© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə Məlumat Qeydi No. 161
Mart 2013
Zorica Jovanović Serbiyaya qarşı - 21794/08
Qərar 26.3.2013 [Seksiya II]
Maddə 8
Pozitiv öhdəliklər
Maddə 8-1
Ailə həyatına hörmət
Xəstəxanada müalicədə olan yeni doğulmuş körpəsinin taleyi barədə ərizəçiyə davamlı olaraq məlumat verilməməsi: pozuntu
Maddə 46
Maddə 46-2
Qərarın icrası
Ümumi xarakterli tədbirlər
Cavabdeh Dövlətdən yoxa çıxmış körpələrin valideynlərinə müdafiə vasitəsi təmin edəcək mexanizmi yaratmaq üçün müvafiq tədbirləri görməsi tələb olunur.
Faktlar – 28 oktyabr 1983-cü ildə ərizəçi Dövlət xəstəxanasında sağlam bir oğlan uşağı dünyaya gətirmişdir. Üç gün sonra, ərizəçi və uşaq xəstəxanadan evə yazılacağı vaxtda, ərizəçiyə uşağının ölməsi barədə məlumat verilmişdir. Ərizəçi xəstəxananın körpənin gecəni keçirdiyi uşaq otağına girməyə çalışmış, lakin xəstəxana personalı buna imkan verməmişdir. Körpənin meyidi ərizəçiyə və ya onun qohumlarına verilməmiş və onlara otopsi ilə və ya uşağın harda dəfn olunması ilə bağlı heç bir məlumat verilməmişdir. Uşağın ölümünün səbəbi ilə bağlı heç bir məlumat verilməmiş və ölüm bələdiyyədə qeydiyyata alınmamışdır. Ərizəçinin ərinin mediyada bənzər işlər barədə xəbərlərdən sonra xəstəxana personalına qarşı qaldırdığı cinayət işinin açılması barədə müraciəti 2003-cü ilin oktyabrında əsaslandırılmamış olması səbəbilə rədd edilmişdir.
2003-2010-cü illər arasında dövlət orqanları yeni dogulmuş körpənin ölməsi halında xəstəxanalardakı prosedurun təkmilləşdirilməsi və xüsusilə, 1970-1990-cı illər arasında xəstəxanalardan yoxa çıxmış körpələrin valideynlərinin qaldırdığı şikayətlərin araşdırılması üçün addımlar atmışlar. Belə ki, 2003-cü ildən sonra xəstəxanalarda ölən yeni doğulmuş körpələrin valideynləri, ailələri və ya onların hüquqi nümayəndələri uşağın ölümü barədə məlumatlandırıldıqlarını və uşağı özlərinin dəfn edəcəklərini bildirən rəsmi bəyanat imzalamalı idilər. Bundan əlavə, Ombudsman, Parlamentin Araşdırma Komitəsi və Parlament tərəfindən vəziyyəti araşdrmaq və qanunvericilik dəyişiklikləri təklif etmək üçün yaradılan İşçi Qrup tərəfindən hesabatlar hazırlanmışdır. Ombudsman və Parlamentin Araşdırma Komitəsi həm 1980-ci ilərdə yeni doğulmuş körpənin xəstəxanada ölməsi halında tətbiq olunan qanunvericilikdə, həm də prosedur və qaydalarda (o zamanki yayılmış tibbi rəyə görə valideynlər körpələrini basdırmağın iztirabına məruz qalmamalıdır) ciddi çatışmazlıqlar olduğunu qeyd etmişlər. Onlar bu səbəbdən belə nəticəyə gəlmişlər ki, valideynlərin uşaqlarının başına gələnlərlə bağlı şübhələri əsaslandırılmışdır. Hesabatlarda həmçinin göstərilmişdir ki, Dövlətin vəziyyətə reaksiyası qeyri-adekvat olmuşdur. Bununla belə, 2010-cu ilin dekabrında, Parlamentin İşçi Qrupu belə nəticəyə gəlmişdir ki, artıq müvafiq hissələrində dəyişiklik edilmiş mövcud qanunvericiliyə hər hansı dəyişikliyə ehtiyac yoxdur (tibbi məlumatın toplanması və istifadəsi ilə bağlı hissə istisna olmaqla). İşçi Qrup həmçinin qeyd etmişdir ki, Serbiya Konstitusiyasının 34-cü maddəsi keçmişdə törədilmiş cinayətlər üçün məsuliyyət müddətini artırmağa və ya əməli daha ciddi cinayət hesab etməyə və ya daha ağır cəzalar nəzərdə tutmağa imkan verir.
Hüquqi məsələlər – Maddə 8
(a) Qəbuledilənlik
(i) Ratione temporis uyğunluq: Ərizəçinin oğlunun 31 oktyabrda öldüyü/yoxa çıxdığı iddia olunur, lakin Konvensiya Serbiya üçün 3 mart 2004-cü ildə qüvvəyə minmişdir. Bununla belə, cavabdeh Dövlətin ərizəçiyə oğlunun taleyi ilə bağlı dəqiq və/və ya inandırıcı məlumat verməməsi halı bü günədək sürməkdədir. Belə olan şəraitdə, ərizəçinin şikayəti davam edən vəziyyətə aiddir və Hökumətin Məhkəmənin ratione temporis səlahiyyətinin olmaması barədəki ilkin etirazı rədd edilməlidir. Beləliklə, Məhkəmə ərizəçinin cavadeh Dövlətin Konvensiya üzrə procedural öhdəliklərinin yerinə yetirməməsi barədəki şikayətini 3 mart 2004-cü ildən sonrakı dövrə aid hissəsində araşdırmağa səlahiyyətlidir, lakin bu tarixdən əvvəlki faktları, onlar bu davamlı vəziyyətin yaranmasına səbəb olduğu və həmin tarixdən sonra baş verənləri başa düşmək üçün vacib olduğu səbəbilə, nəzərə ala bilər.
(ii) Altı ay qaydası: Məhkəmə xatırladır ki, ərizəçilər yoxaçıxma halında ərizələrini Məhkəməyə göndərmək üçün qeyri-müəyyən müddətdə gözləyə bilməzlər. Yoxaçıxmadan sonra əmələ gələn qeyri-müəyyənlik və çaşqınlıq halı nəzərə alınmalı olsa da, ərizə, ərizəçilərin hər hansı istintaq aparılmadığını və ya istintaqda hərəkətsizlik olduğu və ya onun səmərəsiz olduğunu və ya gələcəkdə hər hansı səmərəli istintaqın keçiriləcəyinə dair realist güman olmadığını bildiyi vaxtdan həddindən artıq və əsassız uzun müddət ötürüldüyü səbəbilə rədd edilə bilər. Hazırki işin spesifik şəraitində, keçən bütün müddətə baxmayaraq, ərizəçinin şikayəti ilə bağlı “əhəmiyyətli faktiki və hüquqi məsələləri” həll edəcək yeni irəliləyişləri, ən azı hər hansı həll yolunun olmadığının aydın olduğu İşçi Qrupun 28 Dekabr 2010-cu il tarixli hesabatınadək olan müddətdə gözləməsinin ağlabatan olmadığını hesab etmək olmaz. Ərizəçi şikayət ərizəsini 2008-cü ilin aprelində göndərdiyindən, altı ay müddətinə riayət etmişdir.
(iii) Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməsi: – ərizəçinin ərinin cinayət işinin qaldırılması barədə müraciəti prokurorluq tərəfindən hər hansı ilkin istintaqın aparılıb-aparılmadığı barədə heç bir məlumat verilmədən rədd edilmişdir. Bütün hallarda cinayət işinin müddəti ən geci 2003-cü ilin oktyabrında keçmiş olacaqdı və bu səbəbdən, cinayət işi vəziyyəti düzəltmək üçün vasitə hesab oluna bilməz. Mülki iddia da bu vəziyyəti dəyişməyəcəkdi: mülki məhkəmələr ərizəçinin “fərdi hüquqları”nın pozulduğunu tanıyıb keçirdiyi mənəvi sarsıntıya görə təzminat təyin edər bilərdi, lakin onun “oğlunun əsl taleyi” barədə məlumat almaq ehtiyacına səmərəli çarə olmayacaqdı. Bu səbəbdən, Hökumətin dövlətdaxili hüquq müdafiə vasitələrinin tükəndirilməməsi barədə ilkin etirazı rədd edilməlidir.
Nəticə: qəbuledilən (yekdilliklə).
(b) Mahiyyəti üzrə
Maddə 8: Məhkəmənin Varnava və başqaları Türkiyəyə qarşı işindəki cavadeh Dövlətin Konvensiyanın 3-cü maddəsi üzrə yoxa çıxan şəxsin harda olması və taleyi barədə məlumat verilməsi barədə pozitiv öhdəlikləri ilə bağlı nəticələri mutatis mutandis olaraq, hazırki işdə 8-ci maddə üzrə pozitiv öhdəliklərin spesifik kontekstində də tətbiq edilə bilər *.
Ərizəçiyə hələ də oğluna nə olması ilə bağlı inandırıcı məlumat verilməmişdir. Uşağın meyidi heç vaxt ərizəçiyə və ya onun ailəsinə verilməmiş və ölümün səbəbi müəyyən edilməmişdir. Bundan əlavə, ərizəçiyə heç bir otopsi hesabatı və ya oğlunun nə vaxt və harda dəfn edilməsi barədə heç bir məlumat verilməmiş və uşağın ölümü rəsmi olaraq qeydiyyata alınmamışdır. Ərizəçinin ərinin cinayət işinin açılması üçün müraciəti hər hansı adekvat dəyərləndirmə aparılmadan rədd edilmişdir.
Serbiya dövlət orqanları özləri dəfələrlə yeni doğulmuş körpələrin xəstəxanada ikən ölməsi ilə bağlı qanunvericilik və prosedur səviyyəsində çatışmazlıqlar olduğunu və valideynlərin körpələrinin taleyi ilə bağlı həqiqiəti bilmək haqqlarının olduğunu təsdiq etmişlər. Bununla belə, vədverici təşəbbüslərə baxmayaraq, İşçi Qrupun 28 dekabr 2010-cu ildə Serbiya Parlamentinə təqdim etdiyi hesabatda nəzərdə tutulurdu ki, mövcud olan və artıq dəyişdirilmiş qanunvericiliyə tibbi xaraketrli məlumatların toplanması və saxlanması qaydaları istisna olmaqla, heç bir dəyişiklik etməyə ehtiyac yoxdur. Belə olan şəraitdə, aydındır ki, bu hesabat gələcəkdə vəziyyətin yaxşılaşmasına şərait yaratsa da, ərizəçi kimi, keçmişdə problemdən əziyyət çəkmiş valideynlərin vəziyyətində heç bir dəyişiklik vəd etmir. Beləliklə, cavabdeh Dövlətin davamlı olaraq ona oğlunun taleyi ilə bağlı inandırıcı məlumat verməməsi səbəbilə, ərizəçi ailə həyatına hörmət hüququnun davamlı pozuntusuna məruz qalmışdır.
Nəticə: pozuntu (yekdilliklə).
Maddə 46: Çox sayda potensial ərizəçinin olmasını nəzərə alaraq, cavabdeh Dövlət bu qərarın qəti olduğu tarixdən bir il müddətində, ərizəçinin halı ilə eyni və ya kifayət qədər bənzər vəzyiyyətdə olan bütün valideynlərə fərdi müdafiə vasitəsi təmin edəcək mexanızmin yaradılması üçün bütün tədbirləri, xüsusilə lex specialis vasitəsilə, görməlidir. Bu mexanizmə hər bir uşağın taleyi ilə bağlı suallara inandırıcı cavablar verməyə və müvafiq hallarda adekvat təzminat verməyə qadir adekvat səlahiyyətləri olan müstəqil bir orqan tərəfindən nəzarət edilməlidir. Məhkəməyə artıq göndərilmiş bənzər şikayət ərizələrilə bağlı, Məhkəmə, onların baxılmasını yuxarıda göstərilən müddətdə təxirə salmağı qərara alır. Bu qərar Məhkəmənin bu işlərdən hər hansını Konvensiyaya uyğun olaraq, qəbuledilməz elan etmək və baxılacaq işlərin siyahısından çıxarmaq səlahiyyətinə təsir etmir.
Maddə 41: mənəvi ziyana görə 10,000 Avro.
(Bax: Varnava və başqaları Türkiyəyə qarşı [GC], no. 16064/90 və başqaları, 18 sentyabr 2009, Məlumat Qeydi no. 122)
* “Belə bir pozuntunun elan edilməsi Dövlətin yoxaçıxma halı üçün cavabdeh olduğu hallarla məhdudlaşmır... və dövlət orqanlarının qohumların məlumat sorğularına cavab verməməsi və ya onların yoluna qoyulan maneələr yoxa çıxan şəxslə bağlı faktları üzə çıxarmağın yükünü qohumların daşımasına səbəb ola bilər ki, bu da, yoxa çıxmış şəxsin harda olması və taleyi barədə məlumat vermək öhdəliyinin ciddi, davamlı və rəhmsiz pozuntusu hesab edilə bilər.”” (Varnava və başqaları Türkiyəyə qarşı [GC], § 200).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy