© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BEŞİNCİ SEKSİYA
QƏRAR
Ərizə no 25239/13
Dieudonné M’BALA M’BALA
Fransaya qarşı
[Çıxarış]
Avropa İnsan Hüquqları Məhkəməsi (beşinci seksiya) 20 oktyabr 2015-ci il tarixində:
Josep Casadevall, sədr,
Angelika Nußberger,
Boštjan M. Zupančič,
Vincent A. De Gaetano,
André Potocki,
Helena Jäderblom,
Síofra O’Leary, hakimlər,
və seksiya köməkçi katibi Milan Blaškodan ibarət tərkibdə müşavirə keçirərək,
10 aprel 2013-cü ildə yuxarıda göstərilmiş ərizənin təqdim edilməsini nəzərə alaraq,
Cavabdeh hökumət tərəfindən və cavab olaraq iddiaçı tərəfindən təqdim olunmuş təqdimatları nəzərə alaraq,
Aşağıdakı qərarı çıxarmışdır :
FAKTLAR
1. Ərizəçi M. Dieudonné M’Bala M’Bala 1966-cı ildə doğulmuş fransız vətəndaşıdır və Parisdə yaşayır. O, Məhkəmədə Aurillac şəhərində vəkil olan Cənab J. Verdier tərəfindən təmsil olunmuşdur.
2. Fransız hökumətini (« Hökumət ») Xarici İşlər Nazirliyində Hüquq məsələləri üzrə direktor olan Cənab François Alabrune təmsil etmişdir.
A. İşin halları
3. Ərizəçi komediya aktyorudur və öz peşəsini « Dieudonné » səhnə adı altında həyata keçirir. O, həmçinin siyasətlə də məşğul olmuşdur; o, xüsusilə 2004 (« AvroFələstin siyahısı ») və 2009-cu illərdə (« Antisiyonist siyahısı ») Avropa seçkilərində namizəd olmuşdur.
4. O, 26 dekabr 2008-ci ildə Parisin « Zénith » zalında « Mən bir axmaqlıq etdim » adlı tamaşa nümayiş etdirmişdir.
5. Tamaşanın sonunda, o, Robert Faurissonu səhnəyə dəvət edərək tamaşaçılardan gələn alqışları birgə qəbul etməyə çağırmışdır. Robert Faurisson, xüsusilə də, toplanma düşərgələrində qaz kameralarının mövcudluğunun inkarına yönəlmiş neqasionist (inkar edən) və ya revizionist düşüncələrinə görə Fransada dəfələrlə məhkum edilmişdir və bu baxımdan Paris Apellyasiya Məhkəməsi tərəfindən 4 iyul 2007-ci il tarixində insanlıq əleyhinə olan cinayətin inkar olunması faktına görə məhkumluğu da vardır. Ərizəçi ona üzərində Davud ulduzu tikilmiş dördkünc xətləri olan pijama geyinmiş aktyor vasitəsilə « görüşülə bilinməzlik və hörmətsizlik mükafatını » təqdim etmişdir.
6. Hadisə polis tərəfindən qeydə alınmışdır. Onlar həmçinin « Xalq Cəbhəsinin » rəhbəri olan Jean-Marie Le Penin də orada olduğunu və tamaşaçılardan uzaq bir məsafədə olan koridordan tamaşanı izlədiyini qeyd etmişlər.
7. Paris Ali Tribunalı (« TGİ ») yanında Dövlət itttihamçısı 29 dekabr 2008-ci ildə ədliyyə polisinin Baş İdarəsinə müraciət edərək bu faktlar üzrə ilkin istintaqa başlamışdır.
8. Müstəntiqlər tamaşanın mübahisəli hissələrinə dair şəkilləri videoların online formada yayıldığı internet səhifəsindən əldə etmişlər. Onlar söhbəti aşağıdakı qaydada göstərirlər:
« Dieudonné : Siz bilirsiniz ki, Zénith hər il mənim üçün kifayət qədər önəmli bir mərhələdir, buna görə də, mən onu etmək istədiyim vaxt mənim üçün daha da çətindir. Özüm özümə dedim ki, gərək mən Zénith üçün elə bir ideya tapım ki, onlara lazımi qaydada dərs olsun.
Əlbəttə ki, düşündüm, tapdım və beləliklə də, mən Bernard H-ın tərif dolu sonuncu tənqidindən (tamaşaçılardan eşidilməyən narazılıq səsləri) ilham aldım. Həmin tənqiddə Zenithdəki axşamı, həmin tamaşanı sonuncu dünya müharibəsindən bəri ən böyük anti-yəhudi yığıncağı olaraq göstərir. Beləliklə də, əlbəttə ki, o mənə kiçik bir yaxşılaşdırma imkanı yaratdı, çünki mən öz-özümə dedim ki, gərək bu dəfə daha da yaxşısını edim. Beləliklə də, əgər siz də bizim kollektiv ələ salmaq işində iştirak etmək istəyirsizsə, mən sizə təklif edirəm ki, onları divara dırmaşdıracaq bir şəxsi qarşılayasınız, sizə maraqlı gəlir ? (tamaşaçıların səs küylü təsdiqi). Beləliklə, mən dərhal bunu sizə deyirəm ki, bu səhnəyə gələcək olan şəxs öz-özlüyündə skandaldır, [...] və mən düşünürəm ki, bu şəxs Fransanın ən görüşülə bilnməz insanıdır (zaldan « Sarkozy » səsləri). Sarkozy sakitləşdi, onla artıq görüşmək olar, amma bilin ki, sabah səhərdən etibarən, bu axşamdan yaddaşlarda yalnız onun bu səhnəyə çıxdığı an qalacaq, belə ki, o İsrail işğal hərbçiləri olan BETAR et LDJ tərəfindən döyülüb və ölməsi üçün yol kənarına atılıb. Yeri gəlmişkən, kiçik bir hekayə danışım, onu xilas edən və xəstəxanaya çatdıran şəxs özünə mətbuatda haqq qazandırmaq məcburiyyətində qalıb. Mən bu şəxsi bundan bir neçə il əvvələ kimi tanımırdım və indi də çox az tanıyıram amma bilirəm ki, o ən görüşülməyəcək insandır və buna görə də, öz-özümə dedim ki, əgər biz inanılmaz bir şey etmək istəyiriksə, gərək onlar burda ikən edək, mətbuat nümayəndələri bizim aramızdadır, beləliklə sabah (tamaşaçılardan fit səsləri). Dinləyin, onlara cavab verməyin ən yaxşı üsulu əvvəllər poeziyaya marağı olan, daha sonralar isə özünə məxsus olan ideyaları davam etdirən şəxsi qarşılamaqdır. Mən sizdən cənab Robert Faurissonu alqışlamağınızı xahiş edirəm... (alqışlar) daha yaxşı, daha yaxşı, ürəkdən, yenə, yenə (cənab Faurisson daxil olur – Dieudonné ilə qucaqlaşma). Hər bir halda, bir şeyi bilin ki, sizin alqışlarınız səs-küyə səbəb olacaq və sabah səhərdən etibarən kifayət qədər uzun müddət mətbuatda görəcəksiniz... Robert, düşünürəm ki, siz bu mükafata layiqsiniz... Beləliklə, tamaşamızın tamamlanması üçün mənim sadiq texnikim Jacky-dən xahiş edəcəm ki, Jacky, öz işıq geyimində Robertə təkrarolunmazlıq və kobudluq mükafatını təqdim etsin. Fotograflar, özünüzü rahat buraxın... ! (üzərinə yəhudi ulduzu tikilmiş dördkünc xətləri olan pijama geyinmiş şəxs daxil olur və Faurissona üç almadan ibarət əşya verərək təltif edir). Bu skandala baxın, qiymətləndirin, alqış... (tamaşaçılardan gələn qışqırıq səsləri: « Faurisson haqlıdır » « o qazandı »).
Robert Faurisson : Başlamaq üçün bir söz və bəlkə də bir sözdən artıq, Jacky sənə və fikrimcə Pierre Panet və Sandraya. Qulaq as, sən bizə deyirsən ki, « mən bir axmaqlıq etdim ». Bu dəqiqdir... amma bu axşam, sən həqiqətən də axmaqlıq edirsən.
Dieudonné : Bu dəqiqdir və mən şübhə etmirəm və düşünürəm ki, bu, mənim etdiyim ən böyük axmaqlıqdır. Amma həyat qısadır, həyat çox qısadır. Mümkün olduğu qədər axmaqlıq və itaətsizlik edək.
Robert Faurisson : Mən sizə təşəkkür edirəm, çünki bu cür qarşılanmağa alışmamışam. Məni tarixin qanqsteri hesab edirdilər. Bunu Le Monde demişdi və Le Monde həmişə haqlıdır (tamaşaçılardan gələn qışqırıq səsləri: « Jacques Mesrine »). Hər bir halda sən mənim on dəfə xüsusi rəftara məruz qaldığımı deməkdə haqlısan. Bir dəfə mən ölümün iki addımlığında olmuşam və mən sənə onu da deyim ki, məni adımı bilmədən xilas edən şəxs səhəri gün adımı öyrəndiyi zaman polisə bildirib ki, mənim həyatımı xilas etdiyinə peşmandır.
Dieudonné : O kifayət qədər aktiv olan yəhudi polislər tərəfindən döyülüb. [...] (tamaşaçılardan gələn qışqırıq səsləri « Haramzadə »).
Robert Faurisson : Mən əlavə edim ki...
Dieudonné : Əlbəttə, problem deyil, Robert, musiqiçilər öz yerlərini alıblar, biz ifadə azadlığı üzərində davam edəcəyik...
Robert Faurisson : Mən səni təhlükəyə ata bilərəm...
Dieudonné : Pah...hə... sən ata bilərsən... İfadə azadlığı
Robert Faurisson : Davam edək... Beləliklə... Siz mənim nə dediyimi, nə qoruduğumu bilmirsiz. Sizin aranızdan bəziləriniz və ya əksəriyyətiniz heç nə bilmirsiz və ya mətbuatın mənim barəmdə cürət edib dediklərini bilirsiniz ki, bunlar da revizionistlər haqqında deyilən axmaq fikirlərdir. Siz bilirsiniz ki, Fransada belə bir Qanun mövcuddur ki, bizim dostumuzu qısa bir müddət ərzində 17-ci palataya apara bilərlər, necə ki, mən sayını unutduğum qədər orada olmuşam. Mən sizə ancaq bunu deyə bilərəm, məsələ ondadır ki, mənim hüququm yoxdur... Sənin də dediyin kimi, bu Qanundur.
Revizionizmin həqiqətdə nə olduğunu və bu insanların nələri neqasionizm adlandırdıqlarını sizə deməyə hüququm yoxdur, (zalda alqışlar), amma sizə deyə bilərəm ki... Bəli, əgər onlar məni neqosionist adlandırırlarsa, mən də onları affirmasionist adlandırıram və siz sözü istədiyiniz şəkildə yazacaqsınız (alqışlar). Budur... Məni yaxşı dinləyin... budur, 34 il, 1974-1998 mənimlə öz ölkəmdə fələstinli kimi rəftar edilib. Mənimlə fələstinli kimi rəftar olunub və nəticədə mən də onlarla ortaq yola çıxmağa mane ola bilmirəm (tamaşaçıların qışqırığı və alqışları). Mənim siyasi düşüncələrim yoxdur, amma mən sənin sonda Fələstin barədə dediklərini təsirli hesab edirəm (tamaşaçılardan qışqırıq : « yaşasın Fələstin »).
Dieudonné: Mən Fələstinə olan dəyişməz dəstəyimizi təsdiqləyirəm və musiqiçilərdən öz yerlərinə keçmələrini xahiş edirəm, çünki təəssüf ki, dayanmaq lazımdır. Hər bir halda, sizin buradakı varlığınız və bizim razılaşmağımız özlüyündə bir skandaldır və bilin ki, sabahdan müzakirələr başlayacaq və mənim fikrimcə, sizin hamınızın bunu izləmək imkanınız olacaq. İfadə azadlığı, hamıya təşəkkürlər, əməkdaşlığınız üçün təşəkkürlər, mənim hörmətimi qəbul edin, sizə şapka çıxarıram. İfadə azadlığı. Hamınıza təşəkkürlər, əməkdaşlığınız üçün təşəkkürlər. Mənim hörmətimi qəbul edin, şapka çıxarıram. İfadə azadlığı. ».
9. Müstəntiqlər tamaşanın səs və işıq rejissoru olan J.S.-ni dindirdilər. O, bildirdi ki, hər tamaşada ərizəçinin Fransa Respublikasının prezidenti Nicolas Sarkozy-nin deportasiyada dünyasını dəyişmiş hər bir uşağın orta məktəb uşağı ilə qardaşlaşması təkliflərinə qarşı reaksiya olaraq hazırladığı skeçdə səhnəyə çıxmışdır. O, əlavə etmişdir ki, skeçin gedişində üzərində sarı ulduz olan zolaqlı kostyumla səhnəyə çıxmışdır, lakin bunu gülünc hesab etdiyindən bu kostyumu geyinmək istəmədiyini də bildirmiş ; ərizəçi ona cavab olaraq bildirmişdir ki, « bu qanundur, (...) teatrın nümayəndəsi deportasiya olunmuş yəhudi kostyumunu geyinməyə borcludur, bu məcburidir. Yəhudilərin əzab çəkdiklərini unutma » ; J.S. cavab olaraq qeyd etmişdir ki, « yəhudilər də digər insanlar kimi əzab çəkiblər » və ərizəçi cavab olaraq bildirmişdir ki, « onlar daha çox əzab çəkiblər ». Ərizəçi sonradan əlavə etmişdir ki, J.S. bu kostyumu geyinmək üçün ona görə seçilmişdir ki o, « ən arıq »dır və xahiş etmişdir ki, səhnəni tərk etməzdən əvvəl tamaşaçılara « unutmayın » desin.
10. J.S. həmçinin izah etmişdir ki, həmin kostyumu « BHV »-dən (Bələdiyyə Bazarı) alınan pijama əsasında özü tikib və bu kostyumun deportasiya olunmuş şəxslərin geyiminə olan oxşarlığına görə təəsüfləndiyini qeyd edərək bildirmişdir ki, bu oxşarlığın səbəbi mağazalarda olan seçimin azlığı ilə bağlı olmuşdur. O, ərizəçinin 26 dekabr 2008-ci il tarixində Zenitdə baş tutacaq tamaşa üçün « sürpriz » arzu etdiyini və elan etdiyini əlavə etmişdir. O bildirmişdir ki, « Dieudonné-nin iki ildən bəri davam edən ictimaiyyət qarşısındakı çıxışları (mavi ağ qırmızı yığıncaqlarında iştirakı, prezident seçkilərinin ilk mərhələsi axşamı Jean-Marie Le Penin yanında olması və qızınn M. Le Pen tərəfindən də dəstəkləndiyi » nəzərə alındıqda Robert Faurissonun səhnəyə çıxarılmasına təəcüblənməmişdir. O əlavə etmişdir ki, onun deportasiya edilmiş şəxs geyimi Robert Faurissona mükafat təqdim olunanadək qalmalı idi və sonuncu « du Céline » deməli və ölümündən sonra külünün Saint-Lazare vağzalında saxlanılmasını arzu etdiyini elan etməli idi. Nəhayət, o bu səhnədən təəssüfləndiyini və qonağın və onun bəyanatlarının ərizəçi tərəfindən alqışlandığının xoşuna gəlmədiyini bildirmişdir.
11. Müstəntiqlər 1 yanvar 2009-cu il tarixli tamaşasının, ərizəçinin J.S. ilə mübahisəli səhnənin müzakirə etdiyi video görüntülərini internetdən əldə etmişlər. Ərizəçi xüsusilə izah edirdi ki :
« Mənim burada onlara edəcəyim qol hərəkəti, (...), mənim istehsalım olan ənənəvi media bombasıdır (...).
Sujet olaraq, Le Pen-dən daha güclüsünü tapmalı idim... Əlbəttə, eyni personajla iki dəfə zərbə vurmaq alınmazdı. Mən özüm Xalq Cəbhəsində deyiləm, onlar mənim vecimə də deyil, düzdür, yaxşı adamdır və bir yaxşıca əyləndik, amma bu qədər... beləliklə, Le Pen-dən daha « görüşülə bilən »ni tapmaq heç də asan deyildi, o demək olar ki, görüşülə bilməzdir... Mən şou biznesin bütün zibilliklərini axtardırm və onu tapmağa iki ay sərf elədim və budur, o burdadır, salat yarpaqları arasında, təkbaşına. Seçilmiş, almaz. »
12. Ərizəçi 27 yanvar 2009-cu il tarixində müstəntiqlər tərəfindən dindirilmişdir. O izah etmişdir ki, Zenitdəki çıxışının yaddaşlarda həkk olunması istəyində olmuşdur və özünün « media pariyası » imicinə təkrarolunmazlıq simvolunu da əlavə etmək istəmişdir. O əlavə etmişdir ki, Robert Faurissonun « kükürdlü» reputasiyasından xəbərdar idi, lakin ilkin mərhələdə bunun əsasında duran səbəbi bilmirdi. O bildirmişdir ki, sözügedən şəxsin ona bildirdiyi yeganə ideya, Qoredəki qaradərili qulların deportasiyasına etirazı olmuşdur. O təsdiqləmişdir ki, sonradan, Robert Faurissonla görüşündən onun səhnəyə çıxmasına qədər olan müddət ərzində internet vasitəsilə onun həmçinin qaz düşərgələrinin də mövcudluğuna etiraz etdiyini aşkarlamışdır. O bildirmişdir ki, sözügedən şəxsin Saint-Lazare vağzalında saxlanılmaq istəyindən bəhs edəcəyindən və Céline-in replikasına istinad edəcəyindən xəbərdar olmuşdur. Ərizəçi bununla belə Robert Faurissona ifadə azadlığı üçün şərait yaratdığını və onun tərəfindən də şokedici heç bir şey eşitmədiyi və sadəcə olaraq, onun çıxışının kifayət qədər gülməli olmaması faktdan təəssüfləndiyi bildirmişdir. O əlavə etmişdir ki, təxribatçı xarakterli olduğunu düşünərək deportasiya edilmiş şəxs geyimində olan J.S. tərəfindən Robert Faurissona « görüşülə bilinməzlik » mükafatı verilməsini arzu etmişdir. Robert Faurisson bu barədə qabaqcadan məlumatlandırılmamışdır. Ona təqdim olunan və üç alma ilə müşayiət olunan şamdana gəldikdə isə, ərizəçi göstərmişdir ki, bu onun tapdığı ən köhnə və gülməli əşya olmuşdur. Nəhayət o bildirmişdir ki, Robert Faurissonun zənci alverinə etirazının ictimaiyyət tərəfindən etinasızlıqla qarşılandığından, ərizəçi özünün alt-insanlar qrupuna aid olduğu təəssüratını almışdır.
13. Prokuroru ərizəçini 27 mart 2009-cu il tarixində bir şəxsi və ya şəxslər qrupunu mənşəyinə, hər hansı etnik qrupa, millətə, irqə və ya dinə mənsub olmasına və ya olmamasına görə ictimai təhqirə məruz qoyduğuna görə 29 iyul 1881-ci il tarixli Mətbuat azadlığı haqqında olan Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə Paris Məhkəməsinə vermişdir. O, Zénith teatrının səhnəsində jestlərlə və sözlərlə ifadə edilmiş, hücum, nifrət və təhqir xarakterli ifadələrinə, xüsusilə də aşağıdakı bəyanatlarına görə mühakimə olunmuşdur:
« Siz bilirsiniz ki, hər il Zénith mənim üçün önəmli mərhələdir, və beləliklə də, onu etmək istədiyim vaxt mənim üçün çox çətindir. Öz-özümə dedim ki, gərək mən Zénith üçün elə bir ideya tapım ki, onlara lazımi qaydada dərs olsun.
Əlbəttə ki, düşündüm, tapdım və beləliklə də, mən Bernard H-ın tərif dolu sonuncu tənqidindən (tamaşaçıların zəif narazılıq səsləri) ilham aldım. Həmin tənqiddə Zenithdəki axşamı, həmin tamaşanı sonuncu dünya müharibəsindən bəri ən böyük anti-yəhudi yığıncağı olaraq göstərir.
Beləliklə də, əlbəttə ki, o mənə kiçik bir yaxşılaşdırma imkanı yaradır, çünki mən öz-özümə dedim ki, gərək bu dəfə daha yaxşısını edim. »
Bu sitat göstərmişdir ki, həmin bəyanatlar sözügedən tamaşanın işığında oxunmalıdır :
« - deportasiya olunmuş yəhudi geyimini xatırladan geyimdə (yaxa hisəsində sarı ulduz – yəhudi vurğusu edən - tikilmiş pijama) olan aktyorun səhnəyə dəvət edilməsi,
- qaz otaqlarının mövcudluğunu və Holokost gerçəkliyini inkar edən müddəalardan ibarət olan neqasionist fikirli Robert Faurissona mükafat təqdim edilməsi,
- üç alma ilə tamamlanan üç hissəli şamdan olaraq təqdim edilən « görüşə bilinməzlik və hörmətsizlik mükafatı ».
14. SOS Rasizm-Mənim dostuma toxunma Cəmiyyəti, Rasizmə qarşı və xalqlararası dostluq naminə Hərəkat (MRAP), Rasizmə və antisemitizmə qarşı beynəlxalq Liqa (LICRA), İnsan və vətəndaş hüquqlarının müdafiəsi Liqası (LDH), Günahlandırıram!... Ədalət naminə beynəlxalq Hərəkat Assosiasiyası (AIPJ), Fransanın yəhudi tələbələrinin Birliyi (UEJF), Loge Hatikva B’Nai B’Rith, B’Nai B’Rith David Ben Gourion, Tsedek assosiasiyaları, Antisemitizmə qarşı milli osyanış Bürosu (BNVCA), Respublikada Respublika üçün birlikdə Hərəkatı, B’Nai B’Rith Deborah Sam Hoffenberg və HCCDA, eləcə də, fiziki şəxslər olan J.B et G.P. mülki iddiaçılar idilər.
15. Paris Məhkəməsi 27 oktyabr 2009-cu ildə ərizəçini ittiham olunduğu cinayətlər üzrə təqsirli bilmiş və onu 10 000 avro (EUR) məbləğində cəriməyə məhkum etmişdir. Eləcə də, xərclər və məsrəflər qismində iştirakı qəbul edilmiş səkkiz mülki iddiaçının hər birinə bir avro məbləğində ödəniş olunmasına qət etmişdir. Əlavə cəza qismində isə, məhkəmə məbləği ərizəçi tərəfindən ödənilməklə və maksimum 3 000 EUR məbləğində olmaqla, aşağıdakı məhkəmə bəyanatının Le Monde və Le Parisien-Aujourd’hui en France gündəlik nəşrlərində yayılmasına qərar vermişdir :
« PARİS cinayət məhkəməsinin (17-ci palata/mətbuat palatası) 27 oktyabr 2009-cu il tarixli qərarı ilə, Dieudonné M’BALA M’BALA Zénith tamaşa zalında 26 dekabr 2008-ci ildə ictimaiyyət qarşısında söylədiyi və bir şəxsə və ya şəxslər qrupuna qarşı onların mənşəyinə, hər hansı etnik qrupa, millətə, irqə və ya dinə mənsub olmasına və ya olmamasına, hazırki işin hallarında yəhudi mənşəli və məzhəbli şəxslərə ünvanlanan bəyanatlarına görə prokurorluq tərəfindən cinayət təqibinə məruz qalmış və ictimai təhqir hüquqpozması üzrə təqsirkar elan edilərək cərimə ödəməsinə qərar vermişdir. Həmçinin mülki iddiaçılar olaraq qəbul edilmiş və öz statusları etibarilə rasizmə qarşı mübarizə aparan müxtəlif assosiasiyalara təzminat ödəməsinə qət etmişdir » (sic).
16. Hakimlər öz qərarlarını aşağıdakı qaydada əsaslandırmışlar:
« Sözügedən bəyanatında Dieudonné M’Bala M’Bala öz tamaşaçılarına onu buna yönləndirən səbəbləri izah etmişdir. Onun eyni zalda verdiyi daha əvvəlki tamaşasının tamaşaçıların səs-küylü etirazı səbəbindən adı eşidilməyən, lakin təqsirləndirilən şəxs tərəfindən Bernard-Henry Levy olduğu elan edilən şəxs tərəfindən « sonuncu dünya müharibəsindən bəri ən böyük antisemit yığıncağı» qismində dəyərləndirildiyini nəzərə alaraq bildirmişdir ki, bu səbəbdən « daha yaxşısını etməli olduğu » qənaətinə gəlmişdir ki, bunların hər biri əslində əks mənalar daşıyır və onun ambisiyaları pis istiqamətə yönəlmişdir. Dieudonné M’Bala M’Bala həmçinin bildirmişdir ki, onun əsas məqsədi « onları lazım olan qaydada « quenelle » qol hərəkəti etmək » olmuşdur; bu təsvir edilmiş hərəkətin xüsusi olaraq təqsirləndirilən şəxs tərəfindən icad olunduğu düşünülsə də, açıq-aşkar qaydada, skatologiya və sodomizmə göndəriş edir.
Bununla belə, ərizəçi sonradan istifadə etdiyi bu « qol hərəkətinin » kimə ünvanlandığını açıqlamamış, lakin məhkəmə prosesində bildirmişdir ki, sözügedən «qol hərəkətinin » « bünövrəsində » əsasən « mətbuat » olmuşdur.
Bununla belə, davamında aşkarlanmışdır ki, onun ünvanlandığı başqa bir qrup olmuşdur.
Dieudonné M’Bala M’Bala aid olduğu ifrat antisemitizmə sadiq qalaraq, öz tamaşaçılarına keçən ilkindən daha pisini etmək ideyasını bildirmişdir. O « İsrail işğal hərbçilərinin » (sonradan «siyonist hərbçiləri » adlandırdığı) qurbanı və üstü qapalı olaraq bu şəxsi « onun özünün ideyalarını inkişaf etdirən [...] » kimi təqdim etdiyi « Fransanın ən « görüşülə bilinməz insanını » dəvət etdiyini elan edir. Beləliklə də, Robert Faurissona « görüşülə bilinməzlik və hörmətsizlik mükafatı » verməzdən öncə ərizəçi onu təqdim etmiş və tamaşaçılara alqışlatmışdır.
Bununla da, o yalnız, keçmiş universitet işçisinin geniş kütlələr tərəfindən tanındığı mövzuya, nasist rejimi tərəfindən yəhudilərə qarşı törədilən soyqırım gerçəkliyinin danınmasına istinad edə bilərdi.
Bununla bağlı, Dieudonné M’Bala M’Bala əvvvəlcə prokurorluq istintaqının gedişində, daha sonra isə məhkəmə prosesində bildirmişdir ki, Robert Faurissonun Fransada neqasionist ideyalarının əsas nümayəndələrindən biri olduğuna və xüsusilə də, Mətbuat azadlığı haqqında Qanunun 24 bis maddəsinə əsasən məsuliyyətə cəlb olunduğuna dair məlumatı olmamışdır. Əksinə, o təsdiqləmişdir ki, dəvət etdiyi şəxsi yalnız qulların evi adlanan və Seneqalda, GOREE’də yerləşən qul ticarəti qurbanlarının toplandığı yerin mövcudluğuna dair mübahisəli fikirlərinə görə tanımışdır. Bununla belə, həm Robert Faurissonun neqasionist maarifləndirməsini, həm də, təqsirləndirilən şəxs tərəfindən elan edilən məqsədləri nəzərə aldıqda, bu bəyanatlar mötəbər deyillər.
Onun Zenitdə 1 yanvar 2009-cu il tarixli çıxışında söylədiyi ifadələri istifadə etsək, Dieudonné M’Bala M’Bala antisemitizm baxımından ən pisini etmək - bunu həmçinin sözügedən çıxışında tamaşaçılara da elan etdiyi kimi – eləcə də, « Le Pendən daha « görüşülə bilinməz »ini axtarıb tapmaqla, ümumi olaraq, ekstremist təxribatlarda iştirak etmək istədiyini inkar edə (...) və bu məqsədlə yalnız, qeyd etdiyi kimi qərbin qul ticarəti gerçəkliyini deyil, həmin ticarətin həyata keçirildiyi yerlərin həqiqiliyini danan, inkarçı fərziyələri olan bir şəxsi dəvət etdiyini iddia edə bilməz.
Bundan əlavə, publikanın gözündə də belə imaja malik olan Robert Faurissona təqdim edilməli olan mükafatın təsviri belə müsbət dəyərlərə istinad edir və təqsirləndirilən şəxsin fikrincə o özü də, güclülərin və hamılıqla qəbul edilmiş fikirləri daşıyanların qurbanıdır və özü də görüşülə bilinməzdir.
Nəhayət, əgər hər hansı tamaşa özlüyündə təhqiri dəstəkləyən vasitə olaraq yuxarıda göstərilən 23-cü maddədə nəzərdə tutulan reklam daşıyıcı olmasa belə, bunu da qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs Robert Faurissona « Görüşülə bilinməzlik və hörmətsizlik mükafatı » verilməsi üçün üzərinə « yəhudi » sözünə vurğu edilməsi məqsədilə sarı ulduz tikilmiş olan zolaqlı pijama geyinmiş şəxsi seçmişdir. Həmin ulduz da bu mənada, öz növbəsində, ictimai yığıncaqda yazılı tekst qismində çıxış etmişdir. Həmçinin, mükafat olaraq, cəmiyyətin gözü qarşısında, emblem olaraq üç hissəli şamdan və ona keçirilmiş üç almadan istifadə olunmuşdur.
Dieudonné M’Bala M’Bala müstəntiqlər qarşısında qəbul etmişdir ki, daha əvvəlki tamaşalarında da istifadə etdiyi deportasiya edilmiş şəxs geyiminin seçilməsinin səbəbi provokasiyanı « daha səmərəli » etməsi olmuşdur, şamdana gəlincə isə, onu « daha köhnəlmiş » və « daha gülünc » hesab etmişdir. Bununla belə, o bu bəyanatlarına məhkəmə prosesinin gedişində yenidən qayıtmış və bildirmişdir ki, kostyumu rahatlıq məqsədilə və başqasını axtarmamaq üçün seçmiş, şamdanı isə bir qutunun içindən təsadüfən tapmışdır.
Teatr peşəkarı olan (...) təqsirləndirilən şəxs heç bir halda iddia edə bilməz ki, bu şərait tamamilə təsadüf nəticəsində seçilmiş və sırf maddi uyğunluqlara əsaslanmışdır. Bir tərəfdən, yeddi hissədən ibarət olduğu zaman yəhudi dininin simvolunu təşkil edən, lakin hazırki halda azaldılıb üç hissəyə endirilən və eləcə də, şamlar əvəzinə almadan istifadə olunan əşya olmaqla şamdanın seçimi, digər tərəfdən də alman konsentrqsiyq düşərgələrində toplanmış yəhudilərin geyimini xatırladan və üstəlik də « işıq geyimi» olaraq adlandırılan kostyumun seçimi, indicə qeyd edildiyi kimi, mübahisələndirilən bəyanatda açıqca ifadə olunan və antisemitizmin zirvəsinə çatmaq istəyini açıq şəkildə ictimai yığıncaqda iştirak edən tamaşaçıların hər birinə çatdırır.
Beləliklə, ictimaiyyət tərəfindən yalnız öz neqasionist çıxışlarına görə tanınan bir şəxsi alqışlatmaqla, onu müsbət dəyərlərin qəhrəmanı olaraq tanıtmaqla və eləcə də bu cəmiyyətin simvolunun təhrif olunması yolu ilə yəhudi qurbanlarını ələ salmaqla, təqsirləndirilən şəxsin ʺqol hərəkətininʺ ünvanlandığı ʺəsasʺ kütlə yəhudi mənşəli və ya məzhəbli insanlar olmuşdur.
Təqib olunan bəyanatlar, prokurorluq və mülki iddiaçılar tərəfindən də qeyd edildiyi kimi, yəhudi mənşəli və ya məzhəbli şəxslərə münasibətdə alçaldıcı və təhqiredici olmuşdur.
Təqsirləndirilən şəxsin ilk mərhələdə bu bəyanatların konkret faktlara aid olduğunu və və yəhudi mənşəli və ya məzhəbli olan şəxsləri nəzərdə tutmadığını iddia etməsi cəhdi əbəsdir, çünki özünə aid olduğunu iddia etdiyi fikirlərin müvafiq analizi olan « antiyəhudi yığıncağı təşkil etmək istəyini » açıq şəkildə ifadə edən, mülki iddiaçılar deyil, o özüdür.
Həmçinin Dieudonné M’Bala M’Balanın provokasiya arqumentindən də istifadə edə bilməz, çünki bu davranışı ilə o, hər hansə bir şəxsin onun iki il əvvəlki tamaşalarını antiyəhudi yığıncağı kimi dəyərləndirməsinin əleyhinə sübut irəli sürmür və əgər belə bir dəyərləndirmənin olduğunu fərz etsək, bu dəyərləndirmənin yəhudi mənşəli və ya məzhəbli şəxslərə yönəlmiş hazırki təhqirini izah etmək və əsaslandırmaq üçün Mətbuat azadlığı haqqında 29 iyul 1881-ci il tarixli Qanunun 33-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan provokasiya xarakteri daşımır.
Dieudonné M’Bala M’Bala yumoristik bir niyyət arxasında gizlənə bilməz. Karikatura və satira, hətta bilərəkdən təxribatçı və kobud olsa belə, şübhəsiz ki, demokratik cəmiyyətdə fikri ifadə etmək azadlığı və eləcə də, ideya və fikirlərin yaradılması və sərbəst yayaılması vasitəsidir. Bununla belə, təhqiredici fikirlərin yumoristin son sözlərinin olduğu tamaşanın qeydiyyatında qalması niyyətinin olub-olmamasını müəyyənləşdirmək tribunalın – tamaşanın qeydiyyata alınmış videosundan həmin bəyanatların tamaşaçılarda sevinc hissləri yaratdığına dair heç bir göstərici olmasa belə, tamaşanın keyfiyyətini yoxlayan məhkəmə olmayan tribunalın- səlahiyyətinə aid deyil. Buna görə də, qeyd etmək zəruridir ki, yumor hüququnun xüsusilə, insanın ləyaqətinə hörmət kimi sərhədləri vardır.
Hazırki işdə, təqsirləndirilən şəxs antiyəhudi təxribatını zirvəyə qaldırmaqla və bu məqsədlə də, öz neqasionist fikirlərinə görə tanınan bir şəxsə, deportasiya olunmuş yəhudi timsalında bir şəxs tərəfindən, yəhudi simvolunu ələ salan bir mükafatla təltif etdirməklə yumor hüququnun sərhədlərini xeyli dərəcədə aşmışdır.
Nəhayət, qeyd etmək zəruridir ki, mübahisəli fraqmentin müxtəlif hissələrində ʺisrail işğalçı hərbçiləriʺ, ʺsionist hərbçilərʺ və ʺFələstinə tərəddüdsüz dəstəkʺ kimi ifadələr səsləndiyi zaman güman olunan fikri ifadə, Fələstin və İsrail dövləti arasındakı konfliktə münasibətdə azad siyasi fikir deyildi, çünki təqib olunan bəyanatlar bütövlükdə yəhudi mənşəli və ya məzhəbli şəxslərə yönəlmiş təhqir idi və siyasi seçimlərindən asılı olmayaraq ümumilikdə mənşəyinə və ya dininə görə onlara hücum idi»
17. Ərizəçi, eləcə də, prokurorluq və yeddi mülki iddiaçı appelyasiya şikayəti vermişlər.
18. Paris Appelyasiya məhkəməsi 17 mart 2011-ci il tarixli qərarı ilə, yalnız məhkəmə bəyanatının mətninə dəyişikliklər etməklə ərizəçinin təqsirli olması və cəzasına münasibətdə çıxarılmış qərarı təsdiqləmişdir. Hakimlər öz qərarını aşağıdakı qaydada əsaslandırmışlar:
« Yazıçı Bernard-Henri Lévy-nin də, etiraz edilməyən fikrinə görə, Zénithdə « sonuncu dünya müharibəsindən bəri təşkil edilən ən böyük antiyəhudi yığıncağını » təşkil etməklə, Dieudonné M’Bala M’Bala « bu dəfə daha yaxşısını etmək» istəyini nümayiş etdirir.
Sözlərinə iki dəfə sol əlini sağ çiyninə şaquli vəziyyətdə qoymaqla ifadə edilən qol hərəkətlərini də əlavə edən Dieudonné M’Bala M’Bala tamaşaçılara izah edir ki, « onlara » « qol hərəkəti etmək»dən söhbət gedir və sodomiyaya istinad edilən ifadəni təsvir edir : əgər qol sürüşürsə, deməli daha yumşaq və şillədən daha xoşagələndir » deyərək məhkəmə qarşısında çıxış etmişdir.
Təqsirləndirilən şəxsin bəyanatlarının « şəxslər qrupuna, xüsusilə bu halda yəhudi icmasına deyil, onlarla mübahisədə olduğu bəzi təmsilçilərinə, xüsusilə də, həftəlik jurnal olan LE POINT-da yazıçı olan şəxsə » ünvanlandığını bildirməsi əbəsdir, çünki onun sonrakı bəyanatlarından və səhnələdiyi tamaşadan da belə görünür ki, bütövlükdə yəhudi icmasına yönəlmək istəyi mövcud olmuşdur.
O əslində « onları divara dırmaşdıracaq », « öz-özlüyündə skandal olan », « Fransanın ən görüşülə bilinməz insanı olan » şəxsin gələcəyini elan edərək bildirmişdir ki, həmin şəxs « BETAR və LDJ tərəfindən », eləcə də « siyonist hərbçilər tərəfindən » döyülmüşdür və o, « onun özünün də malik olduğu ideyaları » inkişaf etdirir.
Özünün neqasionist düşüncələrinə görə tanınan və onlara görə də bir neçə dəfə məhkum olunmuş Robert Faurissonun səhnəyə çıxması və eləcə də, onun Dieudonné M’Bala M’Bala tərəfindən tamaşaçılara alqışlanması nəticəsində tamaşa öz yumoristik xarakterini itirmiş və yığıncaq xarakteri almağa başlamışdır.
Antiyəhudilik sahəsində « daha yaxşısını etmək » məqsədi olan təqsirləndirilən şəxs tribunal və məhkəmə qarşısında da bildirdiyi kimi, dəvət etdiyi qonağını yalnız Seneqalın Goree adasında vaxtilə mövcud olmuş qul ticarəti vəziyyətinin mübahisələndirilməsinə yönəlmiş bəyanatları vasitəsilə tanıdığını iddia edə bilməz.
Açılışda söylədiyi fikirlərinə məna və məzmun yükləyərək, Dieudonné M’Bala M’Bala Robert Faurissona « işıq paltarı » adlanan və həqiqətdə deportasiya olunmuş şəxslərin geyimini xatırladan, üzərində « yəhudi » sözü yazılan sarı ulduz tikilmiş pijama geyinmiş personaj tərəfindən « görüşülə bilinməzlik və hörmətsizlik mükafatı » verməklə məqsədinə və hədəf aldığı icma ilə bağı bütün qeyri-müəyyənliyi aradan qaldırmışdır.
Əlavə etməyə ehtiyac varsa, yəhudi simvolunu ələ salan, üç hissədən ibarət olan və üzərində üç alma yerləşdirilmiş şamdandan ibarət mükafat yuxarıdakı fikri tamamlayır.
Beləliklə, ictimaiyyətə elan edilmiş və antiyəhudilik sahəsində « daha yaxşısını » etmək məqsədi olan « bu qol hərəkəti » öz tam mənasını ifadə edir: sözlə, üzərində « yəhudi » sözü yazılan sarı ulduzla və eləcə də, ikinci dünya müharibəsi gedişində nasistlər tərəfindən deportasiya olunmuş və məhv edilmiş yəhudilərə dair neqasionsit fikirlərin daşıyıcısı olan şəxsə təqdim edilən şamdan simvolu vasitəsilə bir xalq onlara istehza etmək vasitəsilə qəsdən təhqir edilmişdir. Beləliklə də, tribunal tərəfindən də qeyd edildiyi kimi, mübahisələndirilən təhqirin bu ifadə forması yəhudi mənşəli və məzhəbli şəxslərə münasibətdə təhqiredici və alçaldıcı xaraktebrli olmuşdur.
Beləliklə, əgər Dieudonné M’Bala M’Bala öz ifadə azadlığı hüququna istinad edirsə, və bu yolla da yumoristik məzmunlu əsərin toxunulmaz olduğunu bildirirsə, o xatırlamalıdır ki, onun demokratik cəmiyyətdə malik olduğu hüquqları sərhədsiz deyil. Bu limit xüsusilə də, söhbət hazırki halda olduğu kimi insanın ləyaqətinə hörmətdən getdiyi hallara və səhnədəki hərəkətlərin artıq tamaşa xarakterli olmaqdan çıxıb nümayiş xarakteri daşıdığı hallara aiddir. »
19. Ərizəçi və üç mülki iddiaçı kassasiya şikayəti vermişdir.
20. Kasassiya məhkəməsi 16 oktyabr 2012-ci il tarixli qərarla, ərizəçinin və mülki iddiaçıların şikayətlərini qəbuledilməz elan etmişdir. Kassasiya Məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, ikinci dünya müharibəsinin gedişində nasistlər tərəfindən deportasiya olunmuş və məhv edilmiş yəhudilərə dair sözlə, üzərində « yəhudi » sözü yazılmış sarı ulduzla ifadə edilmiş və eləcə də, « deportasiya » edilmiş şəxs tərəfindən neqasionist mühakimələr üzrə mütəxəssisə şamdan verilməsi faktı bütövlükdə yəhudi mənşəli və ya məzhəbli şəxslərə münasibətdə alçaldıcı və təhqiredici ifadə formasını təşkil etməklə sözügedən təhqiri xarakterizə edir. Sözügedən bəyanatların təhqir və böhtan xarakterli olmasını müəyyənləşdirən bütün xarici elementləri aydınlaşdırmaq işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətindədir, bu ifadələr öz-özlüyündə bu xarakteri daşımasalar da, onların həqiqi mənaları aşkarşəkildə üzə çıxdığından Kasassiya məhkəməsi hesab etmişdir ki, Apellyasiya məhkəməsi öz qərarını lazımi qaydada əsaslandırmışdır.
(...)
ŞİKAYƏT
23. Konvensiyanın 7 və 10-cu maddələrinə əsaslanaraq ərizəçi yəhudi mənşəyinə və ya inancına sahib insanlar əleyhinə ictimai təhqir etməsi səbəbindən məsuliyyətə cəlb olunması faktından şikayətlənir. O bildirir ki, tamaşanın nümayişi zamanı bir səhnə tərtib etmişdir və nə özü, nə də onun səhnəyə dəvət etdiyi şəxs təhqiramiz və ya böhran xarakterli hər hansı fikir bildirməmişdir. O əlavə edir ki, birinci dəfədir ki, fransız məhkəmələri təhqir 29 iyul 1881-ci il tarixli Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hallardan irəli gəlmir, lakin təhqiramiz xarakterli məzmuna malik səhnə qismində çıxış edir. O hesab edir ki, ifadə azadlığına qarşı olan bu məhdudiyyət gözlənilən və zəruri olmamışdır.
HÜQUQİ MƏSƏLƏLƏR
KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
24. Ərizəçi iddia edir ki, onun məhkum olunması faktı Konvensiyanın 7 və 10-cu maddələrinin pozuntusudur.
25. Faktları hüquqi baxımdan dəyərləndirən Məhkəmə hesab edir ki, hazırki iş Konvensiyanın yalnız 10-cu maddəsi baxımından araşdırılmalıdır və həmin maddənin müddəaları aşağıdakıları nəzərdə tutur:
« 1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. »
A. Tərəflərin arqumentləri
1. Hökumət
26. Hökumət ərizəçinin təqdimatına etiraz edir. İlk növbədə hökumət Məhkəməni Konvensiyanın 17-ci maddəsini tətbiq etməklə şikayəti qəbuledilməz elan etməyə dəvət edir. Belə ki, o hesab edir ki, ərizəçinin bəyanat və davranışları Paris apellyasiya məhkəməsi tərəfindən də qeyd edildiyi kimi, yəhudi xalqının « yaddaşının qəsdən təhqir edilməsinə » yönəlmiş açıq-aşkar irqi ayrı-seçkiliyə əsaslanan məqsədlər daşıyır. Buna görə də, Hökumət hesab edir ki, ərizəçi Konvensiyanın əsas dəyərlərindən olan ədalət və sülhə zidd olan məqsədlərlə ifadə azadlığından istifadə edərək 10-cu maddəni məqsədlərindən yayındırmağa çalışır.
27. Digər tərəfdən, Hökumət hesab edir ki, hazırki işdə 10-cu maddənin müddəaları pozulmamışdır və qanunla nəzərdə tutulan müdaxilə demokratik cəmiyyət üçün qanuni və zəruri məqsədlərə yönəlmişdir. Xüsusilə də, məhkumluğun əvvəlcədən öngörülə bilənliyi ilə bağlı, Hökumət Kasassiya Məhkəməsinin əvvəlki qərarına əsaslanaraq (Cinayət palatası, 23 noyabr 1907) yenidən bildirir ki, özlüyündə təhqiramiz xarakterə malik olmayan və ictimaiyyətə həqiqi mənalarının çatdırılmasına yönəlmiş yazılı və çap materiallarının bu cür təhqiramiz xarakterli şərh olunmasına səbəb olan işin bütün kənar hallarının aşkarlanması məhkəmələrin səlahiyyətinə aiddir. O, hesab edir ki, hazırki işin hallarında Apellyasiya Məhkəməsi komediya aktyoru tərəfindən səhnələşdirilmiş tamaşada qeydə alınan fikirlərin alçaldıcı xarakterini, xüsusilə də, deportasiya edilmiş şəxslərin geyiminə oxşar formada geyinmiş və sarı ulduz daşıyan bir şəxsin neqasionist olan bir şəxsə şamdandan ibarət mükafat vermək üçün seçilməsi faktını təsdiq etməklə təhqiri səciyyələndirmişdir. Bu baxımdan Hökumət bildirir ki, ərizəçi həmin tamaşanı «etmiş olduğu ən böyük axmaqlıq» olaraq qəbul etməklə qaydaları pozduğunu yaxşı bilirdi. Hökumət əlavə edir ki, sözügedən şəxs irqi təhqirə görə məsuliyyətə cəlb olunmuşdur və Kasassiya Məhkəməsinin Plenumu tərəfindən çıxarılmış 16 fevral 2007-ci il tarixli qərarda göstərilmişdir ki, ərizəçinin « yəhudilər, bu bir dini təriqət, hiyləgərlikdir. Bu, ən pislərdən biridir, çünki ən birincisidir » fikrini səsləndirdiyi şərhi ümumi maraqlar naminə olan müzakirədə dini məsələyə münasibətdə deyilən azad tənqid deyildir və bir qrup insanın mənşəyinə yönəlmiş təhqirdir və bu baxımdan cəzalar demokratik cəmiyyətdə ifadə azadlığının məhdudlaşdırılması üçün zəruridir.
2. Ərizəçi
28. Ərizəçi Konvensiyanın 17-ci maddəsindən irəli gələn qəbuledilməzliyə etiraz edərək hesab edir ki, heç bir halda neqasionist və revizionist xarakterli ideyaları təbliğ etməmişdir. O hesab edir ki, yalnız « ideyalarının bir hissəsinə» aydınlıq gətirmiş və onlar haqqında danışmışdır ki, bunlar da, onun fikrincə, pislənməyə layiq olmamış və nəticə etibarilə də, məsuliyyətə cəlb olunmasına səbəb olmalalıdır. O həmçinin qeyd edir ki, Robert Faurissonu neqasionizmin « simvolik nümayəndəsi» statusuna baxmayaraq çox az tanıyırdı və onun fikrincə, bu da onun bu cərəyanın təqibçisi olmadığının göstəricisidir. Ərizəçi sözügedən şəxsə deportasiya olunmuş yəhudi, başqa sözlə, onun gözündə mövcudluğu belə olmayan bir şəxs tərəfindən gülünc bir hədiyyənin təqdim edilməsinin « tanınma » hesab olunmasını axmaqlıq sayır. O həmçinin qeyd edir ki, məqsədi Robert Faurissonun sürgün olunmasını vurğulamaq və ifadə azadlığının sərhədlərinin mətbuat və siyasət sferaları üçün həddindən artıq məhdud olduğunu göstərmək idi, çünki heç bir halda « yəhudi şəhidliyinin mütləq müqəddəsliyinə » çata bilmirlər.
29. Ərizəçi həmçinin hesab edir ki, onun ifadə azadlığına olan müdaxilə qabaqcadan öngörülə bilməzdi, çünki onun fikrincə sənədlərdə bu baxımdan xüsusi müddəalar olmadığından hər hansı bir tamaşa təhqir hesab edilə bilməz. O həmçinin qeyd edir ki, yerli məhkəmələr onun bəyanatından əlavə tamaşanın ilkin mərhələdə dəyərləndirilməsinə qarşı çıxmağa imkan verən xarici elementlərin mövcudluğuna əhəmiyyət verməmişdir: o həmçinin xatırladır ki, Fransada Holokosta dair məcburi tələb edilən hörmətə əsaslanmayan hər hansı istinad agressiya hesab olunur, halbuki digər soyqırımların inkarı anlayışla qarşılanır. O izah edir ki, deportasiya edilmiş bir şəxs tərəfindən neqasionist bir şəxsə mükafat verilməsi faktı deportasiyada dünyasını dəyişmiş uşağın digər məktəbli ilə qardaşlaşması layihəsinin məntiqsizliyinin göstərilməsinə yönəlmişdi. O əlavə edir ki, J. S-nin geyinmiş olduğu kostyum hörmətsizlik əlaməti olaraq deyil, gülüş yaratmaq məqsədli olmuşdur və eləcə də, üzərinə tikilən ulduz və onun fikrincə tamaşaçılar tərəfindən görünməyən yəhudi sözü də təhqir məqsədi daşımamışdır. O həmçinin qeyd edir ki, mükafat qismində verilən əşya da şamdan deyil, almalar ilişdirilmiş üç əyri çubuq olmuşdur və onun yəhudi dinində simvol olaraq istifad edilən Menora ilə müqayisəsi, niyyət sınağıdır. Yekunda, ərizəçi Robert Faurissonun provokasiya məqsədilə seçilməsinə cavab olaraq öz müşahidələrində göstərir ki, ilkin olaraq öz şikayətində də bildirdiyi kimi, Bernard-Henry Levi tərəfindən onun əvvəlki tamaşasının şişirdilmiş hesab etdiyi tənqidinə cavab olmuşdur.
B. Məhkəmənin dəyərləndirməsi
1. Ümumi prinsiplər
30. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki qərar fransız qanunvericiliyi ilə müəyyənləşdirilən, mənşəyinə, mənsub olduğu və ya olmadığı hər hansı etnik qrupa, xalqa, irqinə və ya dininə görə hər hansı bir şəxsə və ya şəxslər qrupuna yönələn ictimai təhqirin əsas elementləri ilə bağlı deyildir. Yerli qanunvericiliyi təfsir və tətbiq etmək ilk növbədə yerli dövlət orqanlarının, xüsusilə də, məhkəmələrin səlahiyyətindədir (baxın, bir çox qərarla yanaşı, Lehideux et Isorni c. France, 23 sentyabr 1998, § 50, Recueil des arrêts et décisions 1998‑VII). Məhkəmənin vəzifəsi, yalnız 10-cu maddənin məzmunu baxımından səlahiyyətli dövlət orqanlarının mülahizə səlahiyyəti çərçivəsində qəbul etdikləri qərarları yoxlamaqdır. Bu baxımdan, Məhkəmə əmin olmalıdır ki, yerli dövlət orqanları müvafiq faktların məqbul qiymətləndirilməsinə əsaslanmışdır (Incal c. Turquie, 9 iyun 1998, § 48, Recueil 1998‑IV, və Molnar c. Roumanie (qərardad), no 16637/06, § 21, 23 oktyabr 2012).
31. İfadə azadlığı ilə bağlı Məhkəmə xatırladır ki, öz əvvəlki qərarlarında ifadə azadlığının demokratik cəmiyyət üçün üstün və zəruri xarakterini qeyd etmişdir (bax: Handyside c. Royaume-Uni, 7 dekabr 1976, § 49, série A no 24, və Lingens c. Autriche, 8 iyul 1986, § 41, série A no 103). 10-cu maddə ilə təmin olunan müdafiə həmçinin bədii ifadə və sosial şərh forması olan və reallığın şişirdilməsi və deformasiya olunması yolu ilə təhrik və təşviq etməyə yönələn satiraya da aid edilir. Buna görə də, sənətçinin bu yolla fikrini ifadə etməsi hüququna olan istənilən müdaxilə xüsusi diqqətlə araşdırılmalıdır (Vereinigung Bildender Künstler c. Autriche, no 68354/01, § 33, 25 yanvar 2007).
32. Bununla belə, Məhkəmə öz qərarlarında həmçinin ifadə azadlığının sərhədlərini də müəyyən etmişdir. Məhkəmə xüsusilə bildirmişdir ki, « 7-ci maddə, şəxslər qrupuna və ya şəxslərə aid olmaqla, onlar tərəfindən Konvensiya ilə tanınan hüquq və azadlıqların zədələnməsinə yönəlmiş hər hansı xidmətin göstərilməsi və ya hərəkətin yerinə yetirilməsi üçün Konvensiyadan irəli gələn hər hansı hüququn mövcudluğu qənaətinə gəlinməsinin qarşısını almaq məqsədini daşıyır; eləcə də, heç kim istinad edilən hüquq və azadlıqların zədələnməsinə yönəlmiş hərəkətlərin yerinə yetirilməsi məqsədilə Konvensiyanın müddəalarından faydalana bilməz (...) » (Lawless c. Irlande, 1 iyul 1961, § 7, série A no 3).
33. Məhkəmə həmçinin qeyd etmişdir ki, « Konvensiyanın əsasını təşkil edən dəyərlərə qarşı yönəlmiş hər hansı bəyanat» 10-cu maddənin qorunması məqsədilə 17-ci maddə vasitəsilə çıxarılır (baxın Lehideux et Isorni, yuxarıdakı istinad, §§ 47 və 53). Nasistlər tərəfindən yəhudi icmasına qarşı törədilmiş insanlıq əleyhinə olan cinayətləri sistematik qaydada mübahisələndirən kitabın müəllifinin insanlıq əleyhinə olan cinayətlərin inkar olunmasına görə olan məhkumluğuna dair Garaudy işində Məhkəmə bu qənaətə gəlmişdir ki, ərizəçi tərəfindən 10-cu maddə əsasında verilən şikayət Konvensiyanın müddəaları ilə rationae materiae uyğunsuzluq təşkil edir. Məhkəmə bu nəticəyə o əsasla gəlmişdir ki, ərizəçinin kitabının tərkibinin və ümumi məzmununun böyük hissəsi, eləcə də « məqsədinin » qeyd olunan neqasionist xarakterli idi və bu səbəbdən Konvensiyanın əsas dəyərləri olan ədalət və sülhə zidd idi; və sonradan mülahizəyə əsaslanaraq belə qənaətə gəlmişdir ki, ərizəçi Konvensiyanın ruhuna və məzmununa zidd olan məqsədlər üçün ifadə azadlığından istifadə etməklə 10-cu maddəni məqsədlərindən uzaqlaşdırmağa cəhd etmişdir (Garaudy c. France (qərardad), no 65831/01, CEDH 2003‑IX (çıxarışlar) ; bax, həmçinin, Witzsch c. Allemagne (qərardad), no 7485/03, 13 dekabr 2005). Daha əvvəllər texniki nümayiş adı altında nəşr olunan, lakin reallıqda kütləvi insan qırğını üçün istifadə olunan qaz otaqlarının mövcudluğunun mübahisələndirilməsinə yönəlmiş nəşrin müəllifinin məsuliyyətə cəlb edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Komisssiyası da eyni nəticəyə gəlmişdir (Marais c. France, no 31159/96, Komissiyanın qərardadı, 24 iyun 1996, D.R. 86, səh. 194). Məhkəmənin digər qərarları, xüsusilə də Norwood c. Royaume-Uni (no 23131/03, CEDH 2004‑XI) və Ivanov c. Russie (no 35222/04, 20 fevral 2007) qərarları əsasən ifadə azadlığından islomofob və antisemit məqsədlərlə istifadə olunması ilə əlaqədar idi.
2. Yuxarıda göstərilən prinsiplərin hazırki işin hallarına tətbiqi
34. Hazırki işdə Məhkəmə qeyd edir ki, yerli məhkəmə orqanları ərizəçini irqçi təhqirə görə məsuliyyətə cəlb etmişlər. Onlar qeyd etmişlər ki, tamaşasının girişində əvvəlki tamaşadan « daha yaxşısını etmək » istəyini elan etməklə, və əslində « sonuncu dünya müharibəsindən bəri ən böyük anti-yəhudi yığıncağı » olacağını bildirməklə, ərizəçi neqasionist düşüncələri ilə tanınan bir şəxsi ictimaiyyət qarşısında təltif etmiş və deportasiya olunan yəhudi qismində çıxış edən aktyor vasitəsilə ona yəhudi dini simvolunu ələ salan mükafat təqdim etmişdir. Hakimlər hesab etmişlər ki, ərizəçi tərəfindən « qol hərəkəti » olaraq təqdim edilən və apellyasiya məhkəməsi tərəfindən sodomiyaya istinad kimi qəbul edilən bu hərəkət bütövlükdə yəhudi mənşəli və ya bu məzhəbə aid insanlara yönəlmişdir.
35. Məhkəmə hesab edir ki, yerli məhkəmələrin bu qənaəti faktların qiymətləndirilməsinə əsaslanır və Məhkəmə də bu yanaşmanı dəstəkləyir. Xüsusilə də, Məhkəmənin ərizəçinin mübahisəli tamaşasının güclü anti-yəhudi məzmunda olmasına dair heç bir şübhəsi yoxdur. Məhkəmə qeyd edir ki, ərizəçi bəyanatlarına görə neqasionist olan və buna görə də Fransada məhkum olunmuş bir şəxsi tamaşaçılar tərəfindən « ürəkdən » alqışlatmaqla və « görüşülə bilinməzlik və hörmətsizlik mükafatı » verməklə təltif etmişdir. Məhkəmə cinayət məhkəməsinin də qeyd etdiyi kimi bildirir ki, həmin şəxsin davranış və sözləri mübahisəsiz olaraq, ərizəçinin düşüncəsində müsbət xarakter daşıyırdı.
36. Məhkəmə müşahidə edir ki, ərizəçi, özünü qonağının fikirlərindən ayırmamaqla birlikdə, öz qonağının bu səhnədə revizionist xarakterli heç bir çıxışı olmadığını bildirmişdir. Məhkəmə bu arqumenti qəbul edə bilməz. Əksinə, Məhkəmə hesab edir ki, onu neqasionist olmaqda günahlandıranların « təsdiq edənlər » qismində səciyyələndirilməsi Robert Faurisson üçün « müəyyənləşdirilmiş aydın tarixi faktların» açıq-aşkar müzakirəyə çıxarmaq olmuşdur (Lehideux et Isorni, yuxarıdakı istinad, §§ 47) və bunun ifadə edilməsi fransız qanunvericiliyində qadağandır və 17-ci maddə əsasında 10-cu maddənin müdafiəsindən kənarda qalır (idem). Məhkəmə həmçinin qeyd edir ki, auditoriyaya sözləri hərfləmək müraciətinin məqsədi, söz oyunları vasitəsilə neqasionist bəyanatlardakı arqumentlərə göndəriş etməklə, bu tarixi həqiqətin müdafiəçilərinin « sionist » düşüncələr daşımasına, eləcə də, antisionizmi öz əsas siyasi prinsiplərindən birinə çevirmiş ərizəçi tərəfindən təkrarlanan mövzuya istinad etmək məqsədi daşımışdır (yuxarıdakı 3-cü bənd). Məhkəmə qeyd edir ki, istintaqın gedişində ərizəçi bildirmişdir ki, Robert Faurissonun bəyanatlarının fərqli məzmunda olacağına dair razılıq olmuşdur (yuxarıda 12-ci bənd). Bununla belə, Məhkəmə qeyd edir ki, Louis-Ferdinand Céline-in araşdırmalarından olan çıxarışda əks olunmuş istinada əsasən (yuxarıda göstərilmiş 10 və 12-ci bəndlər) yuxarıda təsvir edilmiş səhnənin məzmununun yəhudi mənşəli və ya məzhəbli şəxslərə yönəlmiş təhqiramiz xarakterini azaltmaq məqsədi olmamışdır. Məhkəmə həmçinin aşkarlayır ki, J.S. tərəfindən geyinilmiş deportasiya olunmuş şəxs paltarının « işıq geyimi» olaraq göstərilməsi və eləcə də bütün tamaşanın hücum xarakteri ərizəçi tərəfindən Holokost qurbanlarına münasibətdə nümayiş olunan a minima hörmətsizlik olduğunu sübuta yetirir.
37. Məhkəmə xatırladır ki, Konvensiyanın 10-cu maddəsi baxımından mübahisəli bəyanatları işin halları və bütövlükdə məzmunu işığında araşdırmaq lazımdır (baxın, bir sıra qərarlar içərisində, Lingens, yuxarıdakı istinad, § 40 və Morice c. France [BP], no 29369/10, § 162, 23 aprel 2015). Bu baxımdan Məhkəmə ərizəçinin yerli məhkəmələr tərəfindən ilk növbədə « tamaşanın » yalnış şərh olunmasına və bunun əksi olaraq şərh olunması üçün heç bir kənar elementləri araşdırmamasına dair arqumentini qəbul etmir. O qeyd edir ki, ərizəçi müxtəlif seçkilərdə iştirak etməklə özünün güclü siyasi öhdəliklərini nümayiş etdirən komediya aktyorudur (yuxarıdakı 3-cü bənd). Məhkəmə həmçinin bildirir ki, hazırki işin halları baş verdiyi zaman ərizəçi artıq irqçi təhqirə görə mühakimə olunmuşdu (yuxarıdakı 27-ci bənd). Məhkəmə beləliklə hesab edir ki, tamaşanın məzmununun tərkib hissələri, eləcə də, səhnədə deyilən bəyanatlar, ərizəçinin öz qonağı tərəfindən ifadə edilən fikirləri pisləmək və ya anti-semitizm ideyalarına qarşı çıxmaq kimi bir niyyət nümayiş etdirmir. Əksinə, Məhkəmə qeyd edir ki, deportasiya olunmuş şəxs rolunu ifa edən aktyor özü də bildirmişdir ki, ərizəçinin iki ildən bəri ictimaiyyət qarşısında olan çıxışları vasitəsilə ifadə etdiyi seçimlərini və xüsusilə də, onun Xalq Cəbhənin keçmiş prezidenti ilə yaxınlaşmasını nəzərə alaraq, Robert Faurissonun səhnəyə çıxarılmasına dair qərara təəccüblənməmişdir (yuxarıdakı 10-cu bənd). Buna görə də, Məhkəmə qeyd edir ki, « Faurisson haqlıdır» ifadəsini qışqırmaqla, ictimaiyyətin reaksiyalarından da görünür ki, tamaşanın antisemit və revizionist məzmunu daxili hakimlərin qeyd etdiyi kimi tamaşaçılar (və ya ən azından onların bəziləri) tərəfindən də alqılanmışdır (yuxarıdakı 8-ci bənd).
38. Yekunda Məhkəmə xüsusi olaraq qeyd edir ki, ərizəçi, Hökumətə cavab müşahidələrində mübahisəli tamaşanın giriş hissəsində elan edilən və yerli hakimlər tərəfindən də qeyd edilən, bir müşahidəçi tərəfindən « sonuncu dünya müharibəsindən bəri ən böyük antisemit yığıncağı » olaraq dəyərləndirilən daha əvvəlki tamaşasını da ötüb keçmək istəyi ilə bağlı izahat verməmişdir. Məhkəmə qeyd edir ki, bu fikir nəticəsində ictimaiyyətdə belə bir qavrayış yaranmışdır ki, müəllif tərəfindən ifadə olunan antisemitizm sahəsində « daha yaxşısını» etməyə dair istək olaraq şərh olunmalıdır. O əlavə olaraq bildirir ki, ərizəçi yerli məhkəmələr tərəfindən təqib olunmasına səbəb olan irqçi təhqiri əsaslandırmaq məqsədilə provokasiya arqumenti kimi bu preambulaya vurğu edir. Ərizəçi öz şikayətində Robert Faurissonu səhnəyə dəvət etməklə qeyd edilən müşahidəçinin özünün şişirdilmiş hesab etdiyi tənqidi sözlərinə istinad etmiş və onun « təxribatına » cavab verdiyini qeyd edərək bu arqumentə yenidən müraciət etmişdir.
39. Məhkəmə apellyasiya məhkəməsinin də hesab etdiyi kimi qeyd edir ki, mübahisəli səhnənin nümayişi ilə tamaşa özünün əyləncə xarakterini itirmiş və yığıncağa çevrilmişdir. Hazırki işin xüsusi halları və bütövlükdə məzmunu nəzərə alındığı zaman, ərizəçi satira, zarafat və təxribat vasitəsilə fikirlərini ifadə etmək hüququna malik komediya aktyoru qismində çıxış etdiyini iddia edə bilməz. Əslində, ərizəçi yumoristik tamaşa adı altında çox tanınmış fransız neqasionistlərdən biri olan və bir il əvvəl insanlıq əleyhinə olan cinayəti inkar etdiyinə görə mükahimə olunmuş şəxsi təltif etmək və çıxış üçün söz vermək məqsədilə dəvət etmişdir. Əlavə olaraq, həddindən artıq qəribə olan bir səhnənin gedişatında, ərizəçi Robert Faurissona mükafat verməli olan və toplanma düşərgələrində olan yəhudi rolunu ifa edən aktyoru səhnəyə cəlb etmişdir. Robert Faurissonun çıxışına əsas yer vermək vasitəsilə neqasionizmə verilən dəyərləndirmədə və deportasiya olunmuş yəhudi qurbanlarını onların qətlini inkar edənlərə qarşı aşağı mövqədə hesab etməklə, Məhkəmə nifrət və antisemitizmlə yanaşı, holokostun mübahisələndirilməsini də müşahidə edir. Məhkəmə bildirir ki, Konvensiyanın preambulasında qeyd olunan ədalət və sülh kimi əsas dəyərlərə zidd olan ideologiyanın satirik və təxribatçı tamaşa yolu ilə ifadə olunması və Konvensiyanın 10-cu maddəsi çərçivəsində olması qəbuledilməzdir.
40. Əlavə olaraq Məhkəmə qeyd edir ki, əgər bu günədək Konvensiyanın 17-ci maddəsi heç bir təfsir olmadan birbaşa və dolayısıyla tətbiq edilirdisə, incəsənət əsəri görünüşündə olan nifrət və antisemit mövqenin frontal və kəskin hücum qədər təhlükəli olduğundan əmindir (baxın həmçinin, texniki olduğu iddia edilən nümayişə münasibətdə qeyd olunmuş mutatis mutandis, Marais). Beləliklə, o Konvensiyanın 10-cu maddəsi ilə təmin olunan müdafiəyə layiq deyil.
41. Buna görə də, əgər mübahisələndirilən işin halları həm məzmunu, həm də ümumi həcmi və eləcə də məqsədi baxımından neqasionist və antisemit xarakter daşıyarsa, Məhkəmə hesab edir ki, ərizəçi Konvensiyanın mətninə və ruhuna zidd olan və onlar qəbul edildiyi halda Konvensiya ilə təmin olunan hüquq və azadlıqlara xələl gətirə biləcək məqsədlər üçün fikri ifadə etmək azadlığından istifadə etməklə 10-cu maddəni öz məqsədlərindən uzaqlaşdırmağa cəhd edir (xüsusilə baxın, mutatis mutandis, Marais, Garaudy, və Witzsch qərardadları, yuxarıdakı istinadlar).
42. Beləliklə, Konvensiyanın 17-ci maddəsinə əsaslanaraq, Məhkəmə hesab edir ki, ərizəçi 10-cu maddənin müdafiəsindən istifadə edə bilməz. Bundan belə nəticə çıxır ki, ərizə Konvensiyanın 35 §§ 3 a) və 4-cü paraqraflarının müddəaları ilə ratione materiae uyğunsuz olduğundan rədd edilməlidir.
Bu səbəblərdən, Məhkəmə səs çoxluğu ilə,
Ərizəni qəbuledilməz elan edir.
Fransız dilində tərtib edilmiş və 10 noyabr 2015-ci ildə yazılı şəkildə bildirilmişdir.
Milan BlaškoJosep Casadevall
Köməkçi katibSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy