Moullet (Moullet) Fransaya qarşı (qərar) - 27521/04
Qərardad 13.9.2007 [III Bölmə]
Maddə 6
6-cı Maddənin 2-ci bəndi
Təqsirsizlik prezumpsiyası
Dövlət Şurasının, cinayət təqibinin qanunla nəzərdə tutulan müddətinin keçməsi səbəbilə ittihamları rədd edən cinayət məhkəməsinin gəldiyi nəticələr əsasında, intizam qaydalarının pozulması barədə yekun nəticəsi: şikayət qəbuledilməzdir
Faktlar - Ərizəçi rüşvət, saxtakarlıq və dövlət qulluqçusu olaraq fəaliyyət göstərdiyi bələdiyyə orqanının maraqlarına mənfi təsir edən saxtakarlıqda iştirakda ittiham olunurdu. Cinayət işinin açlımasına görə, onun vəzifəsindən müvəqqəti kənarlaşdırılması barədə iki ardıcıl qərar verilmişdir. Məhkəmə prosesi ərizəçinın ittiham olunduğu faktlara görə cinayət məsuliyyətinə cəld edilmə üçün nəzərdə tutulan üç illik müddəti keçdiyinə görə apellyasiya məhkəməsinin ittiham şöbəsi tərəfindən dayandırılmışdır. Ərizəçi vəzifəsinə bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Şəhər merindən heç bir cavab almadığına görə, ərizəçi onun müraciətinin güman olunan rədd qərarına qarşı inzibati məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmə onun müraciətini rədd etmişdir. Ərizəçi, Dövlət Şurasına hüquq məsələləri ilə bağlı şikayət vermiş, bu qurum isə öz növbəsində, ərizəçi ilə bağlı cinayət prosesi dayandırıldığı zaman vəzfədən müvəqqəti kənarlaşdırma qərarının ləğv edilməli olduğu əsasıyla mübahisəli qərarı ləğv etmişdir. Şəhər meri intizam qaydalarına əsaslanaraq, ərizəçinın təqaüdə çıxarılması barədə qərar vermişdir, lakin bu qərar inzibati məhkəmə tərəfindən ləğv olunmuşdur. Şəhər meri daha sonra apellyasiya məhkəməsinin ittiham şöbəsinin gəldiyi nəticələrə əsaslanaraq ərizəçinın avtomatik olaraq təqaüdə çıxarılmasını əmr etmişdir. Ərizəçi inzibati məhkəməyə müraciət etmiş və məhkəmə öz növbəsində qərarın ləğv olunmasını əmr etmişdir. Ayrıca bir qərarla inzibati məhkəmə şəhər merinin ərizəçinın vəzifəsinə geri qaytarılması və bütün səlahiyyətlərinin bərpa edilməsi ilə əlaqədar verdiyi imtina qərarlarını ləğv etdi. Ərizəçi və bələdiyyə hər iki qərar ilə bağlı şikayət vermişlər. İnzibati apellyasiya məhkəməsi şikayətləri birləşdirmiş, dəymiş maddi ziyana görə bələdiyyə tərəfindən ödənilməli olan təzminat məbləğini azaltmış və mənəvi ziyana görə müəyyən edilmiş məbləği isə olduğu kimi saxlamışdır. Hər iki tərəf hüquqi məsələlər ilə bağlı şikayət vermişdir. Dövlət Şurası inzibati apellyasiya məhkəməsinin qərarını, xüsusilə cinayət məhkəməsinin müəyyən etdiyi faktların işiğında ləğv etmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 2: Cinayət ittihamlarının mövcudluğu ilə bağlı, Məhkəmə qeyd etmişdir ki, ərizəçi ali inzibati məhkəmə tərəfindən cinayət törətməkdə rəsmi ittiham olunmamışdır. Dövlət Şurası, birinci instansiya inzibati məhkəməsinə təqdim olunan sənədlərdən irəli gələn, sərbəst şəkildə və çəkişməli məhkəmə prosesində müzakirə olunmuş və ərizəçinin mübahisələndirdiyi faktları qeyd etməklə kifayətlənmiş və onların cinayət qanunvericiliyi əsasında təsnifatı ilə bağlı nəticədən çəkinmişdir. Bu baxımdan, istintaq hakiminin cinayət prosesinin dayandırılması barədə qərarı inzibati məhkəmələr üçün məcbur olmadığından, ərizəçinın ittiham olunduğu faktlar əsasında suveren qiymətləndirməni və təyin edilən cəzanın dövlət qulluğu qanunları baxımından uyğun olub-olmadığını yoxlamaq inzibati məhkəmənin vəzifəsi idi. Nəticədə, Dövlət Şurası ərizəçinın ittiham olunması faktını bütün yerli hakimiyyət orqanlarının işçiləri üçün qüvvədə olan düzgünlük, təmizlik prinsipi baxımından qiymətləndirməklə kifayətlənmişdir. Yerli hakimiyyət orqanları öz qərarlarını yalnız inzibati sahə daxilində saxlamışlar. Cinayət icraatı ilə mübahisələndirilən icraat arasındakı əlaqənin mümkünlüyünə gəlincə, Məhkəmə müşahidə edir ki, cinayət prosesinin nəticəsi inzibati məhkəmə prosesi üçün həlledici rol oynamamışdır, cinayət prosesinin dayandırılmasına baxmayaraq, ərizəçiyə qarşı müvafiq inzibati orqanlar tərəfindən tədbir görülməsi hüquqi olaraq mümkün idi. Cinayət prosesinin nəticəsində verilən qərardan asılı olmayaraq, həyata keçirilmə şərtləri və tənzimləyən prosessual qaydalar baxımından tam müstəqil olan inzibati məhkəmə prosesləri, bu səbəbdən cinayət prosesinin birbaşa nəticəsi deyildi. Bu baxımdan, hazırki iş Məhkəmənin həyata keçirilən məhkəmə proseslərinin birbaşa olaraq cinayət prosesi ilə əlaqəli olduğunu və Maddə 6 § 2-nin tətbiq olunduğunu bildirdiyi digər işlərdən fərqlənir. Nəticədə, Məhkəmə Maddə 6 § 2-nin hazırki halda tətbiq oluna bilməyəcəyini hesab edir.
Nəticə: Qəbuledilməz (tətbiq olunan deyildir).
Full & Egal Universal Law Academy