© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Korolyov Rusiyaya qarşı (Korolev v. Russia), ərizə № 25551/05
01.07.2010-cu il tarixli qərar [I Bölmə]
Maddə 35
35-ci maddənin 3-cü bəndinin "b" yarımbəndi
Ərizəçi əhəmiyyətli ziyana məruz qalmayıb
Dövlətin ərizəçiyə ödənilməli olan bir avrodan aşağı borc məbləğini ona ödəməkdən yayınması: şikayət qəbul olunan deyil
Faktlar – Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçi dövlət orqanının ərizəçiyə ödənilməli olan 22,50 Rusiya rublu məbləğində (bir avrodan az) borcu ödəməkdən yayınmasından şikayət etdi. Ərizəçi həmçinin məhkəmə icraçıları (məhkəmə pristavları) xidmətinin həmin məbləğin məcburi qaydada tutulmasını təmin etməkdən yayınmasına qarşı onun şikayətinə baxmaqdan məhkəmələrin imtina etməsindən şikayət etdi. O, həmçinin milli məhkəmələr tərəfindən ölkənin prosessual qanunvericiliyinin müxtəlif pozuntularına yol verildiyini iddia etdi.
Hüquqi məsələlər – 35-ci maddənin 3-cü bəndinin "b" yarımbəndi: "ərizəçinin əhəmiyyətli ziyana məruz qalmadığını" nəzərdə tutan yeni meyar Konvensiya sisteminə daxil edilərkən belə bir mövqedən çıxış edilib ki, hüquq pozuntusu sırf hüquqi nöqteyi-nəzərdən real olaraq mövcud olsa belə, həmin pozuntuya dair şikayətə beynəlxalq məhkəmə tərəfindən baxıla bilməsi üçün bu pozuntu minimal ağırlıq dərəcəsinə çatmalıdır. Bu minimal ağırlıq dərəcəsinin qiymətləndirilməsi, təbii ki, nisbidir və işin bütün hallarından asılıdır. Pozuntunun ağırlıq dərəcəsi qiymətləndirilərkən subyektiv amil, yəni ərizəçinin təsəvvürləri və obyektiv amil, yəni işin predmetini təşkil edən məsələlər nəzərə alınmalıdır. Hazırkı işdə hətta bir avroya belə çatmayan maddi ziyanın məbləği Məhkəmədə heyrət doğurdu. Şəxsin fərdi durumunu və hansı iqtisadi şəraitdə yaşadığını nəzərə alsaq, hətta kiçik maddi ziyan belə onun üçün əhəmiyyətli ola bilər, amma hazırkı işdə heç şübhə yoxdur ki, bu məbləğ ərizəçi üçün cüzi əhəmiyyət daşıyırdı. Ola bilsin ki, bu məsələ ərizəçi üçün prinsipial əhəmiyyət kəsb edirdi, amma bu hal bu məbləğin ərizəçiyə əhəmiyyətli ziyan yetirdiyi qənaətinə gəlmək üçün yetərli deyil. İddia edilən pozuntuların təsiri barədə ərizəçinin subyektiv təsəvvürləri obyektiv əsaslara söykənməlidir. Hazırkı işdə Məhkəmə bu cür obyektiv əsasların olduğunu görmür.
Bundan başqa, insan hüquqlarına hörmət bu şikayətə mahiyyəti üzrə baxılmasını tələb etmir, belə ki, ona baxılmasını tələb edən təxirəsalınmaz hüquqi tələbat mövcud deyil. Məhkəmə bu işdə qaldırılan məsələlərə bənzər məsələləri dəfələrlə həll edib və belə məsələlərdə dövlətlərin Konvensiyadan irəli gələn vəzifələrini kifayət qədər ətraflı izah edib. İstər Məhkəmə, istərsə də Nazirlər Komitəsi Rusiya Federasiyasında daxili məhkəmələrin qərarlarının icra olunmamasını sistem xarakterli problem kimi göstərib və bu sahədə yeni pozuntuların qarşısını almaq üçün ümumi tədbirlərin görülməsinin zəruriliyini qeyd ediblər.
Məhkəmə həmçinin bu qənaətə gəldi ki, işə lazımi qaydada baxılması tələbi daxili məhkəmə tərəfindən yerinə yetirilib. Əvvəlcə dövlət orqanlarına qarşı şikayətlərə iki instansiyada baxaraq ərizəçinin tələbləri təmin edilib. Məhkəmə icraçılarının ərizəçiyə təyin edilmiş məbləğin məcburi qaydada tutulmasını təmin etməkdən yayınmasına qarşı onun şikayət ərizəsi ölkənin prosessual qanunvericiliyinin tələblərinə ərizəçi tərəfindən əməl edilmədiyinə görə rədd edilmişdi. Bu, ədalət mühakiməsinin həyata keçirilməsindən imtina demək deyildi və bunda dövlət orqanlarını təqsirləndirmək olmaz. Nəhayət, ölkənin prosessual qanunvericiliyinin tələblərinin iki məhkəmə instansiyasında pozulması ərizəçinin növbəti ölkədaxili instansiyaya müraciət etmək hüququna təminat verə bilməzdi, çünki artıq son məhkəmə instansiyası tərəfindən onun işi üzrə yekun qərar çıxarılmışdı. Lakin ərizəçinin işi üzrə son məhkəmə instansiyası tərəfindən yekun qərar çıxarılması faktı Avropa Məhkəməsi tərəfindən şikayətin qəbulunun mümkünlüyü məsələsinə dair yeni meyarın tətbiqinə mane olmur, əks halda Avropa Məhkəməsi son məhkəmə instansiyasında qəbul edilmiş qərarlarda yol verilən ən əhəmiyyətsiz pozuntular barədə şikayətləri belə, rədd etmək imkanından məhrum olardı. Belə yanaşma məqsədəuyğun olmazdı və yeni normanın (yəni 35-ci maddənin 3-cü bəndinin "b" yarımbəndinin) məqsədlərinə zidd olardı.
Nəticə: şikayət qəbul edilən deyil (ərizəçi əhəmiyyətli ziyana məruz qalmayıb).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy