Maaouia (Maaouia) Fransaya qarşı (qərardad) (yekun) - 39652/98
Qərar 22.3.2000
Maddə 6
Mülki proses
6-cı Maddənin 1-ci bəndi
Mülki hüquq və vəzifələr
Ölkədən çıxarılma ilə bağlı icraat: 6-cı maddə tətbiq edilir
Tunis vətəndaşı olan ərizəçi Fransaya 1980-cı ildə, 22 yaşında gəlmişdir. 1983-cü ildən bəri o Fransa vətəndaşı ilə birgə yaşamış və 1992-ci ildə həmin şəxslə evlənmişdir. 1998-ci ildə o törətdiyi cinayətə görə 6 il həbs cəzasına məhkum olunmuşdur. 1991-ci ildə ona qarşı deportasiya qərarı verilmiş, lakin daha sonra ləğv edilmişdir. Ölkəni tərk etməkdən imtina etdiyi üçün o, 1 il həbs cəzasına məhkum edilmiş və 10 il ərzində Fransa ərazisində yaşamaq hüququndan məhrum edilmişdir. Ərizəçi bu qərarın ləğv edilməsinə nail olmuşdur. Daha sonra o, öz immiqrasiya statusunun və yaşayış üçün icazəsinin bərpa olunmasını xahiş etmişdir. Onun müraciəti rədd edilmiş və işi hələ də apellyasiya məhkəməsindədir. 1998-ci ilin iyul ayında ərizəçiyə 1 illik yaşayış icazəsi verilmişdir. O, immiqrasiya statusunun bərpa edilməsi ilə icraatın müddətindən şikayət edir.
Nəticə: 6 § 1-ci Maddəyə əsasən qəbulediləndir
Full & Egal Universal Law Academy