© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No 168
Noyabr 2013
X. Latviyaya qarşı [BP] - 27853/09
Qərar 26.11.2013 [GC]
Maddə 8
Maddə 8-1
Ailə həyatına hörmət
Haaqa Konvensiyasının tətbiqi ilə uşağın qaytarılması qərarı zamanı bütün uyğun elementlərin dərin analizi: pozuntu
Faktlar – 2005-ci ildə, o zaman T. ilə birgə yaşayan ərizəçinin bir qızı dünyaya gəlir. Uşağın doğum haqqında şəhadətnaməsində atanın adı dəqiqləşdirilməmişdi və heç bir atalıq testi edilməmişdi. 2008-ci ildə, ərizəçi qızı ilə Avstraliyanə tərk etmiş və öz ölkəsinə, Latviyaya yola düşmüşdür. Bundan sonra T. Avstraliya məhkəmələrindən uşaqla bağlı valideynlik hüququnun tanınmasını xahiş etmiş və bildirmişdir ki, ərizəçi qızı ilə Avstraliyadan onun razılığı olmadan getmişdir və bu Uşaqların Beynəlxalq Oğurlanmasının Mülki Aspektləri haqqında Haaqa Konvensiyasına ziddir. Avstraliya məhkəməsi hesab etmişdir ki, T. və ərizəçi uşaqla birgə yaşamaq hüququna malikdir və işə baxılması uşağın Avstraliyaya qaytarıılmasından sonra davam edəcəkdir. Avstraliya dövlət orqanları tərəfindən məlumatlandırılan səlahiyyətli latış orqanları ərizəçini dinləmiş və sonuncu, uşaqla birgə yaşamaq hüququna tək malik olduğu əsasıyla, Haaqa Konvensiyasının tətbiq olunmasına etiraz etmişdir. Latviya məhkəmələri T.-nin xahişini qəbul etmiş və belə nəticəyə gəlmişlər ki, onlar Avstraliya orqanlarının valideyn hüquq və vəzifələri ilə bağlı nəticələrini mübahisələndirə bilməzlər. Beləliklə, latış məhkəmələri ərizəçiyə uşağı altı həftə ərzində Avstraliyaya göndərməyi əmr etmişlər. 2009-cu ilin martında, T. ərizəçi ilə birlikdə olan uşağı götürür və onu Avstraliyaya aparır. Nəhayət, Avstraliya məhkəmələri hesab etmişdir ki, T. uşağın tək qəyyumudur və uşağın anası onunla ancaq sosial xidmət işmilərinin müşayiəti ilə görüşə bilər və onunla latış dilində danışa bilməz.
13 dekabr 2011-ci ildə verdiyi qərarla (bax : Məlumat qeydi no. 147), Məhkəmənin Palatası beş səsə qarşı iki səslə Konvensiyanın 8-ci maddəsinin pozuntusunun baş verdiyini elan etmiş və hesab etmişdir ki, latış məhkəmələrinin Haaqa Konvensiyasına uyğun olaraq uşağın geri qaytarılmasına qərar verdikləri zaman bütün uyğun elementlərin dərin analizini həyata keçirməmiş və ərizəçinin hüququna qeyri-proporsional müdaxilə etmişdilər.
Hüquqi məsələlər – Maddə 8 : Məhkəmədən ərizəçinin Maddə 8-də təsbit olunmuş hüquqlarına yerli məhkəmə qərarları nəticəsində olunmuş müdaxilənin « demokratik məmiyyətdə zəruri » olub-olmadığını müəyyən etmək istənilmişdir. Bununla bağlı, Məhkəmə xatırladır ki, bu sahədə Dövlətin mülahizə səlahiyyəti çərçivəsində və uşağın üstün maraqlarının ən əhəmiyyətli amil olduğu nəzərə alınaraq, yerli məhkəmələrin qərarlarının münaqişədə olan maraqlar-uşağın və hər iki valideynin maraqları və ictimai qayda marağı- arasında ədalətli tarazlığa nail olub-olmadığı müəyyənləşdirilməlidir. Avropa Konvensiyası və Haaqa Konvensiyasının harmonik təfsiri üçün, həmin Konvensiyanın 12, 13 və 20 maddələrində nəzərdə tutulan uşağın qaytarılmasına istisnalara səbəb olacaq elementlər maraqlı şəxslər tərəfindən qaldırıldıqda, məhkəmələr tərəfindən həqiqətən nəzərə alınsın və sonradan Avropa Konvensiyasının 8-ci maddəsinin işığında araşdırılmalıdır. Bundan belə çıxır ki, Konvensiyanın 8-ci maddəsi bu məsələ ilə bağlı dövlət orqanları üzərinə xüsusi prosedural öhdəlik qoyur: uşağın qaytarılması müraciətinin araşdırılması zamanı məhkəmələr həm qaytarılma halında uşaq üçün « ciddi təhlükə » ilə bağlı iddiaları ciddi araşdırmalıdır və əsaslandırılmış qərar verilməlidir. « Ciddi təhlükə »nin xarakteri ilə bağlı, Haaqa Konvensiyasının 13 b) maddəsi sadəcə uşağın ağlabatan şəkildə dözə biləcəyi vəziyyətlərdən daha ağır vəziyyətləri nəzərdə tutur.
Hazırki işdə Məhkəmə müəyyən edir ki, latış məhkəmələri qarşısında ərizəçi, uşağın Avstraliyaya göndəriləcəyi təqdirdə uşaq üçün « ciddi təhlükə » olacağı ilə bağlı bir neçə element irəli sürmüşdü və T.-nin bir neçə cinayət məhkumluluğun olması və ona qarşı zorakılıq hərəkətləri barədə də məlumatlandırmışdı. Ərizəçi appelyasiya şikayətinə psixoloq tərəfindən verilmiş və anası ilə dərhal ayrılacağı halda uşaq üçün travma təhlükəsi olduğunu bildirən bir rəy əlavə etmişdir. Milli məhkəmələr uşaq üçün « ciddi təhlükə » olub-olmadığını araşdırmalı olduğu halda və psixoloq rəyinin uşağın üstün maraqları ilə birbaşa bağlı olduğu halda, Regional Məhkəmə bu ekspertizanın rəyini Haaqa Konvensiyasının 13 b) maddəsinin müddəaları işığında araşdırmaqdan imtina etmişdir. Eyni zamanda, yerli məhkəmələr ərizəçinin qızının ardından Avstraliyaya gedib-gedə bilməyəcəyi və ya onunla ünsiyyətdə ola biləcəyi məsələlərini də araşdırmamışlar. Milli məhkəmələr ərizəçinin iddialarını lazımi şəkildə araşdırmamış, daxili hüquqda qərarvermə prosesi Konvensiyanın 8-ci maddəsinin prosedural tələblərinə uyğun olmamışdır. Beləliklə, ərizəçi ailə həyatına hörmət hüququna qeyri-proporsional bir müdaxilənin qurbanı olmuşdur.
Nəticə : pozuntu (səkkiz səsə qarşı doqquz səs).
Maddə 41 : ziyan üçün heç bir tələb irəli sürülməmişdir.
(Bax : Maumousseau et Washington c. France, 39388/05, 6 dekabr 2007, Məlumat qeydi 103, və Neulinger et Shuruk c. Suisse [BP], 41615/07, 6 iyul 2010, Məlumat qeydi 132)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy