© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2015. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə Təcrübəsi üzrə məlumat Qeydi No. 180
Dekabr 2014
H. və J. Niderlanda q. (qərardad) - 978/09 və 992/09
Qərardad 13.11.2014 [Seksiya III]
Maddə 6
Cinayət prosesi
Maddə 6-1
ədalətli məhkəmə araşdırması
Sığınacaq prosesində verilmiş məlumatların işgəncə ilə bağlı cinayət təqibində istifadəsi: qəbuledilməz
Faktlar – Əfqan vətəndaşları olan ərizəçilər komunist rejimi zanında hərbi-kəşfiyyat xidmətinin (XAD/VAD) yüksək rütbəli məmurları olmuşlar. Rejimin süqutundan az sonra onlar Niderlanddan sığınacaq istəmişlər. Sığınacaq prosesindən onlardan tələb edilmişdir ki, XAD/VAD xidmətindəki vəzifələri də daxil olmaqla, sığınacaq istəmə səbəbləri ilə bağlı bütün həqiqəti desinlər. onlar sığınacaq müraciətinə imtina cavabı verilmış, lakin Əfqanıstanda 3-cü maddə ilə qadağan olunan rəftara məruz qalma təhlükəsi olduğundan, deportasiya edilməmişlər. Bununla belə, onlara qarşı, orda etdikləri cinayətlərə görə cinayət təqibi başlanmış və hər iki şəxs müharibə cinayətlərinə görə mıhkum olunmuşlar. H. həm də işgəncə cinayətində iştiraka görə məhkum edilmişdir.
Avropa Məhkəməsi qarşısında ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad edərək şikayət etmişlər ki, sığınacaq prosesi zamanı onlardan məcburiyyət altında və məxfilik vədi altında alınan ifadələr əsasında məhkum edilmişlər və bu ifadələrlə cinayət istintaqı zamanı üzləşməli olmuşlar.
Hüquqi məsələlər – Maddə 6 § 1: Qaçqın statusunundan imtina olunsa da, ərizəçilər nə deportasiya, nə də ekstradisiya olunmuşlar. Hər ikisinə Niderlandda qalmaq icazəsi və bununla, de facto Niderland Dövlətinin müdafiəsindən istifadə etmək imkanı verilmişdir. Həm Niderland, həm də Əfqanıstan 1984-cü il İşgəncə və başqa qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzalar əleyhinə Konvensiyanın və 1949-cü il Müharibə zamanı Mülki şəxslərin müdafiəsi haqqında Konvensiyanın (IV) üzvüdür. Aut dedere aut iudicare prinsipinə, ərizəçiləri hər hansı ölkədə törətdikləri işgəncə cinayətinə görə təqib etmək Niderlandın hüququ deyil, həm də vəzifəsidir.
Ərizəçilərin sığınacaq prosesi zamanı verdikləri məlumatların cinayət prosesində istifadəsi ilə bağlı, ərizəçilər Niderlanda öz arquları ilə gəlmiş və müdafiə istəmişlər. Bunun üçün onlar Niderland Hökumətini təqib ediləcəkləri ilə bağlı qorxularının əsaslı olmasına inandırmalıdırlar. Sübutetmə yükü onların üzərindı olduğundan, Hökumətin onlardan bütün həqiqətin deyilməsini tələb etməsində yanlış heç nə yoxdur. Ərizəçilərin immiqrasiya xidmətinə verdiyi məlumatların onlardan məcburiyyətlə alınması barədə fikir, bu sbəbdən, əsassızdır.
Məxfillik vədi, Sığınacaq prosesində sığınacaq istəyənlərə, verəcəkləri məlumatların onların müdafiə olunmalı olduğu hər hansı qurum və ya şəxslərə verilməyəcəyi ilə bağlı təminat vermək məqsədi daşıyır. Əksinə olaraq, sığınacaq müraciətlərinə baxılmasının xarakteristik cəhəti olan məxfilik, təqsirkarların cəzadan qaçmasına imkan yaratmamalıdır. Nəticədə, bu barədə Hökumətin əlində məlumat varkən, Konvensiyanın 6-cı maddəsi Ədliyyə Nazirinin müavininə bu məlumatı digər bir dövlət orqanına, prokurorluğa onun səlahiyyət dairəsində istifadə olunması məqsədilə verməsinə mane olmaz.
Nəhayət, ərizəçilərin cinayət istintaqı zamanı sığınacaq prosesində verdikləri məlumatlarla üzləşdirlməkləri faktı, cinayət prosesinin ədalətliliyinı təsir etməmişdir. Ərizəçilər diqqətlə dinlənmiş və susmaq hüquqlarından istifadə etmiş, heç biri, nə sığınacaq prosesi zamanı, nə də cinayət prosesində işgəncə və ya digər hər hansı cinayəti törətdiklərini etiraf etməmişlər. Bu səbəbdən, onlar etiraf etməyə məcbur edilmiş və sonradan bu etiraflarına əsaslanılaraq məhkum edilmiş hesab edilə bilməzlər (müqayisə et: Gäfgen v. Germany [BP], no. 22978/05, 1 iyun 2010, Məlumat Qeydi 131).
Nəticə: qəbuledilməz (açıq-aydın əsaslandırılmamış).
* Dövlətin öz yurisdiksiyasından kənarda işgəncə və ya müharibə cinayətləri törətmiş şəxsləri ya ekstradisiya etmək, ya da cinayət təqibi altına almaq öhdəliyi.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2015.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy