© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Y. Sloveniyaya qarşı – ərizə № 41107/10
28.5.2015 tarixli qərar [V Bölmə]
Maddə 8
Pozitiv öhdəliklər
8-ci maddənin 1-ci bəndi
Şəxsi həyata hörmət hüququ
Seksual zorakılıqla bağlı cinayət prosesində şikayətçinin şəxsiyyətinin toxunulmazlığının qorunmaması: pozuntu baş verib
Faktlar – 2001-ci ildə 14 yaşında ikən ərizəçi, iddia edildiyinə görə, ailənin dostu X tərəfindən dəfələrlə seksual zorakılıqlara məruz qalmışdı. Cinayət işi başlanması üçün ərizəçinin anası tərəfindən şikayət ərizəsi verildikdən sonra 2003-cü ildə istintaq başlandı və 2007-ci ildə X-ə qarşı cinayət işi açıldı. Ümumilikdə on iki məhkəmə dinləməsi keçirildikdən sonra 2009-cu ildə daxili məhkəmələr X-ə bütün ittihamlar üzrə bəraət verdilər və belə əsas gətirdilər ki, X-in fiziki durumu ilə bağlı ərizəçinin bəzi iddiaları ekspert tərəfindən təkzib edilib və beləliklə, daxili məhkəmələrin rəyinə görə, X-in təqsirini əsaslı şübhə yeri qalmadan sübut etmək mümkün deyil. Prokurorun bu hökmdən verdiyi şikayət 2010-cu ildə rədd edildi, həmçinin bir neçə ay sonra qanunçuluğun müdafiəsi üçün ərizəçinin baş prokurora verdiyi şikayət də rədd edildi.
Hüquqi məsələlər – Maddə 8: Məhkəmə onu araşdırmalı idi ki, ərizəçiyə qarşı törədildiyi iddia edilən seksual zorakılıqla bağlı cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ərizəçinin dindirilməsi həyata keçirilərkən cavabdeh dövlət ərizəçinin şəxsi həyatına hörmət hüququnu və xüsusən şəxsiyyətinin toxunulmazlığını yetərincə qorumuşdumu? Bu vəzifəni yerinə yetirərkən dövlət orqanları cinayət prosesində ifadə verməyə çağırılmış zərərçəkən qismində ərizəçinin 8-ci maddə ilə qorunan hüquqları ilə müdafiə hüquqları arasında, yəni təqsirləndirilən şəxsin 6-cı maddənin 3"d" bəndində nəzərdə tutulmuş şahidləri çağırmaq və çarpaz dindirmək hüququ arasında balansa nail olmalı idilər. Məhkəmənin əvvəllər araşdırdığı bütün analoji işlərdə bu məsələ təqsirləndirilən şəxslər tərəfindən qaldırılmışdı, amma həmin işlərdən fərqli olaraq, hazırkı işdə Məhkəmə bu məsələni iddia edilən qurbanın nöqteyi-nəzərindən araşdırmalı idi. Hazırkı işdə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinin maraqları X-ə ərizəçini çarpaz dindirmək imkanının yaradılmasnı tələb edirdi, xüsusən ona görə ki, məhkəmə araşdırmasında ərizəçinin ifadəsi iş üzrə yeganə birbaşa sübut təşkil edirdi, təqdim edilmiş digər sübutlar isə ziddiyyətli idi. Lakin seksual cinayətlərlə bağlı aparılan cinayət prosesi qurbanlar üçün olduqca xoşagəlməz və uzunmüddətli təsirə malik olduğuna və seksual zorakılıqda ittiham olunan müttəhimlərlə həmin cinayətlərin iddia edilən qurbanlarının birbaşa üzləşdirilməsi sonuncuların yeni mənəvi zədələr alması riskini doğurduğuna görə, şəxsən müttəhim tərəfindən çarpaz dindirmənin həyata keçirilməsinin zəruriliyi milli məhkəmələr tərəfindən çox diqqətlə qiymətləndirilməlidir. Həqiqətən bir neçə beynəlxalq hüquqi sənəddə, o cümlədən Avropa İttifaqı qanunvericiliyində nəzərdə tutulub ki, seksual zorakılıq da daxil olmaqla pozuntuların qurbanlarına müəyyən hüquqlar verilməlidir, o cümlədən onlar pis rəftar halları ilə bağlı ifadə verərkən dövlət onları təhdidlərdən və təkrarən qurbana çevrilməkdən müdafiə etməlidir. Bununla bağlı Məhkəmə qeyd etdi ki, ərizəçinin dindirilməsinin yeddi ay ərzində keçirilmiş dörd məhkəmə dinləməsi ərzində davam etməsi kifayət qədər uzun müddətdir və xüsusən də dinləmələr arasında uzun fasilələr üçün hər hansı aşkar səbəbin olmadığını nəzərə alsaq, bu hal özü-özlüyündə narahatlıq doğurur. Bundan başqa, həmin dinləmələrin ikisində məhkəmə prosesi boyunca vəkillə təmsil olunmuş müttəhim X şəxsən ərizəçini çarpaz dindirmiş, daim onun cavablarının doğruluğunu şübhə altına almış və ona şəxsi xarakterli suallar ünvanlamışdı. Məhkəmənin rəyinə görə, bu suallar ərizəçinin ifadələrinin inandırıcılığına şübhə yaratmağa, eləcə də onun xarakterini mənfi tərəfdən təqdim etməyə yönəlmişdi. Lakin X-in suallarının və şərhlərinin formasına və məzmununa nəzarət etmək və zərurət yarandıqda müdaxilə etmək vəzifəsinin məhkəmə orqanlarının üzərinə düşməsinə baxmayaraq, sədrlik edən hakimin müdaxiləsi açıq-aydın ərizəçinin keçirdiyi iztirabları yüngülləşdirmək üçün yetərli deyildi.
İddia edilən hadisələrin baş verməsindən az sonra X-in vəkili ərizəçiyə hüquqi məsləhətlər verdiyinə görə onun prosesdən kənarlaşdırılmalı olduğu barədə ərizəçinin iddiasına gəlincə, Məhkəmə bu qənaətə gəldi ki, qüvvədə olan daxili qanunvericilik normaları, yaxud bu işdə onların tətbiq edilmə forması, ərizəçinin maraqlarını yetərincə nəzərə almamışdı. Belə ki, ərizəçinin X-in vəkili tərəfindən çarpaz dindirilməsinin mənfi psixoloji təsiri onun başqa vəkil tərəfindən çarpaz dindirilməsi ilə müqayisədə əhəmiyyətli dərəcədə böyük idi. Üstəlik, onun vəkil qismində ərizəçidən aldığı istənilən məlumat, hətta həmin məlumatın icazəsiz yayılmaması barədə razılaşma olmasaydı belə, konfidensial məlumat sayılmalı idi və bu məsələyə dair məhkəmə prosesində qarşı tərəfin maraqları üçün istifadə edilə bilməzdi.
Məhkəmə həmçinin rayon məhkəməsi tərəfindən təyin edilmiş ginekoloqun araşdırılan dövrdə ərizəçinin cinsi əlaqədə olub-olmadığı barədə ərizəçiyə verdiyi sualların lüzumsuz olduğunu qeyd etdi. Bununla əlaqədar olaraq Məhkəmə qeyd etdi ki, dövlət orqanları işin istintaqının aparılmasına və iş üzrə qərarın qəbuluna yardım göstərmək vəzifəsi daşıyan digər proses iştirakçıları tərəfindən cinayət qurbanlarının və şahidlərinin insan ləyaqətinə hörmətlə yanaşılmasını və onlara lüzumsuz narahatlıq yaradılmamasını təmin etməlidirlər. Lakin ekspert qismində təyin olunmuş ginekoloq nəinki seksual sui-istifadə hallarının qurbanları ilə müsahibə aparmaq üçün yetərli peşə hazırlığına malik deyildi, həm də özünün və tibbi ekspertizanın vəzifələrinin hüdudlarını aşaraq ərizəçiyə ittihamedici suallar verir və ittihamedici mülahizələr söyləyirdi. Nəticədə ərizəçi müdafiə mövqeyi tutmağa məcbur edilmişdi ki, bu da cinayət prosesinin yaratdığı gərginliyi lüzumsuz olaraq daha da artırmışdı.
Dövlət orqanları ərizəçinin əlavə mənəvi zədə almasının qarşısını almaq üçün bir sıra tədbirlər görsələr də, son nəticədə həmin tədbirlər ərizəçini zəruri müdafiə ilə təmin etməmişdi, söhbət elə müdafiədən gedir ki, bu zaman ərizəçinin 8-ci maddə ilə qorunan hüquq və maraqları ilə X-in Konvensiyanın 6-cı maddəsi ilə qorunan müdafiə hüquqları arasında lazımi balans gözlənilmiş olsun.
Nəticə: pozuntu baş verib (bir səsə qarşı altı səslə).
Məhkəmə həmçinin yekdilliklə 3-cü maddənin pozulduğu qənaətinə gəldi, belə ki, cavabdeh dövlətin hakimiyyət orqanları seksual zorakılıq barədə ərizəçinin şikayəti üzrə istintaqın və məhkəmə təqibinin yubadılmadan aparılmasını təmin etməmişdilər.
Maddə 41: Mənəvi ziyana görə 9.500 avro təyin edildi.
(Həmçinin bax: S.N. İsveçə qarşı, ərizə № 34209/96, 2 iyul 2002-ci il, 44 saylı Məlumat bülleteni; Ayqner Avstriyaya qarşı, ərizə № 28328/03, 10 may 2012-ci il; və Qadınlara qarşı zorakılıq barədə tematik informasiya bukleti)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy