© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin presedent hüququ ilə bağlı 156 saylı Məlumat Qeydi
Oktyabr 2012-ci il
Djokaba Lambi Longa Niderlanda qarşı (dec.) - 33917/12
Qərar 9.10.2012 [III Bölmə]
Maddə 1
Dövlətlərin yurisdiksiyası
İstintaq təcridxanasında məhkəməyəqədər həbsdə saxlanılan və Beynəlxalq Cinayət Məhkəməsinin həbsxanasına köçürülən Konqolu şəxsin Birləşmiş Millətlər Təşkilatının Təcridxanasında (Haaqa) saxlanması ilə əlaqədar yurisdiksiya: qəbuledilməyən
Faktlar – 2005-ci ildə Konqo vətəndaşı olan ərizəçi Kinşasada həbs olunub və adamöldürmədə iştirakçılıqda və əlbirlikdə ittiham olunub. Onun məhkəməyəqədər həbsdə saxlanma müddəti bir neçə dəfə uzadılıb. 2011-ci ilin mart ayında ərizəçi Konqo Demokratik Respublikasındakı həbs yerindən müdafiə tərəfin şahidi kimi ifadə vermək üçün Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbsxanasına köçürülür və 2011-ci ilin mart və aprel aylarında ifadəsi alınır. 2011-ci ilin iyun ayında o, Niderland hakimiyyət orqanlarına ona sığınacaq verilməsi ilə bağlı müraciət edir və BCM-dən onun Konqo Demokratik Respublikasına qaytarılmasının dayandırılması barədə qərar verməsini xahiş edir. 2011-ci ilin iyul ayında BCM-nin I Məhkəmə Palatası qərara alır ki, BCM ərizəçinin sığınacaqla bağlı müraciətinə baxmaq üçün Niderland hakimiyyət orqanlarına və iddiasını müdafiə etmək üçün ərizəçiyə lazımi imkan təmin etməlidir. 2011-ci ilin sentyabr ayında Niderlandın İmmiqrasiya və Naturalizasiya Xidməti ərizəçiyə məlumat verir ki, o, Niderlandın yurisdiksiyası altında olmadığından, onun sığınacaq istəməsi mümkün deyil və onun müraciətinə 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiyadan və Avropa Konvensiyasının 3-cü Maddəsindən irəli gələn geri qaytarılmanın (refoulement) qadağan edilməsi prinsipinə əsasən nəzərdən keçirilməli olan mühafizə barədə müraciət kimi baxılacaq. Nəhayət, ərizəçi Holland məhkəmələri qarşısında onun həbsdə saxlanmasının qanuniliyini mübahisələndirdi və onlar da qərara aldı ki, Niderland ərizəçinin mühafizə barədə müraciətinə baxmağa hazır olduğuna və BCM-dən ərizəçinin həbsdə saxlanmasını davam etdirilməsini xahiş etməsinə baxmayaraq, ərizəçinin həbsdə saxlanması Niderland hakimiyyət orqanlarının səlahiyyətinə və ya nəzarətinə həmin səbəbdən verilməmişdi. Ərizəçi Avropa Məhkəməsi qarşısında Konvensiyanın 5-ci Maddəsinin 1-ci bəndinə əsasən şikayət etdi ki, onun Birləşmiş Millətlər Təşkilatının Təcridxanasında davamlı saxlanması qanunsuz idi. Konqo hakimiyyət orqanlarının onu həbsdə saxlamaq hüququ 2 iyul 2007-ci ildə başa çatmışdır və uzadılmamışdır. O, ifadə verdikdən sonra BCM-nin onu həbsdə saxlamaq üçün hüquqi əsası yox idi. Niderland hakimiyyət orqanları heç zaman Niderlandın daxili qanunvericiliyində ərizəçinin həbsdə saxlanması üçün hüququn mövcud olduğunu iddia etməmişdir. O, həmçinin həbsinin qanuniliyini mübahisələndirmək üçün dövlətdaxili hüquq sistemində hər hansı səmərəli hüquqi müdafiə vasitəsinə malik olmadığı ilə əlaqədar, Konvensiyanın 13-cü Maddəsinin pozuntusunu iddia etdi. 2012-ci ilin sentyabr ayında ərizəçi sığınacağın verilməsi ilə bağlı müraciətini geri götürdü. O, hazırda Haaqada, Birləşmiş Millətlər Təşkilatının Sxeveninqen Həbsxanasında yerləşən Təcridxanasında saxlanılır.
Hüquqi məsələlər – 37-ci Maddənin 1-ci bəndi: Baxmayaraq ki, ərizəçi sığınacağın verilməsi ilə bağlı müraciətini geri götürüb, bu isə birmənalı şəkildə ərizəçinin Niderland hakimiyyət orqanları tərəfindən onun həbsdən azad edilməsi ilə bağlı qərarın verilməsinə nail olmaq səylərindən imtinanı nəzərdə tuturdu, o, özü bu barədə Məhkəməyə məlumat verməyib (47-ci Qaydanın 6-cı bəndi), nə də ki, öz ərizəsini geri götürməyib. Məhkəmə beləliklə ərizəçinin işin mahiyyəti üzrə baxılmasını arzu edib-etməməsi ilə əlaqədar müəyyən qeyri-müəyyənlikdə qalırdı. Bununla belə şikayət Konvensiyanın 1-ci Maddəsinin tətbiqi ilə əlaqədar mühüm məsələləri qaldırıb. Xüsusilə də, o, Razılığa gələn Dövlətlərin ərazisində yerləşən və şəxsləri həbsdə saxlamaq səlahiyyəti verilən beynəlxalq cinayət məhkəmələrinin fəaliyyəti ilə bağlı əhəmiyyətli aspektlərə toxunub. Bundan əlavə, oxşar işdə dövlətdaxili məhkəmələrin qəbul etdiyi son qərar nəticəsində yaranmış qeyri-müəyyənliyi nəzərə alaraq, hazırkı şikayətdə qoyulan suallara təcili cavab tələb edilirdi. Məhkəmə buna görə də şikayəti siyahıdan çıxarmamaq qərarına gəldi.
1-ci Maddə: Ərizəçi ərazi prinsipinə istinad etdiyi qədər, Məhkəmənin fikrincə, dövlətdaxili və ya beynəlxalq - istənilən cinayət məhkəməsində şahidlərin iştirakını təmin etmək üçün səlahiyyətlərin verilməməsi ağlasığmaz olardı. İfadə vermək istəmədikləri üçün və ya onlar fərqli əlaqədə həbsdə saxlandıqları üçün onları həbsdə saxlamaq səlahiyyəti zəruri nəticə idi. Bu səlahiyyət NATO Qüvvələrin Statusu haqqında Saziş halında nəzərdə tutulub, onun VII Maddəsi göndərən Dövlətə araşdırma aparmaq və qaydanı təmin etmək üzrə ekstra-ərazi səlahiyyəti verib; keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi üçün özünün Prosedur və Sübutetmə Qaydalarının 90 bis Qaydasında belə səlahiyyətə dair aydın müddəa nəzərdə tutulub. Ərizəçi BCM-nin icraatında olan cinayət prosesində müdafiə tərəfin şahidi kimi Niderlanda gətirilmişdi. O, artıq öz mənşə ölkəsində həbs olunmuşdu və BCM-də həbsdə saxlanılırdı. Ərizəçinin Niderland torpağında azadlıqdan məhrum olması faktı özlüyündə Konvensiyanın 1-ci Maddəsinin məqsədləri baxımından başa düşülməli olan ifadə kimi Niderlandın “yurisdiksiyası” çərçivəsində onun həbsinin qanuniliyinə toxunan sualları qaldırmaq üçün yetərli deyildi. Ərizəçi Konqo Demokratik Respublikasına qayıtmayana qədər və ya onların xahişi ilə Niderland hakimiyyət orqanlarına təhvil verilənə qədər, onun həbsdə saxlanması üçün hüquqi əsas Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin 93-cü Maddəsinin 7-ci bəndinə əsasən BCM və Konqo Demokratik Respublikasının hakimiyyət orqanları arasında bağlanmış razılaşma qalırdı. Ümumilikdə, ərizəçinin həbsdə saxlanması BCM-nin fəaliyyətini tənzimləyən və həmçinin Niderland üçün məcburi olan beynəlxalq hüququn müddəalarına əsaslanıb.
BCM tərəfindən təqdim edilən insan hüquqları təminatlarının iddia edilən yetərsizliyinə gəldikdə, o, özünün Prosedur və Sübutetmə Qaydalarının 87 və 88-ci Qaydalarına əsasən şahidlərin əsas hüquqlarının pozulmamasını təmin etmək üçün qoruyucu tədbirlər və ya digər xüsusi tədbirlər barədə sərəncam vermək səlahiyyətinə malik olub. Həlledici ola bilməzdi ki, qeyd edilən səlahiyyətlərindən istifadə zamanı Məhkəmə Palatasının verdiyi sərəncamlar, ərizəçinin bildirməsi göründüyü kimi, mütləq halda ərizəçinin Konqo Demokratik Respublikasının hakimiyyət orqanları tərəfindən həbsdə saxlanmasından azad olunması ilə nəticələnməyəcəkdi. Konvensiya öz ərazisində beynəlxalq cinayət tribunalını qəbul etməyə razılıq vermiş Dövlətin üzərinə, tribunal ilə onun üzvü olmayan Dövlətlər arasında qanuni bağlanmış razılaşmalara əsasən azadlıqdan məhrumetmənin qanuniliyini nəzərdən keçirmək yükünü qoymayıb.
Ərizəçinin sonuncu arqumenti o idi ki, Niderland onun sığınacaqla bağlı müraciətini araşdırmağa razılıq verdiyindən, mütləq şəkildə belə çıxırdı ki, Niderland onun BCM-nin ərazisində həbsdə saxlanmasının qanuniliyini yoxlamaq və onun həbsini qanunsuz hesab etdiyi halda, güman ki, öz ərazisində onun azad olunması barədə qərar vermək öhdəliyini öz üzərinə götürmüşdü. Məhkəmə öz tərəfindən özünün bərqərar olmuş presedent hüququnu nəzərə alaraq hər hansı belə əlaqə görmədi, presedent hüququna əsasən siyasi sığınacaq hüququ Konvensiya və ya onun Protokollarında nəzərdə tutulmayıb; Konvensiya mahiyyət etibarilə şəxsin vətəndaşı olmadığı Dövlətin ərazisinə daxil olmaq, orada yaşamaq və ya qalmaq hüququna təminat verməyib; və, nəhayət, prinsipcə, Dövlətlər öz ərazilərində xarici vətəndaşlara immiqrasiya prosesinin nəticəsini gözləməyə imkan vermək öhdəliyini daşımırdılar.
Nəticə: qəbuledilməyən (ratione personae uyğunsuz).
(Bax həmçinin Galiç Niderlanda qarşı iş (Galić v. the Netherlands (dec.)), № 22617/07, və Blagojeviç Niderlanda qarşı iş (Blagojević v. the Netherlands (dec.)), № 49032/07, 9 iyun 2009-cu il tarixli qərarlar, Məlumat Qeydi № 120)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy