğun olaraq sərt şəkildə tətbiq edildiyini görməyə imkan verir. Çex Respublikası Hökuməti subsidiarlıq prinsipinə qayıtmağı xahiş edir və Böyük Platanı Palatanın qərarını dəyişməyə və qaytarılma xahişi ilə müraciət olunmuş məhkəmənin ailə vəziyyətinin analizi ilə bağlı sərhədləri dəqiq müəyyən etməyə dəvət edir.
iii. « Reunite International Child Abduction Centre » (« Reunite ») Təşkilatı
90. Reunite xatırladır ki, Haaqa Konvensiyası əsaslandırılmamış beynəlxalq qaçırılmanın qurbanı olan uşaqların müdafiəsini asanlaşdırmaq üçün hazırlanmışdır və bəzi hallar istisna olmaqla, uşağın tez bir zamanda qaytarılması onun üstün maraqlarına uyğundur. Reunite Məhkəmənin Maumousseau et Washington (yuxarida istinad edilmiş, § 69) işində Haaqa Konvensiyasının məqsədi ilə bağlı xülasəsi ilə tamamilə razıdır. Təşkilat bildirir ki, uşaqların beynəlxalq oğurlanmasında böyük uğur qazanmış Haaqa Konvensiyasının məqsədi böyüklərin deyil, uşaqların müdafiəsini təmin etməkdir. Onda uşağın tez bir şəkildə qaytarılmasına bir neçə istisna nəzərdə tutulur və uşağın vəziyyəti ilə bağlı ümumi məsələlərin həllini uşağın daimi yaşadığı ölkənin məhkəmələrinə saxlayır. Sonuncular uşağın maraqlarının dərin analizini aparmaq vəzifəsinə malikdir, bundan fərqli olaraq, uşağın yerləşdiyi ölkənin məhkəmələri qaytarılma müraciətinə Haaqa Konvensiyasının müəyyən etdiyi çərçivədə baxmalıdır.
91. Məhkəmənin yurisprudensiyasında Haaqa Konvensiyasının yaxşı işləməsi üçün əhəmiyyətli məsələləri müəyyəmləşdirdiyini bildirən Reunite qeyd edir ki, bu yurisprudensiyanın son zamankı inkişafı sanki uşağın qaytarılmasına istisna ilə bağlı analizin daha dərin aparılmasını tələb edir. Təşkilat Böyük Palatadan xahiş edir ki, Haaqa Konvensiyası kontekstində ailə vəziyyətinin bütünlüklə və dərindən araşdırılması tələbini aydınlaşdırsın və bunun, yalnız qaytarılmanın Konvensiya ilə uyğunluğuna aid olduğunu, mahiyyət üzrə məsələnin daimi yaşayış yeri üzrə məhkəmənin eksklüziv səlahiyyəti olduğunu dəqiqləşdirsin.
d. Məhkəmənin dəyərləndirməsi
i. Əsas prinsiplər
92. Məhkəmə ilk olaraq, araşdırmasında onu istiqamətləndirəcək və Nada c. Suisse ([BP], no 10593/08, § 167, 12 sentyabr 2012, CEDH 2012-...) qərarında aşağıdakı şəkildə ifadə etdiyi bəzi prinsipləri xatırlatmağı uyğun hesab edir:
« 168. Formalaşmış presedent hüququna əsasən, Razılığa gələn Tərəf Konvensiyanın 1-ci Maddəsinə uyğun olaraq, bütün orqanlarının hərəkətlərinə və hərəkətsizliyinə görə, sözügedən hərəkət və ya hərəkətsizliyin dövlətdaxili hüququn və ya beynəlxalq hüquqi öhdəliklərə əməl etmək zərurətinin nəticəsi olub-olmamasından asılı olmayaraq, məsuliyyət daşıyır. 1-ci Maddə nəzərdə tutulan qaydanı və ya tədbiri tiplərinə görə fərqləndirmir və Razılığa gələn Tərəfin “yurisdiksiyasının” heç bir hissəsini Konvensiya əsasında baxılmaqdan istisna etmir (bax Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda istinad edilib, § 153, və Türkiyə Birləşmiş Kommunist Partiyası və Başqaları Türkiyəyə qarşı (United Communist Party of Turkey and Others v. Turkey), 30 yanvar 1998-ci il, § 29, Hesabatlar 1998-I). Konvensiyanın Dövlət üçün qüvvəyə minməsinin ardınca Dövlətin öz üzərinə götürdüyü müqavilə öhdəlikləri Konvensiyanın məqsədləri üçün Dövlətin məsuliyyətini də nəzərdə tuta bilər (bax Al‑Saadoon və Mufdhi Birləşmiş Krallığa qarşı (Al‑Saadoon and Mufdhi v. the United Kingdom), no. 61498/08, § 128, ECHR 2010, və Bosphorus Hava Yolları Turizm ve Ticaret Anonim Şirketi, yuxarıda istinad edilib, § 154, və orada istinad edilən işlər).
169. Bundan başqa, Məhkəmə bir daha vurğulayır ki, Konvensiya boşluqda (vakuumda) deyil, beynəlxalq hüququn ümumi prinsipləri ilə həmahəng şəkildə təfsir olunmalıdır. Müqavilələr Hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 31 § 3 (c) Maddəsində göstərildiyi kimi, “beynəlxalq hüququn tərəflər arasındakı münasibətlərə tətbiq olunan hər hansı müvafiq qaydaları” və xüsusilə insan hüquqlarının beynəlxalq müdafiəsi ilə bağlı qaydalar nəzərə alınmalıdır (bax, misal üçün, Neulinger və Shuruk İsveçrəyə qarşı (Neulinger and Shuruk v. Switzerland) [GC], no. 41615/07, § 131, ECHR 2010; Al‑Adsani Birləşmiş Krallığa qarşı (Al‑Adsani v. the United Kingdom) [GC], no. 35763/97, § 55, ECHR 2001-XI; və Golder Birləşmiş Krallığa qarşı (Golder v. the United Kingdom), 21 fevral 1975-ci il, § 29, Seriya A no. 18).
170. Yeni öhdəliklər yaradarkən, Dövlətlər əvvəlki öhdəliklərindən azad olmurlar. Bir neçə bir-birinə açlq-aşkar zidd olan müqavilələr tətbiq olunduqda, onlar beynəlxalq presedent hüququna və akademik fikirlərə əsasən elə təfsir olunmalıdır ki, onların təsiri əlaqələndirilsin və onlar arasında qarşıdurmaya yol verilməsin. Buna görə də, iki fərqli öhdəlik mümkün olduğu qədər elə ahəngləşdirilməlidir ki, onların təsirləri qüvvədə olan qanunvericiliyə tamamilə uyğun olsun (bax, bununla bağlı, Al-Saadoon və Mufdhi, yuxarıda istinad edilib, § 126; Al-Adsani, yuxarıda istinad edilib, § 55; və Banković işi üzrə qərar, yuxarıda istinad edilib, §§ 55-57; həmçinin bax: Beynəlxalq Hüquq Komissiyasının araşdırma qrupunun “Beynəlxalq hüququn fraqmentallaşdırılması: beynəlxalq hüququn diversifikasiyasından və genişlənməsindən irəli gələn çətinliklər” adlı hesabatı» (...)).
93. Konvensiya ilə 25 oktyabr 1980-ci il Uşaqların beynəlxalq oğurlanması haqqında Haaqa Konvensiyası arasındakı əlaqəyə gəlincə, Məhkəmə xatırladır ki, uşaqların beynəlxalq oğurlanması sahəsində Dövlətin 8-ci maddəyə əsasən öhdəlikləri Haaqa Konvensiyasının (yuxarıda istinad edilmiş Ignaccolo-Zenide, § 95, Iglesias Gil et A.U.I. c. Espagne, no 56673/00, § 51, CEDH 2003‑V, və yuxarida istinad edilmiş Maumousseau et Washington, § 60), 20 noyabr 1989-cu il Uşaq hüquqları haqqında Konvensiya (yuxarida istinad edilmiş Maire, § 72, yuxarida istinad edilmiş Maumousseau et Washington, və yuxarida istinad edilmiş Neulinger et Shuruk, § 132) və Tərəf Dövlətlar arasındakı münasibətlərə tətbiq oluna bilən beynəlxalq hüquq qayda və prinsiplərinin (Demir et Baykara c. Turquie [BP], no 34503/97, § 67, CEDH 2008-...) tələbləri işığında təfsir edilməlidir.
94. Bu yanaşma beynəlxalq sənədlərin, hazırki işdə məqsədləri və uşaqların və valideynlərin hüquqlarının müdafiəsindəki təsiri nəzərə alanaraq, Konvensiya və Haaqa Konvensiyasının birgə və ahəngli tətbiqi ideyasına uyğundur. Beynəlxalq müddəaların bu şəkildə nəzərə alınması müxtəlif sazişlər arasında fərq və ya qarşıdurma yaratmalı deyil, Məhkəmə isə öz missiyasını, yəni « Tərəfdaş Dövləətlərin öhdəliklərinin yerinə yetirilməsini təmin etmək » missiyasını (bax : digərləri arasında Loizidou c. Turquie (ilkin etirazlar), 23 mart 1995, § 93, seriya A no 310), Konvensiyanın tələblərini konkretləşdirəcək və səmərəliləşdirəcək şəkildə təfsir və tətbiq edərək (bax : xüsusilə, Artico c. Italie, 13 may 1980, § 33, seriya A no 37, və yuxarıda istinad edilmiş Nada, § 182) həyata keçirməlidir.
95. Ən mühüm məsələ münaqişədə olan maraqlar - uşağın, hər iki valideynin maraqları və ictimai qayda marağı - arasında yaradılmalı olan ədalətli tarazlığın, bu sahədə Dövlətlərin malik olduğu mülahizə səlahiyyəti çərçivəsində (yuxarıda istinad edilmiş Maumousseau et Washington, § 62) və uşağın üstün maraqlarının ən əhəmiyyətli mülahizə olduğu və preventiv tədbirlərin görülməsi və dərhal qaytarılma kimi məqsədlərin də uşağın üstün maraqları konsepsiyasına xidmət etdiyi (yuxarıdakı 35-ci paraqraf) nəzərə alınaraq əldə olunub-olunmadığıdır.
96. Məhkəmə xatırladır ki, beynəlxalq hüquq da daxil olmaqla, dünyada uşaqla bağlı bütün qərarlarda üşağın üstün maraqlarının ən əhəmiyyətli hesab edilməsi ideyası ilə bağlı geniş konsensus vardır (yuxarıdakı 37-39-cu paraqraflar).
97. Eyni fəlsəfə Haaqa Konvensiyasının təməlində də yatır və o, bu marağı, qanunsuz başqa yerə aparılma halında uşağın daimi yaşayış ölkəsinə dərhal qaytarılma qərarı vasitəsilə status quo-nun bərpasında görür, lakin onu da nəzərə alır ki, qaytarılmama da bəzi hallarda uşağın maraqlarına uyğun olan obyektiv səbəblərlə əsaslandırılmış ola bilər. Bu, xüsusilə qaytarılmanın uşağa ciddi fiziki və ya psixi təhlükə yaratması və ya onu hər hansı başqa şəkildə dözülməz vəziyyətə salacağı halda (maddə 13, birinci bənd, b hərfi) istisnaların mövcudluğunu izah edir. Məhkəmə digər tərəfdən müəyyən edir ki, Avropa İttifaqı üzv Dövlətləri ehtiva edən bir sistem işərisində qarşılıqlı inam prinisipinə söykənərək, eyni fəlsəfədən çıxış edir. Haaqa Konvensiyasında müəyyən olunan qaydaları tamamlayan «II bis Brüssel Qərarı » da preambulasında uşağın üstün maraqlarına istinad edir (yuxarıdakı paraqraf 42), Əsas Hüquqlar Haqqında Xartiyanın 24-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, uşaqlarla bağlı bütün qərarlarda ən mühüm faktor olmalıdır (yuxarıdakı paraqraf 41).
98. Beləliklə, həm Konvensiyanın 8-ci maddəsindən, həm də Haaqa Konvensiyasının özündən birbaşa olaraq belə çıxır ki, sonuncunun nəzərdə tutduğu uşağın daimi yaşadığı ölkəyə qayatarılmasına istisna hallar mövcud olduğundan, uşağın qaytarılması avtomatik və ya mexaniki şəkildə əmr edilə bilməz (yuxarıda istinad edilmiş Maumousseau et Washington, § 72 və Neulinger et Shuruk, § 138).
99. Məhkəmənin Neulinger və Shuruk, (yuxarıda istinad edilmiş, § 140) işindədə xatırlatdığı kimi, bu sahədə Dövlətlərin öhdəldəlikləri Maumousseau və Washington (yuxarıda istinad edilmiş qərar, § 83) işində müəyyən edilmişdir.
100. Uşağın üstün maraqları atanın və ya ananın maraqları ilə qarışdırılmalı deyildir və uşağın fərdi profili və ailə vəziyyətinin spesifikasının dəyərləndirilməsi zamanı fərqli elementlərin nəzərə alınmalıdır. Bununla belə, deyilə həm Haaqa Konvensiyasını tətbiq etməklə qaytarılma ilə bağlı müraciət olunmuş məhkəmə, həm də mahiyyəti üzrə uşaqla birgə yaşamaq hüququnu həll edəcək hakim bu anlayışları eyni şəkildə müəyyən etmir, çünki sonuncu Haaqa Konvensiyasının predmetinə yad olan bir prosedurdur (maddə 16, 17 və 19 ; yuxarıdakı paraqraf 35).
101. Beləliklə, uşaqla birgə yaşamaqla bağlı prosesdən fərqli olan Haaqa Konvensiyasının tətbiqi uşağın qaytarılması ilə bağlı edilmiş müraciət çərçivəsində, uşağın üstün maraqları anlayışı Haaqa Konvensiyasında nəzərdət tutulan istisnaların işığında dəyərləndirilir. Bunlar vaxtın keçməsi (maddə 12), Konvensiyanın tətbiqi şərtləri (maddə 13 a)) və « ciddi » təhlükənin olması (maddə 13 b)), eləcə də müraciət olunmuş Dövlərin insan hüquq və təməl azadlıqlarının müdafiəsi sahısindəki əsas prinsiplərinə hörmətdir (maddə 20). Bu vəzifə, ilk növbədə, maraqlı şəxslərlə ünsüyyət üstünlüyünə malik olan müraciət olunmuş Dövlətin orqanlarının vəsifəsidir. Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq bu vəzifəni həyata keçirmək üçün yerli məhkəmə orqanlarının mülahizə səlahiyyətləri vardır, lakin bu sonuncu Avropa nəzarəti ilə müşayiət olunur. Bu çərçivədə Məhkəmə Konvensiyanın işığında onların bu səlahiyyətini həyata keçirərkən qəbul etdiyi qərarlarını yoxlayır (bax : mutatis mutandis, Hokkanen c. Finlande, 23 sentyabr 1994, § 55, série A no 299-A, yuxarıda istinad olunmuş Maumousseau et Washington, § 62, və Neulinger et Shuruk, § 141).
102. Bu yoxlamanın çəçivəsində Məhkəmə xatırladır ki, özünü yerli məhkəmə orqanlarının yerinə qoymaq niyyətində deyildir (bax : məsələn, yuxarıda istinad olunmuş Hokkanen, və K. et T. c. Finlande [BP], no 25702/94, § 154, Recueil 2001-VII). Bununla belə, Məhkəmə əmin olmalıdır ki, mübahisələndirilən məhkəmə qərarının qəbul olunduğu qərarvermə prosesi ədalətli olmuş və tərəflərə öz hüquqları ilə bağlı fikir irəli sürmək imkanı verilmiş və bütün proses uşağın üstün maraqları prinsipinə riayət olunmaqla keşirilmişdir (Eskinazi et Chelouche c. Turquie (qərardad), no 14600/05, CEDH 2005‑XIII (çıxarışlar), Maumousseau et Washington,yuxarıda istinad olunmuş, et Neulinger et Shuruk, yuxarıda istinad olunmuş, § 139).
103. Bununla bağlı, Hökumət hesab edir ki, estimlə vəziyyətinin bütünlüklə nəzərə alınması tələbi hər bir işin xüsusi hallarından asılı olaraq dəyişməlidir (yuxarıdakı paraqraf 75). Müdaxilə edən üçüncü tərərflərə gəlincə, onlar ya hesab edirlər ki, « ailə vəziyyətinin bütünlüklə və dərin analizi » tələbi (Neulinger et Shuruk, yuxarıda istinad olunmuş) Haaqa Konvensiyasına ziddir (yuxarıdakı paraqraf 84 və 88), ya da Məhkəmədən xahiş edirlər ki, bu məsələni aydınlaşdırsın (yuxarıdakı paraqraf 91) və qaytarılma ilə bağlı müraciət olunmuş məhkəmə tərəfindən ailə vaziyyətinin araşdırılmasının sərhədlərini müəyyənləşdirsin (yuxarıdakı paraqraf 89).
104. Bu məsələ ilə bağlı, Məhkəmə müşahidə edir ki, sonrakı qərarlarda (bax : digərləri ilə yanaşı, Raban c. Roumanie, no 25437/08, § 28, 26 oktyabr 2010, Šneersone et Kampanella, yuxarıda istinad olunmuş, § 85 və bu yaxınlarda qəbul edilmiş M.R. et L.R., yuxarıda istinad olunmuş, § 37) istinad olunan Neulinger et Shuruk (yuxarıda istinad olunmuş, § 139) işində Böyük Palata tərəfindən qəbul edilmiş qərar həqiqətən də yerli məhkəmə orqanlarının bütün ailə vəziyyətinin və lbir sıra digər elementlərin dərin analizini aparmalı olduğunu tələb edən bir qərar hesab edilə bilər. Bu formula artıq Palata tərəfindən Maumousseau et Washington (yuxarıda istinad olunmuş, § 74) istifadə olunmuş və hesab edilmişdi ki, yerli məhkəmələr belə bir analizi həyata keçirmişlər.
105. Bu kontekstdə Məhkəmə, Neulinger və Shuruk qərarının 139-cu paraqrafındakı fikrin öz-özlüyündə yerli məhkəmələr tərəfindən Haaqa Konvensiyasının tətbiqinə heç bir maneə törətmədiyini aydınlaşdırmağı uyğun hesab edir.
106. Məhkəmə hesab edir ki, Konvensiyanın və Haaqa Konvensiyasının harmonik təfsirinə nail olmaq olar (yuxarıdakı paraqraf 94), bir şərtlə ki, aşağıdakı iki tələbə riayət olunsun. İlk olaraq, həmin Konvensiyanın 12, 13 və 20 maddələrində nəzərdə tutulan uşağın qaytarılmasına istisnalara səbəb olacaq elementlər maraqlı şəxslər tərəfindən qaldırıldıqda, məhkəmələr tərəfindən həqiqətən nəzərə alınsın. Bu səbəbdən məhkəmələr bu məsələ ilə bağlı kifayət qədər əsaslandırılmış qərar verməli və beləliklə, Məhkəmənin bu sualların səmərəli araşdırma predmeti olduğuna əmin olmasına imkan verməlidir. İkincisi, bu elementlər Konvensiyanın 8-ci maddəsi işığında dəyərləndirilməlidir (Neulinger et Shuruk, yuxarıda istinad olunmuş, § 133).
107. Beləliklə Məhkəmə hesab edir ki, Konvensiyanın 8-ci maddəsi bu məsələ ilə bağlı dövlət orqanları üzərinə xüsusi prosedural öhdəlik qoyur: uşağın qaytarılması müraciətinin araşdırılması zamanı məhkəmələr yalnız qaytarılma halında uşaq üçün « ciddi təhlükə » ilə bağlı iddiaları araşdırmalı deyil, həm də bu məsələ ilə bağlı rəyini, işin xüsusi hallarını nəzərə almaqla xüsusilə əsaslandırılmış qərarla bildirməlidir. Həm Haaqa Konvensiyasının 12, 13 və 20 maddələrinin əhatə dairəsinə düşəcək etirazları nəzərə alamaqdan imtina, həm də bu etirzaları rədd edən kifayət qədər əsaslandırılmamış qərar həm Konvensiyanın 8-ci maddəsinə, həm də Haaqa Konvensiyasının məqsədinə və predmetinə zidd olardı. Bu iddiaların səmərəli şəkildə nəzərə alınması və yerli məhkəmələr tərəfindən avtomatik və streotip deyil, Haaqa Konvensiyasının ciddi təfsir olunmalı olan istisnalarına (Maumousseau et Washington, yuxarıda istinad olunmuş, § 73) münasibətdə kifayət qədər əsaslandırılmış qərar qəbul edilməsi zəruridir. Bu, vəzifəsi özünü yerli məhkəmələrin yerinə qoymaq olmayan Məhkəməyə tapşırılmış avropa nəzarətinin həyata keçirilməsinə imkan verər.
108. Digər tərəfdən, Haaqa Konvensiyasının preambulası uşağın « daimi yaşadığı Dövlət »ə qaytarılmasını və məhkəmələrin bu Dövlətdə adekvat təminatların inandırıcı şəskildə təmin edildiyindən və ciddi təhlükə halında konkret müdafiə tədbirlərinin görüləcəyindən əmin olmasını nəzərdə tutur.
ii. Bu prinsiplərin hazırki işə tətbiqi
109. Məhkəmə, mübahisələndirilən tədbirin həyata keçirildiyi zamana nəzərən fikir söyləməli olduğundan (bax : mutatis mutandis, Maslov c. Autriche [BP], no 1638/03, § 91, CEDH 2008-...) ilk olaraq müəyyən edir ki, bütün hallarda, çox uzun müddət keçməsi səbəbilə işinin halları xüsusilə spesifik olan Neulinger və Shuruk (yuxarıda istinad olunmuş) işindən fərqli olaraq, hazırki işdə Latviya dövlət orqanlarına Haaqa Konvensiyasına əsaslanan müraciət çox qısa müddətdə edilmişdi. Uşaq həyatının ilk illərini Avstralida yaşamışdı və Latviyaya üç yaş beş ayı olanda gəlmişdi. Qaytarılma barədə müraciət mərkəzi orqana uşağın Avstraliyadan aparılmasından iki ay sonra göndərilmişdi, rayon məhkəməsi və Riqa Regional Məhkəməsinin qərarı onun Latviyay gətirilməsindən müvafiq olaraq dörd və altı ay sonra çıxarılmışdı. Nəhayət, T. E.-ni tapmış və 14 mart 2009-cu ildə onunla birgə Avstraliyaya qayıtmışdı. Bundan belə çıxır ki, təkcə müraciətin Latviya dövlət orqanlarına göndərilməsi deyil, həm də bütün Latviya məhkəmələrindəki daxili proses və uşağın qaytarılması, uşağın dərhal qaytarılmasını nəzərdə tutan Haaqa Konvensiyasının 12-ci maddəsinin birinci bəndində göstərilən bi il müddətindən daha az bir müddətdə həyata keçirilmişdi.
110. Digər tərəfdən, Məhkəmə nəzərə alır ki, birinci instansiya və appelyasiya üzrə milli məhkəmələr T.-nin qaytarılma barədə müraciətinə veriləcək cavabla bağlı eyni rəydə idilər. Belə ki, 19 noyabr 2008-ci il takrixlli qərarı ilə, hər iki valideynin iştirak etdiyi icalsda rayon məhkəməsi hesab etdi ki, Haaqa Konvensiyası tətbiq olunandır və T.-nin müraciətini qəbul edərək uşağın Avstraiyaya qaytarılmasını əmr etdi. 26 yanvar 2009-cu ildə yenə də hər iki valideynin iştirakı ilə keçirilən iclasda Riqa Regional Məhkəməsi bu qərarı qüvvədə saxladı.
111. Latış məhkəmələrinin qərarlarının əsaslandırmasına gəlincə, Məhkəmə müəyyən edir ki, birinci instansiya məhkəməsi ərizəçinin Haaqa Konvensiyasının 13-cü maddəsi üzrə qaldırdığı uşağın qaytarılmasına etirazları əsaslandırılmış şəkildə, xüsusilə tərəflərin təqdim etdiyi sənədləri, yəni fotolar və ərizəçi və T.-nin qohumları arasında yazışmaların surətlərini və ərizəçinin təqdim etdiyi şahid ifadələrini araşdıraraq rədd etmişdi. Lakin Avstraliya dövlət orqanlarından T.-nin keşmiş məhkumluqları və ona qarşı qaldırıldığı iddia olunan ittihamlarla bağlı məlumat istəməkdən imtina edən məhkəmə, ərizəçinin sübut edə bilmədiyi əsası ilə, uşağın anasından dərhal ayrılacağı təqdirdə psixi təhlükəyə məruz qalacağı ilə bağlı iddiani rədd etmişdi (yuxarıdakı paraqraf 21).
112. Məhkəmə müəyyən edir ki, sonradan, Riqa Regional Məhkəməsindəki prosesdə vəziyyət fərqli olmuşdur. Ərizəçi öz appelyasiya şikayətinə onun xahişi ilə bir psixoloq tərəfindən, 16 dekabr 2008-ci il tarixdə, yəni birinci instansiya məhkəməsinin qərarından sonra hazırlanmış. Bu sənəddən belə çıxırdı ki, uşağın azyaşlı olması onun harda yaşamağı istəməsini müəyyənləşdirməyə mane olsa da, anası ilə dərrhal ayrılmaq uşağa dəyə biləcək psixoloji travma səbəbilə istisna edilməlidir (yuxarıdakı paraqraf 22).
113. Beləliklə, uşağın qaytarılması əmrinin icrasının təxirə salınması ilə bağlı müraciətə baxarkən rayon məhkəməsi uşağın maraqlarına uyğun olaraq icranın appelyasiya qərarına qədər təxirə salınması barədə qərar verərək bu amili nəzərə alsa da, (paraqraf 24 yuxarıdakı), regional məhkəmə həmin amili rədd etmişdi.
114. Məhkəmə qeyd edir ki, appelyasiya məhkəməsi psixoloq rəyinin uşaqla birgə yaşamaq məsələsinin mahiyyəti ilə bağlı olduğunu və bu səbəbdən, onun baxdığı qaytarılma məsələsi ilə bağlı sübut təşkil edə bilmədiyini hesab etmişdi. Beləliklə, bu əsasla, Riqa Regional Məhkəməsi bu ekspertizanın nəticələrini Haaqa Konvensiyasının 13 b) maddəsinin müddəaları işığında nəzərə alaqdan imtina etmişdi, halbuki, bu sənəd, birbaşa olaraq uşağın üstün maraqları anlayışı ilə bağlı idi və anası ilə dərhal ayrılacağı təqdirdə uşaq üçün psixoloji travma təhlükəsindən bəhs edirdi (bax : a contrario, Maumousseau et Washington, yuxarıda istinad olunmuş, § 63).
115. L’Konvensiyanın 8-ci maddəsi latış dövlət orqanları üzərinə prosedural öhdəlik qoyur və tələb edirdi ki, qaytarılma halında « ciddi təhlükə » barədə müdafiə oluna bilən iddia yerli məhkəmələr tərəfindən səmərəli araşdırma predmeti olsun və onlar, əsaslandırılmış qərar qəbul etsinlər (yuxarıdakı paraqraf 107).
116. Haaqa Konvensiyasının 13 b) maddəsinə görə, qaytarılma müraciətinə baxarkən, məhkəmələr « qaytarılmaya etiraz edən şəxs, qurum və ya orqan... « ciddi təhlükə » olduğunü müəyyən edərsə », bu müraciəti qəbul edə bilməzlər. Uşağın qaytarılmasına etiraz edən valideyn, ilk növbədə bu barədə kifəayət qədər sübut təqdim etməlidir. Hazırki işdə iddialarını əsaslandırmaq üçün sübut təqdim etməli olan şəxs ərizəçi idi və bu sübutlar 13b) maddəsində xüsusi olaraq nəzərdə tutulmuş « ciddi » təhlükənin mövcudluğuna dair olmalı idi. Məhkəmə qeyd edir ki, bu maddə « ciddi təhlükə »nin dəqiq xarakteri ilə bağlı məhdud deyildir – o, təkcə « fiziki və ya psixi təhlükə » deyil, həm də « dözülməz vəziyyət »dir – və Konvensiyanın 8-ci maddəsinin məqsədləri üçün, onun qaytarılma halında yaşanan vəziyyətin bütün narahatlıqlarını ehtiva etdiyi hesab oluna bilməz : 13 b) maddəsində nəzərdə tutulan istisna bir uşağın ağlabatan şəkildə dözə biləcəyindən kənara çıxan vəziyyətləri ehtiva edir. Ərizəçi psixoloq tərəfindən verilə arayışı təqdim etməklə vəzifəsini yerinə yetirmişdir ki, bu sənədə görə, anası ilə dərhal ayrılarsa, uşağın psoxoloji travmaya məruz qalması təhlükəsi var. Digər tərəfdən, ərizəçi həmçinin T.-nin məhkumluğunun olması və zorakılıq hərəkətləri barədə də məlumat vermişdir. Beləliklə, latış məhkəmələri « ciddi təhlükə »nin mövcudluğunu təsdiqləmək və ya rədd etmək üçün ciddi yoxlamalar aparmalı idilər. (B. c. Belgique, no 4320/11, §§ 70-72, 10 iyul 2012).
117. Beləliklə, Məhkəmənin fikrincə, ərizəçinin Haaqa Konvensiyasının 13 b) maddəsi mənasında ciddi təhlükənin olması barədə peşəkarın verdiyi rəylə əsaslandırdığı belə bir iddianı nəzərə almaqdan imtina Konvensiyanın 8-ci maddəsinin tələblərinə zidd idi. Bu ekspertizanın çəkişmə xarakteri olmaması məhkəmələrin onu səmərəli şəkildə araşdırmaqdan azad etmir, çünki məhkəmənin səlahiyyəti Regional Məhkəmənin sənədi tərəflərin müzakirəsinə çıxarmasına, hətta öz təşəbbüsü ilə şəkişməli məhkəmə ekspertizası təyin etməyə imkan verirdi – latış qanunları bunu nəzərdə tuturdu (yuxarıdakı paraqraf 45). Ananın uşaqın ardıyla Avstraliyaya gedə və uşaqla ünsiyyət saxlaya bilməsi də araşdırılmalı idi. Məhkəmə digər tərəfdən vurğulayır ki, bütün hallarda Konvensiyanın 8-ci maddəsinin təsbit etdiyi hüquqlar latış hüququnun tərkib hissəsidir, birbaşa tətbiq olunandır və Haaqa Konvensiyasının 20-ci paraqrafı mənasında « müraciət olunan Dövlətin insan hüquq və təməl azadlıqlarının müdafiəsi barədə əsas prinsiplər »dir və Regional Məhkəmə hazırki işin hallarında özünü belə bir nəzarətdən azad edə bilməzdi.
118. Haaqa Konvensiyasında nəzərdə tutulan və Riqa Regional Məhkəməsinin əsaslandırmasında göstərilən qısa müddətlərə (yuxarıdakı paraqraf 25) riayət etməklə bağlı Məhkəmə xatırladır ki, həmin Konvensiya 11-ci maddəsində məhkəmə orqanlarının təcili olaraq araşdırmalı olduğunu nəzərdə tutulsa da, bu onları, hazırki işdəki kimi 13 b) maddəsində nəzərdə tutulan istisnalarla bağlı tərəfin iddialarını səmərəli şəkildə araşdırmaqdan azad edə bilməz.
119. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin ailə həyatına hörmət hüququna qeyri-proporsional müdaxilə baş vermişdir, Riqa Regional Məhkəməsinin ərizəçinin Haaqa Konvensiyasının 13 b) maddəsi üzrə qaldırdığı iddialarına səmərəli şəkildə baxılmaması səbəbilə, daxili hüquq üzrə qərarvermə prosesi Konvensiyanın 8-ci maddəsinin prosedural tələblərinə uyğun olmamışdır.
120. Beləliklə, Konvensiyanın 8-ci maddəsi pozulmuşdur.
II. KONVENSIYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
121. Konvensiyanın 41-ci maddəsində deyilir :
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir »
A. Ziyan
122. Ərizəçi maddi və ya mənəvi ziyanla bağlı heç bir təzminat istəməmişdir və Məhkəmə hesab edir ki, bu başlıq altında ona heç bir məbləğ ödənilməli deyildir.
B. Xərc və məsrəflər
123. Ərizəçi 1 996,91 latış latı (LVL), yəni 2 858,84 avro (EUR) tələb edir və Məhkəmənin Böyük Palatası qarşısında çəkdiyi xərc və məsrəflər üçün müəyyən sübutlar təqdim edir.
124. Hökumət hesab edir ki, ərizəçinin tələbi, nümayəndəsinin Məhkəmənin iclasında iştirakı üçün etdiyi səyahətə görə istədiyi 485,19 EUR istisna olmaqla, nə əsaslandırılmış, nə də ağlabatandır.
125. Məhkəmə xatırladır ki, ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırki işdə, sərəncamındakı sənədlər və öz təcrübəsinə əsasən Məhkəmə ərizəçiyə qarşısındakı proseslə bağlı xərc və məsrəflərə görə, 2 000 EUR ödəməyi ağlabatan hesab edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
126. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA, MƏHKƏMƏ,
1. Hesab edir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (səkkiz səsə qarşı doqquz səs) ;
2. Hesab edir ki (yeddi səsə qarşı on səs),
a) cavabdeh Dövlət üç ay ərzində ərizəçiyə xərc və məsrəflər üçün, ərizəçiyə tətbiq ediləcək bütün vergi məbləği də əlavə olunmaqla, verildiyi tarixdəki kursa uyğun Latviya latına çevirməklə, 2 000 EUR (iki min avro) ödəməlidir;
b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir.
3. Ərizəçilərin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.
Fransızca və ingiliscə hazırlanmış, sonra Strazburqda, İnsan Hüquqları Saryında, 26 noyabr 2013-cü ildə elan edilmişdir.
Michael O’BoyleDean Spielmann
Katib müaviniSədr
Hazırki qərara Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq, aşağıdakı xüsusi rəylər əlavə edilir:
-hakim Pinto de Albuquerque-nin razılaşma rəyi ;
- hakimlər Bratza, Vajić, Hajiyev, Šikuta, Hirvelä, Nicolaou, Raimondi və Nussbergerin birgə fərqli rəyləri.
D.S.
M.O’B.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy