© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Monedero Anqora İspaniyaya qarşı (Monedero Angora v. Spain), ərizə № 41138/05
07.10.2008-ci il tarixli qərar [III Bölmə]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Cinayət ittihamı
Avropa həbs orderi proseduruna 6-cı maddənin tətbiqinin mümkünlüyü məsələsi: şikayət qəbul olunmayan elan edildi
Ərizəçi narkotik vasitələrin qaçaqmalçılığına görə 1993-cü ildə barəsində beş il müddətinə azadlıqdan məhrumetmə haqqında qiyabi hökm çıxarıldıqdan sonra Fransanın məhkəmə orqanları tərəfindən qəbul edilmiş Avropa həbs orderi əsasında İspaniyada tutularaq həbsdə saxlanılmışdı. Həbsin 3/2003 saylı Qanunda nəzərdə tutulmuş prosedura uyğun olaraq həyata keçirildiyini nəzərə alaraq (Avropa İttifaqının Şurası tərəfindən 13 iyun 2002-ci ildə qəbul edilmiş "Avropa həbs orderi və üzv dövlətlər arasında təhvil vermə prosedurları haqqında" Çərçivə Qərarına uyğun olaraq İspaniyanın üzərinə götürdüyü öhdəliklər bu Qanunla təsbit olunmuşdu), Milli Audiyensiya (İspaniyanın ali məhkəmə orqanlarından biri) ərizəçinin Fransa hakimiyyət orqanlarına təhvil verilməsi barədə qərar qəbul etdi. Ərizəçi bu qərarın şərh olunması üçün vəsatət verdi və orada konkret olaraq qeyd etdi ki, onun işinə Çərçivə Qərarı əsasında deyil, ekstradisiya sorğusu ilə müraciət etmiş dövlətin qanunvericiliyi əsasında baxılmalıdır. Milli Audiyensiya bu vəsatəti rədd etdi, ərizəçinin konstitusiya hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün verdiyi şikayət ərizəsi isə Konstitusiya Məhkəməsi tərəfindən rədd edildi.
Şikayət qəbul olunmayan elan edildi: Ekstradisiyaya məruz qalmamaq hüququ Konvensiya və onun Protokolları ilə qorunan hüquqlar sırasına daxil deyil. Ekstradisiya məsələsinə dair məhkəmə araşdırması Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq və vəzifələrin müəyyən edilməsi və ya cinayət ittihamının irəli sürülməsi məsələsinə aid deyil. 3/2003 saylı Qanuna dair İzahedici qeydlərdə deyilir ki, Avropa həbs orderi proseduru Avropa İttifaqına üzv olan dövlətlər arasında ənənəvi ekstradisiya prosedurunu əvəz edir və eyni məqsədi güdür, yəni cinayət törətməkdə şübhəli bilinən və ya məhkum olunduqdan sonra ədalət mühakiməsindən gizlənən şəxslərin ekstradisiya sorğusu ilə müraciət etmiş dövlətin hakimiyyət orqanlarına təhvil verilməsi məqsədini daşıyır. Həbs orderinin icrası avtomatik xarakter daşıyır, çünki məhkəmə orqanı orderin ekstradisiya sorğusu ilə müraciət etmiş dövlətin qanunvericiliyinə uyğunluğu məsələsini araşdırmır və onun icrasından yalnız qanunla nəzərdə tutulmuş əsaslara görə imtina edə bilər. Beləliklə, bu prosedurun cinayət ittihamının irəli sürülməsi məsələsinə aidiyyəti yoxdur: şikayət mahiyyətinə görə (ratione materiae) qəbul olunan deyil.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy