© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Cooperatieve Producentenorganisatie van de Nederlandse Kokkelvisserij U.A. Niderlanda qarşı (Cooperatieve Producentenorganisatie van de Nederlandse Kokkelvisserij U.A. v. the Netherlands), ərizə № 13645/05
20.01.2009-cu il tarixli qərar [III Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması
Çəkişmə xarakterli məhkəmə araşdırması
Baş vəkilin rəyinə üçüncü tərəfin cavab vermək hüququnun Avropa İttifaqı Məhkəməsi tərəfindən rədd edilməsi: şikayət qəbul edilən deyil
Faktlar – 1999-cu ilin iyulunda və 2000-ci ilin iyulunda ərizəçi assosiasiya təbiətin mühafizəsi haqqında Avropa İttifaqı qanunvericiliyi ilə qorunan ərazidə yeməli mollyusk ovlamaq üçün lisenziyalar aldı.
2001-ci ildə ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən iki qeyri-hökumət təşkilatı məhkəmə prosesinə başlayaraq iddia etdilər ki, mexaniki yolla mollyusk ovu ekoloji cəhətdən həssas zonalara uzunmüddətli və ola bilsin ki, düzəldilməsi mümkün olmayan ziyan vurur. Milli məhkəmə Avropa İttifaqı Məhkəməsinə (ECJ) təklif etdi ki, Avropa İttifaqı haqqında Müqavilənin 234-cü maddəsinə uyğun olaraq ilkin qərar qəbul etsin. Qeyri-hökumət təşkilatları, ərizəçi assosiasiya, cavabdeh Hökumət və Avropa Komissiyası qeydlərini ECJ-yə təqdim etdilər. Yazılı icraatdan sonra ECJ şifahi dinləmə keçirdi. Sonradan baş vəkilin məsləhət rəyi elan olundu. Ərizəçi assosiasiya vəsatət qaldıraraq xahiş etdi ki, onun həmin rəyə yazılı cavab verməsinə icazə verilsin, yaxud alternativ variant olaraq şifahi icraatın bərpa olunması haqqında qərar qəbul edilsin, yaxud da digər alternativ variant olaraq rəyə yenidən baxılmasına başqa formada imkan yaradılsın. ECJ bu vəsatətləri rədd edərək digər məsələlərlə yanaşı qeyd etdi ki, ərizəçi assosiasiya şifahi icraatın bərpa olunmasının məqsədəuyğun və ya zəruri olduğunu təsdiq edən konkret məlumatlar təqdim etməyib. 2004-cü ildə ECJ ilkin qərar qəbul edərək qeyd etdi ki, Birlik (Avropa İttifaqı) qanunvericiliyinə əsasən cavabdeh Hökumət ərizəçi assosiasiyaya mollyusk ovu üçün bu şərtlə lisenziya verə bilərdi ki, həmin ovun sözügedən ərazidə ətraf təbii mühitə mənfi təsir göstərmədiyi əsaslı şübhə yeri qalmadan sübut edilsin. Milli məhkəmə araşdırdığı bu işin iştirakçılarına icazə verdi ki, ECJ-in qərarı ilə bağlı yazılı rəylərini təqdim etsinlər və qərar çıxarılana qədər əlavə dinləmə keçirdi. Bunun əksinə dəlalət edən elmi sübutlar olmadığına görə mexaniki yolla mollyusk ovunun ətraf mühitə, güman ki, "əhəmiyyətli dərəcədə" təsir göstərdiyini müəyyən edilmiş hesab edərək milli məhkəmə ərizəçi assosiasiyaya verilmiş lisenziyaları ləğv etdi. Sonuncu şikayət etdi ki, ECJ baş vəkilin rəyinə onun yazılı cavab verməsinə icazə vermədiyinə görə onun çəkişmə xarakterli məhkəmə araşdırması hüququ pozulub.
Şikayət qəbul olunmayan elan edildi: Məhkəmə bu ehtimaldan çıxış etdi ki, Konvensiyanın 6-cı maddəsi ECJ tərəfindən ilkin qərar qəbul edilməsi proseduruna tətbiq edilə bilər. Ərizəçinin şikayətinin beynəlxalq hökumətlərarası təşkilat qismində müstəqil hüquq subyekti olan və Konvensiya iştirakçısı olmayan Avropa İttifaqına qarşı yönələn hissəsi şəxs meyarına görə (ratione personae) qəbul olunan deyil.
Lakin iş cavabdeh tərəf qismində Niderland Krallığının məsuliyyətinə aiddir, belə ki, ərizəçinin şikayətinin əsasını ECJ-nin müdaxiləsi təşkil edib, bu müdaxilə isə ölkədaxili icraatda milli məhkəmənin ECJ-yə müraciətindən sonra baş verib (əks qərar üçün bax: Buaven (Boivin) Fransaya qarşı, 111 saylı Məlumat bülleteni). Birlik qanunvericiliyinə ECJ-nin verdiyi şərh rəsmi şərh idi və milli məhkəmə tərəfindən nəzərə alınmaya bilməzdi. Lakin belə bir prezumpsiya (ehtimal) mövcuddur ki, Konvensiya iştirakçısı olan dövlət öz suverenliyinin bir hissəsini güzəştə getdiyi beynəlxalq təşkilata üzvlüyündən irəli gələn hüquqi öhdəliklərinə uyğun hərəkət edibsə və müvafiq təşkilat əsas hüquqları müdafiə edirsə və istər müvafiq maddi hüquqi təminatlar, istərsə də onlara riayət edilməsinə nəzarət mexanizmləri baxımından həmin müdafiə ən azından Konvensiya ilə təmin olunan müdafiəyə ekvivalent sayıla bilərsə, o halda iştirakçı dövlət Konvensiya tələblərindən geri çəkilməyib (bax: "Bosfor hava yolları turizm və ticarət anonim şirkəti" ("Bosfor Hava Yolları ") (Bosphorus Hava Yollari Turizm Ve Ticaret Anonim Şirketi (“Bosphorus Airways”) İrlandiyaya qarşı, 76 saylı Məlumat bülleteni). Müvafiq olaraq, bu prezumpsiya təkcə iştirakçı dövlətlərin hərəkətlərinə deyil, həm də beynəlxalq təşkilatın, konkret olaraq ECJ-nin prosedurlarına şamil olunur. Bu baxımdan həmin müdafiənin Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən müdafiə ilə eyni olması vacib deyil və yuxarıdakı prezumpsiya yalnız o halda təkzib oluna bilər ki, işin konkret halları Konvensiya ilə təmin edilən hüquqlara ciddi şəkildə xələl gətirildiyini düşünməyə əsas versin. ECJ-nin prosedurlarının ərizəçinin hüquqlarının ekvivalent müdafiəsini təmin edib-etmədiyi məsələsini araşdırarkən Avropa Məhkəməsi ECJ-nin Reqlamentinin 61-ci Qaydasında nəzərdə tutulan imkanı, yəni baş vəkil rəyini elan etdikdən sonra ECJ zəruri hesab etdiyi təqdirdə şifahi icraatın bərpası barədə qərar çıxarılmasının mümkünlüyünü (bu imkan təkcə nəzəri deyil, həm də real imkan kimi qəbul edilməlidir), habelə icraatın bərpa olunması barədə tərəflərdən birinin vəsatətlərinə mahiyyəti üzrə baxılması faktını nəzərə alır. Bundan başqa, milli məhkəmə ilkin qərar əsasında işi həll edə bilmədiyi təqdirdə daha bir ilkin qərarın çıxarılması üçün ECJ-yə əlavə müraciət göndərə bilərdi. Yuxarıdakı mülahizələri nəzərə alsaq, ərizəçi assosiasiya ECJ-nin prosedurlarının onun hüquqlarının ekvivalent müdafiəsini təmin etdiyi barədə prezumpsiyanı təkzib edə bilməyib: şikayət açıq-aydın əsassızdır.
Həmçinin bu işə bax: "Emesa Suqar N.V." Niderlanda qarşı (Emesa Sugar N.V. v. the Netherlands), 71 saylı Məlumat bülleteni.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy