© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmə təcrübəsi üzrə məlumat qeydi 190
Noyabr 2015
M’Bala M’Bala Fransaya qarşı (qərardad) - 25239/13
Qərardad 20.10.2015 [Seksiya V]
Maddə 10
Maddə 10-1
İfadə azadlığı
Tamaşa zamanı neqasionist və antisemitist ideyalar səsləndirən yumoristin cinayət qaydasında məhkum edilməsi: qəbul edilməz
Maddə 17
Hüquqdan sui-istifadənin qadağan edilməsi
Tamaşa zamanı neqasionist və antisemitist ideyalar səsləndirən yumoristin cinayət qaydasında məhkum edilməsi: qəbul edilməz
Faktlar –2008-ci ilin dekabrında ərizəçi, Dieudonné adı ilə tanınan və siyasətə girmiş yumorist tamaşasının sonunda Fransada dəfələrlə konsentrasiya düşərgələrində qaz kameralarının olmasını danmaqdan ibarət neqasionist və revizionist fikirlərinə görə məhkum edilmiş bir alimi səhnəyə dəvət etmişdir. Ərizəçi bu alimə « işıq geyimi » adlanan geyimdə, yəni deportasiya edilmiş yəhudilərin zolaqlı pijamalarını xatırladan, üzərində « yəhudi » yazılmış, sarı ulduzlu pijama geyinmiş bir aktyor tərəfindən « görüşə bilinməzlik və hörmətsizlik » mükafatı verdirmişdir. Mükafat uclarında alma olan üç qollu şamdan şəklində idi (yeddi qollu şamdan yəhudi dininin rəmzidir).
Bu insident hüquq mühafizı orqanları tərəfindən müəyyən olunmuşdur. 2009-cu ilin oktyabrında, məhkəmə ərizəçini, bir şəxsi və ya şəxslər qrupunu, hazırki işdə yəhudi mənşəli və dininə mənsub səxsləri mənşəyinə, hər hansı etnik qrupa, millətə, irqə və ya dinə mənsub olmasına və ya olmamasına görə ictimai təhqirə məruz qoyduğuna görə təqsirli bilmişdir. Məhkəmə ona 10 000 EUR məbləğində cərimə və hər bir mülki tərəfə bir avro qismində mənəvi təzminat ödəməyi əmr etmişdir. Bu qərar appelyasiya və kassasiya instansiyaları tərəfindən də təsdiq edilmişdir.
Hüquqi məsələlər – Maddə 10 və 17 : Daxili məhkəmələr kimi Məhkəmə də ərizəçinin tamaşasının bi hissəsini güclü antisemit xarakterli olmasına heş bir şübhəsi yoxdur. O, neqasionist fikirlərinə görə Fransada tanınan və məhkum edilmiş bir şəxsi, tamaşaçılara « ürəkdən » alqışladaraq və ona mükafat verərək şərəfləndirmişdir.
Ərizəçi, özünü qonağının fikirlərindən ayırmamaqla birlikdə, qonağının bu səhnədə revizionist xarakterli heç bir çıxışı olmadığını bildirmişdir. Əksinə, Məhkəmə hesab edir ki, onu neqasionist olmaqda günahlandıranların « təsdiq edənlər » qismində səciyyələndirilməsi Robert Faurisson üçün « müəyyənləşdirilmiş aydın tarixi faktları» açıq-aşkar müzakirəyə çıxarmaq olmuşdur və bunun ifadə edilməsi fransız qanunvericiliyində qadağandır və 17-ci maddə əsasında 10-cu maddənin müdafiəsindən kənarda qalır. Həm də, auditoriyaya sözləri hərfləmək müraciətinin məqsədi, söz oyunları vasitəsilə neqasionist bəyanatlardakı arqumentlərə göndəriş etməklə bu tarixi həqiqətin müdafiəçilərinin « sionist » düşüncələr daşımasına, eləcə də, təkrarlanan mövzuya istinad etmək məqsədi daşımışdır. Bundan əlavə, ərizəçi antisionizmi öz əsas siyasi prinsiplərindən birinə çevirmişdir. İstintaqın gedişində ərizəçi bildirmişdir ki, alimin bəyanatlarının fərqli məzmunda olacağına dair razılıq olmuşdur. Bununla belə, geyinilmiş deportasiya olunmuş şəxs paltarının « işıq geyimi» olaraq göstərilməsi və eləcə də bütün tamaşanın hücum xarakteri ərizəçi tərəfindən Holokost qurbanlarına münasibətdə nümayiş olunan a minima hörmətsizlik olduğunu sübuta yetirir.
Ərizəçi müxtəlif seçkilərdə iştirak etməklə özünün güclü siyasi öhdəliklərini nümayiş etdirən komediya aktyorudur. Hazırki işin halları baş verdiyi zaman ərizəçi artıq irqçi təhqirə görə mühakimə olunmuşdu. Tamaşanın məzmununun tərkib hissələri, eləcə də, səhnədə deyilən bəyanatlar, ərizəçinin öz qonağı tərəfindən ifadə edilən fikirləri pisləmək və ya anti-semitizm ideyalarına qarşı çıxmaq kimi bir niyyət nümayiş etdirmir. Əksinə, deportasiya olunmuş şəxs rolunu ifa edən aktyor özü də bildirmişdir ki, ərizəçinin iki ildən bəri ictimaiyyət qarşısında olan çıxışları vasitəsilə ifadə etdiyi seçimlərini və xüsusilə də, onun Xalq Cəbhənin keçmiş prezidenti ilə yaxınlaşmasını nəzərə alaraq, həmin alimi səhnəyə çıxarılmasına dair qərara təəccüblənməmişdir. Bununla bağlı, ictimaiyyətin reaksiyalarından da görünür ki, tamaşanın antisemit və revizionist məzmunu daxili hakimlərin qeyd etdiyi kimi tamaşaçılar (və ya ən azından onların bəziləri) tərəfindən də alqılanmışdır.
Nəhayət və xüsusilə, ərizəçi, mübahisəli tamaşanın giriş hissəsində elan edilən, bir müşahidəçi tərəfindən « sonuncu dünya müharibəsindən bəri ən böyük antisemit yığıncağı » olaraq dəyərləndirilən daha əvvəlki tamaşasını da ötüb keçmək istəyi ilə bağlı izahat verməmişdir. Bu fikir nəticəsində ictimaiyyətdə tamaşanın davamı ilə bağlı bir qavrayış yaranmışdır. Aktyor təqib olunduğu irqçi təhqiri əsaslandırmaq üçün provokasiya arqumentini gətirmişdir.
Məhkəmə hesab edir ki, mübahisəli səhnənin nümayişi ilə tamaşa özünün əyləncə xarakterini itirmiş və yığıncağa çevrilmişdir. Hazırki işin xüsusi halları və bütövlükdə məzmunu nəzərə alındığı zaman, ərizəçi satira, zarafat və təxribat vasitəsilə fikirlərini ifadə etmək hüququna malik komediya aktyoru qismində çıxış etdiyini iddia edə bilməz. Əslində, ərizəçi yumoristik tamaşa adı altında çox tanınmış fransız neqasionistlərdən biri olan və bir il əvvəl insanlıq əleyhinə olan cinayəti inkar etdiyinə görə mükahimə olunmuş şəxsi təltif etmək və çıxış üçün söz vermək məqsədilə dəvət etmişdir. Əlavə olaraq, həddindən artıq qəribə olan bir səhnənin gedişatında, ərizəçi Robert Faurissona mükafat verməli olan və toplanma düşərgələrində olan yəhudi rolunu ifa edən aktyoru səhnəyə cəlb etmişdir. Alimin çıxışına əsas yer vermək vasitəsilə neqasionizmə verilən dəyərləndirmədə və deportasiya olunmuş yəhudi qurbanlarını onların qətlini inkar edənlərə qarşı aşağı mövqədə hesab etməklə, Məhkəmə nifrət və antisemitizmlə yanaşı, holokostun mübahisələndirilməsini də müşahidə edir. Məhkəmə bildirir ki, Konvensiyanın preambulasında qeyd olunan ədalət və sülh kimi əsas dəyərlərə zidd olan ideologiyanın satirik və təxribatçı tamaşa yolu ilə ifadə olunması və Konvensiyanın 10-cu maddəsi çərçivəsində olması qəbuledilməzdir.
Əlavə olaraq, əgər bu günədək Konvensiyanın 17-ci maddəsi heç bir təfsir olmadan birbaşa və dolayısıyla tətbiq edilirdisə, incəsənət əsəri görünüşündə olan nifrət və antisemit mövqenin frontal və kəskin hücum qədər təhlükəli olduğundan əmindir. Beləliklə, o Konvensiyanın 10-cu maddəsi ilə təmin olunan müdafiəyə layiq deyil.
Buna görə də, əgər mübahisələndirilən işin halları həm məzmunu, həm də ümumi həcmi və eləcə də məqsədi baxımından neqasionist və antisemit xarakter daşıyarsa, ərizəçi Konvensiyanın mətninə və ruhuna zidd olan və onlar qəbul edildiyi halda Konvensiya ilə təmin olunan hüquq və azadlıqlara xələl gətirə biləcək məqsədlər üçün fikri ifadə etmək azadlığından istifadə etməklə 10-cu maddəni öz məqsədlərindən uzaqlaşdırmağa cəhd edir.
Nəticədə, Konvensiyanın 17-ci maddəsinə əsasən, ərizəçi 10-cu maddənin müdafiəsindən istifadə edə bilməz.
Nəticə : qəbulolunmaz (ratione materiae uyğunsuzluq).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy