© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi No 183
Mart 2015
Y.Y. Türkiyəyə q. - 14793/08
Qərar 10.3.2015 [Seksiya II]
Maddə 8
Maddə 8-1
Şəxsi həyata hörmət
Cinsi dəyişmə əməliyyatının maraqlı şəxs tərəfindən reproduksiya qabiliyyətsiz olmasının sübutu ilə şərtləndirilməsi: pozuntu
Faktlar – Ərizəçi, Y.Y. ərizəsini Məhkəməyə göndərdiyi zaman vətəndaş vəziyyəti reyestrində qadın olaraq qeyd edilmişdi. Onun dediklərinə görə, gənc yaşlardan özünü kiçi cinsinə mənsub hiss edirdi və bu onun anatomik cinsinə zidd idi. Bu səbəbdən, o cinsini dəyişdirmək üçün əməliyyat olunmağa məhkəmə qaydasında icazə istəmiş, lakin bu icazəni verməkdən, onun tam reproduksiya qabiliyyətsiz olması əsasıyla imtina edilmişdir. Bununla bağlı, daxili məhkəmələr Mülki Məcəllənin 40-cı maddəsini tətbiq etmişdir.
Ərizəçi nəhayət 2013-cü ildə, yəni birinci müraciətindən beş il yeddi ay sonra istədiyi icazəni əldə etmişdir. Daxili məhkəmələr ərizəçinin reproduksiya qabiliyyətinin olub-olmadığını araşdırmadan onun xahişini qəbul etmişlər.
Hüquqi məsələlər – Maddə 8 : Transseksualların cinsini dəyişmək üçün müalicə olunmaq və onların yeni cinsinin hüquqi tanınması imkanı Avropa Şurasının üzv Dövlətlərinin bir çoxunda mövcuddur. Bəzi Dövlətlərdə yeni cinsin hüquqi tanınması cinsin cərrahiyyə əməliyyatı yolu ilə dəyişdirilməsi və/və ya reproduksiyaya qabiliyyətsiz olmasına şərtləndirir. Və bəzi Dövlətlərdə sterillik və ya sonsuzluq cinsin tibbi və cərrahi dəyişilməsi prosesindən sonra dəyərləndirilir.
Hazırki işdə cinsin dəyişdirilməsi prosesindən əvvəl, reproduksiya qabiliyyətinin olmaması riayət olunmalı tələblərdən biridir və cinsi dəyişdirmək əməliyyatının şərtidir. Yerli məhkəmələr ərizəçinin cinsini əməliyyatla dəyişdirmək üçün icazə müraciətini bu tələbə əsaslanaraq rədd etmişdir. Halbuki ərizəçi artıq illərdən bəri, həm psixoloq nəzarətində olmaqla, həm də kişi sosial davranışı ilə cinsini dəyişdirmə yolunda idi.
Məhkəmə cinsini dəyişdirmək istəyən şəxsin reproduksiya qabiliyyətinin olmamasının cinsi dəyişdirmək üçün fiziki prosesi başlamazdan öncə müəyyənləşməsinin səbəbini izah etmir.
Milli məhkəmələrin ərizəçinin xahişini rədd etməsinin qanuna uyğun olduğunu bildirən Hökumət iddia edir ki, nə mübahisələndirilən qanunvericilik, nə də onun tətbiqi qaydaları ərizəçinin əvvəlcədən hər hansı sterilizasiya və ya hormonal müalicə proseduru keçməsini tələb etmirdi. Məhkəmə ərizəçinin bioloji olaraq reproduksiya qabiliyyətli olduğuna görə, sterilizasiya əməliyyatı keçirmədən bu sonsuzluq tələbinə necə cavab verə biləcəyini təsəvvür etmir.
Bütün hallarda Məhkəmə ərizəçinin bu tələbə cavab vermək üçün tibbi müalicəyə çatımlılığı məsələsi ilə bağlı fikir bildirməyi vacib hesab etmir. Belə ki, bütün hallarda Məhkəmə hesab edir ki, bu cür presedurlardan keçməyə məcbur olması, ərizəçinin fiziki bütövlüyünə edilməli hörmətə zidd olardı.
Beləliklə, hazırki işin hallarında və ərizəçinin şikayətinin ifadə tərzi nəzərə alınarsa, Məhkəmə ərizəçinin həm daxili məhkəmələr, həm də Məhkəmə qarşısında, cinsin dəyişdirilməsinə icazə üçün şəxsin tam reproduksiya qabiliyyətsiz olması barədə ilkin şərtin qanunverilikdə yer almasını mübahisələndirdiyini qeyd etməyi kafi hesab edir.
Məhkəmə hesab edir ki, bu tələb Hökumətin bildirdiyi kimi cinsi dəyişdirmə əməliyyatlarının tənzimlənməsi üçün heç bir halda zəruri görünmür. Nəticədə, ərizəçinin cinsini dəyişdirməyə icazə almaq üçün ilkin müraciətinin rədd olunmasının adekvat motivə əsaslanmasını fərz etsə belə, Məhkəmə hesab edir ki, bu imtina kafi əsasa söykənmiş hesab edilə bilməz. Bunun nəticəsində ərizəçinin şəxsi həyata hörmət hüququna edilmiş müdaxilə demokratik cəmiyyətdə « zəruri » hesab edilə bilməz.
2013-cü ilin mayında, ərizəçinin tam reproduksiya qabiliyyətsiz olmadığı barədə tibbi mülahizələri nəzərə almadan ərizəçiyə cinsini dəyişdirmək üçün əməliyyat olunmağa icazə verən Mersin YİM-nin mövqeyindəki dəyişiklik bu mülahizəni təsdiq edir.
Beləliklə, uzun illər ərzində ərizəçini belə əməliyyatı etdirmək imkanından məhrum etməklə, Dövlət onun şəxsi həyatına hörmət hüququnu pozmuşdur.
Nəticə : pozuntu (yekdilliklə).
Maddə 41 : mənəvi ziyana görə 7 500 EUR.
(Hazırki iş cinsini dəyişmək istəyən şəxsə qoyulan tələblərin maddə 8-ə uyğun olub-olmaması ilə bağlıdır. Məhkəmənin daha əvvəllər əməliyyat olunmuş transseksuallara 8-ci maddə altındakı hüquqlarının istifadəsində tətbiq olunan məhdudiyyətlərin əsaslandırılmış olub-olmaması ilə bağlı, bax, məsələn, Christine Goodwin c. Royaume-Uni [BP], 28957/95, 11 iyul 2002, Məlumat qeydi 44 ; Van Kück c. Allemagne, 35968/97, 12 iyun 2003, Məlumat qeydi 54 ; və Hämäläinen c. Finlande [BP], 37359/09, 16 iyul 2014, Məlumat qeydi 176.)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy