© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
ÜÇÜNCÜ SEKSİYA
QƏRARDAD
[Çıxarışlar]
Ərizə no. 978/09 və 992/09
H. Niderlanda qarşı
və J. Niderlanda qarşı
Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Seksiya), 13 noyabr 2014-cü il tarixdə:
Josep Casadevall, Sədr,
Luis López Guerra,
Ján Šikuta,
Dragoljub Popović,
Kristina Pardalos,
Valeriu Griţco,
Iulia Antoanella Motoc, hakimlər,
və Stephen Phillips, Seksiya Katibindən ibarət tərkibdə,
7 yanvar 2009-cü ildə göndərilmiş aşağıdakı ərizəyə baxaraq,
Məşvərət edərək, aşağıdakı qərarı qəbul edir:
FAKTLAR
1. Birinci ərizəçi, Cənab H. 1948-ci ildə anadan olmuş və Boskoopda yaşayır. İkinci ərizəçi, Cənab J. 1946-cı ildə anadan olmuş və Benschopda yaşayır. Hər iki ərizəçi Əfqanıstan vətəndaşlarıdır və Məhkəmə qarşısında Amsterdamda fəaliyyət göstərən hüquqşünaslar Cənab G.G.J. Knoops və Xanım J.M. Eelman tərəfindən təmsil olunurlar.
2. İşin halları, ərizəçilərin təqdim etdiyi və ictimaiyyətə açıq sənədlərdən göründüyü şəkildə, aşağıdakı kimi xülasə edilə bilər.
A. Tarixi şərait
3. 1978 və 1992-ci illər arasında Əfqanıstanda Kommunist diktaturası hökm sürmüşdür. Onun (Puştu dilində) Xadamat-e Aetela’at-e Daulati (Dövlət Kəşfiyyat Agentliyi) adlanan, daha çox XAD qısaltması ilə tanınan və 1986-cı ildə Vizarat-i Amaniyyat-i Daulati (Dövlət Təhlükəsizliyi Nazirliyi) olan kəşfiyyat və gizli polis orqanı vardı.
B. Sığınacaq prosesi
1. Cənab H.
4. Cənab H. Niderlanda gəlişindən qısa müddət sonra 24 sentyabr 1992-ci ildə qaçqın kimi qəbul olunmaq üçün müraciət etmişdir.
5. 5 oktyabr 1992-ci ildə Cənab H. sığınacaq müraciətinin əsasları ilə bağlı İmmiqrasiya və Naturalizasiya Xidməti (Immigratie- en naturalisatiedienst) məmuru tərəfindən dindirlmişdir. Məmurun haırladığı hesabatda göstərilir ki, Cənab H.-a müsahibənin əhəmiyyəti barədə xəbərdarlıq edilmiş və ondan həqiqəti demək tələb edilmişdir.
6. Cənab H. ordu zabiti karyesarının xülasəsini vermişdir. 1979-80-ci illərdə mayor rütbəsindən 1981-ci ildə briqada komandiri vəzifəsinə yüksəlmişdir. O daha sonra Daxili İşlər Nazirlilyində təhlükəsizllik xidmətinin rəhbəri, daha sonra isə kəşfiyyat və hərbi əks-kəçfiyyat rəhbəri olmuşdur. 1987-ci ildə o həmçininin Təhlükəsizlik Nazirinin müavini və Demokratik Xalq Partiyasının (Əfqanıstanda hakimiyyətdə olan partiya) Mərkəzi Komitəsinin üzvü olmuşdur. 1991-ci ildə Cənab Əfqanıstanın Moskvadakı səfirliyində hərbi ataşe təyin edilmişdir; o, bu təyinatı vəzifəsinin aşağı salınması hesab etmişdir. 1992-ci ildə communist rejimi devrildikdən sonra , o Niderlanddan sığınacaq istəmişdir.
7. Sonrakı müsahibə (nader gehoor) 1 və 8 mart 1993-cü il tarixlərində olmuşdur. Hesab verən məmur Cənab H.-dən aldığı aşağıdakı ifadəni qeyd etmişdir:
“Mən hələlik nə ifadə verəcəyimi bilmirəm, lakin sizin indi götürdüyünüz bu ifadənin məxfi olmasını istəyirəm. Bundan əlavə, bu ifadənin surətinin Hüquqi Yardım Bürosuna getməsini istəmirəm (bureau voor rechtshulp).”
8. Cənab H. karyerası ilə bağlı ətraflı məlumat vermişdir. 1982-ci ildə briqada komandiri olan Cənab H. Daxili İşlər Nazirliyi daxilində XAD-ın hərbi qanadının rəhbəri olmuşdur. 1982-ci ildə Müdafiə Nazirliyinə keçirilərək, onun XAD departamentinin rəhbəri təyin edilmişdir. 1984-cü ilin əvvəllərində Daxili İşlər və Müdafiə Nazirliklərinin XAD departamentləri birləşdirilmiş və Cənab H. yeni qurumun rəhbəri təyin edilmiş; bununla o, general leytenant rütbəsinə yüksəlmişdir. 1985-ci ilin əvvəllərində XAD sədrinin müavini təyin edilmişdir. XAD müstəqil nazirliyə, VAD-a çevriləndə, Cənab H. hərbi kəşfiyyata cavabdeh nazir müavini təyin edilmişdir. 1988-ci ildə Cənab H.-a general polkovnik rütbəsi verilmiş və o, Demokratik Xalq Partiyası Mərkəzi Komitəsinə üzv seçilmişdir. Cənab H. onun tərəfindən və ya onun başçılığı altında işgəncə aktlarının törədildiyini inkar etmişdir.
9. 1 fevral 1994-cü ildə İmmiqrasiya və Naturalizasiya Xidmətinin rəhbəri Ədliyyə Naziri (staatssecretaris van justitie) adından Cənab H.-ın sığınacaq xahişini rədd edən qərar qəbul etmişdir. O, Cənab H.-in yüksək rütbəsini və XAD/VAD daxilində məsul vəzifə tutmasını qeyd etmişdir. Cənab H.-in inkarını “açıq-aydın həqiqətə uyğun olmayan ifadələr” adlandıraraq rədd edən qərarda göstərilirdi ki, ictimaiyyətə məlumdur ki, əfqan XAD/VAD-ı “işgəncə və çox sayda insan hüquqları pozuntusunda təqsirlidir”. Hətta Cənab H.-ın hər hansı işgəncə aktənə əmr etməməsi halında belə, belə aktlardan xəbərdar olduğu və ya icazə verdiyi hesab edilməlidir. Beləliklə, Cənab H.-ın Qaçqınların Statusu üzrə 1951-ci il BMT Konvensiyasının (bundan sonra “1951-ci il Qaçqınlar üzrə Konvensiya”) 1F Maddəsinin giriş cümləsinin və (a) bəndinin və İşgəncələr əleyhinə Konvensiyanın 1-ci maddəsinin 1-ci paraqrafı mənasında (lider, cinayətdə iştirakçı rolunda) insanlıq əleyhinə cinayətlərdə və ya alternativ olaraq, Qaçqınların Statusu üzrə 1951-ci il BMT Konvensiyasının 1F Maddəsinin giriş cümləsinin və (c) bəndinin mənasında, yəni BMT-nin məqsədləri və prinsiplərinə zidd olan aktların törədilməsində təqsirli olduğunu güman etməyə əsaslar vardır.
10. Belə görünür ki, Cənab H. bu qərardan səlahiyyətli inzibati məhkəmələrə şikayət vermiş, lakin uğur qazanmamışdır. Bununla belə, o Niderlanddan deportasiya edilməmişdir.
2. Cənab J.
(a) Sığınacaq prosesi
11. Cənab J. Niderlanda gəlişindən qısa müddət sonra, 31 may 1996-cı ildə qaçqın kimi qəbul olunmaq üçün müraciət etmişdir.
12. 7 və 10 iyun 1996-cı il tarixlərində Cənab J. müraciətinin səbəbləri ilə bağlı müsahibə edilmişdir. Hesab verən məmur tərəfindən hazırlanan hesabatda göstərilir ki, Cənab J.-a müsahibənin sığınacaq prosesinin hissəsi kimi əhəmiyyəti başrədə məlumat verilmiş və sığınacaq xahişi ilə bağlı heç bir məlumatı gizlətməmək barədə xəbərdar edilmiş və verilən bütün məlumatın konfedensial saxlanacağı deyilmişdir.
13. Cənab J. bildirmişdir ki, keçmiş communist rejimi zamanı general rütbəsinə malik ordu zabiti olmuş, VAD-ın istintaq xidmətində işləmiş və Sovet İttifaqında təlimlər almışdır. O, 1979-1989-cu illər arasında XAD/VAD-ın hərbi departamentinin istintaq idarəsinin rəhbəri olmuşdur. O, başçılığı altında edilmiş hər hansı işgəncə əməlindən xəbərdar olduğunu inkar etmişdir.
14. Cənab J. məlum olmayan bir tarixdə 1951-ci il Qaçqınlar üzrə Konvensiya mənasında qaçqın statusu almışdır.
(b) Sığınacağın geri alınması
15. 7 yanvar 1999-cu ildə Cənab J. ilə əlavə müsahibə (aanvullend gehoor) keçirilmişdir. Müsahibəni aparan məmur Cənab J.-ə demişdir ki, o sərbəst şəkildə danışa bilər və müzakirə edilən hər şey məxfi qalacaqdır.
Cənab J. qəbul etmişdir ki, XAD/VAD “insane hüquqlarını ciddiyə almırdı” və bildirmişdir ki, Cənab H. “on minlərlə əfqanın ölümündə” təqsirlidir. O, özünün şəxsən bu işgəncə aktlarında iştirakını inkar etmişdir.
16. 31 iyul 2000-ci ildə Ədliyyə Nazirinin müavini J.-n qaçqın statusunun geri alınması barədə qərar qəbul etmişdir. Qərarda Xarici İşlər Nazirliyinin digər məsələrlə yanaşı, XAD/VAD-ın təşkili və metodları, üzvlərinin işə götürülməsi və təlimlərini təsvir edən bir rəsmi hesabatına istinad edir və belə nəticəyə gəlir ki, bu təşkilatın bütün səlahiyyətli və səlahiyyətli olmayan zabitləri “ şübhəlilərin həbsi, dindirilməsi, işgəncə edilməsi və bəzən edam edilməsində” şəxsən iştirak etmişlər. Qərarda bildirilirdi ki, hərbi XAD-ın istintaq idarəsinin rəhbəri olan və general rütbəsinə yüksəldilmiş Cənab J. inkar etməsinə baxmayaraq işgəncə və pis aktlarından və pis rəftardan xəbərdar olmalı idi və komandir olaraq məsuliyyət daşıyırdı. Qərar 1951-ci il Qaçqınlar üzrə Konvensiyanın 1F maddəsinə əsaslanırdı.
17. Cənab J. Niderlanddan deportasiya edilməmişdir.
C. Prokurorluğa verilmə
18. 31 iyul 2000-ci ildə Ədliyyə Nazirinin müavini Cənab J-n qaçqın statusunun geri alınması qərarını prokurorluğa (officier van justitie) göndərmiş və Cənab J.-in cinayət təqibinə başlanması imkanlarını nəzərdən keçirməyi xahiş etmişdir.
19. 4 sentyabr 2000-ci ildə Ədliyyə Nazirinin müavini Cənab H.-a qaçqın statusunun verilməsindən imtina barədə qərarı prokurorluğa göndərmiş və cinayət təqibinə başlanması imkanlarını nəzərdən keçirməyi xahiş etmişdir.
D. Polis istintaqı
20. 4 mart 2004-cü ildə Cənab J., Cənab H.-a qarşı istintaqda iki müstəntiq tərəfindən şahid qismində dindirilmişdir. Müstəntiqlər Cənab J.-ə xəbərdarlıq etmiş və özünə qarşı isktifadə edilə biləcək suallara cavab verməyə məcbur olmadığını demişlər.
21. Cənab J. Cənab H.-ın tabeçiliyində olduğunu qəbul etmişdir, lakin özünün və ya Cənab H.-n işgəncəyə görə təqsirli olmasını inkar etmişdir; nə XAD/VAD-ın mülki qanadı, nə də hərbi qanadı tərəfindən hər hansı bu xarakterli əməl törədilməmişdir.
22. 21 oktyabr 2004-cü il tarixli prokurorluğa təqdim edilmək üçün hazırlanmış başqa bir polis raportu isə müxtəlif mənbələrdən lədə edilmiş və Cənab J.-ni ittiham edən məlumatların xülasəsi idi. Hesabatda Cənab J.-in İmmiqrasiya və Naturalizasiya Xidmətinə verdiyi ifadələrinə dəqiq istinadlar vardı. O, həmçinin, Xarici İşlər Nazirliyinin işgəncənin XAD/VAD-ın istintaqlarında və saxlanma mərkəzlərində sistemli olaraq istifadə olunduğunun göründüyü bir hesabatına və digər şəxslərin verdiyi ifadələrə istinad edir.
23. 27 noyabr 2004-cü ildə Cənab H. həbs edilmiş və dindirilmişdir. Rəsmi raporta görə, ona şübhəli bilindiyi cinayətlər barədə məlumat verilmiş və suallara cavab vermək məcburiyyətində olmadığı deyilmişdir. Onun müstəntiq tərəfindən alınan ifadəsində bildirilirdi ki, o, tabeliyində olanların törətdiyi pis rəftar hesab edilə bilən əməllərin qarşısını almaq və lazım gəldikdə cəzalandırmaq üçün çalışmışdır. O, həmçinin Cənab J.-in onun tabeliyində olduğu müddətdə hər hansı işgəncə aktı törətdiyini inkar etmişdir.
E. Cinayət prosesi
24. Ərizəçilərin prosesi parallel olaraq, lakin ayrı-ayrılıqda Haaqa Regional Məhkəməsində (rechtbank) keçirilmişdir. Onlar, müvafiq olaraq komadir məsuliyyəti daşıyan XAD üzvləri qismində, inter alia mülki və qeyri-döyüşçü düşmən əsirlərinə elektrik şoku vermək, onları dəyənək və ya digər əşyalarla döymək, onları soyuğa və yuxusuzluğa məruz qoymaq və (bir halda) məhbusun barmağının, qayçı ilə və anesteziya edilmədən həyata keçirilmiş amputasiyasına səbəb olmaqla dırnaqlarının qapı arasında qoymaq kimi əməllərdə və ya alternativ olaraq, bu əməllərin bilərəkdən tabeçiliyində olan şəxslər tərəfindın törədilməsinə imkan verməkdə ittiham olunurdular.
1. Cənab H.
(a) Regional Məhkəmə qarşısındakı proses
25. 8 və 9 avqust 2005-ci ildə işgəncə qurbnaı olduğu iddia edilən A.G.T. də daxil olmaqla şahidlər Kabuldakı Niderland səfirliyində istintaq hakimi (rechter-commissaris) tərəfindən dindirilmişdir. Prokuror da dindirmə zamanı orda olmuşdur. Cənab H.-in müdafiəçisi dindirməyə getməmişdir. Rəsmi sənədlərdə göstərilir ki, ona suallarını yazılı şəkildə təqdim etmək imkanı verilsə də, o bunu etməmişdir.
26. Belə görünür ki, Cənab H.-in müdafiəçisi Kabula gedə bilmək üçün özəl sığorta əldə edə bilməmişdir. Ərizəçi Niderland Xarici İşlər Nazirliyinin vətəndaşlarına o zamankı şəraitin təhlükələri nəzərə alınaraq Kabul da daxil olmaqla Əfqanıstana səyahət etməməyi məsləhət bilməsi barədə rəsmi sənədi təqdim etmişdir.
27. Regional Məhkəmə qərarını 14 oktyabr 2005-ci ildə çıxarmışdır. Məhkəmə Cənab H.-i İşgəncələr əleyhinə Konvensiya (İmplementasiyası) Qanunun (Uitvoeringswet Folterverdrag) 1(1)-ci Bölməsinə zidd olaraq işgəncədə iştirak (medeplegen) və tabeçiliyində olan şəxsə, şəxslərə zorakılıq aktları törədilməsində iştirak etməklə və Müharibə Cinayətləri Aktının (Wet Oorlogsstrafrecht) 8 və 9-cu Bölmələrinə zidd olaraq ciddi bədən xəsarəti verməklə bilərəkdən müharibə qanunları və adətlərini pozmağa imkan verməkdə təqsirli hesab etmişdir.
28. Cənab H.-in immiqrasiya prosesi zamanı verdiyi ifadələrin sübut qismində istifadə edilməsilə bağlı Regional Məhkəmə hesab etmişdir ki, bu ifadələr hər hansı cinayət istintaqı və ya təqibi məqsədilə deyil, onun müraciətinin immiqrasiya haqqında qanuna əsasən araşdırılması üçün alınmamışdır.
29. Şahid A.G.T. ilə bağlı Regional Məhkəmə hesab etmişdir ki, müdafiə tərəfinə onu çarpaz dindirmək üçün verilən imkanlar – hansı ki, yazılı olaraq suallar vermək, hətta video konfrans tələb etmək imkanını da ehtiva edirdi – adekvat olmuşdur. Bütün hallarda, A.G.T.-nin ifadəsi başqa sübutlara uyğun idi və onlarla adekvat olaraq dəstəklənirdi.
30. Sığınacaq prosesi zamanı yaradılmış iş materiallarının prokurorluğa göndərilməsi, Cənab H.-in Konvensiyanlın 8-ci maddəsi altındakı hüquqlarına müdaxilə olsa da, bu müdaxilə müharibə cinayəti hesab edilən əməllərə görə cinayət təqibi üçün vacib idi və beləliklə, “təxirəsalınmaz sosial ehtiyac”a xidmət edirdi.
31. Regional Məhkəmə Cənab H.-i on iki il müddətinə azadlıqdan məhrum etmişdir.
(b) Appelyasiya Məhkəməsi qarşısındakı proses
32. Cənab H. Haaqa Appelyasiya Məhkəməsinə (gerechtshof) appelyasiya şikayəti vermişdir.
33. Appelyasiya Məhkəməsi qərarını 29 yanvar 2007-ci ildə vermişdir. O, Regional Məhkəmənin qərarını texniki əsaslarla ləqv etmiş; sonra, Regional Məhkəmə kimi Cənab H.-ı İşgəncələr əleyhinə Konvensiya (İmplementasiyası) Qanunun 1(1)-ci Bölməsinə zidd olaraq işgəncədə iştirak və tabeçiliyində olan şəxsə, şəxslərə zorakılıq aktları törədilməsində iştirak etməklə və Müharibə Cinayətləri Aktının 8 və 9-cu Bölmələrinə zidd olaraq ciddi bədən xəsarəti verməklə bilərəkdən müharibə qanunları və adətlərini pozmağa imkan verməkdə təqsirli hesab etmiş və onu, on iki il müddətinə azadlıqdan məhrum etmişdir.
34. Cənab H.-in immiqrasiya prosesi zamanı verdiyi ifadələrin sübut qismində istifadə edilməsilə bağlı Appelyasiya Məhkəməsi ilk olaraq hesab etmişdir ki, bu iş Saunders v. the United Kingdom (17 dekabr 1996, Reports of Judgments and Decisions 1996‑VI) işindən fərqlidir. Həmin işdəəki ərizəçidən fərqli olaraq, Cənab H. cəzalanma qorxusu sonradan məhkəmədə onun əleyhinə istifadə edilən məlumatları verməyə mıcbur edilməmişdir. Əksinə, Cənab H. özünü Niderland İmmiqrasiya Xidmətinə könüllü olaraq təslim etmiş və bu onun üçün özü barədə məlumat vermək öhdəliyi yaratmışdır. Bundan əlavə, buy olla əldə edilmiş məlumatın istifadəsi də Saunders işindəki ilə eyni deyildir: Cənab H. bütün cinayətləri inkar etmiş və onun verdiyi yeganə ittihamedici məlumat onun XAD/VAD daxilində yüksək vəzifəsi ilə bağlı olmuşdur.
35. Appelyasiya Məhkəməsi Regional Məhkəmə kimi hesab etmişdir ki, sığınacaq prosesi zamanı yaradılmış iş materiallarının prokurorluğa göndərilməsi, Cənab H.-in Konvensiyanlın 8-ci maddəsi mənasında “özəl həyat” hüququna müdaxilə olsa da, müharibə cinayətlərinin təqibinin əhəmiyyəti adekvat əsaslandırma təşkil edir.
(c) Ali Məhkəmə qarşısındakı proses
36. Cənab H. Ali Məhkəməyə (Hoge Raad) kassasiya şikayəti (cassatie) vermişdir. Hazırki işə uyğun hissəsində o şahid A.G.T.-in ifadəsinin istifadə olunmasında şikayət etmiş və bildirmişdir ki, müdafiə tərəfi onu çarpaz dindirmək imkanına malik olmamışdır.
37. Baş Vəkilin məsləhət rəyində (conclusie) Appelyasiya Məhkəməsi iclasıının protokoluna istinadən bildirillirdi ki, Cənab H.-in müdafiəçisi sonradan şahid A.G.T.-ni çarpaz dindirmə imaknına malik olmuş və bu imkandan istifadə etmişdir.
38. 8 iyul 2008-ci ildə Ali Məhkəmə qərar qəbul etmiş (ECLI:NL:HR:2008:BC7418) və kassasiya şikayətini tamamilə rədd etmişdir. O, həmçinin H.-ın yuxarıda gösətrilən şikayətini (bax: yuxarıdakı paraqraf 36) sadə şəkildə rədd etmişdir.
2. Cənab J.
(a) Regional Məhkəmə qarşısındakı proses
39. Regional Məhkəmə qərarını 14 oktyabr 2005-ci ildə vermişdir. O, Cənab J.-nı şəxslərə qarşı zorakılıq əməlləri törətməklə və Müharibə Cinayətləri Aktının 8-ci Bölməsinə və Cinayət Məcəlləsinin 47-ci maddəsinə zidd olaraq ciddi bədən xəsarəti verməklə müharibə qanun və adətlərini pozmaqda iştirakda təqsirli bilmiş və doqquz il müddətinə azadlıqdan məhrum etmişdir. Onun Məhkəmə qaşısındakı hazırki işə müvafiq hissələrindəki əsaslandırma Cənab H.-ın işindəki ilə eynidir (bax: yuxarıdakı 28 və 30-cü paraqraflar).
(b) Appelyasiya Məhkəməsi
40. Cənab J. Haaqa Appelyasiya Məhkəməsinə appelyasiya şikayəti vermişdir.
41. Appelyasiya Məhkəməsi qərarını 29 yanvar 2007-ci ildə vermişdir. O, Regional Məhkəmənin qərarını texniki əsaslarla ləqv etmiş; sonra, Regional Məhkəmə kimi J.-nı şəxslərə qarşı zorakılıq əməlləri törətməklə və Müharibə Cinayətləri Aktının 8-ci Bölməsinə və Cinayət Məcəlləsinin 47-ci maddəsinə zidd olaraq ciddi bədən xəsarəti verməklə müharibə qanun və adətlərini pozmaqda iştirakda təqsirli hesab etmiş və doqquz il müddətinə azadlıqdan məhrum etmişdir. Onun əsaslandırması, müvafiq hissələrində, Cənab H.-ı məhkum edən qərardakı əsaslandırma ilə eynidir (bax: paraqraf 34-35, yuxarıda).
(c) Ali Məhkəmə qarşısındakı proses
42. Cənab J. Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Hazırki işə müvafiq hissədə, o sığınacaq prosesində əldə edilən məlumatların cinayət prosesində istifadə edilməsindən şikayət etmişdir və onun fikrincə bu ifadələr məcburiyyət yolu ilə əldə edilmişdir.
43. Baş Vəkilin məsləhət rəyində (conclusie) bildirilirdi ki, sığınacaq prosesi kələk deyildi və cinayət şübhələsinin susmaq hüququna tələ qurmaq üçün edilməmiş və ya hansı şəkildə cinayət prosesi ilə əlaqədar deyildi. Hazırki iş, Məhkəmənin baxdığı Saunders (yuxarıdakı istinad) və Funke (Funke v. France, 25 fevral 1993, Series A no. 256‑A) işlərindən fərqlidir, çünki şübhəlidən, onun əleyhinə istifadə edilməsi üçün etiraf əldə etmək üçün ayrıca proses edilməmişdir.
44. Sığınacaq istəyən tam və düzgün məlumat vermək tələb edilsə də, sadəcə olaraq, müdafiəsi istənilən Dövlətin hüququnun və vəzifəsinin olduğu kimi, sığınacaq müraciətini dəyərləndirmək ehtiyacına xidmət edir. Sığınacaq üçün müraciət edən danışmaq üçün təzyiq edildiyini hiss edə bilər (baxmayaraq ki, Cənab J. “aydın şəkildə” “tamamilə səmimi” deyildi), lakin bu, Saunders və Funke işlərindəki kimi hiylə deyildir. Həmçinin Immiqrasiya və Naturalizasiya Xidmətinin bu şəkildə əldə olunan məlumatları məxfi saxlamaq öhdəliyi, bu məlumatları cinayət təqibi orqanlarına vermək vədi hesab edilə bilməz.
45. Bununla belə, sığınacaq prosesindəki materialların cinayət təqibi orqanlarına göndərilməsi Konvensiyanın 8-ci maddəsi altında problem yaradır. Lakin bunun üçün qanunvericilik əsası mövcud idi, yəni Şəxsi Məlumatın Müdafiəsi Aktının (Wet bescherming persoonsgegevens), 43 (b) Bölməsi və ciddi müharibə cinayətlərinin törədilmiş olması şübhəsi kafi əsaslandırmadır. Əgər xüsusi bir işdə cinayət şübhəlisi, köhnə vəzifəsinə və əvvəlki repressiv rejimdə məmur olaraq əməllərinə görə onu orda gözləyən tale nəzərə alınaraq, öz ölkəsinə deportasiya edilə bilmirsə, bu onun cəzasız qalmalı olmasıd emək deyildir.
46. 8 iyul 2008-ci ildə Ali Məhkəmə qərar qəbul etmiş (ECLI:NL:HR:2008:BC7421; ingilis dilinə tərcüməsi Hökumət tərəfindən nəşr edilmişdir ECLI:NL:HR:2008:BG1477) və Cənab J.-ın kassasiya şikayətini qısa şəkildə rədd etmişdir. Ali Məhkəmə, Məhkəmə qarşısındakı işə uyğun hissədə, Baş Vəkilin məsləhət rəyində göstərilənləri qəbul etmiş və özünün əsaslandırması olaraq vermişdir.
F. Müvafiq daxili hüquq
47. Həmin zaman daxili qanunvericilik hazırki işə uyğun hissəsində aşağıdakıları nəzərdə tuturdu:
1. Ümumi inzibati hüquq
Ümumi İnzibati Hüquq haqqında qanun (Algemene wet bestuursrecht)
Bölmə 4.2
“1. [inzibati qərar üçün] Müraciət (aanvraag) imzalanmalı və ən azından, aşağıdakı məlumatları əhatə etməlidir:
(a) müraciəti edən şəxsin adı və ünvanı;
(b) tarix;
(c) istədiyi qərar.
2. Müraciəti edən şəxs, bundan əlavə, müraciət əsasında qəbul ediləcək qərar üçün lazım olan və ağlabatan qaydada əldə edə biləcəyi məlumatı və sənədləri təqdim etməlidir.”
2. Immiqrasiya hüququ
(a) Əcnəbilər haqqında 1965 Qanunu (Vreemdelingenwet)
Bölmə 15
“1. Dinləri, fəlsəfi və ya siyasi inancları və ya hər hansı xüsusi irqə və ya social qrupa mənsubiyyəti səbəbilə, təqib edilə biləcəyi barədə əsaslı qorxusu olan əcnəbi Ədliyyə Nazirliyinə qaçqın kimi qəbul olunmaq üçün müraciət edə bilər.
2. Əgər əcnəbi birinci paraqrafda göstərilən şərtlərin olduğu ölkəyə qayıtmağa məcbur olacaqsa, qaçqın kimi qəbul etməkdən, ümumi maraqlara görə əhəmiyyətli əsaslar olması halı istisna olmaqla imtina edilə bilməz. ...”
(b) Əcnəbilər haqqında Fərman (Vreemdelingenbesluit)
Bölmə 65
“Əcnəbilər, sərhədlərin qorunmasına və ya əcnəbilərə nəzarət üçün məsul məmura aşağıdakıların müəyyən edilməsinə xidmət edən sərəncamlarında olan bütün məlumatı verməli və sənədləri göstərməlidirlər:
(a) onların şəxsiyyətini, vətəndaşlığını, ailə vəziyyətini, peşəsini, ünvanları ilə birgə indiki və köhnə yaşayış yerləri;
(b) Niderlanda daxil olduqları tarix, yer və vasitə;
(c) Niderlanda gəlməklərinin məqsədi və qalma müddətləri;
(d) Niderlandda qalmaq üçün sərəncamlarında olan və əldə edə biləcəkləri [maliyyə] vəsaitləri.”
3. Şəxsi məlumatların qorunması
Şəxsi məlumatların qorunması haqqında Qanun
Bölmə 9
“1. Şəxsi məlumatlar, sonradan əldə edilmə məqsədləri ilə uyğun olmayan şəkildə istifadəe dilə bilməz.”
Bölmə 43
“Məsul şəxs (verantwoordelijke, yəni təkbaşına və ya digər şəxslərlə birgə Şəxsi məlumatların qorunması haqqında Qanunun 1-ci Bölməsinin (d) bəndindəki şəxsi məlumatların istifadəsinin məqsədi və vasitəsini müəyyən edən hər hansı fiziki və ya hüquqi şəxs və ya dövlət orqanı) 9(1) Bölməsini tətbiq etməmək barədə qərar verə bilər ... əgər bu, aşağıdakı maraqlar üçün lazımdırsa:
(a) milli tıhlükəsizlik;
(b) cinayət əməllərinin qarşısının alınması, istintaqı və təqibi; ...”
4. Daxili ümumi cinayət hüququ və prosesi
(a) Cinayət Məcəlləsi (Wetboek van Strafrecht)
Maddə 47
“1. Aşağıdakı şəxslər cinayət əməlinin törədən şəxs (daders van een strafbaar feit) olaraq cəzalandırılmalıdır:
1o. belə əməli törədən, əməli törətdirən və ya törədilməsində iştirak edən şəxs;
2o. hədiyyə, vəd verməklə, üstün vəziyyətindən, zorakılıqdan, hədə-qorxu və ya kələkdən istifadə etməklə və ya imkan, vasitə və ya məlumat təchiz etməklə belə əməlin törədilməsini bilərəkdən tələb edən şəxs. ...”
(b) Cinayət Prosessual Məcəlləsi
Maddə 162
“1. Vəzifələrini yerinə yetirərkən, özlərinin istintaq etmək üçün məsul olmadıqları cinayət əməli (misdrijf) barədə məlumat alan dövlət orqanı və ya məmurlar (openbare colleges en ambtenaren) dərhal bu əməl barədə prokurorluğa və ya prokuror köməkçilərindən (hulpofficieren van justitie) birinə məlumat verməli və müvafiq sənədləri göndərməlidir,
...
(b) əgər cinayət əməli, xüsusi vəzifə borcunu pozmaqla və ya vəzifəsinə görə sərəncamında olan hakimiyyətdən, imkan və vasitələrdən istifadə etməklə, dövlət məmuru (ambtenaar) tərəfindən törədilibsə, və ya
(c) əgər cinayət əməli, onların tətbiq etməli və ya icra etməli olduqları qaydanın pozulması və ya qanunsuz tətbiqi ilə əlaqədardırsa. ...”
5. Müharibə cinayətləri və işgəncə ilə əlaqədar daxili qanunvericilik
(a) Müharibə Cinayətləri Aktı
Bölmə 1
“...
3. “Müharibə” ifadəsi “vətəndaş müharibəsi”ni (burgeroorlog) də əhatə edəcək şəkildə şərh edilir.”
Bölmə 3
“Cinayət Məcəlləsinin (Wetboek van Strafrecht) və Hərbi Cinayət Məcəlləsi (Wetboek van Militair Strafrecht) müvafiq müddəlarına xələl gəlmədən Niderland cinayət qanunu tətbiq edilir:
1. Avropa sahəsindən [yəni, Niderland özü] kənarda 8 və 9-cu bölmələrdə nəzərdə tutulan cinayətləri törətmiş şəxslərə; ...”
Bölmə 8
“1. Müharibə qanunları və adətlərinin pozulmasi cinayəti törədən hər hansı şəxs, on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalanır ...
2. On beş ilədək azadlıqdan məhrumetmə cəzası... tətbiq edilir:
1o əgər cinayət əməli başqa bir şəxsin ölümü və ya ciddi bədən xəsarəti ilə nəticələnirsə;
2o əgər cinayət əməli qeyri-insqni rəftarla bağlıdırsa;
3o əgər cinayət əməli, digər şəxsi nəzə etməyə və ya etməməyə məcbur etməkləvə ya nəyinsə baş verməsinə dözməyə məcbur etməklə bağlıdırsa;
4o əgər cinayət əməli ölü soymaqla bağlıdırsa.
3. Ömürlük azadlıqdan məhrumetmə və ya iyirmi ilədək müddətə müvəqqəti azadlıqdan məhrumetmə ... tətbiq edilir:
1o əgər cinayət əməli başqa bir şəxsin ölümü və ya ciddi bədən xəsarəti ilə nəticələnirsə və ya zorlama ilə bağlıdırsa;
2o əgər cinayət əməli birgə fəaliyyət göstərən bir neçə şəxs (geweldpleging met verenigde krachten) tərəfindən bir və ya bir neçə şəxsə və ya ölmüş, xəstə və ya yaralı şəxsə qarşı zorakılıqla bağldırsa;
3o əgər cinayət əməli birgə fəaliyyət göstərən bir neçə şəxs tərəfindən başqa şəxsə aid tamamilə və ya bir hissəsinin məhv edilməsi, ziyan vurulması, istifadəyə yayarsız hala salınması və ya gizlədilməsi ilə bağlıdırsa;
4o əgər əvvəlki paraqrafın 3o və ya 4o-cü bəndlərində nəzərdə tutulan cinayət əməli birgə fəaliyyət göstərən bir neçə şəxs tərəfindən törədilərsə;
5o əgər cinayət əməli, bütün əhaliyə və ya onun hər hansı bir qrupuna sistemli terror və ya qanunsuz hərəkətlərin (wederrechtelijk optreden) ifadəsidirsə;
6o əgər cinayət əməli, qarşı tərəfə verilmiş vədin və ya onla bağlanmış bir sazişin pozulması ilə bağlıdırsa;
7o əgər cinayət əməli, müharibə qanun və adətləri ilə qorunan hər hansı bir bayarğın və ya emblemin və ya qarşı tərəfin hərbi fərqləndirici nişanları və ya hərbi formasının pis istifadəsi ilə bağlıdırsa.”
Bölmə 9
“Bundan əvvəlki maddədə nəzərdə tutulan cəza, bilərəkdən bu əməllərin tabeliyində olan şəxs tərəfindən törədilməsinə icazə vermiş şəxslərə də tətbiq edilir.”
(b) İşgəncələr əleyhinə Konvensiyanın İmplementasiya Aktı
Bölmə 1
“1. Dövlət məmuru və digər şəkildə hakimiyyətdə olan şəxs tərəfindən Rəsmi vəzifələrini yerinə yetirərkən və azadlıqdan məhrum edilmiş şəxsə qarşı, ondan məlumat və ya etiraf əldə edilməsi, onu cəzalandırmaq, ona və ya digər şəxsə qorxu aşılamaq və ya onu nəsə etməyə və ya onun nəyinsə baş verməsinə dözməsi, və ya onun insan bərabərliyi ilə bağlı iddilarına açıq rişxənd məqsədilə törədilmiş pis rəftar, əgər belə əməl nəzərdə tutlan məqsədə çatılmasına imkan verəcək xarakterlidirsə, işgəncə aktı kimi, on beş ilədək və ya beşinci kateqoriya cərimə ilə cəzalandırılır.
2. Bilərəkdən böyük qorxu və ya digər əqli stress (geestelijke ontreddering) aşılamaq pis rəftar hesab edilir.
3. Əməl ölümlə nəticələnirsə, təqsirli şəxs ömürlük azadlıqdan məhrumetmə ilə və ya iyirmi ilədək azadlıqdan məhrumetmə və ya beşinci kateqoriya cərimə ilə cəzalanır.”
Bölmə 2
“Bundan əvvəlki maddədə nəzərdə tutulan cəza aşağıdakı şəxslərə tətbiq olunur:
(a) Cinayət Məcəlləsi, Maddə 47§ 1, alt-paraqraf 2-də göstərilən üsullarla istifadə edərək 1-ci Bölmədə istinad edilən pis rəftar törədən və ya bilərəkdən digər şəxsin belə pis rəftar törətməsinə imkan verən məmur və ya hökumət xidmətində olan digər şəxs;
(b) 1-ci Bölmədə istinad edilən pis rəftar törədən hər hansı şəxs, əgər məmur və ya hökumət xidmətində olan digər şəxs Cinayət Məcəlləsi, Maddə 47§ 1, alt-paraqraf 2-də göstərilən üsullarla istifadə edərək bu rəftarı tələb etmiş və ya bilərəkdən buna imkan vermişsə.”
Bölmə 5
“Niderland cinayət hüququ hazırki Aktın 1 və 2-ci Bölmələrində nəzərdə tutulan cinayət əməllərindən (misdrijven) birini törədən istənilən şəxsə tətbiq edilir.”
6. Müvafiq daxili məhkəmə təcrübəsi
48. Nederlandse Jurisprudentie (Niderland Hüquq Hesabatları) 1998 (no. 463)-də nəşr edilən 11 noyabr 1997-ci il qərarında Ali Məhkəmə aşağıdakıları müəyyən etmişdir:
“5.2. Şübhəsiz ki, Hökumətin məqsədi, həmin saziş üzrə öhdəliklərlə [1949-cu il 4 Cenevrə Konvensiyaları bütün ciddi pozuntuları cəzalandırmaq] tamamən uyğunlaşma niyyəti, digər şeylərlə yanaşı, Aktın Parlamentdəki tarixçəsindən, xüsusilə, həmin qanuna əlavə edilmiş və müvafiq olaraq aşağıdakı paraqraflar yazılmış İzahat Memorandumu (Memorie van Toelichting) və Cavab Memorandumundan (Memorie van Antwoord) da aydın görünür:
‘Pozulmuş Konvensiyaya üzv olan başqa Dövlət, Niderlandın əlində olan müharibə əsirinin göndərilməsini (overlevering) tələb etmirsə, cinayət əməli xaricdə törədilmiş olsa belə və cinayət əməli Niderland vətəndaşına qarşı törədilməmişsə və ya Niderlandın maraqlarına heç bir zərər vurmursa belə, həmin şəxsin Niderland məhkəmələri tərəfindən mühakimə olunması mümkün olmalıdır.’
Və
‘ 3 (1) Bölməsində nəzərdə tutulan müddəa, əməlin harda və kim tərəfindən törədilməsindən asılı olmayaraq, yəni cinayət əməlinin Niderland vətəndaşı olmayan şəxslər tərəfindən, Niderland ərazisindən kənarda, ölkəmizin tərəf olmadığıbir müharibə zamanı törədildiyi hallarda da Niderland məhkəmələrinə müharibə cinayətlərinin araşdırılması üçün səlahiyyət verir. İkin Hesabatda (Voorlopig Verslag) düzgün olaraq qeyd edilmişdir ki, bu müddəa universallıq adlanan prinsipin tətbiqi hesab edilməlidir.’
5.3. Yuxarıdakı 5.2 bəndində göstərilənlər nəzərə alınaraq, qanunvericinin Niderlandın tərəf olduğu sazişlər üzrə öhdəliklərinin tamamilə yerinə yetirilməsi niyyətinə uyğun olaraq, qanunun ağlabatan şərhi tələb edir ki, Müharibə Cinayətləri Aktının 1-ci Bölməsi - elə də aydın olmayan mətninə rəğmən - müvafiq olaraq Müharibə Cinayətləri Aktının 1-ci Bölməsinin 1, 2 və 3-cü alt-bəndlərində nəzərdə tutulan məhdudiyyətlərin 8 və 9-cu bölmələrə və eyni dərəcədə 3-cü bölməyə təsiri olmadığı şəkildə başa düşülsün.”
G. Müvafiq beynəlxalq hüquq
1. 1949-cu il Cenevrə Konvensiyaları
49. Həm Niderland Krallığı, həm də Əfqanıstan 1949-cu il Cenevrə Konvensiyalarına (Qurudakı silahlı qüvvələrdə yararlıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında (I) Konvensiya; Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında (II) Konvensiya; Hərbi əsirlərlə rəftar haqqında (III) Konvensiya; və Müharibə zamanı mülki şəxslərin müadafiəsi haqqında (IV) Konvensiya). Niderland Krallığı bu konvensiyaları 3 avqust 1954-cü ildə ratifikasiya etmişdir. Hər iki Dövlət, 12 Avqust 1949-cu ildən imzaya açılmış dörd Cenevrə Konvensiyasının ilkin olaraq imzalayan Dövlətlər arasındadır.
50. Dörd 1949-cu il Cenevrə Konvensiyalarının eyni olan 3-cü maddəsində deyilir:
“Yüksək Razılığa gələn Tərəflərin birinin ərazisində baş verən qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı, münaqişədə olan hər bir tərəf, ən azından, aşağıdakıları tətbiq etməyə borcludur:
(1) Silahını yerə qoyan və xəstəlik, yaralar, həbs və ya hər hansı digər səbəblə “döyuşdən kənar” qalan silahlı qüvvələr üzləri də daxil olmaqla döyüşlərdə iştirak etməyən şəxslərə, bütün hallarda, insaniyyətlə, irq, rəng, din və ya inanc, cinsi, doğum və ya sərvət, və ya hər hansı digər oxşar meyarlara əsaslanan ayrı-seçkilik edilmədən davranılmalıdır.
Bu məqsədlə, aşağıdakı hərəkətlər yuxarıdakı şəxslərə münasibətdə həmişə və hər yerdə qadağan edilir:
(a) həyata və şəxsə qarşı şiddət, xüsusilə, hər cür öldürmə, şikəst etmə, qəddar rəftar və işgəncə,
(b) girov almaq;
(c) şəxsi ləyaqəti alçaltmaq, xüsusilə, alçaldıcı və təhqiedici rəftar;
(d) civil ölkələr tərəfindən əvəzedilməz hesan edilən məhkəmə təminatları verən qanuni məhkəmə tərəfindən elan edilən qərar olmadan cəzalandırma və ya edam.
(2) Yaralanmış və xəstə şəxslər toplanmalı və müalicı edilməlidir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi qərəzsiz humanitar təşkilat, münaqişə tərəflərinə öz xidmətlərini təklif edə bilər.
Münaqişə tərəfləri xüsusi sazişlərlə, bu Konvensiyanın digər müddəalarının bütün və ya qismən həyata keçirilməsi üçün səy göstərməlidir.
Bundan əvvəlki müddəaların tətbiqi Münaqişə tərəflərinin hüquqi statusuna təsir etmir.”
51. Müvafiq hissələrində Müharibə zamanı mülki şəxslərin müadafiəsi haqqında (IV) Konvensiyada nəzərdə tutulur:
Maddə 146
“Yüksək Raziliğa gələn Tərəflər hazırki Konvensiyanın bundan sonrakı maddədə nəzərdə tutulan ciddi pozuntularını törədən və ya buna əmr verən şəxslərin səmərəli cinayət cəzası almasının təmin edən qanunvericiliyin qəbul edilməsi öhdəliyi götürür.
Hər Yüksək Raziliğa gələn Tərəf belə ciddi pozuntuları törətdiyi və törədilməsi üçün əmr verdiyi iddia olunan şəxsləri axtarmaq və vətəndaşlığından asılı olmadan Dövlətin öz məhkəməsi qarşısına çıxarmaq öhdəliyi götürür. O, həmçinin, əgər arzu edirsə və ya öz qanunvericiliyinin müddəalarına uyğun olaraq, belə şəxsləri, aidiyyatı olan digər Yüksək Raziliğa gələn Tərəfə verə bilər, bir şərtlə ki, həmin Yüksək Raziliğa gələn Tərəf artıq ‘prima facie’ iş açmışdırsa.
Hər Yüksək Raziliğa gələn Tərəf bundan sonrakı maddədə nəzərdə tutulan ciddi pozuntulardan başqa hazırki Konvensiyanın müddəalarına zidd bütün aktların ləğv edilməsi üçün lazımi tədbirləri görür.
Bütün hallarda, ittiham olunan şəxslər 12 avqust 1949-cu il Hərbi Əsirlərlə Rəftar haqqında Cenevrə Konvensiyasının 105 və sonrakı maddələrində nəzərdə tutulanlardan daha az faydalı olmayan düzgün məhkəmə araşdırmasının təminatlarından yararlanmalıdırlar.”
Maddə 147
“Əvvəlki maddənin istinad etdiyi ciddi pozuntular, hazırki Konvensiyanın müdafiə etdiyi şəxslərə və ya əmlaka qarşı törədilmiş aşağıdakı aktlardan hər hansı biri ilə bağlı olanlardır: qəsdən adam öldürmə, qəsdən ciddi əziyyət verməklə və bədənə və ya sağlamlığa ciddi zərər vurmaqla bioloji eksperimentlər də daxil olmaqla, işgəncə və ya qeyri-insani rəftar, qorunan şəxsin qanunsuz deportasiyası və ya köçürməsi və ya qanunsuz həbsi, qorunan şəxsin düşmən Dövlətin silahlı qüvvələrində xidmətə məcbur edilməsi, qorunan şəxsin bu Konvensiyada nəzərdə tutulmuş ədalətli və qanuni məhkəmə araşıdrması hüququndan bilərəkdən məhrum edilməsi, girov götürülməsi və əmlakın hərbi zərurət ilə haqq qazandırılmayan və qanunsuz və məqsədsizcə dağıdılması və mənimsənilməsi.”
2. İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya
52. İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya 10 dekabr 1984-cü ildə Baş Assambleyanın 39/46 saylı Qərarı ilə qəbul edilmiş və imzaya, ratifikasiya və birləşməyə açılmışdır. O, 26 iyun 1987-ci ildə qüvvəyə minmişdir. Həm Niderland, həm də Əfqanıstan onu 4 mart 1985-ci ildə imzalamışdır. Əfqanıstan onu 1 aprel 1987-ci ildə, Niderland isə 21 dekabr 1988-ci ildə ratifikasiya etmişdir.
53. Onun müvafiq hissələrində deyilir:
Maddə 1
“1. Bu Konvensiyanın məqsədləri üçün «işgəncə» dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və ya əzablar bu anlayışa daxil deyil.
2. Bu maddə daha geniş tətbiq müddəaları nəzərdə tutan, yaxud tuta bilən hər hansı beynəlxalq müqaviləyə və ya milli qanunvericiliyə xələl gətirmir.”
Maddə 2
“1. Hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görürlər.
2. Necə olursa-olsun, heç bir müstəsna hal - müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait - işgəncəyə haqq qazandıra bilməz.
3. Vəzifəcə yüksək rəisin, yaxud dövlət hakimiyyəti orqanının əmri işgəncə verilməsinə haqq qazandıra bilməz.”
Maddə 3
“1. Heç bir iştirakçı dövlət heç bir şəxsi ona işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar mövcud olduğu başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya ekstradisiya etməməlidir.
2. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olub-olmadığını müəyyən etmək üçün işlə əlaqədar bütün halları, o cümlədən müvafiq hallarda həmin dövlətdə insan hüquqlarının davamlı olaraq kobudcasına, biabırçı və kütləvi surətdə pozulması praktikasının mövcudluğunu nəzərə alır.”
Maddə 4
“1. Hər bir iştirakçı dövlət bütün işgəncə hərəkətlərinə onun cinayət qanunvericiliyinə müvafiq olaraq cinayət kimi baxılmasını təmin edir. Bu, işgəncə vermək cəhdinə və hər hansı bir şəxsin işgəncədə iştirakçılığı, yaxud iştirakı anlamına gələn hərəkətlərinə də aiddir.
2. Hər bir iştirakçı dövlət bu cinayətlərə görə, onların ağırlıq xarakteri nəzərə alınmaqla, müvafiq cəzalar müəyyən edir.”
Maddə 5
“1. Hər bir iştirakçı dövlət aşağıdakı hallarda 4-cü maddədə göstərilən cinayətlər barəsində öz yurisdiksiyasının bərqərar edilməsi üçün zəruri ola biləcək tədbirləri görür:
a) cinayətlər onun yurisdiksiyasında olan hər hansı ərazidə və ya həmin dövlətdə qeydiyyatdan keçirilmiş dəniz, yaxud hava gəmisində törədildikdə;
b) güman edilən cinayətkar həmin dövlətin vətəndaşı olduqda;
c) cinayətin qurbanı həmin dövlətin vətəndaşı olduqda və həmin dövlət tədbir görülməsini məqsədəuyğun saydıqda.
2. Hər bir iştirakçı dövlət, analoji qaydada, güman edilən cinayətkarın onun yurisdiksiyasındakı hər hansı bir ərazidə olduğu və bu dövlət 8-ci maddəyə müvafiq olaraq, onu bu maddənin 1-ci bəndində xatırlanan dövlətlərin hər hansına təhvil vermədiyi hallarda belə cinayətlər barəsində öz yurisdiksiyasını bərqərar etməkdə zəruri ola biləcək tədbirləri görür.
3. Bu Konvensiya daxili qanunvericiliyə əsasən istənilən cinayət yurisdiksiyasının həyata keçirilməsini istisna etmir.”
Maddə 6
“1. Ərazisində 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətdiyi güman edilən şəxs olan hər hansı iştirakçı dövlət ixtiyarındakı informasiyanı araşdırdıqdan sonra şəraitin tələb etdiyini yəqin etdikdə həmin şəxsi həbs edir və ya bu şəxsin onun sərəncamında qalmasını təmin edən digər hüquqi tədbirləri görür. Həbs və bu qəbildən olan digər hüquqi tədbirlər həmin dövlətin qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir, lakin onların həyata keçirilməsi yalnız cinayət prosessual, yaxud ekstradisiya tədbirlərini görmək üçün zəruri olan vaxt ərzində davam edə bilər.
2. Həmin dövlət dərhal faktların ilkin araşdırılmasını aparır.
3. Bu maddənin 1-ci bəndinə əsasən həbs edilmiş hər hansı bir şəxsə vətəndaşı olduğu dövlətin ən yaxında olan müvafiq nümayəndəsi və ya o, vətəndaşlığı olmayan şəxsdirsə, adətən yaşadığı dövlətin nümayəndəsi ilə dərhal əlaqə yaratmasına yardım göstərilir.
4. Dövlət bu maddəyə müvafiq olaraq hər hansı bir şəxsi həbs etdikdə, həmin şəxsin həbsdə olması faktını və onun tutulmasına əsas verən hallar barədə 5-ci maddənin 1-ci bəndində xatırlanan dövlətlərə dərhal xəbər verir. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan ilkin təhqiqatı aparan dövlət əldə etdiyi məlumatları təcili surətdə sözügedən dövlətlərə bildirir və öz yurisdiksiyasını tətbiq etmək niyyətində olub-olmadığını göstərir.”
Maddə 7
“1. Yurisdiksiyasındakı ərazidə 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməkdə şübhəli bilinən şəxsin aşkar edildiyi iştirakçı dövlət 5-ci maddədə nəzərdə tutulan hallarda - əgər cinayətkarı ekstradisiya etmirsə - həmin işi məhkəmə təqibi üçün özünün səlahiyyətli hakimiyyət orqanlarına verir.
2. Bu hakimiyyət orqanları həmin dövlətin qanunvericiliyinə müvafiq olaraq ciddi xarakterli hər hansı cinayət hallarında olduğu kimi, eyni qaydada qərar qəbul edirlər. 5-ci maddənin 2-ci bəndində sadalanan hallarda məhkəmə təqibi üçün zəruri olan dəlillərə dair tələblər və çıxarılan hökmlər 5-ci maddənin 1-ci bəndində göstərilən hallarda tətbiq edildiyindən az sərt olmur.
3. 4-cü maddədə göstərilən hər hansı bir cinayətlə bağlı barəsində təhqiqat aparılan istənilən şəxslə təhqiqatın bütün mərhələlərində ədalətli rəftara təminat verilir.”
Maddə 8
“1. 4-cü maddədə göstərilən cinayətlər iştirakçı dövlətlər arasında ekstradisiyaya dair hər hansı mövcud müqaviləyə daxil edilməli olan ekstradisiya cinayətləri sayılır. İştirakçı dövlətlər belə cinayətləri ekstradisiyaya dair aralarında bağladıqları hər hansı müqaviləyə ekstradisiya cinayətləri kimi etməyi öhdələrinə götürürlər.
2. Ekstradisiyanın həyata keçirüməsini bu barədə müqavilənin olması ilə şərtləndirən iştirakçı dövlət ekstradisiyaya dair müqaviləsi olmayan digər iştirakçı dövlətdən ekstradisiya barədə müraciət alarsa, bu Konvensiyanı həmin cinayətlərə münasibətdə ekstradisiyanın hüquqi əsası kimi götürə bilər. Ekstradisiya bu barədə xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan başqa şərtlərə müvafiq həyata keçirilir.
3. Ekstradisiyanın həyata keçirilməsini bu barədə müqavilənin olması ilə şərtləndirməyən iştirakçı dövlətlər arasındakı münasibətlərdə belə cinayətlərə ekstradisiya xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan şərtlərə müvafiq olaraq, ekstradisiya cinayətləri kimi baxılır.
4. İştirakçı dövlətlər arasında ekstradisiya məqsədləri üçün belə cinayətlərə elə baxılır ki, sanki onlar yalnız baş verdiyi yerdə deyil, həm də 5-ci maddənin 1-ci bəndinə müvafiq olaraq öz yurisdiksiyasını bərqərar etməyə borclu olan dövlətlərin ərazisində törədilmişdir.”
3. 1951-ci il Qaçqın statusu haqqında BMT Konvensiyası, 13 yanvar 1967-ci il Nyu York Protokolu ilə dəyişdirilmiş redaktədə
54. 1951 Qaçqın statusu haqqında BMT Konvensiyası imzaya 28 iyul 1951-ci ildə açılmışdır. Niderland onu həmin gün imzalamış və 3 may 1956-ci ildı ratifikasiya etmişdir. Bu konvensiya, 4 oktyabr 1967-ci ildə qüvvəyə minən və 29 noyabr 1968-ci ildə qoşulduğu 31 yanvar 1967-ci il Nyu York Protokolu ilə dəyişdirilmişdir.
55. Niderland üçün məcburi olan şəkildə, müvafiq hissələrində Konvensiyada deyilir:
Maddə 1
A
“Bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o, ...irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı qorxuya görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya həmin qorxu səbəbindən bu himayədən istifadə etmək istəmir.”
F
“Bu Konvensiyanın müddəaları aşağıdakıları ehtimal etmək üçün ciddi əsasların olduğu şəxslərə şamil edilmir:
(a) sülh əleyhinə cinayətlər, hərbi cinayətlər, və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cür cinayətlər törətmişlər;
(b) sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyri-siyasi xarakterli ağır cinayətlər törətmişlər;
(c) Birləşmiş Millət Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər.”
Maddə 32
Ölkədən çıxarma
“1. Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınları yalnız dövlət təhlükəsizliyi və ictimai asayişin qorunması səbəblərinə görə ölkədən çıxara bilər...”
Maddə 33
Ölkədən çıxarma və ya geri göndərmənin qadağan edilməsi
“1. Razılığa gələn Dövlət irqi, dini, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət, siyasi əqidə səbəbilə həyat və azadlığına təhlükə gözləyən ölkənin sərhədlərinə heç vəchlə göndərməyəcək və qaytarmayacaqlar...”
H. Müvafiq daxili siyasət
56. 28 noyabr 1997-ci ildə Ədliyyə Nazirinin müavini Parlamentin Aşağı Palatasının Spikerinə yazaraq, Qaçqın statusunun verilməsi, imtina və geri alınması ilə bağlı siyasətinin əsaslarını izah etdi. (Parlament Sənədləri, Parlamentin Aşağı Palatası, 1997-98-ci il parlament ili, 19 637, no. 295). Həmin sənəddən aşağıdakı çıxarış edilmişdir:
“1F siyasətinin başlanğıc nöqtəsi
1. Maddə 1F [1951-ci il Qaçqınlar üzrə Konvensiya] ilə əlaqədar siyasətin başlanğıc nöqtəsi odur ki, bu Maddə maraqlı şəxs üçün təcrid olunmanın nəticələri də nəzərə alınaraq məhdudlaşdırıcı şərh edilməlidir. Bu başlanğıc nöqtəsi UNHCR Handbook-da və Dövlət Şurasının İnzibati Məsələlər Bölməsinin təşəkkül tapmış məhkəmə təcrübəsində müəyyən edilib. Mən bu başlanğıc nöqtəsini o mənada şərh edirəm ki, üzərimə Maddə 1F altında istisnanı diqqətli araşdırma və dərin əsaslandırmadan sonra qərara almaq öhdəliyi götürürəm...
2. Beynəlxalq cinayətlərin törədilməsində və insane hüquqlarının pozulmasında şübhəli olan şəxslərin sığınacaq müraciətlərinin baxılması ilə bağlı Palatanın çoxsaylı suallarını, cəmiyyətin tənqidi qeydlərini və qaçqın təşkilatların narahatlığını nəzərə alaraq, mən hesab edirəm ki, mümkün dərəcədə ədalətli olmaq, 1951-ci il Qaçqınlar üzrə Konvensiyaya münasibətdə ədalətdən qaçanları deyil, ədalətsizlikdən qaçanları qorumaq lazımdır. Bu o deməkdir ki, maraqlı şəxsin vəzifəsi, işi, işlədikləri təşkilatın xarakteri və mənşə ölkələrindəki siyasi vəziyyət ilə bağlı sərəncamımda olan məlumatın işığında Maddə 1F-i tətbiq etmək imkanım olanda, mən maddəni tətbiq etməkdən çəkinmirəm. Mən Maddə 1F-in müəyyən insane hüquqlarının pozulmasının və müəyyən cinayət əməllərinin törədilməsini qadağan edən beynəlxalq sənədlərlə bağlı tətbiq edilməsi imkanlarının ən səmərəli şəkildə istifadə edilməsinə nəzarət edəcəyəm. Konkret olaraq, bu o deməkdir ki, Maddə 1F işləri İmmiqrasiya və Naturalizasiya Xidmətinin bir İdarəsində cəmlənəcək və bu cür qərarları qəbul etmək ixtisaslı məmurlara tapşırılacaq və onları üçün, digər məsələlərlə yanaşı, hümanitar müharibə hüququ üzrə də təlimlər təşkil ediləcəkdir.
Bu yanaşma, Niderlandən üzərinə götürdüyü beynəlxalq öhdəlikləri ilə bağlı da arzuolunandır. Bununla bağlı, mən xüsusilə, (vətəndaş) müharibəsi zamanı törədilən cinayətlər və qəddar, qeyri-insani və alçaldıcı rəftar və cəzalarla bağlı, silahlı münaqişə qurbanlarının müdafiəsi barədə 12 avqust 1949-cü il tarixli dörd Cenevrə Konvensiyasını..., 1977-ci il tarixli bu Konvensiyalara Əlavə Protokolları, Genosid haqqında Konvensiyanı... və 10 dekabr 1984-cü il tarixli İşgəncələr əleyhinə Konvensiyanı... düşünürəm. Ola bilməz ki, Niderland bir tərəfdən üzərinə bu cür cinayətərin qarşısının alınması üçün mənəvi və hüquqi öhdəlik götürsün, digər tərəfdən, başqa bir yerdə belə cinayətləri törətmiş şəxsləri qaçqın olaraq qəbul etsin.
3. Kənarlaşmanın son nöqtəsi bu istisnanın tətbiqinin maraqlı şəxsin Niderlanddakı vəziyyətinə təsirinə diqqət etməklə bağlıdır. Yuxarıda adı çəkilən sazişlərin ana fikri odur ki, orda nəzərdə tutulan cinayətləri törədən şəxslərə (beynəlxalq) cinayət məsuliyyətindən qaçmaq imkanı verilməsin. Niderland bu sazişlərə əsasən üzərinə aut dedere aut judicare * prinsipinə uyğun olaaraq bu şəxslərin cəzalandırılması və ya ekstradisiyası öhdəliyi götürmüşdür. Bu sazişlərin ruhu və məqsədlərini nəzərə alaraq, mən belə hallarda Əcnəbilər haqqında Qanunun 21-ci maddəsinə [yəni arzuolunmaz əcnəbinin kənarlaşdırılması] əsaslanaraq Maddə 1F altında qaçqın statusundan kənarlaşdırılan şəxslərə istisnanın tətbiq edilməsi barədə qərar vermək səlahiyyətimdən istifadə edəcəyəm. Bundan əlavə, hər hansı şəxsi 1951-ci il Qaçqınlar üzrə Konvensiyanın 1F maddəsinə əsasən Konvensiyanın müdafiəsindən kənarlaşdırmaq qərarı verdiyim bütün hallarda, mən Prokurorluğa müvafiq olaraq bu barədə məlumat verəcəyəm.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, cinayət təqibi Maddə 1F-in tətbiqi üçün vacib şərt deyildir. Bundan əlavə, cinayət təqibi zamanı sübut standartı Maddə 1F-in tətbiqi zamanı andartından daha ciddidir, çünki sonuncuda hətta [şəxsin həmin cinayəti törətdiyini] “hesab etmək üçün səbəblər” belə bu maddənin tətbiqi üçün kifayətdir. İşlərin bir çoxunda Prokurorluğa iş barəsində məlumat vermək öhdəliyi vardır. Məsələn, Cinayət Prosessual Məcəlləsi, Maddə 162 § 1 (b) və İşgəncə Əleyhinə Konvensiya Maddə 6 § 2 birgə götürüldüyündə, hər hansı xarici məmurun öz səlahiyyətindən, vəzifələrinə görə əllərində olan imkanları və ya vasitələri istifadə edərək, İşgəncə Əleyhinə Konvensiyada qadağan edilən əməlləri törətdiyi barədə məlumatları olan Niderland məmurları belə əməllər barədə məlumat verməli və işlə bağlı sənədləri göndərməlidir.
Prokurorluq cinayət istintaqının başlamaqla bağlı diskresiyaya malikdir. Bu o deməkdir ki, Prokurorluq, inter alia, İmmiqrasiya və Naturalizasiya Xidmətinin iş materiallarına əsasən, cinayət işinin açılmasının lazım olub-olmadığına qərar verəcəkdir. Prokurorluq, İşgəncələr Əleyhinə Konvensiyanın İmplementasiyası Aktına əsaslanaraq, 19 yanvar 1989-cu ildən, sazişin Niderlanda münasibətdə qüvvəyə minmə tarixindən sonra törədilən əməllərə görə və Genosid barədə Konvensiyanın İmplementasiyası Aktı (Uitvoeringswet Genocideverdrag) ... və Müharibə Cinayətləri haqqında Qanuna əsasən cinayət işi aça bilər...
Ali Məhkəmə bu yaxınlarda hesab etmişdir ki, Niderland məhkəmələri həmçinin Niderlandın daxil olmadığı müharibələrdə müharibə cinayətlərini və bənzər əməlləri araşdıra bilərlər və hərbi [cinayət] məhkəmələri səlahiyyətləri vardır **.
*(qeyd): Hugo Grotius-dan götürülən bu qaydaya görə, Dövlətlərin beynəlxalq cinayətləri törətmiş şəxsləri ya ekstradisiya etməli (aut dedere) ya da özləri mühakimə etməlidirlər (aut judicare). Bu öhdəlik, beynəlxalq sazişlərdən irəli gəlir.
**(qeyd) [Məhkəmə təcrübəsinə istinad, qeyd edilməmişdir]”
ŞİKAYƏTLƏR
57. Cənab H. və Cənab J. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi altında şikayət edirlər ki, onlar sığınacaq prosesi zamanı məcburiyyət altında və məxfilik vədi ilə əldə edilən ittihamedici ifadələr əsasında mühkum ediliblər və onlar cinayət istintaqı zamanı bu ifadələri ilə üzləşiblər.
58. Onlar həmçinin 8-ci maddəyə əsasən, bildirirlər ki, cinayət prosesində sığınacaq prosesi materiallarından əldə edilən məlumatın istifadəsi onların şəxsi həyata hörmət hüququnun pozuntusudur.
59. Cənab H., əlavə olaraq Maddə 6 § 3 (d) ilə birgə götürülmüş Maddə 6 §1 altında şikayət edir ki, o, çarpaz-dindirmədən məhrum edildiyi bir şahidin ifadəsinə əsaslanaraq məhkum edilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
A. İşlərin birləşdirilməsi
60. Məhkəmə hesab edir ki, ərizələr faktiki və hüquqi əsaslarının əlaqəli olduğuna görə birləşdirməlidir (Məhkəmə Reqlamenti, Qayda 42 § 1).
B. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında şikayət
...
2. Şikayətin açıq-aydın əsaslandırılmamış olması barədə
64. Ərizəçilər sığınacaq prosesi zamanı verdikləri ifadələrin cinayət prosesi zamanı istifadə edilməsindən şikayət edirlər. Onlar bildirirlər ki, bu ifadələr onlardan məcburiyyət altında və məxfilik vədi altında alınmışdır. Onlar həmçinin şikayət edirlər ki, onlar bu ifadələrlə cinayət istintaqı zamanı üzləşiblər. Onlar Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad edirlər. Bu maddənin müvafiq hissəsində deyilir:
“Hər kəs ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən ... məhkəmə vasitəsi ilə... ədalətli və açıq araşdırılması hüququna malikdir...”
65. Ərizəçilər ilk növbədə, Konvensiyanın 6-ci maddəsinin 1-ci bəndinin cinayət başlığı altında nəzərdə tutulan ədalətliliyin əsas prinsipi kimi, Məhkəmənin Funke v. France (25 fevral 1993, Series A no. 256‑A), Saunders v. the United Kingdom (17 dekabr 1996, Reports 1996‑VI) və Quinn v. Ireland (no. 36887/97, 21 dekabr 2000) işində tanıdığı nemo tenetur adlanan prinsipə istinad edirlər.
66. Onlar bildirirlər ki, sonradan cinayət məhkəməsində əlehylərinə istifadə edilən ifadələri verib-verməməklə bağlı seçimləri olmayıb. Bu ifadələri verməmək Niderlandda yaşamaq icazəsindən imtina edilməsi və mənşə ölkələrinə geri göndərilmək təhlükəsi yaradırdı. Bundan əlavə, cinayət istintaqı zamanı ərizəçiləri əvvəllər verdikləri məlumatla üzləşdirərək müstəntiqlər ərizəçilərə təzyiq edib həmin ifadələri təkrarlayaraq özlərini ittiham etmələrinə səbəb olublar.
67. Məhkəmə ilk olaraq qeyd edir ki, Konvensiya Dövlətlərə, Konvensiyada nəzərdə tutulan hüququn normal realizəsi ilə bağlı olmayan hər hansı hərəkət və ya hərəkətsizliyi cinayət hesab etməkdə sərbəstlik tanıyır (bax: Engel and Others v. Niderland qərar, 8 iyun 1976, § 81, Series A no. 22). Bundan əlavə, bəzi işlərdə cinayət təqibi vəzifəsi beynəlxalq hüquqdan irəli gəlir. Bundan belə nəticə çıxır ki, bir fərd cinayət əməli törətməkdə əsaslı olaraq şübhəlidirsə, Məhkəmə cinayət təqibi qərarını Konvensiyanın 6-cı maddəsi altında yoxlaya bilməz (bax: M.M. v. Niderland (qərardad), no. 39339/98, 21 may 2002).
68. Məhkəmə daha sonra təkrarlayır ki, pollis dindirməsi zamanı susmaq hüququ və özünü ittiham etməkdın müdafiə (nemo tenetur seipsum accusare, həmçinin nemo tenetur seipsum prodere) Konvensiyanın 6-cı maddəsində xüsusi olaraq nəzərdə tutulmasa da, onların həmin Maddədə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun ürəyi olan prinsiplər kimi beynəlxalq standartlar tərəfindən tanınmışdır (bax: digər işlərlə yanaşı, John Murray v. the United Kingdom, 8 fevral 1996, § 45, Reports 1996‑I, və Coëme and Others v. Belgium, no. 32492/96, 32547/96, 32548/96, 33209/96 və 33210/96, § 26, ECHR 2000‑VII). Onların məntiqi, inter alia, şübhəli şəxsin dövlət orqanlarının düzgün olmayan hərəkətlərindən müdafiə etmək və bununla ədalət mühakiməsinin həyata keçirilməsində yanlışlardan qaçınmaq və Maddə 6-nın məqsədlərinin həyata keçirilməsidir. Özünü ittiham etməmə hüququ, xüsusilə onu nəzərdə tutur ki, cinayət işində ittiham tərəfi şübhəliyə qarşı işi şübhəli şəxsin iradəsi əleyhinə məcburiyyət və ya qorxutma yolu ilə əldə edilən sübutdan istifadə etmədən sübut etsinlər. Bu mənada bu hüquq Konvensiyada, Maddə 6 §2-də nəzərdə tutulan təqsirsizlik prezumpsiyası ilə bağlıdır (bax: Saunders, yuxarıdakı istinad, § 68).
69. Özünü ittiham etməmə hüququ əsasən, şübhəli şəxsin susmaq hüququna hörmətlə bağlıdır (bax: Allan v. the United Kingdom, no. 48539/99, § 50, ECHR 2002‑IX). Konvensiyaya Üzv Dövlətlərdə və ya hər hansı başqa yerdə ümumi olaraq anlaşıldığı kimi, bu hüquq, inter alia, məhkəmə qərarı ilə əldə edilən sənədlər, nəfəs, qan, sidik nümunələri və bədən toxumalarının ADN testi üçün istifadəsi halları kimi, şübhəlidən məcburi tədbirlərin tətbiqi ilə əldə edilə bilən, lakin şübhəlinin iradəsindın asılı olmadan müstəqil surətdə mövcud olan sübutun cinayət işində istifadəsinə tətbiq olunmur (Saunders, yuxarıdakı istinad, § 69). Beləliklə, Məhkəmə, şübhəli şəxsin özündın ittihamedici sənədlərin əldə edilməsi üçün cinayət təqibinin başlanması (Funke, yuxarıdakı istinad, § 44); müstəntiqlər tərəfindən məcburiyyət tədbirləri vasitəsilə, ittihamedici sübutların əldə edilməsi (Saunders, yuxarıdakı istinad, § 75) və şübhəlinin müəyyən zaman zərfində hərəkətləri barədə məlumat verməkdən imtinası səbəbilə azadlıdan məhrumetmə ilə cəzalanmasını (Quinn, yuxarıdakı istinad, §§ 56 və 60) Maddə 6 § 1-in pozuntusu hesab etmişdir.
70. Bununla belə, Məhkəmə hesab edir ki, hazırki iş əvvəlki paraqrafda istinad edilən işlərdən fərqlidir.
71. İlk olaraq, ərizəçilərin vətəndaşı olduğu Əfqanıstan və Niderland 1949-cu il dörd Cenevrə Konvensiyasına üzvdür (bax: paraqraf 49, yuxarıda). Müharibə zamanı Mülki şəxslərin müdafiəsi haqqında Konvensiya (IV), özünün 146 və 147-ci maddələrində Dövlətlərdən tələb edir ki, işgəncə də daxil olmaqla, bəzi əməlləri cinayət kimi nəzərdə tutsun; Maddə 146-da tələb edir ki, bütün üzv Dövlətlər işgəncə hesab edilən əməllərdə şübhəli şəxsləri ya ekstradisya etməli, ya da özləri cinayət təqibi altına almalıdır (aut dedere aut judicare) (bax: paraqraf 51, yuxarıda). Niderland bu əməlləri Müharibə Cinayətləri haqqında qanunun 8 və 9-cu bölmələrində cinayət kimi nəzərdə tutur və özünə bu qanunun 3(1) bölməsinə əsasən bu cinayətlərin mühakiməsi üçün səlahiyyət vermişdir. (bax: paraqraf 47, yuxarıda).
72. Bənzər şəkildə, hər iki Dövlət İşgəncə və başqa qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzalar əleyhinə Konvensiyanın üzvüdür (bax: paraqraf 52, yuxarıda). Bu Konvensiyada, Maddə 4-də bütün Dövlətlərdən tələb olunur ki, öz daxili qanunvericiklərində işgəncəni cinayət kimi nəzərdə tutsunlar. Konvensiyanın 5, 7 və 8-ci maddələri aut dedere aut judicare prinsipini nəzərdə tutur (bax: paraqraf 53, yuxarıda). Niderland İşgəncə əleyhinə Konvensiyanın İmpelementasiya Aktını qəbul etməklə, bu öhdəliyini yerinə yetirmək imkanı yaratmışdır (bax: paraqraf 47, yuxarıda).
73. Cənab J. 1951-ci il Qaçqın Status haqqında BMT Konvensiyasına uyğun olaraq legitim qaçqın olaraq tanınmış, sobradan onun qaçqın statusu həmin konvensiyanın 1F maddəsinə uyğun olaraq geri alınmışdır. Cənab H.-ə qaçqın statusu verilməsindən həmin 1F maddəsinə uyğun olaraq lap əvvəldən imtina edilmişdir. Belə olsa da, onalrın heç biri deportasiya və ya ekstradisiya edilməmişdir; hər ikisinə Niderlandda qalmaq icazəsi və bununla, de facto Niderland Dövlətinin müdafiəsindən istifadə etmək imkanı verilmişdir.
74. Bununla belə, aydındır ki, ərizəçiləri, hər hansı ölkədə törətdikləri işgəncə cinayətinə görə təqib etmək Niderlandın hüququ deyil, həm də vəzifəsidir. Məhkəmə, ərizəçilərin sığınacaq prosesi zamanı verdikləri məlumatların cinayət prosesində istifadəsi ilə bağlı məsələyə keçir.
75. Məhkəmə qeyd edir ki, ərizəçilər Niderlanda öz arquları ilə gəlmiş, və müdafiə istəmişlər. Bu müdafiədən istifadə edə bilmək üçün – Niderland ərazisində təhlüksiz yaşamaq üçün (Qaçqın Statusu Haqqında 1951-ci il BMT Konvensiyası, Maddə 32 və 33; bax: paraqraf 55, yuxarıda) – və tanınmaq üçün onlar Niderland Hökumətini təqib ediləcəkləri ilə bağlı qorxularının əsaslı olmasına inandırmalıdırlar. Sübutetmə yükü onların üzərindı olduğundan, Məhkəmə hesab edir ki, Hökumətin onlardan bütün həqiqətin deyilməsini tələb etməsində yanlış heç nə yoxdur. Ərizəçilərin immiqrasiya xidmətinə verdiyi məlumatların onlardan məcburiyyətlə alınması barədə fikir, bu sbəbdən, əsassızdır.
76. Ərizəçilər daha sonra bildirirlər ki, onlardan sığınacaq prosesində bütün həqiqiqəti söyləmək tələb edilsə də, onlara bu məlumatın cinayət işinin açılması və cinayət təqibinin başlanması üçün prokurorluğa göndərilə biləcəyi ilə bağlı xəbərdarlıq edilməmişdir.
77. Ərizəçilərin sığınacaq müraciətinə baxan dövlət orqanı, Immiqrasiya və Naturalizasiya Xidməti ərizəçilərə vəd etmişdir ki, onların verdiyi ifadələr məxfi qalacaqdır. Məhkəmə bunu təbii hesab edir. Belə ki, sığınacaq prosesinin, sığınacaq istəyənlərə, verəcəkləri məlumatların onların müdafiə olunmalı olduğu hər hansı qurum və ya şəxslərə verilməyəcəyi ilə bağlı təminat olmadan funksional şəkildə işləməsini təsəvvür etmək çətindir.
78. Əksinə olaraq, Məhkəmə hesab edir ki, sığınacaq müraciətlərinə baxılmasının xarakteristik cəhəti olan məxfilik, təqsirkarların cəzadan qaçmasına imkan yaratmamılıdır. Nəticədə, Məhkəmə hesab edə bilməz ki, Konvensiyanın 6-cı maddəsi Ədliyyə Nazirinin müavininə əlində olan bu məlumatı digər bir dövlət orqanına, prokurorluğa onun səlahiyyət dairəsində istifadə olunması məqsədilə verməsinə mane olur.
79. Nəhayət, ərizəçilər şikayət edirlər ki, cinayət istintaqı zamanı Immiqrasiya və Naturalizasiya Xidmətinə verdikləri malumatlarla üzləşmişlər.
80. Ərizəçilərin cinayət istintaqı zamanı sığınacaq prosesində verdikləri məlumatlarla üzləşdirlməkləri faktı, cinayət prosesinin ədalətliliyinı təsir etməmişdir. Məhkəmə vurğulayır ki, ərizəçilər diqqətlə dinlənmiş və susmaq hüquqlarından istifadə etmişlər (bax: paraqraf 20 və 23, yuxarıda). Üstəlik, ərizəçilərdən heç biri, nə sığınacaq prosesi zamanı, nə də cinayət prosesində işgəncə və ya digər hər hansı cinayəti törətdiklərini etiraf etməmişlər; bu səbəbdən, onlar etiraf etməyə məcbur edilmiş və sonradan bu etiraflarına əsaslanılaraq məhkum edilmiş hesab edilə bilməzlər (müqayisə et: Gäfgen v. Germany [BP], no. 22978/05, § 187, ECHR 2010).
81. Yuxarıdakılardan belə nəticə çıxır ki, ərizələr bu hissədə açıq-aydın əsaslandırılmamış hesab edilməli və Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
...
Bu əsaslarla, Məhkəmə yekdilliklə
Qərar verir ki, ərizələr birləşdirilsin; və
Elan edir ki, ərizələr qəbuledilməzdir.
Stephen PhillipsJosep Casadevall
KatibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy