© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
KEÇMİŞ İKİNCİ SEKSİYA
Y.Y. TÜRKİYƏyə qarşı
(Ərizə no 14793/08)
QƏRAR
[Çıxarışlar]
STRAZBURQ
10 mart 2015
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qəti olacaqdır. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Y.Y. c. Türkiyəyə qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (ikinci seksiya):
Guido Raimondi, sədr,
Işıl Karakaş,
Nebojša Vučinić,
Helen Keller,
Paul Lemmens,
Egidijus Kūris,
Robert Spano, hakimlər,
və Seksiya Katibinin müavini Abel Camposdan ibarət tərkibdə,
3 fevral 2015-ci ildə gizli məşvərət edərək,
Həmin tarixdə aşağıdakı qərarı qəbul etmişlər:
PROSEDUR
1. İş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Türkiyə Respublikasının vətəndaşı Y.Y. tərəfindən (« ərizəçi ») 6 mart 2008-ci ildə Məhkəməyə təqdim edilmiş Türkiyə Respublikasına qarşı ərizə (no 14793/08) əsasında başlamışdır. Y.Y. bu ölkənin vətəndaşı olan transeksualdır və bu ərizənin verildiyi tarixdə rəsmi olaraq qadın cinsinə mənsub şəxs kimi tanınır. Lakin Məhkəmə onun tələb etdiyi cinsə uyğun olaraq, kişi cinsli şəxs kimi danışaraq « ərizəçi » (kişi cinsli ərizəçi-fransızca mətndə, tərcüməçinin qeydi) ifadəsini işlədəcəkdir.
2. Ərizəçi Mersində fəaliyyət göstərən vəkil A. Bozlu tərəfindən təmsil olunur. Türkiyə Hökuməti (« Hökumət ») öz nümayəndəsi tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi cinsi dəyişmək üçün əməliyyta keçirməyə icazə verilmədiyi səbəbilə şəxsi həyat hüququnun (Konvensiyanın 8-ci maddəsi) pozunlduğunu iddia edir. O həmçinin Kassasiya Məhkəməsinin onu işinə mahiyyət üzrə baxmamasından və bu yuridiksiyanın qəraralarında əsaslandırmanın olmamasından şikayət edir (Konvensiyanın 6-cı maddəsi).
4. 24 mart 2010-cu ildə, ərizə Hökumətə kommunikasiya edilmişdir. O zaman kommunikasiya prosesinə rəhbərlik edən Seksiya Sədri ərizəçinin şəxsiyyətinin açıqlanmaması barədə qərar vermişdir (Məhkəmə Reqalamenti, maddə 47 § 3).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1981-ci ildə doğulmuşdur.
6. Ərizəçi vətəndaş vəziyyəti aktı qeydiyyatında qadın kimi qeyd edilmiş transeksualdır. Özünün dediyinə görə, anatomik cinsinə təzad olsa da gənc yaşlarından özünü kişi cinsinə məxsus kimi hiss etmişdir.
A. Cinsin dəyişdirilməsi ilə bağlı məhkəmə prosesi
7. 30 sentyabr 2005-ci ildə, ərizəçi cinsini dəyişdirmək üçün əməliyyat keçirməsinə icazə almaq üçün Mülki Məcəllənin 40-cı maddəsinə əsaslanaraq Mersin Yüksək İnstansiya Məhkəməsinə (YİM) müracət etmişdir. Məhkəməyə müraciətində ərizəçinin vəkili bildirirdi ki, müştərisi ən gənc yaşlarından özünü qadın kimi deyil, kişi kimi hiss edir, bu səbəbdən uşaqlıqdan bəri psixoloq nəzarəti altında olmuş və 19-20 yaşlarına yaxın intihar etməyə çalışmışdır. O həmçinin bildirirdi ki, onun hazırki bioloji şəxsiyyəti onun mənsub olduğunu düşündüyü cinsə uyğun deyildi. Vəkil iddia edirdi ki, özünü ürəyinin dərinliyində hiss etdiyi ilə fiziki göstəricilərinin harmoniyasını yarada bilmək üçün ərizəçi cinsini dəyişməlidir. O dəqiqləşdiridi ki, onun uşaqlıqdan yanına getmək imkanı olduğu çox sayda həkim cinsinin dəyişdirilməsini dəstəkləyirdi. O həmçinin bildirirdi ki, müştəsirinin iyirmi dörd yaşı var, kişi kimi yaşayırdı, dörd ildən bəri bir qadınla birlikdə idi və ailəsi və sosial çevrəsi onu kişi olaraq qəbul etmişdir. Vəkil əlavə edirdi ki, müştərisi cinsini dəyişdirmə əməliyyatı ilə bağlı İnönü universiteti xəstəxanasının psixiatriya xidmətində bir ildən bəridir. Nəhayət vəkil xahiş edirdi ki, müştərisinin psixoloji vəziyyəti ilə əlaqədar proses gizli olsun.
8. 16 dekabr 2005, YİM prosesin gizliliyi ilə bağlı vəsatəti qəbul etdi.
9. 6 fevral 2006-cı ildə məhkmə ərizəçinin yaxınlarını dinlədi. Ərizəçinin anası bildirdi ki, qızı uşaq ikən xüsusilə oğlan uşaqları ilə oynayırdı və yeniyetmə ikən isə ona özünü oğlan hiss etdiyini və oğlan olmaq istədiyini söyləmişdi. Ərizəçinin anası bildirdi ki, psixoloqlara müracəit etmiş və onlarda da qızının həyatını kişi kimi yaşacağı təqdirdə daha xoşbəxt olcağını bildirmişlər və o da bu fikirdədir. Ərizəçinin böyük qardaşı da bildirdi ki, bacısı uşaq vaxtı oğlanlarla oynayırdı, yeniyetmə vaxtı özünü oğlan kimi aparmağa başlamış, qız dostları olmuşdur, cərrahiyyə əmaliyyatı vasitəsilə cinsini dəyişməyə qərarlı idi, bir neçə dəfə intihar etməyə çalışmışdı, həmişə müalicə alırdı və həkimlər də əməliyyat keçirmək qərarına gəlmişdilər.
Bu iclasın sonunda YİM ərizəçinin müalicə aldığı xəstəxananın baş həkiminə, ərizəçinin trasnseksual olub-olmadığını, onun əqli sağlamlığının qorunub saxlanması üçün cinsin dəyişməsinin lazım olub-olmadığını və onun tam reproduksiya qabiliyyətsiz olub-olmadığını müəyyən etmək üçün məlumat sorğusu ilə müraciət etmişdir.
10. 23 fevral 2006-cı ildə İnönü universiteti tibb mərkəzinin tibbi komitəsi ərizəçinin transseksual olduğunu müəyyən edən bir hesabat vermişdir. Komitə bildirirdi ki, psixoloji nöqteyi-nəzərdən onun həyatını kişi olaraq davam etməsi daha uyğundur.
11. 28 fevral 2006-cı ildə qadın xəstəlikləri və doğum bölməsinin tibb komitəsi bir hesabat hazırlayaraq, Y.Y.-in qadın fenotipinə malik olan və transseksual olan şəxs olduğunu bildirdi.
12. 7 aprel 2006-cı ildə, YİM müəyyən etmişdir ki, İnönü universiteti tibb fakültəsinin iki hesabatı ona çatdırılmışdır. YİM bildirmişdir ki, 23 fevral 2006-cı hesabatında transeksual diaqnostikası qoyulmuşdur və və belə bir nəticəyə gəlinmişdir ki, psixoloji nözteyi-nəzərdən ərizəçinin həyatının kişi olaraq davam etməsi uyğundur. Məhkəmə həmçinin bildirmişdir ki, 28 fevral 2006-cı il hesabatında Y.Y.-in fenotip olaraq qadın olduğu müəyyən edilmişdir. Lakin YİM bildirmişdir ki, hesabatda hesabatlar onlara verilən suallara, yəni iddiaçı tərəfin əqli sağlamlığının qorunub saxlanması üçün cins dəyişikliyinin vacib olub-olmaması və tam reproduksiya qabillətsiz olub-olmaması suallarına cavab verməmişdir. YİM məlumat sorğusunu təkrarlamışdır.
13. 20 aprel 2006-cı ildə, İnönü universiteti tibb fakültəsi cərrahiyyə xidməti qadın xəstəlikləri və doğum şöbəsinin rəhbəri yazılı şəkildə tibb mərkəzisinin baş həkimini məlumatlandırmışdır ki, ərizəçi cinsini dəyişmək məqsədilə plastik cərrahiyyə üçün müraciət etdiyi zaman müayinə olunmuşdur. Şöbə rəhbəri bildirirdi ki, müayinədən sonra müəyyən olunmuşdur ki, Y.Y.-nin xarici və daxili cinsi orqanları qadın cinsi orqanları idi və tam reproduksiya qabiliyyətsiz deyildi.
14. 21 aprel 2006-cı ildə, İnönü universiteti tibb fakültəsi psixiatriya şöbəsinin tibb komitəsi tibb mərkəzinin baş həkimini məlumatlandırmışdır ki, ərizəçi 20 aprel 2006-cı ildə müayinə olunmuşdur. Bu müayinədən sonra müəyyən edilmişdir ki, psixi nöqteyi-nəzərdən onun bundan sonra həyatını kişi kimi davam etməsi daha uyğundur.
15. YİM qarşısındakı 5 may 2006-cı il tarixli iclasda, ərizəçinin vəkili 20 aprel 2006-cı il tarixli hesabatını,kollegial orqan tərəfindən verilməməsi səbəbilə mübahisələndirmişdir. Bunun nəticəsində YİM ərizəçinin reproduksiya qabiliyyəti ilə bağlı yeni bir ekspertiza keçirilməsini əmr etmişdir. Bu hesabatın hazırlanması Çukurova universiteti tibb fakültəsi tibb komitəsinə taşırılmışdır.
16. 11 may 2006-cı ildə, Çukurova universiteti tibb fakültəsi qadın xəstəlikləri və doğum şöbəsinin iki həkimi hüquq ekspertizası həyata keçirmiş və ərizəçini müayinə etdikdən sonra bu nəticəyə gəlmişlər ki, o reproduksiya qabiliyyətinə malik idi.
17. 27 iyun 2006-cı ildə, YİM, müxtəlif ekspertiza nətəcələrinə əsaslanaraq, ərizəçinin tam reproduksiya qabiliyyətsiz olmadığı və buna görə də Mülki Məcəllənin 40-cı maddəsinin tələblərinə uyğun olmadığı əsasıyla ərizəçinin cinsini dəyişmək üçün icazə verilməsi xahişini rədd etmişdir.
18. 18 iyul 2006-cı ildə ərizəçi bu qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində, vəkili vurğulayırdı ki, müştərisi uşaqlıqdan özünü qadın deyil, kişi hesab edir və onun bu sahədəki inancı tərslik deyildir, o uzun müddətli psixoloji terapiya keçmiş və sonunda transseksual diaqnostikası qoyulmuş və psixoloji nöqteyi-nəzərdən kişi kimi yaşamasının uyğun olduğu nəticəsinə gəlinmişdir. O bundan əlavə iddia edirdi ki, müştərisinin reproduksiya qabilliyyətinin olması özünü kişi kimi hiss etməsinə qətiyyən mane olmurdu və burda söhbət müştərisinin təbiəti ilə bağlı olan və dəyişə bilməyəcəyi bir hissdən gedir. Vəkil həmçinin vurğulayırdı ki, dünyanın başqa ölkələrində ki kimi Türkiyədə də ərizəçi kimi bioloji cinsi ilə psixoloji vəziyyəti uyğunlaşmayan şəxslər yalnız subay və reproduksiya qabiliyyəti olmayan şəxslər deyillər. Bununla bağlı, vəkil əlavə edirdi ki, transseksuallığa meylli olan bir çox insan vardı ki, evlənmiş, uşaqları olmuş, lakin sonradan cərrahiyyə əməliyyatı ilə cinslərini dəyişmişlər. O bildirirdi ki, transseksual şəxsin özünü qadın və ya kişi hesab etməsindən asılı olmayaraq reproduksiya qabiliyyətinin nəzərə alınması ədalət deyil. Vəkil nəticədə belə hesab edirdi ki, ərizəçinin cinsini dəyişmək məqsədli əməliyyatı üçün icazə verilməsi xahişini, Mülki Məcəllənin 40-cı maddəsinə əsasən – hansı ki, hazırki sosial reallıqlara uyğun gəlmir - rədd edən məhkəmə müştərisinin hüquq və azadlıqlarını məhdudlaşdırmışdı. O həmçinin iddia edirdi ki, ərizəçinin xahişinin reproduksiya qabiliyyətinin olmasına əsaslanaraq rədd edilməsi qanunlara uyğun deyildi. Vəkil hesab edirdi ki, həmin müddəada yazılan « tam reproduksiya qabiliyyətsiz » ifadəsi çıxarılmalıdır.
19. 17 may 2007-ci ildə birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsində heç bir səhvə yol vermədiyini qeyd edən Kassasiya Məhkəməsi çıxarılan qərarı qüvvədə saxlamışdır.
20. 18 iyun 2007-ci ildə ərizəçinin vəkili qərarın dəyişdirilməsi üçün müraciət etdi. Müraciətində vəkil bildirirdi ki, ərizəçinin kassasiya şikayətini əsaslnadırdığı heç bir iddiası nəzərə alınmamış və iş materialların aəlavəe dilmiş heç bir rəsmi sənəd və hesabata dair mövqe bildirilməmişdir. Vəkil həmçinin məhkəmənin rədd qərarında Çukurova Universiteti tibb fakültəsi qadın xəstəlikləri və doğum şöbəsinin 11 may 2006-cı il hesabatına əsaslanmasını da mübahisələndirirdi. O bununla bağlı iddia edirdi ki, həmin hesabat ekspertiza deyildi, yalnız ərizəçinin cinsi orqanlarının üzdən müyinəsi əsasında hazırlanmışdı və onun reproduksiya qabiliyyətini müəyyən etmək üçün yetərli deyildi.Vəkil həmçinin iddia edirdi ki, müxtəlif ekspertiza hesabatlarının ərizəçinin reproduksiya qabiliyyətini müəyyən etmək üçün yetərli olduğunu qəbul etsək belə, ərizəçinin həm fiziki, həm də psixoloji nöqteyi-nəzərdən özününkü hesab edə biləcəyi yeganə identiklik kişi identikliyidir. O iddia edirdi ki, bu hal ərizəçini illərdən bəri müalicə edən İnönü universiteti səhiyyə komitəsinin 2 mart 2005-ci ildə verdiyi hesabatda da vurğulanmışdı. Bununla bağlı vəkil, müştərisinin bu fikrinin nəzərə alınmaması faktını da tənqid edirdi. Nəhayət, vəkil bildirirdi ki, ərizəçinin xarakterinin onu məcbur etdiyi cinsi mənsubiyyətə çatmaq üçün cərrahiyyə əməliyyatı keçirə bilməsi üçün icazə istəyinin rədd edilməsi maraqlı şəxsin hüquqlarını pozurdu.
21. 18 oktyabr 2007-ci ildə Kassasiya Məhkəməsi Mülki prosessual Məcəllənin 440-cı maddəsində göstərilən ləğv motivlərinin heç birinin olmaması əsasıyla ərizəçinin müraciətini rədd etdi.
B. Ərizənin Hökumətə kommunikasiya edilməsindən sonra dövlətdaxili instansiyalardakı proseslər
22. 5 mart 2013-cü ildə ərizəçi Mülki Məcəllənin 40-cı maddəsinə əsaslanaraq cinsinin dəyişdirilməsi məqsədilə əməliyyatına icazə verilməsi üçün yenidən Mersin YİM-ə müraciət etmişdir. İddia ərizəsində ərizəçinin vəkili bildirirdi ki, müştərisi uşaq vaxtlarından özünü qadın deyil, kişi hesab edir, bu səbəbdən uşaq vaxtından psixoloq nəzarətindədir və tibbi hesabatlarda onu psixoloji nözteyi nəzərdən həyatını bundan sonra kişi olaraq davam etdirməsinin daha uyğun olduğu bildirilir. Vəkil onu da bildirirdi ki, onun hazırki bioloji identikliyi özünü aid hiss etdiyi identikliklə eyni deyildir. O, ərizəçinin fiziki və psixoloji bütövlüyünün qorunub saxlnması üçün cinsini dəyişdirməsinin vacib olduğunu bildirirdi.O digər tərəfdən xatırlardırdı ki, 27 mart 2012-ci ildə, Y.Y. hər iki dözünü aldırmışdır və testosteron səviyyəsini qaldırmaq üçün müxtəlif hormonlar istifadə edir. O bildirirdi ki, ərizəçi atasının yanında rəssam-dekorçu kimi işləyir, müntəzəm olaraq idam zalına gedir və kişi görünüşünə malikdir. Vəkil iddia edirdi ki, hazırda 32 yaşı olan müştərisi özünü həmişə kişi hesab etmiş, müəyyən yaşdan sonra dost olduğu şəxslər onu kişi hesab edir və o şəxsiyyət vəsiqəsindəki adı istifadə etmir. Vəkil onu da əlavə edirdi ki, xarici görkəmini özünü mənsub hiss etdiyi cinsə uyğunlaşdırmaq üçün ərizəçi zərərli nəticələri olan müxtəlif yollar sınamışdır. Gündəlik həyatında, dövlət orqanlarına şəxsiyyətini təsdiq edən sənədləri təqdim edərkən o təhqiredici və alçaldıcı hərəkətlərə məruz qalır və xairic görkəmi ilə sənədlərdə göstərilən cinsi ilə fərq səbəbindən müxtəlif çətinliklərlə üzləşir. Ərizəçinin vəkili sonda vətəndaş vəziyyəti reyestrində onun şəxsiyyətinin dəyişdirilməsi üçün icazə verilsin, cinsinin cərrahiyyə əməliyyatı ilə dəyişdirilməsinə icazə verilməsi xahişi qəbul edilsin və məhkəmə prosesi gizli keçirilsin.
23. 11 aprel 2013-cü ildə, ərizəçinin xəstəlik tarixçəsinin incələnməsi və müayinəsindən sonra İnönü universiteti tibb mərkəzinin psixiatrlardan ibarət bir komitəsi tibbi hesabat hazırlamışdır. Bu sənəddən belə çıxırdı ki, ərizəçi trasnseksualdır və onu əqli sağlamlığının qorunması cinsinin dəyişdirilməsindən asılıdır. Bu hesabatda həmçinin bildirilirdi ki, ərizəçinin tam reproduksiya qabiliyyətsiz olub olmamasının müəyyənləşməsi üçün ekspertiza keçirilməlidir.
24. 6 may 2013-cü ildə, İnönü universiteti tibb mərkəzinin məhkəmə tibb şöbəsi tərəfindən bir məhkəmə ekspertizası hesabatı hazırlandı. Hesabatda göstərilirdi ki, 11 aprel 2013-cü il tarixində məhkəmə tibb mərkəzindəki müayinəsi zamanı ərizəçi cinsini dəyişmək üçün əməliyyat olunmaq istədiyini, bu məqsədlə keşmişdə bir proses açdığını, lakin məhkəmələrin onun xahişini rədd etdiyini, ona görə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etdiyini və sonradan məhkəmə işinin yenidən başlandığını bildirmişdir. Hesabatda o da göstərilirdi ki, müayinəyə görə ərizəçi kişi fenotipinə (xarici göstəricilərin məcmusu) malik idi, saqqalı və bığlı idi, döşləri cərrahiyyə əməliyyatı vasitəsilə göütürlmüşdü, və bu əməliyyatdan sonra müalicə olunurdu, qollarında və ayaqlarında kişi tükləri vardı, hormonal müalicə alırdı, şəxsiyyət vəsiqəsinin rəngindən[1] utanırdı və ona görə də ona üzlük çəkmişdi və əziçəçi cinsinin dəyişməsinin vacib olduğunu deyirdi.
Hesabatda o da göstərilirdi ki, ərizəçinin qan analizlərinə görə testosteron səviyyəsi 16 000 ngr/dl və bu səviyyə aldığı hormonal müalicə ilə bağlı idi. Hesabatda bildirilirdi ki, ərizəçi tam reproduksiya qabiliyyətsiz deyildi.
Hesabatın nəticə hissəsində deyilirdi :
« 1. transseksual konstitusiyaya malikdir,
2. əqli sağlamlığı üçün cinsinin dəyişməsi vacibdir,
3. (qadın təbiəti etibarılə) tam reproduksiya qabiliyyətsiz deyil (...) »
25. 21 may 2013-cü ildə Mersin YİM-i ərizəçinin xahişinə müsbət cavab vermiş və tələb etdiyi sincin dəyişdirilməsi üçün cərrahiyyə əməliyyatına ivazə vermişdir. YİM əsaslandırmasında bildiridi ki, ərizəçinin transseksual olduğu, əqli sağlamlığının qorunub saxlanması üçün cinsinin dəyişməsinin vacib olduğu, iddiaçı tərəfin şahidlərinin ifadələrindən onun bütün mənalarda kişi kimi yaşadığı, vəziyyətindən əzab çəkdiyi müəyyən olunmuşdur və sübutlar və əlavə edilmiş hesabatlara görə Mülki Məcəllənin 40-cı maddəsinin 2-ci bəndindəki şərtlər mövcudur və xahişə müsbət cavab vermək lazımdır. Qərarda onun yekun qərar olması da gösətrilmişdir.
(...)
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
44. Ərizəçi şəxsi həyata hörmət hüququnun pozulmasından şikayət edir. O bildirir ki, özünü kişi olaraq qavraması ilə fizioloji konstitusiyası arasındakı təzad tibbi hesabatlarda əksini tapmışdır. Ərizəçi ərizəsində onu da bildirir ki, bu təzada son qaymaq üçün icazə istədikdə, o dövlət orqanlarının imtinası ilə üzləşmiş və sonuncular öz qərarlarını onun reproduksiya qabiliyyəti ilə əasalandırmışdılar.
Ərizəçi bundan başqa cinsini dəyişmək üçün əməliyyat olunmağa icazə istəyirdi. O bununla bağlı Mülki Məcəllənin mətnini və edilən təfsirini də mübahisələndirirdi. Onun fikrincə, bu, həmin müddəanın bu məsələləri həll etmək gözləntisinə cavab vermir, çünki onun qoyduğu bioloji tələb yalnız cərrahiyyə əməliyyatı vasitəsilə ödənilə bilər. Ərizəçinin fikrincə, belə bir əməliyyatı etdirməyin qeyri-mümkünlüyü, fərdləri öz cinsi identikliyi ilə bioloji reallıq arasında qalan şəxsləri bu təzadı həll etmək imkanından məhrum edir.
Ərizəçi Konvensiyanın 8-ci maddəsinə isitinad edir. Orda deyilir:
« 1. Hər kəs öz şəxsi ... həyatına ... hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. »
45. Hökumət bu iddiaları qəbul etmir.
A. Qəbuledilənlik barədə
46. 30 avqust 2013-cü il tarixli əlavə müşahidələrində Hökumət iddia edir ki, Məhkəmənin təşəkkül tapmış təcrübəsinə görə ərizəçi bütün rpsedur boyunca qurban statusunun olduğunu sübut etməlidir. Bu arqumentini dəstəkləmək üçün o, Bourdov Rusiyaya q. (no 59498/00, § 30, CEDH 2002-III) işinə istinad edir. O bildirir ki, hazırki işdı məhkəmə, ona cinsini dəyişmək üçün əməliyyat olunmaq icazəsi verməyən dövlət orqanlarını tənqid edən ərizəçinin xeyrinə qərar vermişdir.Beləliklə, Hökumətin fikrincə, ərizəçi Konvensiyanın 34-cü maddəsi mənasında qurban statusuna malik deyildir.
47. Ərizəçi Hökumətin arqumentlərini qəbul etmir. O, Chevrol Fransaya q. (no 49636/99, § 43, CEDH 2003‑III), Guerrera və Fusco Italiyaya q. (no 40601/98, §§ 51-53, 3 aprel 2003) və Timofeiev Rusiyaya q. (no 58263/00, § 36, 23 oktyabr 2003) işlərinə istinad edərək bildirir ki, ərizəçinin xeyrinə olan bir qərar və ya tədbir prinsipcə, dövlət orqanları açıq-aydən və ya mahiyyətcə qurban olaraq tanımadıqları və iddia olunan pozuntuya görə tam kompensasiya vermədikləri müddətcə onu qurban statusundan məhrum etməyə kifayət etmir. Bununla bağlı ərizəçinin vəkili əlavə edir ki, xahişinin rədd edilməsi, cinsini dəyişmək istəyən hər kəs kimi müştərisini hər hansı məhkəmə və ya həkim nəzarəti olmadan hormonal dərmanlar qəbul etməyə vadar etmişdir. Vəkil bildirir ki, ərizəçi qurbandır və dövlət orqanları onun qurban olaraq heç vaxt tanımamışlar. Nəhayət, vəkil dəqiqləşdirir ki, ərizəçi udmaq üçün öz təşəbbüsü ilə yeni bir proses başlatmış və dövlət orqanları bu istiqamətdə heç bir aktiv hərəkət etməmişlər.
48. Məhkəmə xatırladır ki, Konvensiyanın iddia olunan pozuntusunu aradan qaldırmaq ilk olaraq dövlət orqanlarının vəzifəsidir. Bununla bağlı, bir ərizəçinin iddia olunan pozuntunun qurbanı olduğunu iddia edib-edə bilməyəcyi məsələsi Konvensiya proseduru ilə bağlı bütün mərhələdə qalxa bilər (Bourdov, yuxarıdakı istinad, § 30). Ərizəçinin iddia olunan pozuntunun qurbanı olub-olmadığını müəyyən etmək üçün yalnız ərizənin Məhkəmə qarşısında qaldırıldığı an üçün rəsmi vəziyyəti deyil, həm də işin hallarının hamısının, xüsusilə Məhkəmə tərəfindən baxılmasından sonrakı faktların nəzərə alınması vacibdir (Tănase c. Moldova [BP], no 7/08, § 105, CEDH 2010).
49. Məhkəmə onu da xatırladır ki, bu mülahizələrlə bağlı, ərizəçinin qurban statusunun olub-olmaması məsələsi, işin hallarının buna əsas verdiyi hallarda, Məhkəmə tərəfindən işin baxılması zamanı həll edilməlidir (idem, § 106). Məhkəmə bundan əlavə xatırladır ki, ərizəçinin xeyrinə olan hər hansı bir qərar və ya tədbir prinsipcə, əgər dövlət orqanları pozuntu halıını açıq-aydın və ya mahiyyətcə tanımayıbsa və Konvensiyanın pozuntusuna görə kompensasiya verməyibsə, ərizəçini Konvensiyanın 34-cü maddəsi mənasında « qurban » statusundan məhrum etmir (bax, məsələn, Eckle c. Allemagne, 15 iyul 1982, § 66, série A no 51, Dalban c. Roumanie [BP], no 28114/95, § 44, CEDH 1999‑VI, Scordino c. Italie (no 1) [BP], no 36813/97, §§ 179-180, CEDH 2006‑V, və Gäfgen c. Allemagne [BP], no 22978/05, § 115, CEDH 2010).
50. Yalnız bu iki şərtə əməl olunduğu halda Konvensiyanın subsidiar müdafiə mexanizmi, ərizənin baxılmasına mane olur (Eckle, yuxarıdakı istinad, §§ 69 və sonrası).
51. Konvensiyanın təsbit etdiyi bir hüququn pozuntusuna görə « adekvat » və « kafi » kompensasiyaya gəlincə, Məhkəmə ümumiyyətlə hesab edir ki, o işin hallarından və haqqında söhbət gedən Konvensiya pozuntusunun xarakterindən asılıdır (bax, məsələn, Gäfgen, yuxarıdakı istinad, § 116).
52. Hazırki işdə Məhkəmə müşahidə edir ki, ərizəçi ilk cinsinidəyişmə ilə bağlı xahişi ilə daxili instansiyalara 2005-ci ildə müraciət etmiş və 2007-ci ildə bitən bir məhkəmə prosesilə cinsini dəyişmək üçün cərrahiyyə əməliyyatı olmasına icazə verməkdən imtina qərarı ilə üzləşmişdir (paraqraf 7-21, yuxarıda). Hazırki ərizənin Hökumətə kommunikasiyasından sonra Y.Y. hormonal müalicə almış, hər iki döşünü aldırmış və sonra, 2013-cü ilin martında Mersin YİM-nə cinsini dəyişməklə bağlı yeni bir müraciət göndərmişdir (paraqraf 22, yuxarıda). 21 may 2013-cü ildə, yeni tibbi müayinələrin də keçirildiyi yeni məhkəmə prosesisinin sonunda ərizəçi işi udmuşdur (paraqraf 25, yuxarıda).
53. Şübhəsiz ki, Hökumətin bildirdiyi kimi, dövlət orqanları ərizənin kommunikasiyasından sonra ərizəçinin xeyrinə qərar qəbul etmiş və cinsini dəyişmək üçün əməliyyat olunmağa icazə vermişlər. Bununla belə, Məhkəmə hazırki ərizənin mənşəyində olan mübahisəli vəziyyətin, yəni məhkəmə orqanlarının imtinası üzündən ərizəçinin cinsini dəyişmək üçün əməliyyat oluna bilməməsinin beş il yeddi aydan çox davam etdiyini nəzərə almaya bilməz. Belə ki, Məhkəmə şübhə etmir ki, ərizəçi bu müddət əzrində birbaşa olaraq bu imtinanın nəticəsindən zərər çəkmişdir (paraqraf 22 və 24, yuxarıda). Ərizəçinin xeyrinə qərar qəbul edən YİM-nın əsaslandırmasını oxuyarkən, Məhkəmə digər tərəfdən onu da müşahidə edir ki, bu qərarda Konvensiyanın pozuntusunun birbaşa tanınması ilə bağlı heç bir məqam yoxdur. Ərizəçiyə verilən icazə də, mahiyyət üzrə onun şəxsi həyata hörmət hüququnun pozuntusunun tanınması hesab edilə bilməz.
54. Beləliklə, Hökumətin ərizəçinin qurban statusunu itirməsi ilə bağlı ilkin etirazını rədd etmək lazımdır.
55. Digər tərəfdən ərizəçinin şikayətinin Konvensiyanın 35-ci maddəsinin 3 a) bəndi mənasında açıq-aydın əsaslandırılmamış olmadığını müəyyən edən Məhkəmə şikayəti qəbuledilən elan edir.
B. Mahiyyəti üzrə
1. Əsas prinsiplər
56. Məhkəmə xatırladır ki, artıq bir neçə dəfə « şəxsi həyat » anlayışının geniş bir anlayış olduğunu və ona tam olaraq tərif verilə bilməyəcəyini vurğulamışdır. Bu anlayışa şəxsin fiziki və mənəvi bütövlüyü daxildir (X et Y c. Pays-Bas, 26 mart 1985, § 22, série A no 91), lakin o həm də fərdin fiziki və sosial identikliyi aspektlərini də əhatə edir (Mikulić c. Croatie, no 53176/99, § 53, CEDH 2002‑I). Məsələn, cinsi identiklik, ad, cinsi orientasiya və cinsi həyat Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyat aspektləridir. (Dudgeon c. Royaume-Uni, 22 oktyabr 1981, § 41, série A no 45, B. c. France, 25 mart 1992, § 63, série A no 232-C, Burghartz c. Suisse, 22 fevral 1994, § 24, série A no 280‑B, Laskey, Jaggard et Brown c. Royaume-Uni, 19 fevral 1997, § 71, Recueil des arrêts et décisions 1997‑I, və Smith et Grady c. Royaume-Uni, no 33985/96 və 33986/96, 71, CEDH 1999‑VI).
57. Bu müddəa həmçinin şəxsi inkişaf hüququnu və başqa insanlarla və xarici aləmlə əlaqə yaratmaq hüququnu da qoruyur (Schlumpf c. Suisse, no 29002/06, § 77, 8 yanvar 2009). Bununla bağlı Məhkəmə hesab edir ki, şəxsi muxtariyyət anlayışı 8-ci maddənin təminatlarının təfsirinin nəzərdət tutduğu əhəmiyyətli prinsipdir (Pretty c. Royaume-Uni, no 2346/02, § 61, CEDH 2002‑III).
58. Məhkəmə bundan başqa onu da xatırladır ki, öz qərarlarında dəfələrlə bildirmişdir ki, insanın ləyaqəti və azadlığı Konvensiyanın əsası olduğundan, transseksual şəxslərin özünü realizəsi və fiziki və mənəvi bütövlüyü hüququ Konvensiya ilə təmin olunur (Christine Goodwin c. Royaume-Uni [GC], no 28957/95, § 90, CEDH 2002‑VI, Van Kück c. Allemagne, no 35968/97, § 69, CEDH 2003‑VII və Schlumpf, yuxarıdakı istinad, § 101). Eyni qaydada Məhkəmə qeyd etmişdir ki, dövlətdaxili qanunvericilik şəxsi identikliyin əhəmiyyətli aspekti ilə uyğun olmadığı hallarda şəxsi həyat ciddi şəkildə pozulmuş ola bilər (Christine Goodwin, yuxarıdakı istinad, § 77).
59. Məhkəmə həmçinin xatırladır ki, maddə 8 üzrə Dövlətin pozitiv və neqativ öhdəlikləri arasındakı sərhəd dəqiq müəyyən olunan deyil və birinci ilə bağlı tətbiq edilən prinsiplər, sonuncuya tətbiq edilənlərlə müqayisə edilə biləndir. Hər hansı öhdəliyin – pozitiv və ya neqativ – mövcud olub-olmadığını müəyyən etmək üçün, ümumi maraqlarla fərdin maraqları arasında ədalətli tarazlaşdırmanı nəzərə almaq lazımdır; hər iki halda Dövlətin müəyyən mülahizə səlahiyyəti vardır (bax : məsələn B. c. France, yuxarıdakı istinad, § 44 və Hämäläinen c. Finlande [GC], no 37359/09, § 67, CEDH 2014).
60. Toqquşan maraqların tarazlaşdırıılmasına gəlincə, Məhkəmə şəxsi həyatın ən intim aspektləri ilə əlaqədar məsələlərin, yəni şəxsin cinsi identikliyinin əhəmiyyətini artıq vurğulamışdır (Schlumpf, yuxarıdakı istinad, § 104). Bununla bağlı Məhkəmə, günümüzün şərtləri işığında transseksual şəxslərin üzləşdiyi problemlərlə bağlı bir çox işlərə baxmışdır və Dövlətlərin Konvensiyanın 8-ci maddəsi ilə bağlı bu şəxslərin müdafiəsi və vəziyyətlərinin tanınması ilə əlaqədar görülən tədbirlərin durmadan yaxşılaşdırılmasını müsbət qarşılayır (L. c. Lituanie, no 27527/03, § 56, CEDH 2007-IV).
2. Bu prinsiplərin hazırki işə tətbiqi
a. İlkin qeydlər
61. İlk olaraq Məhkəmə vurğulayır ki, yuxarıda adı çəkilən işlərdə şikayətlər ya cinslərini dəyişmək üçün əməliyyat olunmuş və ya müəyyən cərrahi müdaxilələrə məruz qalmış transseksuallar tərəfindən verilmişdir. Hazırki işdə isə ərizənin daxil edildiyi tarixdə əməliyyat olunmamış transseksual olan ərizəçiyə cinsini əməliyyat yolu ilə dəyişmək üçün məhəkəm qaydasında icazə verilməsindən, onun tam reproduksiya qabiliyyətsiz olmadığı əsası ilə imtina edilmişdir.
62. Beləliklə, hazırki işin predmeti transseksual şəxslərin üzləşə biləcəyi probelemlərin elə bir aspektidir ki, Məhkəmənin hazırki işə qədər baxmaq imkanının olduğu işlərin predmetindən fərqlənir. Belə ki, bu işdə cinsin dəyişdirilməsindən əvvəl transseksuallara qoyulan tələblərdən və onların Konvensiyanın 8-ci maddəsinə uyğunluğundan söhbət gedir. Yuxarıda istinad edilən məhkəmə təcrübəsindən çıxan meyarlar və prinsiplər hazırki işdən çox fərqli bir kontekstdə ifadə edildiyindən olduğu kimi hazırki işə tətbiq edilə bilməz. Bununla belə onlar hazırki işin hallarında Məhkəməni öz dəyərləndirməsində istiqamətləndirə bilər.
b. Mübahisəli məsələnin analiz bucağı barədə
i. Tərəflərin arqumentləri
63. Ərizəçi şəxsi həyata hörmət hüququnun istifadəsinə nüdaxilənin qurbanı olduğunu iddia edir.
64. Hökumət isə bu iddianı qəbul etmir və iddia edir ki, qanunun tələblərinə riayət olunmaması əsası ilə cinsin dəyişdirilməsi üçün icazə verilməməsi Konvensiyanın 8-ci maddəsi mənasında şəxsi həyata hörmət hüququna müdaxilə hesab edilə bilməz. Bundan əlavə, Hökumətin fikrincə, transseksualın şəxsi həyatına səmərəli hörmətin Dövlət üçün pozitiv öhdəlik yaradıb-yaratmaması məsələsi «ümumi maraqlarla fərdin maraqları arasında ədalətli tarazlığın » nəzərə alınması ilə həll oluna bilər. Bununla bağlı Hökumət müşahidə edir ki, Rees Birləşmiş Krallığa q. (17 oktyabr 1986, série A no 106) və Cossey Birləşmiş Krallığa q. (27 sentyabr 1990, série A no 184) işlərində Məhkəmə digər məsələlərlə yanaşı bildirmişdir ki, cavabdeh Dövlətin bu tipli öhdəliyinin olmaması barədə qərar çıxarılması üçün « ədalətli tarazlığın olması cavabdeh Dövləti öz sistemini başdan ayağa dəyişməyə məcbur edə bilməz ».
ii. Məhkəmənin dəyərləndirməsi
65. Məhkəmə müşahidə edir ki, ərizəçi əsas etibarılə milli məhkəmə intansiyalarının onun cərrahiyə əməliyyatı üçün icazə verməkdən ilkin imtinasından şikayət edir. Bununla bağlı, ərizəçi təkrar edir ki, şəxsi muxtariyyət prinsipi öz bədəni ilə bağlı seçim etmək hüququ mənasənda başa düşülə bilər (Pretty, yuxarıdakı istinad, § 66, və K.A. et A.D. c. Belgique, no 42758/98 və 45558/99, § 83, 17 fevral 2005). Konvensiyanın 8-ci maddəsi cinsi dəyişdirmək üçün cərrahiyyə əməliyyatı olunmağa qeyd-şərtsiz hüquq təmin etməsə də, Məhkəmə xatırladır ki, artıq baxdığı işdə beynəlxalq səviyyədə transseksuallığın maraqlı şəxslərin müalicəsini əsaslandıran tibbi vəziyyət olduğunun qəbul edildiyini müəyyən etmişdir (Christine Goodwin, yuxarıdakı istinad, § 81). Razılığa gələn Dövlətlərin bir çoxunun səhiyyə xidmətləri bu tibbi vəziyyəti tanıyır və geri dönüşü olmayan cərrahi yolla cinsi dəyişmək də daxil olmaqla, müalicəni təmin edir və ya icazə verir (paraqraf 35-43, yuxarıda).
66. Məhkəmə hesab edir ki, ilkin olaraq ərizəçiyə imtina edilməsinin onun şəxsi həyatına hörmət hüquqununfundamental aspektlərindən biri olan cinsi identiklik hüququna və özünü realizə imkanına təsiri danılmazdır. Beləliklə, bu imtina Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi mənasında maraqlı şəxsin şəxsi həyata hörmət hüququna müdaxilədir.
c. Mübahisələndirilən müdaxilənin əsaslandırılması barədə
67. Baş verdiyi müəyyən olunan müdaxilənin maddə 8-in pozuntusuna səbəb olub-olmadığını müəyyən etmək üçün Məhkəmə onun bu maddənin 2-ci bəndinə uyğun olaraq əsaslandırılmış, yəni bu mətndə sadalanan bir və bir neçə « legitim məqsəd »ə çatılması üçün « qanunla nəzərdə tutulmuş » və « demokratik cəmiyyətdə zəruri » olub-olmadığını araşdırmalıdır.
i. Müdaxilənin qanuni əsası barədə
68. Məhkəmənin təşəkkül tapmış təcrübəsinə əsasən, «qanunla nəzərdə tutulmuş» ifadəsi yalnız mübahisələndirilən tədbirin daxili hüquqda əsası olmasını tələb etmir, həmin qanunun keyfiyyətini də nəzərə alır və maarqlı şəxsə çatımlı olmasını və nəticələrinin proqnozlaşdırıla bilməsini tələb edir (bax, başqa işlərlə yanaşı, Amann c. Suisse [BP], no 27798/95, § 50, CEDH 2000‑II, Slivenko c. Lettonie [BP], no 48321/99, § 100, CEDH 2003‑X, və Fernández Martínez c. Espagne [BP], no 56030/07, § 117, CEDH 2014 (çıxarışlar)).
69. Hazırki işdə Məhkəmə ilk olaraq qeyd edir ki, qanuni əsasın olmasını tərəflər mübahisələndirmir. Ərizəçi bildirir ki, onun hüququna müdaxilə Mülki Məcəllənin 40-cı maddəsinə əsaslanırdı. Hökumət isə bildirir ki, Mülki Məcəllənin 40-cı maddəsi aydındır və hazırki işdə Mersin YİM-i qanunla nəzərdə tutulan şərtlərin məhkəmə təfsirini verməmişdir. Hökumətin fikrincə, keçirilmiş ekspertizaların nəticələrinə əsaslanaraq, Mersin YİM-i ərizəçinin xahişini, qanunla nəzərdə tutulan bütün şərtlərin, yəni cinsi dəyişdirmək üçün şərtlərin olmadığı və ərizəçinin tam reproduksiya qabiliyyətsiz olmadığı əsasıyla rədd etmişdir.
70. Bununla bağlı, Məhkəmə çüəyyən edir ki, ərizəçinin cinsinin dəyişdirilməsinə icazə verməyən YİM-in 27 iyun 2006-cı il qərarı Mülki Məcəllənin 40-cı maddəsinə əsaslanır. Bu müddəanın oxunuşunda Məhkəmə müşahidə edir ki, Türkiyə hüququ qanunun tələblərinə uyğun olan transseksual şəxslərə yalnız cinsinin dəyişdirilməsi hüququnu deyil, həm də vətəndaş vəziyyəti aktının dıyişməsilə yeni cinslərinin tanınması hüququnu da nəzərdə tutur (...) Mülki Məcəllənin 40-cı maddəsi bu imkanı, başqa məsələrlə yanaşı, şəxsin tam reproduksiya qabiliyyətsiz olmasına şərtləndirir və bu ərizəçinin ilk xahişi də bu əsasla rədd edilmişdi.
71. Beləliklə, Məhkəmə hesab edir ki, mübahisələndirilən müdaxilənin daxili hüquqda əsası vardı. Bu müdaxilənin zəruriliyi ilə bağlı nəticəni (paraqraf, 121-122, aşağıda) nəzərə alaraq Məhkəmə qanunun nəticələri ilə bağlı proqnozlaşdırıla bilməsi ilə bağlı məsələni araşdırmağa ehtiyac görmür.
ii. Müdaxilənin legitim məqsədi ilə bağlı
α) Tərəflərin arqumentləri
72. Ərizəçi iddia edir ki, heç bir ümumi maraq motivi onun cinsinin dəyişdirilməsi üçün cərrahi əməliyyat icazəsinə qarşı ola bilməzdi. Bununla bağlı o iddia edir ki, Hökumətin müdaxiləyə səbəb olan ictimai qayda maraqlarını əsaslandırmaq üçün gətirdiyi ümumi arqumentləri (bu tip əməliyyatların banallaşmasının qarşısının alınması, onun geriyə dönüşünün olmaması, fahişəliyin artması riski, aşağıdakı paraqraf 74-75) elmi, sosial və hüquqi nöqteyi-nəzərin nəticəsi hesab edilə bilməz.
73. Hökumətin fikrincə, Məhkəmənin təcrübəsindən belə çıxır ki, Dövlətlər həyata və başqalarının təhlükəsizliyinə zərər vuran əməllərə nəzarət etmək hüququna malikdirlər (Pretty, yuxarıdakı istinad, və Laskey, Jaggard et Brown, yuxarıdakı istinad). Hökumət Pretty qərarından belə nəticəyə çıxarır ki, mümkün zərər böyük olduqca, şəxsin müxtariyyəti prinsipinə münasibətdə sağlamlıqla və ictimai təhlükəsizliklə bağlı mülahizələrin əhəmiyyəti artır.
74. Bununla bağlı Hökumət iddia edir ki, cinsi dəyişmək üçün cərrahiyyə əməliyyatı sahəsində ümumi maraq, yalnız cinsi dəyişdirmək üçün edilən cərrahiyyə əməliyyatlarının banallaşdırılmasının və lazımsız əməliyyatların qarşısının alınması deyil, həm də geri dönüşü olmayan və fiziki və mənəvi bütövlüyünə zərbə vura biləcək əməliyyatı arzulayan şəxsi müdafiə etməkdir. Hökumətin fikrincə, əməliyyatdan sonra transseksual əvvəlki cinsinin müəyyən xüsusiyyətlərini itirsə də, yeni cinsinin bütün xüsusiyyətlərinə malik olmur. Bundan əlavə, maraqlı şəxs qəti olaraq reproduksiya qabiliyyətini itirir. Hökumətin fikrincə, geri dönüşü olmayan cinsi dəyişdirmək əməliyyatını keçirmiş şəxsin keçirə biləcəyi peşmanlıq hissi də nəzərə alınmalıdır.
75. Cinsi dəyişdirmək üçün cərrahiyyə əməliyyatlarının banallaşdırılması riskinə gəlincə, Hökumət bildirir ki, belə banallaşma əməliyyatın geri dönüşü olmaması və müəyyən dairələr (məsələn, fahişəlik dairələri) tərəfindən tibbi imkanlardan sui-istifadə olunması mümkünlüyü nəzərə alınarsa, təhlükəli ola bilər.
β) Məhkəmənin dəyərləndirilməsi
76. Məhkəmə xatırladır ki, 8-ci maddənin 2-ci bəndində sadalanan müdaxiləni əsaslandıra biləcək məqsədlərin siyahısı dəqiqdir və bu məqsədlərin anlayışları məhdudlaşdırıcı təfsir edilməlidir (S.A.S. c. France [BP], no 43835/11, § 113, CEDH 2014 (çıxarışlar)). Konvensiyaya uyğun olmaq üçün ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə, bu müddəada sadalanan məqsədlərdən birinə aid edilə bilən məqsəd üçün edilməlidir. Bununla bağlı, Məhkəmənin təcrübəsi odur ki, Konvensiyanın 8-11-ci maddələri mənasında legitim məqsədlə bağlı araşdırma qısa olsun (ibidem).
77. Bununla bağlı, hazırki işdə ərizəçi Hökumətin bildirdiyi məqsədlərin uyğunluğunu mübahisələndirir (paraqraf 72, yuxarıda) deyə, Məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı fikrini daha geniş izah etməlidir. Məhkəmə müşahidə edir ki, Hökumət cinsi dəyişdirmək üçün cərrahiyyə əməliyyatlarını məhdudlaşdırmasını ümimi maraqların müdafiəsi ilə bağlı olduğunu və bir neçə məqsəd daşıdığını iddia edir: bu əməliyyatların banallaşdırılmasından qaçınmaq və bu cür əməliyyatların, məsələn fahişəlik dairələri kimi müəyyən dairələr tərəfindən sui-istifadəsindən qaçınmaq. Hökumət digər tərəfdən, fiziki və mənəvi bütövlüyü üçün təhlükət təşkil etdiyi nəzərə alınaraq, maraqlı şəxsin maraqlarının müdafiəsinə də istinad edir.
78. Hökumətin cinsi dəyişdirmə əməliyyatlarının banallaşması və bu əməliyyatların müəyyən dairələr tərəfindən sui-istifadə edilmək riski ilə bağlı arqumentlərinə gəlincə, bu arqumentlər ifadə edilmə şəkli ilə əlaqədar Məhkəməni onların maddə 8-in 2-ci bəndində sadalanan legitim məqsədlər kateqoriyasına aid olacağına inandıra bilməz.
79. Məhkəmə bununla belə müəyyən edir ki, Hökumət cinsi dəyişdirmə əməliyyatlarının geri dönülməz xarakterinə və bu tip əməliyytalrın sağlamlıq üçün təhlükəsinə də istinad edir. Bununla bağlı, Məhkəmə şübhə etmir ki, mübahisələndirilən qanunu qəbul edərkən cavabdeh Hökumət 8-ci maddənin 2-ci bəndində sadalanan legitim məqsədlərdən birinə çatmaq istəyirdi. Məhkəmə qəbul ki, bu tip əməliyyatlar sağlamlığın müdafiəsi məqsədilə Dövlətin tənzimləməsi və nəzarəti altında olsun.
80. Bunu qəbul etdikdən sonra Məhkəmə Hökumətin təqdimatlarını oxuyarkən müşahidə edir ki, Hökumət qanunda nəzərdə tutulan və ərizəçiyə imtinanın əsaslandığı sonsuzluq/sterillik tələbi ilə bağlı fikrini detallı olaraq bildirməmişdir. Lakin mübahisələndirilən müdaxilənin zəruriliyi ilə bağlı gəldiyi nəticəni (aşağıdakı paraqraf 121-122) nəzərə alaraq, Məhkəmə bu məsələ ilə bağlı daha detallı fikir bildirməyə ehtiyac görmür.
iii. Müdaxilənin zəruriliyi barədə
α) Ərizəçinin arqumentləri
81. Ərizəçi bildirir ki, çox az insan fiziki və psixologi harmoniyada yaşamaq üçün Mülki Məcəllənin 40-cı maddəsinə əsaslanaraq icazə istəyir, halbuki qanunun tələblərinə uyğun gəlmədikləri üçün qeyri-qanuni olaraq və ya xaricdə bu əməliyyatı etdirənlər çoxsaylıdır.
82. Maraqlı şəxsin nöqteyi-nəzərincə, reproduksiya qabiliyyətinin aradan qaldırılması üçün müalicə (sterilizasiya və ya hormonal müalicə) uşaq dünyaya gətirmək istəməyən kişi və qadınların halında banal hesab olunur. O bu imkanın özü kimi transseksual olan şəxslərə tanınmamasını mübahisələndirir.
83. Ərizəçi həm də bu fikri irəli sürür ki, Mülki Məcəllənin 40-cı maddəsi cəfsir edilməli deyil. Türkiyədə mövcud olsa da, bu üsullar ona çatımlı deyildi. O iddia edir ki, uşaq dünyaya gətirmək istəməyən kişi və qadınların bu cür adi və geri dönüşü olmayan üsullara çatımlı olduqlarına görə, onun da bir transseksual olaraq onlara haqqı vardı. Ərizəçi bildirir ki, görünüşü ilə özünü mənsub hiss etdiyi cins arasındakı təzadla yaşamağa məcbur edilməli deyildi.O hesab edir ki, elmi və sosioloji məlumatların işığında (iş materiallarına əlavə edilmiş tibbi hesabatlarda göstərilən), hüquq ona bir həll yolu təklif etməli idi.
84. Məhkəmənin Tavlı Türkiyəyə q. (no 11449/02, §§ 35-37, 9 noyabr 2006) işindəki mövqeyinə istinad edərək ərizəçi hesab edir ki, hazırki qanunvericilik elmi, bioloji və sosial reallığın işığında təfsir edilməlidir.
85. Ərizəçinin fikrincə, transseksualların böyük bir hissəsi tam reproduksiya qabiliyyətsiz deyildir. Bu vəziyyət qarşısında, onun fikrincə, Mülki Məcəllənin 40-cı maddəsi « heç bir ehtiyac »a cavab vermir, çünki konkret zərurətə əsaslanan müddəa nəzərdə tutmur. Məsələn, bu maddə « sınaq müddəti », və ya « hormonal müalicə » və ya hər hansı müalicə ilə bağlı heç nə nəzərtə tutmur. Həmin maddə sadəcə olaraq cinsin dəyişdirilməsi üçün « əməliyyat »a istinad edir və başqa heç bir tibbi prosedurdan danışılmır. Maraqlı şəxsin fikrincə, beləcə bu sahədə həqiqi hüquqi boşluq mövcuddur. Sosial Müdafiə Xidmətinin tibbi prosedurlarla bağlı müddəalarda da məsələ ilə bağlı heç nə yoxdur.
86. Ərizəçi bundan əlavə iki mülki hüquq üzrə alimin mülki məhkəmələr[2] tərəfindən cinsi dəyişmə xahişinə iddiaçının reproduksiya orqanlarının olması faktına əsaslanaraq rədd cavabı verməsi ilə bağlı məqaləsinə də istinad edir. Müəlliflər bu imtinanın Konstitusiyaya uyğunluğu məsələsi araşdırılmamışdır və məhkəmələr problemin Avropa İnsan Hüquqları Konvensiyasına münasibətdə vəziyyətin necə araşdırılmalı olduğunu da nəzərə almamışlar.
87. Nəticədə, ərizəçi hesab edir ki, reproduksiya qabiliyyətindən məhrum olmayan transseksuallar – yəni onun fikrincə transseksualların əksəriyyəti - üçün cinsin dəyişdirilməsi proseduru, Mülki Məcəllənin 40-cı maddəsinin ediləcək müalicə üsulları təklif etməməsi və bu sahədə başqa qanunvericilik müddəalarınbın olmaması səbəbilə tətbiq edilə biləcək deyil. Ərizəçinin fikrincə, bu vəziyyət transseksual şəxsləri qanun çərçivəsindən çıxmağa, dərmanlarla müalicəyə və ya hakim və həkimin sistematik nəzarətindən kənarda qalan cərrahiyyə əməliyyatlarına əl atmağa vadar edir.
β) Hökumətin arqumentləri
88. Yuxarıda istinad edilən Christine Goodwin və Van Kück eləcə də Grant Birləşmiş Kralığa q. (no 32570/03, CEDH 2006‑VII) işlərə istinad edən Hökumət vurğulayır ki, Məhkəmə günümüzün tələbləri işığında transseksualların üzləşdiyi problemlərlə bağlı bir neçə işə artıq baxmış və Konvensiyanın 8-ci maddəsi mənasında Dövlətlərin, bu şəxsləri müdafiə etmək vəonların vəziyyətini tanımaq üçün gördüyü tədbirlərin durmadan yaxşılaşdırılmasını alqışlamışdır. Hökumətin fikrincə, onlara bu sahədə müəyyən mülühizə səlahiyyəti tanımaqla Məhkəmə hesab etmişdir ki, 8-ci maddənin üzərlərinə qoyduğu pozitiv öhdəliklər əsasında Dövlətlər əməliyyat olunmuş transseksualların yeni şəxsiyyətini, xüsusilə vətəndaş vəziyyəti reyestrlərində, ondan irəli gələn nəticələrlə bağlı dəyişiklikləri etməklə tanımalı idilər (Hökumət bu qərarları xatırladır : Christine Goodwin, yuxarıdakı istinad, §§ 71-93, və Grant, yuxarıdakı istinad, §§ 39-44).
89. Hökumət bildirir ki, türk hüquq sistemi bu tələbə cavab verir: əməliyyat olunmuş transseksual şəxs vətəndaş vəziyyəti reyestrinə dəyişiklik hüququna malikdir və bu dəyişiklikdən sonra o həyatını yeni şəxsiyyətinə uyğun şəkildə davam etdirə bilir.
90. Bununla belə, Hökumətin fikrincə, yuxarıda istinad edilən işlərdə Məhkəməyə şikayəti cinslərini dəyişmək üçün əməliyyat keçirmiş şəxslər etmişdilər, halbuki hazırki iş dövlət orqanların ərizəçinin cinsini dəyişmək üçün cərrahiyyə əməliyyatı olunmaq üçün icazə verilməsi xahişini rədd etməsi barədədir. Bununla bağlı Hökumət dəqiqləşdirir ki, 1988-ci ildən etibarən türk hüququ cinsin dəyişdirilməsi və əməliyyat olunmuş transseksual şəxslərin yeni cinsi identikliyinin tanınması imkanını nəzərdə tutur.
91. Cinsin dəyişdirilməsi üçün qanunun tələblrinə gəlincə Hökumət, Mülki Məcəllənin 40-cı maddəsinə göndəriş edir. Onun fikrincə, daxili qanunvericilik və onun icrası qaydası cinsini dəyişmə əməliyyatı üçün iddiaçının əvvəldən hər hansı strelizasiya məqsədli tibbi prosedurdan keçməsini və ya hormonal müalicə almasını tələb etmir. Hazırki işdə ərizəçinin işinə qanunvericliklə nəzərdə tutulmüş tələblər çərçivəsində baxılmışdır.
92. Şəxsi müxtariyyət prinsipinin 8-ci maddənin təminatlarının təfsirinin əhatə etdiyi əhəmiyyətli prinsipi ifadə etdiyini qəbul edən Hökumət iddia edir ki, Məhkəmə bu vaxta qədər heç bir zaman bu maddənin öz-özlüyündə özünü təyinetmə hüququnu təmin etdiyini elan etmmişdir. (o yuxarıda istinad edilən Schlumpf, Van Kück və Pretty işlərinə əsaslanır). Hökumətin fikrincə, Konvensiyanın 8-ci maddəsi və Məhkəmənin bu sahədəki təcrübəsindən cərrahiyyə əməliyyatı vasitəsilə cinsin dəyişdirilməsinə şərtsiz hüququn olması nəticəsinə gəlmək olmaz, çünki belə bir hüquq, onun fikrincə, Konvensiyanın təmin etmək məqsədi daşıdığı müdafiəyə zidd olardı.
93. Hökumətin fikrincə, cinsi dəyişdirmək üçün əməliyatın ciddiliyi və geri dönüşünün olmaması, onun cinsi identikliklə bağlı xəstəliklərin müalicəsində zərurəti ilə bağlı qeyri-müəyyənlik, bu cür əməliyyatların banallaşması riski və bunun təhlükəsi nəzərə alınaraq Dövlətə cinsin dəyişdirilməsi məsələsini tənzimləməkdə və cinsi dəyişdirmək üçün cərrahiyyə əməliyyatı üçün riayət olunmalı tələbləri müəyyənləşddirməkdə geniş mülahizə səlahiyyəti verilməlidir.
94. Hökumət bildirir ki, Mersin YİM-i, cinsin dəyişdirilməsi üçün qanunla nəzərdə tutulan şərtlərin hamısının mövcud olub-olmadığını müəyyən etmək üçün cinsi dəyişmə əməliyyatına icazə verilməsinin şərtlərindən birinə, yəni tam reproduksiya qabiliyyətsiz olmaq şərtinə və mütəxəssislərin bilik və rəylərinə əsaslanmışdır.
95. Digər tərəfdən, tansseksuallığın əsl təbiəti ilə bağlı qeyri-müəyyənliyin olması və ondan irəli gələn çox mürəkkəb vəziyyətlərlə əlaqədar Hökumət hesab edir ki, hazırki işdə mübahisələndirilən qanun müddəası bu sahədə adekvat hüquqi tədbirləri nəzərdə tutur. Onun fikrincə, Məhkəmə özü qeyd etmişdir ki, transseksuallığın əsl təbiəti ilə bağlı bütün qeyri-müəəynliklər aradan qalxmamışdır və oxşar halda cərrahi əməliyyatın uyğunluğu ilə bağlı sullar doğur (Hökumət yuxarıda istinad edilən B. c. France işinə istinad edir).
96. Hökumət heç kimin cinsi identiklik problemlərinin həlli üçün cərrahi əməliyyatın qaçınılmaz olduğunu iddia edə bilməyəcəyinə inanır. O fikrinə davam edir ki, transseksuallıq diaqnozunun dəqiqliyi çox böyük əhəmiyyət daşıyır və oxşar psixi problemlərlə qarışıqlığın olmaması üçün bu diaqnoz çox diqqətlə qoyulmalıdır. O bildirir ki, cinsi dəyişdirmək üçün əməliyyat yalnız psixoloji göstəricilərə görə deyil, həm də tibbi göztəricilərə görə zəruri olmalıdır.
97. Bundan əlavə, transseksuallıqla bağlı hüquqi vəziyyətlər çox mürəkkəbdir. Onlar, xüsusilə anatomik, bioloji, psixoloji və mənəvi xarakterli suallarla və onun anlayışı ilə; razılıq və əməliyyatdan əvvəl riayət olunmalı başqa tələblər ilə; cinsi identikliyin dəyişilməsinin icazə verildiyi hallar ilə; məsələnin beynəlxalq aspektləri ilə ; hüquqi nəticələri ilə, bu dəyişikliklərin retroaktiv olub-olmaması ilə; başqa bir ad seçmək imkanı ilə; à la confidentialité desbu dəyişikliklə bağlı sənəd və məlumatların məxfiliyi ilə ; ailə həyatına təsiri ilə bağlı ola bilər. Bu müxtəlif məsələlərlə bağlı Avropa Şürası Üzv Dövlətləri arasında konsensus hələ Məhkəmənin Dövlətə tanınan mülahizə səlahiyyətini məhdudlaşdıran nətcələrə gəlməyə imkan verəcək dərəcədə geniş deyildir və bu səbəbdən bu sahə Razılğa gələn Dövlətlərin fikirlərinin müxtəlifliyi səbəbilə, geniş mülahizə səlahiyyətinə malik olduqları sahələrdəndir.
98. Cinsi dəyişmək üçün cərrahiyyə əməliyyatlarının onun fikrincə çox ciddi təhlükə daşımasını nəzərə alaraq, Hökumət iddia edir ki, daxili qanunvericilikdə nəzərdə tutlan şərtlər, nə hüquqi, nə də tibbi nöqteyi-nəzərdən tənqid edilməli deyidir. O narahatdır ki, əks mövqe, tibbi zərurətlə bağlı heç bir ilkin yoxlama olmadan və ya uğur üçün tibbi zəmanət verilmədən bu tip əməliyyatların həyata keçirilməsinə şərait yaradar.
99. Yuxarıdakı elementlərin məcmusunu nəzərə alaraq, Hökumət bildirir ki, daxili məhkəmələrin ərizəçiyə cinsini dəyişdirmək üçün əməliyyat olunmağa icazə verməkdən imtinası maraqlı şəxsin Konvensiyanın 8-ci maddəsi mənasında şəxsi həyatına hörmət hüququnun pozuntusu hesab edilə bilməz və dövlət orqanları hazırki işdəki kimi işdə onlara tanınmalı olan mülahizə səlahiyyətinin sərhədlərini aşmamışlar. Beləliklə, onun fikrincə, 8-ci maddənin pozuntusu baş verməmişdir.
γ) Məhkəmənin dəyərləndirməsi
100. Məhkəmənin təşəkkül tapmış təcrübəsinə görə, müdaxilə o zaman legitim məqsədə çatmaq üçün « demokratik cəmiyyətdə zəruri » hesab olunur ki, « vacib sosial ehtiyac »a cavab versin və çatılmaq istənən məqsədə mütənasib olsun. Bununla bağlı, dövlət orqanarının müdaxiləni əsaslandərmaq üçün gətirdiyi motivlərin « adekvat və kafi » olması lazımdır (bax, digər işlərlə yanaşı, Nada c. Suisse [BP], no 10593/08, § 88, CEDH 2012, və Animal Defenders International c. Royaume-Uni [BP], no 48876/08, § 105, CEDH 2013 (çıxarışlar)).
101. İlkin olaraq bu şərtlərin olub-olmasını müəyyən etmək dövlət orqanlarının vəzifəsi olsa da, sonda Konvensiyanın tələbləri baxımından müdaxilənin zəruriliyi məsələsini həll etmək Məhkəmənin vəzifəsidir. Bununla bağlı dövlət orqanlarına müəyyən mülahizə səlahiyyəti tanımaq lazımdır. Bu səlahiyyətin dairəsi dəyişkəndir və Konvensiya ilə təminat verilən hüququn xarakteri, maraqlı şəxs üçün onun əhəmiyyəti, eləcə də müdaxilənin xarakteri və məqsədi kimi bir sıra faktorlardan asılıdır. Həmin hüququn fərdə fundamental və ya « intim » xarakterli hüquqlarının səmərəli istifadəsini təmin etmək üçün əhəmiyytlidirsə, bu mülahizə səlahiyyəti məhdud olmalıdır. Beləliklə, bir fərdnin mövcudiyyətinin və şəxsiyyətinin xüsusilə vacib aspektindən söhbət getdikdə, Dövlətin mülahizə səlahiyyəti məhdudlaşır. Əksinə, Avropa Şurası üzvləri arasında, haqqında söhbət gedən marağın əhəmiyyəti və ya onu müdafiə etmək üsulları ilə bağlı konsensus olmadıqda, bu səlahiyyət geniş olur (S. et Marper c. Royaume-Uni [BP], no 30562/04 və 30566/04, §§ 101-102, CEDH 2008, və Fernández Martínez, yuxarıdakı istinad, § 125).
102. Hazırki işdə Məhkəmə müşahidə edir ki, milli məhkəmələr qarşısındakı proses birbaşa olaraq, ərizəçinin cinsi mənsubiyyətini müəyyən etmək azadlığı ilə bağlı idi ki, bu azadlıq özünü təyinetmə hüququnun ən əsas elementlərindən biri hesab olunur (Van Kück, yuxarıdakı istinad, § 73). Bununla bağlı Məhkəmə xatırladır ki, o dəfələrlə transseksualların qarşılaşdıqları problemlərin fərqində olduğunu elan etmişdir və adekvat hüquqi tədbirlərin zəruriliyinin müntəzəm qaydada yoxlanımlasının əhəmiyyətini vurğulamışdır (Christine Goodwin, yuxarıdakı istinad, § 74).
103. Məhkəmə bu məsələdə xatırladır ki, Konvensiyanın onda nəzərdə tutulan təminatların nəzəri və ya illüzyon deyil, konkret və səmərəli olacağı şəkildə təfsir olunması çox vacibdir. Əgər Məhkəmə dinamik və təkamülçü yanaşmasını davam etdirməzsə, belə mövqe bütün islahat və təkmilləşmələrə mane olardı (bax, digər işlərdə yanaşı, Stafford c. Royaume-Uni [BP], no 46295/99, § 68, CEDH 2002‑IV).
104. Hazırki işin kontekstində işi « müasir həyatın tələbləri işığında » dəyərləndirmək üçün Məhkəmə beynəlxalq və Avropa hüququnun, həmçinin Avropa Şurasının müxtəlif üzvlərindəki hüquq və təcrübəni nəzərə almağı uyğun hesab edir (oxşar yanaşma üçün bax, digər işlərlə yanaşı Tyrer c. Royaume-Uni, 25 aprel 1978, § 31, série A no 26).
105. Bununla bağlı Məhkəmə müşahidə edir ki, bir çox ölkələrdə transeksualların cinsi dəyişdirmək üçün müalicə almaq, eləcə də yeni cinsi identikliklərinin hüquqi olaraq tanınması imkanı var. Məhkəmə bildirir ki, cins dəyişidirilməsini tanıyan ölkələrdə qüvvədə olan qanunvericlik və təcrübə birbaşa və ya dolayısıyla, yeni cinsin hüquqi tanınmasını cinsin dəyişdirilməsi üçün cərrahi əməliyyat və/və ya reproduksiya qabiliyyətinin olmaması ilə şərtləndirir (...)
106. Christine Goodwin (yuxarıdakı istinad, § 85) işində, Məhkəmə hesab etmişdi ki, subsidiarlıq prinsipinə uyğun olaraq, Konvensiyada təminat verilən hüquqların öz yurisdiksiyaları altındakı bütün şəxslərə tanınmasını təmin edəcək tədbirləri görmək hər şeydən əvvəl Razılığa gələn Dövlətlərin vəzifəsidir və öz daxili hüquq sistemlərində əməliyyat olunmuş transseksualların cinsinin hüquqi olaraq tanınmasının yaratdığı konkret problemləri həll etmək üçün razılığa gələn Dövlətlərin geniş mülahizə səlahiyyəti vardır.
107. Məhkmə hesab edir ki, heç şübhəsiz, cinsini dəyişmək üçün bədəninin dəyişdirilməsini arzulayan transseksualların tibbi və ya cərrahi vasitələrə çatımlılığını tənzimləyən hüquqi tələblərdən söhbət gedəndə də belədir.
108. Bunları qeyd etdikdən sonra Məhkəmə xatırladır ki, o artıq bildirmişdir ki, hüquqi və təcrübi problemlərin həll edilməsi qaydaları ilə bağlı Avropa konsensusuna deyil, həm transseksualların cəmiyyətlərdə qəbul edilməsinin, həm də əməliyyat olunmuş transseksualların yeni cinsi identikliyinin hüquqi olaraq tanınmasının artması ilə bağlı beynəlxalq tendensiyanın olduğunu göstərən aydın və danılmaz elementlərə əhəmiyyət vermək lazımdır (Christine Goodwin, yuxarıdakı istinad, § 85).
109. Məhkəmə bu istiqamətdə onu da təkrar edir ki, transseksualların digər vətəndaşlar kimi şəxsi inkişaf hüququ və ya fiziki və ya mənəvi bütövlüyü hüququndan tam olaraq istifadəsi məsələsi, yaranan problemlərin daha aydın görünməsi üçün vaxtın tələb olunduğu təzadlı məsələ hesab edilə bilməz (Christine Goodwin, yuxarıdakı istinad, § 90).
110. Bununla bağlı, Məhkəmə vurğulayır ki, CM/Rec(2010)5 saylı, cinsi orientasiya və ya cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkiliklə mübarizə ilə bağlı tədbirlər barədə Rekomendasiyasına qoşmada Avropa Şurası Nazirlər Komitəsi bildirmişdir ki, cinsin dəyişməsinə qoyulan ilkin şərtlər, fiziki xarakterli dəyişiklik şərti də daxil olmaqla, müntəzəm qaydada yenidən baxılmalı və sui-istifadə xarakterli olanlar ləğv edilməlidir (...). Digər tərəfdən, Avropa Şurası Parlament Assambleyası 1728 (2010) saylı cinsi orientasiya və ya cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkilik haqqında Qərarında üzv Dövlətləri transseksual şəxslərlə bağlı qyrı-seçkilik və insan hüquqları pozuntularını araşdırmağa, xüsusilə də bu qanunvericilikdə və təcrübədə bu şəxslərin seçdikləri cinsin identikliyini əks etdirən sənədlərə hüququnu, əvvəlcədən sterilizasiyavə ya cinsi dəyişdirmək üçün cərrahi əməliyyat və ya hormonal müalicə kimi tibbi proseduran keçmək şərti qoymadan təmin etməyə çağırmışdır (...)
111. Məhkəmə həmçinin onu da müşahidə edir ki, üzv Dövlətlər cinsi dəyişmə ilə bağlı müalicəyə çatımlılıq və yeni cinsin hüquqi olaraq tanınması barədə qanunvericiklərini və təcrübələrini təzəlikcə dəyişmiş və sonsuzluq/sterilizasiya tələbini ləğv etmişlər (...)
112. Bununla bağlı, Məhkəmə bu məsələ ilə bağlı türk hüququnun özəlliyini göstərməyi vacib hesab edir. Belə ki, seçilmiş yeni cinsin hüquqi olaraq tanınması üçün hormonal müalicəni və cinsin cərrahi üsulla dəyişdirilməsini şərt qoyan Dövlətlərin əksəriyyətində sterilizasiya/sonsuzluq cinsin tibbi və ya cərrahi yolla dəyişdirilməsindən sonra dəyərləndirilir (paraqrafs 42-43, yuxarıda). Türk hüququ isə, vətəndaş vəziyyəti reyestrində dəyişiklliyi, cinsin dəyişdirilməsi üçün « həmin məqsədlə, məhkəmə icazəsi ilə və tibbi yollarla keçirilən» əməliyyatdan sonrakı fiziki dəyişikliklə şərtləndirirsə də, Mersin YİM-in verdiyi qərara görə, cinsin dəyişdirilməsi prosesindən əvvəl, reproduksiya qabiliyyətinin olmaması riayət olunmalı tələblərdən biridir və cinsi dəyişdirmək əməliyyatının şərtidir.
113. İş materiallarına, xüsusilə də ərizəçinin yaxınlarının yerli məhkəmələr qarşısında verdikləri ifadələrdən (paraqraf 9, yuxarıda) Məhkəmə müşahidə edir ki, ərizəçi, illərdən bəri öz sosial həyatını kişi kimi yaşayır. Maraqlı şəxs yeniyetməlik yaşlarından psixoloq nəzarətində olmuşdur, psixologiya sahəsində mütəxəssislərən ibarət komitə tərəfindən ona transseksual diaqnozu qoyulmuşdur və mütəxəssislər hesab etmişlər ki, onun həyatını kişi kimi davam etməsi zəruridir (paraqrafs 7, 10 və 14, yuxarıda). 2005-ci ilin sentyabrında, ilk dəfə cinsini əməliyyat yolu ilə dəyişmək üçün məhkəmə icazəsi üçün müraciət etdikdə ərizəçi artıq bir neçə ildən bəri cinsini dəyişdirmək üçün yola çıxmışdı : psixoloq nəzarəti altında idi və uzun müddətdən bəri kişi sosial davranışı sərgiləyirdi.
114. Bu faktlara baxmayaraq, yerli məhkəmələr ona seçdiyi fiziki görünüş əldə etmək üçün dəyişiklik etməyə icazə verməkdən imtina etmişlər. Bununla bağlı, Məhkəmə təkrar edir ki, dövlətdaxili qanunvericiliyin fərdin şəxsiyyətinin vacib bir aspekti ilə uyğunlaşmadığı hallarda şəxsi həyat hüququnun ciddi pozuntusu baş verə bilər (Christine Goodwin, yuxarıdakı istinad, § 77).
115. Məhkəmə həmçinin xatırladır ki, bir şəxsin cinsini dəyişdirmək üçün cərrahiyyə əməliyyatı keçirmək qərarında, bu prosesisin çoxsaylı və bezdirici fazalardan keçdiyi və cəmiyyətdəki cinsi rolunu dəyişmək üçün lazım olan qətiyyət və inanın dərəcəsi nəzərə alınarsa, düşünülməmiş heç nə olmadığını Məhkəmə artıq baxdığı işlərdə bildirmişdir (Christine Goodwin, yuxarıdakı istinad, § 81, və Schlumpf, yuxarıdakı istinad, § 110).
116. Hazırki işdə Məhkəmə müəyyən edir ki, ərizəçinin ilkin xahişini rədd etmələrini yalnız onun reproduksiya qabiliyyətsiz olmaması ilə əsaslandırmışlar. Lakin məhkəmə cinsini cərrahi yolla dəyişmək istəyən şəxsin reproduksiya qabiliyyətinin olmamasının onun cinsini dəyişmək üçün fiziki prosesə başlamasından öncə dəyərləndirilməsinin səbəbini izah etmir.
117. Məhkəmə bununla bağlı müşahidə edir ki, tərəflərin təqdim etdiyi məlumatla görə daxili hüquqda könüllü sterilizasiya üçün tibbi prosedur nəzərdə tutulur (paraqraf 23-24, yuxarıda). 25 oktyabr 2010-cü il tarixli təqdimatlarında ərizəçi bildirir ki, o daxli hüquq çərçivəsindən kənara çıxmadan bu tip müalicə imkanı yoxdur (paraqraf 83 və 87, yuxarıda). Ərizəçi əlavə edir ki, heç bir daxili qanunvericilik aktında atılmalı addımlar və edilməli müalicə barədə yazıılmamışdır və bu sahədə boşluq vardır (paraqraf 85-87, yuxarıda). 23 oktyabr 2013-cü tarixli əlavə təqdimatlarında ərizəçinin vəkili iddia edir ki, hazırki ərizəni Məhkəməyə göndərdikdən sonra hər hansı məhkəmə və ya həkim nəzarət olmadan hormonlardan istifadə etmişdir (paraqraf 47, yuxarıda).
118. Reproduksiya qabiliyyətsiz olmaması səbəbilə milli məhkəmələrin ərizəçinin xahişini rədd etməsinin qanuna uyğun olduğunu bildirən Hökumət iddia edir ki, nə mübahisələndirilən qanunvericilik, nə dəd onun tətbiqi qaydaları ərizəçinin əvvəlcədən hər hansı sterilizasiya və ya hormonal müalicə proseduru keçməsini tələb etmirdi (paraqraf 91, yuxarıda). Məhkəmə ərizəçinin bioloji olaraq reproduksiya qabiliyyətli olduğuna görə, sterilizasiya əməliyyatı keçirmədəm bu sonsuzluq tələbinə necə cavab verə biləcəyini təsəvvür etmir.
119. Bütün hallarda Məhkəmə ərizəçinin bu tələbə cavab vermək üçün tibbi müalicəyə çatımlılığı məsələsi ilə bağlı fikir bildirməyi vacib hesab etmir. Belə ki, bütün hallarda Məhkəmə hesab edir ki, bu cür presedurlardan keçməyə məcbur olması, ərizəçinin fiziki bütövlüyünə edilməli hörmətə zidd olardı.
120. Beləliklə, hazırki işin hallarında və ərizəçinin şikayətinin ifadə tərzi nəzərə alınarsa, Məhkəmə ərizəçinin həm daxili məhkəmələr, həm də Məhkəmə qarşısında, cinsin dəyişdirilməsinə icazə üçün şəxsin tam reproduksiya qabiliyyətsiz olması barədə ilkin şərtin qanunverilikdə yer almasını mübahisələndirdiyini qeyd etməyi kafi hesab edir.
121. Məhkəmə hesab edir ki, bu tələb Hökumətin bildirdiyi kimi cinsi dəyişdirmə əməliyyatlarının tənzimlənməsi üçün heç bir halda zəruri görünmür (paraqrafs 74 et 75). Nəticədə, ərizəçinin cinsini dəyişdirməyə icazə almaq üçün ilkin müraciətinin rədd olunmasının adekvat motivə əsaslanmasını fərz etsə belə, Məhkəmə hesab edir ki, bu imtina kafi əsasa söykənmiş hesab edilə bilməz. Bunun nəticəsində ərizəçinin şəxsi həyata hörmət hüquna edilmiş müdaxilə demokratik cəmiyyətdə « zəruri » hesab edilə bilməz.
2013-cü ilin mayında, ərizəçinin tam reproduksiya qabiliyyətsiz olmadığı barədə tibbi mülahizələri nəzərə almadan ərizəçiyə cinsini dəyişdirmək üçün əməliyyat olunmağa icazə verən Mersin YİM-nin mövqeyindəki dəyişiklik, (paraqraf 24 və 25, yuxarıda), bu mülahizəni təsdiq edir.
122. Beləliklə, Məhkəmə hesab edir ki, uzun illər ərzində ərizəçini belə əməliyyatı etdirmək imkanından məhrum etməklə, Dövlət onun şəxsi həyatına hörmət hüququnu pozmuşdur. Məhkəmə Konvensiyanın 8-ci maddəsinin pozulduğu nəticəsinə gəlir.
(...)
BU ƏSASLARLA, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
(...)
2. Elan edir ki, Konvensiyanın 8-ci maddəsi pozulmuşdur;
(...)
Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə uyğun olaraq fransızca hazırlanmış, sonra 10 mart 2015-ci ilə yazılı olaraq elan edilmişdir.
Abel CamposGuido Raimondi
Katib müavini Sədr
Hazırki qərara, Konvensiyanın 45-ci maddəsinə və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq aşağıdakı ayrıca rəylər əlavə edilmişdir:
– Hakimlər Keller və Spanonun razılşma rəyi ;
– Hakimlər Lemmens və Kūrisin razılşma rəyi.
G.R.A.
A.C.
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
[1]. Türkiyədə qadınların şəxsiyyət vəsiqələri çəhrayı, kişilərinki isə mavidir.
[2]. İzmir Yüksək Məhkəməsinin 17 dekabr 2003 (E. 2002/979 və K. 2003/102) və Kassasiya Məhkəməsinin 18 iyun 2003-cü il (E. 2003/7323 və K. 2003/906) qərarları.
Full & Egal Universal Law Academy