© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat qeydi No 159
Yanvar 2013
Zolotas Yunanıstana qarşı (no 2) - 66610/09
Qətnamə 29.1.2013 [Seksiya I]
1 saylı Protokolun 1-ci maddəsi
1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndi
Mülkiyyətə hörmət
İddia müddəti keçən passiv bank hesablarında qalan məbləğlərin Dövlətə keçməsi: pozuntu
Faktlar – Yunanıstanda bir bank hesabı açandan sonra ərizəçi ölkəni tərk etməyə məcbur olmuşdur. Geri döndüyündə bankı ona, iyirmi ildən bəri hesabda heç bir əməliyyat olmaması səbəbilə, hesabındakı pulu verməkdən imtina etmişdir. 2003-cü ildə ərizəçi məhkəmə iddiası qaldırmış və məbləği tələb etmişdir (30 550 avro). Yerli məhkəmələr hesab etmişdir ki, ərizəçinin banka qarşı bütün tələbləri ilə bağlı mülki hüquqda nəzərdə tutulan iddia müddəti ötmüşdür və mübahisəli məbləğ passiv bank hesablarının sahibi hesab olunan Dövlətə keçməlidir. 2009-cu ildə ərizəçinin kassasiya şikayəti rədd edilmişdir.
Hüquqi məsələlər – 1 saylı Protokolun 1-ci maddəsi : 2003-cü ildə hesabının vəziyyəti ilə bağlı bankına müraciət edərkən ərizəçi öyrənir ki, 1981-ci ilin ikinci rübündən etibarən hesabında heç bir əməliyyat olmadığından, onun bütün iddialarının müddəti ötmüşdür. Yerli məhkəmə qərarlarından görünür ki, ərizəçi bank hesabını açarkən depozit müqaviləsi bağlamışdır. Bu müqavilədən doğan iddalara mülki məcəllədə nəzərdə tutulan iyirmi illik iddia müddəti tətbiq olunmuşdur. Yerli məhkəmələr iyirmi il ərzində pul depozitləri və onların faizlərinin hesab sahibi tərəfindən tələb olunmaması və ya hesabda heç bir əməliyyat aparılmaması halında bu məbləğin Dövlətə keçməsini nəzərdə tutan qanunvericiliyi tətbiq etmişlər. Apelyasiya Məhkəməsi həmçinin hesab etmişdir ki, faizlərin bank kitablarında qeyd olunması müddətin kəsilməsi hesab olunmadığından iddia müddəti kəsilməmişdi və ərizəçinin iddia etdiyi kimi fors major səbəbilə dayandırılmamışdır.
Ərizəçinin öz bank hesabı ilə bağlı iddialarının müddətinin keçməsi onun mülkiyyət hüququna bir qəsddir. Iddia müddətinin tətbiq olunmasının legitim məqsədi vardır: uzaq keçmişdə yaranan və mövcudluğu qeyri-müəyyən olan hüquqi münasibətlərin çəmiyyətin xeyrinə ləğv olunması. İddia müddəti sistemi ağlabatandır: iyirmi illik müddət uzun müddətdir və maraqlı şəxsə bu iddia müddətini dayandırmaq çətin və ya qeyri-müəyyən deyildir. Bununla belə, bank hesabına müəyyən müddət ərzində heç bir əməliyyat edilməməsi səbəbilə tətbiq olunan iddia müddəti kimi radical bir tədbir, faizlərin bankda qeydiyyata alınmasının hesabda əməliyyat hesab edilməməsi barədə yurisprudensiya ilə birgə, bank hesabı sahiblərinı, xüsusilə əgər mülki hüquqla və bank hüququ ilə tanış olmayan fiziki şəxslərdən söhbət gedərsə, bankla və Dövlətlə müqayisədə əlverişsiz vəziyyətə salınırlar. Mülki Məcəlləyə görə, bankda pulu olan bir şəxs banka ondan istifadə hüququ verirsə, bank o məbləği saxlamalı və əgər məbləğdən istifadə edirsə, müqavilə müddəti bitdikdə depozit qoyana həmin məbləği qaytarmalıdır. Bank hesabı sahibi, xüsusilə əgər o faizlərin hesabına köçürüldüyünü görürsə, haqqlı olaraq hesab edir ki, əmanətləri təhlükəsizdir. Onun qanuna uyması və öz mülkiyyət hüquqlarını müdafiə edə bilməsi üçün bankla bağladığı müqaviləni və ya maliyyə maraqlarını təhlükə altına qoyacaq hər hansı bir vəziyyət barədə xəbərdar olunacağını düşünməsi lelgitimdir. Belə etibar üzərində qurulan münasibətlər bank və onunla bağlı əməliyyatlarnın ayrılmaz tərkib hissəsidir. Dövlətin vətəndaşı qorumaq və beləliklə, iddia müddətinin bitməsinin acı nəticələrini nəzərə alaraq, bankların passiv hesab sahiblərini iddia müddətlərinin sonunun çatması barədə məlumatlandırması və beləliklə, şəxsə bank hesabında hər hansı əməliyyat etməklə iddia müddətini kəsmək imkanı tanıması üçün tədbirlər görmək kimi öhdəliyi var. Bu tip məlumatın verilməsinin tələb olunmamasının cəmiyyətin maraqları və fərdi hüququların müdafiəsi tələbi arasındakı ədalətli tarazlığı poza bilər. Bu məlumatı almaması ərizəçinin həddindən artıq ağır və qeyri-proporsional yük çəkməsinə səbəb olmuşdur. Buna nə qeyri-müəyyən hüquqi münasibətlərin ləğvi, nə də bank sisteminin yaxşı işləməsi ehtiyacı ilə haqq qazandırıla bilməz.
Nəticə : pozuntu (yekdiiliklə).
Maddə 41 : maddi və mənəvi ziyana görə 15 000 Avro.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy