© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BIRINCI SEKSIYA
ZOLOTAS YUNANISTANA q. (No 2)
(Ərizə no 66610/09)
QƏRAR
STRAZBURQ
29 yanvar 2013
QƏTİ
29/04/2013
Bu qətnamə Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən qaydada qüvvəyə minmişdir. Ona forma dəyişiklikləi edilə bilər.
Zolotas Yunanıstana qarşı (no 2) işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Seksiya):
Isabelle Berro-Lefèvre, Sədr ,
Elisabeth Steiner,
Khanlar Hajiyev,
Mirjana Lazarova Trajkovska,
Julia Laffranque,
Linos-Alexandre Sicilianos,
Erik Møse, hakimlər,
və Seksiya Katibinin müavini André Wampach-dan ibarət tərkibdə,
8 yanvar 2013-cü ildə qapalı məşvərət keçirərək,
Aşağıdakı qətmanəni qəbul edir:
PROSEDUR
1. İş iki Yunanıstan vətəndaşı C. Anastasios Zolotas (« ərizəçi ») tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« la Konvensiya ») 34-cü maddəsinə əsasən bu Dövlətə qarşı 7 dekabr 2009-cu il tarixlərində göndərdiyi ərizə (no 66610/09) ilə başlamışdır.
2. Yunanıstan HHökuməti (« Hökumət ») öz Agentinin nümayəyəndələri, Dövlət Hüquq Şurasının hakim köməkçisi X. F. Dedoussi, və X. Z. Hadjipavlou, Dövlət Hüquq Şurasının auditoru tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi xüsusilə Konvensiyaya 1 sayli Protokolun 1-ci maddəsinin təsbit etdiyi hüququnun pozulduğunu iddia edir.
4. 31 avqust 2011-ci ildə, ərizə barədə Hökumətə məlumat verilmişdir. Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, ərizənin qəbuledilənliyi və mahiyyətinə eyni zamanda baxılmasına qərar verilmişdir.
FAKTLAR
5. Ərizəçi 1924-cü ildə anadan olmuş və 27 fevral 2011-ci ildə,şikayət ərizəsi Məhkəmə tərəfindən baxılmaqda olduğu zaman vəfat etmişdir.Ərizəminin oğlu C. Panayotis Zolotas, işi davam etdirmək niyyətini bəyan etmişdir.
I. İŞİN HALLARI
6. 11 iyul 1974-cü ildə, vəkil olan ərizəçi, Yunanıstan Mərkəzi Bankında bank hesabı açır və 660 000 draxma (1 936,90 avro (AVRO)) pul köçürür. 1981-ciilin ikinci semestrindən 2003-cü ilədək, o bank hesabında heç bir əməliyyat (pul çıxarılması və ya qoyulması və ya faiz kitabçasında faizləri qeyd olunması) aparmır. Həm özünün, həm də arvadının ciddi sağlamlıq problemləri ilə bağlı ərizəçi uzun illər xaricdə yaşayır. 6 fevral 2003-cü ildə o bankdan bank hesabının vəziyyəti barədə məlumat istəyir. Bank ərizəçiyə cavab verir ki, bank hesabında 1981-ci ilin ikinci semestrindən bəri heç bir əməliyyat olmadığından, bu hesabla bağlı bütün iddiaların müddəti ötürülmüşdür. Bununla belə, bank bildirdi ki, ərizəçinin şəxsi qovluğu bankın hesab siyahısındadır və hesab üzrə bütün faizlər o qovluğa qeyd olunur.
7. 3 iyun 2003-cü ildə, ərizəçi banka qarşı mülki məhkəmə işi açır. O banka qoyduğu məbləgi və on əlavə olunamlı faizləri, cəmi 30 550,74 EUR tələb edir. 21 aprel 2005-ci il tarixli, 1481/2005 saylı qərarı ilə Afina birinci instansiya məhkəməsi bu iddianı rədd edir və bildirir ki, ərizəçinin iddiaları qeyri-mütəmadi bank depozitləri (anomali parakatathiki) üçün mülki məcəllənin 830-cu maddəsində nəzərdə tutulan iyirmi illik müddət ötdükdən sonra verilmişdir. (aşağıdakı 18-19-cu paraqraflar). Məhkəmə dəqiqləşdirdi ki:
« (...) [Ərizəçi] 1 saylı Protokolun 1-ci maddəsini (...) eləcə də əmlaka hörmət barədə 20 mart 1952-ci il Paris Konvensiyasına istind edir. Lakin bunlar bu işdə tətbiq olunmur,çünki milli hüququn bir institutu olan müddətlərin ötürülməsi institutu onlardan üstündür. [mülki məcəllənin 247-ci maddəsində nəzərdə tutulmuş] müddətlərin ötürülməsi 1195/1942 saylı qanun-fərmanın 3-cü maddəsinə görə milli banklara qoyulmuş nəğd depozitləri və onlardan əmələ gələn fazilərin depozitlər üçün iyirmi, fazilər üçün isə beş il ərzində sahibi tərəfindən tələb olunmaması halında dövlətə keçməsi faktından asılı deyildir (...). »
8. Ərizəçi qərardan apelyasiya çikayəti verir. O şikayətini müvafiq yerli qanunvericilik və Konvensiyaya 1 saylıIlavə Protokolun 1-ci maddəsi ilə əsaslandırır. O iddia edirdi ki, onun halında mülki məcəllənin 260-cı maddəsinə görə müddətlərin axımı fors major səbəbilə dayanmışdı, çünki bank hər altı aydan bir onun qovluğuna bu hesabdakı məbləğə görə faizləri əəlavə edirdi.
9. 6 aprel 2006-cı il tarixli, 2452/2006 saylı qərarında Afina Apelyasiya Məhkəməsişikayıti rədd etdi və bildir ki , qeyri-mütəmadi depozitlər üçün iyirmi illik iddia müddətinin tətbiq edilməsi ictimai maraqlar namimə edilmişdir : uzaq keçmişdə yranmış və mövcudiyyəti qeyri-müəyyən olan hüquqi əlaqələrin cəmiyyətin xeyrinə (koinoniki oikonomia) ləğv olunması. Bankın, faizləri ərizəçinin bank hesabına keçirməyə davam etməsi faktı məhkəmənin fikrincə, ərizəçinin iyirmi illik iddia müddətinin axımını dayandırılmalı olması barədə iddialarını tanımasıdır. Bank depozitlərində, iddia müddətinin axımı yalnız yeni bir depozitin qoyulması və ya çıxarılması, hesaba yeni pul transferi və ya faizlərin götürülməsi ilə dayandırıla bilər. Apelyasiya Məhkəməsi öz qərarında 1195/1942 saylı qanun-fərmana da əsaslanmışdı. Bu qanuna əsasən, iyirmi il ərzində passiv qalan bank hesabındakı pullar bu müddət bitdikdın donra Dövətə keçir.
10. Apelyasiya Məhkəməsi həmçinin ərizəçinin iddia müddətinin fors major halına görə (özü və arvadının xəstəliyi) dayandırılmalı olması barədəki etirazını da rədd etdi. Məhkəmə hesab edir ki, hazırki işdə fors major yoxdur, çünki bu xəstəliklər bütün iddia müddəti dövründə, xüsusilə də son altı ay ərzində davam etməmiş və ərizəçinin qoyduğu depoziti və onun faizlərini özünün və ya nümayəndəsi vasitəsilə götürməsinə mane olmamışdır.
11. Ərizəçi kassasiya şikayəti verdi. O Konvensiyaya 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edirdi.
12. 12 yanvar 2009-cu ildə Kassasiya Məhkəməsi əsaslandırılmadığı səbəbilə rədd etdi. Məhkəmə hesab etdi ki, mübahisəli qanunvericiliyin tətbiqi ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsində təsbit oluna əmlakına hörmət hüququnu pozmur (qətnamə no 50/2009). Daha dəqiq, Kassasiya Məhkəməsi hesab etdi ki :
« (...) Bütün iddia müddətləri kimi bu iddia müddətinin tətbiq olunmasının da keçmişdən qalan və bu üzdən qeyri-müəyyən olan münasibətlərin tənzimlənməsini tələb edən ictimai maraqlar naminə edildiyindən və cəmiyyətin marağında olduğundan, mübahisələndirilən müddəalar [1 saylı Protokola] zidd deyildir »
13. 9 iyun 2009-cu ildə bu qərar düzgün hesab edildi.
II. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ
14. « Banklardakı depozitlərin və digər dəyər və iddiaların müddətlərinin Dövlətə xeyrinə ötməsi barədə » 1195/1942 saylı qanun-fərmanın 3-cü maddəsində deyilir :
Depozit və dəyərlərin müddətinin Dövlətin xeyrinə ötməsi
« Milli banklarda olan pul depozitləri və onların faziləri (...), əgər depozit əldə edilə bildiyi tarxidən iyirmi il ərzində, fazilər isə alına biliyi vaxtdan beşil ərzində hesab sahibi tərəfindən tələb edilməzsə və ya hesabda heç bir əməliyyat aparılmamışsa, qəti olaraq Dövlətə keçir. »
15. 1195/1942 saylı qanun-fərman 30 may 1946-cı ildə Nazirlər Şurasının 315 saylı aktı ilə ratifikasiya edilmişdi.
16. Bu qanun-fərmana görə, bəzi alacaq və iddiaların iddia müddətinin ötməsi adi hüquqda olduğu kimi debtora keçməkdənsə, Dövlətət keçir. Bank və kredit müəssislərindəki depozitlərdən əlavə bu alacaq və iddialar banklar və məhdud məsuliyyətli cəmiyyətlərə mövcud olan kapital və qiymətli kağız və daşınar dəyərləri də əhatə edir
17. Qanun-fərmanın 16-cımaddəsinin 2-ci bəndi nəzərdə tutur ki, bəzi hallarda kreditorun, iddiaları Dövlətə keçəndən sonra Dövlətət qarşı bu iddia müddəti ərzində mülki iddia qaldırmaq hüququ vardır.
18. Müvafiq mülki məcəllə müddəalarında deyilir :
Maddə 247
İddiaların müddətləri
« Başqa birindən birhərəkət və ya hərəkətsizliyi tələb etmənin (iddia) müddətləri vardır. »
Maddə 249
İyirmi illik iddia müddəti
« Qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia müddəti iyirmi ildir.»
Maddə 250
Beş illik iddia müddəti
« Beş illik iddia müddəti : (...) 15. faizlərə tətbiq olunur (...) ».
Maddə 251
İddia müddətinin başlanması
« İddia müddəti iddianın başlandığı andan və onun hüquqi yolla həyata keçirilməsinin mümkün olduğu andan başlayır. »
Maddə 255
İddia müddətinin dayandırılması
« İddia müddətinin axımı hüquq sahibinin (...) və ya başqa fors major halı səbəbilə iddia müddətinin son altı ayı ərzində iddialarınıirəli sürər bilməməsi müddətində dayanır (...) »
Maddə 260
Kəsilmə - Tanınma
« İddia müddəti iddianın hər hansı şəkildə hərəkəti etməliolan şəxs (borclu) tərəfindən tanınması ilə kəsilir. »
Maddə 272
Bitmiş iddia müddətinin nəticələri
«İddia müddəti ötdükdə, borclunun ondan istənilən hərəkəti etməmək hüququ vardır.
(...) »
Maddə 274
Əlavə iddiaların müddətinin ötməsi
« Əsas iddianın müddəti ötdükdə, ondan irəli gələn əlavə iddiaların müddəti bitmiş olmasa belə, onların da müddəti bitir. »
Maddə 827
Qaytarılma vaxtı
« Depozit qoyan əşyasını tələb edərsə, onun saxlanmavaxtı bitməmiş olsa belə, depoziti saxlayan onu qaytarılmalıdır. »
Maddə 830
Qeyri-mütəmadi depozitlər
«Müəyyən pul məbləğinin və ya dəyişən əşyalarının depoziti, şübhə olması halında əgər depoziti saxlayan ondan istifadəedəbilərsə, borc hesab edilir. Bununla belə, qaytarılmanın vaxtı və yeri məsələsinə gəlincə, şübhə halında depozitlə bağlı müddəalar tətbiq olunur. (...) »
19. « Mütəmadi depozit » tərəflərin razılaşmasından sonra digər tərəfinistifadə haqqı olmaqla saxlaması üçün pul və ya digər dəyişə bilən əşyanın depozitidir. Doktrina və davamlı məhkəmə təcrübəsinə görə, ənənvi faizlərlə və qoyulan məbləğin dərhal çəkilməsi imkanı ilə qoyulmuş pul depoziti qeyri-mütəmadi depozitdir.
20. Mülki məcəllənin 260-cı maddəsinə görə, borclu iddianı hər hansı şəkildə tanıyırsa, iddia müddəti kəsilir. Bir qayda olaraq, belə tanınma üçün debtorun öz öhdəliyini və borc verənin iddiasını tanımasını açıq-aydın göstərən hərəkəti və davranışı kifayət edir. Belə tanınma borcun bir hissəsinin ödənməsi, fazilərin ödənməsi, zəmanətin verilməsi, müddət verilməsi barədə müraciət və ya borcun bağışlanması müraciəti formasında ola bilər (Georgiadis-Stathopoulos, Mülki Məcəllə, maddə-maddə şərh, p. 461).
21. Debtor tərəfindən tanınmanın iddia müddətinin kəsilməsinə səbəb olması üçün (mülki məcəllə, maddə 260), o kreditora ünvanlanmalı və ona çatmalıdır (Kassasiya Məhkəməsi, qərar no 1178/1976, Nomiko Vima 25/710). Debtorun borcu sadəcə olaraq öz kitablarında qeydə alması 260-cı maddə mənasında iddianın tanınması deyildir və iddia müddətini kəsmir (Kassasiya Məhkəməsi, qərar no 924/1977, Nomiko Vima 26/726).
22. Bank hesabı sahibinin bu bank hesabına münasibətdə iddialarının müddətinin ötməsinə gəlincə, belə qəbul olunur ki, bu müddət, hər bir yeni depozit qoyulduğunda və ya pul çəkildiyində və ya bank hesabında dəyişikliyə səbəb olan hər hansı hərəkət edildikdə, kəsislir. İddia müddəti bank hesabına əlavə olunmalı fazilərin keçirilməsi ilə, hətta bu fazilər sərmayə olsa belə, və ya bank hesabı sahibinin qovluğunda hər altı aydan bir qeyd olunması ilə kəsilmir (Kassasiya Məhkəməsi qərarlari no 739/2004 və no 50/2009).
23. 31 oktyabr 2002-ci il tarixli 2501 saylı qərarı ilə Yunanıstan Bankı Sədri dəqiqləşdirmişdir :
« Kredit müəssisələri müqavilə tərəfinə, aşağıdakı qaydada minimum məlumat verməlidirlər:
1. Əsas şərtlər
(...)
c) müqavilə tərəfini müqavilə bağlamazdan əvvəl aralarındakı münasibəti tənzimləyən şərtlər barədə məlumatlandrmaq və müqavilə bağladıqdan sonra tam versiyasını ona təqdim etmək.
(...)
e) Müqavilə şərtlərinin, dəyişilməsinə icazə verilən sahələrdə sonradan dəyişməsi halında [kredit müəssisələri] müqavilə tərəflərini ilkin şərtlərin dəyişilməsi barədə kollektiv və ya fərdi şəkildə məlumatlandırır və hər iki halda yeni şərtlərin qüvvəyə minməsi tarixini bəyan edir.
(...)
2. Dövri məlumatlar
a) Depozitlər : B fəslinin a) və f) elementləri, eləcə də hesabda dəyişikliklik olubsa, hesabın vəziyyəti ilə bağlı məlumat ən azı üç aydan bir verilir, hesabda dəyişiklik olmayıbsa, məlumat altı aydan bir verilir.
Əmanət kitabçasının verildiyi əmanət hesablarına gəlincə isə, məlumatlar əmanət kitabşası təqdim edildiyində yenilənir.
(...) »
24. Eyni qaydada Kassasiya Məhkəməsi hesab etmişdir ki, bankın iddia müddətinin keçməsi barədə xəbərdarlıq etmək öhdəliyi yoxdur. Bank tərəfindən əmanət kitabçası verildiyindən, şəxs kitabçasındakı məlumatları yeniləməlidir, çünki bu kitabça hesaba qoyulan məbləğin və orda edilən əməliyyatların sübutudur. (Kassasiya Məhkəməsi qərarları no 432/1990 və no 1623/1995).
HÜQUQİ MƏSƏLƏLƏR
I. ÜMUMİ QEYD
25. Məhkəmə ilk öncə C. Panayotis Zolotasın 2011-ci ilin fevralında ölən ərizəçinin yerinə şikayət ərizəsini davam etdirmək hüququnun olub olmaması məsələsini həll etməlidir.
26. Məhkəmə xatırladır ki, prosesin davam etdiyi zaman ərizəçilərin öldüyü çox sayda işdə Məhkəmə varislər və yaxın qohumlar tərəfindən işi davam etdimək istəklərini nəzərə almışdır (bax: məsələn, Deweer c. Belgique, 27 fevral 1980, §§ 37-38, série A no 35 ; X c. Royaume-Uni, 5 noyabr 1981, § 32, série A no 46 ; Vocaturo c. Italie, 24 may 1991, § 2, série A no 206-C ; G. c. Italie, 27 fevral 1992, § 2, série A no 228-F ; Pandolfelli et Palumbo c. Italie, 27 fevral 1992, § 2, série A no 231-B ; X c. France, 31 mart 1992, § 26, série A no 234‑C ; Raimondo c. Italie, 22 fevral 1994, § 2, série A no 281‑A ; Malhous c. République tchèque (déc.) [GC], no 33071/96, CEDH 2000‑XII, və, a contrario, Scherer c. Suisse, 25 mart 1994, §§ 31-32, série A no 287).
27. Hazırki işdə Məhkəmə qeyd edir ki, C. Panayotis Zolotas ərizəçinin oğlu və ab intestat və par indivis varisidir və 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunan hüquq başqasına keçə biləndir. Beləliklə, C. Panayotis Zolotasın legitim maraqları vardır və bu ona ölmüş atasının adından şikayət etmək hüququ verir.
II. KONVENSİYAYA 1 SAYLI ƏLAVƏ PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
28. Ərizəçi şikayət edir ki, yerli məhkəmələr mülki məcəllədə nəzərdə tutulan iyirmiillik iddia müddəti və 1195/1942 saylı qanun-fərmana əsaslanaraq, ərizəçinin hesabı olan banka qarşı qaldırdığı iddiaların müddəti ötmüşdur və bank hesabındakı məbləğ passiv bank hesablarının son sahibi olan Dövlətə keçməlidir. O, aşağıdakıları elan edən Konvensiyaya 1 sayl Protokolun 1-ci maddəsinin pozulduğunu iddia edir:
« Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. »
A. Qəbuledilənlik
29. Bu şikayətin Konvensiyanın 35-ci maddəsinin 3 a) bəndi mənasında açıq-aydın əsaslandırılmamış olmadığını müəyyən edən Məhkəmə onu qəbuledilən elan edir.
B. Mahiyyət
1. Tərəflərin arqumentləri
a) Hökumət
30. Hökumət vurğulayır ki, 1195/1942 saylı qanun-fəranın əsas məqsədi qiymətli kağız və daşınar dəyərlərdən əməmlə gələn və sərmayə və renta olan pulların onların sahiblərinin ölümləri və varislərinin olmaması və ya iddialarından əl çəkmək istəklərindən irəli gələn passivliyi nəticəsində banklar, məhdud məsuliyyətli cəmiyyətlər vədigər hüquqi şəxslər tərəfindən mənimsənilməsinin qarşısını alaraq ümumi mənafeyə xidmət etməkdir.
31. Bu qanun fərmanda nəzərdə tutulan müddəalarla paralel, lakin müstəqil şəkildə mövcud olan mülki məcəllənin ümumi müddəalarına əsasən, ərizəçinin iddiasınin müddəti ötmüşdür. Qanun fərman mülki məcəllənin 247 və sonrakı maddələrindən fərqlənir və nəzərdə tutur ki, müddəti keçmiş borc passiv bank hesabının saxlandığı banka deyil, Dövlətə keçməlidir. Ərizəçinin halında qanun-fərmanın müddəalarının tətbiqinin müddətin ötməsinə heç bir xüsusi təsiri olmamışdır, çünki Hökumətin fikrincə, ərizəçinin iddiası bütün hallarda mülki məcəllənin müddəalarına əsasən də müddəti keçmiş hesab olunacaqdı və fərq onda olcaqdı ki, bu ehtimalda borc Dövlətə deyil, banka keçəçəkdi.
32. Bankın ərizəçini müddətötməkdə olması barədə xəbərdar etmək öhdəliyi yoxdur. Bank tərəfindən ona kitabça verilmişdir və ərizəçionu yeniləməli idi, çünki bu kitabça onun hesabındakı məbləğin və hesabda əməliyyatların aparldığının sübutu idi (Kassasiya Məhkəməsinin qərarları, no 432/1990 və no 1623/1995 – yuxarıdakı 24-cü paraqraf).
33. Bundan belə nəticə çıxır ki, bank tərəfindən ərizəçinin qovluğunun həraltə aydan bir ora faizlərin qeyd olunması ilə yenilənməsi , iddia müddətinin kəsilməsinə səbəb olmurdu, çünki bu hərəkət ərizəçiyə ünvanlanmamış və ona bu barədə bildirilməmişdi, sadəcə bankın daxili məlumatlarının güncəlləşdirirlməsi üçün edilirdi və bu, bankın daxili proseduru idi. Bu akt barədə ərizəçiyəməlumat verilməmişdi, ərizəçi hər hansı əməliyyat aparmaq və ya hesabında edilən dəyişiklikləri qeyd elətdirmək banka müraciət etməmişdir.
34. Bundan əlavə, Hökumət iddia edir ki, ərizəçi minimum səy belə göstərməmişdir. Nəhayət, yerli məhkəmələr ərizəçinin fikrincə, özünün və arvadının xəstəliyi səbəbilə iddia müddətinin dayandıran fors major halının olması la bağlı arqumentini də qəbul etməmişlər.
b) Ərizəçi
35. Ərizəçi bildirir ki, ank hesabını açarkən müqavilə bağlamaq azadlığı çərçivəsində onun niyyəti ömürlük renta müqaviləsi bağlamaq idi. İctimai qaydanın təhlükə altımda olmadığı halda iddia müddətinin tətbiqi vicdanlılıq, əxlaq və razılıq prinsipinə uyğun deyildir. Digər tərəfdən, depozitin fazilərin yığılması ilə kapitalizasiyası, ərizəçinin fikrincə, iddia müddətinə tabe edilə bilməz, çünki onun vasitəsilə, bank dolayı yolla, lakin açıq şəkildə iddianı qəbul edirdi.
36. Ərizəçi vurğulayır ki, bank onu pulunu itirmək təhlükəsi barədə məlumatlandırmalı idi və Dövlət bu məbləği ərizəçi və onun vaislərinin mülkiyyət hüququnun müdafiəsi üçün ağlabatan minimum müddət ərzində saxlamalı idi. Ərizəçi, belə bir məlumatın verilməsini nəzərdə tutun fransız, alman və italyan qanunvericiliyini misal göstərir.
37. Ərizəçi bildirir ki, hesabında iddia müddəti ərzində heç bir əməliyyat edilməməsinin səbəbi, xüsusilə müddətin son semestri (1994) və bankdan onun hesabı ilə balı məlumat istədiyi vaxt (6 fevral 2003-cü il) arasında fors majorla bağlı idi.
38. Nəhayət, ərizəçi iddia edir ki, 1195/1942 saylı qanun-fərman ratifikasiya edilməmişdir və bu səbəbdən qanuni qüvvəyə minməmişdir.O bildirir ki, Yunanıstan kimi demokratik bir ölkənin nasist Almaniyasının təcavüzü vaxtından qalan bir qanunu tətbiq etməsi və fərdin əmlakının dolayısı ilə müsadirə etməsi qəbuledilməzdir. Ərizəçinin firincə, hazırki işdə ictimai maraqlar fərdi maraqlardan üstün hesab edilə bilməz, çünki maraqlı şəxslərin əmlak itkisi üçün.
2. Məhkəmənin qiymətləndirməsi
a) Tətbiq olunan prinsiplər
39. Məhkəmə xatırladır ki, fərdi Dövlətin onun əmlakına qəsdindən qoruyan 1 saylı Protokolun 1-ci maddəsi Dövlətin fərdin mülkiyət hüququnun müdafiəsi üçün, xüsusilə ərizəçinin legitim olaraq Dövlətdən gözlədiyi tədbirlə onun öz mükiyyətindən istifadəsi arasında birbaşa əlaqə olduğu zaman, lazım olan tədbirlər görməsi kimi pozitiv öhdəliklərini də nəzərdə tuta bilər (Öneryıldız c. Turquie [GC], no 48939/99, § 134, CEDH 2004-XII, Păduraru c. Roumanie, no 63252/00, § 88, CEDH 2005-XII, Broniowski c. Pologne [GC], no 31443/96, § 143, CEDH 2004-V, və Sovtransavto Holding c. Ukraine, no 48553/99, § 96, CEDH 2002-VII). Hətta üfiqim ünasibətlər planında belə, Dövlətin üzrinəmüəyyən öhdəliklər qoyan ictimai maraqlar mövcud ola bilər. Beləliklə, Broniowski qərarında (yuxarıdakı istinad, § 143), Məhkəmə elan etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklər Dövlət üçün mülkiyyətin müdafiəsini təşkil edəcək bəzi tədbirlərin görülməsini ehtiva edə bilər. Ona görə ki, Dövlət üzərində pozitiv öhdəliklər yaradan ümumi maraqlar üfiqi münasibətlər zamanı da mövcud ola bilər (Kotov c. Russie [GC], no 54522/00, § 109, 3 aprel 2012).
40. 1 sayli Protokolun 1-ci maddəsi mənasında Dövlətin pozitiv və neqativ öhdəlikləri arasındakı sərhəd dəqiqliklə müəyyən oluna bilməz, lakin onların hər ikisinə tətbiq olunan prinsiplər oxşardır. Istər işə pozitiv öhdəliklər, istərsə də dövlət orqanlarının əsaslandırılmalı olan müdaxilələri baxımından baxılsın, tətbiq olunmalı. Mülkiyyətə hörmət hüququnun pozulması da fərdin xeyrinə hərəkətlər edilməsi kimi ümumi maraqlarla fərdi fundamental hüuquları arasında ədalətli tarazlığın əldə edilməsi ilə həyata keçirilməlidir (bax: digərləri ilə birgə Sporrong et Lönnroth c. Suède, 23 sentyabr 1982, § 69, série A no 52, və yuxarıda istinad edilmiş Kotov, § 110).
41. Məhkəmə həmçinin elan etmişdir ki, bəzi hallarda, 1 saylı Protokolun 1-ci maddəsi tələb edəbilər ki, « fiziki şəxslə hüquqi şəxs arasındakı mübahisələrdə belə, (...) mülkiyyət hüququnun müdafiəsi üçün müəyyən tədbirlər görülsün» (yuxarıda istinad olunmuş Sovtransavto Holding, § 96). Bu prinsip özəl debtorlara qarşı qaldırılmış icra prosesləri kontetində geniş şəkildə tətbiq olunmuşdur (Fouklev c. Ukraine, no 71186/01, §§ 89-91, 7 iyun 2005 ; Kesyan c. Russie, no 36496/02, §§ 79-80, 19 oktyabr 2006 ; həmçinin Kin-Stib et Majkić c. Serbie, no 12312/05, § 84, 20 aprel 2010, Marčić et autres c. Serbie, no 17556/05, § 56, 30 oktyabr 2007, və , mutatis mutandis, Matheus c. France, no 62740/00, §§ 68 vəsonrakı paraqraflar, 31 mart 2005).
42. Dövlətin davranışının 1 saylıProtoolun 1-cimaddəsinə uyğunluğunu yoxlamaq üçün Məhkəmə, Konvensiyanın « konkret və səmərəli » hüquqları müdafiə etdiyini nəzərdə saxlamaqla, işdə olan müxtəlif maraqları qlobal şəkildə dəyərləndirməlidir. Məhkəmə görüntü ilə kifayətlənməməli, mübahisəli vəziyyətin reallığını axtarmalıdır. Bu dəyərləndirmə, yalnız, əgər əmlakdan məhrumetmə baş vermişsə, təzminat qaydaları əsasında deyil, həm də tərəflərin davranışları, eyni zamanda Dövlətin sitifadə etdiyivasitələr və onların həyata kemçirilməsi qaydaları əsasında aparılır. Bununla bağlı istər qanunvericilik, istərsə də inzibati səviyyədə və ya yerli orqanların təcrübəsi sahəsindəki qeyri-dəqiqlik Dövlətin davranışını qiymətləndirmək üçün nəzərər alınan amillərdəndir. Belə ki, hər hansı ictimai maraqdan söhbət gedərsə, dövlət orqanları vaxtında, düzgün və ən uyğun şəkildə rəaksiya verməlidir (Tunnel Report Limited c. France, no 27940/07, § 39, 18 noyabr 2010).
43. Məhkəmə xatırladır ki, yurisprudensiyaya görə, ərizəçinin iddiasının müddət ötdüyündən rədd olunması öz-özlüyündə Konvensiya baxımından problem yaratmır. İddia müddəti institutu Dövlətlərin hüquqi sistemələrinin ümumi xüsusiyyətidir və proseslərə bir son müəyyən etməklə və məhkəmələrin uzaq keçmişdə baş verən hadisələrlə bağlı qərar verməsi nətciəsində yarana biləcək ədalətsizliyə ane olmaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır (J.A. Pye (Oxford) Ltd et J.A. Pye (Oxford) Land Ltd c. Royaume-Uni [GC], no 44302/02, § 68, CEDH 2007-III ; Stubbings et autres c. Royaume-Uni, 22 oktyabr 1996, § 51, Recueil des arrêts et décisions 1996-IV).
44. Nəhayət, Məhkəmə vurğulayır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndinin 2-ci cüməlisindəki « cəmiyyətin maraqları» anlayışı geniş anlayışdır. Yerli orqanlar « cəmiyyətin maraqları »nın nə olduğunu beynəlxalq hakimdən daha yaxşı dəyərləndirər. Qanunvericinin iqtisqdi və sosial siyasət səhəsində böyük mülahizə səlahiyyətinə malik olduğunu hesab edən Məhkəmə onun « cəmiyyətin maraqları »nı necə dəyərləndiyinə hömət edir, bir şərtlə ki, bu dəyərləndirmə açıq-aydın əsaslandırılmamış olsun. Alternativ həll yolunun mövcud olması, öz-özlüyündə mübahisəli qanunvericiliyin əsaslandırılmış olmasını təmin etmir. Qanunverici mülahisə səlahiyyətini aşmadığı sürəcə, Məhkəmədən qanunvericinin problemi həll etmək üçün ən doğru yolu seçib-seçmədiyi və ya səlahiyyətindən başqa şəkildə istifadə etməli olduğu barədə fikir bildirməsi tələb olunmur (J.A. Pye (Oxford) Ltd c. Royaume-Uni, no 44302/02, §§ 43-45, 15 noyabr 2005).
b) Hazırki işə tətbiqi
45. Hazırki işdə Məhkəmə ilk öncə müəyyən edir ki, ərizəçi 6 fevral 2003-cü ildə bankına gedib hesabının vəziyyəti ilə maraqlananda öyrənmişdir ki, 1981-ci ilin son rübündən bəri hesabında heç bir əməliyyat aparılmadığından, hesabla bağlı bütün iddialarının müddəti bitmişdir. Yerli məhkəmə qərarlarından belə görünür ki, bu hesabı açarkən ərizəçi bankla Yunanısan qanunvericiliyi və yurisprudensiyasına əsasən qeyri-mütəmadi depozit müqaviləsi bağlamışdır (Mülki Məcəllə, maddə 830). Ərizəçinin bu müqavilə əsasında yarana bütün iddiları mülki məcəllədə nəzərdətutulan iyimi illi iddia müddətinə tabe idi. (maddə 247 və 249).
46. Məhkəmə həmçinin qyed edir ki, ərizəçinin müraciət etdiyi yerli məhkəmələr 1195/1942 qanun-fərmanıtıtbiq etmişlər ki. ona görə pul depozitləri və onların faziləri iyirmi il ərzində hesab sahibi tərəfindən tələb olunmazsa və ya bank hesabında heç bir əməliyyat aparılmazsa, bütün məbləğ Dövlətə keçir. Apelyasiya Məhkəməsi buna əlavə olaraq hesab etmişdi ki, iddia müddəti nə kəsilməmişdi – bank hesabının fazilərinin ərizəçinin bank qovluğunda qeyd olunması müddəti kəsmirdi (yuxarıdakı paraqraf 9) – nə də ərizəçinin iddia etdiyi kimifors major halına görə dayanmamışdı (paraqraf 10 ci-dessus).
47. Məhkəmənin fikrincə, ərizəçinin bank hesabına olan iddilarına müddətin tətbiq olunması mülkiyyət hüququna müdaxilə idi. Bu müdaxilə nə müsadirə, nə də mülkiyyətdən istifadəyə nəzarət vasitəsi deyildir və 1-ci maddənin 1-ci paraqrafının birinci cümləsinə əsasən araşdırılmalıdır. (bax: mutatis mutandis, Optim et Industerre c. Belgique (déc.), no 23819/06, § 35, 11 sentyabr 2012). Müəyyən edilməlidir ki, cəmiyyətin ümumi maraqları ilə fərdin hüquqlarınınmüdafiəsi tələbi arasında ədalətli balans tımin edilmişdirmi?
48. Məhkəmə şübhə etmir ki, mülki məcəllənin 247 və 249-cu və 1195/1942 saylı qanun-fərmanın 3-cü maddələrində nəzərdə tutduğu iddia müddətləri legitim məqsəd daşıyır. Apelyasiya Məhkəməsinin 6 aprel 2006-cıcil tarixli qərarında göstərildiyi kimi, qeyri-mütəmadi depozitlərə iyirmi illik iddia müddətinin tətbiqi cəmiyyətin maraqlarındadır : uzaq keçmişdə yaranan və mövcudluğu qeyri-müəyyən olan hüquqi münasibətlərin çəmiyyətin xeyrinə ləğv olunması.
49. İddia müddətləri ilə bağlı yurisprudensiyasını (yuxarıdakı paraqraf 43) da nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda görsətrilən yunan iddia müddəti sistemi ağlabatndır : iyirmi illik müddət uzun müddətdir və maraqlı şəxsə bu iddia müddətini dayandırmaq çətin və ya qeyri-müəyyən deyildir.
50. Ərizəçinin işində qərar verən yunan məhkəmələri qüvvədə olan qanunvericlik və yursprudensiyanı tətbiq etmişlər : bir tərəfdən, iddia müddətinin bank hesabı sahibinin depozitini tələb etməsi və ya hesabında hər hansı əməliyyat etməsi halında dayanmasını nəzərdə tutan qanun-fərmanın 3-cü maddəsi, və, digər tərəfdən, iddia müddətinin kəsilməsinin borclu trəfindən, bu işdə bank tərəfindən, iddianın tanınması olduğunu müəyyən edən mülki məcəllənin 260-cı maddəsi. Bununla bağlı, Kassasiya Məhkəməsi hesab etmişdir ki, bu tanınma kreditora ünvanlanmalı və ona çatdırılmalıdır və borcun sadəcə bank kitablarında qeyd olunması 260-cı maddə mənasında iddianın tanınması deyildir və beləliklə, iddia müddətini kəsmir ( yuxarıdakı 18 və 21-ci paraqraflar).
51. Bununla belə, Məhkəmə hesab edir ki, bank hesabına müəyyən müddət ərzində heç bir əməliyyat edilməməsi səbəbilə tətbiq olunan iddia müddəti kimi radical bir tədbir, faizlərin bankda qeydiyyata alınmasının hesabda əməliyyat hesab edilməməsi barədə yurisprudensiya ilə birgə, bank hesabı sahiblərinı, xüsusilə əgər onlar mülki hüquqla və bank hüququ ilə tanış olmayan fiziki şəxslərdən söhbət gedərsə, bankla və ya qanun-fərmanın tətbiq olunduğu hallarda Dövlətlə müqayisədə əlverişsiz vəziyyətə salınırlar.
52. Məhkəmə qeyd edir ki, mülki məcəllənin 830-cu maddəsinə görə, bankda pulu olan bir şəxs banka ondan istifadə hüququ verirsə, bank o məbləği saxlamalı və əgər məbləğdən istifadə edirsə, depozit qoyana həmin məbləği qaytarmalıdır. Bank hesabı sahibi, xüsusilə əgər o faizlərin hesabına köçürüldüyünü görürsə, haqqlı olaraq hesab edir ki, əmanətləri təhlükəsizdir. Onun qanuna uyması və özmülkiyyət hüquqlarını müdafiə edəbilməsi üçün bankla bağladığı müqaviləni və ya maliyyə maraqlarını təhlükə altına qoyacaq hər hansı bir vəziyyət barədə xəbərdar olunacağını düşünməsi lelgitimdir. Belə etibar üzərində qurulan münasibətlər bank və onunla bağlı əməliyyatlarnın ayrılmaz tərkib hissəsidir.
53. Məhkəmə həmçinin xatırladır ki, hüquqi müəyyənlik prinsipi Konvensiyanın bütün maddələri üçün keçərlidir və hüquqi dövlətin fundamental elementlərindən biridir. (Nejdet Şahin et Perihan Şahin c. Turquie, [GC], no 13279/05, § 56, 20 oktyabr 2011). Məhkəmənin fikrincə, Dövlətin vətəndaşı qorumaq və beləliklə, iddia müddətinin bitməsinin acı nəticələrini nəzərə alaraq, bankların passiv hesab sahiblərini iddia müddətlərinin sonunun çatması barədə məlumatlandırması və beləliklə, şəxsə bank hesabında hər hansı əməliyyat etməklə iddia müddətini kəsmək imkanı tanıması üçün tədbirlər görmək kimi öhdəliyi var. Bu tip məlumatın verilməsinin tələb olunmamasının cəmiyyətin maraqları və fərdi hüququların müdafiəsi tələbi arasındakı ədalətli tarazlığı poza bilər.
54. Məhkəmə hesab edir ki, bu məlumatı almaması ərizəçinin həddindən artıq ağır və qeyri-proporsional yük çəkməsinə səbəb olmuşdur. Buna nə Appelyasiya Məhkəməsinin müəyyən etidiyi kimi mövcudluğu qeyri-müəyyən olan hüquqi münasibətlərin ləğvi, nə də bank sisteminin yaxşı işləməsi ehtiyacı ilə haqq qazandırıla bilməz bilməz.
55. Beləliklə, ərizəçiyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu olmuşdur.
III. İDDİA OLUNAN DİGƏR POZUNTULAR
56. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad edərək, ərizəçi mülki məhkəmələr tərəfindən iddia müddətlərinin tətbiq olunmasından və onun iddialarının rədd olunmasından şikayət edir.
57. Məhkəmə xatırladır ki, o daxili məhkəmələrin yerini tutmalı deyil. Daxili qanunvericiliyi şərh etmək ilk öncə yerli dövlət orqanlarının, xüsusilə, məhkəmələrin vəzifəsidir (bax: mutatis mutandis, Brualla Gómez de la Torre c. Espagne, 19 dekabr 1997, § 31, Recueil 1997‑VIII, və Edificaciones March Gallego S.A. c. Espagne, 19 fevral 1998, § 33, Recueil 1998‑I), və Məhkəmə əgər yerli məhkəmələrin qərarları özbaşına deyilsə, öz şərhini yerli məhkəmələrin şərhindən üstün tuta bilməz (bax: digər işlərlə yanaşı, Tejedor García c. Espagne, 16 dekabr 1997, § 31, Recueil 1997‑VIII). Hazırki işdə Məhkəmə qeyd edir ki, daxli məhkəmələr ərizəçinin halında müvafiq qanunvericlik və yurisprudensiyanı tətbiq etmişlər.
58. Bundan belə nəticə çıxır ki, bu şikayət açıq-aydın əsaslandırılmamışdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə uyğun olaraq rədd olunmalıdır.
IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
59. Konvensiyanın 41-ci maddəsinə görə,
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »
A. Ziyan
60. Ərizəçinin oğlu atasının məruz qaldığı maddi ziyanın ödənilməsini tələb edir. O, bununla bağlı atasıının Məhkəməyə göndəridyi və banka qoyduğu 660 000 drahmanı 3 iyun 2003-cü il tarixli Afina Məhkəməsinə göndərdiyi iddiasında göstərdiyi məbləğdə faizləri ilə birgə, yəni 30 550,74 AVRO tələb etdiyi şikayət ərizəsinə istinad edir. Mənəvi ziyana görə isə ərizəçi 100 000 AVRO tələb edir.
61. Maddi ziyanla bağlı, Hökumət bildirir ki, ərizəçinin oğlu Məhkəmə Reqlamentinin 60-cımaddəsinin 2-ci bəndinə uyğun olaraq tələb olunan vaxtda Dövlətin valyutasında ifadə edilmiş spesifik bir tələb irəli sürməmişdir. O sadəcə olaraq ərizəyə istinad edir və ərizədə də tələb aydın şəkildə göstərilmir və orda da Afina Məhkəməsinə göndərilən iddiaya istinad vardır. Mənəvi ziyana gəlincə, Hökumət hesab edir ki, tələb olunan məbləğ əsaslandırılmamış və həddindən artıq böyük məbləğdir və üstəlik ərizəçinin oğlu mənəvi ziyana görə kompensasiya tələb edə bilməz çünki mübahisəli tədbirdən təsirlənən ərizəçinin varisləri deyil, özü olmuşdur.
62. Məhkəmə hesab edir ki, maddi ziyanlabağlı tələblərini müvafiq qaydada Məhkəməyə təqdimetmişdir. O ərizəçinin özünün Afina Məhkəməsinə göndərdiyi 3 juin 2003-cü il tarixli iddiasında göstərdiyi məbləği, yəni 30 550,74 AVRO tələb edir.
63. Məhkəmə, xatırladır ki, hazırki işdə 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci paraqrafının birinci cümləsinin pozuntusu baş vermişdir. Digər tərəfdən Məhkəmə hesab edir ki, o, ərizəçinin yerli məhkəmələrdə işi udması halında alacağı məbləğ barədə fikir bildirə bilməz. Bununla belə, Məhkəmə hesab edir ki, ərizəçinin oğluna bütün ziyana görə 15 000 AVRO ödənməlidir.
B. Xərc və məsrəflər
64. Ərizəçinin oğlu məbləğin yerli məhkəmələr yoxsa Məhkəmə qarşısındakı prosesdə, yoxsa hər ikisi qarşısındakı proseslərdə çəkdiyini dəqiqləşdirmədən xərc və məsrəflər üçün 5 000 AVRO tələb edir.
65. Hökumət vurğulayır ki, ərizəçinin oğlu iddiları ilə bağlı heç bir sübut təqdim etmir.
66. Məhkəmənin təcrübəsinə əsasən, ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırki işdə Məhkəmə qeyd edir ki, ərizəçi yerli məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi xərclərlə bağlı heç bir faktura təqdim etməmişdir. Beləliklə, Məhkəmə xərc və məsrəflərlə tələbi rədd edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
67. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA MƏHKƏMƏ YEKDİLLİKLƏ,
1. Elan edir ki, ərizə 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı hissəsində qəbuledilən, qalan hissəsində qəbuledilməzdir;
2. Qərara alır ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur;
3. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın qüvvəyə mindiyi tarixdən üç ay ərzində ərizəçiyə bütün ziyanlara görə, tətbiq ediləcək bütün vergi məbləği də əlavə olunmaqla 15 000 (on beş min) Avro ödəməlidir ;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir.
4. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.
Fransızca hazırlanmış və tərəflərə 29 yanvar 2013-cü ildə, Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən yazılı şəkildə bildirilmişdir.
André WampachIsabelle Berro-Lefèvre
Seksiya Katibinin müaviniSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy